Narkotik vasitələrə aid reseptlərin yazılması




Yüklə 169.31 Kb.
tarix22.04.2016
ölçüsü169.31 Kb.
Narkotik vasitələrə aid reseptlərin yazılması

qaydaları

Narkotik dərman vasitələri təmiz və ya digər indeferent dərmanlarla (məs: soda,şəkər) qarışıq halda təyin edilərsə xüsusi resept (çəhrayı rəngli) nüsxəsində yazılmalıdır.Bir resept nüsxəsində ancaq bir narkotik təsirli dərman formasının yazılmasına icazə verilir.Resepdə yuxarıda göstərilən ümumi rekvizitlərdən əlavə bunlar olmalıdır:

reseptin nömrəsi, seriyası, MPM –nin dəyirmi möhürü, resepti yazan həkimin imzası, xəstəlik tarixinin nömrəsi.Narkotik vasitələrin, psixotrop maddələrlə davranış əməliyyatlarında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 01 may 2001 – ci il tarixli 39 saylı və 05.09.2003 – cü il tarixli 120 saylı əmrləri əsas götürülür.39 saylı əmrə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən narkotik vasitələr, psixotrop maddələr və prekursorlar üçün üç siyahı təsdiqlənmişdir:

I siyahıda Az. Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr və prekursorların sayı göstərilmişdir.

II siyahıda Az. Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixitrop maddələr və prekursorların sayı göstərilmişdir.

Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik maddələr:

1

Buprenorfin

2

Butorfenol (Stadol)

3

Etilmorfin hidroxlorid (Dionin)

4

Fentanil

5

Metadon

6

Metilmorfin (Kodein) başqa mürəkkəb tərkibli dərman preparatlarının

tərkibində nəzarətdə saxlanılmır



7

Metilmorfin fosfat (Kodein fosfat)

8

Morfin

9

Morfin hidroxlorid

10

Morfin sulfat

11

Pantopan (Omnopon)

12

Pentazosin

13

Pritramid (Dipidolor)

14

Propanidid (Sombrevin)

15

Tramadol (Tramal)

16

Trimeperidin (Promedol)

Siyahıda göstərilmiş narkotik vasitələrin başqa adlarla başqa tərkibdə və onların digər birləşmələrinin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr:



1

Alprazolan

2

Aminoreks

3

Estazolam

4

Fenobarbitol (başqa mürəkkəb tərkibli dərman preparatlarlarının tərkibində

məhdudiyyət qoyulmur və nəzarətdə saxlanılmır)



5

Ketazolam

6

Klobazam

7

Qlyutetimid

8

Temazepam

9

Triazolam

Siyahıda göstərilən psixotrop maddələrin beynəlxalq adı göstərilmədən, başqa adlarla respublikaya idxalı qadağandır və onlar ancaq dövlər orqanları tərəfindən gətirikir.

Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan prekursorlar:

1. Erqometrin (qr)

2. Erqotamin (qr)

3. Etil efiri

4. Psevdoefedrin

5. Sirkə turşusunun anhidrid

Bunların da digər adlarla respublikaya idxalı qadağandır və ancaq dövlər orqanları tərəfindən gətirilir.

Siyahıda Azərbaycan Res.–nın ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr:

1. Barbitol 13. Lorazepam

2. Bromazepam 14. Loprazolam

3. Diazepam 15. Medazepam

4. Fludiazepam 16. Meprobamat

5. Flunitrazepam 17. Mefenoreks

6. Flurazepam 18. Midazolam

7. Xloridazepoksid 19. Natrium oksibutirat

8. Kamazepam 20. Nitrozepam

9. Ketanin 21. Oksazepam

10. Klonazepam 22. Oksazolam

11. Qalotan 23. Pentobarbitol

12. Qalozepam 24. Tetrazepam


Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət edilən prekursorlar:

1. Aseton

2. Efedrin (kq) (başqa mürəkkəb tərkibli dərman preparatlarının tərkibində

nəzarətdə saxlanılmır)

3. Xlorid turşusu

4. Kalium permanqanat

5. Sulfat turşusu

6. Toluol

Bu siyahıda göstərilən prekursorların başqa adlarla respublikaya idxalı qadağandır.

MPM –nə narkotik vasitələrə aid resept nüsxələri aptek anbarlarından verilir.Bu resept nüsxələrindən istifadə olunması, saxlanması və uçotunun aparılmasındakı qaydalara ciddi riayət olunmalıdır.MPM – in aptek anbarlarından narkotik vasitələrə aid resept nüsxələri aylıq tələbata uyğun olaraq buraxılır.MPM – də bu resept nüsxələri ya yalnız seyflərdə saxlanılmalıdır.

Narkomaniyaya tutulmuş şəxslərə narkotik preparatların təyin edilməsi və onlara xüsusi resept nüsxəsi yazılması həkimlərə qadağandır.

Narkotik dərmanın təyinində müalicə həkimi hökmən xəstəlik tarixində dərmanın formasını, miqdarını dozasını qeyd etməlidir.İş növbəsində müalicə həkimləri və ya növbətçi həkimlər tərəfindən istifadə olunmuş dərmanların ampulası, həmin gün baş həkimin müalicə işləri üzrə müavininə və ya baş həkimə verilməlidir.İstifadə olunmuş ampulların məhv edilməsi müəssisə rəhbərinin sədrliyi ilə, akt tərtib edilməklə aparılır.

Apteklərdə və MPM – də narkotik dərmanların alınması, saxlanılması, buraxılması və uçotunun aparılması üçün xüsusi «narkotik dərmanların uçotu» kitabı tərtib edilir.

Narkotik və zəhərli təsirə malik olan dərmanların reklamı qadağandır.Bu haqda ancaq tibb işçilərinə informasiya verilməlidir.



Narkotik preparatların işlədilmə normaları.

( hər 1000 nəfər əhaliyə il ərzində qramlarla ).

  1. Morfin hidroxlorid . —0.3

  2. Trimeperidin (promedol) —5.0

  3. Pontopon (promedol) — 0.3

  4. Etilmorfin hidroxlorid ( dionin ) — 0.1

  5. Estosin hidroxlorid — 0.3

  6. Metil morfin ( kodein) — 70.3

  7. Fentanil — 0.006

Qeyd: Normalar bütün dərman formalarmm tamiz təsir edən maddəsinə görə hesablanmışdır, ona görə də tələbnamənin normativə görə hesablanmış tələbatla müqayisa etdikdə tərkibində göstərilən maddələr olan bütün darman formalarında təmiz preparatı hesablamaq lazımdır.
Psixotrop dərman preparatlarına aid resept nüsxələrinin yazılması

qaydaları

Bu qayda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 01.05.2001 – ci il tarixli “Psixitrop dərman preparatlarının alınması, saxlanılması, buraxılması və hesabatı qaydalarının nizama salınması haqqında” 39 saylı əmrində təsdiqlənmişdir.

Lisenziya asasında fəaliyyət göstərən aptek mağazaları köşklərinə psixotrop dərman preparatlarının alınması və saxlanılması qadağandır.

Psixotrop darmanlara aid reseptlərin yazılması zamanı reseptin bütün bölmələri aydın xatlə doldurulmalıdır.

Miqdar uçotu aparılan psixotrop dərmanlara miivafiq qaydada MPM-in ştampı, mohürü, müalicə həkiminin mohürü və imzası ilə təsdiq olunmuş resept yazılmalıdır.

Miqdar uçotu aparılmayan psixotrop dərmanlara müalicə həkiminin möhürü, imzası ilə təsdiq olunmuş resept yazılmalıdiı.

Bir resept nüsxəsində yalnız 1 psixotrop ( bihuşedici təsirə malik ) dərman yazıla bilər. Qəbul qaydasi azərbaycan dilində yazılmaqla tam va aydın göstərilməlidir.

Fərdi tibbi fəaliyyətlə məşğul olan psixiatrlara psixotrop dərmanlara aid giüzəştli reseptlər yazmaq qadağandır.

Bir terapevtik dozadan artıq psixotrop ( bihuşedici təsirə malik ) dərman preparatlarının miqdarı 1 ay müddətində istifadə üçün resept yazıla bilər. Bu haqda resepta «xüsusi göstərişlə» sozü yazılmalı, həkimin imzası va ya müalicə müəssisəsinin möhürü ilə təsdiq olunmalıdır.

Psixotrop dərmanlara aid yazılmış reseptlər 15 gün müddətində etibarlı sayılır.

Miqdar uçotu aparılan psixotrop dərmanlara aid reseptlər va tələbnamələr aptekdə 1 il müddətində saxlanılır va sonra müvafiq qaydalara əsasən məhv edilir.

Miqdar uçotu aparılmayan psixotrop dərmanlara aid reseptlər aptekdə 3 gün müddətində saxlanılır va sonra məhv edilir.


Miqdar uçotu aparılan psixotrop dərmanlar bunlardır:

  1. Efedrin hidroxlorid – damcı, ampula, həb, toz

  2. Defedrin - həb

  3. Efedrin dimedrolla – həb, toz

  4. Klofellin - ampula, göz damcısı, toz

  5. Barbital – həb, toz

  6. Barbital Natrium - toz

Miqdar uçotu aparılmayan psixotrop darmanlar aşağıdakılardır:

  1. Ksanaks –həb

  2. Bromazepam – həb

  3. Droperidol

  4. Frizium-həb

  5. Klorazepam – həb

Reseptlərin yazılma qaydalarının tələblərindən birinə belə cavab verməyən reseptlər etibarsız sayılır üzərinə “resept etibarsızdır” ştampı vurulur, xüsusi jurnalda uçota alınır.Bu haqda əczaçı MPM-i ilə (həkimlə) əlaqə yaratmalı, məsələ dəqiqləşdirilməlidir.Resepti yazan həkim, xəstəni yeni reseptlə təmin etməlidir.

Zəhərli dərmanlara reseptin yazılma qaydaları

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 28 yanvar 1999-cu il saylı əmrinə asassn «zəhərli dərman preparatlarının alınması, daşınması, saxlanılması, yazılması va qəbulu qaydaları haqqında» qanuna əsasən zəhərli dərmanlar yalnız reseptlə buraxılır. Belə reseptlər MPM-in möhürü və ştampı ilə təsdiqlənməlidir. Bu qayda paxikarpin hidroxloridə də şamildir. Əvvəlcə reseptdə zəhərli dərman, sonra isə digər inqridientlər yazılmalı və zəhərli dərmanın tez nəzərə alınmasi üçün altından qırmızı xətt çəkilməlidir.

Zəhrli dərmana aid reseptlər va ya MPM-in taləbnamələri latın və ya azərbaycan dilinda yazılmalıdır. Bir resept nüsxəsində yalnız bir zəhərli dərmanın yazılmasına icazə verilir.

Ambulator xəstalərə «narkoz üçün efirin» təyin edilməsi qadağandır.

Aşağıdakı halları istisna etmaklə orta təhsilli tibb işçilərinə zəhərli darman preparatlarına aid resept yazmağa icaza verilmir:


  1. Feldşerlər - tibb məntəqələrinin müdirləri və müvəqqəti həkim
    vəzifəsində işləyanlər, reseptdə öz vəzifələrini və imzalarını göstərməklə zəhərli dərman preparatlarına aid resept yaza bilərlər.(kofein və onun preparatları, xanımotu və onun preparatları, gümüş-nitratın 2%-dan çox olmayan məhlulu ).

  2. Feldşer va mamalar öz vəzifələrini və imzalarını göstərməklə təcili
    yardım məqsədilə aşağıda göstərilən birdəfəlik yüksək dozadan artıq
    olmamaq şərtilə zəhərli dərman preparatlarına aid resept yaza bilərlər:

kofein və onun preparatları

xanımotu və onun preparatları

gümüş-nitratm 2%-dən çox olmayan məhlulu

MPM tərəfindən zəhərli dərman preparatlarına aid tələbnamələr ayrıca yazılır. Burada müalicə müəssisəsinin ştampı və ya möhürü,müəssisə rəhbərinin və ya müavininin imzası olur.

Tələbnamələr MPM-in şöbəsi və ya kabinetinin adı göstərilməli, dərman preparatları üçün inyeksiya, daxilə, xaricə, göz damcısı və s. qeydləri olmalıdır.

Həkimlər, feldşerlər, mamalar və stomatoloqlar zəhərli dərman preparatlarına aid düzgün yazılmayan reseptlərə görə məsuliyyət daşıyırlar.

Reseptlərin yazılma qaydasının səbəblərindən birinə belə cavab verməyən resept qeyri-qanuni sayılır və ona əsasən dərman hazırlanmır. Həmin resepti yazan həkim xəstəni yeni reseptlə təmin etməlidir.

Tərkibində zəhərli dərman maddəsi olan reseptlərin qəbulu zamanı əczaçı xəstənin yaşını müəyyən etməli, dozanı, uyuşmazlığı yoxlayıb, zəhərli dərmanın altından qırmızı qələmlə xətt çəkməlidir.

Zəhərli dərman preparatı əczaçı-nəzarətçi tərəfindən çəkilib, dərman formasının hazırlanması üçün assistentə verilməli və ştanqlaz dərhal şkafa qoyulmalıdır

Əczaçı-nəzarətçi çəkib verdiyi miqdarı, assistent isə təhvil aldığı miqdarı reseptin arxasında yazmalı və imza etməlidirlər. Bu əməliyyat xüsusi ştamp formasmda da yerinə yetirilə bilər.

Assistentin aldığı zəhərli dərman dərhal hazırlanma üçün istifadə olunmalı və əczaçı- nəzarətçiyə təhvil verilməlidir.

Aptekdə 1 nəfər əczaçı çalışdığı hallarda da zəhərli dərmanların hazırlanmasında reseptin arxasında bu göstərilən əməliyyatı əks etdirməlidir.

«A» şkafında zəhərli dərmanların çəkilməsi üçün xüsusi tərəzilər, çəki daşları, həvəng, silindr, qıf olmalıdır. Bu qabların yuyulması ayrıca təşkil edilməlidir. İmkan daxilində qabların üzərində «atropin üçün», «süleymani» və s. markirovkalar vurulmalıdır.

Zəhərli dərmanlar hazırlandıqdan sonra yoxlanılır və ayrıca şkafda


saxlanılır. Hazırlanmış dərmanların üzərində «zəhər», «çarpaz sümüklər»,
«kəllə» şəkilləri olan etiketlər yapışdırılır. «Ehtiyatlı olun» sözləri, dərmanın
adı və %- i göstərilir. Dezinfeksiya məqsədi üçün istifadə olunan «süleymani»-
dən dərman hazırlanırsa, dərman eozin və ya fuksinlə rənglənir və etiketdə
göstərilir. Aptekdə zəhərli dərmanlar hazırlandıqdan, rəsmiləşdirildikdən
sonra reseptlər aptekdə saxlanılır. Dərmanm təkrarı lazım gələrsə yeni resept
yazılır.

Aptekdən aşağıdakı zəhərli dərmanların reseptsiz buraxılmasına icazə verilir:



-- gümüş-nitrat qələmləri

--- 10% - li civə amidoxlorid
-- 2%-li Sarı civə oksidi

MPM-nə zəhərli təsirə malik dərmanlar həkimə və ya orta təhsilli tibb işçisinə vəkalətnamə əsasında buraxılır. MPM-in dəyirmi möhürü ilə təsdiqlənir. Əgər MPM-i aptekə daimi təchizat üçün təhkim olunmuşsa, vəkalətnamə 3 ay müddətində verilir.

Apteki olmayan MPM-də «süleymani»-nin həb və toz halında hazırlanması və fərdi şəxslərə buraxılması qadağandır. MPM ucqar rayonlarda yerləşərsə, «süleymani» MPM-in həkiminə və ya orta tibb işçisinə vəkalətnamə əsasında buraxılır.

MPM-ə gümüş-nitratın 2%-li məhlulu blenoreyanın profılaktikası üçün üzərində «yeni doğulmuşlar üçün» etiketi yazılmaqla buraxılır.

Apteklərdən baytarlıq müalicə müəssisələrinə zəhərli dərmanların buraxılması qadağandır.

Apteklərdə zəhərli dərmanların miqdarı hesabı aparılmalıdır. Bu məqsədlə təklif olunmuş kitab nömrələnir, qaytanlanır və yuxarı təşkilatların möhürü ilə təsdiqlənir ( kitabın forması əlavə olunur ).

Miqdar hesebı aparılan zəhərli dərmanlara aid reseptlər və tələbnamələr 3 il müddətində, miqdar hesabı aparılmayan zəhərli dərmanlara aid reseptlər və tələbnamələr isə 1 il müddətində aptekdə saxlanılır. Hər ayın sonunda aptekdə zəhərli dərmaınn faktiki qalığı yoxlanılır, təzə ayın birinə keçirilir, faktiki qalıq çıxarılır. Fərq alınarsa təbii itki hesablanır. Fərq təbii itkidən çox olarsa, 3 gün müddətində tabeliyində olan yuxarı təşkilata məlumat verilməlidir.

Miqdar uçotu aparılan zəhərli dərmanların siyahısı.


  1. Atropin sulfat (toz)

  2. Arsen anhidridi

  3. Natium arsenat kristallı və duzlar

  4. Civə 2-yodid

  5. Civə 2-xlorid ( süleymani )

  6. Civə oksisianid

  7. Civə sianid

  8. Gümüş-nitrat (lyapis )

  9. strixnin-nitrat (toz )

10. Dikain
RƏE-nın 4 – cü mərhələsində apteklərdən dərmanların buraxılmasında istinad olunan hallar analiz edilir.

Bu işdə ərzaçı qüvvədə olan qanunverici sənədlərə əsaslanır. Qanunvericiliyə görə Azərbaycan Respublikası ərazisində yaşayan müxtəlif kateqoriyalı xəstələr həkimin resepti əsasında pulsuz və ya güzəştli dərman xidməti göstərilməlidir.

Bu məqsədlə konkret olaraq bu xidmətə hüququ olan xəstələrin siyahısı təsdiqlənmiş, xidmətin göstərilməsi qaydaları açıqlanmışdır. (siyahını ver).

Bunlardan əlavə: 1990-cı ilin 19-20 yanvar Bakı hadisələrində, Qarabağ hadisələrində əlil olanlar, müharibə əlilləri, onlara bərabər tutulanlar, Çernobel əlilləri, Əfqanıstan əlilləri, əlil uşaqlar və 1-ci dərəcəli əlillərdərman preparatları ilə pulsuz təmin edilirlər.



  • 2-ci dərəcəli əlillərə isə dərman preparatları 50% güzəştlə buraxılır.

  • Veteranlar üçün (kişilər 70 yaş, qadınlar 60 yaş) dərmanlar və müalicə vasitələri həkimin resepti əsasında 50 % güzəştlə verilir.

Bu xidmət müalicə-profilaktika müəsissələrində təşkil edilmiş aptek məntəqələri vasitəsilə həyata keçirilir.

Aptek məntəqələri dərman preparatları və tibbi məmulatlar ilə təmini Respublika Səhiyyə Nazirliyinin (və ya əczaçılıq və Tibbi Sənayesi Birliyin) əmri əsasında Mərkəzi Aptek Bazası (MAB) və Rayonlararası Aptek Anbarı (RAA) vasitəsilə həyata keçirilir.

Pulsuz və ya güzəştli reseptlər əsasında buraxılan dərman preparatları və tibb məmulatlara aid reseptlərin tərtibatı qaydaları təsdiqlənmişdir.

Bu qaydalara görə Azərbaycan Respublikasının vvətəndaşı olan 20 yanvar əlilləri, milli münaqişə zəminində əlil olmuş, anadangəlmə əlillər, digər kateqoriyadan olan I və II qrup əlillər, Çernobel qəzasında iştirak edənlərin uşaqları, qaçqın və məcburi köçkünlər (uşaqlar, qocalar, əlillər, aztəminatlı və ailə başçısını itirmiş şəxslər) qeydiyyatda olduqları MPM-nin reseptləri əsasında təsdiq edilmiş “İmtiyazlı qruplara daxil olan xəstələr üçün dərman preparatlarının” siyahisinə uyğun olaraq dərmanlar ilə təmin olunurlar. (Siyahını ver).Siyahı 28 fevral 2007-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmişdir.

Güzəştli respetlər xüsusi formada olan resept nüsxələridir, bir resept nüsxəsində ancaq bir dərman maddəsi yazılır. Dərman maddəsi Latın dilində yazılır. Tibbi sənədlərə əsaslanaraq həkim, müalicə kursu təyin edir. Müalicə kursundan artıq dərman maddəsinin yazılmasında icazə verilmir. Uzun müddətli müalicə üçün terapevtik doza və qablanmanın sayı 30 günlük müalicə kursunu ötməməlidir.

Ambulator müalicədə olan xəstələr istisna olmaqla, stasionarda müalicə alan xəstələrə pulsuz və ya güzəştli dərmanların yazılmasına icazə verilmir.

Yararlılıq müddəti 10 gün olan fərdi hazırlanan dərmanlara birdəfəlik bir-neçə resept nüsxəsi yazıla bilər. Bu xidmətə MPM-nin vəzifəli şəxsləri və səhiyyə idarələri nəzarət aparır, məqsədli və planlı yoxlamalar keçirirlər. Ambulator qeydiyyatda olan xəstələrintibbi kartaların (15%-i), kurs müalicəsi alan xəstələrin tibbi kartaların (25%-i) yoxlanılır.

Respublika Səhiyyə Nazirliyinin əmri ilə pulsuz və ya güzəştli dərmanlar və tibbi məmulatların satışını təşkil edən aptek məntəqələrinin, resept əsasında pulsuz və ya güzəştlə narkotik və zəhərli maddələr buraxmaq hüquna malik apteklərin siyahısı, həmin resepti əsasında pulsuz və güzəştli enstemporal dərmanların hazırlanması (o cümlədən etil spirtini) buraxılması hüququna malik apteklərin siyahısı.

Əgər resept aptekə daxil olduğu vaxtda dərman preparatı müvəqqəti aptek məntəqəsində olmazsa, resept aptekdə qalmalı, aptek məntəqəsinin işçisi xəstənin təmini üçün müvafiq ölçü götürməlidir. Güzəştli reseptlərin təmini aşağıdakı kimi həyata keçirilməlidir:


  • Reseptdə “SİTO” yazılmışsa – gün ərzində

  • Siyahıda olan dərman maddəsi yazılmışsa 3 (üç) gündən artıq olmayaraq

Aptek təşkilatında bu cür xidmətin gündəlik uçotu aparılır və ayın axırında müvafiq cədvəl tərtib edilir, hər ayın 10-dan gec olmayaraq hesabatları MAB və ya RAA-rı səhiyyə idarəsinə təqdim edirlər. Ay ərzində pulsuz və ya güzəştlə buraxılan dərman maddələrinə aid hesab qaimlər və pulsuz və ya güzəştlə yazılmış resept nüsxələri qruplaşdırılır, təqdim edilir.

Aptek məntəqələrini təmin etmək üçün ilkin olaraq səhiyyə idarələrinin rəhbərləri MAB-na və ya RAA-na hər ayın 20-dən gec olmayaraq 40% həcmində avans verilrlər. Hesabatlar və reseptlər alınan andan səhiyyə idarələri 10 gün ərzində bank əməliyyatlarını başa çatdırırlar.


Ambulator şəraitdə müalicə olunan və həkim resepti əsasında

dərman preparatları və tibbi məmulatları almaq

hüququna malik olanların



S İ Y A H I S I



QRUPLAR




1.

Şəkərli diabet

bütün dərman preparatları, ay ərzində 100 qr. spirt və insulin şprisləri

2.

20 yanvar əlilləri

bütün dərman preparatları və tibbi məmulatlar

3.

Milli münaqişə zəminində əlil olanlar

bütün dərman preparatları və tibbi məmulatlar

4.

Çernobıl qəzası nəticəsində iştirak etmiş şəxslər

bütün dərman preparatları və tibbi məmulatlar

4.1.

Çernobıl qəzasmm nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideyinlərin birindən olan, köçürülmə günü ana bətnində olan uşaqlar. da daxil edilməklə uzaqlaşdırılma və köçürülmə zonalarından köçürülmüş uşaqların və 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş uşaqlar olan hər bir Azərbaycan vətəndaşı

bütün dərman preparatları, profılaktik maddələr və sarğı materialları

4.2.

Çernobıl qəlzası nəticəsində şüa xəstəliyinə tutulmuş Azərbaycan vətəndaşı

bütün dərman preparatları

5.

I qrup əlillər, işləməyən II qrup əlillər 16 yaşa qədər əlil uşaqlar

bütün dərman maddələri, tibbi reabilitasiya maddələri, qala-priyomnik və sarğı material-ları

6.

Qaçqın və məcburi köçkünlər (uşaqlar, qocalar, əlillər, az təminatlı və ailə başçısını itirmiş şəxslər)

bütün dərman maddələri

7.

Uşaq beyin İflici

xəstəliyin müalicəsı üçün lazım olan dərman maddələri

8.

TBŞ

TBŞ əleyhinə preparatlar və qaraciyər üçün preparatlar

9.

Bronxial astma

bu xəstəliyin müalicəsi üçün lazım olan dərman preparatları

10.

Revmatizm və revmatoidli artirit, qurd eşənəyi,

Bexterev xəstəliyi,



antibiotiklər,antihistasmin preparatlar, ürək qlikozidləri, sidikqovucular, antoqonist Ca preparatları, K preparatları

11.

Şizofreniya və epilepsiya

bütün dərman preparatları

12.

Onkoloji xəstəliklər

bütün dərman preparatları, sarğı materialları

13.

Lepra

bütün dərman preparatları

14.

İnfarkt miokard

(birinci altı ay ərzində)



xəstəliyin müalicəsi üçün va-cib olan dərman preparatları

15.

Siflis

Vismut preparatları, antibiotiklər

16.

10 və daha çox uşağı olan analar üçün

uşağı olan analar



bütün dərman preparatları

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi



İmtiyazlı qruplara daxil olan xəstələr üçün

dərman preparatlarının

siyahısı

Bakı 2007

Respublikanın şəhər və rayon səhiyyə orqan və müəssisə rəhbərlərinin nəzərinə!

Səhiyyə Nazirliyi tərəfindən 20 aprel 2006 – cı il tarixdə təsdiq edilmiş “İmtiyazlı reseptlər əsasında verilən dərman preparatlarının siyahısı” öz qüvvəsini itirilmiş hesab olunur.

İmtiyazlı qruplara daxil olan xəstələr üçün dərman

preparatlarının siyahısı







Preparatın adı



Adelfan tab.



Aktiv kömür tab.



Albumin 20% 100,0



Alloxal tab.



Almaqel susp.



Analqin tab. amp.



Aminazin tab. amp.



Amino acid (Celemin) 5% 500ml (Hero, Nepho)



Amitriptilin tab. amp.



Amlodipin tab.



Ampicilin tab. amp.



Anafranil tab. amp.



Asmopent aer.



Aspirin tab.



ATF amp.



Azaleptin tab.



Azathioprin 0,005 N50



Aktovegin 5,0 N50



Baralqin tab. amp.



Bellataminal tab.



Benzonal tab.



Berotek aer.



Betametazon tab., amp., məlhəm.



Birdəfəlik şpris 1,2,5,10,20



Bromqeksin tab. şirəsi



Ciklosporin 100 mq N50



Deksametazon tab. amp.



Desmopresin dam.



Dianorm (Qliklamet) tab.



Diazepam tab. amp.



Dibazol tab. amp.



Dibizid (Qlipmet) tab.



Difenin tab



Diklofenak tab. amp.



Dimedrol tab. amp.



Disinon (Etamzilan) tab.amp.



Depakin xrono tab. Sirop



Epoetin (Eprex) 2000 v N6



Eqlonil tab.amp.



Essensiale forte kaps.amp



Etaperazin tab.



Eufillin tab.amp.



Enalapril tab.



Fenazepam tab.



Fenobarbital tab.



Festal tab.



Flukonozol tab.



Furosemid (Laziks) tab.amp.



Gentamisin amp.



Halaperidol tab.amp.



Heksametadin tab.



İnsulin inyeks.



İntal kaps. aer.



Kalc.karbonat 0,5 N100



Kalc.qlukonat tab. amp.



Kalciy xlor amp.



Kaptopril tab.



Karbamazepin tab.



Kartan 5,0 N5 (Karnitin xlorid)



Kataxrom q/damcısı



Kavinton tab. amp.



Kalimin amp. tab,



Klanozepam tab.



Klotrimazol məl.şam.



Klofelin tab. amp.



Kokarboksilaza amp.



Kordaron tab. amp.



Kordiamin amp. damcı.



Korqlukon amp.



Korvalol damcı



Kvinaks göz damcısı



Lamiktal tab.



Lespenefril flak.



Linkomisin kap.məl.amp.



Majeptil tab. amp.



Mepril



Metaprolol tab. N60



Metformin tab.



Metipred tab. N60



Midokalm tab.



Minidiab tab.



Miokalcik 1,0 N5



Moditen depo amp.



Mycofenolate mofetil (Cell-cept) kaps. 500mq N50



Nakom Nl00 tab.



Narkotik analgetiklər (nıorfin, omnopon, promedol)



Neuleptil kaps.damcı



Nitroqliserin N tab.



Nifedipin tab, amp.



No-şpa tab.amp.



Novokain amp.



Oksadol tab.amp.



Oksibral tab.amp.



Omeprazol kaps.



Pananqin tab.amp.



Papaverin amp.



Pilokarpin 1-2% q-damcısı



Piracetam tab.amp.



Platifillin amp.



Polivitamin tab.



Prednizalon tab.amp.



Penicillin



Qlibenklamid tab.



Qliklazin tab.



Qlikvidon (Qhırenorm) tab.



Qlisin tab.



Qlufenal tab.



Retabolil amp.



Riboksin tab.amp.



Rispond tab.



Salbutamol aer.20ml



Serukal tab.amp.



Seretid aer.



Sermion amp, tab



Serobrolizin amp.



Sinnarzin tab.



Sonapaks tab.



Solkoseril amp, məlhəm



Streptomicin 1.0 flak



Sulfokamfokain amp.



Suprastin tab.amp.



Teofedrin tab.



Tizersin tab.amp.



Timalol göz damcısı



Tioqamma tab, məhlul



Topomaks tab



Tramadol tab.amp.



Triftazin tab.amp



Triheksifenidil tab.



Trimetazidin tab.



Trental tab, amp.



Triamainolan tab, amp., məlhəm



Troksivazin tab., məlhəm



Valerian ekstraktı dral.



Validol tab.



Vasobral N30



Venofer 100 mq 5,0 N5 amp.



Ventolin aer.



Veroşpiron tab.



Vitaminlər amp. (B1, B2, B6, B12, C, PP)

141.

Xlorproteksen tab.





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə