Napaleon müharibələri




Yüklə 50.76 Kb.
tarix17.04.2016
ölçüsü50.76 Kb.
Napaleon müharibələri

18 Brümer çevrilişindən əvvəl Fransa və Avropada olan ictimai

Və siysi vəziyyət

Direktoriya dövründə yeni hərbi sistem Fransaya koalisiya üzərində parlaq qələbələr əldə etməyə imkan verdi.Amma həmin Direktoriya ölkədə hələ də möhkəm administirasiya yaratmaği bacarmirdi.O,müharibələrin gedişatindan və generallarin uğurlarindan asili vəziyyətdə idi.Direktoriyanin gəlir mənbəyi müharibələr zamani baş verən soyunçuluğlar idi.

Fransiz diplomatiyasinin əsas məqsədi hərbi uğurlardan maksimum istifadə edərək ölkənin şərq sərhədlərində asili dövlətlər zənciri yaratmaq (bu Fransaya Mərkəzi Avropada hegemonluğu təmin edəcəkdi) vəİtaliyani ələ keçirmək idi.İtaliya Fransa üçün həmin zaman xammal bazari və Şərq bazarlarina çixiş idi.İonik və Malta adalarinin tutulmasi həmçinin Bonapartin Misir ekspedisiyasi Fransanin Araliq dənizində olan iqtisadi maraqlarini təcəssüm etdirirdi.

Yeni hökümət noyabr ayinin axirlarindan (1794) Prusiya ilə danişiqlara başladi.1795-ci il aprel ayinin 2-si Bazel şəhərində sülh sazişi imzalandi.Sazişə əsasən Reyn çayinin sol sahili Fransaya qaldi.Almaniyanin şimali neytrallaşdirildi.Bununla da Napaleon tərəfindən 1806-ci ildə tamamilə dağidilmiş Müqəddəs Roma imperiyasinin dağilmasinin əsasi qoyuldu.22 iyul 1795-ci ildə İspaniya ilə də sülh əldə olundu.Hollandiya isə Fransadan asili olan Botav respublikasina çevrildi.Belçika və reynin sol sahili Fransaya birləşdirildi.

Prusiya,Hollandiya,İspaniya və başqa ökələrin koalisiyadan çixmasi İngiltərə və Avstriyani Fransa ilə baş-başa qoymuşdu.Həmin zaman Yekatirinanin ölümü yeni koalisiyanin formalaşdirilmasina maneə oldu.Adi çəkilən ülkəlarin hər biri güclü Fransani Avropa görmək istəmirdilər.

1798-ci ildə Fransanin Hollandiyaya və İsveçrəyə təsirinin artmasi,Bonapart tərəfindən Maltanin tutlması və Misir siyasəti ona qarşı yeni (2-ci) koalisiyanin yaranmasina gətirib çixardı.Əsas iştirakçılar Türkiyə (Osmanlı),Rusiya,İngiltərə,Avstriya əsas təşkilatçılar isə ingilis və rus diplomatiyası idi.Pitt Fransanin Hollandiyada,İsveçrədə,İtaliyada və Misirdə ağalıq etməsini həzm edə bilmir,1-ci Pavel isə fransız burjaziyasına nifrət edirdi.Türkiyə isə Napaleonun Misir siyasətini qəbul etmirdi.Məhz bu Misir siyasəti Rusiya və İngiltərəyə Türkiyəni müttəfiqliyə qatmağa imkan verdi.

1797-ci ildən Fransada Xarici işlər naziri vəzifəsini həyata keçirməyə yüksək diplomatik bacariğa malik bir şəxs-Taleryan başladi.O,Fransanin Şərqdə və Şimali Afrikada yeni bazarlar əldə etməsini və Bonapartin Misirə olan yürüşünü dətəkləyən şəxslərdən biri kimi taninirdi.1799-cu ilə qədər Taleryan Napaleonda diktatorluq bacariği hiss etdiyindən daim onunla yaxinlaşmaq arzusunda olmuşdu.Çevrilişin uzaqda olmadiğini duyan Taleryan öz siyasətini dəyişib inqilabi quvvələrə yardımçı oldu.Napaleon isə onun bu əməyini qiymətləndirərək yenidən baş nazir olmasina raziliq verdi.Məhz bu iki şəxs Fransanin yeni xarici siyasətini qurmağa başladılar.

Ümumilikdə 1798-1799-cu illərin hərbi məğlubiyyətləri idarəçilikdə olan böhranları daha da sürətləndirdi.Bonapartin öz fikrinə gorə dövlət çevrilişi üçün bundan əlverişli şərait ola bilməzdi.İri bankirlərin maliyyə dəstəyi ilə 1799-cu il noyabr ayinin 9-da (brümenin 18-də) Bonapartin qoşunlari Qanunverici korpusun binasini əhatəyə aldilar.Depututatlara edilən təzyiqlər nəticəsində Direktoriyanin buraxilmasi və hakimiyyətin üç konsula verilməsi haqqinda qərar qəbul olundu.Beləliklə hakimiyyət faktiki olaraq Napaleonun əlinə keçdi.

Napaleonun Tilzitə qədər olan siyasəti (1799-1807)

Napaleom hakimiyyətə gələr-gəlməz ilk olaraq xarici işlər nazirini təyin etdişBu şəxs Taleryan oldu.Onu istedadli və öz işini bilən bir şəxs kimi tanımasına baxmayaraq Bonapart onunla çox az hallarda məsləhətləşir və razilaşırdı.Məsləhətləşsə də belə sonda qərari özü verirdi.Demək olar ki,bu nazir vəzifəsi formal xarakter almağa başlamışdı həmin zaman.Hakimiyyətin başina gəlməzdən əvvəl 1796-1797-ci illərdə İtaliya yürüşlərində,Leobendə və Kampo-Formioda (avstriyalilarla) danişiqlarda,məmlüklərlə müharibələrdə Napaleon Fransanin adindan müqavilələr,traktalar bağlamağa vərdiş etdiyindən artiq bir diplomat kimi formalaşmiş və Taleryanın özündən də yaxşı bu vəzifənin öhtəsindən gələ bilirdi.

Birinci konsul əvvəldən belə bir fikri irəli sürürdü ki,ilk olaraq böyük bir güc ,Fransaya müdaxilə etmə qabiliyyətinə malik olan dövlət üzərində diqqəti cəmləmək lazımdı.Bu böyük güc Avstriya hesab olunurdu.Napeleon Avstriya üzərində qələbə çalmadan digər ölkələrlə mübarizə aparmağı əhəmiyyətsiz sayirdı.Moenqo qələbəsindən sonra (avstriyalilar üzərində) vəziyyət dəyişməyə başladı.Artıq Napaleonun gücü hamiya məlum idi.Avstriyalilar öz qəddini düzəltməkdə çətinlik çəkir,Prusiya kralı hücum barədə fikirləşmir,ispan Burbomları tabe olur,qərbi alman dövlətləri isə öz tabeçiliklərini nümaiş etdiridilər.Bu vəziyyət Napaleona yeni plan hazırlamağa imkan verdi,hansı ki,1800-1812 ci illər ərzində həyata keçirilməli idi.Planın əsas məğzi belə idi-Rusiya ilə müdafiə və hücum etməmə haqqinda müqvilə imzalanır,1798-1799 cu illərdə olan döyüşlərdə əsir alinmış rus əskərləri əvəzsiz olaraq geri qaytarılır,Malta Rusiyaya bağışlanılır.Bütün bunlar Britaniya adalarına qarşı mübarizədə ruslardan müttəfiq kimi istifadə etməyə imkan verəcəkdi.Bu vaxt ərzində isə franızlar avstriyalıları Qoqenliden ətrafinda (2-3 dekabr 1800) darmadağın etmişdilər.Bu məğlubiyyətdən sonra avstriyalılar alçaldıcı Lenovil sülhünü bağlamağa məcbur oldular.Müqviləyə əsasən Şimali İtaliya və Avstriyanın prinney mülkləri Fransaya keçdi.Bundan sonra Napaleon Pavellə yaxınlaşma siyasətini həyata keçirməyə başladı.Hətta onlar arsinda Hindistanı birgə bölmək baradə də gizli danışıqlar gedirdi.Birinci konsul Paveli müharibənin yalnız İngiltərəyə lazim olduğunu bildirmiş və onu buna inandırmışdı.Bu yaxinlaşma təbii ki,ən çox Britaniya və Avstriyanı narahat edirdi.Lakin Pavelin öldürülməsi hər şeyin üstündən (Fransa üçün) xətt çəkdi.

Napaleon İngiltərə müharibədə vaxt udmaq üçün danışiqlara başladı.1802-ci il mart ayının 27-də Amyendə sülh müqaviləsi imzalandı.Bu müqavilədə udan təraəf yenə də Napaleon oldu.O,İngiltərəni bütün ələ keçirdiyi mülklərdən imtina etməyə (Seylon və Atlantik okeanında olan Trinidad adalarindan başqa),Hollandiya,Almaniya,İsveçrə və İtaliyanın daxili işlərinə qarışmamasina dair razıliq aldı.Bunun əvəzində Napaleon Misirdən imtina etməli idi.Lakin Napaleonun heç də belə bir fikri yox idi,bunlar hamısı uzun bir yol qət etdikdən sonra bir az oturub nəfəs almaq,rahatlanıb güc toplamaq məqsədi güdürdü.İngilislər Amyendə necə də böyük bir səhvə yol verdiklərini yalnız 1803-cü ilin mart ayında anladılar.Lakin artıq gec idi.Fransizlar donanmalarının sayını artırmış və quru qoşunlarımı yüksək döyüş hazırlığına gətirmişdilər.Məqsədinə çatmış Napaleon artıq rahat şəkildə müharibə barədə düşünə bilərdi.Bəhanəni də tapmaq heç də çətin olmadı.Amyen sülhünə əsasən ingilislər Maltanı tərk etməli idilər.Lakin bu şərtin həlli gecikirdi.Məhz bu gecikmə Napaleon üçün yeni müharibəyə başlamağa bəhanə oldu.

1804-cü ildə Pitt yenidən İngiltərədə hakimiyyətə dəvət olundu.O,böyük səylə Fransaya qarşı yeni kolisiyanın yaradılması üzərində çalışırdı.Məhz yeni koalisiyanın yaradılması nəticəsində Fransız desantının Britaniya adalraına soxulmasının qrşısı alina bilərdi.

Napaleonun həmin zaman heç bir işğali Rusiyanın maraqlarına toxunmurdu,laikn Aleksandr hakimiyyətə gəldikdən sonra Rusiyanın xarici siyasəti tamamilə dəyişdi.O,özünü artiq bütün avropanın xilaskarı kimi gördüyündən koalisiyaya qatılır.

İngiltərə,Rusiya və Avstriya Prusiyaya koalisiyaya girmək üçün təzyiqlər göstərirdilər.Lakin bu təzyiqlər heç bir nəticə vermirdi.Fridirix 3-cü Vilhem yaxşı anlayırdı ki,o bu koalisiyaya qoşulsa ilk olaraq napaleon işğallarindan əziyyət çəkən Prusiya olacaq və Napaleon ilk öncə Prusiyaya soxulub onu darmadağin edəcəkdi.Aleksandır isə gözləmək fikrində deyildi.Aylar keçdikcə onlarin bu müharibədə qələbə şansları azalırdı.Rusiya artiq təhdid üsuluna keçmişdi.Rus qoşunları Prusiya sərhəddində hazır vəziyyədə daynmışdı.Prusiya isə müharibədən çəkinmədiyini və neytrallığını qoruyacağını bildirdi.Ruslar öz elçilərini danışıqlar üçün Berlinə göndərməyə qərara aldılar.Elçilər orada olarkən vəziyyət Rusiyanın xeyirinə dəyişdi.Belə ki,Napaleon Prusiyanın neytrallığını pozaraq Bavariya ərazisinə qoşun yeritmişdi.Bu qoşun yeridilərkən Prusiya ərazisindən istifadə edilmişdi.Ruslar da öz növbəsində belə bir anı gözləyirdilər.Lakin bu vəziyyət heç də axira qədər belə qalmadı.Prusiyanin yaxinlaşmasını gözləyən ruslar son anda onu itirdilər.Səbəb 1805-ci il oktyabr ayinin 20-də ən yaxşı avstriya qoşunlarının napaleon tərəfindən məğlubiyyətə uğraması oldu.Koalisiyanin zəifliyini görən Prusiya ona qoşulmaqdan imtina etdi.Dekabr ayinda isə baş verən Austerlits məğlubiyyəti koalisiyanın böhran içində olduğundan xəbər verirdi.

Talryan Napaleona Prusiya işini uzatmamağı və onu Fransa ilə birliyə qoşmağın məsləhət gördü.Napaıeon razılaşdı.O,Qauqvinçi Prusiyanın adından müqavilə bağlamağa məcbur etdi.Napaleon Prusiyaya Hannoveri vəd etdi.Prusiya isə Nevşatel knyazliğindan.Ansbax və Klevedən imtina etməli idi.Hannoverə İngiltərə iddia etdiyindən bu müqavilə onun üçün heç də ürəyaçan bir şərtlə bağlanmadiğini anlamaq olar.

Napaleon tazliklə qardaşı Jozefi Neopolitanyanın,o biri qardaşı olan Lüdoviki isə Hollandiyanın krali təyin etdi.Bütün bunlar Prusiyanin Avstriyadan yardım almasının qarşısını almağa hesablanmış bir addım idi.Qardaşlarını bu vəzifəyə təyin etməklə o,Prusiyani qurudan əhatəyə almışdı.

Avstriya və həmçini Müqəddəs Roma imperatoru olan 1-ci Frans Napaleonun arzusu ilə 2-ci titulundan imtina etməyə məcbur oldu.O,artiq sadəcə Avstriya imperatoru idi.

1806-ci il fevral ayindan,yəni Pittin ölümündən sonra İngiltərənin xarici siyasəti tamamilə dəyişməyə balayir.Yeni xarici işlər naziri olan Foks Napaleonla yaxınlaşmaği məqbul sayir bu isə Prusiyanı daha çox narahat etməyə başlayir.Vəziyyətin heç də əlverişli olmadığını anlayan Fridrix 3-cü Vilhem Rusiyaya müraciət edir.Aleksandr isə Prusiyaya real təhlükə yaranacağı an kömək edəcəyini bildirir.Tezliklə Fridirix təhlükə məzmunlu məktublar alır.Bu məktublarda Napaleonun artiq Prusiya sərhədlərini keçdiyi xəbərləri yer almışdi.Fridrix özündə cəsarət tapib ultimatum tələbli məktubla müraciət edərək sonuncunun sərhədlərdən çəkilməsini tələb edir.Napaleon buna cavab olaraq ilk öncə Saksoniyaya sonra isə Prusiyaya soxulur.

Oktyabrın 8-də başlanan müharibə İyena və Auerşdetdəki döyüşlərlə sona çatir.27 oktyabr 1806-cı ildə Napaleon Berlinə daxil olur.Prusiya artiq darmadağın olmuşdu.

Napaleon Berlinə daxil olduqdan sonra birinci işi məhşur kontinental blokada haqqinda verilən dekret oldu.1806-cı il noyabr ayının 21-də imzalanan dekretdə Napaleona tabe olan ölkələrə Britaniya adaları və ingilis kaloniyaları ilə nəinki ticarət hətta istəlinən cür əlaqə yaratmaq qadağan olunurdu.Həmçinin Napaleon tabeçiliyində olan ərazilərdə ingilis mallarını müsadirə etməyə dair əmr vermişdi.Napaleon Britaniya adalarına soxulmaq üçun donanmaya,Hondistana isə yürüş etəyə qoşunu olmadiğindan o,İngiltərəni iqtisadi cəhətdən çökdürməyi qərara almışdı.

Rus qoşunlarının 1806-cı ilinn dekabrindan 1807-ci ilin iyun ayina qədər apardiqları müharibə Prusiyanı xilas etmədi.Napaleonun Fridlənddəki (14 iyun 1807) qələbəsi müharibənin bu dövrünün taleyini həll etdi.Rəqib-Fransa artiq nemanda idi,müttəfiq sayilan Prusiya artiq yox idi.İngilislərə gəldikdə isə xəyanətlə rastlaşılmışdı.Bütün bunlari görən Aleksandr siyasətdə əsaslı dönüş edərək Napaleonla danışıqlara başladı.

İngilislərin kömək etmə barədə Aleksandra olan vədlərinin yalan olması rus çarının ingilislərə nifrət etməsinə səbəb oldu və o,artiq Napaleonun dekək olar ki,müttəfiqinə çevrildi.8 iyul 1807-ci ildə Tilzit müqaviləsi bağlandı.Rusiya müqaviləyə əsasən 1)kontenital blokadanın şərtlərini Rusiya ərazisində tətbiq etməyi 2)İngiltərəyə müharibə elan etməyi 3)Napaleonun Qərbi Avropa xəritəsində etditi və edəcəyi dəyişiklikləri qəbul edəcəyini öhtəsinə götürdü.Napaleon isə yavaş-yavaş Prusiyadan (Rusiya ilə sərhəd olan ərazilərindən) qoşunlarını çıxıracağını və Türkiyəni Rusiya ilə birgə bölüşdürəcəyini bildirdi.Rusiya həmçinin köhnə müttəfiqi olan Prusiyanı Fransa ilə bölüşdürdü.Lakin ruslarin bu müqavilədən nəsə udduğunu düşünənlər sonra bunun yalniş olduğunu anladılar.Çünki,blokada nəticəsində Rusiyanın iqtisadiyyatı dərin böhran keçirirdi.Sonra isə Rusiyanın Türkiyə ilə apardiğı mühariblərdə Fransnın kömək göstərməməsi narazı qüvvələrı daha da hərəkətə gətirdi.Napaleonun boş vədlərlə Aleksandri aldatdığı üzə çıxdı.Bu artıq Rusiyanın 2-ci böyük müttəfiq tərəfindən aldadıldığını göstərirdi.

Napaleonun Tilzitdən sonrakı dövrdə olan siyasəti

Napaleon Avstriyanı tam olaraq çökdürmək üçün Rusiyanın köməyinə ehtiyac duyurdu.O,qüvvələri birləşdirərək daha tez və asan qələbə əldə etmək niyyətində idi.

1808-ci ilin yayında Napaleon Aleksandrı şəxsi görüşə dəvət edir.Aleksandr bu dəvətin mahiyyətini anlayaraq heç də görüş yerinə tələsmir.Görüş 1808-ci ilin sentyabr ayının 27-də erfurt şəhərində baş tutur və iki həftəyə yaxin davam edir.Görüş mühüm və yaddaqalan olur.Belə ki,məhz bu göörüşdən sonra Taleryanın necə də satqın olduğu üzə çıxır.O,Aleksandrla gizli danışıqlara girir.Taleryan rus çarına bu görüşün qaranlıq məqamları barədə ətraflı məlumatlar verərək ona hər hansı bir sənədi imzalamaqdan imtina etməyə çağırır.Napaleon özü bu görüşün heç bir nəticə verməməsindən təcüblənir.Nəhayət bir neçə aydan sonra (1809-cu ilin yanvarında) Taleryan tərəfindən aldadıldığını anlayır.Taleryan dərhal vəzifəsindən azad olunur.

Müharibə Napaleonun Avstriya üzərində tam qələbəsi ilə başa çatır.1809-cu ildə Şenbrunda (1809-cu il 14 oktyabr) ölkələr müqavilə bağlayırlar.Napaleon avstriyanı bölərkən Rusiya barədə olan planlarını bir qədər dəyişir.Əvvəlcə o,Qalisiyanı (Qərbi Ukraynanı) rusiyaya vermək istəsə də sonradan bu fikrindən vaz keçir.qalisiyanı Napaleon Varşava hersoqluğuna verir.Bununla belə o,Alekasndra Avstriya mülklərindən Tarnopıl və Tarnopıl əyalətini təklif edir.Napaleonun əslində bu əraziləri verməkdə məqsədi heç də Rusiyanın “ qara qaşına və ya gözünə aşiq olub” verməmişdi.Məqsəd yenə də başqa və mürəkkəb idi.1807-ci il Tilzit sülhündə Belostoku (Prusiya ərazisi),1809-cu ildə isə Tarnopulu Rusiyaya verməklə Rusiyanı əbədi olaraq həm Prusiya həm də Avstriya ilə toqquşdurmaq niyyətində idi.

Rusiya Fransa münasibətləri Napaleonun Aleksandrın bacısı olan Anna Pavlovnadan evlənmək barədə təklifinə rədd cavabı aldıqdan sonra daha da korlanmışdı (1809-cu ilin sonu 1810-cu ilin əvvəllərində).

1810-cu ilin yayından hər iki imperiya bir-biri ilə müharibəyə hazırlıq vəziyyətinə gətirilməyə başladı.Rusiya daxilində olan zadəganlar,iri sahibkarlar və.s müharibənin tərəfdarları kimi çıxış edirdilər.Səbəb kontinental blokada idi.1810-cu ilin dekabrında Aleksandrın xarici malların ölkəyə daxil olması üçün yeni tarif planının tətbiq edilməsi haqqında qərar verməsi yanan odu daha da alovlandırdı.Bu Fransa mallarına qoyulan gömrük rüsumunun artırılması demək idi.

Napaleon belə fikirləşirdi ki,nəinki Prusiya və Avstriya (ərazi mübahisələrinə görə) heç İsveç də Rusiyanı müharibədə dəstəkləməyəcək.Səbəb Rusiyanın İsveçdən Finladiyanı işğal etməsi idi.Napaleon tezliklə Avstriya və Prusiya hərbi müqavilələr bağlayır.Müqaviləyə əsasən hər iki ölkə fransız qoşunlarına təchizati cəhətdən yardım gostərməli idilər.Avstriya və Prusiya öz ərazilərini Rusiyanın hesabına genişləndirməyin heç də əleyhinə deyildilər.Avstiya Volın ərazisini, Prusiya isə bütün Pribaltikanı özünə birləşdirmək arzusunda idi.

Napaleon həmçinin Türkiyənin yardımına ümid bəsləyirdi.Lakin bütün ümidlər boşa çıxdı.1812-ci ildə Rusiya özünə sərf edən şərtlərlə Türkiyə ilə sülh müqviləsi imzaldı.Napaleon bu hadisədən sonra dərin sarsıntı keçirdi.

İsveçi bu və ya digər tərəf öz tərəfinə çəkməkdən ötrü ərazi vədinə başladılar.Fransa İsveçə onun tərəfindən müharibədə iştirak edəcəyi halda Finlandiyanı,Rusiya isə Norveçi təklif etdi.Bernadott (İsveç kralı) təklifləri dəyərləndirdikdən sonra ikincini seçdi.Bu seçim heç də təsadüfi deyildi.Norveçi Bernadott ona görə seçməmişdi ki,o Finlandiyadan zəngindi,ona görə seçmişdi ki,Fransa ilə İsveçi dəniz ayirdiğı halda Rusiya ilə onu heç nə ayirmırdı.Eyni zamanda artıq İngiltərə də Rusiya ilə saziş bağlamışdı.

Ağır müharibələr başladı.Ön plana diplomatlar deyil generallar çıxdı.Napaleon artiq böyük bir ordu toplamağa nail olmuşdu.Aleksandr Lyutçen,Bauçen və Drezdendə ağir məğlubiyyətlərə uğradı.lakin o,təslim olmaq fikrində deyildi.Bauçen məğlubiyyətindən sonra (1813 may) Aleksandr və Fridrix Avstriya imperatoru olan Fransa müraciət etdilər.Bu artiq 4-cü belə müraciət idi.Onlar Avstriyadan kömək almaq ümidində idilər.Lakin Metternixin məsləhətləri ilə Frans müttəfiqlərə yardım etməyə tələsmirdi.Metternix belə düşünürdü ki,Rusiya Fransanın Avstriyadan qopara biləcəyindən daha çox ərazi qoparacaq,ikincisi Napaleonun Avropada olan qüvvə nisbəti daha çoxdur,və ən sonda Napaleonun qurduğu imperiyanın yeganə varisi Fransın nəvəsi-Napaleonun və Mariya Luizanın oğludur.Lakinin bununla belə Metternix digər Avropa dövlətləri ilə danışıqlar aparır və Fransanın müharibələrdə zəifləyəcəyi tədqirdə Avstriyadan aldığı bir sira əraziləri qaytaracağına ümid edirdi.

1812-ci il iyun ayında fransız qoşunları Rusiyanın içərilərinə doğru irəliləməyə başladı.Sentyabr ayında Mojaysk yaxınliğında Borodino çölündə baş verən döyüşdə hər iki tərəf böyük itkilər verdi.Fransızlar daha sonra Moskvaya daxil olsalar da şəhəri alovlar içində gördülər.Geri çəkilən fransız qoşunları böyük itkilər verdi.

1813-cü ilin iyun ayından Avstriyanın vasitəçiliyi ilə sülh danışıqları başladı.Prusiya və Rusiya Napaleona aşağidakı şərtləri təklif etdilər 1)Napaleon Varşava hersoqluğundan imtina etməli 2)Dansinqi Prusiyaya qaytarmalı 3)1809-cu ildə Avstriyadan aldiği İlliriyanı qaytarmalı 4)Hamburq və Lyubek şəhərlərindən qoşunları çıxarmalıdı.Aleksandr və Metternix bu şərtlərin irəli surülməsini az bilib gələcəkdə tələbləri artırmaq niyyətində idilər.

İyunun 26-da Metternix elçi qismində Napaleonla goruşüb şərtləri ona bildirdi.Hiddətlənən Napaleon bütün şərtləri rədd etdi.Hətta o,Metternixin özünü satqın adldırdı.Metternix isə Napaleonun bu şərtləri qəbul etməyəcəyi tədqirdə Avstriyanın Fransaya müharibə elan edəcyini bildirdi.Lakin bunlar hamısı əbəs yerə söylənilən sözlər idi.Napaleon öz niyyətindən əl çəkmək fikrində deyildi.Praqada başlanan danışıqlardan heç bir nəticə hasil olmadı və Avstriya avqustun 10-u 1813-cü ildə Fransaya müharibə elan etdi.

1813-cü ildə oktyabrın 16-dan 19-na qədər olan Leyptsiq döyüşündə Napaleon ağır məğlubiyyətə uğradı və Fransanın içərilərinə doğru geri çəkildi.Bu qələbədən sonra müttəfiqlər Napaleona daha ağır şərtlərlə müqavilə bağlamagı təklif etdilər.Onlar Fransanın sərhədlərini 1792-ci ilə qədər olan sərhədlər çərçivəsində məhdudlaşdırmağı təklif etdilər.Napaleon bütün bunları rədd etdi.

Mart ayının 30-da (1814) müttəfiqlər Parisə daxil oldular.Napaleon taxt-tacdan əl çəkərək Elba adasına sürgün olundu.Taxta 18-ci Lyudovik əyləşdirildi.

Qələbədən sonra Avropa dövlətləri Vyanaya toplaşdılar.Bura konqresin keçirildiyi yer idi.Rusiya,İngiltərə,Avstriya və Prusiya konqresdə mühüm rol oynayirdılar.Onların məqsədləri 1)Napaleon tərəfindən istila edilmiş ərazilərdə monarxiya qayadalarını bərpa etmək 2)Avropanı öz aralarında bölmək 3)Avropada yarana biləcək inqilabi hərəkata qarşı mübarizə aparmaq idi.

Vyana konqresinin nəticəlerinə əsasən Belçika Hollandiya kralına;Şledzviq və Qolşteyn Danimarkaya;Lombardiya və Venesiya Avstriyaya verilir.Almaniya isə 38 müstəqil dövlətə bölündü.Polşa isə yenidən 3 hissəyə ayrıldı.

Milli-azadlıq hərəkatına qarşı həmçinin Avropada Osmanlı imperiyasina qarşı mübarizə aparmaq məqsədilə Aleksadr bu konqresdə Müqəddəs ittifaq yaratmaği təklif etdi.Müqəddəs ittifaq haqqında aktı bütün Avropa monarxları imzaladılar.

Konqres işini yekunlaşdırana yaxın gözlənilməz hadisə ilə qarşılaşdı.Mart ayının 1-də Napaleon sürgündən qaçaraq Fransaya gəldi.3 həftə sonra isə Napaleon parisə daxil oldu (20 mart 1815).

Napaleonun “100 günü”

Napaleon yenidən taxta əyləşdi.Parisə gələnə qədər heçbir müqavımət görmədi.Lakin hamiyyətdə cəmi 100 gun qala bildi.1815-ci ilin iyununda Vaterloo yaxinliğında (Belçika) onun ordusu müttəfiq qoşunlari tərəfindən darmadağın edildi.Napaleon əbədi olaraq ,əsir kimi Müqəddəs Yelena adasina göndərildi və orada da vəfat etdi.

Ədəbiyyat siyahisı

1)История Дипломатии: Москва 2006

2)www.wikipedia.org

3)www..History.org

Azərbaycan Dillər Universiteti

Fakültə:RBM

İxtisas:Beynəlxalq Münasibətlər

Fənn:B.M tarixi

Mövzu:Napaleon Müharibələri

Müəllim:Emil Qasımov

Tələbə:İsmayilzadə Əlikamran

Qrup:258



Bakı 2009


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə