Namazin siRLƏRİ MÜƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏD ƏHMƏD




Yüklə 1.69 Mb.
səhifə1/35
tarix31.03.2016
ölçüsü1.69 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   35
NAMAZIN SİRLƏRİ

MÜƏLLİF:

MÖHSÜN QƏRAƏTİ

TƏRCÜMƏ EDƏN:

MƏHƏMMƏD ƏHMƏD




نام کتاب..........................................................راز نماز

مؤلف:..................................................... محسن قرائتی

مترجم:..........................................................محمد احمد

ناشر:.................................................................شهریار

تاریخ چاپ:.........................................................1385

نوبت چاپ:..............................................................اول

تیراژ:................................................................5000

Kitabın adı:.................................Namazın sirləri

Müəllif:...........................................Möhsün Qəraəti

Tərcümə edən:..................................Məhəmməd Əhməd

Nəşr edən:....................................................Şəhriyar

Tiraj:......................................................................5000

Çap növbəsi:...................................................Birinci

Çap tarixi:.............................................................2007

978-964-5934-04

Ön söz


“Etiqadlar”, “hökmlər” və “əxlaq” yönümlərində İslam maarifinin Qur’an ayələri və hədislərə əsaslanaraq aşkar şəkildə bəyan olunması bu maariflə maraqlananların ehtiyaclarını ödəmək üçün zəruridir.

İlahi tövfiqlə, “Qur’an dəsrləri” adı altında bir neçə il ərzində televiziyadan verilən söhbətlər mö’min ümmətimiz tərəfindən qəbul olundu. Bu söhbətlərin bə’ziləri kitab şəklində sizə təqdim edildi. Üsuli-din və məad mövzusunda olan söhbətlər də bu qəbildəndir.

“Üsuli-din” mövzusunda söhbətlərdən sonra, dostların tövsiyəsi ilə “fürui-din” mövzusunda olan söhbətlərin də nəşr olunması qərara alındı. Tə’cili ehtiyac duyulduğu üçün “həcc” mövzusu ilk olaraq sizin ixtiyarınıza verildi. İndi isə “namaz” haqda olan mövzular əlinizdədir. Bu işlər şəhidlərin qanı bahasına yaranmış fürsətin şükrünün bəhrəsidir.

Namaz və digər ibadətlər barəsində dəyərli kitablar yazılmışdır. Ümid edirik ki, bu kitab çoxsaylı ayə və hədislərə əsaslanıb, ayrıca mövzu şəklində verildiyindən ümumi oxucular, xüsusilə müəllimlər üçün faydalı və bir növ yenilik olacaq.

Mövzuların hazırlanmasında istifadə olunan əsas mənbələr Qur’an və hədisdir. Bundan əlavə, şiə və sünni kitablarındakı rəvayətlərdən istifadə olunmuşdur.

Qur’an və “Nəhcül-bəlağə”dən sonra istifadə olunmuş əsas mənbələr aşağıdakılardan ibarətdir: “Biharul-ənvar”, “Vəsailuş-şiə”, “Müstədrək”, “Üsuli-kafi”, “Mən la yəhzuruhul-fəqih”, “Ğurərul-hikəm”, “Kənzul-ummal” və s. Rəvayətlərin sənəd və istifadə olunmuş mənbələr yerindəcə göstərilmişdir.

Bu kitabın hazırlanmasında əzizlərin dəyərli fikirlərindən və tövsiyələrindən istifadə olunmuşdur. Onlara təşəkkür edirik. Kitabın gücü Allahın, Peyğəmbərin və Əhli-beytin (ə) sözləridir. Bütün əldə olunanlar onların bərəkətindəndir. Əgər səhvlər və çatışmazlıqlar varsa, bizdəndir. Ayə və hədislərin tərcüməsi nisbətən azad tərcümədir. Bə’zi hallarda izah və əlavələr olunmuşdur. Əlinizdəki kitabın mövzuları öncə İslam respublikası efirindən yayımlanmışdır. Sonradan bir sıra dəyişiklik və təkmilləşdirmələrlə nəşr olunmuşdur.

Uca Allahdan ixlas, davamlı tövfiq, tə’sirli söz və yazı istəyirik. Ümid edirik ki, bu kiçik addım böyük vacibatlardan olan namaza maraq yaratmaqda tə’sirli olacaq, dünyada İslam maarifinin yayılmasında bizə də pay düşəcək. (Bu bizim hər birimizin vəzifəsidir.) Ümid edirik ki, böyük İslam ümmətimiz zəngin İslam maarifinə və dini şəxsiyyətlərinə arxalanaraq bir-birləri üçün möhkəm sığınacaq, haqqın himayəsi üçün alınmaz qala olacaq...



İnnəhu-vəliyyut-tovfiq.

H.q.1410, ramazan

İBADƏT


Namaz mövzusuna başlamazdan öncə ibadət, bəndəlik və onun müxtəlif fəlsəfə və mə’naları barəsində söhbət edəcəyik. Çünki ibadət namazın ruhudur.

NƏ ÜÇÜN İBADƏT?


İbadət dedikdə Allah qarşısında kiçiklik və təvazökarlığın ən üstün forması anlaşılır. Aləmin yaranışı və peyğəmbərlərin be’sətinin ibadət üçün olması ibadətin əhəmiyyətini lazımınca göstərir. Allah-təala buyurur: “Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım!”1

Aləmin, cinlərin və insanların yaranışında məqsəd Allaha ibadətdir.

Bütün peyğəmbərlərin risaləti xalqı Allaha pərəstişə də’vət etmək olub: “Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan çəkinin” –deyə peyğəmbər göndərmişdik.”2

Demək, aləmin yaranışı və peyğəmbərlərin be’sətində məqsəd Allaha ibadətdir. Allahın bizim ibadətlərimizə ehtiyaclı olmadığı mə’lumdur. “Həqiqətən, Allah sizə əsla möhtac deyildir.”3 İbadət pərəstiş edənlərin özünə faydalıdır. Necə ki, şagirdlərin dərs oxuması müəllim yox, onların özü üçün faydalıdır.


İBADƏTİN ƏSASLARI


İnsanı Allaha pərəstişə vadar edən işləri sadalayaq:

1. Allahın əzəməti

İnsan özündən asılı olmayaraq ilahi əzəmət qarşısında xüzu və kiçiklik hiss edir. Necə ki, böyük şəxsiyyətlərin və ya alimlərin yanında özünü kiçik sayır, ona tə’zim edir.



2. Fəqirlik və asılılıq hissi

İnsan təbiətən asılı və ya ehtiyaclı olduğu kəsin qarşısında təvazökar olur. Bizim vücudumuz Allahın iradəsinə bağlıdır və bütün işlərdə Ona ehtiyaclıyıq. Bu acizlik və ehtiyac hissi insanı Allaha pərəstişə aparır. O Allaha ki, kamil və ehtiyacsızdır! Bə’zi hədislərdə bildirilir ki, əgər fəqirlik, xəstəlik və ölüm olmasaydı, bə’ziləri Allah qarşısında heç zaman boyun əyməzdilər.



3. Ne’mətlərə diqqət

İnsan daim ne’mətlərdən bəhrələnərək, sitayiş edir. Allahın saysız ne’mətlərini yada salmaq Allahı düşünmək və ibadət üçün güclü amil ola bilər. Mə’sum imamların münacatlarında adətən öncə (hətta insanın təvəllüdündən əvvəl) Allahın ne’mətləri yada salınır. Bu yolla insan Allaha məhəbbətini dirildir, sonra isə ehtiyaclarını Ondan istəyir. Allah-təala buyurur: “Bu evin Rəbbinə ibadət etsinlər! Bir Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və qorxudan sonra əmin-amanlıq bəxş etdi.”1 Başqa bir ayədə buyurulur ki, sizi yaratdığı üçün Allahınıza bəndəlik edin.



4. Fitrət

Pərəstiş insan vücudunun bir hissəsi və onun fitri istəyidir. İnsan fitrətində olan pərəstiş ruhu bə’zən düzgün yolunu tapır və insan Allaha pərəstiş edir. Bə’zən isə cahillik və azğınlıq səbəbindən insan daşa, taxtaya, günəşə, inəyə, pula, maşına, qadına və tağutlara pərəstiş edir.

Peyğəmbərlərin gəlişi pərəstiş hissi yaratmaq üçün deyil. Onların be’səti bu fitri meylin düzgün yola hidayət olunması üçündür. Həzrət Əli (ə) buyurur: “Allah Məhəmmədi (s) haqq olaraq göndərdi ki, bəndələrini bütpərəstlikdən allahpərəstliyə də’vət etsin.”2

Qur’anda ibadətə aid ayələrin əksəri insanları ibadətə yox, ibadətdə tövhidə çağırır. Çünki hər bir uşaqda yeməyə meyl olduğu kimi, insanda da ibadət ruhu mövcuddur. Lakin insan hidayət olunmasa yemək əvəzinə torpaq yeyib, ləzzət alasıdır!

Əgər peyğəmbərlərin rəhbərliyi olmasaydı bu meyl azğın yola istiqamətlənər və Allah əvəzinə yalançı mə’budlara pərəstiş olunardı. Necə ki, həzrət Musanın (ə) yoxluğunda və 40 günlük qeyb dövründə xalq Samirinin hiyləsi ilə onun qızıl buzovuna pərəstiş etdi.

  1   2   3   4   5   6   7   8   9   ...   35


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə