News Release bmi, British Midland International, və “Qəbələ” fk futbol azarkeşləri üçün onlayn müsabiqə keçirir




Yüklə 14.96 Kb.
tarix21.04.2016
ölçüsü14.96 Kb.


News Release
bmi, British Midland International, və “Qəbələ” FK futbol azarkeşləri üçün onlayn müsabiqə keçirir
20 İyul, Bakı, Azərbaycan–bmi, British Midland International, və “Qəbələ” Futbol Klubu futbol azarkeşləri üçün onlayn müsabiqə keçirir. Müsabiqədə futbol azarkeşlərindən “Böyük Britaniya və Azərbaycan futbolu arasında 5 oxşarlıq və 5 fərqlilik” tapmaq xahiş olunur.

Müsabiqənin məqsədi Azərbaycanın futbol azarkeşlərinə öz futbol biliklərini nümayiş etdirmək və hər iki ölkədə sevilən oyun arasında fərqləri və oxşarlıqları tapmaq imkanı verməkdir. Birinci yerin sahibi Londona pulsuz ikitərəfli bilet qazanacaq. İkinci və üçüncü yerlərin sahiblərinə də hədiyyələr veriləcək. Müsabiqənin tam şərtləri ilə “Qəbələ” FK-nın İnternet səhifəsində tanış olmaq olar (www.gabalafc.az).


Futbol müsabiqəsi təşəbbüsünü şərh edən bmi şirkətinin Azərbaycandakı Satış üzrə Meneceri Səbinə İsmayılova qeyd edib: “Futbol sadəcə oyun deyil. Mən düşünürəm ki, bir müddət əvvəl futbol üzrə dünya çempionatı atmosferinin hamı tərəfindən hiss edilməsi də buna sübutdur. Futbol insanları daha yaxın və daha xoşbəxt edir. bmi müasir Britaniya hava yollarıdır və baxmayaraq ki, Britaniya futbolu İngiltərədə keçmişdə yaranıb, o da müasirləşib. bmi şirkəti Azərbaycanda futbol dünyasının bir hissəsi olmağa şaddır və biz müsabiqənin başlanmasına hazırıq”.
“Qəbələ” FK-nın İcraçı Direktoru Alastair Saverimutto müsabiqə haqqında fikirlərini bölüşərkən deyib: “Biz “Qəbələ” FK-da yeni və həyəcanlı bir dövrə daxil oluruq və bizim uzunmüddətli uğurlarımızın əsas açarı bizim insanlarımız və biliklərimizdədir. Aydındır ki, biz digər futbol xalqlarından həm meydanda, həm də meydandan kənarda çox şeylər öyrənə bilərik və İngiltərə Premyer Liqasının klublarından öyrənmək imkanı sözsüz ki, bizim inkişafımızı sürətləndirəcək. Biz bu təşəbbüsü çox dəstəkləyirik və cavabları nəzərdən keçirməyi, öz azarkeşlərimizlə və ümumilikdə, futbol izləyiciləri ilə ünsiyyətdə olmağı səbirsizliklə gözləyirik”.
Müsabiqədə iştirak edəcək şəxslərin yaşı 18-dən yuxarı olmalıdır. Futbol azarkeşləri “Qəbələ” FK-nın səhifəsinə (www.gabalafc.az) baş çəkməklə müsabiqədə iştirak edə bilərlər. Müsabiqənin şərtləri və qaydaları haqda məlumatı azarkeşlər klubun İnternet səhifəsindən, Facebook səhifəsindən və klubun Facebook qrupundan əldə edə bilərlər. Müsabiqə iyulun 20-də başlayır və Avqustun 8-də bitəcək. Avqustun 8-dən gec göndərilən yazılar nəzərdən keçirilməyəcək.

- Son-
Red Communications PR və BTL Agentliyi

12 Bəsti Bağırova, Kermur Plaza

Tel: (+99412) 4368509

(+99412) 436 90 67

Email: info@redcom.az
Redaktor üçün qeyd:
bmi haqqında
bmi, dünyanın ən geniş aeroportlarından olan London Hitrouda ikinci ən böyük hava yoludur. bmi şirkətinin əsas uçuş marşrutları aşağıdakılardır: Aberdin; Əddis-Əbaba; Alma-Ata; Əmman; Bakı; Beyrut; Belfast; Bişkek; Qahirə; Dəməşq; Dammam; Dublin; Edinburq; Fritoun; Qlasqo; Hannover; Cidda; Xartum; London Hitrou; Mançester; Moskva Domodedovo; Ər-Riyad; Tbilisi; Tehran; Vyana; Yerevan.
bmi aşağıdakı regional aeroportlara uçuşlar təşkil edir: Aberdin; Birmingem; Brüssel; Kopenhagen; Şərqi Midlənd; Edinburq; Esbyerq; Qlasqo, Qroningen, Lids Bredford; Lion; Mançester; Norviç; Sürix
bmi 1997-ci ildə yaradılan, beynəlxalq səyahətçilər üçün dünyanın bütün məntəqələrinə çatmaq şəraiti yaradan və rahat xidmətlər təklif edən Star Alliance qrupunun üzvüdür. Star Alliance-nin bazar tərəfindən qəbul olunmasını bir sıra mükafatlar da təsdiq edir: Business Traveller Magazine və Skytrax tərəfindən təsis edilən “Hava Nəqliyyatı üzrə Dünya Bazarında Liderlik Mükafatı”, “Ən yaxşı hava yolları mükafatı”. Star Alliance qrupuna üzv olan hava yolları bunlardır: Adria Airways, Air Canada, Air China, Air New Zealand, ANA, Asiana Airlines, Austrian, Blue1, bmi, Brussels Airlines, Continental Airlines, Croatia Airlines, EGYPTAIR, LOT Polish Airlines, Lufthansa, Scandinavian Airlines, Shanghai Airlines, Singapore Airlines, South African Airways, Spanair, SWISS, TAP Portugal, Turkish Airlines, THAI, United və US Airways. Aegean Airlines, Air India, və TAM şirkətinin gələcək üzvlər olacagi elan edilib. Ümumiyyətlə, Star Alliance şəbəkəsi hər gün dünyanın 175 ölkəsində yerləşən 1,077 hava limanına 19,700 uçuş təklif edir.

Qəbələ” FK haqqında:

"Qəbələ" Peşəkar Futbol Klubunun əsası 1995-ci il iyulun 3-də qoyulub. Klubun ilk adı "Göy Göl" olub. Komanda 1995-ci ildən 2005-ci ilədək Xanlar rayonunu təmsil edib. 2005-ci il Mayın 4-də klubun adı dəyişdirilərək "Gilan" qoyulub. 2005-2006-cı illər mövsümündə birinci dəstənin qalibi olan komanda Azərbaycan çempionatının yüksək liqasına vəsiqə qazanıb. 2006-cı ilin avqust ayında - yüksək liqada debüt ərəfəsində "Gilan" Xanlar rayonundan Qəbələyə köçürülüb və həmin vaxtdan etibarən Qəbələ şəhərini təmsil edir. 2007-ci il Avqustun 31-də "Gilan" PFK adı "Qəbələ" PFK adı ilə dəyişdirilib. Hazırda "Qəbələ" Azərbaycan çempionatının nüfuzlu komandalarından birinə çevrilib. Komandanın məqsədi növbəti mövsümdə medallar uğrunda mübarizə aparıb Azərbaycanı Avropa miqyaslı yarışlarda təmsil etməkdir. 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə