"Nəqliyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli




Yüklə 31.49 Kb.
tarix06.03.2016
ölçüsü31.49 Kb.
Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət qaydalarının təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Nəqliyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli, 165 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 30 iyun 2000-ci il

                  № 110


 Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 2000-ci il 30 iyun tarixli, 110 nömrəli qərarı ilə

 TƏSDİQ EDİLMİŞDİR
Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət

QAYDALARI ( ç ı x a r ı ş l a r )
Bu Qaydalar «Nəqliyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli, 165 nömrəli Fərmanına əsasən hazırlanmışdır və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarətin həyata keçirilməsini müəyyən edir.

II. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət

 2.1. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, mexaniki avtonəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının (bundan sonra — avtonəqliyyat vasitələri) texniki vəziyyətinə nəzarət edilməsini, eləcə də mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslərlə qarşılıqlı fəaliyyət formalarını müəyyən edir.

 2.2. Yollarda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan avtonəqliyyat vasitələrində və ya texniki nəzarətetmə vasitələrinin tətbiqi ilə həyata keçirilir.

 Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata keçirən Daxili İşlər Nazirliyinin əməkdaşlarının vəzifələri «Yol hərəkəti haqqında», «Polis haqqında» Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir və onlar müəyyən edilmiş müvafiq formalı geyimdə olmalı, fərqləndirici döş nişanları və xüsusi xidmət vəsiqəsi ilə təmin edilməlidirlər.

 2.3. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət onları dövlət qeydiyyatına alan və müvafiq səlahiyyəti olan orqanlar tərəfindən aşağıdakı əsas istiqamətlərdə aparılır:

 2.3.1. Avtonəqliyyat müəssisələrində bu tədbirlərə aşağıdakılar aiddir:

 texniki qulluq və cari təmirin müvafiq istehsalat-texniki bazasında yerinə yetirilməsi;

 texniki sazlığın müayinəsi;

 texniki qulluğun keçirilməsi;

 təmirlərə sifarişlərin vaxtında verilməsi və onların yerinə yetirilməsi;

 nasazlıq üzündən baş vermiş yol-nəqliyyat hadisələrinin qeydiyyatı;

 əvvəlki texniki baxışın nəticəsinə görə avtonəqliyyat vasitələrinin texniki vəziyyəti;

 texniki vəziyyəti müayinə etmək üçün istifadə olunan nəzarət-ölçü cihazlarının mövcudluğu, metroloji attestasiyadan keçmələri və onlardan istifadə qaydaları;

 istismara buraxılan avtonəqliyyat vasitələrinin ətraf mühitə zərərli təsirinin qəbul edilmiş normativlər həddində olmasının təmin edilməsi;

 sürücülərin reysqabağı, reysdən sonra və dövri tibbi müayinədən keçməsinin təşkili.

 2.3.2. Avtomobil yollarında avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət:

 a) Avtomobil yollarında avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət «Yol hərəkəti haqqında» Qanunun tələblərinə riayət edilməklə aparılır. Belə ki, texniki vəziyyəti yol - nəqliyyat hadisəsi törədə biləcək ehtimalı aşkar müşahidə olunan, xarici görünüşü səliqəsiz və ya həmin Qanunun 1 nömrəli əlavəsində göstərilən tələblərə uyğun gəlməyən avtonəqliyyat vasitələri saxlanılaraq, müvafiq qaydada müayinə olunur. Bu zaman avtonəqliyyat vasitəsinin texniki vəziyyətinə nəzarət mümkün qədər qısa müddət ərzində aparılmalı, müayinə zamanı digər hərəkət iştirakçılarına maneçilik törədilməməlidir.

 b) Yollarda təcili yardım, yanğınsöndürmə, poçtdaşıyan, inkasator, texniki-qəza xidməti, daxili işlər və milli təhlükəsizlik orqanlarının əməliyyat avtomobilləri və hərbi avtomobillər, partlayıcı, yanğın təhlükəli, radioaktiv və başqa təhlükəli yük daşıyan nəqliyyat vasitələri, içərisində sərnişin olan avtobus və taksilər, trolleybus və tramvaylar texniki vəziyyətə görə müayinə edilmək məqsədi ilə saxlanılmır.

 2.4. Avtonəqliyyat vasitələrinə texniki-təmir stansiyalarında və texniki-təmir sahələrində texniki qulluğun göstərilməsi və təmirin aparılması Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş texniki norma və tələblərə uyğun həyata keçirilir. [2]

 Texniki təmir stansiyalarında və texniki təmir sahələrində yol-nəqliyyat hadisələri nəticəsində zədələnmiş nəqliyyat vasitələrinin təmirə qəbul edilib Daxili İşlər Nazirliyinin verdiyi müvafiq arayış əsasında aparılması işlərinin vəziyyəti Daxili İşlər Nazirliyi tərəfindən öyrənilir, nöqsanlar barədə akt tərtib edilir və bu sahə üzrə nəzarət orqanına tədbir görülməsi üçün göndərilir.

 2.5. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət edilməsinə onları qeydiyyata alan orqanın əsas vəzifələrinə aşağıdakılar aiddir:

 avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə texniki baxışlararası müddətlərdə nəzarət etmək, dövri texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti müəyyən olunmuş standartlara, habelə mühərrik, ban və şassi nömrələri qeydiyyat sənədlərində göstərilmiş nömrələrə uyğun gəlməyən avtonəqliyyat vasitələrinin istismarını qadağan etmək;

 avtonəqliyyat vasitələrinin konstruksiyasının hazırlanmasına və yenidən quraşdırılmasına, aqreqat, ban və ban hissələrinin dəyişdirilməsinə icazə vermək və yol hərəkəti təhlükəsizliyinin tələblərinə, dövlət standartlarına, normativ sənədlərə uyğun olmasına nəzarət etmək;

 mürəkkəb quruluşlu avadanlıqlaşdırma aparılan avtonəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi ilə bağlı tələblərə uyğunluğu baxımından texniki layihə sənədlərinə müvafiq rəylər vermək, onların sınaqlarının keçirilməsində iştirak etmək, tələblərə cavab verməyən nümunələr barədə müvafiq orqanlara təqdimatlar göndərmək;

 avtonəqliyyat vasitələrinin zərərli tullantılarından ətraf mühitin qorunması sahəsində qüvvədə olan qaydaların, normativlərin, standartların tələblərinə riayət edlməsinə nəzarəti həyata keçirmək;

 təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələr, idarələr, təşkilatlar və fiziki şəxslər tərəfindən yol hərəkətinin təhlükəsizliyinin təmin olunması sahəsində qüvvədə olan qaydaların, normativlərin və standartların tələblərinə riayət edilməsinə müstəqil və ya müvafiq səlahiyyətli orqanlarla birlikdə nəzarət etmək.

 2.6. Avtonəqliyyat vasitələrinin konstruksiyasının hazırlanmasına nəzarət texniki tapşırığın, texniki layihənin, avtonəqliyyat vasitəsinin sınağı və istehsala qəbulu texniki şərtlərin razılaşdırılması mərhələlərində aparılır. Həmin sənədlər razılaşdırılarkən aşağıdakı məlumatlar yoxlanılmalıdır:

 məmulatın tətbiqolunma sahəsinin qısa xarakteristikası;

 avtonəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş yol şəraiti və istismar rejimi, sürət və güc hədləri;

 çəki parametrləri (təchiz olunmuş halda kütləsi, tam kütləsi, yük götürməsi, sərnişinlərin sayı, qoşqunun tam kütləsi, tam kütlənin oxlar üzrə paylanması);

 tormozlanma yolu, yavaşıma təcili, tormoz qüvvəsi, onun oxlar və təkərlər üzrə paylanma xarakteristikası;

 yolun işıqlanan sahəsi;

 minimal və qabarit dönmə radiusları;

 yol hərəkətinin təhlükəsizliyi üzrə digər tələblər.

 Sənədlərin razılaşdırılması 30 gün müddətində yerinə yetirilməlidir. Müəyyən edilmiş standartların tələblərinə uyğun olmayan, layihə sənədləri düzgün hazırlanmayan və ya sənədlərdə çatışmazlıqlar olan və yaxud onların dövlət qeydiyyatını aparan orqanlar ilə razılaşdırılmayan sənədlər əsasında hazırlanan avtonəqliyyat vasitələrinin istismarı qadağan edilir. Həmin sənədlər geri qaytarılır və layihənin çatışmayan cəhətləri orada göstərilir.

 2.7. Avtonəqliyyat vasitələrinin sınağını və istehsala qəbulunu sınaq məmulatı hazırlayan hüquqi şəxsin təyin etdiyi komissiyalar həyata keçirməlidir. Sınağın keçiriləcəyi yer komissiya tərəfindən müəyyən edilir. Komissiyanın tərkibinə yol hərəkətinin təhlükəsizliyi üzrə elmi-tədqiqat institutlarının, laboratoriyalarının, həmçinin məmulatın layihə sənədlərinin razılaşdırılması mərhələsinə nəzarət edən orqanlar daxil edilməlidir.

 Sınaqların nəticəsi üzrə qəbul komissiyası müəyyən olunmuş formada protokol və qəbul aktı tərtib etməlidir. Nümunələr sınaqlara davam gətirmədiyi hallarda akt imzalanana qədər protokola konstruksiyanı təkmilləşdirmək barədə təkliflər yazılır. Konstruksiyaların yenidən işlənmiş tərkib hissələri təkrar sınaqdan keçirilir.

 2.8. Nəzərdə tutulmuş bütün sənədlərin razılaşdırılması və aparılmış sınaqların müsbət nəticəsi əsasında layihə təşkilatlarına istehsal olunan məmulatların istismara buraxılması üçün əsas hesab edilən konstruksiyaların razılaşdırılması barədə şəhadətnamə, xüsusi təyinatlı minik avtomobilləri üçün isə əlavə olaraq avadanlığın quraşdırılması sxemi verilir.

 2.9. Respublikada hazırlanması üçün layihə sənədləri tələb olunmayan avadanlıqların avtonəqliyyat vasitələrinə quraşdırılmalarının siyahısını müvafiq olaraq həmin nəqliyyat vasitələrinə texniki baxış keçirən orqanlar müəyyən edir.

2.10. Yol hərəkətinin təhlükəsizliyinə nəzarətin, habelə nəqliyyat vasitələrinin fasiləsiz və rahat hərəkətinin təmin olunması məqsədilə sərnişin daşımalarının marşrutlarının sxemi və qısa xarakteristikası şəhərlərarası marşrutlar üzrə Baş Dövlət Yol Polisi İdarəsi ilə, şəhərdaxili və digər marşrutlar üzrə ərazi polis orqanlarının dövlət yol polisi şöbələri (bölmələri) ilə razılaşdırılmalıdır.

 Layihə sənədlərinin işlənib hazırlanması və razılaşdırılması nəzərdə tutulmayan nəqliyyat vasitələrinə fərdi qaydada hazırlanmış minik avtomobilləri, amfibiyalar, minik avtomobillərinin qoşquları, motosikl (motorollerlər) və onların yanına qoşulmuş kolyaskalar, habelə sadə formada yenidən quraşdırılan avtonəqliyyat vasitələri aiddir.

 Fərdi qaydada hazırlanmış minik avtomobillərinin, motosikl və onların konstruksiyalarının şəhər (rayon) «Avtomobilçi» Cəmiyyətinin texniki komissiyaları və yol hərəkətinin təhlükəsizliyi üzrə Elmi Tədqiqat İnstitutu (laboratoriyası) tərəfindən müəyyən edilmiş texniki tələblərə uyğunluğu yoxlanılır. Avtomobillər, motosikllər və qoşqular texniki tələblərə uyğun gəldikdə, komissiya və ya institut (laboratoriya) tərəfindən Dövlət Yol Polisi İdarəsinə təqdim edilmək üçün rəy (cizgi, sxem və fotoşəkillər əlavə edilmək şərti ilə) yazılır və həmin rəy avtonəqliyyat vasitələrini qeydiyyata götürmək və istismar etmək üçün əsas sayılır. Zavod tərəfindən istehsal olunan avtonəqliyyat vasitələrinin fərdi qaydada ehtiyat hissələrdən yığılmasına icazə verilmir

 2.10. «Azəravtonəqliyyat» Dövlət Konserni «Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin və yük daşınmasına, nəqliyyat-ekspeditor xidmətlərinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları»na müvafiq olaraq, şəhər (rayon) daxilində isə lisenziya verən orqan lisenziya almış hüquqi və fiziki şəxslər tərəfindən göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən lisenziya qaydalarına riayət edilməsini yoxlayır.

 Lisenziya verilərkən yol hərəkəti təhlükəsizliyinə nəzarətin təmin olunması məqsədi ilə sərnişin və yük daşımalarına cəlb edilən nəqliyyat vasitələrinin Dövlət Yol Polisi tərəfindən texniki müayinədən keçirilməsi barədə verilmiş sənədin, hüquqi şəxsin mütəxəssislərinin tərkibi və ixtisası, o cümlədən yol hərəkəti təhlükəsizliyi üzrə mütəxəssis haqqında təqdim olunan məlumatların yoxlanılması xüsusi razılıq (lisenziya) verən orqan tərəfindən həyata keçirilir.

 Yol hərəkətinin təhlükəsizliyinə nəzarətin təmin olunması məqsədi ilə sərnişin daşımalarının marşrutlarının sxemi və qısa xarakteristikası müvafiq səlahiyyətli orqanlar (lisenziya verən orqan və Dövlət Yol Polisi) ilə razılaşdırılmalıdır.



 2.11. Əhalinin ictimai nəqliyyata olan tələbatını və insanların təhlükəsiz daşınmasını, cəmiyyətin və dövlətin mənafelərinin qorunmasını təmin etmək üçün şəhər sərnişin daşımaları sahəsində dövlət siyasətini həyata keçirən şəhər (rayon) icra hakimiyyəti orqanları tərəfindən bu məqsədlə yaradılan ixtisaslaşdırılmış dövlət avtobus, tramvay və trolleybus müəssisələrinin balanslarında olan nəqliyyat vasitələri texniki saz vəziyyətdə xəttə buraxılmalıdır.

 Şəhər əhalisinin ictimai nəqliyyata olan tələbatını tam yerinə yetirmək məqsədi ilə, göstərilən müəssisələrdən başqa şəhər sərnişindaşıma fəaliyyətinə digər hüquqi və fiziki şəxslərin sahibkarlıq qaydasında cəlb olunması yalnız şəhər (rayon) icra hakimiyyəti orqanları tərəfindən verilən xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə