Müqavimətin sabit cərəyan( Uitston)körpüsü vasitəsilə təyini




Yüklə 26.63 Kb.
tarix28.02.2016
ölçüsü26.63 Kb.
Müqavimətin sabit cərəyan( Uitston)körpüsü vasitəsilə təyini
LƏVAZİMAT: bir neçə məchul müqavimət,qalvonometr

müqavimət mağazini,sabit cərəyan mənbəyi,açar,reoxord,

dövrə qurmaq üçün birləşdirici naqillər.

Qısa nəzəri məlumat

Budaqlanma olan elektrik dövrələrini Om qanununun köməyi ilə hesablamaq çətindir.Belə dövrələrin hesablanması üçün Kirxhof düyün nöqtəsi və qapalı kontur üçün iki qayda təklif etmişdir.

Üç və daha çox cərəyanlı naqilin birləşmə nöqtəsi düyün nöqtəsi adlanır.Düyün nöqtəsinə daxil olan cərəyanlar şərti olaraq müsbət,çıxan cərəyanlar isə mənfi qəbul edilir (şəkil 1)

Kirxhofun 1 qaydası. Düyün nöqtəsində cərəyanların cəbri cəmi sıfra bərabərdir.

(1)

1-ci şəkildə göstərilən cərəyanlar üçün Kirxhofun 1-ci qaydasını tətbiq etsək,onda alarıq



(2)

Kirxhofun 1ci qaydası elektrik yükünün saxlanma qanunundan alınır.Həqiqətən naqildən sabit cərəyan axdıqda naqilin heç bir nöqtəsində yük toplana bilməz,əks halda cərəyanın sabitliyi pozulardı.



Kirxhofun 2ci qaydası budaqlanmış dövrə üçün ümumiləşmiş Om qanunundan alınır.Mürəkkəb dövrənin 2-ci şəkildəki kimi qapalı konturunu nəzərdən keçirək.Şərti olaraq dolanma istiqaməti saat əqrəbi qəbul edək.

Şəkil 1


- 1 -


Şəkil 2

Bu halda dolanma istiqamətində axan cərəyanlar müsbət,dolanma istiqamətinin əksinə axan cərəyanlar isə mənfi olar.Əgər mənbənin yaratdığı cərəyan dolanma istiqamətinə uyğun gəlirsə,onda mənbəyin e.h.q-nin işarəsi müsbət,əks halda isə mənfi qəbul olunur.Yuxarıda deyilənləri nəzərə alsaq və Om qanunundan istifadə edib,yaza bilərik





(3)

Bu tənlikləri tərəf-tərəfə toplasaq,



Ümumi şəkildə



(4)

(4)-tənliyi Kirxhofun ikinci qaydasını ifadə edir.



Yəni qapalı konturda gərginlik düşgülərinin cəbri cəmi həmin konturda təsir göstərən e.h.q-nin cəbri cəminə bərabərdir.

Kirxhofun qaydalarının tətbiqinə misal olaraq müqaviməti təyin etmək üçün istifadə olunan körpü üsulunun sxemini nəzərdən keçirək.Bu üsulun əsasını 3-cü şəkildə göstərildiyi kimi,ardıcıl birləşmiş dörd müqavimətin əmələ gətirdiyi qapalı dövrə təşkil edir.Bu qapalı dövrənin A və B nöqtələrinə elektrik hərəkət qüvvəsi və daxili müqaviməti r olan cərəyan mənbəyi,C və D nöqtələrinə isə müqaviməti olan qalvonometr birləşir.



- 2 -



Şəkil 3

A,B və C düyün nöqtələrinə Kirxhofun 1 qaydasını tətbiq edərək alarıq.





(5)

Burada I-ümumi.cərəyan -isə uyğun olaraq müqavimətlərindən axan cərəyandır.

ACBEA, ACDA və CBDC konturları üçün Kirxhofun 2ci qaydasını tətbiq etsək onda



(6)

Sxemdə müqavimətlərini elə dəyişmək olar ki C və D nöqtələrinin potensialı eyni

olsun və qalvonometrdən cərəyan axmasın ()Bu halda (5) ifadəsi sadələşər:

, (7)

Əgər (7) ifadəsini (6)-da nəzərə alsaq onda



olar.Bu halda alarıq.


- 3 -

və ya
alınar.

Körpünün tarazlıq halında (yəni ) mənbənin e.h.q-i və qalvonometrin daxili müqaviməti rol oynamır. (8) ifadəsinə əsasən dörd müqavimətdən üçü məlum olduqda məchul müqaviməti hesablamaq olar.

Praktikada adətən məchul müqaviməti təyin etmək üçün reoxordlu Uitston körpüsündən istifadə olunur.Burada əvəzinə müqavimətini,

Şəkil 4
müqavimət əvəzinə isə sürüşkən kontaktlı müqavimət mağazini, müqavimətləri əvəzinə isə uyğun olaraq qollarının müqaviməti olan reoxord bağlanmışdır.

Reoxord-milimetrik bölgüləri olan xətkeş (60-100 sm uzunluğunda) üzərinə bərkidilmiş xüsusi müqaviməti kifayət qədər böyük olan bircins məftildir.Şəkildən görüldüyü kimi G qalvonometri,bərkidilmiş reoxord qolunu telin müqaviməti olan müqavimətlərinə ayırır.

Onda (8) ifadəsinə əsasən Uitston körpüsündəki ,,müqavimətləri arasında



(9)

asılılığını yazmaq olar.Burada reoxordun telinin AC və BC hissələrinin müqavimətləri olduğundan



- 4 -



yaza bilərik.Müəyyən sadələşmə aparsaq onda məchul müqavimətini taap bilərik.



Işin gedişi

  1. 4-cü şəkildə göstərilən sxemi yığmalı və hərəkət edən kontaktı reoxordun üzərində müəyyən bölgü üzərində qoyub və müqavimət maqazinindən müavimət seçməli

  2. Açarı qapayıb,müqavimətlər maqazinində çevirici kontaktla müqaviməti elə dəyişməli ki, qalvonometrdən cərəyan axmasın

  3. Reoxord üzərində məsafələrini və müqavimət maqazinindən seçilmiş R məlum müqavimətini qeyd etnəli

  4. Sonra reoxordun qollarının müxtəlif uzunluqları üçün təcrübəni bir neçə dəfə təkrar edib məchul müqaviməti hesablaalı

  5. Təcrübəni 2-ci məchul müqavimət üçün dəyuxarıda göstərilən qaydada təkrar edib.sonra o müqavimətləri ardıcıl və paralel qoşaraq 1 neçə dəfə ölçmə aparmalı və alınan nəticələri təcrübi nəticələrlə tutuşdurmalı

  6. Hər bir müqavimət üçün nəticələri cədvəl şəklində yazmalı



- 5 -


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə