MÜNDƏRİcat




Yüklə 331.55 Kb.
səhifə3/3
tarix22.02.2016
ölçüsü331.55 Kb.
1   2   3

Hər üç məntəqədə yağıntıların orta aylıq miqdarını təhlil etdikdə görürük ki, onların ən minimum səviyyəsi VII və VIII aylarda (iyul,avqust) olur ki, bu da yay dövrünə təsadüf edir. IX aydan (sentyabr) etibarən yağıntıların miqdarı XII aya qədər xeyli artır ki, bu da payız mövsümünə təsadüf edir. XII,I,II aylarda yağıntıların miqdarı yenidən azalır. Yaz aylarından başlayaraq yayın əvvəllərinə qədər (III-VI) yağıntıların miqdarı kəskin surətdə çoxalır. Rayonun məhz bu aylar və payızın ortaları ən yağmurlu dövrüdür. Bu dövrlərdə, xüsusilə də yazda və yayın əvvəllərində tez-tez yağıntılar dolu şəklində düşür.

İlin soyuq dövründə, xüsusilə qış aylarında yağıntıların bir hissəsi qar şəklində düşür.

Rayonun düzənlik ərazilərində qar örtüyünün qalınlığı, davamiyyəti və bir sıra başqa xüsusiyyətləri dağlıq ərazilərdən ciddi fərqlənir. Düzənlik ərazilərdə, xüsusilə onun şərq hissəsində qar örtüyü nadir hallarda yaranır. Çoxillik dövr üçün bu ərazilərdə qar örtüyünün günlərinin sayı orta hesabla ildə 10 gün təşkil edir.

Rayonun dağətəyi zonasında qar örtüyünün ən böyük orta dekad qalınlığı 10 sm, orta dağlıq qurşaqda 20-50 sm, yüksəkdağlıqda isə 70 sm-dən artıqdır. Qar örtüyü rayonun ovalıq və dağətəyi sahələrində dekabrda və yanvarda, ortadağlıq qurşaqda noyabrın başlanğıcında yüksək dağlıq qurşaqda isə oktyabrın əvvəllərindən başlayır. Düzənliklərdə qar örtüyü çox zaman qışın ortalarında əriyib yox olduğu halda, dağlarda yüksəyə qalxdıqca qar örtüyünün tarixi gecikir və yüksək dağlıqda o iyul ayının əvvəllərinə düşür.

Mümkün buxarlanma iqlim elementlərinin ən mühüm göstəricilərindən biri olmaqla onun illik yağıntılarının miqdarına münasibəti hər hansı ərazinin rütubətlənmə dərəcəsini müəyyən edir. Rayon düzən hissələrində mümkün buxarlanmanın orta illik kəmiyyəti 1000-1200 mm-ə, Şamaxı yaylasında rayonun şimal şərqində İsmayıllı və Ağsu rayonlarının alçaq dağlıq zonalarında 800-1000 mm orta dağlıqda 600-800 mm, yüksək dağlıqda isə 250-300 mm-ə qədər azalır. Bununla əlaqədar olaraq rayon ərazisi müxtəlif rütubətlənmə şəraitinə malikdir. Rütubətlənmə şəraitinə görə rayonda bir neçə zona ayırmaq olar.

1.Çox quraq zona – illik rütubətlənmə dərəcəsi 16-30%, yay aylarında 15%-ə qədərdir. Bu zona rayonun əksər düzənlik hissələrini əhatə edir.

2.Quraq zona – illik rütubətlənmə 31-50%, yay fəslində 25%-ə qədərdir. Bu zona əsasən Şamaxı yaylasının cənubunu əhatə edir.

3.Mülayim quraq zona – illik rütubətlənmə 51-70%, yayda isə 40%-ə qədərdir. Bu zonaya əsasən rayonun dağətəyi hissəsi daxildir.

4.Zəif quraq zona – illik rütubətlənmə 71-99%, yay aylarında 50%-ə qədərdir. Əsasən alçaqdağlığı qismən ortadağlığa keçidi əhatə edir.

5.Rütubətli zona – illik rütubətlənmə dərəcəsi 100-150%, yayda isə 70%-dən çoxdur. Əsasən orta dağlıq zonaları əhatə edir.

6.İzafi rütubətlənmə zonası – illik rütubətlənmə 100-150%, yayda isə 100%-dən çoxdur. Bu zona rayonun yüksəkdağlıq sahələrini əhatə edir.

Dağlıq Şirvan iqtisadi coğrafi rayonu ərazisində iqlimin əsas elementlərinin paylanması xüsusiyyətlərinə aid yuxarıda verilən qısa xarakteristikadan görünür ki, rayonun ərazisi çox böyük olmasa da, onun iqlim şəraiti olduqca müxtəlifdir. Bununla əlaqədar olaraq rayonda bir-birindən fərqlənən iqlim tipləri və rayonları yaranır. Rayon ərazisində mövcud olan iqlim tiplərinə yarımsəhra və quru çöllər iqlimi, yayı quraq keçən mülayim isti iqlim, qışı quraq keçən mülayim isti iqlim yağıntıları bütün fəsillər üzrə bərabər paylanan mülayim isti iqlim dağ tundra iqlimi daxildir.

Aşağıda bu iqlim tiplərinin xarakteristikası və yayıldıqları ərazilər haqqında qısa məlumat verilir.

1.Yarımsəhra və quru çöllər iqlimi.Bu iqlim tipi rayon ərazisinin çox hissəsinə hakim olmaqla Qobustanı əhatə edir. İllik yağıntıların miqdarı mümkün buxarlanma kəmiyyətinin 15-20%-ə qədərini təşkil edir, yayı isti, uzun, qışı mülayim keçir. Havanın orta temperaturu 10ºC-dən yuxarı olan orta sutkalıq temperatur cəmi 4000ºC-dən artıqdır. Quru subtropik iqlim hakimdir.

2.Yayı quraq keçən mülayim isti iqlim. Bura 1-ci və 3 iqlim tipləri arasında yerləşən Gürcüvan-Şamaxı-Mərəzə yaylası aiddir. Bu iqlim tipi kifayət qədər rütubətliyi ilə xarakterizə edilir. Yağıntıların illik miqdarı mümkün buxarlanmanın 100-150%-ni təşkil edir. Qış mülayim, yay mülayim isti, quru, payız çox yağmurlu keçir. 10%-dən yuxarı temperatur cəmi 3000%-dən 4600º arasındadır.

3. Qışı quraq keçən mülayim isti iqlim rayonun əsasən Böyük Qafqaz dağlarının şimal-şərq yamaclarında yüksəkliyi 1000-1200 m qədər olan sahələrdə hakimdir. Onun yayıldığı ərazilərdə illik yağıntıların miqdarı mümkün buxarlanma kəmiyyətinin 500-100% təşkil edir, yaxud az və mülayim rütubətli olması ilə fərqlənir, havanın temperaturu 10ºC-dən artıq temperatur cəmi 3000-4000º arasındadır.

4. Yağıntıları təxminən bərabər paylanan mülayim isti iqlim, bu iqlim tipi əsasən İsmayıllı rayonunun şimal və qismən də Şamaxı rayonunun şimal qərbində ensiz bir zolaq şəklində yayılmışdır ki, bu ərazilərin yüksəkliyi 600-1500 m arasındadır. Rütubətlənmə əmsalı 75-100%-ə qədərdir. Yumşaq qışı vəmülayim isti yayı ilə seçilir. 10ºC-dən artıq temperaturlar cəmi 2500-3000ºC arasındadır.

5.Dağ tundra iqlimi. Bu iqlim tipi rayonda yüksəkdağlıqda yüksəkliyi 3000 m-dən artıq olan Babadağ zirvəsi zonasında yayılmışdır.

İfrat rütubətlənməsi (150-200%) və bütün fəsillərin soyuq keçməsi ilə fərqlənir. 10ºC-dən yuxarı temperatur cəmi 4000ºC arasındadır.

Rayonun iqlimi termik ehtiyatların bolluğu ilə səciyyələnir ki, bu da əlverişli rütubət və düzgün aqrotexniki tədbirlərin keçirilməsi şəraitində yüksək məhsuldarlığın təmin edilməsi üçün mühümdür. Rayon ərazisinin çox hissəsində fəal temperatur cəmi 4000ºC-dən çoxdur ki, bu da bir təsərrüfat ilində eyni sahədən iki dəfə taxıl payızlıq buğda və qarğıdalı, yaxud taxıl yığılandan sonra tərəvəz, göy-göyərti, yemlik taxıl və s. yetişdirmək üçün kifayət edən termik ehtiyatdır.

Rayonun termik şəraiti heyvandarlığın inkişafı üçün də xeyli əlverişlidir. Rayonda örüş otlaq heyvandarlığının geniş yayılmasını təmin edən əsas amillərdən biri ərazinin relyefi ilə əlaqədar olaraq əmələ gəlməsi hündür iqlim qurşaqlarıdır. Rayonun düzənlik ərazilərinin qışının mülayim, isti, əsasən şaxtasız keçməsi bu sahələri qiymətli qışlaqlara çevirir. Məhz bu səbəbdən və bu təbii yem bazasının olması ilə əlaqədar Qobustan və rayonun digər düzən əraziləri bütün respublikanın əsas qış otlaqlarındandır. Bu sahələrin termik şəraiti rayonun, eləcə də qonşu ərazilərin mal-qarasının, xüsusilə də davarın burada payızın ortalarından başlamış yayın əvvəllərinə qədər açıq hava şəraitində saxlamağa imkan verir. Yay aylarından başlayaraq bu sahədə temperaturun yüksəlməsi, rütubətin azalması nəticəsində mal-qaranın dağlıq ərazilərə köçü başlanır. Dağların sərin iqlimi, bol su və təbii yem ehtiyatları bu sahələrdən yaylaqlar kimi geniş istifadə edilməsinə zəmin yaradır.

Rayon iqliminin termik şəraitinin səciyyəvi xüsusiyyətlərindən biri ərazinin çox hissəsində şaxtasız dövrün uzun müddətli olması, qışın mülayim keçməsidir. Buna görə rayonda təsərrüfat və sosial obyektləri açıq hava şəraitində tikmək mümkün olur, onların isidilməsinə nisbətən az xərc çəkilir, əhalinin geyim xərcləri azalır.

Rayonun düzən və dağətəyi zonalarında yağıntıların az olması bu ərazilərin mənimsənilməsini çətinləşdirir. Belə ki, rayonun aran və dağətəyi hissələrində yağıntıların əsas hissəsi payızda və yazın əvvəllərində düşür.

Bitkilərin fəal vegetasiya dövründə isə illik yağıntının ancaq 30-40%-ə qədəri düşür. Bu dövrdə torpağın səthindən buxarlanmanın miqdarı 1000-1200 mm-ə çatır. Belə vəziyyət geniş surətdə suvarılma proqramının həyata keçirilməsini tələb edir. Yayın quraq keçməsi su təchizatına və suvarmaya tələbatı artırır. Lakin quraqlıq əlverişsiz iqlim hadisəsi olsa da, suvarma şəraitində kənd təsərrüfatı məhsullarının keyfiyyətinə, meyvələrdə şəkərin və üzvi maddələrdən toplanmasına müsbət təsir göstərir. Rayonda bəzən yağıntılar dolu halında düşür.

Rayon ərazisinə daxil olan hava kütlələrinin təsərrüfata təsiri birmənalı deyildir. Belə ki, rayona daxil olan rütubətli hava kütlələri, xüsusilə dəmyə əkinçiliyi rayonlarının rütubətlə təmin olunmasına, ot örtüyünün əmələ gəlməsinin su ehtiyatlarının toplanmasını və artımını təmin edir. Əksinə quru və isti hava kütlələri bitkiçiliyin inkişafına mənfi təsir göstərir. Bəzən belə hava kütlələrinin yayın əvvəllərində əraziyə daxil olması bitkilərdə fəal vegetasiya prosesinə güclü təsir göstərir.

İsti havanın təsiri ilə bir çox bitkilər vaxtından əvvəl çiçəkləyir. Sonradan isti hava kütlələrinin soyuq hava kütlələri ilə əvəz olunması çiçəklərin məhv olmasına səbəb olur. Bu isə məhsulun keyfiyyət və miqdarına çox mənfi təsir göstərir. Çox təəssüf ki, belə hava şəraiti son illər tez-tez baş verir.

Rayonda müşahidə edilən küləklərin də təsərrüfata təsiri vardır. Qobustanda tez-tez müşahidə edilən güclü şimal küləkləri torpağın məhsuldar üst qatının sovrulmasına torpaqda rütubətin azalmasına, bitkilərin zədələnməsinə, təsərrüfat obyektlərinin zədə almasına və s. səbəb olur. Buna görə də tikinti apararkən küləklərin gücü və istiqaməti nəzərə alınmalı, torpaqların, tarlaların küləkdən qoruma tədbirləri həyata keçirilməlidir. Şimal küləkləri böyük enerji mənbəyidir. Bu enerjidən külək mühərrikləri vasitəsilə istifadənin böyük perspektivləri vardır. Yaşayış məntəqələrində yaşıllaşdırma işlərində küləyə davamlı bitki növlərindən istifadə zəruridir.

Fyon küləkləri müşahidə edilən az rütubətli ərazilərdə kənd təsərrüfatı əkinləri sahəsində torpaqda rütubət ehtiyatının azalmasının qarşısını almaq üçün əlavə tədbirlər lazımdır.




3.Dağlıq Şirvan iqtisadi rayonunun

su ehtiyatlarının təsərrüfat əhəmiyyəti.
Su ehtiyatları müasir dövrü təsərrüfatın inkişafı və yerləşdirilməsinin ən mühüm amillərindən biridir. Rayonun su ehtiyatlarına ərazidəki çaylar, göllər, süni su tutarlar, yeraltı sular aid edilir.

Ərazinin müxtəlif hissələrinin çay şəbəkəsinin sıxlığı bir-birindən kəskin fərqlənir. Çay şəbəkəsi sıxlığının minimal göstəricisi rayonun əsasən cənub və şərq hissələrində olub 0,05-01 km/km2 təşkil edir. Bu göstərici dağətəyi zonada 0,1-0,2 km/km2, alçaqdağlıqda 0,5-0,7 (şərqdə), 0,3-0,5 km/km2, ortadağlıqda 1,0-1,5 km/km2, yüksəkdağlıqda isə 0,2-0,5 km/km2-ə bərabərdir. Belə müxtəliflik ilk növbədə bu ərazilərin qeyri-bərabər dərəcədə rütubətlənmə şəraiti ilə əlaqədardır. Qobustan rayonunun cənub əraziləri respublikada çay şəbəkəsinin ən minimal göstəriciləri olan sahələrindəndir. Rayon çaylarının qidalanmasında əsas yeri yağış və yeraltı sular, qismən də qar suları tutur. Buna görə də yay zamanı bəzi çaylarda su çox azalır, hövzəsi yüksəkdə yerləşən çaylarda axının çox hissəsi yeraltı sular hesabına yaranır. İllik su rejiminin xüsusiyyətlərinə görə rayonun çaylarını 2 qrupa ayırmaq olar. I qrup bütün il boyu daşqın mümkün olan çaylardandır ki, bura Pirsaat və Ceyrankeçməz çayları aiddir. Pirsaat çayının qidalanmasında yağış suları 75-80%, yeraltı sular 20%-ə qədər, qar suları 3-5%-ə qədər təşkil edir. Bu çayların qidalanmasında əsas rol yağış sularının payına düşdüyünə görə onlarda daşqınlar qısa müddətli olmaqla leysan yağışlar yağanda baş verir və ən çox yaz-payız aylarında təkrarlanır.(ildə 10-15 daşqın). Adətən yayda Pirsaatın suyu kəskin azalır. Ceyrankeçməz isə ilin çox vaxtı susuz olur. II qrupa gurluğu və daşqınları əsasən yaz-yay aylarına düşən Girdiman, Ağsu çayları və onların qolları daxildir.

Bu çayların əsas su toplayıcısı yüksəkdə yerləşir. Çay hövzəsində qış aylarında davamlı və qalın qar örtüyü yaranır. Qarların əriməsi ilə əlaqədar mart ayından başlanmış çaylarda gursulu dövr başlanır. Qarın intensiv əriməsi ilə yanaşı yağış suları da çaylarda su sərfinin kəskin artmasına səbəb olur. Bu çayları axımın illik rejiminə görə üç mərhələyə ayırmaq olar. 1-ci faza yaz aylarını və yayın əvvəlini əhatə edir.(mart-iyun). Bu fazada çayların əsas gursulu dövrü olduğuna görə illik axım həcminin 45-70% keçir və qarların əriməsi zamanı düşən gur yağışlar 3-6 güclü daşqın əmələ gətirir.

2-cı faza yay fazasıdır. (iyul,avqust ayları). Bu fazada çayların su sərfi xeyli azalır. Lakin yay leysanları bəzən çox güclü daşqınlar əmələ gətirir. İllik su sərfinin 10-2-%-i yay fazasında keçir.

3-cü faza payız-qış aylarını əhatə edir.(sentyabr-fevral). Bu fazanın birinci yarısında ara-sıra müşahidə edilən leysan yağışlar zamanı baş verən daşqınlar yaz-yay daşqınlarından xeyli zəif olur. Çaylarda illik su sərfinin 20-35%-i bu fazaya düşür. Bu çayların qıdalanmasında yeraltı suların rolu çox mühümdür.

İndi isə rayonun əsas çaylarının qısa xarakteristikasını nəzərdən keçirək. Girdimançay öz başlanğıcını Babadağ zirvəsinin ətəklərində 3000 m yüksəklikdən götürərək 9 m yüksəklikdə Kür sahili qara suyuna tökülür. Onun uzunluğu 103 km sutoplayıcı sahəsi km2 meyilliyi 0,0296-dır. Çayın illik orta su sərfi 8 m3, illik axım həcmi isə 73,8 mln. m3-dir. Çayın suyu tamamilə suvarmaya sərf olunur.

Ağsu çayının orta illik su sərfi 2,30 m3/san, sutoplayıcı hövzəsinin sahəsi 573 km2-dir. İllik axım həcmi 42,2 mln. m3-dir. Çay öz başlanğıcını Lahic dağ sistemində 1750 m yüksəklikdən götürür. O, Kürə çatmır, daşqın sularını isə Kür sahili qara suyuna axıdır. Ağsuçay Kalvaçay və Sulutçay qollarının birləşməsindən əmələ gəlir. Orta axınında bu çay çox dərin, lakin nisbətən enli dərədən axır. Ağsu mənbəsinin aşağı çay dərəcəsi bu formasını itirərək ətraf sahə ilə birləşir. Pirsaat çayı mənbəsini 2400 m yüksəklikdən Lahıc dağ sistemindən götürür. Uzunluğu 202 km, sutoplayıcı sahəsi 2280 km2, orta illik su sərfi 1,63 m3/san-dir. Çayın orta meylliyi 11,9%, sutoplayıcı sahəsinin orta hündürlüyü 675 m-dir.

Pirsaat çayının suyu çox vaxt Xəzər dənizinə çatmayaraq Ələt ətrafında itir.

Ceyrankeçməz – bu çay ilin çox vaxtı susuz olur. Onun suyu Xəzər dənizinə nadir hallarda çatır. Ceyrankeçməzin uzunluğu 100 km, sutoplayıcı sahəsi 542 km2, illik orta su sərfi 0,23 m3/san-dir.

Rayonun fiziki coğrafi şəraitinin mürəkkəbliyi axımın ərazi üzrə paylanmanın müxtəlifliyinə, kəmiyyəti düzənlik və dağətəyi zonada olmaqla 0,5 m san/ km2, yaxud 25 mm-dən azdır. Axımın maksimum kəmiyyəti 10-30 metr san/ km2, yaxud 300-1500 mm-ə qədər olub dağlıq ərazilərdə müşahidə olunur. Orta dağlıq zonada orta illik axın 100-300 mm arasında dəyişir. Axımın ərazi üzrə paylanmasında həm üfüqi, həm də yüksəklik zonalığı özünü aydın göstərir. Alçaq dağlıqdan yüksək dağlığa tərəf axının artması yağıntıların miqdarının və yamaclarının meylliyinin artması, xüsusilə buxarlanmanın illik miqdarının azalmasında büruzə verir. Ərazinin çayları sularının bulanıqlıq dərəcəsinə görə də fərqlənir. Bulanıqlıq dərəcəsi 1000-2000 q/m3 arasında dəyişən çaylara Girdimançay, Ağsuçay və Pirsaatçayın mənbələri daxildir. Respublikanın bulanıqlıq dərəcəsi 4000-8000 q/m3 arasında dəyişən və 8000 q/m3-dən artıq olan zonalar sırasına Qobustan daxildir. Respublikada çay sularının ən yüksək bulanıqlıq dərəcəsi Qobustanda müşahidə olunur.

Şirvan çaylarından Girdiman, Ağsu asılı materiallar sərfinin birinci maksimumu (60-70%), aprel-iyul aylarına maksimum həddi may-iyun aylarına, ikinci maksimumu isə sentyabr-noyabr aylarına (25-35%) düşür.

Rayonun çayları hidrokimyəvi xüsusiyyətlərinə görə də fərqlənir. Rayonun qərb hissəsində yerləşən Ağsu, Girdimançay və onların qolları hidrokarbonatlı sulara aid edilir. Bu çay sularının minerallaşma dərəcəsi 200-500 m q/m-ə qədərdir. Qobustan çayları əsasən natrium qrupunun üstün olduğu sulfat sinfi sularının yayıldığı ərazilərdir. Qobustan çaylarının minerallaşma dərəcəsi 1000 mq-dan artılqdır ki, bu da respublikada ən yüksək göstəricidir. Yay və payız qurusulu dövrü çay sularının minerallaşma dərəcəsi azalır, azsulu dövrlərdə isə artır. İstifadə baxımından çay suları içmə, suvarma və məişət üçün tamamilə yararlıdır.

Rayonun çaylarının böyük təsərrüfat və məişət əhəmiyyəti vardır. Onlar rayonun su təchizatında, xüsusilə də kənd təsərrüfatının suvarılmasında böyük rol oynayır.

Ağsu və İsmayıllı rayonlarının dağətəyi, alçaqdağlıq və ortadağlıq ərazilərinin su təchizatında Ağsu və Girdiman çayları çox mühümdür. Bu ərazilərdə çay boyu salınmış meyvə bağlarında, tarlalarda, dirrik və bostanlarda ilin quraq dövründə ərazinin mal-qaranın çox hissəsi ortadağlıq zonada bu çaylar boyu yerləşdirilir. Çay boyu yerləşən yaşayış məntəqələrinin əhalisi məişət məqsədləri üçün bu sulardan da istifadə edir.

Şamaxı rayonunun çay suları ilə təchiz olunmasında Pirsaat və Zoğalavay çayları demək olar ki, yeganə mənbədir. Daxili ehtiyat hesabına düzənliklərlə yanaşı su təminatına malik dağətəyi hissədə də bu çaylardan suvarmada intensiv istifadə edilir. Lakin yayda rayonun bütün çaylarında su kəskin surətdə azaldığından onlar kənd təsərrüfatının suvarmaya olan tələbatını ödəmir.

İlin intensiv yağıntılı dövründə, xüsusilə leysan yağışlar zamanı rayonun çaylarında güclü daşqınlar – sellər əmələ gəlir ki, bu da çay dərələri boyu yerləşən əkinlərə və məişət tikililərinə, nəqliyyat yollarına, rabitə xətlərinə və s. böyük ziyan vura bildiyindən təsərrüfat işlərində bu amil mütləq nəzərə alınaraq seldən qoruyucu tədbirlərin aparılması çox mühümdür.

Rayon çaylarının yeraltı suların qidalanmasında mühüm rolu vardır.Çaylardan və onlardan çəkilən arxların yatağından torpağa sızan su yeraltı suları qidalandırır.

Qobustan rayonunun çay şəbəkəsi çox zəif inkişaf etdiyindən və ərazinin çay suları ilə təminatı çox aşağı səviyyədə olduğundan ərazidə çay sularından istifadənin də həcmi zəifdir. Burada yalnız bir neçə yaşayış məntəqəsi, o cümlədən Mərəzə, Nərimankənd, Süptü və s. kəndləri suvarmada və məişətdə qismən Pirsaat çayının suyundan istifadə edir. Ceyrankeçməz çayının da suvarmada əhəmiyyəti praktiki cəhətdən çox azdır.

Rayonda bu problemin həllində çayların rejiminin tənzimlənməsinin, su qovşaqlarının və su anbarlarının, irriqasiya sistemlərinin yaradılmasının böyük əhəmiyyəti vardır. Bu məqsədlə rayonda bir neçə su anbarı yaradılmışdır. Onlardan Yekəxana, Şamaxı, Ağsu, İsmayıllı, Çuxuryurd və s. su anbarlarını qeyd etmək olar. Bu su anbarları yayda yağıntıların miqdarı kənd təsərrüfatı bitkilərinin suya olan tələbatını təmin etməyən ərazilərin suvarılması, qismən də digər təsərrüfat sahələrinin və əhalinin suya olan tələbatını təmin etmək üçün yaradılmışdır.

Bu su anbarlarının ümumfaydalı həcmi 20 milyon m3-dən artıqdır. Bu su anbarları ilin quraq dövrlərində dağətəyi və düzən ərazilərin suvarma əkinçiliyi sahələrinin su ilə təchizatında mühüm rol oynayır. Su anbarlarının tikintisi çayların rejimini tənzim etməklə yanaşı suyun itkisini də artırır. Belə ki, bir tərəfdən buxarlanma səthi genişlənir, digər tərəfdən isə su anbarlarının doldurulması üçün xeyli su sərf edilir. Eləcə də su anbarının yerləşdiyi ərazidə xeyli kənd təsərrüfatına yararlı torpaqlar su altında qalır.

Rayon ərazisində maili düzənliklərdə kiçik həcmli, suyu tamamilə suvarmaya sərf edilən bir sıra su hovuzları vardır. Bu hovuzlar kiçik qobularda və relyefin başqa mənfi elementlərində torpaq bəndlər tikməklə yaradılan sututarlardır. Girdimançay hövzəsində mənşəyinə görə sürüşmə gölləri olan bir neçə kiçik təbii göl də vardır. Hazırda rayonun göllərində süni balıq yetişdirmənin həcmi az olsa da, gələcəkdə bu işin xeyli böyük səmərəsi ola bilər.

Rayonda yeraltı suların təsərrüfat əhəmiyyəti olduqca böyükdür. Şirvan düzü sahəsinə görə Azərbaycanın ən böyük yeraltı su hövzələrindən biridir. Düzənlik və dağətəyi zonalarda yeraltı su yataqları qalın allüvial, allüvial-prolüvial çöküntülər kompleksində (qum,çınqıl,qumluca-gillicə qatlarında) əmələ gəlir. Dağlıq ərazilərdə ən mühüm yeraltı su hövzələri çatlı-məsaməli karbonat süxurlarında toplanmışdır. Düzənlik və dağətəyi zonalarda yeraltı su ehtiyatı dağlıq ərazilərlə müqayisə edilməyəcək dərəcədə çoxdur. Bu ən əvvəl həmin zonalarda kollektor xassəli kontinental çöküntülərin geniş yayılması ilə bərabər çox böyük sahələrdə onların yeraltı su hövzələri əmələ gətirməsi ilə əlaqədardır. Dağətəyi yeraltı su hövzələri həmin zonalarda düşən yağıntıların, həm də çayların dağlıq zonadan toplayıb bura çıxardığı suların hesabına qidalanır. İsmayıllı,Ağsu və Şamaxı rayonlarının yeraltı sularının yayıldığı ərazilər əsasən Şirvan yataqlarına aid edilir. Rayonun bu hissəsində yeraltı suları saxlayan süxur komplekslərinin mənşəyinə, xarakterinə, qalınlığına, qidalanma xüsusiyyətinə, həmin suların səviyyə rejiminə və ehtiyatına görə bir-birindən fərqlənən bir neçə zona ayrılır. Hövzə yeraltı su ehtiyatı daim təzələnən Şirvan çaylarının gətirmə konuslarını əhatə edən dağətəyi maili düzənliklərdən xeyli kasıb Ləngəbizətəyi delüvial-prolüvial şleyflərdən allüvial hamar düzənliklərdən yeraltı su ehtiyatı olduqca az olan yüksək və ortadağlıq zonalardan ibarətdir. Bu ərazilərdə qrunt suları çox yerdə 3 m-ə qədər (bəzi yerlərdə 3-5 m), şimal zonasında 15 m-ə qədər dərinlik yaranır.

Fəsillər üzrə qrunt sularının səviyyəsi tərəddüd edir. İntensiv suvarma dövründə qrunt suları səviyyəsi qalxır, qalan dövrlərdə isə aşağı düşür.

Qobustan rayonunun ərazisi, xüsusilə də şərq və cənub hissələri son zamanlara qədər yeraltı sularla təminatına görə perspektivsiz sayılsa da, son illər burada xeyli zəngin yeraltı su yataqları aşkar edilmişdir.

Rayonun yeraltı sularının minerallaşma dərəcəsi müxtəlifdir. Gətirmə konuslarının yuxzarı hissələrinin yeraltı suları şirin sulardır. Gətirmə konuslarının kənarlarına tərəf onların minerallaşma dərəcəsi tədricən artaraq 25-70, bəzən 100 q/l-ə çatır. Gətirmə konuslarının zirvələrində və yuxarı hissələrində hidrokarbonat sular sulfat və sulfat-xlorid-natriumlu sularla əvəz olur. Qobustanda yeraltı suların minerallaşma dərəcəsi çox böyük hüdudda dəyişir.

Rayonun su dövranında çayların və su tutarların qidalanmasında əhalinin və təsərrüfatın su ilə təminatında mühüm rol oynayır. Belə ki, rayonda əhali ta qədimdən çay boyu ilə yanaşı yeraltı suların bulaqlar şəklində səthə çıxdığı ərazilərdə özünə məskən salmışdır. Belə bulaqlar rayonun bir çox yaşayış məntəqələrinin, xüsusilə də kəndlərin əhalisinin suya olan tələbatının ödənilməsində yeganə mənbədir. Əhali bu suları içməklə və məişətdə işlətməklə yanaşı kənd təsərrüfatı heyvanlarının sulanmasında, həyətyanı sahələrin və bağların suvarılmasında istifadə edir. Bu bulaqların bir hissəsi gözəl mənzərəli, saf havalı sahələrdə yerləşdiyindən əhalinin intensiv istirahət zonalarından sayılır. Rayonun xüsusilə dağlıq zonası müalicə və kurort əhəmiyyətli mineral sularla zəngindir. Tərkibi əsasən hidrokarbonatla, kükürdlə zəngin olan bulaqların suyundan müalicə və içmək üçün istifadə edilir. Yüksək dağ zonasında yerləşən meşələrlə əhatə olunmuş Avakıl, Qəleyburut, Əngəxaran, Dədədgünəş, Çuxuryurd, Sis, Zaratxeybəri, Çobanı (Şamaxı), Diyallı, Basqal, Lahıc, Həftəsiyab, Qalacıq (İsmayıllı) kəndlərinin ətrafı mineral bulaqlarla zəngindir.

Buradakı bulaqların çoxu qədimdən bəri yerli əhali tərəfindən yel, dəri, qadın xəstəliklərinin müalicəsində istifadə olunur. Ağsu rayonunun düzənlik hissəsində su təchizatında Mingəçevir su anbarından çəkilmiş Yuxarı Şirvan kanalının böyük əhəmiyyəti vardır. Onun uzunluğu 123 km, suvaracağı sahə 127 min ha, su sərfi 78 m3/saniyədir. Onun suyu ilə Ağsu rayonunun aran hissəsində pambıq tarlalarını, bostanları, bağları suvarırlar. Bu ərazilər rayonun ən intensiv suvarma əkinçiliyi zonasıdır. Bu kanalı uzadaraq Şamaxı rayonunun ovalıq hissəsinə çatdırmaq nəzərdə tutulsa da, sonralar bu sahədə heç bir əməli iş aparılmadı. Bu tədbirin həyata keçirilməsi rayonun su təchizatında mühüm əhəmiyyət kəsb etmiş olardı.

Rayonun su ehtiyatları haqqında verilmiş yuxarıdakı qısa şərhdən aydın olur ki, onun ərazisinin çox hissəsi su ehtiyatları ilə zəif təmin olunmuşdur. Bu ilk növbədə quraq iqlim, çay şəbəkəsinin zəif inkişafı ərazidə iri bol sulu çayların, su tutarların olmaması, yeraltı suların ərazi üzrə qeyri-bərabər paylanması, hidrogeoloji kəşfiyyatın hərtərəfli olmaması və s. ilə izah olunur. Su probleminin yaranmasında sudan qeyri-səmərəli istifadənin də rolu böyükdür. Məsələn, müəyyən edilmişdir ki, kənd təsərrüfatında istifadə eilmək üçün nəzərdə tutulan suyun 50%-ə qədəri suvarma arx və kanallarında filtrasiya və buxarlanmaya sərf olunur və ya əksər yaşayış məntəqələrinin su kəmərlərinin sisteminin nasaz vəziyyətdə olması su kəmərləri şəbəkəsinə daxil olan suyun 20%-dən 50%-ə qədərinin itkisinə səbəb olur. Buna görə də mövcud su ehtiyatlarının səmərəli istifadə edilməsi, su itkisinə, israfçılığa qarşı tədbirlər həyata keçirilməlidir. Bu baxımdan yeni su mənbələrindən, xüsusilə yeraltı suların aşkar edilib istifadəyə cəlb edilməsi, geniş artezian şəbəkəsinin yaradılması, su anbarlarının tikilməsi, Yuxarı Şirvan kanalının tikintisinin davam etdirilməsi, yaşayış məntəqələrində təsərrüfatın və əhalinin tələbatından asılı olaraq su sərfinin nizama salınması, sənaye müəssisələrində qapalı su təchizatı sistemi yaradılması dağlıq zonanın əlverişli yerlərində süni göllər yaradılması, su və rütubət qoruyucu meşə zolaqlarının salınması və s. belə tədbirlər çox mühümdür. İri yaşayış məntəqələrinə ərazidə mövcud olan içməli su mənbələrindən su çəkilməsi də çox aktualdır, çünki rayonda bir çox iri yaşayış məntəqələrinin, xüsusilə Şamaxı şəhərinin içməli su ilə təchizatı olduqca pis vəziyyətdədir. Əvvəllər Şamaxı şəhərinə çəkilmiş əksər su kəmərləri baxımsızlıq üzündən bərbad vəziyyətə düşmüş və onların mövcud gücü əhalinin və şəhər təsərrüfatının suya artan tələbatını ödəmək iqtidarında deyil. İçməli su problemini qismən azaltmaq üçün şəhər əhalisi bir sıra kənd bulaqlarından avtomobillər vasitəsilə su gətirməyə məcbur olur ki, bu da izafi xərclərin yaranmasına səbəb olur.



4.Dağlıq Şirvan iqtisadi coğrafi rayonunun torpaq-bitki

və heyvanat aləminin təsərrüfat baxımından qiymətləndirilməsi.
Torpaq ehtiyatları kənd təsərrüfatı istehsalının ən mühüm amillərindən biri olmaqla onun əsas istehsal vasitəsidir.

Rayon təsərrüfatının əsas sahəsinin kənd təsərrüfatı olduğunu nəzərə alsaq, onun torpaqlarının öyrənilərək təsərrüfat cəhətdən qiymətləndirilməsi mühüm vəzifələrdəndir. Torpaq örtüyü təbii landşaftın mühüm komponentlərindən olmaqla, iqlim, relyef və bitki örtüyünün qarşılıqlı təsiri altında əmələ gəlir və inkişaf edir. Rayon ərazisində iqlim və relyefin və onlarla əlaqədar bitki örtüyünün ərazi fərqləri burada müxtəlif torpaq tiplərinin yaranmasına səbəb olmuşdur. Bu torpaq tiplərinə boz, şabalıdı, qəhvəyi dağ-meşə, qonur dağ-meşə və dağ qaratorpaqları aiddir.

Boz torpaqlar rayonda Qobustanın şərq və cənub, Şamaxı və Ağsu rayonlarının çənub hissələrində geniş ərazilər tutur. Tipik yarımsəhra boz torpaqlarının rayonda əmələ gəlməsi üçün əlverişli ekaloji şərait məhz bu zonalardadır. Tərkibində karbonatların miqdarı çoxdur, humusla kasıb olub, humusun miqdarı 1,4-1,5% dən çox deyil. Humus əsasən üst qatda cəmlənmişdir. Əlamətdar xüsusiyyəti şorakətli olmasıdır. Geniş miqyasda suvarılma işləri aparılmadan bitkiçiliyin inkişafı xeyli çətindir. Ərazinin su ehtiyatları xeyli məhtud olduğuna görə bitkiçilik, demək olar ki, yox dərəcəsindədir. Tədqiqatlar göstərmişdir ki, suvarma şəraitində düzgün aqrotexniki tədbirlər tətbiq etməklə boz torpaqlarda bir çox istilik sevən bitkilərin , o cümlədən pambıq, üzüm, taxıl, tərəvəz və bostan bitkilərinin, bəzi meyvələrin (iydə,nar,əncir və s.) yüksək məhsuldarlığını əldə etmək olar. Bu torpaqlarda yerləşən qış otlaqlarının heyvandarlıqda mühüm rolu vardır.

Şabalıdı torpaqlar rayon ərazisində çox geniş yayılmışdır. Burada onlar üç yarımtipə bölünür: adi şabalıdı, açıq şabalıdı və tünd şabalıdı. Açıq şabalıdı torpaqlar Qobustanın alçaq tirələrində, mərkəz və qərb hissələrindəki çökəkliklərdə, Şamaxı və Ağsu rayonlarının dağətəyi sahələrinin və maili allüvial-prolüvial düzənliklərinin quru zonalarında yayılmışdır. Humusun miqdarı 2 faizdir. Gips və asan həll olan süxurlar rast gəlinir. Yüksək karbonatlığı ilə seçilir. ( 3,1٪ -5,9٪) Bəzən şoran növlərinə rastr gəlinir. Süni suvarma olmadan əkinçiliyin inkişafı çox çətinlik törədir.

Tünd şabalıdı torpaqlar rayonun düzənlik və dağətəyi ərazilərində yayılmış torpaqlar arasında ən məhsuldar və kənd təsərrüfatı istehsalında ən geniş istifadə edilən torpaqlardır. Bu torpaqlar Qərbi və Şimal-qərbi Qobustanda Mərəzə yaylasında, Şamaxı rayonunun şimal-şərq və cənub hissələrində, rayonda Pirsaat çayının orta axarlarında, Şamaxı şəhəri ətrafı ərazilərində geniş yayılmışdır. Burada bu torpaqların cənub sərhədi təxminən Göylər dağ paralelindən keçir. Ümumiyyətlə, bu torpaqlar rayonda dağətəyi və hündürlüyü 300-500 metrə çatan və daha yüksək maili düzənliklərin alçaq dağlığa qovuşduğu ərazilərində inkişaf etmişdir. Humusun miqdarı torpağın üst horizontunda 2,7-3,3 faizdir. Zəif karbonatlı torpaqlar hesab edilir. Bu zonalar rayonun əsas dəmyə əkinçiliyi əraziləridir. Taxılçılıq, üzümçülük, meyvəçilik güclü inkişaf etmişdir.

Qəhvəyi torpaqlar rayonda əsasən Şamaxı yaylasında – Şamaxı rayonunun şimal, şimal-qərb və Ağsu rayonunun şabalıdı torpaqlar zonasından şimal hissələrini əhatə edir. Qəhvəyi torpaqlar rayonda dağətəyi və alçaqdağlığın quru meşələri, meşə kolluqları yayıldığı zonanın xarakterik torpaqlarıdır. Bu torpaqlar rayonda meşə qurşağının aşağı hissəsini də tutur və nisbətən quraq şəraitdə əmələ gəlir. Yüksək karbonatlıdır. Bu torpaqlarda humusun miqdarı 10%-ə qədər, bəzən daha çox olur. Bu torpaqlarda üzümçülük və dənli bitkilər istehsalı, həmçinin bağçılıq geniş yayılmışdır.

Qonur dağ meşə torpaqları dağ meşə zonasının xarakterik torpaqlarından olub əsasən rayonun dağlıq ərazilərinin enliyarpaqlı meşələr zonasında yayılmışdır. Əsasən fıstıq , vələs meşələrindən ibarət yüksək dağ-meşə zonasında inkişaf etmişdir. Əsas hissəsi 1000-2000 m yüksəkliklər arasındakı dağ yamaclarında yerləşir. Torpaqların ümumi qalınlığı 20-30 sm-dən 100-120 sm-ə qədər olur. Mexaniki tərkibi əsasən ağır gillicəli və gillidir. Az karbonatlı olması ilə seçilir. Dağ-meşə torpaqlarında humusun miqdarı 5-10٪-ə qədər olur. Bu torpaqların dəmyə şəraitində taxılçılıqda, baramaçılıqda, tütünçülükdə, meyvəçilikdə böyük əhəmiyyəti vardır. Bu torpaqlardan yay otlaqları və biçənəklər kimi də geniş istifadə edilir.

Rayonda dağ- qaratorpaqları kiçik talalar şəklində Şamaxı, Ağsu və İsmayıllı rayonlarının 900-1000-1500 m hündürlükdə çay arası yaylalar əmələ gətirən düzəlmə səthlərində yayılmışdır ki, bunlara misal olaraq Çuxuryurd, İvanovka və s. əraziləri qeyd etmək olar. Bu torpaqlar çox zaman karbonatlı süxurlar üzərində əmələ gəlir. Qara rəngli dənəvər strukturu, ağır gilli, yumşaq bərabər humuslu olması ilə seçılır, humusun miqdarı 10٪ -ə çatır. Qara torpaqların yayıldığı ərazilər əkinçilik üçün olduqca əlverişli şəraitə malikdir. Bu sahələrdə əsasən taxil, günəbaxan, kartof və s. əkirlər ki, bunların da məhsuldarlığı çox yüksək olur. Məsələn: belə torpaqlarda yerləşən İsmayıllı rayonunun İvanovka kəndinin taxılçıları hər hektardan 50-55 sentner buğda götürmüşlər ki, bu nəinki Azərbaycanda, hətta MDB məkanında ən yüksək göstəricilərdəndir. Bu torpaq tiplərindən başqa rayon ərazisində dağ çəmən torpaqları da yayılmışdır ki, onlar əsasən dağ-meşə zonasının yuxarı sərhəddi daxilində 1800-2200 m yüksəklikdə meşənin seyrəldiyi yerlərdə, yaxud meşə talalarında çəmən bitkilərinin altında əmələ gəlir. Çəmən torpaqları subalp və alp çəmənlikləri qurşağına uyğun gəlir. Humusun miqdarı 8,3-10,3 ٪ ə qədərdir. Bu sahələrdə əkinçilik kiçik talalar şəklində əsasən taxılçılıqla olunmuşdur. Bura əlverişli yay otlaqları və qiymətli biçənəklərdir.

Bu çəmənliklərdən yuxarıda Nival zonada ( 2500 m-dən yuxarı) torpaq əmələ prosesinin mühüm amilləri ilk növbədə bitki örtüyü olmadığından bu proses inkişaf etmir. Buna görə də bu yüksəklikdən başlayaraq yamaclar bitki örtüyündən məhrumdur. Bu ərazilərin təsərrüfat əhəmiyyəti praktiki cəhətdən yox dərəcəsindədir.

Beləliklə, Dağlıq Şirvan iqtisadi rayonu zəngin və müxtəlif torpaq ehtiyatlarına malikdir. Onun ümumi torpaq fondunun sahəsi 7.1 mln.ha-dır. Torpaq fondunun yarıdan çoxu kənd təsərrüfatına yararlıdır. Kənd təsərrüfatına yararlı torpaqların çox hissəsi Ağsu, Şamaxı və İsmayıllı rayonları ərazisindədir.

Son illər rayonda torpaq islahatı aparılaraq torpaq mülkiyyətçiliyinin yeni mütərəqqi formaları yaradılmışdır. Əksərən ləğv edilmiş dövlət və kollektiv təsərrüfatların torpaqları kəndlilərə verilmişdir ki, bunun da əsasında bir çox kəndli-fermer təsərrüfatları yaradılmışdır. Onlar rayonun əlverişli torpaq sahələrində, xüsusilə taxılçılıq və heyvandarlıqla intensiv məşğul olurlar. Onların əldə etdikləri məhsulun həcmi, çeşidi və keyfiyyəti əvvəlkindən xeyli yüksəkdir ki, bu da rayonun, eləcə də respublikanın kənd təsərrüfatı məhsulları ilə təminatında çox mühümdür. Beləliklə, rayonda, eləcə də respublikada aparılmış torpaq islahatlarının çox böyük sosial-iqtisadi səmərəsi olmuşdur. Lakin bu sahədə müəyyən problemlər hələ də qalır. Məsələn, mexanizasiya səviyyəsinin yüksək olması, aqrotexniki tədbirlərin zəifliyi, meliorasiya və irriqasiya problemləri, maliyyə və material-texniki vəsaitlərin çatışmaması və s. Bu problemlərin səmərəli həlli üçün dövlət tərəfindən proqramlar hazırlanmalı və yardımlar edilməlidir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq demək olar ki, rayonun torpaq ehtiyatlarının təsərrüfat əhəmiyyəti böyükdür. Ərazinin dağətəyi və dağlıq ərazilərinin çox hissəsi xeyli münbit və məhsuldar torpaqlarla təmin olunmuşdur ki, bu da kənd təsərrüfatında, xüsusilə bitkiçilik istehsalında əsas amillərdəndir. Buna görə də, rayonun bu hissələri respublikanın mühüm əkinçilik zonalarındandır. Rayon torpaqlarının heyvandarlıqda da böyük rolu vardır. Bu torpaqlarda əkilən və təbii halda inkişaf edən yem bitkiləri heyvandarlığın mühüm yem bazasıdır. Rayonun əksər düzənliklərinin torpaqları nisbətən zəif münbitliyi ilə seçilsə də, burda suvarma şəraitində zəruri aqrotexniki tədbirləri tətbiq etməklə yüksək məhsuldarlığa nail olmaq mümkündür.

Rayon özünəməxsus bitki örtüyünə malikdir. Rayonun düzənlik və dağətəyi qurşaqları iqlim-ekoloji xüsusiyyətlərinə görə yarımsəhralarla bir sırada durduğundan bu ərazilərdə əsasən yarımsəhra bitkiləri yayılmışdır. Rayonun Şirvan düzü zonasında (Şamaxı və Ağsu rayonlarının cənub düzənliyi) yarımsəhra bitkiləri 200 m yüksəkliklərə qədər yayılmışdır. Qobustanda isə cənub-şərq istiqamətli tirələrlə onların arasında yerləşən çökəklərin bitki örtüyü arasında fərq aydın görünür. Çökəklər və geniş çay dərələri üzrə yarımsəhra bitkiləri 400-500 m yüksəkliklərə qədər yayıldığı halda, tirələr üzrə həmin bitkiliyin yuxarı sərhədi 300-400 m-dən hündür qalxmır. Burda tirələrin şimal və cənub yarımsəhralardan bu bitkilərin yüksəklik sərhədi arasında 50-100 m-ə qədər fərq müşahidə edilir. Yarımsəhra bitkiliyinin əsasını yovşanın müxtəlif növləri, kiçik kol bitkilərindən çorağan, kənkiz, çərən, sirkan və s. təşkil edir. Ərazidə yovşan, yovşan-efemer yarımsəhraları daha geniş ərazilərdə yayılmışdır. Ən geniş yayılan yovşan növləri hansən yovşanı, iyli yovşan, təyəf yovşanı, qara yovşandır. Yovşan bitkiləri efemerlərin birlikdə vegetasiya dövründə torpağın səthini 25-30%-dən 70-80%-ə qədər örtür. Efemerlər əsasən birillik ot bitkiləri olmaqla əsas iki vegetasiya tsiklində inkişaf edir. Payız-qış tsiklində efemerlərin inkişafı zəif, yaz tsiklində isə daha sürətlənir. Adətən quraq illərdə yarımsəhra bitkilərinin inkişafı çox zəifləyir. Bol yağmurlu yaz fəslində isə yovşan efemer yarəmsəhrasının bitki mənzərəsi tanınmaz bir görkəm alır. Yovşan soğanlı qırtıc, yapon topalotu, bərk quranat, itburnu, bəzi sahələrdə lalələr, mollabaşı bitkiçilikdə xüsusi mənzərə yaradır. Bol yağmurlu illərdə relyefin nisbi yüksək sahələrində şoranlaşmaya məruz qalmayan boz və açıq şabalıdı torpaqlarda inkişaf etmiş hündürboylu efemer bitkiliyində məhsuldarlıq hektarda 20-25 sentnerə çatır. Belə illərdə biokütlə həcmi 2-3 dəfə artır və bir çox sahələrdə bol yem ehtiyatı tədarük edilir. Quraq illərdə və yayda yarımsəhra bitkilərindən qarağan, sirkan, kəngiz və s. vegetasiyanı dayandırmır. Bəzi anomal quraq illərdə, qışlaqlarda xırda dırnaqlı heyvanların əsas yem bazasını da elə bu bitkilər təşkil edir.Müəyyən edilmişdir ki, yarımsəhraların ayrı-ayrı bitkilərinin məhsuldarlığı o qədər də böyük deyil. Bu adətən 1-7 s/ha arasında dəyişir. Yovşan-qarağan sahələrində məhsuldarlıq 7,1 s/ha olduğu halda, efemer farmasiyasında 4,5 s/ha, kəngiz farmasiyasında 2,4 s/ha, yovşan-siyav farmasiyalarında isə 4,5 s/ha təşkil edir.

Yarınsəhra bitki farmasiyaları ilə dağ meşə farmasiyaları arasında keçid təşkil edən quru çöl bitkiçiliyi farmasiyası da rayon ərazisində mövcuddur.Bu farmasiya əsasən Düzənlik Şirvandan Dağlıq Şirvana keçid alçaq dağlıq və yaylalarda, xüsusilə Şamaxı, Mərəzə yaylalarında rayonun şimal-şərq ensiz dağətəyi delüvial-prolüvial maili düzənliklərində, Qobustanda alçaq tirələrin yalı və şimal yamaclarında 300 m-dən 700-800 m yüksəkliklərə qədər olan sahələrdə yayılmışdır. Bu sahələrdə yovşan efemer-yovşan müxtəlif otlu quruçöl bitkiləri geniş yayılmışdır.

Hipsometrik cəhətdən yovşan-daşdayan, yovşan-daşdayan-efemer quru çöllərində yuxarı-daşdayan, topaldaşdayan, şiyaf-daşdayan, yaxud topal-şiyaf-daşdayan çölləri yerləşir. Əksər bölgələrdə yovşana rast gəlinmir. Çox yerdə quru çöl və çöl bitkiləri təmiz bitkilik əmələ gətirsə də, bəzi sahələrdə arid-seyrək meşələrlə və müxtəlif kollarla qarışıq farmasiyalar yaradır. Qarışıq farmasiyalardan ən geniş yayılanı şibyakdır. Bu daşdayan çölləri fonunda seyrək, yaxud sıx qaratikan kollarının yayıldığı çöl, quru çöl farmasiyası üçün xarakterik bitkidir. Adətən, qaratikan kollarının dibində ot bitkiləri daha yaxşı inkişaf edir. Bəzi sahələrdə qaratikan kollarnın sıxlığı o qədər artır ki, səthin yalnız 20-30 %-ə qədəri çöl bitkiləri ilə örtülür. Çox hallarda isə topal, topal-şiyaf çölləri səthi 70-90 %-ə qədər örtür. Rayonun quru çöl və çöllərində yerüstü biokütlə ehtiyatı o qədərdə böyük deyildir. Burada bitkilərin məhsuldarlığı 4-5 s/ha ilə 6-7 s/ha arasında dəyişir. Quru çöl və çöl bitkiliyi yayılan bölgələr demək olar ki, başdan-başa ya əkinçilikdə ( xüsusilə, Şamaxı və Mərəzə yaylaları), ya da qış otlaqları kimi istifadə olunur. Rayonda meşə və meşə-kol bitkiliyi geniş yayılmışdır. Alçaqdağlıq və dağətəyi zonalarda seyrək meşələr və kolluqlar, dağlıq vilayətlərdə tipik enliyarpaqlı dağ meşələri yayılmışdır. Əvvəllər meşələr rayonda daha çox sahə tutsa da, sonradan antropogen amilin təsiri ilə onların sahəsi azalaraq hazırda 8% təşkil edir. Böyük Qafqazın cənub yamacında 50 ağac, 86 kol növü qeydə alınmışdır ki, rayon meşələrində bunların əksərinə rast gəlinir. Rayon ərazisində meşə qurşağında 3 zona (yarımqurşaq) fərqlənir. Alçaq dağ- meşə zonası 500-600 metrlə 800-900 metr yüksəkliklərdə ensiz kəmər şəklində uzanır. Zonada hakim meşələr palıd və palıd-vələs meşələridir. Gürcü palıd az hallarda təmiz, əksər hallarda vələslə, bəzən cökə ilə meşə əmələ gətirir. Qalan sahələrdə palıd, göyrüş-palıd, palıd-vələs meşələri üstündür. Şabalıd ağaclarının meşə bitkiliyində yalnız İsmayıllı meşələrində müəyyən edilmişdir. İsmayıllı meşələrində dəmirağacı olması da müşahidə edilmişdir.

Palıd və palıd-vələs meşələri altında mürəkkəb tərkibli xırda ağaclar və kolluqlar geniş yayılmışdır. Bu meşələrdə kol bitkilərindən yemişan, əzgil, itburnu, doqquzdon, zoğal, alça, gərməşov, sarağan, sumax, murdarça, vəhşi gilas, böyürtikən, gəndəlaş və s. geniş yayılmışdır. Alçaqdağlığın palıd meşəliyində oduncaq ehtiyatı 200- 400 m3 /ha təşkil edir.

Orta dağ-meşə zonası, yaxud fıstıq və fıstıq-vələs meşələri daha çox bircinsliyi ilə seçilərək rayonun qərb hissəsində (İsmayıllı rayonu) 1200-1400 m yüksəkliklərdə, şərq hissəsində (əsasən Şamaxı rayonunda) 1600 m yüksəkliklərdə yayılmışdır. Ortadağlıqda fıstıq ağacı bütün cəhətlərə baxan yamaclarda bitdiyi halda, zonanın aşağı sərhədlərində o, əsasən, alçaq tirələrin şimal səmtli yamaclarında bitir. Bu vəziyyət İsmayıllı rayonunun Topçu meşəsi zonasında daha aydın müşahidə olunur. Əsl fıstıq meşələrində kol və ot bitkilərinin xeyli zəif inkişaf etməsinə baxmayaraq, fıstıq-vələs meşələrində onlar yaxşı inkişaf edir. Bu sahələrdə ayıdöşəyi, kəndalaş, gicitkan, xaçgülü, böyürtkən, ağ balyonca, moruq, ivançay, çaşır, baldırğan, əvəlik və s. geniş yayılmışdır.

Yüksək dağ-meşə zonası rayonda aşağı sərhədi qərbdə 1300-1400 m, şərqdə isə 1400-1600 m yüksəklikdən keçir. Onların yuxarı sərhədi 2300 m-ə qədər yüksəlir. Bu maneələr seyrək və bir qədər xırda boylu olurlar. Bu zonada meşə əmələ gətirən ağac növləri fıstıq, şərq palıdı, trautvetter ağcaqayını, tozağacı və s.dir. Bunlardan fıstıq və şərq palıdı əsas meşə əmələ gətirən ağaclardır. Bu ağaclara tozağacı zonasının yalnız yuxarı sərhədində rast gəlinir. Bu zona daxilində yuxarı qalxdıqca və meşələr seyrəldikcə meşə altında ot bitkilərinin rolu artır. Zonanın yuxarı zolağı meşə-subalp, çəmən-kol yarımsəhrası kimi qalan zonalardan fərqlənir. Burda zəngin hündür otlu subalp çəmənlikləri, qərbdə isə rododendron kolları yayılmışdır. Ümumiyyətlə, rayon ərazisində yayılmış meşələrə antropogen təsirin səviyyəsi müşahidə olunur. Bir çox ərazilərdə meşə bitkiləri tamamilə qırılmış və dağüstü platolar, taxıl zəmiləri və otlaqlarla əvəz olunmuşdur. Belə vəziyyət özünü Şamaxıda, Çuxuryurd kəndi ətrafı zonalarında daha aydın göstərir.

Rayon ərazisində dağ-kserofit bitkiliyi də mövcuddur. Bu, əsasən, Şamaxı-Qobustan sahəsində əhəngdaşı laylarının səthə çıxdığı tirədə inkişaf etmişdir. Dağ-kserofit eroziyaya məruz qalmış torpaqlarda, yaxud daşlı-kəsəkli yamaclarda, quraq mərzlərdə inkişaf etmiş kol və çoxillik ot bitkilərinin (friqana bitkiliyi) yayılması ilə səciyyələnir. Friqana bitkiliyi hündürlüyü 1-1,5 m-ə çatan bir sıra kol və iri gövdəli çoxillik ot bitkilərindən ibarətdir. Bunlardan xaççiçəklilər, dodaqçiçəklilər, çətirkimilər və s. səciyyəvidir ki, bunların da heyvandarlıqda mühüm rolu vardır.

Rayonda yüksək dağ-meşə zonasının yuxarı sərhədindən sonra subalp və alp çəmənlikləri yerləşir. Subalp çəmənlikləri qurşağı 1800-2500 m-ə qədər yüksəkliklərdə yerləşir. Burda ot bitkilərindən qiyaq, topal, başqa otlarla birlikdə sıx örtük əmələ gətirir. Onların boyu 1,5-2 m-ə çatır. Subalp çəmənlikləri, əsasən, biçənək kimi istifadə olunur və onların məhsuldarlığı 14-20 s/ha təşkil edir. Əlverişli relyef-iqlim şəraitində burada məhsuldarlıq 30-35 s/ha qədər artır. Step-çəmən farmasiyasında 10-12 s/ha qədər azalır. Müəyyən edilmişdir ki, alçaqdağlığın meşədən sonrakı çəmənliklərində məhsuldarlıq 25-30 s/ha, ortadağlığın meşə-çəmənlərində 50-55 s/ha, yüksəkdağlığın meşə yerində əmələ gəlmiş çəmənliklərində isə 40-45 s/ha çatır. Subalp bitkilərinin 80-85%-ni yem bitkiləri təşkil edir. Alp çəmənlikləri subalp çəmənliklərinin yuxarı sərhədindən 3000 metrə qədər yüksəklikdə dağ yamaclarını tutur ki, bu çəmənliklər rayonda – İsmayıllı rayonu ərazisində, Babadağ zirvəsi rayonunda yerləşir. Alp çəmənliklərində ən geniş yayılmış bitkilərdən: pişikquyruğu, tarlaotu, qırtıc, nazikgövdə yonca, acıqovur, zəngçiçəyi, qaymaqçiçəyi və bir çox başqa ot bitkiləri geniş yayılmışdır. Dağ-çəmən qurşağında bir sıra boya otları, dərman və ətirli bitkilər də geniş yayılmışdır. Alp çəmənliklərində məhsuldarlıq 15 s/ha arasında dəyişir.

Rayonda yayılmış bitki qruplarının və ayrı-ayrı bitki növlərinin istər insanın təsərrüfat fəaliyyətində, istərsə də məişətdə, təbabətdə və bir sıra başqa sahələrdə olduqca böyük əhəmiyyəti vardır.

Hələ çox qədimlərdən rayonun düzənlik və dağətəyi yarımsəhraları qış otlaqları kimi, yüksəkdağlıq çəmənlikləri isə yay otlaqları kimi istifadə edilirdi.

Rayon əhalisinin böyük bir hissəsinin əsrlər boyu heyvandarlıqla məşğul olmasını nəzərə alsaq, düzənliklərin yarımsəhra-çöl farmasiyalarının, yüksəkdağlığın çəmənliklərinin, heyvandarlığın inkişafında əvəzsiz rol oynamasını görərik. Meşələrdən istifadə isə, onların geniş ərazilərdə qırılmasına səbəb olmuşdur. Rayonda meşələrin qırılması əsas 3 məqsədlə aparılmışdır: ağaclardan tikintidə istifadə etmək, pdun tədarükü, əkin sahələri üçün yeni sahələr təmizləmək.

Rayon meşələrində olan bir sıra ağac növlərinin oduncağı tikinti və mebel sənayesində çox qiymətli xammaldır. Bunlardan bir sıra palıd növləri (şabalıdyarpaq palıd, uzunsaplaq palıd, gürcü palıdı, şərq palıdı), qafqaz vələsi, fıstıq, şabalıd, qoz və s. qeyd etmək olar. Bunlar qiymətli mebel, parket, qapı-pəncərə, üzlük materialları, çəllək istehsalı və s. üçün xammaldır. Məhz bunların əsasında İsmayıllı şəhərində ağac emalı və mebel müəssisəsi yaradılmışdır. Meşələrdə odun tədarükünün də həcmi yüksəkdir. Bu, rayonun, xüsusilə də, məişət sahələrinin yanacaqla təmin olunmasında mühüm mənbələrdəndir.

Vaxtılə meşələrdə odun tədarükünün həcmi xeyli artmışdı ki, bu da qaz hasilatı və idxalının respublikada azalması ilə izah olunurdu. Lakin son illərdə Şamaxı və bir sıra yaşayış məntəqələrinin qaz ilə təminatı bərpa edildikdən sonra meşələrin oduncaq tədarükü məqsədilə qırılmasının həcmi xeyli azalmışdır.

Rayonun müxtəlif landşaftlarında müxtəlif və qiymətli dərman bitkiləri vardır. Bunlardan üskükotu, acılıq, enliyarpaq xaçgülü, sarılıqotu, dağçiçəyi, başınağacı, pişikpəncəsi, gicitkan, üzərlik, birəotu, pişikotu, xanımotu, qatırquyruğu, çaytikanı, süpürgəgülü, qarğıdalı saçağı, isitmə otu, zoğal, dağmoruğu, böyürtkən, bəlğəmotu, kəklikotu, yarpız, zirinc, yemişan, qırxbuğum və s. göstərmək olar. Bu bitkilər ürək-damar, qan təzyiqi, soyuqdəymə, mədə-bağırsaq sistemi xəstəliklərinin müalicəsində uğurla istifadə olunur.

40-50-ci illərə qədər rayonda bir sıra bitkilərdən boyaçılıqda geniş istifadə olunmuşdur.

Bunlardan nar, zirinc, üçbarmaq, akasiya, sarağan, dəliçətənə, boyaqotu, küsdümağacı, çətiryarpaq, daşdayan və s. göstərmək olar. Bunlardan sarı, qırmızı, abı və bir sıra başqa rənglər alınırdı. Təbii boyalarla rənglənmiş iplikdən rəngi solmayan, çox qiymətli xalça, kilim, cecim, heybə və s. toxunurdu.

Bir sıra bitkilərin arıçılığın inkişafı üçün böyük rolu vardır. Bunlardan cökənin, şabalıdın, almanın, armudun, yemişanın, yoncanın, böyürtkənin və s. balı yüksək keyfiyyətli olmaqla müalicə baxımından çox qiymətlidir.

Bəzi bitkilərdən məişətdə - həsir toxunmasında, zənbil və səbət hazırlanmasında, damların örtülməsində, çəpər çəkilməsində, qoyun-quzu üçün küzü, mal-qara üçün xalxal hazırlanmasında geniş istifadə edilir.

Rayon ərazisində parfümeriya bitkiləri də geniş yayılmışdır. Bunlardan kəklikotu, pişiknanəsi, itburnu, dəvətikanı, yovşan, nanə, çaytikanı, qoz və s. bitkilərdən efir yağları alınması mümkündür.

İqtisadi rayonun meşə və kol farmasiyalarında bir çox meyvə ağaclarının barı çox əhəmiyyətlidir. Bunlardan alma, armud, tut, əzgil, nar, zoğal, üzüm, çaytikanı, böyürtkən, göyəm, alça və başqa cır meyvələri göstərmək olar. Ot bitkilərindən əvəlik, yolyoncası, qazayağı, yemlik, şomu və s. aclıq illərində minlərlə ailəni aclıqdan xilas etmişdir. Bitki örtüyünün kurort-rekreasiya estetik əhəmiyyəti də böyükdür.

Rayonda landşaft ekoloji şəraitin rəngarəngliyindən asılı olaraq heyvanlar aləmi çox müxtəlifdir. Yarımsəhra və quru çöllərdə yırtıcılardan canavar, tülkü, çaqqal yayılmışdır ki, onlara həm qoyun yataqları və kəndlərə yaxın sahələrdə, həm də açıq yarımsəhralarda rast gəlinir. Gəmiricilərdən ən çox yayılanı siçanlardır. Bunlardan çöl siçanı, qırmızıquyruq siçanı, boqdanov siçanı, vilyams ərəbdovşanı, bozdağ siçanını göstərmək olar. Çöl siçanı taxıl əkinləri üçün daim təhlükə doğurur, qum siçanları isə taun xəstəliyinin yayıcıları hesab olunur. Burada quşlardan oynağan daşquşu, adi daşquşu, kəkilli turağay, boz turağay, çöl turağayı, çil cüllüt, göyərçin, qara çalağan, ley, sağırtoğan, zağca və s. göstərmək olar. Sürünənlərdən tısbağa, boybuxunlu ilangöz kərtənkələ, alçaqboy kərtənkələ, talxa, gürzə, çöl əfi ilanı, kor ilan və s. yayılmışdır. Burada bütün yay ərzində çoxlu həşərat olur. Bunlardan pompinlər, dozanqurdu, düzqanadlıların 100-ə qədər növü, zərərverici mərakeş çəyirtkəsi və bir sıra başqa çəyirtkələr, dəvə dəlləklərini, ağcaqanadları və s. göstərmək olar.

Alçaqdağlıqda canavar, tülkü, çaqqal, quşlardan qaya kəkliyi, adi göyərçin, ağbaş asiya kərkəsi, qara kərkəs, leşyeyən qartal, müxtəlif sürünənlər və həşəratlar geniş yayılmışdır. Dağ meşələri qurşağında qafqaz maralı, əlik, dağ keçisi, qonur ayı, canavar, tülkü, çaqqal, dovşan, qaban, müxtəlif kərtənkələlər, qurbağalar, ilanlar, quşlardan ağacdələn, qarquşu, bülbül, alaqanad qırmızıboğaz su sərçəsi, arıquşları, boz yapalaq və bir çox böcəklərə rast gəlinir.

Müxtəlif heyvan və quş növlərinin əhəmiyyəti böyükdür. Yerli əhali ta qədimdən burada ovçuluqla məşğul olmuşdur. Heyvanların ovlanması əsasən heyvandarlığa ziyan vuran yırtıcıların məhv edilməsi, ərzaq tədarükü və xəz dəri əldə etmək məqsədilə aparılır. Lakin son illərdə antropogen amilin təsiri ilə heyvanların növü və sayı xeyli azalmışdır. XX əsrin 60-70 ci illərində Amerikadan gətirilən və xəzinə görə rayon meşələrində artırılan yenot itləri flora və faunaya böyük ziyan vurmuşdur. Onlar həddindən artıq çoxalaraq həyətlərdəki toyuq-cücəni, meşədəki quşları və onların yumurtalarını, meşə və bağlardakı meyvələri, həmçinin tarladakı əkinləri yeyərək məhv etmişlər. Onlarla mübarizə aparmaq çox çətindir. Ona görə də, gələcəkdə belə işlərə qəti yol vermək olmaz.

Rayonda təbii landşaftın əsas ünsürləri olan torpaq-bitki örtüyünün və heyvanat aləminin qorunması məqsədilə İsmayıllı və Pirqulu qoruqları yaradılmışdır. Pirqulu qoruğu 1968-ci ildə Ağsuçayın yuxarı axınında Şamaxı rayonu ərazisində təşkil edilmişdir. Ümumi sahəsi 1500 hektara çatan qoruq bir-birinə yaxın 3 hissədən ibarətdir. Pirqulu qoruğunda nadir, kökü kəsilməkdə olan bitkilərin və endemiklərin 45 növü mövcuddur. Burada məməlilərin 30, reptililərin 9, amfibilərin 6, quşların 64 növü qorunur.

İsmayıllı qoruğu isə 1981-ci ildə İsmayıllı rayonu ərazisində təşkil edilmişdir. Sahəsi 1780 ha-ya çatan qoruqda məməlilərin 40, sürünənlərin 17, amfibilərin 6, quşların 104, balıqların isə 4 növü qorunur.

Yuxarıda qeyd olunanları nəzərə alaraq bu nəticəyə gəlmək olar ki, Dağlıq Şirvan iqtisadi-coğrafi rayonu olduqca müxtəlif torpaq-bitki örtüyünə və heyvanlar aləminə malik olmaqla, onların rayon təsərrüfatının inkişafında müstəsna rolu vardır.

III F Ə S İ L
DAĞLIQ ŞİRVAN İQTİSADİ RAYONUNDA TƏSƏRRÜFATIN YERLƏŞMƏSİ VƏ İNKİŞAFININ MÜASİR VƏZİYYƏTİ VƏ PERSPEKTİV İNKİŞAFI.
1.Dağliq Şirvanda təsərrüfatın yerləşməsi və inkişafının müasir vəziyyəti.
Dağlıq Şirvanda ümumi torpaq fondu 684 min hektardır ki, bunun da 408 min ha-ı (60%) kənd təsərrüfatı üçün yararlıdır. 136,7 min ha torpaq sahəsi əkin altındadır.(33%). Dağlıq Şirvanda olan 136,7 min ha əkin sahəsinin 89%-i xüsusi, 6%-i dövlət, 5%-i isə bələdiyyə mülkiyyətindədir.

İqtisadi rayonun ərazisində yayılma arealına görə şabalıdı torpaqlar, onların tipləri hakimdir. Bu torpaqlardan dənli bitkilər, üzüm əkini üçün istifadə olunur. Daha sonra dağ qara torpaqları sözü gedən region üçün xarakterikdir. Dəmyə üzümçülük, taxılçılıq, tərəvəzçilik dağ qara torpaqların əsas bitkisidir. Suvarma təsərrüfatı inkişaf edən ərazilərdə yayılan boz, çəmən-boz torpaqlardan pambıq, meyvə, tərəvəz-bostan əkinlərində, eləcə də qış otlaqları kimi istifadə olunur.

Dağlıq Şirvan Respublikanın mərkəzi hissəsində, Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşir. Ərazinin 80%-i dağlıq-dəmyə, 20%-i isə aran-suvarma əkinçiliyi zonasını əhatə edir. Dağlıq Şirvanın 684 min ha ümumi torpaq fondunun 52,8 min ha-ı (8%), eləcə də 136,7 min ha əkin sahəsinin 43 min ha-ı (31%) suvarılır. Həmçinin iqtisadi rayonda kənd təsərrüfatına yararlı 408 min ha sahənin 50,2 min ha-ı (12%) suvarılandır. Bu göstəricilər iqtisadi rayona daxil olan inzibati ərazi vahidlərində müxtəlifdir, əsasən Ağsu rayonunda suvarma əkinçiliyi yayılıb (rayonun 121,9 min ha ümumi torpaq fondunun 37,1 min ha-ı (30%), 88,4 min ha kənd təsərrüfatına yararlı sahənin 35,1 min ha-ı (40%), 35,5 min ha əkin sahəsinin 31 min ha-ı (90%) suvarılır).

Ərazinin torpaq-iqlim şəraiti burada müxtəlif kənd təsərrüfatı bitkilərinin yetişdirilməsində potensial imkanlar yaratmışdır. Dağlıq Şirvanda üzümçülük, taxılçılıq və heyvandarlıq tarixən ixtisaslaşmış sahələrdir. İndi də taxılçılıq və heyvandarlıq təsərrüfatın aparıcı sahələri hesab olunur. Taxılçılıq həm ərzaq, həm də heyvandarlığın yem bazasını təşkil edir. Üzümçülük tarixə regionun iqtisadi inkişafında çox böyük əhəmiyyətə malik olmuşdur. Hal-hazırda isə Dağlıq Şirvan iqtisadi-coğrafi rayonunda üzümçülük sahəsində geriləmə müşahidə olunur. (2005-ci ildə 1995-ci ilə nəzərən əkin sahəsi 15 min ha, məhsul istehsalı isə 17 min ton azalmışdır). Ərazinin dağ yamaclarında şabalıdı torpaqlarda rütubət və istiliyin kifayət dərəcədə miqdarı, eləcə də, münbitlik burada üzüm bağlarının inkişafı üçün daha əlverişli şərait yaradır. Üzümçülüyün inkişaf etdirilməsinə çoxlu əmək, daha böyük məbləğdə vəsait qoyuluşu tələb olunur. İstehsalın təbii-iqlim şəraitinə uyğun yerləşdirilməsi üzüm sortlarının elmi əsaslarla seçilməsi, dərin ixtisaslaşdırma, həmçinin iş prosesinin mexanikləşdirilməsi bu sahənin intensiv inkişafında həlledici əhəmiyyət kəsb edir. Son illərdə üzümçülüyün inkişafında ümimmilli liderimiz H.Əliyevin 29 yanvar 2002-ci il tarixli fərmanının böyük əhəmiyyəti olmuşdur. İndiki iqtisadi islahatlar dövründə üzümçülüyün inkişafında dövlətlə bərabər sahibkarların da böyük qüvvəsini nəzərə almaq lazımdır. Xüsusilə iri miqyaslı potensial imkanlara malik sahibkarlara, üzümçülük təmayülündə kompleks təsərrüfatların yaradılmasına böyük ehtiyac var. Bunun da icrasında dövlətin maddi yardımı və nəzarəti əsas şərtdir.



Tərəvəz-bostan bitkiləri və kartof istehsalı regionda əkinçiliyin qədim sahələrindəndir. Dağlıq Şirvanın iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edən sahələrdən biri də meyvəçilikdir. Lakin uzun müddət əsas fikir və tədbirlər üzümçülük və taxılçılığın inkişafına verildiyindən bu sahələrin mövqeyi aşağı səviyyədə olmuşdur. 2005-ci ildə 1995-ci ilə nəzərən tərəvəz-bostan bitkiləri və kartofun əkin sahəsi 3,6, meyvənin 1,2 min ha, məhsul istehsalı isə müvafiq olaraq 29;13 min ton artmışdır.(cədvəl1).
Cədvəl 1

 

Dağlıq Şirvan

o cümlədən:

Ağsu

İsmayıllı

Qobustan

Şamaxı

i l l ə r

1995

2005

1995

2005

1995

2005

1995

2005

1995

2005

dənli və dənli paxlalı bitkilər, əkin sahəsi, min ha

63

79,7

16

25,7

17,4

28,4

13,9

12,6

15,8

13,1

məhsul istehsalı, min ton

71,5

192,7

16

73,8

30,1

72,2

13,7

15,9

11,8

30,7

orta məhsuldarlıq, sent/ha

11,2

24,2

10

28,8

17,3

25,4

9,9

12,7

7,5

23,5

üzüm.əkin sahəsi, min ha

16,7

1,4

7

0,5

3,1

0,7

1,8

0,005

4,8

0,2

məhsul istehsalı, min ton

25,8

8,8

9,3

1,1

8,2

3,9

2,2

0,4

6

3,4

orta məhsuldarlıq, sent/ha

17,7

82,8

13,3

5,3

32,1

111,3

12,5

140

13

98,5

meyvə əkin sahəsi, min ha

0,9

2,1

0,025

0,9

0,6

0,9

0,2

0,2

0,1

0,13

məhsul istehsalı, min ton

1

13,8

0,013

4,9

0,2

7,4

0,8

1,1

0

0,4

orta məhsuldarlıq, sent/ha

15

79,7

5,3

64,2

3,2

115,5

48,2

55,5

3,2

30,8

tərəvəz-bostan bitkiləri və kartof, əkin sahəsi, min ha

1

4,6

0,8

0,7

0,1

1,6

0,015

1,1

0,1

1,1

məhsul istehsalı, min ton

2,4

31

1,5

5,2

0,6

14

0,041

3,1

0,34

8,8

orta məhsuldarlıq, sent/ha

27,2

65,7

20,9

61,7

43,3

66

22,3

27

22,5

77

ət istehsalı, min ton

5

8,6

1

2,2

1,5

2,4

1,5

2,3

1

1,7

yumurta istehsalı, min ədəd

26,2

24,4

7,3

6,1

7,8

6,8

3,2

4,9

7,8

6,7

süd istehsalı, min ton

54,2

78,8

15,6

22,7

20,3

23,1

8,6

12,8

9,8

20,2

İndiki vəziyyətdə ərazidə istehsal olunan tumlu, çəyirdəkli məhsullara olan diqqətin artırılması müasir tələbatdan irəli gəlir. Burada ayrı-ayrı inzibati rayonların ixtisaslaşma səviyyəsinə uyğun tədbirlərin həyata keçirilməsi müxtəlifdir. Ağsu rayonunun imkanları tumlu və çəyirdəkli meyvələr (ərik, şaftalı və s.), həmçinin nar üçün yüksək səviyyədə münasibdirsə, İsmayıllı və Şamaxı qərzəkli (fındıq,qoz), Qobustan isə tumlu meyvəçilik üzrə qiymətləndirilə bilər. O cümlədən, Ağsunun şəkər çuğunduru becərmək üçün də daha böyük imkanları vardır.

Dağlıq Şirvan inkişaf etmiş kənd təsərrüfatı bazasında aqrar-sənaye rayonu kimi ixtisaslaşmışdır. Bu sahənin inkişaf və ixtisaslaşma təmayülünü xüsusilə kənd təsərrüfatı məhsullarının emalı müəyyən edir. Vaxtilə ərzaq məhsullarının emalı üzrə ixtisaslaşmış rayonun aqrar-sənaye müəssisələri şərab, meyvə konservləri, şirələr, un, ət istehsal edirdilər. İqtisadi islahatlar, müəssisələrin özəlləşdirilməsi dövründə əkinçiliyin, meyvəçiliyin tənəzzülü, idarəetmə formasının fərdiləşməsi ilə əlaqədar aqrar-sənaye müəssisələri də əvvəlki fəaliyyətlərini xeyli itirdilər. Son illərdə onların inkişafı nəzərəçarpacaq dərəcədə fəaliyyətə başlayır.

Dağlıq Şirvan regionunda sənaye məhsulunun həcmi 5,9 və sənaye-istehsal yönümlü əsas fondlar 53,5 mlrd.man. təşkil edir.

Müasir dövrdə sənayeləşdirilmiş, mexanikləşdirilmiş kənd təsərrüfatının inkişafı, onun məhsulları ilə ölkənin tələbatının ödənilməsi aqrar-sənayenin inkişafının müasir səviyyəyə çatdırılmasından asılıdır. Bunun strateji əsasını dövlətin yardımı və nəzarəti bazasında yüngül və yeyinti sənayesinin müasir tələblər səviyyəsində inkişafı və tənəzzülə uğramış sahələrin bərpası təşkil edir. Aqrar-sənaye bir tərəfdən mövsümi xarakter daşıyan əkinçilik, heyvandarlıq məhsullarını emal vasitəsilə nizamlayır, saflaşdırır, digər tərəfdən əkinçilik, bağçılıq, bostançılıq məhsullarının istehsalının artırılmasına olan tələbatı, istehsalçıların maddi marağını yüksəldir.

Dağlıq Şirvanda mineral tikinti xammalları – mişar daşları yox dərəcəsindədir. Son 10-15 ildə burada müxtəlif məqsədli tikinti işləri üçün lazım olan və çox işlədilən mişar daşları Abşeronun daş karxanalarından gətirilir ki, bu da daşınma xərcləri hesabına materialım qiymətini orta hesabla 2 dəfə bahalaşdırır.

Hal-hazırda Dağlıq Şirvanda daha sürətlə davam etməkdə olan tikinti işləri, üzüm əkinlərinin genişləndirilməsi, külli miqdarda beton, dəmir-beton, beton-dirək materialları tələb edir. Nəzərə alsaq ki, bu göstərilən tələbatın başqa rayonlardan külli miqdarda nəqliyyat xərci hesabına gətirilməsi sərfəli deyil, onda yerli ehtiyatlar hesabına onların istehsalının artırılması zərurəti ortaya çıxır. Rayonda çoxlu ehtiyata malik əhəng süxurları, Girdimançayın, Ağsuçayın, Pirsaatçayın, Qozluçayın çınqıl-qum, çaydaşı ehtiyatları, tikinti-gil yataqları, beton, dəmir-beton üzüm dirəkləri istehsalının xammal materiallarıdır. Bunlardan istifadə etməklə rayonun tələbatına münasib müvafiq tikinti materiallarının, üzüm-beton dirəklərinin istehsalı günün tələblərindən irəli gəlir. Bu məsələlərin əsas üstünlüyü başqa rayonlardan daşınan mişar daşları materiallarının daşınmasının qarşısının alınmasıdır.

Yüngül sənayenin regionda inkişafı üçün kifayət qədər işçi qüvvəsi, həmçinin istehlakçı vardır. Əmək tutumlu bir sahə kimi Dağlıq Şirvan iqtisadi rayonunda məşğulluq probleminin həlli üçün bu sənaye sahəsinin böyük əhəmiyyəti vardır. Xalçaçılıq ərazidə yerli yun xammalı əsasında inkişaf etmişdir. Yüngül sənaye Şamaxı və İsmayıllı şəhərlərində, eləcə də Qalacıq kəndi və Lahıc qəsəbəsində (İsmayıllı rayonu) Xalça sexi, Basqal qəsəbəsində (İsmayıllı rayonu) Kəlağayı sexi ilə təmsil olunmuşdur. Dağlıq Şirvan regionu “Şirvan”, ”Sumax”, ”Qəşəd”, ”Bico”, ”Lahıc” xalçaları ilə məşhurdur.

Lahıcda misgərlik sənətini tərəqqi etdirmək və bundan turizm sahəsində yararlanmaq mümkündür. Həmçinin misgərlik materiallarının turizm yolu ilə ixracatı böyük əhəmiyyətə malikdir.

Dağlıq Şirvan - əsasən Şamaxı və İsmayıllı inzibati rayonları, Azərbaycanın ən qədim və özünəməxsus ornament-bəzək, zəriflik və orijinallığı ilə seçilən yüngül sənaye (sənətkarlıq) mərkəzidir. Kəlağayı, tirmə şal, zərxara, baftalı yaxalıq, zərli başmaq, çust və xalça istehsalı nəinki Respublikada, eləcə də ondan kənarlarda belə Şirvanı tanıtdıran məhsullar olmuşdur. İndi isə az miqdarda istehsal olunan kəlağayını, xalçanı çıxmaq şərtilə adları çəkilən məhsulların ancaq adı qalmış, onlarla məşğul olan sənətkarların adı da unudulmuşdur.

İndiki dövrdə geyimlərin Avropasayağı standartlaşdırılması şəraitində keçmiş adət və ənənlərimizi yaşadan geyim-bəzək əşyalarına olan zövqə meyl etmək ehtiyacı ortaya çıxır. Şirvana məxsus olan yuxarıda adları çəkilən pal-paltarın, nəfis xalçaların, qadən bəzək əşyalarının istehsalının yenidən bərpası üçün geniş şərait vardır. Bunların əsasını sənətkarlığın, sahibkarlığın, şəxsi mənafelərin azadlığı və bunlara imkan yaradılması təşkil edir. Göstərilən sahələrin inkişafı böyük gəlir gətirə bilər.

Ərazidə suvarma kanalları boyu kəndlərdə, meşələrdə, dağ terraslarında gər (tut) ağaclarının əkilməsi baramaçılığı inkişaf etdirməyi təmin edər. Heyvandarlıqdan alınan yun, gön-dəri və s. xammallar isə yüngül sənaye müəssisələrinin inkişafına imkanlar yaradar.

Şamaxı şəhərində “Star LTD” televizor zavodu tikilmişdir.(2005-ci il). Türkiyə, Cənubi Koreya və Çin birgə müəssisələri olan zavod istehsal üçün lazım olan hissələri Cənubi Koreya və Yaponiyadan gətirməklə əsasən Ukrayna və Orta Asiya respublikalarına məhsullar ixrac edir. Həmçinin hələlik 250 nəfər əhalinin çalışdığı bu müəssisənin yaxın gələcəkdə müxtəlif məişət avadanlıqları istehsal edən sexləri işə düşəcək və zavod perspektivdə həm istehsalın həcmini, həm də ixracatının arealını genişləndirəcək, eləcə də daha böyük miqdarda işçi qüvvəsi özünə cəlb edəcəkdir.

Şamaxı rayonunda “Kənd Təsərrüfatı Maşını və Avadanlığı Təmiri” müəssisənin nəzdində yaradılan zavod Gəncə Avtomobil Zavodundan sonra (“Oka” markası) respublikada milli avtomobillərin istehsalına başlamışdır. Perspektiv üçün yüksək qiymətləndirilən bu müəssisədə avtomobil hissələri İran İslam Respublikasından gətirilməklə PEUGEOT mühərrikli AZİZ və AZSAMAND avtomobilləri yığılır və artıq deyə bilərik ki, hal-hazırda qida məhsulları ilə yanaşı rayonda avtomobillər istehsalı da mövcuddur. Gələcəkdə bu məhsulların istehsalının artırılması, həmçinin onun ixracatının təşkil olunması gözlənilir.

Tarixən kənd və şəhər yaşayış məntəqələrinin inkişafında ciddi fərqlər olmuşdur. Bu fərq özünü əsasən sosial-infrastruktur sahələrinin inkişafında büruzə verir. İqtisadi rayon sosial-infrastruktur ilə təmin edilmə səviyyəsinə görə heç də digər rayonlardan fərqlənmir. Sürətli inkişaf üçün əsas maneə müasir yollar şəbəkəsinin zəifliyidir. Dağlıq Şirvan iqtisadi-coğrafi rayonunda avtomobil yollarının uzunluğu 1779 km-dir ki, bunun da 295 km-i (16,6%-i) asfalt örtüklü, 319 km-i (17,9%-i) qara örtüklü, 1004 km-i (56,4%-i) çınqıl örtüklü, nəhayət 161 km-i (9,1%-i) qrunt örtüklüdür.

Dağlıq Şirvan regionunun sosial-iqtisadi inkişafı nəqliyyat amili ilə sıx bağlıdır. Belə ki, rayon mərkəzləri ilə dağ kəndləri arasındakı, həmçinin Muğanlı-İsmayıllı avtomobil yolunun yararsız halda olması (təbii sürüşmə hadisəsi ilə əlaqədar olaraq) sosial inkişafı ləngidir. Eləcə də turizm sektoru məhz nəqliyyat infrastrukturun müasir vəziyyəti ilə əlaqədar özünün yüksək inkişafına çata bilməmişdir. Əgər bu problem həll olunarsa, iqtisadi rayon turizm sektorunda həm ölkədə, həm də respublikamızdan xaricdə məşhurlaşar.

Regionda sosial-infrastrukturun inkişafında xarici təcrübədən də yararlanmaq lazımdır. Belə ki, dağ kəndlərində turizmin təşkili və inkişafı bütövlükdə iqtisadi rayonun inkişafına böyük töhfələr verə bilər. Dünyanın, eləcə də, Avropanın aparıcı ölkələrində turizm sənayesi kiçik dağ kəndlərinin inkişafı və bütün dünyada tanınması ilə nəticələnmişdir. Ərazidə turizm obyektlərinin yaradılması, xidmət sferasının genişləndirilməsi burada əksər dağ kəndlərinin sosial problemlərinin həlli ilə yanaşı əhalinin məşğulluq probleminin həlli üçün də böyük əhəmiyyət daşıyır.

NƏTİCƏ.
Dağlıq Şirvan iqtisadi cografi rayonunun təbii ehtiyatları onun ərazisində əsrlərdən bəri yaranmış və inkişaf etmiş təsərrüfat sahələrinin təbii əsasını təşkil etməklə çox mühüm əhəmiyyətə malikdir. Buna görə də rayonda təbii ehtiyatların istifadəyə cəlb edilməsinin daha səmərəli və mütərəqqi yollarının müəyyənləşdirilməsi, onlardan qənaətlə istifadə edilməsi və s. bu kimi məsələlər çox aktualdır. Bu baxımdan respublikanın iqtisadi coğrafi rayonları arasında özünəməxsusluğu ilə seçilən Dağlıq Şirvan iqtisadi coğrafi rayonunun təbii ehtiyatlarının aşkar edilməsinə, öyrənilməsinə və yenidən qiymətləndirilməsinə həsr edilmiş geniş elmi-tədqiqat işləri aparılmasına böyük ehtiyac var. Bu sahədə qabaqcıl dünya ölkələrinin əldə etdiyi mütərəqqi nailiyyətlərdən istifadə edilməsi də əhəmiyyətlidir. Lakin burada rayonun özünəməxsus təbii, sosial-iqtisadi, tarixi-coğrafi xüsusiyyətləri mütləq nəzərə alınmalıdır. Bütün bu məsələlərin əsas məqsədi rayon təsərrüfatını daha da inkişaf etdirmək və əhalinin həyat səviyyəsinin yüksəldilməsi olmalıdır.

Dağlıq Şirvan iqtisadi coğrafi rayonunun sənayesinin əsasında aqrar-sənaye müəsisələri, elektrotexnika, avtomobilqayırma, meşə və ağac emalı, tikinti materialları istehsalı sahələri durur ki, bu sahələr daha da inkişaf etdirilməlidir. Rayonun yerli çınqıl-qum və çaydaşı ehtiyatları əsasında üzümçülüyün inkişaf etdirilməsi məqsədi ilə dəmir-beton dirəklərin istehsalını təşkil etmək mümkündür.

Rayonda təsərrüfatın inkişafı ilə yanaşı ekaloji məsələlərə də fikir verilməlidir. Torpaq, su ,bitki, heyvanlar aləmi və s. təbii ehtiyatların qorunması və bərpa edilməsi bu sahədə əsas məsələlərdəndir. Bu baxımdan şoranlaşmış, məhsuldarlığını itirmiş torpaqlarda meliorasiya tədbirləri, meşələrin qırılmasının qarşısının alınması, kökü kəsilməkdə olan bitki və heyvan növlərinin ciddi mühafizə edilməsi və s. bu kimi tədbirlər çox aktualdır.

Ərazinin su ehtiyatları ilə təminatlılıq səviyyəsi aşağı olduğu üçün region çaylarının aşağı və orta axımında müvafiq yerlərdə su anbarlarının yaradılması və burada toplanmış su ehtiyatından ilin isti dövründə suvarma işlərində istifadə edilməsi, mövcud suvarma sistemlərinin təkmilləşdirilməsi, yeni irriqasiya qurğularının yaradılması və artezian quyularının qazılmasına böyük ehtiyac var.

Dağlıq Şirvan aktiv təbii fəlakət rayonu olduğundan buradakı yaşayış məntəqələrini, istehsal və xidmət müəsisələrini yerləşdirərkən bu amilin nəzərə alınması çox mühüm məsələlərdəndir.

Regionda həm dağlıq, həm də düzənlik ərazilərdə bir çox təbii və antropogen rekreasiya ehtiyatları olduğunu nəzərə alıb, müasir tələblərə cavab verən xidmət sferası və digər infrastruktur sahələrini yaratmaqla turizm təsərrüfatını genişləndirməyin böyük perespektivləri var. Rayonda mövcud olan qədim sənət növlərinin( Basqalda kələğayı və zərxara istehsalı, Lahıcda misgərlik və s.) tərəqqisi də turizmin inkşafına böyük töhfələr verə bilər.

Dağlıq Şirvan iqtisadi cografi rayonunun sosial-iqtisadi inkişafına böyük təsir göstərə biləcək amillərdən biri də avtomobil yollarının müasir səviyyədə yenidən qurulması, onların yük və sərnişin daşıma qabiliyyətinin artırılmasıdır. Nəqliyyat sahəsində görüləcək yenidənqurma işləri digər təsərrüfat sahələri ilə yanaşı turizmin də inkişafına şərait yaratmış olardı.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI.
1. Abbasov C. P. Azərbaycanın iqtisadi və sosial coğrafiyası. Bakı, 1998, 263 s.

2. Allahverdiyev N.N. Azərbaycanın iqtisadi və sosial coğrafiyası. Bakı, 1989, 165 s.

3. Azərbaycan Respublikası Turizm və Mədəniyyət Nazirliyinin statistik məlumatları. Bakı, 2009, 113 s.

4. Azərbaycan Respublikasının Regional Coğrafi Problemləri. (Quba-Xaçmaz iqtisadi rayonu üzrə) Bakı, 2006, 156 s.

5. Azərbaycan Sovet Ensiklopediyası. (10 cilddə) Bakı, 1976-1987, 578 s.

6. Azərbaycanın konstruktiv coğrafiyası. (3 cilddə) Bakı, 1996, 1999, 2000, 236 s.

7. Azərbaycanın statistik göstəriciləri. Bakı, 2008, 521 s.

8. Azərbaycanın heyvanlar aləmi. (3 cilddə) Bakı, 2001, 2002, 2004, 358 s.

9. Babazadə B.M. Filiz və qeyri-filiz faydalı qazıntılar. Bakı, 1986, 109 s.

10. Budaqov B.A. Azərbaycan SSR-in təbii landşaftları və onların qorunması. Bakı, 1974, 156 s.

11. Budaqov B.A. Sovet Azərbaycanın təbii landşaftları. Bakı, 1988, 230 s.

12. Budaqov B.A. Böyük Qafqazın geomorfologiyası Bakı, 1969, 356 s.

13. Budaqov B.A. Azərbaycanın təbiət hadisələri. Bakı,1990, 208 s.

14. Quliyev V.O. Azərbaycanın bitki aləmi və onun qorunması. Bakı, 1984, 312 s.

16. Eminov Z.N. Azərbaycan əhalisi. Bakı, 2006,459 s.

17. Əyyubov Ə.C. Azərbaycan Respublikasının aqroiqlim atlası. Bakı, 1993, 19 s.

18. Əyyubov Ə.C. Azərbaycan SSR-in iqlim ehtiyatları. Bakı, 1984, 26 s.

19. Əkbərov K.Ə.Azərbaycanda torpaq eroziyası və onunla mübarizə. Bakı, 1961, 189 s.

20. Ələsgərov A.K. İqtisadi rayonlar və onların nəqliyyat sistemi. Bakı, 1983, 235 s.

21. Əlirzayev Ə.Q. Azərbaycanın inkişaf konsepsiyası və proqramı. Bakı, 1999, 227 s.

22. Əlirzayev Ə.T. Kəndin sosial-iqtisadi problemləri. Bakı, 1987, 105 s.

23. Əliyev H.Ə. Böyuk Qafqazın meşə və meşə-bozqır torpaqları. Bakı, 1964, 161 s.

24. Əsgərov Ə.H. Azərbaycanın mineral suları. Bakı, 1966, 66 s.

25. Əsgərov Ə.C. Ətraf mühitin qorunması. Bakı, 1989, 124 s.

27. Kənd Təsərrüfatı Nazirliyinin məlumatları. Bakı, 2002, 2004, 2006, 2008, 135

29. Müseyibov M.M. Azərbaycanın fiziki coğrafiyası. Bakı, 1999, 325 s.

30. Rüstəmov S.H, Qaşqay R.M. Azərbaycan SSR- in su ehtiyatları. Bakı, 1989, 235 s.

31. Vəliyev X. Xəzər sahillərinə səyahət. Bakı, 1982, 48 s.

RUS DİLİNDƏ
32. Алиев Г.А. Почвы Большого Кавказа. Баку, 1994, 232 с.

33. Климат Азербайджана. Под. ред. А.А.Мадатзаде и Э.М.Шыхлинского. Баку, 1968, 56 с.

34. Мусеибов М.А. Ландшафт Азербайджанской ССР. Баку, 1981,163 с.

35. Прилипко Л.И. Растительный покров Азербайджана. Баку, 1970, 203 с.

36. Рустамов С.Г. Реки Азербайджанской ССР и их гидрологические особенности. Баку, 1960, 101 с.

37. Рустамов С.Г. Гидрологическое районирование Азербайджана. Баку, 1960, 256 с.



38. Рустамов С.Г, Кашкай Р.М. Водный баланс Азербайджанской ССР. Баку, 1978, 218 с.




1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə