News release




Yüklə 7.72 Kb.
tarix20.04.2016
ölçüsü7.72 Kb.





NEWS RELEASE


AZƏRBAYCAN VƏ DÜNYA BANKI

AZƏRBAYCAN KƏND İNVESTİSİYALARI LAYİHƏSİ ÜÇÜN

ƏLAVƏ MALİYYƏLƏŞDİRMƏNİ İMZALAMIŞLAR

 

Bakı, 20 aprel 2009-cu il. Bu gün Dünya Bankı və Azərbaycan Respublikası Azərbaycan Kənd İnvestisiyaları Layihəsinin davam etdirilməsi üçün 15 milyon ABŞ dolları ekvivalentində Beynəlxalq İnkişaf Assosiasiyasının güzəştli krediti üzrə Maliyyələşdirmə Sazişini imzalamışlar. Sazişi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri cənab İsmət Abasov və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri cənab Qreqori Yedjeyçak imzalamışlar. Layihənin məqsədi kənd icmalarında əhalinin həyat şəraitinin yaxşılaşdırılması və infrastruktur xidmətlərindən yararlanma səviyyəsinin yüksəldilməsindən ibarətdir. Əlavə maliyyələşdirmə yeni rayonları layihəyə daxil etməyə, xərclərə qənaət etməyə və layihənin icra müddətini daha üç il müddətə artırmağa imkan verəcək.  

Kənd regionlarının inkişafı Azərbaycan Hökumətinin ən vacib prioritetlərindən biridir və Dünya Bankı vacib yerli infrastruktur layihələrini hazırlamaq, icra etmək və saxlamaq sahəsində yerli potensialın inkişaf etdirilməsi yolu ilə tarazlı artım və iqtisadi diversifikasiya məqsədlərinə xidmət edən bu vacib layihənin dəstəklənməsini davam etdirməkdən məmnundur” – Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Qreqori Yedjeyçak imzalama mərasimində demişdir.

2004-cü ildə təsdiq olunmuş Azərbaycan Kənd İnvestisiyaları Layihəsi üç komponentdən ibarətdir: İnfrastruktur, Potensialın Gücləndirilməsi və Layihənin idarə edilməsi. Layihə hazırda yüksək kənd təsərrüfatı potensialına malik olan 21 rayonda kən icmalarını (hər biri 1000 – 10 000 sakindən ibarət olmaqla) əhatə edir. Yeni maliyyələşdirmə əlavə 24 rayonu əhatə etməyə imkan verəcək. Layihə iştirak prosesinə əsaslanmaqla prioritet əhəmiyyətli kənd infrastrukturu obyektlərinin (yollar, su təchizatı, məktəblər, səhiyyə məntəqələri) təkmilləşdirilməsinə yardım göstərmiş və bununla da insanların həyat şəraitinin yaxşılaşmasına imkan vermişdir. Layihə çərçivəsində həmçinin Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin icma inkişafının təşviq edilməsi potensialı gücləndirilmişdir.



Azərbaycan Dünya Bankına 1992-ci ildə qoşulmuşdur. Bu günədək Dünya Bankı ölkədə 45 layihə üçün iki milyard ABŞ dollarından artıq məbləğdə vəsait ayırmaq öhdəliyi götürmüşdür.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə