MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR (metodik vəsait)




Yüklə 165.77 Kb.
tarix22.02.2016
ölçüsü165.77 Kb.
AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ

Azərbaycan Xalq Cümhuriyyətinin

yaranmasının 90 illiyi münasibətilə


MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR

(metodik vəsait)

B A K I - 2 0 0 8



Tərtibçidən

Kitabxanaçılara təqdim etdiyimiz vəsaitdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutu haqqında geniş məlumatlar, həmçinin də ədəbiyyat siyahısı verilmişdir. Tərtib etdiyimiz bu vəsaitdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından olan Məhəmməd Əmin və Heydər Əliyev kimi böyük şəxsiyyətlərin gənc nəsilə örnək ola biləcək fikirləri öz əksini tapmışdır. Məqsədimiz keçirəcəyiniz tədbirlərdə həmin materiallardan istifadə etməklə oxucuların diqqətini Azərbaycan Xalq Cümhuriyyətinin doğru-düzgün öyrənilməsinə, gələcək nəslə olduğu kimi çatdırılmasına köməklik etməkdir.

Vəsait II bölmədən, I əlavədən ibarətdir.

Bu vəsaitdən uşaq, məktəb, lisey, kollec kitabxanaçıları istifadə edə bilərlər.



I Bölmə. Azərbaycan Demokratik Respublikası Parlamentinin

yaranması və fəaliyyəti


İstiqlal, o yaşayan millətin qəlbində qan,

İstiqlal, o səadət, həyat, zəfər, şərəf, şan.

İstiqlal, o sönməyən məhəbbət bir məşələ,

Könüllərdə tutuşur, gözlərdə sönsə belə!


Azərbaycan tarixinin maraqlı, eyni zamanda mürəkkəb və ziddiyyətli dövrü 1918-1920-ci illəri əhatə edir. Bir çox xüsusiyyətlərinə görə uzun müddət üzərindən sükutla keçilən və mənəvi repressiyaya məruz qalan bu iki il Azərbaycan xalqının təkcə şərəfini və vicdanını deyil, eyni zamanda onun milli mövcudluğunu da zamanın imtahanına çəkmişdir. Azərbaycan Demokratik Respublikasının timsalında Azərbaycan xalqı bu çətin imtahandan şərəflə çıxmışdır.

Azərbaycanın dövlətçilik tarixində əlamətdar yer tutan, onun şərəfli səhifəsini təşkil edən Xalq Cümhuriyyətinin qurulmasından 90 il ötür. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin üzvi şəkildə birləşdirən yeni dövlət modeli idi. Bu nümunəvi model sonralar dövlət müstəqilliyi əldə etmiş cumhuriyyətlər üçün də örnək oldu. 23 aylıq parlaq fəaliyyəti dövründə Azərabycan Xalq Cümhuriyyətinin görkəmli qurucuları ölkədə demokratik hüquq və azadlıqların bərqərar edilməsi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqların verilməsi sahəsində böyük işlər həyata keçirmişdir.

1918-ci il may ayının 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsi qeyd-şərtsiz Azərbaycan xalqının tarixində və taleyində mühüm hadisə idi. Bu məsələ ilə bağlı tarixi həqiqətin bərpa edilməsi müstəqil həyata qədəm qoyduğumuz hazırkı günlərdə xüsusi aktuallıq kəsb edir. ADR-in elan edilməsi, onun iki illik hakimiyyəti dövrü bir sıra səciyyəvi cəhətlərinə görə milli tariximiz üçün əhəmiyyətlidir. Yeni yaranmış ADR-in siyasətinin istiqamətindən asılı olmayaraq, XIX əsrin əvvəllərində itirilmiş milli dövlətçiliyin bərpası faktı millətin taleyində mühüm hadisə kimi təqdirəlayiqdir. Milli dövlətçiliyin bərpası kimi yaradılmış ADR qısa vaxtda öz parlamenti, hökuməti, ordusu və pul vahidi olan demokratik respublikaya çevrildi. ADR bu dövrdə yaranmış milli respublikalar içərisində ən demokratik respublika idi.

Bir əsrdən artıq müddətdə çar Rusiyasının əsarəti altında qalan Azərbaycanın qədim dövlətçilik ənənələri Birinci Dünya müharibəsinin gedişində və çar Rusiyasında baş verən daxili mübarizələrin nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə yenidən dirçəlməyə başladı. Beləliklə, müsəlman Şərqində ilk demokratik respublika kimi adını tarixə yazan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi və tarixi zərurət kimi yarandı. Uzaq minilliklərə qədər uzanan tariximizdə baş verən ən əlamətdar və önəmli hadisələrdən biri kimi nəzərdən keçirilən müstəqil cümhuriyyətin yaranması xalqımızın siyası şüur səviyyəsinin yetkinliyindən xəbər verirdi.

Tarixə qısaca nəzər salanda Azərbaycanı müstəqilliyə aparan yolların heç də asan və hamar olmadığı aydın görünür. Amma ömrü boyu xalqının işıqlı sabahını düşünərək bütün həyatını bu müqəddəs amala həsr edən, müstəqil dövlətçilik ideyasını gerçəkləşdirmək arzusu ilə alışıb yanan və hər bir addımında, yazdığı məqalələrdə, ictimai və siyasi fəaliyyətində bu hislərini fəxarətlə büruzə verən vətənpərvər insanların yorulmaz səylərinin nəticəsi olaraq müstəqilliyə aparan dolanbac yollardakı bütün maneələr dəf edildi. Məhz o insanların milli və müstəqil dövlətçiliyin bərpa olunmasına xidmət edən əqidə və məslək birliyi son nəticədə öz sözünü dedi. Ümummilli lider Heydər Əliyev 1918-ci ildə dövlət müstəqilliyimizin bərpasında böyük xidmətləri olmuş bu görkəmli şəxslər barəsində deyirdi: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi, xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin və hökumətinin yaranmasının əsasını qoydu. Şərq dünyasında ilk dəfə olaraq demokratik parlament quruculuğunu həyata keçirərək xalqımızın tarixində, dövlət müstəqilliyinin möhkəmləndirilməsi sahəsində qətiyyətli addımlar atdı, ölkənin iqtisadi və siyası inkişafında, mədəniyyət, maarif və xalq təhsili sahəsində, habelə bir çox sosial problemlərin həllində prinsipial əhəmiyyətə malik tədbirlər həyata keçirdi.”

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, İstiqlal Bəyannaməsinin elan olunması böyük zəka, uzaqgörənlik, cəsarət, iradə, qəhramanlıq tələb edirdi. Bizim dəyərli siyasi xadimlərimiz həmin gün bu tarixi addımı atdılar... 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məhəmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlınskinin və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.

“İstiqlal Bəyannaməsi” ilə həyata vəsiqə alan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini bərpa etdi, insan hüquqlarının və azadlıqlarının təmin olunmasına, irqi, milli, dini, sinfi və başqa bərabərsizliklərin ləğvinə və demokratiyaya yol açdı. İstiqlal Bəyannaməsində Azərbaycan Demokratik Respublikasında ali icraedici hakimiyyətin Müvəqqəti hökumətə məxsus olduğu bildirilirdi. Müvəqqəti hökumət Azərbaycan Milli Şurası qarşısında məsul idi.

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Azərbaycan Milli Şurasının (parlamentinin) qəbul etdiyi tarixi bəyannamə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. Bəyannamədə elan edilmiş prinsiplər - Azərbaycan xalqının öz müqəddaratını müəyyən etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birlərinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsipləri Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq nüfuzunu artırdı”.



Azərbaycan parlamenti xalqımızın müstəqilliyini elan etdiyi dövrdə Bakıda hakimiyyət xalqımızın qatı düşməni Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak güruhunun əlində idi. Onlar Azərbaycanın əksər qəzalarında türk-müsəlman əhalisinə qarşı dəhşətli soyqlrlmlarına başlamışdılar. Qırğınlar Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, İrəvanda, Naxçıvanda daha qəddarlıqla həyata keçirilmişdi. 1918-ci ilin mart-aprel aylarında ermənilər həmin ərazilərdə 50 min nəfərdən artıq azərbaycanlını vəhşicəsinə qətlə yetirmiş, yüzlərlə kəndi yandırıb külə döndərmiş, qədim milli memarlıq abidələrimizi, məktəb və xəstəxanalarımızı, məscid və sənaye obyektlərimizi yerlə yeksan etmişdilər. Xalqımız fiziki cəhətdən məhv edilmək, bir millət kimi yer üzündən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. 1918-ci il uyunun 16-da Milli Şura və hökumət öz fəaliyyət mərkəzini Gəncəyə köçürmək məcburiyyətində qaldı. Milli Şura həmin günün səhəri Gəncədə keçirdiyi iclasında öz fəaliyyətini müvəqqəti olaraq dayandırmaq və icra hakimiyyətini Fətəli xan Xoyskinin rəhbərliyi altında yaradılmış Müvəqqəti hökumətə- Nazirlər Şurasına həvalə etmək barədə iki mühüm qərar qəbul etdi. Müvəqqəti hökumət xalqımızı qanlı faciələr burulğanından dartıb çıxarmaq və müstəqilliyimizi hər vəchlə qoruyub saxlamaq üçün dərhal dövlət quruculuğuna başladı. İyunun 19-da Azərbaycanda fövqəladə hərbi vəziyyət elan olundu. İyunun 26-da müsəlman hərbi korpusu ayrıca Azərbaycan korpusuna çevrildi. Bu, Azərbaycan Silahlı Qüvvələrinin yaradılış tarixinin başlangıcı idi. Elə həmin gündən etibarən milli orduya səfərbərlik başlandı. İyulun 27-də Azərbaycan türk dili dövlət dili elan olundu. Azərbaycanın bütün tədris müəssisələri milliləşdirildi. İbtidai və orta məktəblərdə tədrisin keyfiyyətini artırmaq üçün qardaş Türkiyədən təcrübəli müəllimlər dəvət etmək və dərsliklər gətirmək üçün xüsusi qərar qəbul edildi. Uzun onilliklər boyu öz qədim, tarixi adlarından uzaq düşmüş, Yelizavetpol və Karyagin qəzaları yenidən Gəncə və Cəbrayıl adlandırıldı. Azərbaycanın şəhər və kəndlərini yandırıb külə döndərən, dinc müsəlman əhalinin həyatına və əmlakına qarşı ağlasığmaz vəhşiliklər törədən erməni-daşnak qruplaşmalarının cinayətkar fəaliyyətinin qiymətləndirmək, zorakılığın bütün hallarının dəqiq qeydiyyatını aparmaq, qırğınların hansı şəraitdə törədildiyini təyin etmək, həmin cinayətkar aksiyaların əsl törədicilərini üzə çıxarmaq və vurulmuş ziyanın qədərini müəyyənləşdirmək məqsədilə Ələkbər bəy Xasməmmədovun sədrliyi ilə fövqəladə istintaq komissiyası yaradıldı. Milli Şura avqustun 11-də hərbi mükəlləfiyyət haqqında, avqustun 23-də isə Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqqında daha iki qərar qəbul etdi. 1918-ci il sentyabrın 15-də Azərbaycan xalq könüllü dəstələri ilə birləşən Qafqaz İslam Ordusu S. Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak reyimini dağıtdiqdan iki gün sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yenidən Bakıya köçdü və bu qədim, beynəlmiləl şəhər Azərbaycanın paytaxtı elan olundu. Noyabrın 9-da Azərbaycan parlamentinin qərarı ilə azad, müstəqil məmləkətimizin bütün guşələrində üzərində aypara və səkkizguşəli ulduz təsviri olan üçrəngli dövlət bayrağımız dalğalanmağa başladı. Həyatımızın bütün sahələrində quruculuq işləri geniş vüsət aldı. Milli parlamentimiz onilliklər boyu soydaşlarımıza qarşı törədilən soyqırımı və torpaqlarımızın işğalı faktlarına siyasi qiymət vermək, Fövqəladə Təhqiqat Komissiyasının bu məsələ ilə bağlı topladığı çoxsaylı sənədlər və materiallar toplumunu beynəlxalq ictimaiyyətə çatdırıb onları ətraflı və düzgün məlumatlandırmaq məqsədilə Xarici İşlər Nazirliyində xüsusi qurum yaradılması və hər il 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə qərar qəbul etdi. Xaıqımız 1919-1920-ci illərdə martın 31-ni milli hüzn günü kimi qeyd etdi. Lakin 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutu erməni faşizminin başımıza gətirdiyi ağlasığmaz faciələri dünya ictimaiyyətinə çatdırmağa imkan vermədi.

Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti qısa bir ömür yaşadı. Ancaq öz səmərəli fəaliyyəti sayəsində ölkəmizin müstəqilliyini və ərazi bütövlüyünü qoruyub saxlamaq, haqq və ədalətin tam təminatçısı olan müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədinə xidmət edən yüzlərlə qanunvericilik aktları və qərarlar qəbul etdi.

İstiqlal Bəyannaməsi Azərbaycan Milli Şurası üzvləri tərəfindən qəbul edildikdən sonra, təkcə türkdilli xalqlar arasında deyil, bütün islam aləmində ilk dəfə olaraq respublika üsul-idarəsinə qədəm qoyan Azərbaycan xalqının ilk müstəqil hökumətini təşkil etmək bitərəf Fətəlixan Xoyskiyə(1875-1920) tapşırıldı. Bu o demək idi ki, xalqımız öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır, onun da dünyada müstəqil surətdə yaşayan xalqlar kimi öz etnoqrafik sərhədləri daxilində azad yaşamağa hüququ var. Bitərəf Fətəlixan İsgəndər oğlu Xoyskinin (1875-1920) başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türkdilli xalqlar arasında, həmçinin, bütün islam aləmində ilk dəfə olaraq respublika üsul-idarəsinə qədəm qoydu. İyunun 17-də Azərbaycan milli şurasının iclasında M.Ə.Rəsulzadə öz alovlu nitqində deyirdi: “Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğulmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir. Bu yeni türk nüzad siyasəti rişə və buluğ bulub da millətlər zümrəsinə vəsail-həyat olaraq girə biləcək, yoxsa sısqa cocuq kimi südəmər halında tərki-həyat edəcəkdir? İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zaman ki, müqəddarat milliliyi əllərinə alanlar üçün Azərbaycan nüzadini tələf etdirməmək kimi müşkül, fəqət müşküllüyü ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor”. M.Ə.Rəsulzadə özünün bu alovlu nitqində hələ birinci dünya müharibəsi ərəfəsində “Dirilik ” jurnalı səhifələrində qaldırdığı və sonralar isə 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında yenidən ortalığa atılan “Azərbaycan qayəsi”ndən söhbət açır. Onu da qeyd edək ki, təəssüf ki, bir sıra görkəmli inqilabçıların əsərlərində 1918-ci il mayın 28-nə kimi, yəni Azərbaycan istiqlaliyyəti elan olunana qədər, bu torpağın Azərbaycan adlandırılması barədə, bu xalqın Azərbaycan xalqı olduğu barədə bir kəlmə də yoxdur. Onlar əsas bir məsələni unutmuşlar ki, rus xalqı müstəmləkə xalq deyildi. Onlar yalnız sinfi zidiyyətləri aradan qaldırmaq uğrunda mübarizə aparırdılar. Amma Azərbaycan müstəmləkə idi və hətta ölkənin adı belə xəritələrdən silinmişdi. Müstəmləkə olan bir ölkədə isə ancaq milli azadlıq hərəkatından söhbət gedə bilərdi.

Azərbaycan xalqı qarşısında ancaq müstəmləkədən azad olub, öz müstəqil milli dövlətini yaratmaq məsələsi dayanırdı. Bu çətin vəzifəni M.Ə.Rəsulzadənin rəhbərliyi altında qabaqcıl Azərbaycan ziyalıları o dövrdə öz üzərlərinə götürdülər.

Milli Azərbaycan qurtuluş hərəkatının təkcə türk deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl ünsürünü quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən və xalqımızın ölümsüz lideri M.Ə.Rəsulzadənin 28 may İstiqlal günü münasibətilə müasir gəncliyə hələ o vaxt yazılmış gözəl bir vəsiyyəti var: “Ey gələcək nəsil, ey gənclik! Ey əsrimizin Səyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla yüksəldərək dedi ki: ...Bir dəfə yüksələn bayraq bir daha enməz!”

Bunu deyərkən o, bugünkü öksüzanə mənzərəni hesaba qatmamış deyildi. Bu, onun tərəfindən təsəvvür olunmuşdu. O, sənin o zaman bu bayrağı gənc çiyinlərinə alıb məsumanə bir təsvirlə küçə-küçə dolaşaraq, “İrəli, irəli, Azərbaycan əsgəri!” deyə əsgərcə addım atmalarını görmüşdü və bu sözü cəsarətlə söyləmişdi:...”Ya qazi və ya şəhid olacaqsan.”

Cağdaş Azərbaycan gəncliyinin budur yolu! 28 may İstiqlal günü həmişə gəncliyi bu yola çağıracaqdır! Bu yol gəncliyə azadlıqsevər babalardan qalmış əziz bir yadigardır!

Müstəqil Azərbaycan Respublikasının tam azad olunmuş ərazisi üzərində üçrəngli-ay ulduzlu bayrağı dalğalanmaqla yanaşı və dövlət orqanlarının yaradılmasının özülü qoyulmuşdur. Azərbaycan məfhumu yüz on ildən sonra yenidən dünya xəritələrində bərpa olunmuşdur. Azərbaycanın istiqlal günü olan 28 may - xaıqımızın tarixində ən əziz bir gündür! Həmin gün xalqımız öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırmış və onun da dünyada müstəqil surətdə yaşayan xaıqlar kimi öz etnoqrafik sərhədləri daxilində azad yaşamağa hüququ olduğunu qeyd etmişdir. Azərbaycan şairi Əhməd Cavad öz şerində yazırdı:

Sən qüdrətin aşıb, coşan vaxtında,

Mələklərin gülüşündən yarandın!

Sehir dilli bir firqənin əliylə,

Ahuların duruşundan yarandın!



II Bölmə. Azərbaycan Demokratik Respublikasının

yaradılmasının 90-cı ildönümü münasibətilə keciriləcək

tədbirlər.
Azərbaycan Demokratik Respublikası xalqımızın tarixi-siyasi və mənəvi həyatında dərin iz buraxıb. Yaranmasının 90-cı ildönümünü qeyd etməyə hazırlaşdığımız Azərbaycan Xalq Cümhuriyyətinin qədim köklərə söykənən tariximizdə müstəsna rolu var. 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublikanın həyata vəsiqə alması qədim dövlətçilik ənənələrinə malik xalqımızın milli oyanışının məntiqi davam idi. 2008-ci il fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında ” tarixi sərəncam imzalayıb. (Əlavə 1) Bu münasibətlə respublikanın bütün təhsil və mədəniyyət ocaqlarında, məktəblərdə, kitabxanalarda, muzeylərdə və s. yerlərdə yubiley münasibətilə möhtəşəm tədbirlərin keçirilməsi nəzərdə tutulub. Belə tədbirlərdən bir neçəsi də F.Köçərli adına Respublika Uşaq kitabxanasında keçiriləcəkdir. Tədbirlərin siyahısı genişdir. Məsələn, ADR yaranması ilə əlaqədar olaraq kitabxanada müxtəlif sərgilərin (rəsm sərgisi, kitab sərgisi), müsabiqələrin (rəsm, şeir, inşa müsabiqəsi), oxucu konfranslarının, kitab müzakirəsi, ədəbi-bədii gecənin və s. keçirilməsi nəzərdə tutulmuşdur. ADR-in yaranmasının 90 illiyi ilə əlaqədar sərginin nümunəsini veririk. Sərgi müxtəlif başlıqlar altında keçirilə bilər. Məsələn, “Azadlığın mübarək”, “Azərbaycan deyiləndə ayağa dur ki...”, “Yaşasın 28 may-Respublika Günü!”, “İnsanlara hürriyyət, millətlərə istiqlal!”, “Haqq verilməz, alınar!” və s.

1. Başlıq. “İnsanlara hürriyyət, millətlərə istiqlal”

2. Sərgidə nümayiş olunan kitablar.

2.1. Azərbaycan Xaıq Cümhuriyyəti Ensiklopediyası (I cild).

2.2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (II cild).

2.3. Azərbaycan Demokratik Respublikası.

2.4. M. Ə. Rəsulzadə “Əsrimizin Səyavuşu”, “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Çağdaş Azərbaycan tarixi”.

2.5. M. Ə. Rəsulzadə. Azərbaycan Cümhuriyyəti.

2.6. Həsənov.C. Azərbaycan Beynəlxalq münasibətlər sistemində (1918-1920)

2.7. Seyidzadə D. Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar.

3. Sitatlar: Məhəmməd Əmin Rəsulzadənin və Heydər Əliyevin söylədikləri

4. 1918-1920-ci illərdə baş verən soyqırımlardan şəkillər.
Sərgidə veriləcək sitatlar:
“Haqq verilməz, alınar! Budur, türk inqilabının təsdiq etdiyi əski həqiqət!”

Məhəmməd Əmin Rəsulzadə


“Bakı, Azərbaycan atəşgədəsinin ocağı olduğu kimi Azərbaycan fikrinin də mənbəyi idi.”

Məhəmməd Əmin Rəsulzadə


“Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır.”

Heydər Əliyev
“Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim vəzifəmiz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir.”

Heydər Əliyev

“Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər xalqımızın tarixində dərin iz buraxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etsə də, onun aşılanmış olduğu müstəqillik hissləri xalqımızın yaddaşından heç vaxt silinməmişdir.”

Heydər Əliyev


“Bir millətdə şərəfin, heysiyyətin, namusun, insanlığın olması və yaşaması mütləq o millətin azadlıq və istiqlaliyyətə malik olmasından asılıdır. Mən yaşaya bilmək üçün müstəqil bir millətin övladı olmalıyam. Buna görə, milli istiqlaliyyət məncə, həyati bir məsələdir.”

Mustafa Kamal Atatürk


Bu münasibətlə keçiriləcək tədbirlər zamanı kitabxanaçılar qarşısında duran vəzifələrdən biri də ADR-in yaradıcısı olan Məhəmməd Əmin Rəsulzadə, Heydər Əliyev irsinin oxucular arasında təbliğindən ibarətdir. Məhəmməd Əmin Rəsulzadə, Heydər Əliyev kimi böyük şəxsiyyətlərin ədəbi irsinin təbliği üçün oxucu konfransı hazırlamaq məqsədəuyğundur. Oxucu konfransında müzakirə olunan əsərlərin nə dərəcədə əhəmiyyətli və təsirli olması, bu günün tələbləri ilə necə səslənməsi əsas götürülməlidir.

Oxucu konfranslarını müxtəlif adlar altında keçirmək olar. Məsələn:

“Azərbaycan Müstəqillik yolundan dönməyəcək!”

“Milli istiqlal və dövlətçilik”

“Azərbaycan Cümhuriyyəti - 90”

“Azərbaycan dövlətinin müstəqilliyi əbədidir” və s.

Kitabxanada keçiriləcək kütləvi tədbirlərin ən canlı və maraqlısı sual-cavab gecəsi və viktorinalardır. Sual-cavab gecələri və viktorinalar canlı söhbət və müsahibə şəklində keçirilir. Bu da oxucuları maraqlandıran sualların aydınlaşdırılmasına xidmət edir.

“Azərbaycan Demokratik Respublikası haqqında nə bilirik?” adlı sual-cavab gecəsində istifadə etmək üçün bəzi sualları veririk:

1. ADR nə vaxt yaradılıb?

2. Zaqafqaziya seymi nə vaxt buraxıldı?

3. Məhəmməd Əmin Rəsulzadə kimdir?

4. Fətəli Xan Xoyski ADR hökumətinə hansı tarixlərdə başçılıq edib?

5. “Türkləşmək, islamlaşmaq, müasirləşmək” fikrini necə başa düşürsünüz?

6. ADR-in Dövlət Himninin müəllifləri kimdir?

7. Üçrəngli bayrağımızın rəngləri nəyi bildirir?

Kitabxanada keçiriləcək tədbirlərdən biri də kitab müzakirəsidir. Kitab müzakirəsində ADR haqqında yazılan bir çox kitabların müzakirəsini keçirmək olar. Bu baxımdan 2004-cü ildə çap olunmuş Azərbaycan Xaıq Cümhuriyyəti Ensiklopediyası (2 cilddə) adlı kitabın oxucular arasında müzakirəsini keçirmək məqsədəuyğun olardı. Belə bir kitabın işıq üzü görməsi müstəqil Azərbaycan Respublikasının həyatında mühüm hadisədir.

Ensiklopediya Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir.

İki cilddən ibarət olan Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının səhifələrində Azərbaycan xalqının istiqlal mübarizəsi və ictimai fikir tarixinin ən mühüm məqamlarını, azadlıq hərəkatının görkəmli nümayəndələrinin həyat və fəaliyyətini, Azərbaycan Xaıq Cümhuriyyətini doğuran tarixi şəraiti, Cümhuriyyət xadimlərinin həyat və mübarizəsini, Azərbaycan xalqına qarşı həyata keçirilən kütləvi soyqırımlarını, Qafqaz İslam Ordusunun xilaskarlıq əməliyyatlarını, böyük dövlətlərin və qonşu ölkələrin Azərbaycanla bağlı qəsbkarlıq planlarını, Cümhuriyyət Parlamenti və Hökumətinin fəaliyyətini, dövlət quruculuğu, xarici siyasət, ordu quruculuğu və ölkənin ərazi bütövlüyü uğrunda mübarizəni, ictimai-siyasi, sosial-iqtisadi, mədəni-maarif həyatını, xarici dövlətlərdəki Azərbaycan diplomatik nümayəndəliklərinin fəaliyyətini, habelə Cümhuriyyətin süqutundan sonra istiqlal ideallarını yaşadan milli hərəkat, siyasi mühacirət və s. məsələləri işıqlandıran 1500-ə qədər termin-məqalə verilmişdir.

Orta və böyük yaş qrup oxucular arasında biblioqrafik icmallar keçirmək yaxşı olar. Belə icmallar kitablar haqqında oxuculara məlumat vermək üçün təşkil edilir. Bu tarixi günlərin təbliği məqsədilə 1990-2008-ci illərdə bu mövzuda nəşr olunmuş kitabların icmalını keçirmək məqsədəuyğundur. Məsələn: M.Ə.Rəsulzadənin “Əsrimizin Siyavuşu” adlı kitabın icmalını keçirmək yerinə düşər. Kitab Azərbaycan Demokratik Respublikasının tarixinə, həmin dövrün ətraflı təhlilinə həsr edilib. Kitabxanaçı icmala M.Ə.Rəsulzadə haqqında məlumat verməklə başlaya bilər:

 “1884-cü il yanvarın 31-də Novxanı kəndində anadan olan ictimai xadim ilk təhsilini rus müsəlman məktəbində, daha sonra isə Bakı texniki məktəbində alıb. 9 yaşında Rəsulzadə «Şərqi rus» qəzetində «Muxəmməs» adlı ilk ədəbi əsərini dərc etdirib. Artıq siyasi aləmdə ilk addımlarını atan Məhəmməd Əmin Rəsulzadə sosial demokratlarla yaxınlaşaraq «Hümmət» təşkilatının yaranmasında fəal iştirak edib. Bolşeviklər partiyasının liderlərindən Məşədi Əzizbəyov, Nəriman Nərimanovla, Stalinlə yaxından tanış olub. 1911-ci ildə Rəsulzadə «Müsavat» partiyasına üzv qəbul edilir. Partiyada cəmi dörd illik fəaliyyətindən sonra mərkəzi komitənin sədri seçilib.

1918-ci ildə Rəsulzadə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanı - Azərbaycan Demokratik Respublikasını yaradıb. Qısa ömr yaşayan Azərbaycan Demokratik Respublikasının fəaliyyətinə 1920-ci il aprelin 28-i Qızıl ordu son qoyub.

Məhəmməd Əmin Rəsulzadə həbs edilib. Rəsulzadənin həbsindən xəbər tutan Stalin köhnə dostunu azad etdirib və özü ilə Moskvaya aparıb. Lakin Rəsulzadə Stalinin inadına baxmayaraq, Sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni birdəfəlik tərk edib.

    İstiqlal hərəkatının lideri 1955-ci ilin martın 6-da Türkiyənin paytaxtı Ankarada dünyasını dəyişib. Əbədiyyətə qovuşmazdan öncə isə M.Ə.Rəsulzadə «Azərbaycan, Azərbaycan, Azərbaycan!» deyərək gözləri yumub.

Cəsarətlə «mükəmməl Azərbaycan hekayəti» adlandırmaq mümkün olan bu əsəri oxuyarkən onun müəllifinin dərin təfəkkür ilə bərabər incə bir qəlbin yiyəsi olduğunu duymamaq mümkün deyil. M.Ə.Rəsulzadə əsərini Firdovsinin «Şahnamə»sinin damarlarında İran və Turan qanı axan qəhrəmanı Siyavuşun əhvalatı ilə Azərbaycanın taleyi arasında qəribə paralellər üzərində qurur. Yüksək ideallara xidmət edən və insanların bir-birinə sevgi və hörmət ilə yanaşmasına inanan Siyavuş ədalətin hökm sürdüyü bir səhəri, öz «Siyavuş Gerd»ini tikmişdi. O, ağılın və ədalətin nəhayət bütün İranda və Turanda zəfər çalacağına ümid bəsləyirdi. Amma o, atası – İran şahı Keykavusun qəzəbinin, ona həm sığınacaq, həm də qızı Firəngisi vermiş Turan şahı Əfrasiyabın şübhələrinin, Əfrasiyabın qardaşı Gərsivəzin fitnələrinin qurbanı olur. Siyavuş öldürülür, qurduğu ədalət şəhəri dağıdılır.


Azərbaycanı Firdovsinin bu gənc və ədalətsevər qəhrəmanına bənzədən Məhəmməd Əminin özü də «dünyaya təkrarolunmaz mədəniyyət nümunəsi bəxs edəcək», «ictimai və fərdi azadlıqları... geniş olacaq» bir ölkə yaratmaq arzusu ilə və baslıcası, azərbaycanlıların əksər çoxluğunun da bu ideallara can atmasına təmiz qəlblə inanmasıyla bir Azərbaycan Siyavuşu idi.”

Kitabxanalarda oxucular tərəfindən yaxşı qarşılanan və sevilən tədbirlərdən biri də ədəbi-bədii gecədir. “Bayraq enməz, Vətən bölünməz” adlı ədəbi-bədii gecənin keçirilməsi məqsədilə tərtib edilmiş ssenarini sizə təqdim edirik. Tədbirin birinci hissəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən və fəaliyyətindən danışılır, tədbirdə iştirak edən qonaqlar çıxış edirlər. Çıxışlardan sonra, tədbirin bədii hissəsi başlanır və kitabxanaçı sözü aparıcılara verir.



Səhnədə M.Ə.Rəsulzadə və H. Əliyevin şəkilləri asılır. Şəkillərin arasında

Bir kərə yüksələn bayraq bir daha enməz! sözləri yazılmış plakat yerləşdirilir və həmin sözlərin altında Azərbaycanın Dövlət bayrağı bərkidilir. Bayraqdan bir qədər kənarda isə daha bir plakat asılır. Plakatda şair Zəlimxan Yaqubun “Ey vətən oğulları” poemasından aşağıdakı misralar yazılır:

Vətən oğlu, Vətən qızı!

Mən üzümü sənə tutdum,

Sən üzünü torpağa tut!

Sən üzünü Məmmədəminin

Qaldırdığı bayrağa tut!

Ədəbi-bədii gecə Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayır. Zaldakı qonaqlar, hamı himnimizin sədaları altinda üçrəngli bayrağımızın səhnəyə daxil olmalarını alqışlayırlar. Səhnəyə aparıcılar daxil olur:
I aparıcı: Bu il yaranmasının 90-cı ildönümünü qeyd etməyə hazırlaşdığımız

Azərbaycan Xalq Cümhuriyyətinin qədim köklərə söykənən tariximizdə müstəsna rolu var. 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublikanın həyata vəsiqə alması qədim dövlətçilik ənənələrinə malik xalqımızın milli oyanışının məntiqi davamı idi. 2008-ci il fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında” tarixi sərəncam imzalayıb. Sərəncamda çox mürəkkəb siyasi dövrdə təşəkkül tapan, cəmi 23 ay yaşamasına baxmayaraq, böyük işlər görməyə imkan tapmış, müsəlman Şərqində ilk parlamentli respublikanın təməlini qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yol, tariximizdəki müstəsna əhəmiyyəti öz əksini tapıb.


(Səhnəyə oxucular daxil olur)
I oxucu: Sən qüdrətin aşıb, coşan vaxtında

Mələklərin gülüşündən yarandın!

Sehr dilli bir fırçanın əliylə,

Ahuların duruşundan yarandın!

Ay işığı gözəlliyin, qızlığın,

Çiçəklərlə öpüşündən yarandın!

Sərinlətdin baxışınla könlümü,

Buludların uçuşundan yarandın!

Qaranlıqda qırılırkən ümüdim,

Dan ulduzu yürüşündən yarandın!

Məcavadan uçmuş birər kölgənin,

Dan yeriylə görüşündən yarandın!

Gözəllikçin təbiətlə qüdrətin

Yavaşca bir soğuşundan yarandın!

Qələm əldə ilhamımı dinlərkən,

Sən qəlbimin duruşundan yarandın


II oxucu: Vətən oğlu, Vətən qızı!

Mən üzümü sənə tutdum,

Sən üzünü torpağa tut!

Sən üzünü Məmmədəminin

Qaldırdığı bayrağa tut!
III oxucu: Oxu, dodağım mənim!!!

Alış ocağım mənim!!!

İstiqlal havasını,

xoşbəxtlik nəğməsini

Ürəkdə yanan işıq,

damarda qan oxusun!

Ölməz Əhməd Cavadın

“Azərbaycan” şeirini

Ölməz Səməd Vurğunun

“Azərbaycan” şeirini

Azərbaycan oxusun!!!

Azərbaycan oxusun!!!



II aparıcı: 90 il öncə məhz M.Ə.Rəsulzadə, “İnsanlara hürriyyət, millətlərə istiqlal” şüarı qaldırıb. Hazırda müasir demokratların ən önəmli şüarı budur. Zəmanəni bu qədər qabaqlamaq hər öndərə nəsib olan iş deyil. İstiqlal hərəkatının lideri 1955-ci ilin martın 6-da Türkiyənin paytaxtı Ankarada dünyasını dəyişib. Əbədiyyətə qovuşmazdan öncə isə M.Ə.Rəsulzadə «Azərbaycan, Azərbaycan, Azərbaycan!» deyərək gözlərini yumub.

I aparıcı: Rəsulzadə nə iqtidarın, nə də müxalifətindir, o xalqındır! Bu gün

Azərbaycan dövləti Demokratik Cümhuriyyətin varisidir. Bayrağı, himni, beynəlxalq təşkilatlarda təmsilçiliyi buna sübutdur. Amma mənəvi dəyərlər unudulmamalıdır. Rəsulzadə ömür boyu azadlığa can atıb. O, nəinki dövlət qurucusu, həm də böyük ideoloq olub. Azərbaycanı siyasi, coğrafi anlamda üzə çıxaran da M.Ə. Rəsulzadə olub. O, bütün türk dünyasının maraqlarını qoruyan insan olub.



II aparıcı: Öz keçmişimizi unutmağa heç əsasımız belə yoxdur. Ermənilər “dənizdən dənizə imperiyası" xülyası ilə yaşadıqları halda biz olanımızı danırıq. M.Ə.Rəsulzadə ən azı xalqına azadlığı dadızdıra bildi.
Azərbaycan, Azərbaycan, Azərbaycan!!!. O, Vətən həsrəti ilə dünyasını dəyişib. Son nəfəsində belə Azərbaycanı anan M.Ə.Rəsulzadənin vətəni yenidən görmək arzusu ürəyində qaldı. Adını özünə qaytardığı millətinin düşüncəsində, xəyal və istəklərində o daim yaşayır.

I aparıcı: Böyük bəstəkarımız Üzeyir Hacıbəyli özünün 1918-ci ildə yazdığı “Təəssürat” məqaləsində M.Ə.Rəsulzadəyə böyük sayğısı olduğunu ifadə edərək yazırdı: “Məhəmməd Əmin çıxışında bu üç rəngin: türkləşmək, islamlaşmaq və müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə “bu bayraq endirilə bilməz!” dedikdə bütün Məclis ayağa qalxıb əl çala-çala bayrağı salamlarkən aldığım təəssüratdan başımın bütün tükləri biz-biz durdu...
Padşahlı məmləkətlərdə məclisi-məbusanı padşah açar, amma Azərbaycan Cümhuriyyətinin məclisini bir nəfər Vətən övladı açdı. Məhəmməd Əmin də natiqlikdə “patent” qazanmış olan “oratorlara” məxsus qol atma, baş oynatma, üz-gözünü sifətdən-sifətə dəyişmə kimi hərəkətlər yox idi. Bunların əvəzində özgə bir hal var idi ki, o da getdikcə qızışıb özlərinin dəruni-qəlbdən söyləndiyini eşidənlərə hiss etdirməklə dərin bir təsir oyatmaq idi”.

II aparıcı: M.Ə.Rəsulzadənin Azərbaycan Milli İstiqlal mübarizəsi tarixindəki

rolunu yüksək dəyərləndirən Mirzə Bala Məmmədzadə onu “Azərbaycan Milli Qurtuluş hərəktının ideoloqu” adlandırırdı. O yazırdı: “Milliyyətçi, istiqlalçı, demokrat və inqilabçı Rəsulzadə “İnsanlara hürriyyət, millətlərə istiqlal!” deyə həyata göz yumdu. O, prinsipə sədaqətinin, məfkurəyə bağlılığın və bu yolda fədəkarlıq, əzm və səbatın bir timsalı idi. Çünki o tam mənası ilə fəzilət sahibi, kamil bir insan idi.



I aparıcı: Məhəmməd Əminin Azərbaycan intelligensiyası tarixindəki yeri isə tamam ayrıdır. Məhəmməd Əmin jurnalist idi, tənqidçi idi, ədəbiyyatşünas idi, dramaturq  idi və bütün bunlardan əlavə o, böyük siyasətçi idi. Məhəmməd Əmin ömrünü ədəbiyyata həsr etsəydi, Mirzə Cəlil ola bilərdi. Amma o, siyasətə atılmaqla xalqı köləlikdən xilas etdi və ona müstəqillik verdi və biz bu gün Məhəmməd Əminin çalışıb qazandığı müstəqilliyin içində yaşayırıq. Kimlərsə durub deyə bilər ki, müstəqillik bizə heç nə vermədi. Amma o müstəqillik olmasaydı, biz bu gün bir xalq kimi əriyib getmişdik.

II aparıcı: Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Xalq gərək daim öz

kökünü xatırlasın, tarixi öyrənsin”. Bu gün müstəqil, demokratik respublikamız ilk növbədə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu, onun demokratik ənənələrini davam etdirdiyi üçün bu tarixi daim araşdırmalı, öyrənməliyik.



I aparıcı: Bütün bunları ümumiləşdirsək, görərik ki, umummilli liderimiz Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycan adlı müstəqil dövlətin yaranmasına zəmin yaratmışdır. Bu səbəbdən, Azərbaycan xalqı və bütün dünya böyük öndər Heydər Əliyevi müasir və əbədiyaşar Azərbaycan dövlətinin memarı hesab edir.
(Səhnəyə 3 oxucu daxil olur və şeir söyləyirlər)

I oxucu: Keçmişlərdən keçdik gəldik,
Döyüşlərdən cana doyub,
Xeyir-şərlə olub gəldik,
Həmrəylikdən ilham alıb,
Qurduq səni, Azərbaycan!

Gərək sevək özümüzü,
Ailəmizi, yürdumuzu,
Düşmənlərə cavab verək,
Yaxşılarla dostluq edək,
Yaxşı yaşa, Azərbaycan.

II oxucu: Vətənimiz bizə xoşdur,
Quraq , tikək, yaxşı edək.
Bu vətəni, bu həyatı,
Təmiz, nurlu, gülşən edək,
Daim yaşa, Azərbaycan.

Hər insana vətən olsun:
Yaxşı həyat, gözəl imkan,
Isti yuva, xoş gələcək.
Sözü, işi düzgün olsun,
Kamil olsun, Azərbaycan

Əxlaq bizə rəhbər olsun,
Inam, hörmət, dostluq olsun.
Rüşvət, hiylə, yalan, əzab,
Cəmi bizdən uzaq olsun,
Doğma vətən, Azərbaycan!
III oxucu: Ey vətənim Azərbaycan

Odlar yurdusan bir nişan

Sən böyütdün qəhrəmanlar

Adlı sanlı keçmişin var

 

Sən-sən bizə Ana vətən



Sən-sən bizə qeyrət verən

Sən-sən bizi gücləndirən

Yaşa-yaşa Azərbaycan.

 

Qoca şərqin çırağısan



Azadlığın ocaqısan

Sən qurduğun şanlı həyat

Xalqımıza verər nicat

 

Xalqların sırdaşısan



Məhrumların yoldaşısan

Zülmlərə son qoyacaq

Qalx ayağa Azərbaycan

 

Haqqımızı almalıyıq



Yolunda qan verməliyik

Qurtuluşa qalxmalısan

Qalx güclənək Azərbaycan!

II aparıcı: 28 May-Respublika günü, Azərbaycan tarixinin ən şərəfli, ən əziz və ən müqəddəs günü! Bu gün istiqlal yolunda canlarını qurban vermiş Vətən oğullarının xatirəsi yad edilir.

Yaşasın 28 May-Respublika günü!

Birləşəlim, türk oğlu,

bu yol millət yoludur,

Ünlə, zarla, şanla tariximiz doludur.

Yürüyəlim irəli, haydı,

millət əsgəri,

Keçmişimiz şan, zəfər,

Durmayalım bir geri.
(Səhnəyə, musiqi sədaları altında iki oxucu daxil olur,

Məmməd Arazın “Ayağa dur Azərbaycan!” adlı şeirini söyləyirlər)

I oxucu: Nə yatmısan, qoca vulkan, səninləyəm!

Ayağa dur, Azərbaycan, səninləyəm!

Səndən qeyri

biz hər şeyi bölə billik!

Səndən qeyri

biz hamımız ölə billik!

Bu, Şəhriyar harayıdı,

Bu, Bəxtiyar harayıdı!

Hanı sənin tufan yıxan,

Gurşad boğan yurda oğul

oğulların!

Qara Çoban, Dəli Domrul oğulların.

Çək sinənə-qayaları yamaq elə,

Haqq yolunu ayağına dolaq elə,

Bayrağını Xəzər boyda bayraq elə,

Enməzliyə qalxmış olan bayrağını!

Azərbaycan, Azərbaycan,

Azərbaycan bayrağını!



II oxucu: Ayağa dur, Azərbaycan!

Bunu bizə zaman deyir,

Məzarından baş qaldıran

baban deyir!

Nər oğlu nər, səninləyəm!

Səninləyəm, silah tutan,

Külüng tutan, yaba tutan,

Kösöy tutan, nişanlı ər, səninləyəm!

Səninləyəm, qız atası,

Hanı nərən, hanı səsin!

Hanı andın!

Yoxsa sən də yatmışlara,

batmışlara,

Qeytətini satmışlara

xırdalandın!!!

Gözünü sil, Vətən oğlu,

ayağa qalx!

Üfüqünə bir yaxşı bax.

Sərhəddinə bir yaxşı bax.

Sərhəddinin kəməndinə bir yaxşı bax!

Dur, içindən qorxunu boğ,

Ölümünlə, qalımını ayırd elə.

Dur, içindən qorxağı qov,

Dur, özünü Bozqurd elə!



I oxucu: Səninləyəm, haqq-ədalət,

səninləyəm,

Milli qürur, milli qeyrət,

səninləyəm!

Səpil quma, göyər yerdə,

bit qayada,

Gizli nifrət, açıq nifrət,

səninləyəm,

Oyat bizi, ey yaradan,

səninləyəm!

Ya birmərrə yatırt bizi,

Ya birmərrə oyat bizi,

Ya yenidən yarat bizi,

Ey yaradan, səninləyəm,

Səninləyəm, yatmış vulkan,

Səninləyəm!

Ayağa dur, Azərbaycan,

Səninləyəm!


(M.Şəhriyarın sözlərinə bəstələnmiş “Azərbaycan” mahnısı səslənir).

I aparıcı: Biz inanırıq ki, hörmətli prezidentimiz İlham Əliyev cənablarının ağıllı, uzaqgörən siyasəti nəticəsində müstəqil Azərbaycanımız günü-gündən çiçəklənəcək və xalqımız Müstəqil Azərbaycanda firavan yaşayacaqdır.

II aparıcı: Azərbaycanı sevin, sevin Azərbaycanı,

Bu gün odlu sevgiyə onun ehtiyacı var...

Sevin, odum, ocağım, evim Azərbaycanı,

İndiki dərdlərinə eşqimiz əlac olar...

Yaraları göynəyir, yaraları sızlayır,

Bu millətin qeyrətli oğulları, qızları,

Sevgimiz xilas edər bu gün Azərbaycanı,

Azərbaycanı sevin, sevin Azərbaycanı...

Adını uca tutun hər arzudan, diləkdən,

Doymayın, usanmayın ona ana deməkdən...

O bizim hamımızın həyəcanı, harayı,

Bir də axı kim yanar ona bizdən savayı?...

O bizim ruhumuzda, o bizim qanımızda,

Yalnız biz keçməliyik uğrunda canımızdan.

Can istəsə can verin, sevin Azərbaycanı,

Qan istəsə qan verin, sevin Azərbaycanı...



(Sözləri Ənvər Əlibəylinin, musiqisi Rauf Hacıyevin “Azərbaycanım” mahnısını oxucular ifa edirlər. “Cəngi” musiqisinin sədaları altında tədbir başa çatır.

Son

Əlavə 1.

Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı


2008-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illiyi tamam olur. Müasir Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul etmişdir. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü hazırda Respublika günü kimi qeyd olunur.
Müsəlman Şərqində ilk parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Milli parlamentarizmin təşəkkül tarixi isə Azərbaycan parlamentinin 1918-ci il dekabr ayının 7-də keçirilmiş ilk iclasından başlayır. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi. Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə və digər görkəmli şəxsiyyətlər tərəfindən təməli qoyulmuş proseslər Azərbaycanda yeni tipli teatrın, məktəbin və mətbuatın yaranması ilə nəticələnmiş, milli özünüdərkin gerçəkləşməsinə böyük təsir göstərmişdir. Bakının neft paytaxtına çevrilməsi milli sahibkarlar təbəqəsinin formalaşması ilə yanaşı, dünyanın aparıcı universitetlərində təhsil almış ziyalılar nəslinin yetişməsinə şərait yaratmışdır. Əlimərdan bəy Topçubaşov və başqa ziyalıların siyasi proseslərə qatılması, Dumaya seçilməsi və Rusiya müsəlmanlarının təşkilatlanmasında oynadıqları rol tariximizin unudulmaz səhifələrindəndir.
Rusiyada çar üsul-idarəsinin ləğvi, baş verən fevral və oktyabr çevrilişləri, Birinci dünya müharibəsinin fəsadları və bir sıra digər amillər Qafqazı ayrı-ayrı siyasi qüvvələrin qarşıdurma meydanına çevirmişdi. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə göstərdiyi maraq vəziyyəti daha da gərginləşdirirdi.
İlk qərarı ilə milliyyəti, dini, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına bərabər hüquqlar verən Cümhuriyyətin yaranması çox mürəkkəb şəraitdə elan olunmuşdur. Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün olduqca əzizdir. Bununla belə, bu tarixdə ürəyimizi qürur hissi ilə dolduran hadisələrlə yanaşı, ümummilli faciələrə yol açan səhifələr də vardır.
Azərbaycan Xalq Cümhuriyyətinin öz dövlətçilik atributlarını qəbul etməsi, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımlar xalqımız üçün taleyüklü əhəmiyyət kəsb etmişdir. Cümhuriyyətin böyük uğurlarından biri Paris sülh konfransında 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqil dövlət kimi tanınması olmuşdur. Lakin ölkənin öz neftini xarici bazarlara çıxarmaqdan təcrid edilməsi nəticəsində yaranmış siyasi, iqtisadi və sosial böhran güclənirdi. Həmçinin parlament daxilində hökm sürən hərc-mərclik, Qarabağda və Zəngəzurdakı erməni silahlı dəstələri ilə qarşıdurmalar gündən-günə dərinləşirdi. Əhalinin əsas hissəsinin ağır durumu isə bolşevik təbliğatı üçün münbit zəmin yaradırdı. İrəvanın ermənilərə paytaxt kimi verilməsindən sonra İrəvan mahalından qaçqın düşmüş 150 mindən artıq soydaşımızın vəziyyəti olduqca gərgin idi. Belə bir vəziyyətdə parlamentin son iclasında bolşevik ultimatumunun qəbul edilməsi aprel işğalı ilə nəticələndi.
Aprel işğalı Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinin bir qismini Məmmədəmin Rəsulzadə kimi mühacir həyatı yaşamağa məhkum etdi, digər qismini Fətəli xan Xoyski və Həsən bəy Ağayev kimi erməni terrorunun qurbanına çevirdi, qalanlarını da bolşevizmin amansız repressiyalarına məruz qoydu.
1920-ci il aprelin 28-də ikinci respublika – Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı. İki il ərzində öz müstəqilliyini qoruyub saxlamağa nail olan respublika 1922-ci ildə SSRİ-nin tərkibinə daxil olduqdan sonra öz müstəqilliyinin ancaq formal atributlarını saxlaya bilmişdi. Yalnız onu əvəz edən dördüncü respublika müstəqillik ideyasını yaşatmış və Azərbaycan bütün sərvətlərinin, o cümlədən neftinin tam sahibi kimi çıxış edə bilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair sanballı əsərlər, hətta ikicildlik ensiklopediya nəşr edilsə də, tariximizin bu mərhələsi ilə bağlı çox sayda sənədlər hələ xarici ölkələrin qapalı arxivlərində saxlanılır və öz tədqiqatçılarını gözləyir.

Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizdə milli dövlətçilik tarixində xüsusi yer tutduğunu nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illiyi respublikada geniş qeyd edilsin.

2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yaranmasının 90 illiyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə olunsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 fevral 2008-ci il.

Istifadə olunacaq ədəbiyyatın siyahısı.
Kitablar:


  1. Alyunbay M. Azadlığa uçan türk.-B.: Maarif, 1994.-172 s.

  2. Azərbaycan Cümhuriyyəti.(1918-1920).-B.: Elm, 1998.-335 s.

  3. Azərbaycan Demokratik Respublikası.-B.: Azərnəşr, 1992.-192 s.

  4. Azərbaycan Demokratik Respublikası(Azərbaycan hökuməti-1918-1920)-B.: Gənclik, 1990.- 94 s.

5. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. Iki cilddə. I cild.- B.: “Lider

nəşriyyat”, 2004.- 440 s.

6. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. Iki cilddə. II cild.- B.: “Lider

nəşriyyat”, 2005.-472 s.

7. Baykara H. Azərbaycan istiqlal mübarizəsi tarixi.-B.: Azərnəşr, 1992.-277 s.

8. Çəmənzəminli Y. V. Xarici siyasətimiz.-B.:Azərnəşr, 1993.-51 s.

9. Çıraqzadə V. İstiqlal yollarında.-B.:Azərnəşr, 1992.-82 s.

10. Elçin. Məmməd Əmin Rəsulzadə: Oçerk.-B.:Şərq-Qərb, 1994.-22 s.

11. Hacıyev H. İstiqlalın əzablı yolu.- B.: Azərnəşr, 1996.-168 s.

12. Həsənov C. Ağ ləkələrin qara kölgəsi.-B.:Gənclik, 1991.-308 s.

13. Həsənov C. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci

illər).-B.: Azərnəşr, 1993.-362 s.

14. İsmayılov R. Məvariyi-Qafqazın elanı istiqlalı// “Azərbaycan tarixi” kitabı.-

B.: Azərnəşr, 1993.-124-141 s.

15. Qurban T. Dönməzlik.-B.: Şirvannəşr, 1997.-114 s.

16. Nəsibzadə N. Azərbaycan Demokratik Respublikası.-B.: Elm, 1990.-94 s.

17. Nəzirli Ş. Cümhuriyyət generalları.-B.: Hərbi nəşriyyat, 1995.-212 s.

18. Rana. Onlar türklərdi. B.: Azərnəşr, 1993.-128 s.

19. Rəfiyev B. Aysberqin sualtı hissəsi. B.: Azərnəşr, 1995.-54 s.

20. Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti.-B.: Azərnəşr, 1992.-470 s.

21. Rəsulzadə M.Ə. Əsərləri 1c.-B.: Azərnəşr, 1992.-470 s.

22. Rəsulzadə M.Ə. Əsrimizin Səyavuşu. Çağdaş Azərbaycan ədəbiyyatı. Çağdaş

Azərbaycan tarixi.-B.: Gənclik, 1991.-112 s.

23.Seyidzadə D. Azərbaycan XX əsrin əvvəllərində: Müstəqilliyə aparan yollar.-

B.: 1998.-254 s.

24. Səmədli Ə. İki ömür yaşayan adam.- B.: Hərbi nəşriyyat, 1999.-108 s.

25. Şeyxzamanlı N. Azərbaycan istiqlal mücadiləsi xatirələri.-B.: Azərbaycan,

1997.-160 s.

26.Vəkilov R. Azərbaycan Respublikasının yaranma tarixi.-B.: Elm, 1998.-62 s.

27.Yaqublu N. Məmməd Əmin Rəsulzadə.-B.: Gənclik, 1991.-308 s.




Dövrü mətbuatda:
1. Abbasov N. Xalqımızın tarixinin parlaq səhifələrindən biri // Xalq qəzeti. - 2007. –

27 may. - S.8.

2. Abbasov Y. Aərbaycan Xalq Cümhuriyyəti fəaliyyəti dövründə demokratik

prinsiplərə sadiqliyini dönə-dönə təsdiqləyib // Xalq qəzeti. - 2006. - 26 may. - S.4.

3. Arif Q. Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir // Xalq

qəzeti. - 2007. - 31 may. - S.6.

4. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün nazirləri // Azərbaycan. - 2006. - 28

may. - S.3.

5. Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında Azərbaycan

Respublikası Prezidentinin sərəncamı (15 fevral 2008-ci il) // Ədəbiyyat qəzeti. -

2008. - 22 fevral. - S.1.

6. Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinə həsr olunmuş inşa yazı

müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil naziri Misir

Mərdanovun əmri (10 aprel 2008-ci il) // Azərbaycan müəllimi. - 2008. - 11 aprel. -

S.2.

7. Bədəlov Ə. Demokratikləşmə Azərbaycan cəmiyyətinin sosial-mədəni həyatını



dəyişdirməyə, yeni davranış normaları tətbiq etməyə aparır // Xalq qəzeti. - 2007. –

30 may. - S.5.

8. Bir kərə yüksələn bayraq bir daha enməz: Azərbaycan Demokratik

Cümhiriyyətinin yaranması haqqında // Ədəbiyyat qəzeti. - 2006. - 26 may. - S.1.

9. Bir yüzillikdə iki müstəqillik şirinliyi: Azərbaycan Xalq Cümhuriyyətinin

yaranması ilə bağlı tarixçi Maarif Teymurla müsahibə // Azərbaycan müəllimi. –

2006. - 26 may. - S.2.

10.Cümhuriyyət dövrünün nazirləri // Azərbaycan. - 2006. - 1 iyun. - S.6.

11.Çuvarlinski R. Həmid bəy Yusifbəyli : anadan olmasının 130 illiyi : ADR - 90 //

Azərbaycan müəllimi. - 2008. - 8 fevral. - S.8. - Rafat Çuvarlinski Azərbaycan

Demokratik Respublikasının baş naziri Həmid bəyin bacısı nəvəsi və onun

varisidir.

12.Dadaşov A. Behbud xan Cavanşir : istiqlal tariximizdən // Azərbaycan. - 2006. –

24 sentyabr. - S.4.

13.Əhmədov Q. Heydər Əliyevin istiqlalçı dühası : 28 May - Respublika günüdür //

Azərbaycan. - 2006. - 28 may. - S.3.

14.Gəncədən güc aldı milli ordumuz : ADR-in yaranması haqqında // Azərbaycan. –

2006. - 1 iyun. - S.6.

15.Göyüşov N. Şərqdə ilk demokratik dövlət : ADR // Xalq qəzeti. - 2006. - 27may.-

S.7.


16.İbrahimov İ. Tarixdən səhifələr // Təhsil problemləri. - 2007. - 21-31 may. - S.3.

17 İmanov V. Xalq Cümhuriyyətinin tarixi səhvindən ermənilər Dağlıq Qarabağ

münaqişəsində bir də yararlanmaq istədilər // Xalq qəzeti. - 2008. - 7 fevral. - S.5.

18.İsgəndərov A. Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti XX əsrdə

Azərbaycan xalqının tarixində ən mühüm siyasi hadisə idi // Azərbaycan. - 2006. –

28 may. - S.4.

19.İsgəndərov A. Azərbaycan Xalq Cumhuriyyəti: müstəqilliyin çətin yolu // Xalq

qəzeti. - 2007. - 27 may. - S.3.

20.Qabilqızı A. Azərbaycanın unudulmaz oğlu Behbud Cavanşir: Azərbaycan

Demokratik Cümhuriyyəti - 90 // Respublika. - 2008. - 1 aprel. - S.6.

21.Qalib A. Azərbaycanın ilk demokratik parlamenti // Xalq qəzeti. - 2005. - 8

dekabr. - S.6.

22. Qarabağlı Ş. Tariximizin şanlı səhifəsi : Azərbaycan Xalq Cümhuriyyəti. //

Təzadlar. - 2007. - 22-29 may. - S.14.

23. Qarayev S. Azərbaycan xalq cümhuriyyəti və müasir Azərbaycan Respublikası //

Xalq qəzeti. - 2006. - 28 may. - S.3.

24.Mehparə. 28 May - müstəqillik günüdür // Yaddaş. - 2007. - 24 may. - S.14.

25.Mehparə. Yoxluq dünyasında varlıq yaradan fədailər: Azərbaycan Demokratik

Cümhuriyyəti - 90 // Mədəniyyət. - 2008. - 17 may. - S.6.

26.Məmmədov M. Mİlli iftixar günümüz : ADR // Azərbaycan. - 2006. - 26 may.-

S.5.

27.Məmmədov N. Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisidir //



Azərbaycan.- 2007. - 27 may. - S.3,8.

28.Məmmədova L. 1918-ci il: Türk Ordusu Azərbaycanda // Füyuzat. - 2007. - №

3(35). - S.46-47.

29.Milli fəxarət günü : Azərbaycan Demokratik Respublikasının yaranma tarixi //

Azərbaycan. - 2007. - 27 may. - S.1.

30.Mirzə V. Müstəqillik qazandırdın Azərbaycan ölkəsinə : şeir // Azərbaycan

müəllimi. - 2006. - 26 may. - S.1.

31.Mirzəbəyli İ. Tbilisidə bütün azərbaycanlılar üçün müqəddəs bir məkan var :

1918-ci il mayın 28-də Canişin sarayının göy salonunda Azərbaycan Demokratik

Cümhuriyyətinin yaradılması elan olundu // Xalq qəzeti. - 2007. - 25 may. - S.7.

32.Paşayev A. Azərbaycan Xalq Cümhuriyyəti: yaranmasının 90 illiyi //

Respublika. - 2008. - 19 fevral. - S.4.

33.Rəbiqə. Himni dəyişəkmi? // Yeni Azərbaycan. - 2007. - 15 may. - S.4.

34.Rzalı R. Ordu quruculuğunun çətin yolları // Azərbaycan. - 2007. - 26 iyun. - S.4.

35.Salmanlı R. Cümhuriyyətin ilk daxili işlər nazirini kim öldürüb? : Azərbaycan

Xalq Cümhuriyyəti - 90 // Azərbaycan. - 2008. - 20 aprel. - S.12. - Azərbaycan

Xalq Cümhuriyyətinin daxili işlər naziri "Behbud bəy Cavanşirin məhkəmə

prosesi" kitabından.

36.Süleymanov M. Dövlət müstəqilliyimiz tarixi nailiyyətiimizdir : Azərbaycan Xalq

Cümhuriyyəti // Xalq qəzeti. - 2006. - 26 may. - S.4.

37.Şəfiqə. 23 aylıq cümhuriyyətin süqutu : ADR-nın yaranması və süqutu haqqında //

Planet . - 2006. - aprel. - S.15.

38.Turan A. Əli bəy Hüseynzadənin nəsil şəcərəsi // Ədəbiyyat qəzeti. - 2007. - 17

avqust. - S.5.

39.Ucaldıqca ucalacaq: 28 May - Respublika Günü // Tumurcuq. - 2008. - № 5. - S.3.

40.Ülvi A. Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi - sosial siyasəti //

Xalq qəzeti. - 2008. - 17may. - S.5.

41.Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən

Azərbaycan regionda lider ölkədir : 28 May - Respublika Günü münasibətilə

Azərbaycan Prezidenti İlham Əliyevin adından rəsmi qəbul // Azərbaycan. –

2006. - 27 may. - S.1-2.

42.Vəfa Z. Parlament tarixinin şanlı səhifələri : ADR-nın yaranma tarixi //

Azərbaycan. - 2007. - 27 may. - S.3.

Tərtib edən: Könül Səmədzadə - F.Köçərli adına Respublika Uşaq Kitabxanasının baş kitabxanaçısı


Redaktor: Zahirə Dadaşova – F.Köçərli adına Respublika Uşaq Kitabxanası elmi işlər üzrə direktor müavini

MÜNDƏRİCAT:



1. Tərtibçidən.........................................................................................................2

  1. I Bölmə. Azərbaycan Demokratik Respublikası Parlamentinin yaranması və fəaliyyəti...........................................................................................................3

  2. II Bölmə. Azərbaycan Demokratik Respublikasının yaradılmasının 90-cı ildönümü münasibətilə keciriləcək tədbirlər................................................... 8

  3. Əlavə 1.Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı........................................19

  4. İstifadə olunacaq ədəbiyyat siyahısı...............................................................20







Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə