Musiqi və onun tədrisi metodikasından imtahan sualları. IV kurs




Yüklə 17.92 Kb.
tarix28.04.2016
ölçüsü17.92 Kb.
Musiqi və onun tədrisi metodikasından imtahan sualları.
IV kurs


  1. İbtidai siniflərdə “Musiqi” fənninin əhəmiyyəti, məqsəd və vəzifələri hansılardır?

  2. Hansı xalq rəqslərini tanıyırsınız, onların müəllifi kimdir?

  3. Neçə oktava var və hər oktavada neçə səs yerləşir?

  4. Musiqi kurikulumu və onun xarakterik cəhətləri.

  5. Yaradıcılığında uşaq mahnılarına xüsusi yer ayıran hansı bəstəkarları tanıyırsınız?

  6. Neçə əsas və əlavə xətlər var? Birinci oktavanın notlarını bu xətlərdə yerləşdir.

  7. Proqram və dərsliklərdə problemin quruluşu.

  8. Azərbaycan milli musiqi alətləri hansılardır?

  9. Melodik vəziyyətdə minor qammasında hansı dəyişiklilər olur?

  10. Məzmun standartlarından nə məqsədlə istifadə olunur?

  11. Üzeyr Hacıbəyov “Koroğlu” operasında, xalq musiqisinin hansı janrından daha çox istifadə edib?

  12. Si majorda neçə diyez (#) var? Adlarını söylə və not xətdində onları yerləşdir.

  13. Fəndaxili və fənlərarası inteqrasiya necə açıqlamaq olar?

  14. “Kukla” mahnısının bəstəkarı kimdir və onun daha hansı mahnılarını tanıyırsınınz?

  15. Minor qammasında Tonika üçsəsliyi (T3) hansı intevallarla qurulur?

  16. Musiqi tərbiyəsində yaş xüsusiyyətlərinin nəzərə alınması

  17. Bəstəkar Qara Qarayev yaradıcılığında hansı janrlara daha çox üstünlük vermişdir?

  18. Major və minor qammalarında T, S, və D üçsəslikləri (T3, S3, D3 ) hansı intervallarla qurulur?

  19. Musiqinin digər fənlərlə inteqrasiyası

  20. Volfqanq, Amadey Motsartın musiqi yaradıcıllığı.

  21. Diyez (#) və bemollu (ъ) qammalar arasındakı fərqi söylə.

  22. İbtidai sinif şagirdlərinə Azərbaycan xalq musiqisinin aşılanması yolları.

  23. Tofiq Quliyevin musiqi yaradıcılığında mahnı janrı

  24. Sabit səslərin qeyri-sabit səslərə həllinin izahı

  25. Bəstəkarların həyat və yaradıcılıqları haqqında məlumat verilməsi sistemi.

  26. Bəstəkar Ü.Hacıbəyov musiqi yaradıcılığında opetta janrı

  27. Dinamik işarələrdən nə məqsədlə istifadə olunur?

  28. Musiqi təliminin əsas prinsipləri.

  29. Azərbaycan xalq musiqisinin hansı janrları var?

  30. Lya minor qammasında harmonik vəziyyətdə necə ifa olunur.

  31. Uşaq səslərinin mühafizəsi.

  32. Bəstəkar Asəf Zeynallı yaradıcılığında hansı janra üstünlük vermişdir?

  33. Re minor qammasının paralel major qamması hansıdır?

  34. Uşaqlara zəruri vokal vərdişlərinin aşılanması.

  35. Musiqinin hansı janrına daha çox üstünlük verirsən, nə üçün?

  36. Bütöv pauza ilə bütöv not arasındakı fərqi söylə.

  37. İbtidai siniflərdə musiqi savadı üzrə işin aparılması üsulları.

  38. Lüqviq Van Bethovenin yaradıcılığı.

  39. 3/4 və 4/4 yazıları musiqi əsərləri arasındakı fərqi söylə.

  40. Qabiliyyətlərin tərbiyə olunması.

  41. Bəstəkar tərəfindən yazılan musiqi ilə xalq musiqisi arasındakı fərq

  42. Hansı intervallar xahiş olunur?

  43. Şagirdlərin hərtərəfli inkişafında “Musiqi” fənninin rolu.

  44. Azərbaycan xalq musiqisi: Muğam janrı

  45. Qammanını I pilləsi necə adlanır? Re majorda həmin pilləni yaz.

  46. Dinlənilən musiqi əsərləri ilə əlaqədar bəstəkarların həyat və yaradıcılığı haqqında məlumatın verilməsi.

  47. Musiqi yaradıcılığında xalq musiqisindən istifadə edən Azərbaycan bəstəkarları və onların əsərləri haqqında.

  48. Re major qammasında sabit səslərin qeyri-sabit səslərə həlli.

  49. Musiqi təliminin seçilməsi prinsipləri.

  50. Azərbaycan xalq musiqisində neçə lad var və onlar hansılardır?

  51. Dominant üçsəsliyi (D3) qammanın neçənci pilləsində qurulur?

  52. Musiqi tərbiyəsində yaş xüsusiyyətlərinin nəzərə alınması.

  53. P.İ.Çaykovskinin yaradıcılığı.

  54. Tonikanın ikinci dönməsi necə adlanır?

  55. Musiqi kurikulumu və onun xarakterik cəhətləri.

  56. İ.S.Baxın “Re minor tokkata və fuqası” əsəri səslənərkən muğamlarımızdan hansının xatırladır?

  57. Tonika kvart sekstakkardın (T64) quruluşu necə yazılır?

  58. Şagirdin musiqi qabiliyyəri və onun müəllim tərəfindən iş prosesində inkişaf etdirilməsi.

  59. Hansı bəstəkarların əsərlərinin dinləməkdən zövq alırsan? Nə üçün?

  60. Notun üstündə yazılan nöqtə necə adlanır və nə məqsədlə işlədilir?

  61. Azərbaycan ladlarına aid nəzəri məlumatların verilməsi.

  62. “Sevimli bir uşaq” mahnısını ifa et və onun musiqi xarakterini açıqla.

  63. Kaman açarı ilə baş açar arasındakı fərqi söylə.

  64. Məzmun standartlarından istifadə qaydaları.

  65. Lya major qammasında T, S , D üçsəsliklərinin qurulması.

  66. Bəstəkar Niyazinin yaradıcılığı.

  67. Müasir təlim metodları.

  68. Müslüm Maqomayevin yaradıcılığı.

  69. Do major qammasında intervalların qurulması.

  70. Mahnının tədrisi metodikası.

  71. Musiqidə sadə və mürəkkəb janrlı əsərlər.

  72. Do majorla do minor arasındakı fərq.

  73. Musiqi dinlənilməsinin əhəmiyyəti.

  74. Musiqinin insan həyatında əhəmiyyəti.

  75. Musiqi əsərində xanələrin rolu.


Tövsiyə olunan ədəbiyyat:


    1. Ümumtəhsil məktəblərinin I – IV sinifləri üçün fənn kurrikulum.

    2. O.Rəcəbov “ Musiqi tədrisinin metodikası ”

    3. O.Rəcəbov, N.Rəcəbova I – IV siniflər üçün “ Musiqi ” dərslikləri.

    4. A.Hüseynova “ Musiqi səmimiyyət məbədi ”

    5. M.Nəsirbəyov “ Musiqi savadı ”


Hazırlayanı: Fənn komissiyasının sədri : Həsənova Şəfiqə


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə