Nağıyeva Zülfiyyə qrup 20 a peripatetiZM




Yüklə 17.04 Kb.
tarix24.04.2016
ölçüsü17.04 Kb.
Nağıyeva Zülfiyyə qrup 20 A

PERİPATETİZM

Orta əsrlərdə Şərq peripatetizmi fəlsəfi fikrin əsasını , nüvəsini təşkil edirdi. Fəlsəfə deyilərkən , ilk növbədə, dünyəvi elmləri özündə toplayan bu təlim yada düşürdü. 11-12 ci əsrlərdə müsəlman ölkələrində Əbu Reyhan Biruni (973-1048), İbn əl-Heysəm (965-1038), İbn-Sina (980-1037), Bəhmənyar(993-1066) və İbn Rüşd(1126-1198) elmi,fəlsəfi əsərləri ilə bəşər mədəniyyəti xəzinəsini zənginləşdirmişdir.

11-ci əsrdə İbn Sinadan sonra peripatetizmin –məntiq , metafizika və təbiət elmlərinin inkişafı bilavasitə Azərbaycan filosofu Əbülhəsən Bəhmənyarın adı ilə bağlıdır.

Aristotel ənənələri , peripatetik fəlsəfə Yaxın və Orta Şərq ölkələrində Bəhmənyardan sonra da öz inkişafını davam etdirmişdir. Peripatetizmə dair yeni-yeni əsərlər yazmaqla bərabər, Aristotelin və onun Şərq davamçılarının kitabları ayrı-ayrı mədrəsələrdə tədris edilir, geniş miqyasda yayılırdı.

Azərbaycanda peripatetizmin görkəmli nümayəndələri haqqında o dövrün fəlsəfə tarixçiləri qiymətli məlumat vermişlər. “Şərif” ləqəbi ilə tanınmış Şihabəddin Maraği təxminən 11-ci əsrin sonlarında yaşamış azərbaycan filosoflarındandır.Onun “Dialektika” (“əl-Cədəl”) kitabı məntiqə dair qiymətli vəsaitlərdən sayılır.

Şərq peripatetikləri Aristotelin elmlərin təsnifatı nəzəriyyəsinə əsaslanaraq öz sələflərindən aldıqları fəlsəfəni nəzəri və əməli olmaqla iki hissəyə bölürdülər. Birinci hissəyə metafizika, təbiiyyat və riyaziyyat , ikinci hissəyə isə etika, mənzil-məişət məsələləri və siyasət daxil adilirdi. Məntiqə gəldikdə , Şərq peripatetikləri onu gah fəlsəfənin nəzəri və əməli hissələrindən sonra üçüncü bir hissə zənn etmiş , gah da nəzəri hissənin tərkibinə salmışlar.

Şərq peripatetizmi İbn Sinanın və onun şagirdlərinin əsərlərində özünün dolğun , mükəmməl ifadəsini tapmışdır. Metafizika peripatetizmin sistemində mühüm yer tutduğundan orta əsrlərdə filosofları qruplara bölərkən Şərq peripatetiklərini metafizik filosoflar kimi səciyyələndirmişlər. O dövr filosoflarının və fəlsəfə tarixçilərinin əsərlərində metafizika mütləq varlıq haqqında elm kimi təqdim edilir, İbn Sina metafizikanın ali elm adlandırıldığını qeyd edərkən göstərir ki, burada araşdırılan şeylərin mövcudluğu hissi onların materiyası ilə bağlı deyildir. Belə ki, onları materiyasız və harakətsiz təsəvvürə gətirirlər, məsələn , əql, varlıq, vəhdət , səbəbiyyət, səbəb əlaqəsi və s. İbn Sina öz fikrini aydınlaşdıraraq yazır ki, metafizika materiyaya və hərəkətə zəruri surətdə ehtiyac duymayan şeylərin xarakterini dərk edir. Həm də o şeylərdən bəziləri materiya ilə bağlı ola bilməz, məsələn , əql və mütləq gerçəklik , bəziləri isə materiya və hərəkət ilə birləşə bilər, ancaq bu, zəruri olaraq onların təbiətindən irəli gəlmir, məsələn, səbəbiyyət – cisimdə də ola bilər, əql keyfiyyətində də ola bilər. İbn Sinanın fikrincə, ali elmin mövzusu ayrı-ayrı şeylər deyil, məhz mütləq varlıqdır.

Metafizikanın mövzusu özünün əhatə etdiyi məsələlərin ümumiliyinə görə digər elmlərin mövzusundan seçilir. Bəhmənyar bununla əlaqədar olaraq yazır ki, təbiiyyat və riyaziyyat elmlərində cismin və kəmiyyətin mövcudluğu məsələsi tədqiq edilmir. Belə məsələlər metafizikada araşdırılır. Digər elmlərin mövzuları bu elmin mövzusu üçün mahiyyətə məxsus aksidensiyalardır.

Metafizika elminin mətləblərini təəşkil edən şərtsiz varlıqla əlaqədar şeylərə gəldikdə,


Əbülhəsən Bəhmənyar göstərir ki, onlar mövcudat üçün ya növlər , ya da aksidensiyalar kimidir. Bəhmənyarın metafizikasında “varlıq”, “substansiya”, aksidensiya”, “cisim”, “materiya” və “bütün elmlərin möhtac olduğu müqəddimələr” araşdırılır.

Şərq peripatetizmində “aşağı elm” – “təbiyyat” (“ət-təbiyyat”, yaxud “əl-elm ət-təbii”, yaxud da “ elm ət-təbiə”) termini Aristotel fəlsəfəsindəki “fizika” termininə mütabiqdir. Birinci müəllimin fizikası hərəkət edən varlıq haqqında və əsas etibarilə materiyadan ayrı mövcud olmayıb, tərif verilə bilən mahiyyət haqqında elmdir. İbn Sina buna uyğun olaraq “Bilik kitabı” əsərində yazır: “Fizika elə hallar haqqında elmdir ki, onların təsəvvürü materiyadan ayrılmazdır. Bu elmin mövzusu hissi cisimdir”. Aristotelin təlimində olduğu kimi , ərəbdilli peripatetiklərin yaradıcılığında da fizika sözün ən geniş mənasında bütün təbiət elmlərini, təbiətşünaslığın fəlsəfi məsələlərini ifadə edir.

Şərq peripatetiklərinin sistemində varlıq haqqında təlim metafizika və təbiyyat qisimlərində , idrak nəzəriyyəsi təbiyyatın son hissələrində və məntiq qismində araşdırılır. Şərq peripatetiklərinin fikrincə, varlığa məntiqi tərif etmək mümkün deyildir. “Təhsil” kitabinda deyildiyi kimi , o, təsəvvürdə daha ilkindir, zira onun üçün nə cins, nə də fərqləndirici əlamət vardır. Bir sözlə, varlığı tanıdacaq daha ümumi bir şey yoxdur. Bu müddəa İbn sinanın varlıq təliminə uyğundur. “Bilik kitabi” əsərində deyilir ki, varlıq əqllə tərifsiz və təsvirsiz dərk edilir. Onun cinsi və növü olmadığından tərifsizdir, çünkiondan daha ümumi bir şey mövcud deyildir. O,təsvirə də gəlmir, çünki hər şeydən daha artıq məlumdur.

Hər şeyin ilkin əsası , başlanğıcı hesab edilən varlıq öz-özlüyündə aşkar olduğundan Şərq peripatetiklərinin rəyincə, onu yalnız özünə görə anlamaq lazımdır.

Şərq peripatetiklərinə görə, vacib varlıq , ilk səbəəb özünü analyan əqli varlıqdır. Onun öz-özlüyündə olan əqlindən zəruri surətdə ilk əql, yəni ilk nəticə hasil olur. “Bu nəticətək mahiyyətdir, bəsitdir, çünki yeganə səbəbdən zəruri surətdə meydana çıxmışdır. O, xalis, bəsit bir əql olmalıdır”. Bununla belə , peripatetik filosofların fikrincə , bu ilk nəticədə üç cəhətə görə - onun ilk səbəbə , öz mahiyyətinə və öz imkanına nisbətə görə çoxluq vardır. Bunun sayəsində ikinci əqldən üçüncü əql , göy sferasının nəfsi və göy sferasının cismi meydana çıxmış, emanasiya bu qayda üzrə onuncu əqlin (ay sferasının fəal əqlinin ), ünsürlər aləminin və insan nəfslərinin meydana çıxmasına qədər davam etmişdir.

Beləliklə, Şərq peripatetikləri, o cümlədən 11-12-ci əsrlərdə yaşamış azərbaycan peripatetikləri maddi aləmin dərk olunması məsələsinə müsbət yanaşmışlar . Həmin filosofların fikrincə, insan bütün bilikləri hissi və məntiqi idrak yolu ilə yalnız xarici aləmin təsiri altında əldə edir, zira xarici aləm idakın yeganə mənbəyidir. Şərq peripatetiklərinin idrak nəzəriyyəsi orta əsrlərdə Yaxın və Orta Şərq ölkələrində spektisizmə və aqnostisizmə qarşı mübarizədə böyük rol oynamışdır.

Şərq peripatetiklərinin əsərlərində məntiq həm elm , həm sənət , həm də alət kimi səciyyələndirilmişdir. Fikirləri ölçdüyü üçün onu tərəzi də adlandırmışlar.

Bəhmənyar polemik məktublarından birində fəlsəfi fənlərin İbn sina tərəfindən verilmiş təsnifatına tənqidi yanaşmışdır. O yazırdı: Cənabımız Şeyx Rəis İbn Sinanın “Təbirincə,fəlsəfə nəzəri fəlsəfəni və əməli fəlsəfəni özündə birləşdirir.Onun fikrincə , əməli fəlsəfədə də nəzər və idrak vardır.Deməli, onların hər ikisininqayəsi idrakdir”.

Filosof öz müəlliminə etiraz edərək bildirirdi ki, “ əməli fəlsəfə əməldir, nəzər deyildir.Bu məsələdə əvvəlki və sonrakı filosoflar da həmrəydirlər.

Əməli fəlsəfəni həm əxlaqi xeyirxahlıq , həm də onu öyrənən elm sayan İbn Sinadan fərqli olaraq bəhmənyar əməli fəlsəfəni yalnız əxlaqi xeyirxahlıq mənasında şərh edirdi.

Təbiət elmləri ilə bilavasitə qaynayıb-qarışdığı üçün peripatetikfəlsəfə gerçək həyatla daha yaxından bağlı idi. Əbusəid Urməvi tərkidünyalığa qəbahət kimi baxaraq yazırdı: “Zahid insanlıq surətindən çıxmış və insanlara nifrət bəsləyir”.

Ərəbdilli peripatetiklərin əsərləri yalnız Yaxın və Orta Şərq ölkələrində deyil, eləcə də Qərb ölkələrində yayılmağa başlamışdır. Həmin əsərlərdən bəziləri Avropanın müxtəlif qərb dillərinə tərcümə olunmuş , orada fəlsəfi fikrin , habelə təbiət elmlərinin inkişafına təkan vermişdir.



Azərbaycan fəlsəfəsi tarixi, Zakir Məmmədov, Bakı 2006 səh 63-73.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə