«NİSA» surəSİ surəNİn xüsusiYYƏTLƏRİ




Yüklə 3.75 Mb.
səhifə14/62
tarix22.04.2016
ölçüsü3.75 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   62

AYƏ 33:


﴿ وَلِكُلٍّ جَعَلْنَا مَوَالِيَ مِمَّا تَرَكَ الْوَالِدَانِ وَالأَقْرَبُونَ وَالَّذِينَ عَقَدَتْ أَيْمَانُكُمْ فَآتُوهُمْ نَصِيبَهُمْ إِنَّ اللّهَ كَانَ عَلَى كُلِّ شَيْءٍ شَهِيدًا ﴾

TƏRCÜMƏ:


«Ata-ana, yaxınlar (evlilik, cərirə zəmanəti, yaxud köləlikdən azad olma) əhdpeyman(ı) bağladığınız kəslərin qoyub getdikləri hər bir mal üçün varislər müəyyənləşdirmişik ( qohumluğun dərəcələri arasındakı fərq əsasında onlara irs düşür). Hər bir insan üçün (onun) mirası çatan varislər müəyyənləşdirmişik ( onlar) ata-ana onun (digər) yaxınları, həmçinin (evlilik, cərirə zəmanəti, köləlikdən azad etmə imamət) əhd-peyman(ı) bağladığınız kəslər(dən ibarət)dir. Odur ki, (ey zəmanənin hakimləri,) onların paylarını özlərinə verin. Şübhəsiz, Allah hər şeyə şahiddir

TƏFSİR:


«Əqədət əymanukum» cümləsi İslamdan qabaq iki nəfər arasında bağlanan müqaviləyə işarədir. Bu müqavilə azacıq dəyişikliklə İslamda da qəbul olunmuşdur və fiqhi kitablarda «zaminu cərirə» adlanır. Belə ki, iki nəfər bir-biri ilə əhd bağlayırdı ki, məişətdə qarşılıqlı olaraq bir-birinə yardım, cərimələrin ödənilməsində bir-birinə kömək etsinlər, nəhayət, bir-birindən irs aparsınlar. Bu da müasir dövrdə mövcud olan sığorta məsələsinə oxşayır; əgər bir şəxsə müəyyən qədər xəsarət dəysə, onunla müqavilə bağlayan tərəf (sığorta idarəsi və ya şirkəti) onun əvəzini verir. Bu qanunun özü İslam tərəfindən qəbul olundu, lakin bir-birindən irs aparmaları ölmüş şəxsin heç bir vərəsəsi olmadığı halda qəbul olundu.

İNCƏ MƏTLƏBLƏR

1. Qohum-əqrəbanın şəxsdən aparacağı irsin miqdarı Allahın fərmanı əsasında təyin olunur.

2. İnsanın müəyyən şərtlər daxilində öz mülkiyyət hüququnu başqasına verməyə ixtiyarı vardır.

3. Əhd-peymana vəfalı qalmaq vacibdir.

4. Borclular borc verdiyi adamların ardınca getməlidirlər.

5. İnsanın öz ölümündən sonrakı işlərlə əlaqədar bağladığı müqavilələr də möhtərəm sayılır.

6. Allah insanların hər bir işinə nəzarət edir.

AYƏ 34:


﴿الرِّجَالُ قَوَّامُونَ عَلَى النِّسَاء بِمَا فَضَّلَ اللّهُ بَعْضَهُمْ عَلَى بَعْضٍ وَبِمَا أَنفَقُواْ مِنْ أَمْوَالِهِمْ فَالصَّالِحَاتُ قَانِتَاتٌ حَافِظَاتٌ لِّلْغَيْبِ بِمَا حَفِظَ اللّهُ وَاللاَّتِي تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ وَاهْجُرُوهُنَّ فِي الْمَضَاجِعِ وَاضْرِبُوهُنَّ فَإِنْ أَطَعْنَكُمْ فَلاَ تَبْغُواْ عَلَيْهِنَّ سَبِيلاً إِنَّ اللّهَ كَانَ عَلِيًّا كَبِيرًا﴾

TƏRCÜMƏ:


«Allah bəzilərini (kişiləri düşüncə, ruh və cismani qüvvə baxımından) digər bəzilərindən (qadınlardan) üstün etdiyi üçün kişilər qadınların ixtiyar sahibidir (və buna görə də cəmiyyətin işlərinin peyğəmbərlik və imamət məqamı ilə, eləcə də məsum tərəfindən təyinatla idarə olunmasını kişilərə məxsus etmişdir). Həmçinin kişilər mallarından (arvadlarına) xərclədikləri üçün öz arvadlarının ixtiyar sahibidirlər. Buna görə də ləyaqətli qadınlar itaətkardırlar və Allahın (onların hüquqlarını) qoruması müqabilində onlar da (ərləri yanlarında olmayanda onların hüquqlarını, sirlərini, mallarını) qoruyurlar. (Müştərək həyatla bağlı məsələlərdə) itaətsizliklərindən qorxduğunuz qadınlara (əvvəlcə) nəsihət edin və (sonra) yataqda onlardan uzaqlaşın və (əgər yenə xeyri olmasa, şəriət qanunu çərçivəsində) onları vurun. Beləliklə əgər sizə itaət etsələr daha (bundan sonra) onlara (əziyyət etmək üçün) bir yol axtarmayın. Həqiqətən Allah məqamı uca və böyükdür.»

TƏFSİR:

AİLƏ QURULUŞUNDA BAŞÇILIQ


Ailə kiçik bir ictimai birlikdən ibarətdir. Buna görə də böyük cəmiyyətdə olduğu kimi, onun da vahid bir rəhbəri, başçısı olmalıdır. Əks halda qadınla kişinin müştərək şəkildə öhdələrinə aldığı himayəçilik heç bir məfhuma malik olmaz. Deməli, onlardan biri ailənin rəisi, digəri isə onun nəzarəti altında olan müavini olmalıdır. Bu ayədə aşkar şəkildə buyurulur ki, ailə başçısı kişi olmalıdır: «Kişilər qadınların başçısı gözətçisidir.»

Əlbəttə, bu təbirdən məqsəd zülm, istibdad, haqsızlıq və zorakılıq deyil, məşvərət və məsuliyyətləri nəzərə almaqla münəzzəm, vahid bir rəhbərliyin zəruri bir iş olmasını çatdırmaqdır.

İki hissədən ibarət olan sonrakı cümlənin əvvəlində buyurulur: İctimai sistem nəzərindən bu başçılıq Allah-təalanın bəzilərinə nisbətən digərləri üçün qərar verdiyi üstünlük xatirinədir.

Cümlənin ikinci hissəsində buyurulur: Həmçinin bu başçılıq kişilərin qadınlara və ailəyə qarşı ödəməli olduqları maddi infaqlarla əlaqədər verdikləri öhdəliklərə görədir.

Sonra əlavə edilir ki, qadınlar ailədə öhdələrinə aldıqları vəzifələrə görə iki dəstəyə bölünür: Birinci dəstə əməlisaleh qadınlardır. Onlar həyat yoldaşlarına qarşı itaətçi, təvazökardır, ərləri yanlarında olmadıqda onların sirlərini və Allahın onlar üçün qərar verdikləri hüquqları qoruyub hifz edirlər. Yəni istər maddi, istər namus baxımından, istərsə də ərləri onların yanında olmadığı surətdə onların sirr və şəxsiyyətlərinin qorunması nəzərindən xəyanətə yol vermir, öz məsuliyyət və vəzifələrini layiqincə yerinə yetirirlər.

İkinci dəstə isə öz vəzifələrini yerinə yetirməkdən imtina edən və itaətsizlik ruhiyyəsinə malik olan qadınlardır. Kişilərin belə qadınlar qarşısında müəyyən vəzifələri vardır ki, mərhələ-mərhələ icra olunmalıdır. İlk mərhələdə buyurulur: Tüğyan və inadkarlıq edəcəyindən qorxduğunuz qadınlara öyüd-nəsihət edin.

İkinci mərhələdə buyurulur: Sizin nəsihətlərinizin faydası olmadıqda yataq yerlərinizi onlardan ayırın.

Üçüncü mərhələdə isə buyurulur ki, qadının öz məsuliyyət və vəzifələri qarşısındakı inadkarlığı həddini keçərsə, öyüd-nəsihət, yataq yerinin ayrı salınaraq etinasızlıq göstərilməsi onlarda heç bir təsir qoymazsa və şiddətli reaksiya göstərməkdən başqa heç bir çıxış yolu olmazsa, onları fiziki cəhətdən tənbeh edib cəzalandırın.

Aydındır ki, bu mərhələlərdən hər biri təsirli olarsa və qadın öz vəzifəsini yerinə yetirməyə başlayarsa, kişinin bəhanə gətirərək ona əziyyət verməyə haqqı yoxdur. Buna görə də bu cümlənin ardınca buyurulur: Əgər sizə itaət etsələr, onlara zülm etmək üçün bir bəhanə axtarmayın.

Ayənin axırında kişilərə bir daha xəbərdarlıq edilir ki, ailə başçılığı mövqeyinizdən sui-istifadə etməyin və bütün qüdrətlərin fövqündə dayanan Allahın qüdrəti barəsində fikirləşin, çünki Allah yüksək məqamlı və böyükdür.


1   ...   10   11   12   13   14   15   16   17   ...   62


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə