Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə




Yüklə 139.25 Kb.
səhifə1/3
tarix10.04.2016
ölçüsü139.25 Kb.
  1   2   3
Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə

Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin, Sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil hazırlanması qaydalarının və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti

Qərar № 41
Bakı şəhəri, 15 mart 1999-cu il

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. "Sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil hazırlanması qaydaları" təsdiq edilsin (əlavə olunur).

3. "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

4. Müəyyən edilsin ki, sürücülük vəsiqəsinin yazılarında dəqiqsizlik olduğu hal istisna olmaqla, onun dəyişdirilməsi üçün 5000 manat miqdarda haqq ödənilir.

5. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİ-ZADƏ.

"Azərbaycan Respublikasının Qanunvericilik Toplusu"nda dərc olunmuşdur (31 mart 1999-cu il, № 3, maddə 197) ("VneshExpertService").

2 iyun 2003-cü il tarixli 73 nömrəli qərara əsasən dəyişikliklər və əlavələrlə ("VneshExpertService").

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmişdir.



Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə

I. Ümumi müddəalar 

1.1. Bu Əsasnamə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır.

1.2. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması maddi-texniki baza və texniki metodiki tədris vasitələri ilə təmin olunmuş, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada razılıq almış, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən uçota alınmış tədris müəssisələrində və kurslarda həyata keçirilir. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisasının artırılması dövlət təhsil standartları əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılmış vahid tədris plan və proqramı ilə aparılır.
II. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının 
artırılmasının təşkili

2.1. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılmasının təlim sistemi aşağıdakıları özündə əks etdirir:

a) "C" kateqoriyalı nəqliyyat vasitələrini idarə etməyə sürücülərin hazırlanması üçün kurslarda təhsil müddəti 3,5 aya qədərdir, "B" və "A" kateqoriyalı nəqliyyat vasitələrini, tramvay və trolleybusu idarə etməyə 2,5 aya qədərdir, tədris müəssisələrində isə tədris planlarına, proqramlarına və təhsil müddətinə uyğun aparılır.
Nəqliyyat vasitələri sürücülərinin hazırlanması nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı olan şəxslərdən təşkil olunmuş kurslarda həyata keçirilir;

b) "B", "C", "D", "E" kateqoriyalı avtomobil nəqliyyatı vasitələri sürücülərinin ixtisasının artırılması kursları üçün təhsil müddəti 1,5 aydır.
"C" kateqoriyalı avtomobil nəqliyyatı vasitələri sürücülərinin ixtisasının artırılması, "B" kateqoriyalı avtomobil nəqliyyatı vasitələrini idarə etmək hüququ olan sürücülərdən təşkil olunmuş kurslarda həyata keçirilir.
"D" kateqoriyalı avtomobil nəqliyyatı vasitələri sürücülərinin ixtisasının artırılması, "B" və ya "C", ya "BC", ya da "BCE" kateqoriyalarına aid avtomobil nəqliyyatı vasitələrini idarə etmək sahəsində 3 ildən çox təcrübəsi olan axırıncı iki il ərzində insanlara xəsarət yetirilməsi və ya onların ölümü ilə nəticələnmiş yol nəqliyyat hadisəsi törətməyən, habelə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə sürücülük hüququndan məhrum olunmayan sürücülərdən təşkil olunmuş kurslarda həyata keçirilir.
"E" kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin ixtisasının artırılması, "B" və ya "BC", ya "C", ya "BCD", ya "CD", ya da "D" kateqoriyalarına aid avtomobil nəqliyyatı vasitələrini idarə etmək sahəsində 3 ildən çox təcrübəsi olan sürücülərdən təşkil olunmuş kurslarda həyata keçirilir;

c) Kurslara qəbul olunan dinləyicilərin yaş həddi nəqliyyat vasitəsi kateqoriyasından asılı olaraq aşağıdakı kimi müəyyən edilir:
"A" kateqoriyası üzrə - 16 yaşdan; 
"B", "C" kateqoriyaları üzrə - 18 yaşdan; 
"D" və "E" kateqoriyaları və "trolleybuslar" üzrə - 18 yaşdan (hərbi qulluqçular üçün 19 yaşdan); 
"Tramvay" üzrə - 20 yaşdan.

2.2. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması istehsalatdan ayrılmaqla və ayrılmamaqla həyata keçirilir.

2.3. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması üzrə tədris müəssisələrinə və kurslara daxil olmaq istəyən şəxslər qəbul qaydalarına uyğun olaraq seçdiyi nəqliyyat vasitələrinin kateqoriyasını göstərməklə müəssisənin rəhbərinin adına ərizə yazırlar.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

a) "A", "B", "C" kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üçün: ərizə və ya təhsil almağa göndərilən şəxslər üçün müəssisənin (birliyin, assosiasiyanın, təşkilatın) göndərişi; müəyyən edilmiş formada tibbi arayış; 3,5ґ4,5 sm ölçüdə üç ədəd fotoşəkil; təhsil haqqında sənədin əsli, əgər varsa (şəxsən təqdim edilir);, pasport və yaxud onu əvəz edən başqa sənəd (şəxsən təqdim edilir); təhsil haqqının ödənilməsi barədə qəbz (ödənişli qruplar üçün);

b) "B", "C" kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin ixtisasının artırılması üçün "a" bəndində göstərilən sənədlərdən əlavə sürücülük vəsiqəsi, "D", "E" kateqoriyalarına aid olanlar üçün isə göstərilən sənədlərdən əlavə olaraq müvafiq avtomobil nəqliyyatı vasitələrində sürücülük iş stajını təsdiq edən əmək kitabçasından çıxarışı və Dövlət Yol Polisinin müvafiq arayışı təqdim olunur.
Müdavimlərin təhsilə qəbulu, eləcə də onların buraxılışı və yaxud xaric edilməsi tədris müəssisəsi (təşkilatı) rəhbərinin əmri ilə sənədləşdirilir.

2.4. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması üçün tədris qruplarında müdavimlərin sayı 10-30 nəfər olmalıdır.
Tədris müəssisələrində məşğələlərin başlanmasından keçən 15 gün ərzində, hər bir tədris qrupu bu Əsasnaməyə 1 nömrəli əlavəyə uyğun formada təhsil alanların siyahısını və sifariş təqdim etməklə ərazi üzrə Qeydiyyat İmtahan Məntəqəsində (QİM) qeydiyyata alınmalıdır. QİM-ə daxil olan hər bir tədris qrupunun siyahısı qeydiyyata alındıqdan sonra 7 gün müddətində DYPİ-yə göndərilməlidir.

2.5. Tədris müəssisələrində müdavimlərin tədris prosesinə nəzəri və laboratoriya-təcrübə məşğələləri, ilk tibbi yardım, avtomobil nəqliyyatı vasitələrinin idarə edilməsi üçün sürmə təlimi daxildir.

2.6. Nəzəri, laboratoriya-təcrübə məşğələləri və ilk tibbi yardım təchiz edilmiş kabinetlərdə (siniflərdə) və laboratoriyalarda keçirilir. Avtomobil nəqliyyatı vasitələrində sürmə təlimi avtomotorenajorlarda və təlim avtodromlarında (meydançada) keçirilir. Sürücülük öyrətmək üçün istifadə olunan mexaniki nəqliyyat vasitəsinin qabağında və arxasında bərabər tərəfli, ağ rəngli, təpəsi yuxarı yönəldilmiş, qırmızı haşiyəyə alınmış və içərisində qara rəngdə "Təlim" sözü yazılmış üçbucaq şəklində (minik avtomobilin damında iki tərəfli nişan qoyulmasına yol verilir) nişan qoyulur.
Yollarda sürmə təliminə yalnız təlim verən şəxsin iştirakı ilə və nəqliyyat vasitəsini sürməyə öyrənən şəxsin, onu idarə etməkdə ilkin vərdişi olduqda yol verilir. Sürmə təlimi verən şəxsin üstündə həmin kateqoriyalı nəqliyyat vasitəsinin sürmə təlimi vermək hüququna dair sənədi və vəsiqəsi olmalıdır.

2.7. Tədris planı və proqramları ilə müəyyən edilmiş bütün növ məşğələlər təsdiq olunmuş dərs cədvəli üzrə keçirilir, sürmə məşğələləri isə avtomobil nəqliyyatı vasitələrinin sürmə təliminin növbəlik qrafiki üzrə aparılır.

2.8. Bütün növ məşğələlərin uçotu müəyyən olunmuş forma üzrə təlimin uçotu jurnallarında, sürmə təlimi isə bundan əlavə yol vərəqələrində və fərdi sürmə təlimi kitabçalarında aparılır (2 nömrəli əlavə).

III. Nəqliyyat vasitələri sürücülərinin hazırlanmasına və onların ixtisasının 
artırılmasına rəhbərlik 

3.1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu sahədə fəaliyyət göstərən tədris müəssisələrində və kurslarda Daxili İşlər Nazirliyinin DYP İdarəsi ilə birlikdə respublikada nəqliyyat vasitələrinə sürücü kadrların hazırlanması və onların ixtisasının artırılması prosesinə metodiki rəhbərlik edir və dövlət təhsil proqramları çərçivəsində bu sistemin tənzimlənməsi və inkişaf etdirilməsi üçün lazımi tədbirlər, sərəncamlar işləyib hayata keçirir.

3.2. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması prosesini həyata keçirən müəssisələr: respublikada nəqliyyat vasitələri sürücülərinin hazırlanmasına və ixtisasartırmaya olan tələbatı Təhsil Nazirliyi ilə birgə öyrənərək təyin edirlər; təhsil müəssisələrinin maddi-texniki təchizatının təmin olunması və genişləndirilməsində bilavasitə iştirak edirlər; hazırlanma və ixtisas artırma prosesini həyata keçirərək təhsilin keyfiyyətinin yüksəldilməsində məsuliyyət daşıyırlar; nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılmasının təkmilləşdirilməsi üçün elmi tədqiqat işlərində və araşdırmalarda iştirak edirlər; mühəndis-pedaqoji kadrların seçilib yerləşdirilməsini həyata keçirirlər; nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması ilə məşğul olan müəssisələrin qabaqcıl təcrübələrini öyrənir, ümumiləşdirib yayırlar.

3.3. Təhsil müəssisələrinin rəhbər işçilərinin, müəllimlərin və istehsalat təlim ustalarının (təlimatçı sürücülərin) əsas vəzifələri müəyyən olunmuş qayda üzrə təsdiq edilmiş rəhbər vəzifələr və mühəndis-pedaqoji işlər haqqındakı ixtisas xarakteristikaları, təlimatlar və əsasnamələrlə müəyyən edilir.

3.4. Təhsil müəssisəsinin (təşkilatın) bütün fəaliyyətinə rəhbərlik bu Əsasnaməyə uyğun olaraq tədris müəssisəsinin Nizamnaməsi əsasında həyata keçirilir.

3.5. Laborator-təcrübə məşğələlərinin aparılması üçün istehsalat təlimi ustaları ali və ya orta ixtisas təhsilli, avtomobil-traktor ixtisasına malik yüksək istehsalat ixtisaslı və iş təcrübəsi olan şəxslərdən təyin edilir.

3.6. Avtomobil nəqliyyatı vasitələrinin sürülməsi təliminin aparılması üçün istehsalat təlimi ustaları (sürücü təlimatçılar) orta təhsildən aşağı olmayan, müvafiq kateqoriyalı nəqliyyat vasitələrində üçillik iş stajı və xüsusi proqram üzrə sürmə təliminin metodikası üzrə hazırlıq keçməsi barədə şəhadətnaməsi (3 nömrəli əlavə) olan şəxslərdən təyin edilir.

3.7. Avtonəqliyyat vasitələrinin quruluşu və istismarı fənninin müəllimləri adətən avtomobil-traktor ixtisasları üzrə ali təhsilli şəxslərdən təyin edilir. Yol hərəkəti qaydaları və hərəkətin təhlükəsizliyinin əsasları fənləri üzrə əlavə olaraq avtonəqliyyat vasitələrini idarə etmək üçün müvafiq sürücülük vəsiqəsi tələb olunur.

3.8. Nəqliyyat vasitələri sürücülərini hazırlayan və onların ixtisasını artıran təhsil müəssisələrinin (təşkilatların) mühəndis-pedaqoji işçilərinin ixtisaslarının artırılması Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən mövcud qaydada həyata keçirilir.

IV. Tədris-maddi baza 

4.1. Avtomobil nəqliyyatı vasitələri sürücülərinin yüksək keyfiyyətli hazırlanmasını və onların ixtisasının artırılmasını təmin etmək üçün tədris müəssisələrində müasir əyani vasitələr, təlimin texniki vasitələri, avadanlıq, cihaz və alətlər, dərslik və dərs vəsaitləri ilə tam təchiz olunmuş tədris kabinetləri (sinifləri) və laboratoriyaları (4 nömrəli əlavə), təlim avtodromu (meydança) və təlim nəqliyyat maşınları olmalıdır.
Təlim avtodromu (meydança) olmadıqda və nəqliyyat maşınlarının çatışmadığı hallarda tədris müəssisələri fiziki və hüquqi şəxslərə məxsus sahələri və nəqliyyat vasitələrini icarəyə götürə bilərlər.
Tədris müəssisələrinin müasir avtomobil nəqliyyatı vasitələri, yanacaq-sürtgü materialları, avadanlıq, ehtiyat hissələri və alətləri ilə təmin edilməsi müəyyən edilmiş qaydada həyata keçirilir.
4.2. Tədris müəssisəsinin bütün avtomobil nəqliyyatı vasitələri ərazi üzrə QİM-də qeydiyyata alınır.

V. Buraxılış imtahanları 

5.1. Müdavimlərin bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyən etmək üçün, təlimin sonunda müstəqil sürücülük hazırlığını aşkar etmək məqsədilə əvvəlcə onlar tədris müəssisələrində məqbul (zaçot) və imtahanları verirlər, sonra ərazi üzrə QİM-də onlardan imtahanlar qəbul edilir. İmtahanların keçirilməsinə qədər əvvəlki ayın 25-nə kimi Qeydiyyat İmtahan Məntəqəsinə imtahanların qəbulu üçün sifariş verilir. 
Müdavimlərdən imtahanların qəbul edilməsi üçün tədris müəssisəsi rəhbərinin əmri ilə sədr və iki üzvdən ibarət imtahan komissiyası yaradılır. İmtahan komissiyasının tərkibinə əlavə olaraq, onlar üçün sürücü kadrları hazırlayan avtomobil nəqliyyatı müəssisələrinin nümayəndələri də daxil edilə bilər.

5.2. İmtahanlara təsdiq olunmuş tədris planı və proqramları üzrə tam təmin kursunu bitirmiş və bütün fənlərdən müsbət yekun qiymətləri alan müdavimlər buraxılır. 

5.3. Tədris qruplarında nəzəri imtahanlar, qüvvədə olan tədris planı və proqramları əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən hazırlanmış və təsdiq edilmiş imtahan biletləri üzrə keçirilir.
Nəqliyyat vasitələrinin təcrübi sürmə təlimi üzrə imtahanlar iki mərhələdə keçirilir: əvvəlcə avtodromda, sonra Dövlət Yol Polisi ilə razılaşdırılmış yol hərəkəti şəraitində nəzarət marşrutunda.

5.4. Müdavimlərin bilik, bacarıq və vərdişləri dörd bal sistemi ilə qiymətləndirilir: 5 (əla), 4 (yaxşı), 3 (kafi) və 2 (qeyri-kafi). "3" məqbul hesab edilir.
İmtahanlardan qeyri-kafi qiymət alan müdavimlər yalnız əlavə hazırlıqdan sonra təkrar imtahanlara buraxılır.

5.5. İmtahanların nəticələri protokolla (5 nömrəli əlavə) sənədləşdirilir, komissiyanın sədri və üzvləri, sonra isə tədris müəssisəsinin rəhbəri tərəfindən imzalanır və möhürlənir.

5.6. Tədris müəssisəsində məqbul (zaçot) və imtahanları müvəffəqiyyətlə verən müdavimlərə təlim kursunu bitirmələri barədə şəhadətnamə verilir (6 nömrəli əlavə).
Şəhadətnamə ciddi hesabat sayılır, mətbəə sıra nömrəsi olur və mərkəzləşmiş qaydada Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən hazırlanır.
Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması proqramı üzrə təlim kursunu bitirməsi barədə müdavimlərə verilən şəhadətnamə həmin nəqliyyat vasitələrini idarəetmə hüququ verən sənəd sayılmır, müvafiq kateqoriyalı avtomobil nəqliyyatı vasitələrini idarəetmə hüququ verən sürücülük vəsiqəsinin alınması üzrə imtahanlara buraxılması üçün Dövlət Yol Polisi idarəsinə təqdim edilir.

5.7. Tədris qrupunun tədris sənədləri və imtahan komissiyalarının protokolları 75 il ərzində müəssisələrdə saxlanılır.
Tədris müəssisələrinin bitirilməsi barədə şəhadətnamə itirildiyi halda məzunun ərizəsi və imtahan komissiyasının protokolu əsasında ona dublikat şəhadətnamə verilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə 1 nömrəli Əlavə

Tədris qrupunun qeydiyyata alınması barədə sifarişin forması Dövlət Yol Polisi İdarəsinin rəisi _______________ xahiş edirəm "____" 
kateqoriyalı avtomobil nəqliyyatı vasitələri sürücüləri təlimi üzrə "____" №-li tədris qrupunu qeydiyyata alasınız.
(tədris müəssisəsinin adı)
Ünvan ______________ Telefon ____________ Dərslərin başlanması 
________ Dərslərin qurtarması ________

Müəllimlər:
1. Avtomobil nəqliyyatı vasitələrinin quruluşu və istismarı üzrə (adı, soyadı, atasının adı)
Təhsili __________________ İxtisası ______
2. Yol hərəkəti qaydaları və hərəkət təhlükəsizliyinin əsasları üzrə 
(adı, soyadı, atasının adı)
Təhsili ___________________ İxtisası _______
Sürücülük vəsiqəsi 
3. Tibbi yardım göstərilməsi üzrə 
(adı, soyadı, atasının adı)
Təhsili __
İxtisası __________
İstehsalat təlimi ustaları (sürmə təlimatçıları)
1. təhsili 
(adı, soyadı, atasının adı)
İş stajı _ il avtomobil nəqliyyatı vasitələri sürücüsü
Kateqoriya __ təlim hüququ üzrə şəhadətnamə,
Seriya ___, № ______, "____"______________ 199__ il
Müdavimlərin siyahısı
Sıra 
№-si
Soyadı, adı, atasının adı
Doğulduğu gün, ay, il
Təhsili, sürücülük vəsiqəsi
Seriya __________, №__________,
kim tərəfindən verilib, verilmə tarixi, 
avtonəqliyyat vasitəsinin kateqoriyası*
İş yeri
Yaşayış yeri
1
2
3
4
5
6

Tədris müəssisəsinin rəhbəri
"____"__________________ 199__ il
(imza)
* 4-cü qrafada avtomobil nəqliyyatı vasitələri sürücüləri kimi hazırlanan şəxslərin təhsili göstərilir, sürücülərin ixtisasının artırılması halda isə sürücülük vəsiqəsinin məlumatları qeyd olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə 2 nömrəli Əlavə

(Nazirliyin, baş idarənin adı)
Trenajorlarda və avtomobil nəqliyyatı vasitələrində sürmə təlimi uçotunun fərdi kitabçası 
Saxlanması və aparılması qaydaları
1. Kitabça müdavimə tədris müəssisəsinə qəbulu zamanı verilir və təlimin sonuna qədər onda saxlanılır.
2. Kitabçanı təqdim etmədən müdavim məşğələlərə buraxılmır.
3. Hər məşğələdə kitabça istehsalat təlimi ustasına təqdim olunur, o da öz növbəsində müvafiq qrafalarda faktiki təlim vaxtını və müdavimin qiymətini yazır, imza edir.
4. Müdavim kitabçasını qorumalı və səliqə ilə saxlamalıdır.
(tədris müəssisəsinin adı)
(müdavimin soyadı, adı, atasının adı)
Tədris qrupunun №-si __________
Təlimə başlanılıb "____"__________________ 199__ il
Təlim qurtarıb "____"__________________ 199__ il
İstehsalat təlimi ustası __________________
Avtotrenajor: markası ______________, tipi __________________
Təlim avtonəqliyyat vasitəsi: markası __________ Dövlət №__________
Tədris müəssisəsi rəhbərinin müavini
(imza)
M.Y. "____"___________ 199__ il
I. Avtotrenajorlarda və avtonəqliyyat vasitələrində sürmə təliminin uçotu
Tarixi
Tapşırıqların №-si
Proqram üzrə tapşırığın adı
Saatların miqdarı
Qiymət
İmzalar
Proqram üzrə
Yerinə yetirilib
Usta
Müdavim

II. Texniki qulluq işlərinin yerinə yetirilməsinin uçotu
Tarixi
Nəzarət baxışları, gündəlik texniki qulluq
Yerinə yetirilib, 
saatla
Qiymət
İmzalar
Usta
Müdavim
Cəmi sərf edilib _______ saat

III. Nəzarət yoxlamaları
Tarixi
İradların qısa məzmunu
Qiymət
Yoxlayıcı şəxsin imzası
Bunlardan ____ saat avtotrenajorlarda və ____ saat avtonəqliyyat vasitələrində, o cümlədən: ____ saat yük avtomobilində, ____ saat minik avtomobilində, ____ saat 
avtobusda, ____ saat avtoqatarda.
Dövlət Yol Polisində sürmə imtahanlarına buraxılır.
Tədris müəssisəsinin rəhbəri
___________________ M.Y.

 (imza)
"____"__________________ 199__ il
Avtonəqliyyat vasitələrinin sürülməsinə ________ saat əlavə vaxt verilib.
Tədris müəssisəsinin rəhbəri
__________________ M.Y.

 (imza)
"____"__________________ 199__ il

IV. Təlimə cəmi sərf edilib
Bunlardan ____ saat avtotrenajorlarda və ____ saat avtonəqliyyat vasitələrində, o  cümlədən: ____ saat yük avtomobilində, ____ saat minik avtomobilində, ____ saat  
avtobusda, ____ saat avtoqatarda.
Dövlət Yol Polisində sürmə imtahanlarına buraxılır.
Tədris müəssisəsi rəhbərinin müavini
___________________________ M.Y.

(imza)
"____"__________________ 199__ il

Avtonəqliyyat vasitələrinin sürülməsinə ________ saat əlavə vaxt verilib.
Tədris müəssisəsi rəhbərinin müavini
___________________________ M.Y.
(imza)
"____"__________________ 199__ il


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə 3 nömrəli Əlavə
(Nazirliyin, baş idarənin adı)
(Tədris müəssisəsinin adı)
Şəhadətnamə
Seriya ____________________ №____________________
Verilir vətəndaş ______________________________________________ ondan ötrü ki,
 (soyadı, adı, atasının adı)
O, "____"__________________ 199__ ildən "____"__________________ 199__ ilə qədər 
(tədris müəssisəsinin adı)
təlim kursu keçib.
Avtomobil nəqliyyatı vasitələrinin sürülməsinin metodikası üzrə ____ saat həcmində tam kursu bitirib. Müəyyən edilmiş məqbul və imtahanları vermişdir.

M.Y.
İmtahan komissiyasının qərarı ilə 
"____"__________________ 199__ il tarixli
__№-li protokolu
Vətəndaş 
(familiyası, adı, atasının adı)
avtomobil nəqliyyatı vasitələrinin sürülməsi təliminin aparılması hüququ verilir.
İmtahan komissiyasının sədri ______________________
(imza)
Tədris müəssisəsinin rəhbəri ________________________
(imza)
M.Y.
Verilib "____"__________________ 199__ il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə 4 nömrəli Əlavə



Avtomobil nəqliyyatı vasitələri sürücülərinin hazırlanmasını və onların ixtisaslarının artırılmasını həyata keçirən tədris müəssisələrinin kabinetlərinin (siniflərinin) və qurğularının Siyahısı
1. Avtomobil nəqliyyatı vasitələrinin quruluşu kabineti (sinfi).
2. Avtomobil nəqliyyatı vasitələrinin istismarının əsasları kabineti (sinfi).
3. Yol hərəkəti qaydaları kabineti (sinfi).
4. Hərəkətin təhlükəsizliyi və ilk tibbi yardım kabineti (sinfi).
5. Avtomobil nəqliyyatı vasitələrinin quruluşu üzrə laboratoriya.
6. Avtomobil nəqliyyatı vasitələrinə texniki qulluq üzrə laboratoriya.
7. Avtomobil trenajorları kabineti (sinfi).
8. Təlim avtodromu.
Kabinetlərin (siniflərin) və laboratoriyaların miqdarı tədris müəssisəsi üçün müəyyən olunmuş avtomobil nəqliyyatı vasitələri sürücülərinin hazırlanması və yenidən hazırlanması planına müvafiq olaraq orta illik kontingentə əsasən təyin edilir.
Kifayət qədər auditoriya fondu olduqda avtomobil nəqliyyatı vasitələrinin kateqoriyaları üzrə, eləcə də proqramın ayrı-ayrı bölmələri (mövzuları) üzrə ixtisaslaşdırılmış quruluş, avtomobil nəqliyyatı vasitələrinin istismarının əsasları kabinetləri təşkil edilə bilər.
Kifayət qədər auditoriya fondu olmadıqda isə avtomobil nəqliyyatı vasitələrinin quruluşu kabineti, istismarın əsasları və əməyin mühafizəsi kabinetləri ilə, yol hərəkəti qaydaları kabineti isə hərəkət təhlükəsizliyinin əsasları kabineti ilə birləşdirilə bilər.
Fərdi avtomobil nəqliyyatı və "A" kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanmasını həyata keçirən tədris müəssisələrinin kabinetlərinin və qurğularının Siyahısı
1. Quruluş və texniki qulluq kabineti (sinif).
2. Yol hərəkəti qaydaları və hərəkət təhlükəsizliyinin əsasları kabineti (sinif).
3. Avtotrenajorlar kabineti (sinif).
4. Sürmə təlimi üçün meydança.
Kifayət qədər auditoriya fondu olmadıqda quruluş və texniki qulluq, yol hərəkəti qaydaları və hərəkət təhlükəsizliyinin əsasları kabinetləri birləşdirilə bilər.

Avadanlığın təxmini Siyahısı

I. Avtomobil nəqliyyatı vasitələrinin quruluşu kabineti (sinfi) 
Öyrənilən markalar üzrə avtomobillərin (avtobusların) əsas yığma vahidlərinin kəsilmiş halda dəstləri, ayrı-ayrı mexanizmləri, sistemləri və hissələri:

1. İlişmə muftası ilə birlikdə birinci kompleksli mühərrik (yığılmış halda) - 2 ədəd
2. Ötürmələr qutusu (yığılmış halda)- 2 ədəd
3. Bölüşdürücü qutu (yığılmış halda)- 2 ədəd
4. Qabaq aparan körpülər və arxa körpülər - 2 ədəd
5. Hidravlik gücləndirici sükan mexanizmi (yığılmış halda) - 1 ədəd
6. Bucurğad (yığılmış halda) - 1 ədəd
7. Çarxqolu-sürgüqolu mexanizminin hissələri - 2 kom.
8. Qazpaylama mexanizmin hissələri - 2 kom.
9. Soyutma sisteminin cihazları - 2 kom.
10. Yağlama sisteminin cihazları - 2 kom.
11. Qida sisteminin cihazları - 2 kom.
12. Alışdırma sisteminin cihazları - 2 kom.
13. Akkumulyatorlar batareyaları - 2 ədəd
14. Generator və rele-nizamlayıcılar - 2 kom.
15. Starterlər - 2 ədəd
16. İşıq və səs siqnalizasiyasının cihazları - 1 kom.
17. Tormoz sistemlərinin qovşaqları və cihazları - 2 kom.
18. İşəsalıcı qızdırıcıların qovşaqları və cihazları - 1 kom.
19. Şinlərdə təzyiqi nizamlayan sistemin cihazları - 1 kom.
Nümayiş stendləri 
1. Mühərrikin iş sikli
2. Çarxqolu-sürgüqolu və qazpaylama mexanizmləri
3. Qida, soyutma, yağlama sistemləri
4. Qazbalonlu qurğulu mühərrikin qida sistemi
5. Elektrik avadanlığı
6. Sükanlı idarəetmə
7. Tormoz sistemləri
Öyrənilən avtomobillərin (avtobusların) quruluşuna aid plakatlar dəsti.
Əlavə olaraq aşağıdakıların olması tövsiyə edilir:
proqramlaşdırılmış təlim və biliklərin yoxlanılması üçün texniki vasitələr; kinoproyektor, diaproyektor, ekran; avtomobil nəqliyyatı vasitələrinin quruluşuna aid kinofilmlər və daifilmlər.

II. Avtomobil nəqliyyatı vasitələrinin istismarının əsasları kabineti (sinfi) 

1. Azərbaycan Respublikasında avtomobil daşımalarını xarakterizə edən diaqramlar.
2. Avtomobil nəqliyyatı müəssisələrinin struktur sxemi.
3. Avtomobillərin parklarda və açıq dayanacaqlarda yerləşdirilməsi sxemi.
4. Avtomobillərə texniki qulluğun texnoloji prosesinin sxemi.
5. Avtomobil daşımalarının mərkəzləşdirilmiş idarə edilməsinin sxemi.
6. Avtomobil təhvil-təslim aktı, yol vərəqəsi, mal-nəqliyyat qaimələri, avtomobilin cari təmirinə sifariş, ehtiyat hissələrin və materialın alınması üçün tələbnamə, avtomobilin boş dayanma aktları, yükün çəkilməsi, yükün əskik gəlməsi (xarab olması) barədə sənədlərin tərtib olunması üzrə plakatlar dəsti.
7. Avtomobillərə texniki qulluq, avtomobil nəqliyyatında əməyin mühafizəsi və təhlükəsizliyinə aid plakatlar dəsti.
8. "Sürücülərin əmək haqlarının vahid tarif stavkası", "Yanacaq-sürtkü materiallarının məsrəf normaları", "Avtomobil nəqliyyatı vasitələrinin işinin texniki-istismar göstəricilərinə aid müxtəlif cədvəllər" (plakatlar).
9. Avtomobillərə (avtobuslara, qoşqulara) texniki qulluq üzrə nəzəri sualları izah edərkən əyani nümayiş etdirmək üçün tərtibatların və alətlərin nümunələri.
10. Əlavə olaraq aşağıdakıların olması tövsiyə edilir:
proqramlaşdırılmış təlim və biliklərin yoxlanılması üçün texniki vasitələr; kinoproyektor, diaproyektor, ekran; avtomobil nəqliyyatı vasitələrinin istismarı və texniki qulluğu üzrə kinofilmlər və daifilmlər.

III. Yol hərəkəti qaydaları kabineti (sinfi) 

1. Yol nişanları və əlavə məlumat vasitələrinin elektrikləşdirilmiş stendi.
2. Müxtəlif yolayrıcıları və dairəsi hərəkətli meydançaların metal əsasında təsvirlərini göstərən planşetlər dəsti (müəllim üçün).
3. Yolayrıcılarında və meydançalarda avtomobillərin keçirilməsi üzrə məsələlərin həll edilməsi üçün avtomobil nəqliyyatı vasitələrinin yol nişanlarının maqnitli maketləri.
4. Yolayrıcıları və meydançaların sxemlərinin dəsti (tədris partalarının sayına uyğun, şagirdlər üçün).
5. Yolların nişanlanması və onun yollarda, körpülərdə, kəsişən yolların üstündən salınan körpülərdə və başqa yerlərdə tətbiqinə aid tədris-əyani vəsaitlər.
6. Svetoforların (bütün tiplər üzrə) elektrikləşdirilmiş modelləri.
7. Nizamlayıcının siqnallarına aid tədris-əyani vəsaitlər.
8. Tədris müəssisəsinin yerləşdiyi yaşayış məntəqəsinin sxemi, yaxud nizamlayıcı vasitələrin (nizamlayıcıların, svetoforların, yol nişanlarının, yolların nişanlanmasını) qoyulmasını işarə etməklə təlim marşrutları.
9. Nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşməsi, manevretməsi, ötmə, dəmiryol keçidlərinin keçirilməsinə aid tədris-əyani vəsaitlər.
10. Yüklərin və sərnişinlərin daşınmasına və dəstədə hərəkətə aid tədris vəsaitləri.
11. Avtomobil nəqliyyatı vasitələrinin texniki vəziyyəti və avadanlaşdırılması, nömrə, tanınma və xəbərdarlıq nişanları, yazılar və işarələrə aid tədris-əyani vəsaitlər.
12. Əlavə olaraq aşağıdakıların olması tövsiyə edilir:
proqramlaşdırılmış təlim və biliklərin yoxlanılması üçün texniki vasitələr; kinoproyektor, diaproyektor, ekran; yol hərəkəti qaydaları üzrə kinofilmlər və daifilmlər. 

IV. Hərəkət təhlükəsizliyinin əsasları və ilk tibbi yardım kabineti (sinfi) 

1. Avtomobilin hərəkət nəzəriyyəsi və avtomobilin sürülməsinin psixofizioloji əsaslarına aid tədris-əyani vəsaitlər.
2. Avtomobilin müxtəlif yol və hidrometeoroloji şəraitlərdə sürülməsinin texniki üsullarına (fənlərə) aid tədris-əyani vəsaitlər.
3. Hərəkətin təhlükəsizliyinə təsir edən mexanizmləri və cihazları göstərməklə avtomobilin (avtobusun) sxemi.
4. Avtomobil nəqliyyatı vasitəsi sürücüsünün əməyinin gigiyenası, yol-nəqliyyat hadisələri zamanı ilk tibbi yardımın göstərilməsi, sürücünün tibb aptekçəsinin məzmununa aid tədris-əyani vəsaitlər.
5. Respublikanın şəhər və rayonlarında baş verən yol-nəqliyyat hadisələri və onların səbəbləri barədə fotomaterialları əks etdirən stend.
6. Əlavə olaraq aşağıdakıların olması tövsiyə edilir:
sürücünün psixofizioloji xassələrinin (diqqət, nəzər nöqtəsi, baxışın dəyişilmə vaxtı, uyğunlaşma vaxtı və s.) yoxlanılması və məşq etdirilməsi üçün cihazlar; proqramlaşdırılmış təlim və biliklərin yoxlanılması üçün texniki vasitələr; kinoproyektor, diaproyektor, ekran; hərəkət təhlükəsizliyinin əsaslarına və ilk tibbi yardıma aid kinofilmlər və daifilmlər. 

V. Avtomobil nəqliyyatı vasitələrinin quruluşu üzrə laboratoriya 

Laboratoriyada hər mövzu üzrə manqanın (briqadanın) nəzərdə tutulmuş işinin yerinə yetirilməsini təmin etmək üçün öyrənilən avtomobillərin (avtobusların, qoşquların) mexanizmləri, aqreqat hissələri və cihazları yerləşdirilir. O cümlədən:

1. İlişmə muftası ilə birlikdə birinci kompleksli mühərriklər, yığılmış halda - 8 ədəd
2. Ötürmələr qutusu - 2 ədəd
3. Bölüşdürücü qutu - 2 ədəd
4. Qabaq aparan körpülər - 2 ədəd
5. Arxa (orta) körpülər - 2 ədəd
6. Qida sisteminin cihazları - 8 kom.
7. Alışdırma sisteminin cihazları - 4 kom.
8. İşıqlandırma və siqnalizasiya cihazları - 4 kom.
9. Generator və rele-nizamlayıcılar - 4 kom.
10. Starterlər - 4 ədəd
11. Kardan ötürmələri yığılmış halda - 2 kom.
12. Amortizatorlar - 4 ədəd
13. Hidravlikləndirici sükanlı idarəedicilər, sükan mexanizmi - 4 kom.
14. Hidravlik və pnevmatik intiqallı tormoz sistemləri - 4 kom.
15. Sökmə-yığma işlərini aparmaq üçün alətlər, tərtibatlar və çıxarıcılar - 8 kom.
16. İşçi stolları (çilingər dəzgahları) - 8 ədəd
17. Tədris sənədləri 
18. Tibbi aptekçə
19. Yanğın əleyhinə vasitələr

VI. Avtomobil nəqliyyatı vasitələrinə texniki qulluq üzrə laboratoriya

1.Öyrənilən komplektləşdirilmiş əsas avtomobillər (avtobuslar, qoşqular)- 8 
ədəd
2. İsti nizamlanma aparmaq üçün öyrənilən əsas mühərriklər (altlıqlar üzərində) - 8 ədəd
3. Nizamlanma rəqəmlərini, texniki qulluqların növləri üzrə yerinə yetirilən işlərin siyahısını göstərən cədvəllərin şitləri - 2 ədəd
4. Öyrənilən avtomobillərin (avtobusların, qoşquların) yağlama xəritələri - 4  ədəd
5. Texniki qulluq üzrə işlərin yerinə yetirilməsi üçün istismar materialları dəsti 1 ədəd
6. Texniki qulluq üzrə işlərin yerinə yetirilməsi üçün açarlar, tərtibatlar və cihazlar dəsti. O cümlədən:    avtomobilin elektrik avadanlığının texniki qulluğu və təmiri üçün alətlər dəsti karbüratorçunun alətlər dəsti - 4 kom. karbüratorçunun alətlər dəsti - 4 kom. dinamometrik dəstək - 4 ədəd sükan idarəsinin yoxlanılması üçün cihazlar  4 kom. təkərlərin çəpliyinin (razval) ölçülməsi üçün xətkeş - 2 ədəd, vulkanizasiya üçün əl məngənəsi - 2 ədəd
300 mm-lik metal xətkeşlər - 4 ədəd, avtostetoskop - 4 ədəd, alışdırma şamlarının yoxlanması və təmizlənməsi üçün məmulatlar dəsti - 2 ədəd
pnevmatik intiqallı tormozların yığılması üçün cihazlar - 2 ədəd yük avtomobillərinin şinlərinin quraşdırılması üçün stendlər - 2 ədəd sürücünün alətlər dəsti - 8 kom.
7. İşçi stolları (çilingər dəzgahları)- 8 ədəd
8. Tədris sənədləri
9. Tibbi aptekçə
10. Yanğın əleyhinə vasitələr

VII. Avtotrenajorlar kabineti (sinfi)

1. Öyrənilən marka avtomobillərin trenajorları - 8 ədəd
2. Komandanın verilməsi və müdavimlərin hərəkətinə nəzarət pultu - 1 ədəd
3. Kinoproyektor (diaproyektor) ekranla birlikdə - 1 ədəd

VIII. Təlim avtodromu (sürmə təlimi üçün meydança) 
Təlim avtodromu avtomobil nəqliyyatı vasitələrinin sürülməsi üzrə tədris proqramının tələbinə uyğun avadanlıqlaşdırılır.
Təlim avtodromunun əsas elementləri: sürmə təliminin ilkin tapşırıqlarının yerinə yetirilməsi üçün meydança və dairəvi marşrut; qabarit tunelləri, darvazalar, səggizvari, ziqzaqvari keçidlər; dəmiryol platformaları və keçidləri; estakadalar; təpə və yamaclar; yol nişanları, svetoforlar, hərəkət hissəsinin nişanlanması, istiqamətlər (oriyentir).

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli  41 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə 5 nömrəli Əlavə

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə