MÜNDƏRİcat ilk mətbu nəşrlərimiz




Yüklə 273.57 Kb.
səhifə1/4
tarix22.02.2016
ölçüsü273.57 Kb.
  1   2   3   4




MÜNDƏRİCAT

İlk mətbu nəşrlərimiz
Giriş---------------------------------------------------------------------------------------2

XIX əsrin II yarısında Azərbaycanda mətbuat oqranları
1. 1. İlk mətbu nəşrlərimiz--------------------------------------------------------------------4

1. 2. “Tiflis əxbarı” qəzeti---------------------------------------------------------------------6

1. 3. Zakavkazski vestnik” və “Qafqazın bu tərəfinin xəbəri”-------------------------10

1. 4. “Əkinçi” qəzetinin nəşri və fəaliyyəti------------------------------------------------12

1. 5. “Əkinçi” qəzetinin başlıca mövzuları------------------------------------------------18

1. 6. “Ziya (“Ziyayi – Qafqaziyyə”) qəzeti------------------------------------------------24

1. 7. “Kəşkül” jurnalı və qəzeti--------------------------------------------------------------28

1. 8. XIX əsrin II yarısında Azərbaycanda rus dilində çıxan mətbuat orqanları ------32

1. 9. “Kaspi” qəzeti---------------------------------------------------------------------------34

XX əsrin əvvəllərində Azərbaycanda mətbuat orqanları

2. 1. “Şərqi – rus” qəzeti---------------------------------------------------------------------37

2. 2. 1905-ci il inqilabı dövründə və sonra Azərbaycan mətbuatının inkişafı-------41

2. 3. Satirik “Molla Nəsrəddin” jurnalı-----------------------------------------------------44

2.4. Jurnalın yaradıcı heyəti və müəllifləri-------------------------------------------------48

III. Nəticə----------------------------------------------------------------------------50

Ədəbiyyat siyahısı---------------------------------------------------------------------------51



Giriş
Müasir dövrdə Azərbaycanda mətbuat tarixinin öyrənilməsi vacib və aktual məsələlərdən biridir. Mətbuat tariximizin “Əkinçi” qəzetinin yarandığı dövrdən yəni 1875 – ci ildən başlandığını nəzərə alsaq, bu məsələnin öyrənilməsindəki vaciblik bir daha özünü göstərmiş olur. Çünki o dövr elə bir dövr idi ki, mətbuat üzərində senzura vardı və çar hökümətinin təbliğindən başqa mətbu orqanlarına nəşrinə icazə verilmirdi. Hələ XIX əsrin əvvəllərindən Azərbaycan xalqı nəinki Zaqafqaziya xalqlarının, habelə Rusiya, İran və digər ölkələrin xalqları ilə mədəni əlaqəni genişləndirməyə başlamış, özlərinin milli mətbuatını yaratmaq üçün uzun illər mübarizə aparmalı olmuşlar. Məhz bu mübarizənin nəticəsi olaraq XIX əsrin ikinci yarısında Azərbaycan xalqının taleyi ilə bağlı, onun inkişafında və intibahında mühüm rol oynayan “Əkinçi” qəzeti meydana gəlmişdir. Elə buna görə də “Əkinçi” qəzetinin həmin dövrdə çapı Azərbaycan mətbuat tarixi üçün ən önəmli hadisələrdən biri, belə deyək ki, ilki idi. “Əkinçi” qəzeti Azərbaycan mətbuatının ilk qaranquşu hesab olunur.

Bolşevik mətbuatı, inqilabi – demokratik mətbuat, burjua mətbuatı, eləcə də sovet mətbuatı müasir Azərbaycan mətbuatının sələfi olmuş, zəngin təcrübəsi ilə digər xalqların mətbuatı ilə müqayisədə özünəməxsus yer tutmuşdur.

Əsası məhz “Əkinçi” qəzetilə qoyulmuş Azərbaycan mətbuatı bir neçə əsr ərzində mürəkkəb və keşməkeşli inkişaf yolu kieçmiş və nəticə etibari ilə bugünkü səviyyəyə gəlib çatmışdır. Hal – hazırda Azərbaycan mətbuatı özünün intibah dövrünü yaşayır. Bu baxımdan yazılan tədqiqat işi nəticəsində Azərbaycan jurnalistikasının keçdiyi inkişaf yolu ətraflı şıkildə araşdırılmış və müfəssəl nəticələrə gəlinmişdir. Azərbaycanda jurnalistikanın keçdiyi inkişaf yolu bu işdə müxtəlif mərhələlər şəklində təhlil olunmuş və qaranlıq qalan məsələlərə aydınlıq gətirilmişdir. Demək olar ki, Azərbaycanda XX əsrə qədər nəşr olunmuş bütün mətbu orqanlar barəsində söhbət açılmış və Azərbaycan mətbuatının inkişafında, çiçəklənməsində bu mətbu orqanlarının rolu araşdırılmışdır.

Diplom işində əsas məqsəd Azərbaycan jurnalistikasının tarixi köklərini araşdırmaq, ilk mətbu nəşrlərimizlə bağlı bəzi məqamları işıqlandırmaqdır. Bununla da Azərbaycan mətbuatının nə qədər qədim köklərə malik olduğunu sübut etməkdir.

Təqdim olunan işdə tədqiqatın predmeti seçilən mövzu üzrə müxtəlif ədəbiyyat materiallarından istifadə etməklə Azərbaycan mətbuatının və mətbuatımızın üzərində inkişaf edən jurnalistikanın tarizi kökləri məsələsinin müəyyənləşdirilməsi, eyni zamanda müasir mətbuatımızın inkişafında ilk mətbuu nəşrlərimizin rolunu aydınlaşdırmaqdan ibarətdir.

Azərbaycanın mətbuat tarixini öyrənmək, tədqiq etmək üçün əsas mənbə arxivlərdə, kitabxanalarda, müzeylərdə saxlanılan sənədlər, xatirələr, qəzet və jurnallar, kitablardır. Milli mətbuatımızın “Qaranquş”u olan “Əkinçi”dən bu günədək müxtəlif əqidəli, həcmli, tirajlı, çoxlu sayda qəzet və jurnallar çap olunmuşdur ki, onların hansı müəssisədə xidmət etməsindən asılı olmayaraq özümüzünkü hesab etməli, həmin mətbuat səhifələrindən o dövrün, zamanın ictimai – siyasi hadisələrini düzgün qiymətləndirməli, obyektiv olmalı, naşir və jurnalistlərimizi yazdıqlarına görə qınamamılıyıq. Bu baxımdan diplom işində ilk mətbu orqanlarının əhatə etdiyi mövzular öyrənilməklə o dövrün ictimai – siyasi mənzərəsinə nəzər yetirilir.



XIX əsrin II yarısında Azərbaycanda mətbuat oqranları
1. 1. İlk Mətbu Nəşrlərimiz
Uzun müddət Zaqafqaziyanın inzibati və mədəni mərkəzinin Tiflis şəhəri olması mətbuat və ədəbiyyata da öz təsirini göstərmişdir. Bakıda ilk rus qəzetinin nəşrinədək Azərbaycan xalqının iqtisadi və mədəni həyatına aid faktları Tiflisdə çıxan rus qəzetləri əks etdirirdi. XIX əsrin 20-ci illərindən başlayaraq “Tiflisskiyə vedomosti”, “Zakavkazski vestnik”, “Kavkaz”, “Novoye obozreniye” və başqa qəzetlərdə Azərbaycan xalqının ədəbi həyatına aid yazıları əhəmiyyətli yer tuturdu(1).

Azərbaycanın Rusiya tərkibinə daxil edilməsi onun iqtisadi həyatında da mühüm dəyişikliklər yaratdı. Çar Rusiyasının yürütdüyü müstəmləkəçilik siyasəti bir tərəfdən xalqın güzəranının daha da ağırlaşmasına səbəb olurdusa, digər tərəfdən rus xalqının mütərəqqi mədəniyyətinin nailiyyətləri Azərbaycanda geniş yayılırdı. Siyasi və mədəni həyatda oyanma nəzərə çarpırdı (2).

XIX əsrin 20-ci illərində Zaqafqaziyanın inzibati-mədəni mərkəzi olan Tiflisdə rus dilində ilk mətbuat orqanının “Tiflisskiyə vedomosti” (1828-1832) qəzetinin nəşrə başlanması qəzetçilik sahəsində də canlanma yaratdı.

“Tiflisskiyə vedomosti”, Qafqazda rus dilində çıxan ilk qəzet idi. Bu qəzetdə dekabristlərin iştirakı qəzetin redaktor müavini V. D. Suxorukovun 14 dekabr hadisələri ilə sıx əlaqədar olması və s. haqqında məlumatlar vardır. Rus-Azərbaycan ədəbi əlaqələri haqqında maraqlı tətqiqatlar aparan alimlərimiz “Tiflisskiyə vedomosti” qəzeti haqqında da yeri gəldikcə bəhs etmişlər. Bu qəzetdə Marlinskinin “Qırmızı örtük” (1831, N 6, 7), “Vaxtı ilə dağlılara əsir düşmüş zabitin hekayəsi”, (1831, N 9, 17), şair V. Qriqoryevin oçerkləri , P. Sankoviskinin, Q. Qordeyevin şeirləri və s. əsərlər dərc edilmişdir.

“Abbasabad mühasirəsinin təsviri” (1829, N 27, 30), “Müasir tarix. Azərbaycan vilayətinin hərbi vəziyyəti haqqında ” (1829, N 38, 43), “Moskvalı dostuma məktub” (1830, N 25, və b. ), “Qarabağ əyalətinə tarixi baxış”(1830, N 81-83) və s. məqalələrdə Azərbaycan haqqında, azərbaycanlıların məişəti, yaşayış tərzi və s. haqqında məlumatlar verilirdi.

Qəzetdə azərbaycanlıların şifahi və yazılı ədəbiyyatları haqqında məqalələr dərc olunurdu. A.Bakıxanov qəzetdə tərcümə əsərləri ilə çıxış edirdi. Onun “Dərbəndnamə” əsərinindən tərcüməsi haqqında qəzet yazmışdır: “Lazımi mənbələrin tərcüməsi Qafqazın bu tərəfinin tarixini yeni dünyaya yayar…” (1829, N 44).

“Tiflisskiyə vedomosti”qəzetinin bəzi məqalələri mərkəzi qəzetlerdə yenidən dərc edilirdi. Bu qəzet 1829-cu ildə gürcü dilində, 1830-cu ildə isə Azərbaycan dilində də buraxılmışdır. Azərbaycanca qəzetin adı “Tiflis əxbarı”idi.

Tiflisdəki “Diplomatik dəftərxana” da “Tiflisdə tatar dilində qəzet nəşri haqqında”142 nömrəli iş 29 mart 1831-ci ildə açılıb, 30 yanvar 1833-cü ildə bağlanmışdır. İş Təbrizdən Bezakın diplomatik dəftərxanaya məktubu ilə başlanır. O, xahiş edirdi ki, Azərbaycan dilindəki qəzet Təbrizdə Məhəmmədxan Əmir Nizama təqdim olunmaq üçün “ardıcıl çatdırılsın”, çünki o, qəzetin məzmunu ilə şahı tanış edəcəkdir.

Ayrı-ayrı yerlərdə “Tatar əxbarı”na abunəçilərin sayı müxtəlif olumuşdur. Quba komendantı Gimbut 1832-ci il 21 yanvar tarixli 119 nömrəli məktubunda qəzetin 30 nəfər abunəçisi olduğunu göstərdiyi halda, Bakı komendantı Kolomiysev abunəçi azlığından şikayətlənirdi.

Qəzetin Qubada yayılmasına görkəmli Azərbaycan alimi və yazıçısı A. Bakıxanovun xidməti olmuşdur. Akademik F. Qasımzadənin yazdığı kimi, “Tiflis əxbarı”nın azərbaycanca nəşrinə o zaman canişinlik dəftərxanasında tərcüməçi işləyən məhşur Azərbaycan alimi və yazıçısı A. Bakıxanov yaxından kömək göstərmişdir. (3)



1. 2. TİFLİS ƏXBARI” qəzeti

Bu qəzetin bir nüsxəsi belə əldə yoxdur. Lakin qəzetin çıxması haqqında çoxlu arxiv sənədləri vardır. Bu sənədlər mətbuatda qismən işıqlandırılmışdır. Qəzetlərin redaktoru P. S. Sankoviski idi.



P. S. Sankoviski 1798-ci ildə anadan olmuşdur. Təhsilini xaricdə almişdır. O, bir neçə xarici dil bilirdi. 1823-cü ildə Tiflisə gəlmiş, Qafqazın baş hakiminin dəftərxanasında qulluğa başlamışdır. 1827-ci ildə o, Qafqaz nazim-əzəmi Paskeviçin yanında xüsusi tapşırıqlar məmuru vəzifəsində işləmişdir. “Tiflisskiyə vedomosti” qəzeti nəşrə başlayanda onu redaktor təyin etmişlər. Puşkinin Qafqaza gəlməsi münasibətilə Sankoviski qəzetin 28 iyun 1828-ci il tarixli 26-cı nömrəsində təntənəli bir məqalə dərc etmişdi. A.S.Puşkin “Ərzurum səyahəti” əsərində Sankoviskinin də adını çəkmiş və demişdir: “Tiflisdə iki həftəyə qədər qaldım və ordakı cəmiyyətlə tanış oldum. ” ““Tiflisskiyə vedomosti”nəşri Sankoviski bu ölkə haqqında, Knyaz Sisianov, A. P. Yermolov və b. haqqında mənə bir çox maraqlı məlumatlar verdi. Sakoviski Gürcüstanı sevir və onun parlaq bir gələcəyi olduğunu qabaqcadan görür(4).

“Tiflis əxbarı” qəzetinin materiallarını Mirzə Əpriəm Yenikolopov redaktə edirdi. O. şərq dillərini bilirdi. Arxiv materiallarından məlum olur ki, Azərbaycan dilində “Tiflis əxbarı”qəzeti farsca çıxan qəzet bağlandıqdan sonra buraxılmışdır. Farsca çıxan qəzetin abunəçiləri az olduğundan çox davam edə bilməmişdir. Bunu Qafqazın baş hakimi olmuş Baron Rozenin 1831-ci il dekabırın 30-da maarif naziri K. A. Livenə yazdığı məktubdan da bilmək olar. Baron Rozen yazırdı ki, məndən əvvəl burada fars dilində “Tiflisskiyə vedomosti”qəzeti nəşr olunmuşdur. Qəzeti saxlamaq üçün abunəçilərin sayı az olduğuna görə onun nəşri dayandırılmışdır.

Tatarlar (azərbaycanlılar)onlar üçün çıxan qəzeti (fars nüsxələri nəzərdə tutulur)-təbiətlərinə xas olan maraqla və məmnuniyyətlə qarşıladılar, lakin olduqca az abunə ilə kifayətləndilər. Çünki fars dili nəinki bizə mənsub olan tatarlar (azərbaycanlılar) yaşan Zaqafqaziya ölkəsində, hətta Azərbaycanın özündə də az yayılıbdır. Həmin nəşrdən gözlənilən fayda məni, onu bərpa etmək zərurətinə inanırdı, lakin fars dilində yox tatar dilində (5).

Baron Rozen maarifin nəzərinə çatdırırdı ki, “Tiflis əxbarı”qəzetində fars dilində çıxan qəzetin məzmununa müvafiq materiallar veriləcəkdir. Dövlət tərifindən Zaqafqaziya müsəlmanlarına verilən yüksək mükafatlar haqqında məlumatlar. 2. Asiyalılar üçün anlaşıqlı və maraqlı xarici və daxili yeniliklər. 3. Yerli əhali arasında Avropa təhsilinə, sənayesinə rəğbət oyadan müxtəlif məlumatlar.

“Tiflis əxbarı”qəzetini təkcə Zaqafqaziyada deyil, İranda, Türkiyədə də oxuyurdular. Çar idarələri Azərbaycan dilində çıxan qəzetin nəşrinə icazə verməklə yanaşı, eyni zamanda bərk həyacanlanırdılar. Çar məmurları qorxurdular ki, hökümətin xalq əleyhinə gördüyü tədbir hiss olunmadan qəzet səhifəsində çıxa bilər və camaatın bundan xəbəri olar. Odur ki, lazımı tədbirlər görürdülər. Bunu Baron Rozenin 1831-ci il dekabırın 31-də Xarici İşlər Nazirliyi yanında Asiya departamentinin müdiri Rodofinikinə göndərdiyi məktubadan aydın hiss etmək olur. Məktubda deyilirdi ki, həmin qəzetdə hökümətin siyasi görüşləri əks olunacaqdır. Odur ki, bəzi şeyləri redaktora bildirmək lazım deyildir.

“Tiflis əxbarı”qəzetinin Azərbaycan dilində ilk nömrəsi 1832-ci ilin yanvarında çıxmışdır. Sənədlərin birində deyilir: “Bu il yanvarın 1-dən Tiflisdə aşağıdakı şərtlərlə tatar dilində qəzet buraxılacaqdır. 1. Qəzet həftədə bir dəfə çıxacaqdır. 2. Rusca nəşrində olduğu kimi, tatar qəzetinin də illik abunə haqqı gümüş pulla 8 manat, yarım illik isə 5 manatdır. 3. Nömrələrin vaxtında çıxmasına və abunəçilərə müntəzəm çatdırılmasına nəzarət qəzetin baş redaktoru, baş saray müşaviri Sankoviskiyə tapşırılır. Qəzet almaq istəyənlər ona ya şəxsən, ya da ki, yerli hökümət vasitəsilə müraciət edə bilərlər. (6)

Bu məzmunda elanlar Ermənistan vilayətinə, Axalsıx paşalığına, müsəlman əyalətləri idarəsinə, Şirvan, Şəki, Bakı, Quba, Dərbənd, Lənkaran komendantlarına göndərilmişdir. Elanla yanaşı, qəzetə abunəçilər toplamaq haqqında göstəriş də verilmişdir. Alınan cavablardan bir neçəsi Gürcüstan Dövlət Arxivində saxlanılır. Məsələn, Quba komendantı podpolkovnik Gimbut yazırdı:“Tatar dilində çıxan “Tiflis əxbarı” qəzetini almaq istəyən 30 nəfər, rus dilində almaq istəyən iki nəfərdir”. (7)

Bakı komendantı podpolkovnik Kolomisyev məktubunda deyirdi ki, Bakıda qəzetə yazılmaq istəyenlər tək-təkdir. Ümumiyyətlə, camaat qəzetə yazılmaq istəmir. Ona görə ki, keçən illər fars dilində çıxan qəzetin abunəçiləri nömrələrin birini də almamışlar. İndi də tamam etiraz edirlər.

“Tifliskiye vedomosti”qəzetində Azərbaycanın maddi və mədəni tarixinə aid bir sıra maraqlı faktlar vardır. Həmin faktların çoxu görkəmli alim və yazıçı A. Bakıxanovun adı ilə bağlıdır. Qəzetdə “P. S. ”imzası ilə (zənnimcə redaktor P. S. Sankoviskidir) çıxmış “Ərdəbil məsçidinin təsviri” məqaləsi (3 oktyabır 1828, N 14) məhşur Şeys Səfi tarixi abidəsində və onun nəzidindəki kitabxanaya həsr olunmuşdur.

Qəzet sonrakı illərdə İran və Türkiyə ərazisindəki qiymətli əlyazma kitabları xəzinələri barəsində materiallar buraxır, böyük kitabxanaların fondu haqqında siyahı dərc edirdi. Siyahıda Azərbaycan klassiklərinin əsərlərinində adı vardı. “Şərq kitablarının və əlyazmalarının Ərzurum və Bəyaziddən 1829-cu ildə əldə edilmiş siyahısı” sərlövhəsində (1829 N 46), sənətdə Nizami Gəncəvinin “Xəmsə “sinin (N 43 ), Xaqani Şirvani küliyyatının da (N 44) adı yazılmışdır.

Qəzet, Abbasqulu Ağa Bakıxanovun xidməti işində fərqlənməsini xüsüsilə qeyd edirdi. A. Bakıxanovun fars dili qrammatikasını (“Qanuni-Qüdsi”)yazması, istedadlı bir tərcüməçı kimi fəaliyyət göstərməsi də nəzərə çatdırılırdı. Qəzet yazırdı ki, məhşur “Dərbəndnamə”əsərini A. Bakıxanov rus dilinə səlis tərcümə etmişdir (1829, N 44, 45). Həmin faktlar göstərir ki, A. Bakıxanov ““Tifliskiye vedomosti” redaksiyası ilə əlaqə saxlamışdır. “Tifliskiye vedomosti”qəzetində bədii ədəbiyyat nümunələri də çap olunurdu. P. S. Sankoviskinin özü lirik şeirlər yazırdı. Qəzetin 1830-cu il 68-ci nömrəsində Azərbaycan xalq eposu “Koroğlu” haqqında məqalə verilmişdir. Məqalə təsviri səciyyə daşısa da, eposun rus oxucularına tanıdılması ilk addım idi. “Tifliskiye vedomosti” səhifələrində Azərbaycanla əlaqədar memuar səciyyəli səyahatnamə və xatirələrdə də vardır. “Z. . . v” imzası ilə verilən səyahət-xatirələr Qarabağın o zamankı həyatına həsr edilsə də real həyatı görməkdən çox uzaq, fantastik səciyyədədir. Şahbulaq qalasına həsr olunan məqalə tarixi həqiqətə yaxınlığı ilə diqqəti cəlb edir (8). Məqalənin müəllifi “Qarabağ astroloqu və ya Şuşa qalasının 1752-ci ildə bina edilməsi”(Moskva, 1834)adlı tarixi fantastik romanın müəllifi P. Zubovdur. Qəzet həmin romandan parçalarda buraxmışdır. Əsərdə tarixi faktlar təhrif olunmuş, ən pisi isə yerli xalqlara qeyri-obyektiv münasibət bəslənilmişdir.

Azərbaycanın Rusiya tarixinə daxil edilməsi gedişinin bəzi mənzərələri də qəzetdə öz əksini tapmışdır. “Baş komandan knyaz Sisianov tərəfindən Gəncə qalasının qəfl hücumla alınması” 1804-cü ilin qanlı hərbi münaqişələrinə həsr edilmişdir(10).

Qəzet 1833-cü ilin əvvəllərinə qədər çıxmışdır. Sankoviski 1832-ci il oktyabırın 19-da vəfat etdikdən sonra əməkdaşlardan Zubaryov və Qordeyev hər üç qəzetin nəşrini davam etdirmək istəmişlər. Lakin üç qəzeti redaktə etmək onlar üçün çətinlik törətmişdir. Bir-birinin ardınca hər üç qəzet bağlanmışdır. Bundan sonra Tiflisdə bir neçə il Azərbaycan dilində qəzet çıxmamışdır.

1. 3. “ZAKAVKAZSKİ VESTNİK” VƏ

QAFQAZIN BU TƏRƏFİNİN XƏBƏRİ”

Həftəlik “Zakavkazski vestnik”qəzetinin ilk nömrəsi redaktor əvəzi kimi “Sovetnik Lyubarski” imzalamışdır. 1841-ci ildən redaktor yerindən “İspolnyayuşi doljnosti vitsequbernatora Vasilkoviski”imzası gedir. Sonra isə P. İoseliani redaktor olur. Qəzet ardıcıl olaraq şənbə günləri çıxır, hər il 52 nömrəsi buraxılır.

“Zakavkazski vestnik” iki müstəqil şöbədən ibarət idi:rəsmi və qeyri-rəsmi. Rəsmi hissədə fərmanlar, hökümət və inzibati orqanlara aid materiallar, qeyir-rəsmi şöbədə isə Zaqafkaziya xalqının iqtisadi və mədəni həyatını əks etdirən, rus mədəniyyətini təbliğ edən materiallar dərc olunurdu.

Redaksiya qeyri-rəsmi şöbənin açılmasının məqsədi barədə yazırdı: Zakavkazski vestnik”qəzetinin qeyri-rəsmi şöbəsinin məqsədi oxucuları Zaqafkaziya ölkəsinin keçmiş və müasir məişəti ilə tanış etməkdir. Burada kiçik hekayələr, gürcü, erməni və tatar (Azərbaycan) dillərindən tərcümə edilmiş tarixi məqalələr, arxeoqrafiya, yumor, ölkə üzrə səyahətlər, felyetonlar dərc ediləcəkdir(11).

A. Bakıxanovun dostu məhşur şərqşünas İ. Berezin Azərbaycandan getdikdən bir neçə il sonra “Zakavkazski vestnik” qəzetinə “Bakı atəşləri” adlı silsilə məqalələr yazmışdır. Bu publisist-etnoqrafik oçerklərdə Bakı və Abşeronun o zamankı təsviri verilmişdir. (1850, N 25-27).

Kazan universitetinin şərq dilləri mütəxəssisi İ.Berezin professor Mirzə Kazımbəyin Tərtib etdiyi marşrut üzrə 1842-ci ildə Dağıstan və Azərbaycandan keçməklə şərq ölkələrinə səyahət etmişdir. Qubada olarkən o, A. Bakıxanovla görüşmüş, sonralar çap etdirdiyi “Dağıstan və Zaqafqaziya səyahəti” əsərində(1849) Azərbaycan aliminin qonaqpərvərliyi, zəngin kitabxanası haqqında danışmışdır. Onun aşıq və xanəndələrimizin ifaçılıq məharəti barədə məqaləsi də maraqlıdır.

“Abşeron yarımadasına səyahət” məqaləsində də maraqlı məqamlar vardır. O yazır: “Mən son vaxtlarda Tehran, Qahirə və Konstatinopolda müsəlman artistlərinin çıxışlarını eşitmişəm, amma Abşeron yarımadasında Əliyarbəyin oxumasını daha böyük razılıqla xatırlayıram”(1847, N 21).

1845-ci ildən “Zakavkazski vestnik”də Bakı həyatına, xüsusilə Bakıda neft emalı məsələlərinə dair publisist materiallar buraxılır. Məqalələrin birində (1845 N,4) Makedoniyalı İsgəndər dövrünün tarixçilərindən qeydlər verilir, Abşeronda yarana atəşgahlar, hindli atəşpərəstlərin mərasimləri xatırladılır, Maşdağa, Buzovna, Mərdəkan, Şüvəlan, Nardaran, Bilgəh kimi yaşayış məntəqələrinin təsviri, xalqın maddi vəziyəti və məişət, adət-ənənələri işıqlandırılır.

Bu qəzet sonralar gürcü və Azərbaycan dillərində də buraxılmışdır. Tədqiqatçı A. Z. Abramişli həmin qəzetin birinci nömrəsini tapmış, foto-sürətini mətbuatda çap etdirmişdir. Həmin foto-sürətdən və müəllifin verdiyi məlumatdan aydın olurdu ki, Qafqazın bu tərəfinin xəbəri 1845-ci ildə nəşr edilmişdir.

Qəzetin birinci nömrəsində ilk səhifədə senatın fərmanının bir hissəsi dərc edilmişdir. Fərmanda göstərilir ki, “Hərgah mənzilbəmənzil göndərilən məhsublar yolda fövt olalar, lazımdır ki, vilayət hakimləri onları dəfn etsinlər”. Fərmanda dəfn xərcinin ödənilməsi, qəza məhkəmələrinin və hərbi hissələrin bu məsələ ilə əlaqədar vəzifələri qeyd olunmuşdur. Həmin səhifədəki başqa bir yazıda Qara dənizin şərqində, Kuban və İnqur çaylarının arasındakı gömrükxanalarda vergisiz mal gətirməyə izn verildiyi bildirilir.

Bu materiallardan görünür ki, “Qafqazın bu tərəfinin xəbəri” rəsmi dövlət məlumatlarını verən, fərmanları, qərar və qanunnaməleri yayan bir mətbuat orqanı idi.

Qəzetin redaktoru Platon İoseliani, tərcüməçisi Babacan Lazarev olmuşlar. Bu qəzet də çox davam etməmişdir. Dəqiq olmayan məlumata görə 1846-cı ildə bağlanmışdır.

40-cı illərdə M. F. Axundov və Mirzə Şəfi Vazeh birlikdə Azərbaycan dilində kitablar çap etmək üçün mətbəə yaratmağa təşəbbüs etmişdilər. Onların bu təşəbbüsü müfəvəqiyyətsizliklə nəticələnmişdi. Lakin bu təşəbbüs Azərbaycan maarifpərvərlərinə milli mətbuat yaratmaq uğrunda mübarizənin zəruriliyini hiss etdirmişdi.

“Tiflis əxbarı” və “Qafqazın bu tərəfinin xəbəri” ilə əlbəttə, milli Azərbaycan mətbuatı yaranmadı. Bunlar ancaq onun rüşeymi oldu. Eyni zamanda bu orqanlar H. Zərdabinin təşəbbüsü ilə yaranan milli Azərbaycan mətbuatının açılmaqda olan sübhünü xəbər verirdi.
1. 4. “ƏKİNÇİ” QƏZETİNİN NƏŞRİ

VƏ FƏALİYYƏTİ

XIX-cu əsrin ikinci yarısından etibarən Azərbaycanda maarif və mədəniyyət maraq artırdı. Rusiyanın mədəni mərkəzlərində təhsil almış, elmin yeni nailiyyətlərdən xəbərdar olan insanlar öz vətənlərinin taleyi ilə maraqlanmağa başlayırdılar. Feodal-patriarxal adət ənənələrini, geriliyi, ətaləti görən həmin ziyalıların fəaliyyət sahəsi genişlənirdi.

Azərbaycanın bir sıra şəhərlərində, xüsusilə Bakıda, Gəncə, Şamaxıda və Şuşada yeni məktəblər açılırdı. 70-ci illəridə gimnaziyalar və real məktəblər yaradılmışdır. Maarifi və mədəniyyəti yaymaq uğrunda A. Bakıxanovun, M. Ş. Vazehin, M. F. Axundovun apardığı mübarizə 70-ci illərdə ziyalıların yeni-yeni dəstələri tərəfindən inkişaf etdirilirdi. Maarifçilik ideyaları da yetkinləşirdi.

XIX əsrin ikinci yarısında Azərbaycan maarifçiliyin görkəmli nümayəndələrindən biri Həsənbəy Məlikov Zərdabi idi. H. Zərdabi 1842-ci ildə Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. 1852-ci ildə Şamaxıda rus dilində olan şəhər məktəbinə qəbul edilmişdir, oranı bitirdikdən sonra Tiflis gimnaziyasının V-ci sinifinə göndərilmişdir.

1861-ci ildə gimnaziyanı gümüş medalla bitirən H. Zərdabi Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət şöbəsinə daxil olmuşdur. O zaman Moskva Universiteti yeni mütərəqqi ideyaların mərkəzinə çevrilmişdir. Belə bir mühitdə Həsənbəy Zərdabinin də gözləri açılır, mütləqiyyətə qarşı onun kini artırdı. H. Zərdabi qabaqcıl fikirli adamlarla dostluq edib, mütərəqqi ideyalara silahlandığı kimi, dərslərində də hamıya nümünə olmağa çalışırdı. O, 1865-ci ildə universiteti müfəvəqiyyətlə bitirib namizədlik dərəcəsinə layiq görülmüşdür.

Universiteti bitirdikdən sonra Həsənbəy Zərdabi Tiflisə gəlib bir müddət torpaq işləri ilə məşğul olan idarədə (“Mejevaya plata”)çalışmışdır. Kəndlilərin mənafeyini müdafiyə etdiyi üçün işdən çıxarılmışdır. 1868-ci ildə Quba məhkəməsində katib işləyərkən mövcüd qanunsuzluqları görmüş, bu işə nifrət etmişdir. Odur ki, idarə işlərindən tamam əl çəkib 1869-cu ildə Bakıyya köçmüş real gimnaziyanın təbiət müəllimi təyin olumuşdur.

H. Zərdabinin yaradıcılığında, ictimai-siyasi fəaliyyətində “Əkinçi” mühüm yer tutur. O, qəzet çıxarmaq fikrinə 1868-ci ildə düşmüşdü. Bakıda real gimnaziyada işləməyə başladıqdan sonra bu fikir onda daha da qüvvətləndi. Lakin çar idarələrindəki süründürməçilik, hərc-mərclik uzun müddət Həsənbəy Zərdabini öz məqsədini həyata keçirməyə qoymadı. Hənifə xanım Məlikovanın göstərdiyi kimi, “qəzetin nəşrinə icazə almaq yeddi il çəkdi”(12).

“Əkinçi”ni çıxarmağın çətinliyi barədə H. Zərdabi sonralar yazmışdır: “Bəs qəzetini necə çıxarım? pul yox, yazıçı yoldaş yox, çapxana yox, hürüfat yox, bir-iki oxuyanda olmayacaq. Dövlət tərəfindən izin almaq da ki böyük bəladır”(13).

Həqiqətən “Əkinçi”nin nəşrinə icazənin çox çətin olduğu senzura maneələri arxiv sənədlərində aydın ifadə edilmişdir.

Qafqaz Senzura Komitəsi qəzetdə “baş məqalə”nin nədən ibarət olacağı haqqında H. Zərdabidən izahat istəmişdir(14). H. Zərdabi baş “məqalə”də “yerli ehtiyac və tələbləri” necə ifadə edəcəyi haqqında 1873-cü il, 1 noyabrda Qafqaz Senzura Komitəsinə öz fikrini yazmışdı (15).

Nəhayət, qəzetin nəşrinə 1875-ci ildə icazə verilmişdir. Qəzetin çıxması xəbəri Qafqazdakı bütün azərbaycanlılar tərəfindən rəğbətlə qarşılanmışdır.

  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə