MÜNDƏRİcat




Yüklə 331.55 Kb.
səhifə1/3
tarix22.02.2016
ölçüsü331.55 Kb.
  1   2   3
MÜNDƏRİCAT.

səhifə


GİRİŞ..............................................................................................2

I FƏSİL. DAĞLIQ ŞİRVAN İQTİSADİ COĞRAFİ RAYONUN

ÜMUMİ XARAKTERİSTİKASI....................................................4-21

1.Dağlıq Şirvan iqtisadi coğrafi rayonunun iqtisadi coğrafi mövqeyi

və onun qiymətləndirilməsi..................................................................4

2.Dağlıq Şirvan iqtisadi coğrafi rayonun təsərrüfatı.............................6

II F Ə S İ L. DAĞLIQ ŞİRVAN İQTİSADİ COĞRAFİ

RAYONUNUN TƏBİİ ŞƏRAİTİNİN TƏSƏRRÜFAT

BAXIMINDAN QİYMƏTLƏNDİRİLMƏSİ...............................13-52

I.Geoloji quruluşu, relyefi və faydalı qazıntılarının təsərrüfat

baxımından qiymətləndirilməsi...........................................................13

2.Dağlıq Şirvan iqtisadi coğrafi rayonunun iqlim və aqroiqlim

ehtiyatlarının təsərrüfat baxımından qiymətləndirilməsi...................20

3.Dağlıq Şirvan iqtisadi rayonunun su ehtiyatlarının təsərrüfat

əhəmiyyəti...........................................................................................31

4.Dağlıq Şirvan iqtisadi coğrafi rayonunun torpaq-bitki və heyvanataləminintəsərrüfatbaxımındanqiymətləndirilməsi................39



III F Ə S İ L. DAĞLIQ ŞİRVAN İQTİSADİ RAYONUNDA

TƏSƏRRÜFATIN YERLƏŞMƏSİ VƏ İNKİŞAFININ MÜASİR VƏZİYYƏTİ VƏ PERSPEKTİVİNKİŞAFI.............................53-59

1.Dağliq Şirvanda təsərrüfatın yerləşməsi və inkişafının müasir

vəziyyəti......................................................................................53

NƏTİCƏ.....................................................................................60

İstifadəolunmuşədəbiyyatsiyahısı.............................................61



GİRİŞ
Mövzunun aktuallığı. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi iqtisadi rayonlar, ərazi istehsal kompleksləri və onların inkişafı sahəsində mühüm dəyişiliklər baş vermişdir. Bazar münasibətlərnin formalaşdığı və dərinləşdiyi bu müasir dövrdə iqtisadiyyatın sabit inkişafının təmin edilməsi və əhalinin sosial həyat şəraitinin yüksəldilməsi öz aktuallığı ilə diqqəti cəlb edir. Bu baxımdan Dağlıq-Şirvan iqtisadi rayonunda ərazinin istehsal komplekslərinin (ƏİK) coğrafi problemlərinin tədqiqi və öyrənilməsi böyük aktuallığa malikdir.

İqtisadi rayonlar təkcə ixtisaslaşdırılması ilə deyil,həm də istehsalın kompleks inkişafı ilə xarakterizə olunur.İqtisadi cəhətdən inkişaf etmiş iqtisadi rayonlarda təsərrüfatın ərazi istehsal kompleksi formasında (ƏİK) yerləşdirilməsi aydın nəzərə çarpır. Məsələn, respublikamızın iqtisadi cəhətdən inkişaf etmiş Abşeron iqtisadi rayonunda Bakı-Sumqayıt, Aran iqtisadi rayonunda Şirvan-Salyan, Mingəçevir-Yevlax, Gəncə-Qazax iqtisadi rayonunda Gəncə-Daşkəsən ƏİK diqqəti cəlb edir. Digər iqtisadi rayonlarda belə ƏİK-ləri hələ yaranmamışdır.

Ölkəmizdə möhtərəm prezidentimiz İlham Əliyev cənablarının həyata keçirdiyi sosial–iqtisadi siyasətin qarşısında duran əsas vəzifələrdən biri əldə olunmuş iqtisadi inkişafın nəticələrini iqtisadi rayonların əsas problemlərinin həllinə yönəltməkdir. Çünki aparılan iqtisadi siyasət nəticəsində baş verən dinamik inkişaf cəmiyyətin keçid dövründən irəli gələn sosial problemlərin həll edilməsinə obyektiv zəmin yaradır.

Gələcəkdə Dağlıq-Şirvan iqtisadi rayonunun sosial-iqtisadi potensialının daha da artırılması və onun inkişafını təmin amillərin öyrənilməsi və ərazidə mövcud olan problemlərin müasir dövrdə elmi cəhətdən kompleks tədqiqinin aparılması tələb olunur. Bu problemlərin araşdırılması və həlli yolları dissertasiya mövzusunun aktuallığını təmin edir.



Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqat işinin məqsədi Dağlıq-Şirvan iqtisadi rayonunun təbii və iqtisadi inkişaf xüsusiyyətlərini nəzərə alaraq əhalinin və istehsalın ərazi təşkilinin coğrafi problemlərinin müəyyən olunmasıdır. Bununla yanaşı əhali və istehsal sahələrində qəbul olunmuş müvafiq proqramlar arasında əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yoxsulluğun aradan qaldırılması, istehsalı davamlı inkişaf kontekstində iqtisadi yüksəlişin təmin edilməsi öyrənilir.

Həmçinin Dağlıq-Şirvan iqtisadi rayonunu əhalinin həyat və təsərrüfat fəaliyyətinin iqtisadi və sosial-coğrafi baxımdan öyrənilməsi əsas məqsəd kimi qarşıya qoyulmuşdur.

Dissertasiya işində aşağidakı vəzifələrin həlli öz yerini tapmışdır.

— təbii ehtiyatların iqtisadi cəhətdən qiymətləndirilməsi;



  • sənaye əhəmiyyətli təbii ehtiyatların mənimsənilməsi;

  • sənaye sahələrinin müasir vəziyyətinin öyrənilməsi;

Tədqiqatın obyekti kimi Azərbaycan Respublikasının Dağlıq-Şirvan iqtisadi rayonu seçilmişdir.Dağlıq Şirvan iqtisadi coğrafi rayonun ərazisinin sahəsi 6,06 min km2-dir ki, bu da respublika ərazisinin (86,6 min km2) 7%-ni təşkil edir. O respublikanın 10 iqtisadi coğrafi rayonu arasında sahəsinə görə Aran (Kür-Araz) (20,8 min km2), Gəncə-Qazax (12,4 min km2 ) və Şəki-Zaqatala ( 8,8 min km2) rayonlarından sonra 4-cüdür. Ərazinin sahəsinin nisbətən böyük olması onun təsərrüfat əhəmiyyətini xeyli artırır. Belə ki, ərazidə təsərrüfat və sosial obyektləri daha çox və bir-birinə mane olmadan yerləşdirmək, ərazini daha geniş həcmdə mənimsəmək və ondan istifadə etmək xeyli əlverişlidir.

Tərkibinə Şamaxı, Qobustan, Ağsu, və İsmayıllı inzibati rayonları daxildir. Bu iqtisadi rayon böyük Qafqazın cənub-şərq hissəsində yerləşmişdir. Rayon cənubdan Aran (Kür-Araz), şimal-qərbdən Şəki-Zaqatala, şimal və şimal-şərqdən Quba-Xaçmaz və şərqdən Abşeron iqtisadi coğrafi rayonları ilə həmsərhəddir. Bu iqtisadi coğrafi rayonların tərkibində olan Qəbələ, Quba, Xızı, Abşeron, Salyan, Sabirabad, Hacıqabul, Kürdəmir, Göyçay inzibati rayonları ilə əhatələnmişdir.



Tədqiqatın predmeti Dağlıq-Şirvan iqtisadi rayonunda təbii-resurs amilləri və onların potensialının təsərrüfat baxımından qiymətləndirilməsi təşkil edir.

Tədqiqatın nəzəri və metodoloji əsaslarını Dağlıq-Şirvan iqtisadi rayonunda iqtisadi və sosial-coğrafi sahədə tədqiqat aparmış Azərbaycan və xarici ölkə alimlərinin əsərlərində irəli sürülmüş nəzəri müddəalar təşkil edir. Xüsusilə regionda ərazi istehsal komplekslərinin coğrafi problemlərinə dair tədqiqat aparmış B.Ə.Budaqov, A.M.Mirzəyev, Ş.Q.Dəmirqayayev, Z.N.Eminov, H.A.Xəlilov, E.Q.Mehrəliyev, Q.S.Məmmədov, Z.S.Məmmədov, A.A.Nadirov, B.T.Nəzirova, N.Ə.Nəzirova, N.Ə.Paşayev və s.alimlərin elmi işlərindən istifadə olunmuşdur.

Tədqiqat işinin elmi yeniliyi aşağıdakılardan ibarətdir.

— dissertasiya işində ilk dəfə olaraq Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Dağlıq-Şirvan iqtisadi rayonunun fiziki və iqtisadi-sosial göstəriciləri kompleks şəkildə təhlili verilir;

— yeni mülkiyyət münasibətləri şəraitndə ərazinin iqtisadi-cografi və sosial-coğrafi qiymətləndirilməsi aparılır;

Tədqiqatın elmi-praktik əhəmiyyəti. Aparılmış tədqiqat nətcisində iqtisadi rayonun inkişaf xüsusiyyətlərini, orada baş vermiş dəyişiliklər müəyyən olunmuşdur. Həmçinin tədqiqatın nəticələri regionunun inkişafında, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasında, infrastruktur sahələrinin inkişaf etdirilməsində və s. istifadə oluna bilər.

Tədqiqatın informasiya bazasını Azərbaycan Respublikası Prezidentinin fərmanları,Azərbaycan MEA Coğrafiya İnstitunun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Nəqliyyat Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Torpaq və Xəritəçəkmə Komitəsinin məlumatları, iqtisadi rayonun fiziki, iqtisadi və sosial göstərəricilərinə aid elmi-tədqiqat əsərləri, coğrafiyaçı alimlərin metodiki göstərişləri təşkil edir.

Dissertasiyanın quruluşu. Dissertasiya giriş, 3 fəsil, nəticədən və 38 adda ədəbiyyat siyahısından ibarət olub, 70 kompyüter səhifəsini əhatə edir. Dissertasiyada həmçinin 1 cədvəl də istifadə olunmuşdur.


I F Ə S İ L
DAĞLIQ ŞİRVAN İQTİSADİ COĞRAFİ RAYONUN

ÜMUMİ XARAKTERİSTİKASI


I. Dağlıq Şirvan iqtisadi coğrafi rayonun iqtisadi

coğrafi mövqeyi və onun qiymətləndirilməsi.
Dağlıq Şirvan iqtisadi coğrafi rayonun ərazisinin sahəsi 6,06 min km2-dir ki, bu da respublika ərazisinin (86,6 min km2) 7%-ni təşkil edir. O respublikanın 10 iqtisadi coğrafi rayonu arasında sahəsinə görə Aran (Kür-Araz) (20,8 min km2), Gəncə-Qazax (12,4 min km2 ) və Şəki-Zaqatala ( 8,8 min km2) rayonlarından sonra 4-cüdür. Ərazinin sahəsinin nisbətən böyük olması onun təsərrüfat əhəmiyyətini xeyli artırır. Belə ki, ərazidə təsərrüfat və sosial obyektləri daha çox və bir-birinə mane olmadan yerləşdirmək, ərazini daha geniş həcmdə mənimsəmək və ondan istifadə etmək xeyli əlverişlidir.

Tərkibinə Şamaxı, Qobustan, Ağsu, və İsmayıllı inzibati rayonları daxildir. Bu iqtisadi rayon böyük Qafqazın cənub-şərq hissəsində yerləşmişdir. Rayon cənubdan Aran (Kür-Araz), şimal-qərbdən Şəki-Zaqatala, şimal və şimal-şərqdən Quba-Xaçmaz və şərqdən Abşeron iqtisadi coğrafi rayonları ilə həmsərhəddir. Bu iqtisadi coğrafi rayonların tərkibində olan Qəbələ, Quba, Xızı, Abşeron, Salyan, Sabirabad, Hacıqabul, Kürdəmir, Göyçay inzibati rayonları ilə əhatələnmişdir. Rayonun respublikanın sənaye və kənd təsərrüfatı cəhətdən inkişaf etmiş rayonları ilə həmsərhəd olması onun iqtisadi coğrafi mövqeyini daha da əlverişli edir. Bu özünü təsərrüfat əlaqələrində daha aydın göstərir. Məsələn, rayonun respublikanın əsas energetika mərkəzləri olan Mingəçevir, Bakı, Şirvan şəhərləri ilə nisbətən yaxınlıqda yerləşməsi bu mərkəzlərdən rayona daha əlverişli şərtlərlə elektrik enerjisi nəql etməyə imkan verir. Bu eyni dərəcədə rabitə, telekommunikasiya və s. veriliş xətlərinə də aiddir. Rayonun respublikanın pambıqçılıq üzrə ixtisaslaşmış Aran (Kür-Araz) iqtisadi rayonu ilə həmsərhəd olması da çox əlverişlidir. Belə ki, Ağsu rayonunda istehsal edilmiş pambıq Kürdəmir pambıqtəmizləmə zavoduna göndərilərək burada emal edilir. Şəki-Zaqatala iqtisadi rayonunun, xüsusilə də Şəki şəhərinin respublikanın ən mühüm ipəkçilik mərkəzi olması və onun Dağlıq Şirvan iqtisadi rayonu ilə qonşuluqda yerləşməsi rayonda istehsal edilən barama məhsulunun Şəkinin ipəkçilik müəssisələrində emal edilməsinə əlverişli şərait yaradır. Aran iqtisadi rayonunda yerləşən və respublikanın ən böyük su anbarı Mingəçevir su anbarının Dağlıq Şirvan iqtisadi rayonuna nisbətən yaxın yerləşməsi Yuxarı Şirvan su kanalının çəkilməsinə zəmin yaratmışdır və s. Dağlıq Şirvan iqtisadi rayonunun əlverişli iqtisadi coğrafi mövqeyi onun nəqliyyatına da müsbət təsir göstərir. Belə ki, rayonun təxminən respublikanın mərkəzi hissəsinda yerləşməsi onun ərazisinin tranzit əhəmiyyətini artırır, oradan müxtəlif istiqamətli magistral avtomobil yollarının keçməsinə şərait yaradır, rayonun başqa regionlarla nəqliyyat əlaqələrini daha sərfəli edir.

Dağlıq Şirvan iqtisadi coğrafi rayonunun iqtisadi coğrafi mövqeyinin əsas üstünlüyü isə onun respublikanın əsas ictimai-siyasi mərkəzi olan Abşeron iqtisadi coğrafi rayonu ilə, xüsusilə Bakı və Sumqayıt şəhərləri ilə yaxınlıqda yerləşməsidir. Belə ki, rayonun ən ucqar yaşayış məntəqələrindən belə, 3-4 saata respublikanın paytaxtı, əsas sənaye, elm təhsil, səhiyyə, mədəniyyət mərkəzi, ən mühüm nəqliyyat qovşağı olan Bakı şəhərinə getmək olar. Rayonun sərnişin və yük dövriyyəsinin çox hissəsinin Bakı şəhəri ilə bağlı olduğunu nəzərə alsaq, bu amilin necə mühüm əhəmiyyətə malik olduğunu görərik. Belə ki, bu amilin nəticəsində daşımaların maya dəyəri, əhalinin nəqliyyat xərcləri xeyli azalır, vaxta qənait olunur. Rayonun Bakı, Sumqayıt, Şirvan, Kürdəmir, Göyçay və s. bu kimi iri yaşayış məntəqələrinin yaxınlığında yerləşməsi rayonun istirahət-rekreasiya resurslarından istifadənin həcmini xeyli artırır. Rayonun gözəl mənzərəyə, sərin iqlimə, keyfiyyətli şirin və mineral sulara, dağ meşələrinə və s. malik olan bir çox əraziləri yuxarıda qeyd edilən şəhərlərin, xüsusilə də Bakının əhalisinin sevimli istirahət yeridir. Dincəlmək üçün əhalinin rayona axını istirahət günlərində, tətillərdə, xüsusilə də yayda güclənir ki, bu da rayonun sosial-iqtisadi inkişafına, o cümlədən nəqliyyata, xidmət sahələrinə, yerli əhalinin sosial durumuna müsbət təsir göstərir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bu nəticəyə gəlmək olar ki, Dağlıq Şirvan iqtisadi coğrafi rayonu çox əlverişli iqtisadi coğrafi mövqeyə malikdir.

2.Dağlıq Şirvan iqtisadi coğrafi rayonun



təsərrüfatı.
Dağlıq Şirvan iqtisadi rayonu özünəməxsus təsərrüfat kompleksi ilə seçilir. Onun əsasını kənd təsərrüfatı məhsulları təşkil edir.

Dağlıq Şirvan respublikanın mühüm üzümçülük-şərabçılıq, taxılçılıq və heyvandarlıq rayonudur. Rayonda kənd təsərrüfatının aparıcı sahəsi üzümçülük olsa da, sonralar bu sahə xeyli tənəzzülə uğrayaraq hazırda demək olar ki, yox dərəcəsindədir. Bunun da əsas səbəbi o vaxtlar antialkoqol kampaniyasının aparılması olmuşdur. Bu kampaniya nəticəsində rayonda olan bir çox yüksək məhsuldar üzüm bağları məhv edildi, üzüm emalı və şərab istehsalı müəssisələri bərbad vəziyyətə düşdü. Bu sahənin zəifləməsinə təsir edən mühüm amillərdən biri də respublika şərab məhsullarının onların əsas istehlak bazarı olan Rusiyada rəqabətinin zəifləməsidir. Bu da Rusiyada Azərbaycandan ixrac edilən kənd təsərrüfatı məhsullarını, o cümlədən şəraba Rusiya dövlətinin tətbiq etdiyi həddindən artıq şişirdilmiş yüksək gömrük rüsumları ilə əlaqədardır. Vaxtilə rayonun əsas məhsuldar üzüm bağları əsasən dağətəyi zonada yerləşərək dəmyə əkinçiliyi şəraitində inkişaf etmişdir.

Bu baxımdan Şamaxı, Qobustan və Ağsu rayonları daha çox seçilir. Respublikada üzümçülüyün intensiv inkişafı dövrlərində, xüsusilə də 70-ci illərdən başlayaraq 80-ci illərin sonlarına qədər hər il 1 milyan tondan artıq üzüm məhsulu istehsal edilmişdir ki, bunun da 17-18%-ni Dağlıq Şirvan iqtisadi rayonu vermişdir. Bu sahədə Şamaxı rayonu daha irəlidə olaraq hər il 100 min tondan artıq üzüm istehsal etmişdir. Rayon üzümçülüyünün əsas istiqaməti texniki üzüm sortlarının yetişdirilməsi olmuşdur ki, bunlardan mədrəsə, bayan-şirə, takviveri, rkatiseli və s. göstərmək olar. Bu illərdə üzümün məhsuldarlığı çox yüksək olaraq hər hektardan 80 sentnerə qədər təşkil etmişdir. Rayonda üzümçülüklə əlaqədar olaraq güclü aqrosənaye müəssisələri yaranmışdır. Bu müəssisələr üzümü emal edərək şərab məhsulları, tullantılardan isə xammal-spirt, rektifikat-spirt, sirkə, enorəngləyicilər, tanin və s. hazır məhsullar istehsal etmişlər. Rayonda 18-dən artıq şərab zavodu və bir neçə şərab istehsalı məntəqəsi vardır ki, onların birgə istehsal gücü 174 min tondan artıqdır. Rayonda üzümçülük-şərabçılıq istehsalını daha da intensivləşdirmək məqsədilə sovxoz-zavod tipli aqrarsənaye müəssisələrinin yaradılmasına böyük diqqət verilmişdir. Rayonda 56 üzümçülük-şərabçılıq sovxoz-zavodu fəaliyyət göstərmişdir ki, onların da payına rayon üzümlüklərinin 80%-i, istehsal edilən üzüm və şərab məhsulunun müvafiq olaraq 90-100%-i düşmüşdür. Sovxoz-zavodlar başlıca olaraq texniki üzümçülük üzrə ixtisaslaşaraq istehsalı, tədarükü, emalı, saxlamanı və satışı təmin edirlər. Bu sovxoz-zavodların əksəriyyəti öz üzüm məhsulu ilə yanaşı yaxınlıqda yerləşən başqa təsərrüfatların məhsulunu da emal etmək üzrə ixtisaslaşmışlar.

Məlum səbəblərlə əlaqədar olaraq rayonda üzümçülük son zamanlar xeyli tənəzzülə uğrasa da, rayon əkinşiliyinin digər ixtisaslaşmış sahəsi olan taxılçılıq xeyli inkişaf etmişdir. Bu sahənin rayonun sosial-iqtisadi həyatında böyük rolu vardır. Şirvan torpağı qədimlərdən Azərbaycanın ən mühüm taxılçılıq rayonlarından olmuşdur. Böyük Vətən müharibəsi illərində rayonun istehsal etdiyi taxıl respublika əhalisinin, eləcə də döyüşən ordunun çörək təminatında çox mühüm rol oynamışdır. Taxılçılıq rayonda dəmyə xarakteri daşıyaraq respublikada istehsal olunan taxıl məhsullarının 10%-ə qədərini verir. Taxıl bitkiləri rayonun əkin sahələrinin yarıdan çoxunu tutur. Son illər onların sahəsi xeyli genişlənmişdir ki, bu da rayonda aparılmış kənd təsərrüfatı islahatları və əvvəllər üzümlüklər yerləşən sahələrin hazırda taxılçılıqda istifadə edilməsilə əlaqədardır. Taxılçılığın inkişafı üçün rayonda ən əlverişli sahələr dağətəyi və orta dağlıq zonalar hesab edilir. Taxıl əkinləri Qobustanın şimal, şimal-qərb, Şamaxı rayonunun mərkəzi, şimal-şimal-qərb hissələrində Ağsu və İsmayıllı rayonlarının dağətəyi və orta dağlıq zonalarında geniş yer tutur.

Rayonda əsas taxıl bitkisi payızlıq buğdadır. Son illər yem taxılı, o cümlədən arpa, qarğıdalı və s. istehsalı genişlənir. Taxıl biçildikdən sonra onun küləşi, samanı maldarlıqda qiymətli yem kimi istifadə olunur. Buğdanın məhsuldarlığına görə İsmayıllı rayonu daha çox fərqlənir. Burada payızlıq buğdanın orta məhsuldarlığı hər hektarda 35-45 sentner, bəzi təsərrüfatlarda isə 50 sentnerdir. Dəmyə əkinçilik yüksək inkişaf etmiş Şamaxı və İsmayıllı, eləcə də Şəki rayonları respublikada ən çox buğda istehsal edirlər. Dəmyə şəraitində hər hektardan 50-55 sentner buğda götürən İsmayıllı rayonundakı İvanovka kolxozu çox məşhur olmuşdur.

Rayonda texniki bitkiçiliklə də məşğul olurlar. Bunlardan pambıq, tütün və günəbaxan əsas yer tutur. Pambıq əkinləri rayonda yalnız Ağsu rayonunun düzən sahəsində Ağsu şəhərindən cənubda Ağsuçayın sahilləri boyunda təxminən 3-4 min hektar sahədə yerləşmişdir. Pambıq əkinlərinin suvarılmasında yerli su ehtiyatları ilə yanaşı Yuxarı Şirvan kanalının olduqca böyük rolu vardır. Pambıq tarlalarının intensiv suvarılması bu sahələrdə yerləşən bir sıra torpaqların şoranlaşmasına səbəb olmuşdur. Payonda pambıq emalı müəssisəsi olmadığına görə məhsulu Aran (Kür-Araz) iqtisadi rayonundakı pambıq təmizləmə zavodlarına (Kürdəmir, Ucar, Göyçay və c.) göndərmək zərurəti yaranır ki, bu da izafi xərclərə, məhsul itkisinə və s. səbəb olur. Son illər bu sahə də xeyli dərəcədə inkişafdan qalmışdır.

Tütünçülüklə İsmayıllı rayonunda məşğul olurlar. Torpağa, suya, termik rejimə həssas olan tütünün becərilməsi çox əməktutumlu olması ilə yanaşı, bu sahədə işləyənlərin sağlamlığına da mənfi təsir göstərir. Burada əsasən “samson”, “itiyarpaq”, “trabzon” kimi qiymətli tütün sortları becərilir və hər hektardan orta hesabla 35 sentner götürülür, Rayonda tütün-fermentasiya müəssisəsi olmadığından istehsal edilmiş tütünü emal edilmək üçün Zaqatala, Şəki, Qəbələ və s. məntəqələrə göndərmək lazım gəlir. Rayonda günəbaxan da əkilir. Məsələn, İsmayıllıda İvanovka, Şamaxıda Çuxuryurd və s. kəndlərdə. Günəbaxan əkinləri silos istehsalını toxumla təmin etmək və yağ almaq məqsədinə xidmət edir. Burada istehsal edilmiş günəbaxan yağı yüksək keyfiyyəti ilə seçilir. İvanovka kolxozunun istehsal etdiyi günəbaxan yağı onun Bakıdakı firma mağazasında böyük uğurla satılır.

Bağçılıq rayonda mühüm sahələrdəndir. Lakin rayonda iri bağçılıq-meyvəçilik təsərrüfatları yoxdur. Çünki, rayonun əksər təsərrüfatları digər sahələr, xüsusilə taxılçılıq, üzümçülük, heyvandarlıq üzrə ixtisaslaşmışlar.

Əhalinin həyətyanı sahələrində alma, armud, nar, heyva, gavalı, ərik, tut, göyəm, alça, müxtəlif giləmeyvə, ağac və kollar geniş yayılmışdır. Bu baxımdan rayon meşələrində yabanı şəkildə yetişən meyvə və giləmeyvələrin də böyük əhəmiyyəti vardır. Rayon bağlarında istehsal edilmiş meyvələrin və meşələrdən tədarük edilmiş yabanı meyvələrin əhalinin bu məhsullarla təmin olunmasında müstəsna rolu vardır. Bu meyvələrin bir çoxu respublikanın qara bazarlarında müvəffəqiyyətlə satılır. Lakin rayonda bağçılıq məhsullarını emal edən yeyinti sənaye müəssisələri demək olar ki, yoxdur. Bağçılıqda yaranmış vəziyyət rayonun tərəvəzçilik və bostançılıq sahələri üçün də xarakterikdir. Son illər rayonun münbit qara torpaqlar yayılan sahələrin də kartof sahələri xeyli genişləndirilmişdir.

Tərəvəz və bostançılıqla əsasən suvarılan torpaqlarda məşğul olurlar. Bu sahənin əksər məhsulu yerli istehlak xarakteri daşıyır və o yerli tələbatı tam ödəmədiyindən kənardan rayona xeyli tərəvəz və bostan məhsulları gətirilir. Rayonda həyətyanı sahələrdə xüsusilə İsmayıllı Şamaxı şəhərlərində qızılgül əkilməsi də geniş yayılmışdır. Onun ləçəklərindən gülab yüksək keyfiyyətli mürəbbə ətriyyat sənayesində istifadə edilən çox qiymətli qızılgül yağı almaq mümkündür.

Rayonda kənd təsərrüfatının əsas və ənənəvi sahələrindən biri də heyvandarlıqdır. Hazırda rayon respublika heyvandarlıq məhsulunun təxminən 12% qədərini verir. Heyvandarlığın inkişafı üçün rayonun təbii şərait və təbii ehtiyatları olduqca əlverişlidir. Geniş ərazilər tutan təbii yay və qış otlaqları heyvandarlığın, xüsusilə də qoyunçuluğun inkişafında mühüm rol oynayır. Qoyunçuluq ətlik-yunluq istiqamətlidir, məhsuldarlığı yüksəkdir. Burada orta hesabla hər qoyundan ildə 3 kq-a qədər yun alınır. Rayon respublika yun məhsulunun 4,2%-ni verir. Qoyunçuluq Şamaxı və Qobustan rayonlarında daha yüksək inkişaf etmişdir. Rayonda əsasən əkinçiliyə əsaslanan maldarlığın da böyük əhəmiyyəti vardır. Sahə əsasən südlük-ətlik istiqamətli olmaqla məhsuldarlığı çox da yüksək deyil. İri buynuzlu mal-qaranın tərkibində inəklərlə yanaşı camışların da payı yüksəkdir. Rayonda quşçuluqla da məşğul olurlar. Əvvəllər rayonda bir neçə quşçuluq ferması olsa da, hazırda bu sahə yalnız həyətyanı sahələrdədir. İstehsal edilmiş quş əti və yumurta yüksək keyfiyyətlə seçilir. Baramaçılıq son zamanlar xeyli tənəzzülə uğramışdır, lakin bu sahənin inkişafı üçün böyük imkanlar vardır. O cümlədən, respublikanın əsas ipəkçilik mərkəzi Şəkinin rayona nisbətən yaxın yerləşməsi və tut bağlarının rayonda geniş yayılması. Dağlıq zonalarda, meşəli sahələrdə, yonca əkinləri sahəsində arıçılıqla geniş məşğul olublar. Bu sahə yüksək keyfiyyətli balı ilə seçilir.

Rayonda sənaye kompleksi zəif inkişaf etmişdir. Onun əsasını yerli kənd təsərrüfatı məhsullarının emalı, qismən faydalı qazıntı hasilatı və emal edilməsi və bir sıra başqa sahələr təşkil edir. Sənayenin tərkibində əsasən yerli xammala əsaslanan yeyinti və yüngül sənaye sahələri üstünlük təşkil edir. Həmin sahələr istehsal olunan məhsulun 80-90%-ni verir. Əsas sənaye müəssisələri rayon mərkəzlərində yerləşən yağ-pendir və çörək zavodları və iri üzümçülük təsərrüfatları nəzdindəki şərab zavodlarıdır. Son illər rayonda taxılçılığın yüksək inkişafı ilə əlaqədar olan bir sıra yeni un üyütmə müəssisələri – dəyirmanlar da yaradılmışdır. 1982-ci ildə Şamaxıda növbədə 100 ton süd (südün 20 tonunu pendir almaq üçün) emal edən zavod işə düşmüşdür. Son zamanlar bir sıra mineral və süfrə sularının şüşələrə doldurulması təşkil edilmişdir.

Qədim Şirvan torpağı tarixən sənətkarlığın inkişafı ilə seçilmişdir. Yerli əhali burada xalçaçılıq, misgərlik, silahqayırma, məişət əşyaları, əmək alətləri, yun iplik, kəlağayı və s. istehsalı ilə geniş məşğul olmuşdur. Məsələn, 1913-cü ildə Basqal kəndində 700-dən arttıq işçi 1400 dəzgahda kustar üsulla 1300 min ədəd ipək yaylıq kəlağayı hazırlanmışdır. Kəlağayı emalatxanaları Şamaxı və Basqalda indi də vardır. Əksər yaşayış məntəqələrində xalçaçılıq ənənəvi sahələrdəndir. Şamaxıda iri xalça müəssisəsi vardır.

Rayon ağır sənaye müəssisələrinə İsmayıllı rayonundakı meşə və ağac emalı müəssisəsi, Şamaxı və Qobustan rayonlarındakı daş karxanaları və bir neçə asfalt və kərpic zavodları aiddir.

Rayonun nəqliyyatında avtomobil yolları mühüm yer tutur. Respublika paytaxtını qərb rayonları ilə birləşdirən Bakı-Qazax şosse yolu rayon ərazisindən keçir. Rayonun bütün yaşayış məntəqələri avtomobil yolları ilə bir-birilə əlaqələndirilmişdir. Rayonu ətraf rayonlarla birləşdirən bir çox avtomobil yolları da çəkilmişdir. 70-ci illərdə şərab materiallarını daşımaq üçün Qarasu stansiyası ilə Çöl Göylər kəndi arasında dəmiryol xətti çəkilmişdir.

Rayonda xidmət sahələri də inkişaf etmişdir. Burada ticarət məişət xidməti, ictimai-iaşə, mehmanxana təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət, incəsənət müəssisələri, demək olar ki, bütün məntəqələrdə fəaliyyət göstərir. Şamaxı rayonunda Pirqulu sahəsində Yusif Məmmədəliyev qəsəbəsində Azərbaycan Elmlər Akademiyasının astrofizika rəsədxanası fəaliyyət göstərir.

II F Ə S İ L
DAĞLIQ ŞİRVAN İQTİSADİ COĞRAFİ RAYONUNUN

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə