Мятбуат цчцн мялумат №06/29 03 aprel 2006




Yüklə 9.07 Kb.
tarix21.04.2016
ölçüsü9.07 Kb.


Мятбуат цчцн мялумат №06/29

03 aprel 2006

Cenevrə (BQXK) – Yakob Kellenberger, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Azərbaycan hökumətinin dəvəti ilə Azərbaycana ikigünlük səfərə gəlib. Bu səfərin ardınca Gürcüstan və Ermənistana səfərlər olacaq. BQXK-nın prezidenti, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Robert Koçaryan, Gürcüstan Parlamentinin spikeri Nino Burcanadze və Gürcüstanın baş naziri Zurab Noqaideli və üç dövlətin müxtəlif hökumət üzvləri ilə görüşəcək.


Danışıqlar zamanı itkin düşmüş şəxslər və onların ailələri, həll olunmamış Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələri ilə bağlı saxlanmış şəxslərin saxlanma şəraitləri və digər humanitar məsələlərə diqqət yetiriləcəyi gözlənilir. Silahlı qüvvələrin beynəlxalq humanitar hüquq (BHH) üzrə təlimləndirilməsi və BHH-nin tədbiqi də müzakirə ediləcək. Bundan əlavə, BQXK-nın prezidenti yerlərdə BQXK-nın dəstək verdiyi layihələrə baş çəkəcək.
Cənubi Qafqaza səfər çərçıvəsində BQXK-nın prezidenti Azərbaycan Qızıl Aypara və Ermənistan və Gürcüstanın Qırmızı Xaç cəmiyyətlərinin prezidentləri ilə də görüşəcək.
BQXK 1992–ci ildən bəri regionun silahlı münaqişələrindən zərər çəkmiş insanlarına və icmalarına kömək və müdafiə etməklə Cənubi Qafqazda fasiləsiz fəaliyyət göstərir. Təşkilat hazırda itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi və onların ailələrinə kömək, həbsxanalara baş çəkmələr və hələ də münaqişədən zərər çəkən ərazilərə yaxın yaşayan mülki əhalıyə kömək və müdafiə üzərində diqqət cəmləyib. BQXK-nın regiondakı fəaliyyətinə həmçinin həbsxanalarda vərəmə qarşı mübarizə, beynəlxalq hüququn yayımı və yerli Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətlərinin inkişafına kömək daxildir.

Ялавя мялумат цчцн мцражият един:

Annik Buvye, БГХК, Женевря, тел.+41 22 730 24 58 вя йа моб. +41 22 79 217 32 24

website: http://www.icrc.org


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə