«NİSA» surəSİ surəNİn xüsusiYYƏTLƏRİ




Yüklə 3.75 Mb.
səhifə1/62
tarix22.04.2016
ölçüsü3.75 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   62
BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM

«NİSA» SURƏSİ

SURƏNİN XÜSUSİYYƏTLƏRİ


Bu surə 177 ayədən ibarətdir və Mədinədə nazil olmuşdur, iman və ədalətə dəvət, əvvəlki ümmətlərdən ibrət almaq, Allah düşmənləri ilə dostluq əlaqələrinin kəsilməsi, yetimlərin himayə edilməsi, eləcə də evlənmə, irs, ilahi rəhbərə itaət, hicrət, Allah yolunda cihad və s. kimi məsələləri əhatə edir. Bu surənin ilk 35 ayəsi ailə məsələləri ilə əlaqədar olduğundan «Nisa» (qadınlar) adlandırılmışdır.

﴿ بسم الله الرحمن الرحيم ﴾

AYƏ 1:


﴿يَا أَيُّهَا النَّاسُ اتَّقُواْ رَبَّكُمُ الَّذِي خَلَقَكُم مِّن نَّفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالاً كَثِيرًا وَنِسَاء وَاتَّقُواْ اللّهَ الَّذِي تَسَاءلُونَ بِهِ وَالأَرْحَامَ إِنَّ اللّهَ كَانَ عَلَيْكُمْ رَقِيبًا﴾

TƏRCÜMƏ:


«Ey insanlar, Rəbbinizdən qorxun. O Allah(dan) ki, sizi bir candan (ilk möcüzəvi varlıq kimi torpaq gildən yaratdığı adam, insan bəşər adlı canlıdan) yaratdı, onun cinsindən (həmin cür möcüzəvi şəkildə) zövcəsini yaratdı ( onların arasında ər-arvadlıq nikahı bərqərar etdi) o ikisindən (onların birinci nəslində ilkin şəriət qanunlarına müvafiq olaraq ya naçarlıqdan bacı ilə qardaşın evlənməsi ya qızlar üçün Cənnət oğlanları, oğlanlar üçün isə Cənnət qızları nazil etmək yolu ilə) çoxlu kişi qadın (törədib) yaydı. Adı ilə bir-birinizdən bir şey istədiyiniz Allahdan qohumlar(la əlaqəni kəsməkdən bağlılıq tellərini qırmaq)dan qorxun. Həqiqətən, Allah daim sizə nəzarət edir

TƏFSİR:

AYRISEÇKİLİKLƏ MÜBARİZƏ


Bu surənin ilk ayəsində bütün insanlara xitab olunur, onlar ilahi təqvaya, pərhizkarlığa dəvət edilir və buyurulur: Ey insanlar! Pərvərdigarınız qarşısında təqvalı olun!

Sonra insanın bütün əməllərinə nəzarət edən Allahı təqdim etmək üçün Onun sifətlərindən birinə – bəşər cəmiyyətinin vəhdətinə səbəb olan xüsusiyyətinə işarə edərək buyurur: O Allah ki, sizi bir insandan xəlq etmişdir.

Qurandakı «nəfsi-vahidə» (vahid bir nəfs) kəlməsi ilə bütün insanların atası kimi təqdim olunan Həzrət Adəmə (ə) işarə edilir. Başqa ayələrdəki Bəni-Adəm (Adəm övladları) təbiri də məhz həmin məsələyə işarədir.

Sonrakı cümlədə buyurulur: Adəmin həyat yoldaşını ondan yaratdı.

Bu cümlənin mənası heç də Həvvanın Adəmin (ə) hansısa bir bədən üzvündən yaradılması deyil. Əksinə, məqsəd bundan ibarətdir ki, Adəmin (ə) həyat yoldaşını onun öz cinsindən qərar verdi. İmam Baqirdən (ə) nəql olunan rəvayətdə Həvvanın Həzrət Adəmin (ə) bir qabırğasından yaradılması fikri şiddətlə təkzib olunmuş və aşkar şəkildə buyurulmuşdur ki, Həvva Adəmin (ə) xəlq edildiyi torpağın qalıqlarından yaradılmışdır.

Sonrakı cümlədə buyurulur: Allah-təala Adəm və onun həyat yoldaşından yer üzündə çoxlu kişi və qadın xəlq etdi.

Bu ifadədən məlum olur ki, insan nəslinin artması yalnız Adəmin özü və həyat yoldaşının vasitəsilə baş vermişdir və bu məsələdə başqa bir varlıq rol oynamamışdır.

Hər hansı sağlam bir cəmiyyətin təməlinin qoyulmasında təqva mühüm və əhəmiyyətli rol oynadığına görə ayənin axırında insanlar bir daha təqvaya dəvət olunur və buyurulur: Sizin nəzərinizdə əzəmətli olan və bir-birinizdən bir şey istəyərkən onun adını çəkdiyiniz Allah qarşısında təqvalı olun!

Sonra əlavə edilir: «Və öz qohumlarınızla qohumluq əlaqələrini kəsməkdən həzər edin.» Bu məsələnin məhz bu yerdə qeyd olunması Quranın sileyi-rəhimə və qohumluq əlaqələrinin bərqərar edilməsinə son dərəcə böyük əhəmiyyət verdiyini göstərir.

Ayənin axırında buyurulur: Allah sizə nəzarətçidir, sizin bütün əməllərinizi görür, niyyətlərinizdən agahdır, müxtəlif hadisələr qarşısında da sizin keşikçinizdir.


  1   2   3   4   5   6   7   8   9   ...   62


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə