Müqavilə: db/7460/LV/015/156 Sabirabad rayonu üçün su təchizatı sistemləri və kanalizasiya kollektorlarının tikintisi




Yüklə 11.11 Kb.
tarix22.02.2016
ölçüsü11.11 Kb.
SATINALMALAR ÜZRƏ XÜSUSİ BİLDİRİŞ
AZƏRBAYCAN
Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi (MSTKXL)
Kredit No: 7460-AZ
Tenderə dəvət

Müqavilə:

DB/7460/LV/015/156 Sabirabad rayonu üçün su təchizatı sistemləri və kanalizasiya kollektorlarının tikintisi

Azərbaycan Respublikası Hökuməti “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsinin” maliyyələşdirilməsi üçün kredit əldə etmək məqsədilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına müraciət etmiş və kredit vəsaitlərinin bir hissəsinin aşağıda verilmiş işlərin həyata keçirilməsi üçün ayrılmasını nəzərdə tutur.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti müqavilənin tikintisi və tamamlanması üzrə seçilmək hüququna malik iddiaçılardan öz təkliflərini təqdim etməyə dəvət edir:

MST 9-1-2: Sabirabad rayonu su təchizatı sistemləri və kanalizasiya kollektorlarının tikintisi
Bir Mərhələli Tender Dünya Bankının İBRD və BİA Kreditləri üzrə Satınalma Təlimatında (may 2004, oktyabr 2006 və may 2010-cu ildə düzəliş olunmuş) müəyyən olunan beynəlxalq müsabiqəli tender prosedurlarına müvafiq olaraq həyata keçiriləcək və təlimatlarda müəyyən olunan bütün seçilmək hüququna malik iddiaçılar üçün açıqdır.

Maraqlanan iddiaçılar daha ətraflı məlumatı və tender sənədlərini Layihə İdarəetmə Qrupunun ofisindən əldə edib nəzərdən keçirə bilərlər:

Bakı, Rəsulzadə qəsəbəsi, Ağamalıoğlu küçəsi 6

ZİP Code: AZ 1114, Azərbaycan

Telefon: + 994 12 569 54 23 / 27 / 29

Faks: + 994 12 569 54 15

Elektron adress: tender@azersu.az

Əlaqə üçün şəxs: cənab Kənan Nəbiyev


İddiaçılar üçün Təlimatda və Müqavilənin Ümumi Şərtlərində olan müddəalar Dünya Bankının Layihələndirmə, Təchizat və Quraşdırmanın Satınalması üzrə Standart Tender Sənədlərində əks olunan müddəalardır (aprel 2008, avqust 2010-cu ildə düzəliş olunmuş).

Tender təklifləri 500.000 (beş yüz min) ABŞ dolları həcmində Tender Zəmanəti ilə birlikdə aşağıda qeyd olunan ünvana 5 dekabr 2011-ci il saat 16:00-dan gec olmamaq şərti ilə çatdırılmalıdır.

Maraqlanan iddiaçılar ingilis dilində tender sənədlərinin tam dəstini yazılı formada ərizə təqdim etdikdən və geri qaytarılmayan 160 AZN (yüz altmış Azərbaycan manatı) və ya 200 (iki yüz) ABŞ dolları aşağıda göstərilən hesaba birbaşa köçürdükdən sonra yuxarıda qeyd olunan ünvandan əldə edə bilərlər. Tələb olunduğu təqdirdə, əlavə geri qaytarılmayan 200 AZN (iki yz Azərbaycan Manatı) və ta 250 (iki yüz əlli) ABŞ dolları eyni hesaba birbaşa köçürməklə kuryer vasitəsilə göndərilə bilər.

Benefisiarın adı: “Azərsu” ASC

  INTP:   9900003611

  Benefisiarın Bankı:    “Kapital Bank” 1 saylı Nəsimi filialı

  Yerli valyuta ilə hesab No: 33070019441100216111

  Xarici valyuta ilə hesab No: 33170019441100216111

  Kod:   200112

  SWIFT Code:   AIIBAZ 2X

Təkliflər 5 dekabr 2011-ci il saat 16:00-da iştirak etmək istəyən iddiaçıların nümayəndələrinin iştirakı ilə aşağıdakı ünvanda açılacaqdır:

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti

Moskva pros. 67, AZ1012

Konfrans zalı, 5-ci mərtəbə



Azərbaycan, Bakı, AZ1012


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə