Мяммядаьа султанов йазылы абидялярин тядгиги бакы – 2010 азярбайжан милли елмляр академийасы




Yüklə 1.17 Mb.
səhifə8/9
tarix23.02.2016
ölçüsü1.17 Mb.
1   2   3   4   5   6   7   8   9

Hekayəti-divaneyi-əhli-həqq və əhlillah

Dünyadan əl üzmüş bir misgər məscidə gedərək Allaha yalvarıb ondan pul və plov istədi, lakin əlinə bir şey gəl­mə­dikdə acığı tutub dedi: “İndi ki, sən belə cüzi bir xahişi yerinə yetirə bilmirsən, onda bu məscidi uçurt ki, bir də buraya xa­hişə gəlməsinlər”.

Bu zaman məscidin damından toz-torpaq tökülməyə baş­ladı. Misgər bu halı görüb dedi: “Bunu tez eşidib əməl etdin? Sən qurmaqdan çox uçutmağı bacarırsan”.

Misgər birtəhər çölə qaçıb bir xacəyə rast gəldi. Xacənin qulamı əlində plov sinisi gətirirdi. Xacə bu plovun ona aid ol­duğunu söylədikdə misgər dedi: “Mən bir şey yeməmiş Allah məscidi başıma uçurtmağa başladı, gör onun göndərdiyi payı yesəm, başıma nə oyun açar”15.




  1. Hekayəti-Bürixi-Əsvəd ba Musa

Musa peyğəmbərin zamanında Bürixi-Əsvəd adlı bir diva­nə var idi. O, zahirdə divanə görünürdüsə, batinən ariflərdən idi. Musa qövmünə bir qəhətlik üz verdi. Quraqlıq oldu. Musa nə qədər Allaha yalvardısa, hacəti rəva olmadı. Nəhayət, Allah dərgahından nida gəldi ki, ey Musa, Bürixi-Əsvəd adlı qulum var, bu işdə ancaq o sənə kömək edə bilər.

Musa onu xarabalıqda tapıb salam verdi. Bürixi-Əsvəd Musaya dedi ki, mən qoymadım Allah sənə yağış versin. İndi bax gör mən Allahdan necə yağış alıram.

O kötüyünü yerə vurub Allaha əmr etdi ki: “tez ol su ver, yoxsa, dünyanı dağıdaram”. Tez yağış yağıb dünyanı sel bü­rüdü. Musa bunun sirrini soruşduqda Allah dedi: “Hər din əhli öz yolu ilə məni tanıyır, sən narahat olma”.




  1. Hekayəti-Nuşirəvani-adil

Bir gün Nuşirəvan viranəyə gedib orada Büruxi-Əsvəd adlı bir divanəyə rast gəldi. Gördü ki, o quru yerdə yatıb, ancaq su ilə dolanır. Divanə soruşdu: “Sən kimsən?”

Nuşirəvan dedi: “Mən adil padşaham”.

Divanə dedi: “Sənə adil deyənlər səhv edirlər. Mən 30 ildir ki bu viranədəyəm, sən ancaq indi məndən xəbər tutursan. Özün isə eyş-işrətdəsən, əgər adilsən, gəl bir gecə mənimlə qal!”.

Ənuşirəvan bundan heyran qalıb ona kömək etmək istədisə də divanə razı olmadı ki, mən bu vəziyyətə öyrəşmişəm.


  1. Hekayəti-şeyxi-ali mötəbər və xab didəni-u

dər hali-vaqiə
Bir alimiqdar şeyx var idi. O yuxuda işıqlı bir yolla get­diyini görür. Bu zaman bir mələk gəlib ondan soruşdu: “hara gedirsən?”

Şeyx dedi: “Allahın yanına gedirəm”.

Mələk dedi: “Bu qədər geyim və silahla Allah dərgahına getmək olmaz”.

Sonra şeyx bir gecə parçasından xirqə örtdü. Yenə mələk dedi:

-“Belə də olmaz. Unutma ki, İsanı bir iynə haqqa çatmağa qoymadı”.

Şeyx bütün paltarını atdı.

Mələk dedi: “İndi sən dünya malından tamamilə əl çək­di­yin üçün haqqa çata bilərsən”.
5. Hekayəti-Şeyx Şibli16

Bir gün Şibli ahuzar edən bir dəliyə rast gəldi. Dəli Şibliyə dedi: “Səndən xahiş edirəm, Allaha münacat edərkən söylə ki, məni nə üçün belə biqərar etdin! Əvvəl mənim atamı, anamı, sonra arvadımı öldürüb məni qürbət ellərə atdın. Əlimdə mal və dövlət qoymadın?”

Şibli ona dedi: “Ey cavan, küfr danışma, o özü bilir, sən həm özünü həm də məni odlara yaxarsan”.

Şibli onu atıb getdikdən sonra yuxuda gördü ki, Allah ona deyir: “Nə üçün o divanənin xahişini mənə yetirmədin?”

Şibli dedi: “Ya Xuda, axı o divanə sənin ünvanına küfr danışırdı”.

Allah dedi: “Sənin borcun mənə demək idi”.


6. Hekayəti-hinduyi-sahibkamal
Eşq məqamına çatmış bir hindli var idi. Xalq Həccə gedəndə o soruşdu: “Camaat hara belə gedir?”

Dedilər: “Kəbəyə”.

Hindli dedi: “Kəbə nədir?”

Dedilər: “Tanrı evidir”.

Soruşdu: “Nə üçün gedirsiniz?”

Dedilər: “Oraya gedənlər əzabdan xilas olurlar”.

Hindli də həvəsə düşüb Kəbəyə tərəf yollandı. Kəbəyə çatıb Allahdan kömək istədi.

Dedilər:

-“Onu görmək olmaz”.

Hindli bunu eşidən kimi qəmlənib dedi:

-“Mənə boş ev lazım deyil, evin yiyəsi lazımdır. Mən bilsəydim ev yiyəsini görmək mümkün deyil, bu qədər yolu zəhmət çəkib gəlməzdim”.


  1. Hekayəti-Sultan Mahmud

Bir gün Qəznəvi padşahı Sultan Mahmud ləşkərlə birlikdə ova çıxmışdı. Yolda beli ikiqat olmuş bir qocaya rast gəldi. Qoca dalına yovşan alıb aparırdı.

Qoca Sultan Mahmuda dedi: “Belə səhraya düşüb hara gedirsən?”

Sultan Mahmud soruşdu: “Sən kimsən?”

Qoca cavab verdi: “Sənin adın Sultan Mahmuddur, mənim adım da Mahmuddur, biz bərabərik”.

Sultan dedi: “Mənim bu qədər cahü-cəlalım var, sənin nəyin var?”.

Qoca dedi: “ Onlardan sənə nə fayda, bu ona bənzər ki, sən arxana su ilə dolu tuluğ alıb gəzdirirsən, hər yetən ondan içib sirab olur, amma sən susuz qalırsan”.


  1. Hekayəti-Davud

Davud peyğəmbər 60 il Zəburu oxudu. Oxuyarkən yel eşidib əsməz, su eşidib axmazdı. Lakin onu eşidənlərdən heç kəs ağlamazdı. Nalə isə Misir qılıncından kəsərli olar. Sonra Davudun dərdi başından aşdıqda o nalə etdi, naləsi isə dağı-daşı yandırdı.




  1. Hekayəti-abid və divanə və peyğami-işan

bordəni-Musa

Musa Tur dağına gedəndə nura qərq olan bir zahid gördü. Zahid dedi: “Ey Musa, məndən Allaha peyğam apar və de ki, mən onun yolundan çıxmamışam”. Bir az sonra Musa bir aşiqə rast gəldi. O da belə xahiş etdi ki, Allah onu dost tutsun. Bir az sonra Musa papaqsız bir dəliyə rast gəldi. O da dedi: “Ya Musa, Allahdan soruş ki, məni nə üçün belə sərgərdan etmişdir, məni nə üçün bu qədər incidir?”.

Musa Tura gəlib zahid və aşiqin sifarişini verdi, divanədən isə söz açmadı.

Allah dedi: “Bəs divanənin sözünü nə üçün dümədin?”

Musa dedi: “O, bir az küfr danışmışdı”.

Allah dedi: “Get, ona de ki, Allah, səni unutmamışdır”.




  1. Hekayəti-Piri-Süfyan

Qoca Süfyan bir uşağı gördü ki, bülbülü tutub qəfəsə sal­mışdır. Bülbül ağlayırdı. Qəfəs isə möhkəm idi. Süfyan bunu görcək çox pərişan oldu. Uşağa çoxlu pul verib quşu xilas etdi. Quş uçub azad oldu və Süfyana dua elədi. Bülbül gülüstana uçub güllərin üstə baş qoydu.

Gül dedi: “Məni neçə müddətdir, atıb qaçmısan, ey bivəfa!”

Bülbül ağladı və dedi: “Mən haman bülbüləm, amma qə­fəs­də əsir idim. Məni bir əziz bu bəladan xilas etdi”.

Gül dedi: “Sən o əzizi əldən buraxma, ayaq torpağını göz­lərinə tutiya elə!”

Bülbül həvəslə Süfiyanın önünə gəldi. Süfiyan soruşdu: “Nə üçün gəldin?”

Bülbül dedi: “Sənə xidmətə gəldim”.

Bu bülbül gündüzlər gülüstana gedər, gecələr Süfyanın yanına gələrdi. Bülbül ilə Süfyan yaxın dost oldular. Nagəhan Süfyan vəfat etdi. Bülbül isə onun cənazəsi üstündə uçub dövr edirdi. Süfyanı dəfn etdilər. Bülbül isə onun qəbri üstündən çəkilmədi. Nəhayət, qəbrin başı üstündə yıxılıb can verdi.




  1. Hekayəti-Bələm ba ur fazili-kamil

İnsanın mərtəbəsi ağıl ilə olsaydı, Şah Bələmin ağlı ona maneçilik törətməzdi. O, dörd yüz il ibadət edib, dörd yüz kitab yazdısa da, yenə həyat sirrindən xəbərsiz qaldı. O bir gün bərk susuz idi. Su isə qətiyyən tapılmırdı.

Dedi: “Mənə bir qətrə su verənə dövlətimin yarısını ve­rərəm”. Lüt bir dəli havada əl oynadan kimi göydən bir piyalə su gəldi. Bələm şah suyu içib çox şad oldu. Yenə istədi. Dəli yenə haman qayda ilə ona bir piyalə su verdi.

Dəli dedi: “İstəyirsən, bu biyabanda sənə bir çeşmə fəv­varə verim”. Bələm dedi: “Belə edə bilsən, mən bütün mülk-malımdan əl çəkərəm”.

Dəli oturub bir nərə çəkdi. Onun qəlbi üstündən bir fəv­varə vurdu. Bütün ləşkər susuzluqdan qurtuldular. Dəli ayağa duran kimi çeşmə yox oldu”.


  1. Hekayəti-Pir Sədidi-Ənbəri

İncəlikləri başa düşən bir qoca var idi. Sultan Mahmud onun görüşünə getdi. Onunla bərabər Ayaz və Həsən də var idi. Hər üçü qocanın hüzuruna çatan kimi qarşısında diz çök­dülər. O qocanın adı Sədidi-Ənbəri idi. Şah ondan bir nəsihət istədi.

Sədidi-Ənbəri dedi: “Mən özümü hər şeydən məhrum edib əbədi həyat tapmışam. Mən zahiri atıb, batini qazanmışam”.

Sonra o, namaz qılmağa başladı, lakin şah nə qədər orada durmuşdu, namaz qurtarmadı. O düz altı ay ara vermədən namaz qıldı. Şah təəccüb etdi.




  1. Hekayəti-Abdulla Tahir

Xocənd şahı Abdulla Tahir şikara getmişdi. Yolda körpü üstündə bir qarıya rast gəldi.

Qarı dedi: “Bir hacətim vardır. Mənim bir oğlum var ki, onu həbsə salmısan, onu azad et”

Şah acıqlanıb onu rədd etdi. Qarı əllərini göyə tutub dedi:

-“Ya Allah, mənim intiqamımı bundan al!”.

Bu sözü Xocənd şahı eşidən kimi elə bil boğazına kəmənd saldılar. O, atdan düşüb qarıdan üzr istədi. Atı minib çaparaq zindana getdi və oğlanı gətirib anasına tapşırdı. Sonra öz qızını da ona ərə verdi.

Ana hümməti buna deyərlər.


  1. Hekayəti-Nəsr Əhməd


Nəsr Əhməd bir gün bahar çağı laləzara çıxmışdı. Yanında mütrüb, saqi və saray adamları da var idi. Saqilər qızıl süra­hilərdə şərab verirdilər. Burada İlyas adlı bir şəxs var idi. O irəli gedib bütün qədəhləri qırdı, mütrübləri qovdu. Bu xəbər şaha çatdıqda əsəbiləşib onun yanına gəldi. İlyas şahı gör­dükdə heç ona nəzər belə salmadı.

Nəsr İlyasa dedi: “Ey şuridə, bu nə hərəkətdir? Sənə kim ixtiyar verdi ki, bu işi gördün?



İlyas dedi: “Sən insanları qıranda kimə hesabat verirsən? Mən isə haqq yolunda düz iş görmüşəm”.

Bu söz Nəsrə xoş gəldi, dedi: “Məndən bir şey xahiş et!”

İlyas bir qula işarə edib dedi: “Ondan arzu istərəm”.

Şah dedi: “Burada şah ola-ola, quldan hacət istəməzlər”.

İlyas dedi: “Mənə iki tay buğda ver”.

Şah dedi: “Verilsin!”

İlyas dedi: “Bu buğdanı şah özü dalına alıb Səmərqəndə aparsın”.

Şah dedi: “Sən bilirsən ki, mən belə işi görə bilmərəm. Nişaburdan Səmərqəndə piyada necə getmək olar?”

İlyas dedi: “Bu balaca yükdən qorxdun, bəs bu ölkənin yükünü necə çəkirsən?”.

Yuxarıda qısaca məzmununu verdiyimiz hekayələr, habelə “Xatimeyi-kitabi Əsrarnamə”də deyilən sözlərin heç birisi Əttarın mükəmməl, mətbu “Əsrarnamə”əsərində yoxdur17. Bəs nə üçün müəllif öz sözlərini də Əttarın adına çıxmışdır?

O bir neçə yerdə rəmzi surətdə Əttarın adını çəkərək yazmışdır:

Bu nə sevdadır ki, ey Əttar, sən,

Sirri faş etdim qamu, ey Bülhəsən! (526)

Desələr Əttar olmuş qissəqü

Fəxr olur bu söz mənə ey mahru! (53a)

Qissə kütah eylə, ey Əttar baz,

Qanı bu aləmdə imdi əhli-raz? (54a) və s.

Əlbəttə, bütün bunlar təsadüfi deyildir. Əhmədi Əttarın “Əsrarnamə”, “Müsibətnamə” və başqa əsərlərini oxuyub ürək­dən sevmiş, onlardan bəzi hekayətləri sərbəst tərcümə et­miş və ehtimal ki, öz hekayətlərini də heç bir qeyd-şərt et­mədən böyük iftixarla Əttarın adına çıxmışdır. Orta əsr klassik Şərq ədəbiyyatında belə hallar çox görünmüşdür. Məsələn, Xəyyam rübailərinin, Hafiz qəzəllərinin miqdarca artması da məhz bu yolla baş vermişdir.

Burada “tərcümə” sozü bizim bildiyimiz bugünkü “пе­ре­вод” mənasında qəbul edilməyib, bəlkə, təfsir, təzmin, icmal mənasında alınmalıdır18. O zaman Əhmədinin “Farsidən çün türkə qıldım tərcümə” misrasını məhz Əttarın ruhunu alıb özü­nəməxsus süjet nəscində nəzm etdiyinə bir işarə kimi qəbul etmək lazım gəlir. Tədqiqat da göstərir ki, şair bu sözü məhz ikin­ci mənada söyləmişdir. Nəzərə almaq lazımdır ki, şair əgər təkcə bir yerdə özünü mütərcim adlandırmışsa, səkkiz yerdə özünü nazim adlandırmışdır.

Məsələn:


Sığınıb girdim kitabın nəzminə....

Oldu “Əsrarnamə” nəzmi çün tamam...

Qalmayanlar nəzminə əyri nəzər....

Ənf edib nəzmini təğyir etməyə....

Var isə nəzmində nöqsanu-xələl...

Nəzm edənə tanrıdan rəhmət uma...

Ol kişi kim nəzmə olmuşdur səbəb,

Nəzm edib həm mənasın edən tələb... və i.a.



Bu fikri Əhmədinin “Hədisi-ərbəin” adlanan ikinci əsəri19 də təsdiq edir. Burada da şair Şeyx adlandırdığı naməlum bir şəxsin topladığı hədislərə müvafiq yazdığı şerləri “nəzm edib türkə tərcümə qıldığını”20 və eyni zamanda hər hədisə bir he­kayət əlavə etdiyini belə göstərir:
Şeyx aydır: Çün bunu bildim yəqin,

Cəm qıldım hər hədisi- ərbəin...

Gəl bu dəmdə sən qəbul edib nəfəs,

Kim bunu nəzm etməyə qılgil həvəs.

Türkə edib tərcümə nəzm eylə gəl,

Taqətincə, gəl, bəyan et, söylə, gəl.

Çünki Şeyx öz işini qıldı tamam,

Yetdi növbət bu fəqirə, ey hümam!

Sonra ondan dər gətirdim mən yenə

Bir hekayət hər hədisin üstünə...

Mən qələm aldım ələ əndər zaman,

Nəzminə məşğul oldum mən haman.

Nəzm edib mən türkə qıldım tərcümə,

Layiq ola, mən umaram əncümə (vərəq 2a)

Sonra üçüncü hədisi nəzmə çəkərkən deyir:

Dinlə üçüncü hədisi sidq ilə

Ta anı nəzmə gətirim zövqilə (vərəq 5a).
Əhmədinin özü haqqında:

Xuşəçini-xirməni-Əttar olub

Yola düşmüş Nazimi-Əsrar olub.

beyti də bizim bu fikrimizə qüvvət verir.

Deməli, Əhmədi Təbrizi ümumiyyətcə “Əttar xirmənindən sünbül toplayıb” öz əsərini yaratmış və onu sa “Əsrarnamə” adlandırmışdır.

Əhmədi ilə Əttarın əsərlərində üslub fərqi də nəzəri cəlb edir. Əgər Əttar hər bir təmsil, hekayət və ricətindən sonra bi­la­vasitə xitab və nəsihət şəklində eşq, kamal, heyrət, fəna, vəh­dət, mərifət kimi təsəvvüfi mənaları ifadə etmişsə, Əhmədi bu cür xitab və nəsihətlərdən qaçmış, öz fikrini əsasən ayrı-ayrı kiçik hekayətlər şəklində meydana qoymaqla kifayətlənmişdir.



Əhmədinin yuxarıda qeyd etdiyimiz 20 hekayətinin Əttarın başqa əsərlərində olub-olmadığını axtarmaq hələlik bizim im­kanımız xaricindədir21.

Hər halda bircə fikir qətidir ki, Əhmədinin əlimizdəki “Əsrarnamə”sində olan 37 hekayətdən 34-ü Əttarın “Əsrar­na­mə”sində yoxdur. Əhmədi eyni zamanda indiyə qədər adı heç bir yerdə çəkilməyən “Hədisi-ərbəin” adlı 7000 misra həcmli başqa bir əsərin də ya mütərcimi, ya da müəllifidir22. Buradan da Əhmədi Təbrizi Nəsimi ilə Xətai arasında yaşayıb yaratmış orijinal bir Azərbaycan şairi, Azərbaycan dilində təsəvvüfi məsnəvinin banisi, Sənai Qəznəvi, Əttar Nişaburi və Cəlaləd­din Rumi məktəbinin azərbaycanlı xələfi kimi diqqətəlayiq olub xüsusi əhəmiyyət kəsb edir.

Мягаля илк дяфя «Мяммядаьа Султанов. Азярбайжан ялйаз­машцнаслыьы мясяляляри» китабында (Бакы: Елм, 2000, с.68-89) няшр едилмишдир.
МЦНДЯРИЖАТ
М.С.Султановун щяйатынын, ижтимаи, елми,

педагоъи вя ядяби фяалиййятинин ясас тарихляри 3
Хейирхащ, няжиб инсан 10
Хагани Ширвани вя Йахын Шярг ядябиййаты 15
Азярбайжан-Иран вя Азярбайжан-Тцркийя арасында

мядяни ялагяляря даир мялумат 35
Мирзя Шяфи Вазещ 40
Молла Нясряддинин прототипи кимдир 44
Орта яср ялйазмаларында мцямма, онун тяртиби вя кяшфи 54
Гядим дярман биткиляринин сирляри 79
Тиббя даир гядим ялйазмасы 86
Классик тябабятин тядгиги проблеминя даир 91
Маддейи-тарих вя онун тяртиби щаггында 100
Няйи вя нежя тяржцмя етмяк лазымдыр 118
Надир бир ялйазма 131
Азярбайжан вя Иран ядяби ялагяляри тарихиндян 147

1 Bədiözzəman “Söxən və Söxənvəran”, c. II, səh. 305.

2 Divan, səh. 345.


3 Barbüd – Xosrov Pərvizin məşhur çalğıçısının adıdır,


4 Rəşidəddin Vətvat Xaqaninin ustad sandığı məşhur Qəznə şairi Sənaiyə istehza etdiyi üçün, Xaqanini hiddətləndirmiş və Xaqani onu bir neçə dəfə kəskin surətdə həcv etmişdir.


5 Bu qəsidədən bəlli olur ki, Səlman (Savəci?) Nafi və Süheyli də Xaqaniyə Nəzirə yazmışlar.


6 Şibli “Nemani.Şeyrül-əcəm”, cild 5, səh.10 və 230, burada Ürfi Ənvəridən yüksək qiymətləndirilir.Şəmsəddin Sami dəxi öz “Qamus-ül-Əlamində” Ürfi Şiraziyə böyük bir qiymət verərək deyir: “O, sənətdə yeni cığır açmış çox mürəkkəb ifadələr yaradaraq böyük şöhrət qazanmışdır”.


7 Buradan məlum olur ki, Nami və Xacuyi Kirmani də Xaqaniyə nəzirə yazmışlar.


8 Y.Marr. “Statyin i soobşşeniya” 2 cild, səh.111.


9 Хожа Нясиряддин щаггында даща эениш мялумат алмаг истяйянляр Щ.Мяммядбяйлинин «Нясиряддин Туси» ясяриня мцражият едя биляр­ляр.


1 Adları çəkilən şairlər müəmma yaratmaqla bərabər, bu sahə­də nəzəri fikirlər yürütmüş və elmi əsərlər də yazmışlar.


2 Azərbaycan EA Əlyazmalar İnstitunda mühafizə edilən bu əlyaz­malar haqqında məqalənin sonunda biblioqrafik məlumat verilmiş­dir.

3 Şəmsül- üləma. Əbdəül- Bədaye. –Tehran, 1328h. –S, 16

4 H. Araslı. Füzulinin müəmmaları haqqında. – Nizami adına Ədəbiyyat İnstitutunun Əsərləri. Ədəbiyat məcmuəsi,- 1-ci cild.- 1946,- S.27.


5 Füzuli. Külliyyat. “Müəmma” bəhsi. Leninqrad ( SPb-red.) nüsxəsi (fotosurət).

6 Əbdürrəhman Cami. Üsuli-Müəmma (əlyazma müəllifin kitabxanasındadır).- vər. 5a.

7 H. Araslı da Füzuli müəmmalarından bəhs edərkən müəmma tərtibi və kəşfinin 24 üsulu olduğunu qeyd etmişdir ( bax: Göstərilən əsəri, s.27).

8 Əbdürrəhman Cami özünün “Mənzum müəmma” əsərində müəmmanı üç qrupa bölür. O, son “Təzyili” qrupunun adını çəkmir. Bu əsərdə müəmma tərtibi vasitələrinin ancaq 16-sı göstərilmişdir. Camidən sonra Qaili adlı bir alim də özünün “Miftahül-Əcami” adlı əsərində 16 tərtib vasitəsindən bəhs edir.

Bu əsəri də Mövlana Hüseyni adlı başqa bir alim ərəb dilində şərh etməyi lazım bilmişdir. (bax: ƏYİ: əlyazma M-44, vər.79a bə ardı).




9 Buna görə də müəmmaları şərh məqsədi ilə yazılan müəmma kitablarını başqaları bir də şərh etməyə məcbur olmuşlar.

10 Bu üsulda eyni zamanda fars hərfləri hesab edilən ب ز ك ج = پ ژ گ چ -dir. Qeyd. نقد Sözü hansı kəlmənin əvvəlində gəlirsə, onun ifadə etdiyi rəqəm nəzərə alınır. Məsələn: “nəqdi-can” (نقد جان) de­dik­də kəlməsinin rəqəmi olan 54 nəzərinə alınır ki, bu da öz növ­bəsində = د + ن = 4 +50, دن və ya ند sözünə bərabər ola bilər.

11 عكس دو “təqlib” sənətilə ود də ola bilər. Bu barədə aşağıda bəhs ediləcəkdir.


12 Bəzən “sal” dedikdə həmin sözün rəqəmlə ifadəsi olan 60 + 1 + 30 = 91 də nəzərdə tutula bilər ki, bu da 1 + 90 tərkibində صا sözünə bərabər olar. Habelə “mah” sözü bir tərəfdən م + ا + ه = 40 + 1 + 5 = 46 olar ki, bu da 40 + 6 tərkibində “ mu sözünü əvəz edər. “Mah” sözü 30 rəqəmi üzrə “si” və “lam” sözləri ilə ifadə olunub, daha ayrı nəticə alınar ki, bu barədə aşağıda bəhs ediləcəkdir.

13 Bu sənət eyni zamanda “tərib” və “təcim” adlanır ki, aşağıda bundan ayrıca bəhs ediləcəkdir.


14 Təqlib (qəlb) sözünün üç lüğəvi mənası vardır:

a) tərsinə çevirmək, b) orta, v) ürək.



15 Buradan da yuxarıdakı adlar rəqəmə çevrildikdə: göz = 70, ağız = 40, qədd (qamət) =1, zülf = 37 (yaxud 30,4,3), diş = 60 olur.


16 Bu üsul tərib və təcim ilə qarışdırılmamalıdır. Orada dildən- dilə tərcümə nəzərdə tutulur, burada isə eyni dildə bərabər hüquqda işlənən sözlər nəzərə alınır.

17 Bu üsul təqlib sənəti ilə qarışdırılmamalıdır. Orada hərflərin yeri dəyişdirildiyi halda, burada bir söz ayrı bir sözlə, həm də birinci sözün tam əksi ilə dəyişdirilir.

18 Burada verilən misallar məsələnin aydın olması üçündür. Əlbəttə, əksər hallarda müəmmalarda sözlər fars dilindədir (Füzuli, Nəvai, Lamei və Əmri Ruminin müəmmalarında da əksər söz və ifadələr farscadır).


19 Xacuyi Kirmani Camal adına müəmma düzəldərək yazmışdı:

مادر ميان سی و سه گفتيم نام اوYəni, “biz onun adını 33- ün arasında dedik”. Burada لج = سی و سه (yaxud جد). Digər tərəfdən مادر ميان سی و سهtərkibindən ما sözünü جل arasına qoyduqda ل + ما + ج = جمال olur.



20 Əlyazmalardan birinin içərisində müəmma ilə yazılmış bir məktuba təsadüf etdim. Orada yazılmışdı: “Mən 20 gündür burada dincəlirəm. Bu müddətdə 400 dəftər alıb 1 sandığa yığmışdım. 2 gündən sonra gəlib sənə verərəm”.

Bu məktub əbcədlə yazılmışdır, rəqəmləri hərflərlə əvəz etdikdə alınan şeyin dəftər deyil 2 + 1 + 400 + 20 = کتاب (kitab) olduğu anlaşılır.



21 Başqa variantda həmin müəmmaya belə təsadüf edilmişdir:

اسم يارم نود و اول او هم نود است

طرفينش نود و آخر او ثلث نود

Burada axırıncı hərfin 90-ın 1/3-i olduğu söylənilir. Son hərf 20 = ک -dir ki, bu da نود sözünün rəqəmi miqdarı olan 60-ın 1\3-i edir.



22 Bu müəmma Şəmsül- üləmanın “Əbdəül- Bədaye” əsərindən alın­mışdır.

23 Eyni səpkidə Musa adına da müəmma vardır.


24 Qaili. Miftahül- əsami.-ƏYİ: əlyazma M-44.-vər.81b.

25 Qaili. Miftahül-əsami.- ƏYİ.-əlyazma:M-44. vər.80a.

26 Qaili. Miftahül-əsami.-ƏYİ.-əlyazma:M-44. vər.82a.

27 Yenə orada, vər, 81a.


28 Əlif (ا) hərfi ilə bitən səyyarə adı olmadığından nəzərə alınmır.


1 Orta əsr tibb əlyazmalarında insan orqanizmində 4 mayenin müəyyən nisbətdə olması qeyd edilir. Bunlar qan, sevda, bəlğəm və səfra adlanır. Guya bu maddələrdən biri normadan kənara çıxdıqda, müəyyən xəstəlikləri əmələ gətirir.


1 Təbabətə dair orta əsr mənbələrilə daha geniş tanış olmaq istə­yənlər tibb elmləri doktoru, professor İbrahim Əfəndiyevin “Azər­bay­canda təbabət tarixi” adlı kitabına müraciət etsinlər. Bakı, 1964, rus dilində.


1 ƏYİ: Nigaristan. Vər.298; ƏYİ: Lətayifüt-təvayif. Vər.175.


2 ƏYİ: Əlyazma, B-1368, vər.6.

3 A. Bakıxanov. Bədii əsərlər.- Bakı:Azərnəşr, 1964.-S.276.


4 Firidun bəy Köçərli. Azərbaycan ədəbiyyatı tarixi materialları, II cild, I hissə, s.53.

5 Yenə orada: I cild, I hissə, s.271.

6 ƏYİ: Lətayifüt-təvayif. –vər. 328.


7 ƏYİ: Ümmül-kütüb, inv. 24192.-vər. 269a.

8 ƏYİ: Əlyazma B-1812.-vər.218a.

9 ƏYİ: Əlyazma S-86.-vər. 188b.

10 Zəhra Xanləri. Rəhnümayi-ədəbiyyati-farsi, s.336.
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə