Müqavilə No və Adı: mff-032-T2-icb 03, Göyçay şəhərində su təchizatı və kanalizasiya




Yüklə 15.71 Kb.
tarix22.02.2016
ölçüsü15.71 Kb.
ADB/AZERSU/WSSIP/MFF032-T2-ICB-1.03

Göyçay Paket 2 üçün tenderə dəvət

Tarix: 1 mart 2012-ci il.

Kredit No. və Adı:2842-AZE, Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı – Layihə 2

Müqavilə No. və Adı:MFF-032-T2-ICB-1.03, Göyçay şəhərində su təchizatı və kanalizasiya

şəbəkələrinin bərpası və su qəbuledici qurğuların tikintisinin tamamlanması, Paket 2

(Beynəlxalq Müsabiqəli Tender)

Sənədlərin təqdim olunması üçün son tarix 20 aprel 2012-ci il, saat 16:00 (yerli vaxtla)

1. Azərbaycan Höküməti Asiya İnkişaf Bankından (AİB) Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı – Layihə 2 çərçivəsində kredit vəsaiti almağı planlaşdırır. Bu kredit vəsaitinin bir hissəsi yuxarıda qeyd olunan beynəlxalq müsabiqəli tender (BMT) üzrə ödənişlər üçün istifadə olunacaqdır. Tender AİB-nın seçilmək hüququna malik ölkələrdən olan bütün iddiaçılar üçün açıqdır. "Məqbul/Qeyri-Məqbul" üzrə qiymətləndirmə tələbləri 3-cü bölmədə (tender sənədlərinin qiymətləndirilmə və kvalifikasiya meyarları) verilmişdir.

2.”Azərsu” Açıq Səhmdar Cəmiyyəti (“Azərsu” ASC) (“Sifarişçi”), Göyçay şəhərində su təchizatı və kanalizasiya şəbəkələrinin bərpası və su qəbuledici qurğuların tikintisinin tamamlanması, Paket 2 üzrə tender sənədləri təsdiq edilən seçilmiş iddiaçıları iş birliyinə dəvət edir. İşlər aşağıdakılardan ibarətdir, lakin bunlarla məhdudlaşmaya bilər:

Su Qəbuledici Qurğular


  • Su qaldırıcı boruların, sualtı nasosların və quyunu daxildən əhatə edən süzgəcli boruların quraşdırılması da daxil olmaqla 2 artezian quyusunun (dərinliyi – 140 m) qazılması; 2 artezian quyusu üzərində xırda bölmələrin (özəklərin) tikilməsi.

Su Təchizatı Sistemi

  • Təqribən 55 500 m uzunluğunda su paylayıcı şəbəkənin çəkilməsi.

  • Təqribən 45 000 m2 sahədə asfalt və çınqıllı yolların bərpası.

  • Evlərin su ilə təchiz edilməsi və su sayğaclarının quraşdırılması – 3 340 ədəd.

Kanalizasiya Sistemi

  • 46 600 m uzunluğunda çirkab su(kanalizasiya) şəbəkəsinin çəkilməsi

  • Təqribən 45 300 m2 sahədə asfalt və çınqıllı yolların bərpası.

  • 2 340 ədəd ev birləşməsi. (“İşlər”).

İcra müddəti 548 gündür.

3.Yuxarıda qeyd edilmiş bütün işlər cizgilərə və spesifikasiyalara uyğun icra edilməlidir. Su paylanması və kanalizasiya şəbəkələri üzrə işlərin bəzi hissəsi digər müqavilələr əsasında görüləcəkdir və iddiaçılar 6-cı bölmədə (tender sənədləri üzrə sifarişçinin tələbləri) verilmiş məlumatları nəzərdən keçirməlidirlər.

4.Daha ətraflı məlumat əldə etmək və tender sənədlərini nəzərdən keçirmək üçün iddiaçılar aşağıdakı ünvana müraciət etməlidirlər:

Ünvan: Moskva prospekti 67, AZ1012, Bakı, Azərbaycan

Əlaqələndirici şəxs: Madər Quliyev, Beynəlxalq layihələrin idarə Olunması şöbəsinin rəisi

“Azərsu” ASC Tel: (+ 99412) 530 43 44

Fax:( + 99412) 430 29 11

İnternet ünvanı: madar.guliyev@azersu.az



5. İngilis dilində tender sənədlərini əldə etmək üçün iddiaçılar aşağıda göstərilənlərə riayət etməlidirlər:

(a)Yuxarıda göstərilmiş ünvanda yerləşən “Azərsu” ASC-nin ofisinə getməli və geri qaytarılmayan 100 manat və ya 130 ABŞ dolları ekvivalentini nağd ödəməlidirlər, və ya

(b)Ölkə daxili çatdırılma üçün 100 manat və ya 130 ABŞ dolları ekvivalentini və ölkədən kənar çatdırılma üçün isə 200 manat və ya 260 dolları ekvivalentini aşağıda göstərilmiş bank hesabına köçürdükdən sonra sənədlərin çatdırılması üçün yuxarıda göstərilmiş ”Azərsu” ASC-nin ünvanına yazılı formada müraciət ərizəsi göndərməlidirlər. Sənədlər kuryer vasitəsilə göndəriləcəkdir. İtki və gec çatdırılma üzrə heç bir məsuliyyət daşınmır.

Benefisiarın Adı: “Azərsu” ASC

INTP: 9900001751

Benefisiarın Bankı: Azərbaycan Beynəlxalq Bankı

Yerli valyuta ilə hesab nömrəsi: CCS 308718 AZN 3302-01

Xarici valyuta ilə hesab nömrəsi: CCS 308718 USD 3312-01

Kode: 805250

SWIFT Kod: IBAZAZ2X

6. Tender Sənədlərini elektron köçürmə və nağd ödəniş təsdiqi qarşılığında Azərsunun ofisindən əldə etmək olar. Bundan əlavə, yazılı müraciət və ödəniş etdikdən sonra “Azərsu” tender sənədlərini kuryer vasitəsilə maraqlanan tərəflərə göndərəcəkdir. Tender Sənədləri yalnız elektron formatda (DVD) tərtib ediləcəkdir.

7. Təkliflərin təqdim olunması:

Təkliflərinizi tender sənədlərində (bölmə 1 & 2, paraqraf: ITB 19.1) göstərildiyi kimi tender zəmanəti ilə birlikdə “Azərsu” ASC, Moskva prospekti, 67, mərtəbə 3, otaq 321, AZ1012 Bakı, Azərbaycan ünvanına 20 aprel 2012-ci il saat 16:00-dan gec olmamaq şərti ilə təqdim etməyiniz xahiş olunur.



8. Tender, təkliflərin son təqdimetmə tarixindən dərhal sonra iddiaçıların nümayəndələrinin iştirakı ilə açılacaqdır.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə