MÜNDƏRİcat giRİŞ FƏSİl dünya iQTİsadiyyatinda tmk




Yüklə 243.84 Kb.
səhifə4/4
tarix22.04.2016
ölçüsü243.84 Kb.
1   2   3   4

2.3. Azərbaycan iqtisadiyyatında TMK-ın rolu

İnkişaf etmiş dünya ölkələri xarici investisiyalar üçün adətən bir neçə rejim nəzərdə tutulur. Xüsusən, imtiyazlı rejim əsaslı kapital qoyuluşu tələb edən müəssisələrdə və inkişaf etməkdə olan ölkənin iqtisadiyyatının ən mühüm sahələrində yaradılan müəssilərdə formalaşdırılır.

İmtiyazlı rejimə verilən əsas güzəştlərə aşağıdakılar aiddir:

-Müəssisələrin tikintisi və fəaliyyəti üçün lazım olan avadanlıq və məmulatların daşınması zamanı onların gömrük rüsumundan azad edilməsi;

-Müəyyən müddət əzrində gəlir vergizindən tam və ya qismən azad etmə;

-Hazır məhsulu rüsum ödəmədən daşıma (köçürmə);

-Gəliri tam və ya qismən xaricə köçürmə hüququ;

-Milliləşdirmə və sairə zamanı dövlət təminatı vermə;

Hal-hazırda xarici investorlar kapital qoyuluşunda əsasən aşağıdakı amillərə diqqət yetirirlər:

1)Siyasi sabitlik;

2)Səmərəli iqtisadi vəziyyət;

3)Hüquqi müdafiə (milli qanun və normativ aktlar);

4)Bazarın ölçüləri;

5)Təbii sərvətlərin mövcudluğu və qiyməti;

6)Əmək ehtiyatalarının keyfiyyəti;

7)İnvestisiyalar başqa investisiya layihələri ilə müqayisədə iqtisadi cəhətdən həyat qabiliyyətli olmalıdır;

8)Danışıqlar “kompleks” xarakter daşımalı və investisiya sahəsində səlahiyyətli bir idarə ilə aparılmalıdır;

9)Münasib tərəfdaşların aşkar olunması üçün şəraitin müvcudluğu;

10)Valyutanın dönərliliyi və gəlirin repartasiya imkanları;

Xarici sahibkarlıq fəaliyyəti və investisiyalara münasibətdə hüquqi təzadlar bütün iqtisadi cəhətdən zəif olan ölkələr üçün demək olar ki, ümumi xarakter daşıyır, belə ki:

-Müxtəlif qanun və qərarların həddən artıqlığı, yaxud azlığı onların bir-birinə uyğun gəlməməsi;

-Hüquqi-normativ aktlarda dəqiqliyin olmaması üzündən məhkəmə və inzibati orqanları həddən artıq dərəcədə səlahiyyətləri;

-Müəssisələrin fəaliyyəti haqqında informasiyaların (mühasibat hesabatı, balans hesabatı və sairə) yoxluğu və ziddiyətliliyi;

-Mühasibat uçotu, təftiş aparılması, texniki bank əməliyyatı, maliyyələşdirmə sahələri üzrə mütəxəssis hazırlanması zəifliyi və sairə;

Xarici mülkiyyətin hüquqi rejimi hər şeydən əvvəl dövlətin daxili qanunvericiliyi ilə tənzimlənir. Bununla yanaşı, dövlətlərarası beynəlxalq razılaşmaların da böyük əhəmiyyəti vardır. Müasir bazar iqtisadiyyatı şəraitində xüsusi investisiyaların mənafeyinin maraqlı tərəflərindən biri də milli dövlətlər tərəfindən onların qorunması zəruriyyətidir.

Bu investisiya rejimi haqqında xüsusi ikitərəfli sazişlərin bağlanması ilə həyata keçirilir. Başqa dövlətlərlə - kapital ixrac edən ölkələrlə (ABŞ, AFR, Yaponiya, Fransa, İngiltərə, Belçika, İsveçrə və sairə) investisiyaların təminatı haqqında bağlanılan ikitərəfli sazişlər xüsusi diqqət tələb edir. Artıq ABŞ ilə 90, AFR ilə 40, Böyük Britaniya ilə isə 30 belə saziş imzalanmışdır. Bu sazişlərdə isə məqsəd investisiyaları müxtəlif “risklərdən” (milliləşdirmə, müharibə, inqilab və sairə) qorunmaqdır.

İnvestorların mənafeyini çoxtərəfli əsaslarda qorumaq üçün dövlətlər və başqa dövlətlərin hüquqi və fiziki şəxsləri arasında yatırımlarda bağlı mübahisələrə baxmaq üçün inkişaf etmiş ölkələr saziş bağlamağı təklif etmişdilər. Bu cür saziş 18 mart 1965-ci ildə imzalanmış və 14 oktyabr 1966-cı ildə qüvvəyə minmişdir.

Ümumiyyətlə, dünya miqyasında investisiya sahəsində tətbiq olunan müxtəlif beynəlxalq qaydalara aşağıdakıları göstərmək olar:

-Dünya Bankının hazırladığı xarici investisiya rejimi haqqında əsas prinsiplər;

-İnvestisiya münaqişələrinin tənzimlənməsinin beynəlxalq mərkəzi (ICSID);

-İnvestisiyaların zəmanəti idarəsi (MİGA);

-Avropa energetika partiyası;

-ÜTT;

-Ticarət investisiya tədbirləri haqqında saziş (TRIMS);



-İntellektual mülkiyyət hüququnun ticarət aspektləri haqqında saziş (TRIPS);

90-cı illərin ortalarından başlayaraq respublikanın yeni rəhbərliyi xarici investisiyaların Azərbaycanın iqtisadiyyatına cəlb olunması istiqamətində konkret addımlar atdı. İlk əvvəl xarici investisiyaların ölkə iqtisadiyyatına axınının hüquqi bazası yaradılır.

Azərbaycan bir çox beynəlxalq iqtisadi və maliyyə təşkilatlarına üzv qəbul edildi. Böyük Britaniya, ABŞ, Türkiyə, İran, Almaniya, İtaliya, İsrail və digər ölkələrin iri şirkətləri ilə sazişlər bağlanıldı. Şübhəsiz, respublikada bazar münasibətlərinin yaradılması, vergi və kredit mexanizminin təkmilləşdirilməsi, qiymətli kağızlar bazarının yaradılması xarici investisiyaların iqtisadiyyatımıza cəlb edilməsinə çox böyük təkan verdi.

Beləliklə, nəzəri baxımdan yanaşdıqda, investisiya cəlb edilməsi zəruridir:

1)Respublikada investisiya və kommersiya riskini aşağı salan sosial-siyasi və iqtisadi sabitlik;

2)Xarici investorların stimullaşdırılması mövqeyindən gömrük güzəştlərinin tətbiqi;

3)Milli valyutanın dönərliliyi;

Bu şərtləri həç zaman, həm də imkanlar baxımından yerinə yetirmək olduqca çətindir. Hökumət üçün qısa müddətli vəzifələrə - büdcə kəsirinin aradan qaldırılması və ödəmə balansının tənzimlənməsi, inflyasiya ilə mübarizə və milli valyutanın məzənnəsinin sabit saxlanılması, sosial problemlər və sairə tədbirlərə zidd olması səbəbindən bu şərtlərin yerinə yetirilməsi, ümumiyyətlə, çətin olur.

Ona görə də, göstərilən amillər və digər ikinci dərəcəli problemlərin mövcudluğu investisiya cəlb edilməsinin digər formasının, azad iqtisadi zonaların meydana çıxmasına səbəb olur.

Belə bir yanlış mövqe ilə razılaşmaq olmaz ki, dünyada azad iqtisadi zonalar yalnız iqtisadi cəhətdən geri qalmış ölkələrdə yaradılır. Dünya təcrübəsi göstərir ki, sənayecə inkişaf etmiş ölkələr, o cümlədən ABŞ, İngiltərə və sairə xarici investisiyaların cəlb olunmasının bu formasından uğurla istifadə edirlər.

Hal-hazırda müvəffəqiyyətlə fəaliyyət göstərən azad iqtisadi zonaların kompleks təhlili nəticəsində onların respublikamız üçün verə biləcəyi səməri isə aşağıdakı kimi ifadə etmək olar:

-Topdansatış qiymətlərin aşağı olması, digər regional bazarlardan mal axınının həmin zonaya istiqamətlənməsinə şərait yaradır;

-Zonada bank sisteminin fəaliyyət sərbəstliyinin yüksəkliyi daha çox dönərli valyuta cəlb edilməsinə imkan verir;

-Əcnəbi ölkələrin şirkətləri üçün güzəştli şərtlərin mövcudluğu onlar üçün daha cəlbedici effekt yaradır;

-Vergi tariflərinin aşağı səviyyədə olması və ucuz işçi qüvvəsi istehsalın səmərəliliyini yüksəldir;

-Azad iqtisadi zona milli valyutanın ən azı region çərçivəsində dönərli olmasına şərait yarada bilər;

-Azad iqtisadi zona nəqliyyat-kommunikasiya sisteminin (ayrı-ayrı regionların) birləşdirilməsi və respublikanın bu sferada daha çox sərbəst fəaliyyətinin təminatçısı ola bilər;

-Dünya iqtisadiyyatına inteqrasiya proseslərinin sürətləndirilməsini respublikanın beynəlxalq əmək bölgüsündə əlverişli mövqe tutmasına gətirib çıxara bilər;

Beləliklə azad iqtisadi zonaların yaradılması nisbətən qısa müddət ərzində Azərbaycanın elə bir nəqliyyat, ticarət, sənaye mərkəzinə çevrilməsinə köməklik edə bilər ki, öz növbəsində isə bu mərkəz regional bazarlar arasında özünəməxsus körpü rolunu oynamaqla dünya iqtisadiyyatı ilə maksimum birləşmiş olar.

Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin digər mühüm problemi ayrı-ayrı ölkələrdə, eləcə də regional və subregional səviyyələrdə xarici ticarət münasibətlərinin səmərəli təşkilindən ibarətdir. Belə ki, xarici ticarət təkcə mal və xidmətləri (turizm, nəqliyyat və sairə) əhatə etmir. O eyni zamanda valyuta-kredit münasibətlərini, eləcə də beynəlxalq texnologiya bazarına (“nou hau”, lisenziya, patent, injiniriq və sairə) çıxışın əsas vəsaitidir. Şübhə yoxdur ki, bütün mövqelər üzrə xarici bazarlardan birbaşa asılılıq şəraitində xarici ticarət əlaqələrinin beynəlxalq səviyyədə tənzimlənməsi respublikanın mənafelərinə təsir göstərən amillərdən biridir. Bu baxımdan beynəlxalq ticarət əməliyyatlarını bu və ya digər səviyyədə tənzimləyən Vyana və Haaqa konvensiyalarına, ÜTT-ə qoşulmaq, YUNKTAD-da aktiv fəaliyyət göstərçək üçün vacib problemləri sırasına aid edilməlidir. Digər tərəfdən respublikanın xarici ticarət siyasəti ikiqütblü müstəvi üzərində qurulmaqla balanslaşdırıcı mahiyyətə malik olmalıdır.

Başqa sözlə, mallar üzrə xarici ticarət dövriyyəsi özünün çeşid-keyfiyyət strukturu və mənşəyi etibarı ilə həm ixrac potensialının sabit templərlə artımında, həm də idxalın iqtisadi səmərəliliyinə əsaslanmalı və xarici asılılıq səviyyəsini aşağı salmalıdır.

Azərbaycanın xarici iqtisadi əməkdaşlığının inkişaf istiqamətlərindən biri də regional iqtisadi inteqrasiya qruplaşmalarında iştirak etməsidir. Əlbəttə, bu istiqamətdə aparılan siyasət ölkənin milli-iqtisadi mənafelərinə cavab verən və iqtisadi inkişaf səviyyəsinə uyğun gələn formada aparılmalıdır.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan artıq bir sıra regional iqtisadi qruplaşmalarda (Müstəqil Dövlətlər Birliyi, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz Hövzəsi Ölkələrinin İqtisadi Əməkdaşlıq Şurası və sairə) iştirak edir.

Sabiq SSRİ məkanını əhatə edən (Baltikyanı respublikalar istisna olmaqla) MDB çərçivəsində dövlətlərarası ittifaqın yaradılması üzrə üzv-ölkələrin aktiv fəaliyyətlərinə baxmayaraq çoxtərəfli əməkdaşlıq üzrə real tərəqqi əldə olunmamışdır. Sərhədlərin birgə mühafizəsi (sırf siyasi məsələ) konsepsiyasının qəbul edilməsi, gömrük ittifaqının və bütövlükdə inteqrasiya prosesinin səmərəliliyini kimi məsələlər hələ də böyük şübhə doğurur. Tanınmış Azərbaycan iqtisadçısı Ə.Bayramov MDB çərçivəsində gedən inteqrasiya prosesinin dolğun xarakter ala bilməməsini aşğıdakı amillərlə izah edir:

1)Siyasi yanaşmanın müasir gerçəkliyə zidd olması (Rusiya Federasiyası sabiq SSRİ siyasi-iqtisadi məkanında mövqeyini qoruyub saxlamağa və möhkəmləndirməyə çalışır);

2)Ümumiqtisadi vəziyyətin pisləşməsi və blokdaxili inkişafda qeyri-bərabərliyin daha da güclənməsi;

3)Tədiyyə problemləri və valyuta münasibətlərinin təkmilləşdirilməsi zəruriliyi;

4)Müstəqil Dövlətlər Birliyinə daxil olan respblikalarda qiymətlərin əmələ gəlməsi sisteminin müxtəlifliyi;

5)Fövqəl inhisar hökmranlığının nəticələri (məsələn, Moldova tökmə maşınların 99%-ni, Belarusiya polistrolun 90%-ni istehsal edir və sairə);

Fikrimizcə, MDB çərçivəsində real inteqrasiya prosesinin səbəblərini Ə.Bayramov düzgün qiymətləndirmişdir. Lakin, bununla belə onu da qeyd etmək lazımdır ki, MDB-yə üzv olan ölkələrlə, xüsusilə də Rusiya ilə Azərbaycanın qarşılıqlı iqtisadi əlaqələri genişlənir, inkişaf edir.

Bir məsələ də aydındır ki, milli-siyasl maraqlar istehsal amillərinin yerləşdirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərmək iqtidarındadır. Bu da, öz növbəsində blokdaxili ölkələr arasında uçurumun getdikcə dərinləşməsinə səbəb olur. Buna görə də, “...Əsl iqtisadi inteqrasiya formal olaraq azad rəqabətə deyil, şansların bərabərliyinə əsaslanmalıdır” hansı ki, həmin bu vəziyyətin formalaşması da öz-özlüyündə dövlət müdaxiləsindən birbaşa asılılıqdadır.

Söhbət hər şeydən əvvəl inteqrasiya prosesinin bütün subyektlərinin arasında (dövlət, ayrı-ayrı firmalar, inhisarlar və sairə) optimal uyğunluğa nail olmaqdan gedir. Daha konkret ifadə etsək, prosesdə dövlətin rolu iki aspektə nəzərdən keçirilməlidir:



  1. İnzibati-siyasi apparat kimi;

  2. Sahibkar kimi;

Deməli, milli iqtisadiyyatın aparıcı sahələri istisna olmaqla, digər fəaliyyət sferaları sırf bazar mexanizminə əsaslanmalı və həmin prosesdə dövlət müəssisələri yalnız iqtisadi metodlarla özəl sektorun subyektləri ilə rəqabətə girməli və inteqrasiya prosesində ümummilli mənafe baxımından tarazlığa nail olmalıdırlar.

Beləliklə, müasir gerçəklik respublikamızın inkişaf etmiş ölkələrdə olduğu kimi real məzmunlu inteqrasiya prosesinə qoşulmasının təmin edir. Bununla belə, regional iqtisadi əməkdaşlığın ilkin inkişaf mərhələlərinə uyğun gələn iqtisadi inteqrasiya səviyyələrində ölkəmizin iştirakı onun milli iqtisadi mənafelərinə uyğun gələn hal kimi qiymətləndirilməli və regional iqtisadi inteqrasiya prosesində ilk əvvəl strateji bazar seçimi baxımından öz yerini müəyyənləşdirməlidir. Məsələn, aqrobiznes sahəsinin məhsullarının MDB bazar məkanında maneəsiz hərəkətinə nail olmaq üçün bu ölkələrlə imzalanmış və yaxud imzalanacaq gömrük ittifaqlarına real məzmunun gətirilməsi ölkənin milli gəlirinin artmasına olduqca müsbət təsir göstərmiş olardı.

Azərbaycan Respublikasının xarici iqtisadi əməkdaşlığının mühüm istiqamətlərindən biri də birgə müəssisələrin yaradılmasıdır. Ölkənin mövcud vəziyyəti baxımından onlar aşağıdakı problemlərin həllində əhəmiyyətli rol oynamalıdırlar:

1)İstehsalın səmərəliliyinin və texnologiyasının səviyyəsinin yüksəldilməsi;

2)İqtisadiyyatda struktur dəyişikliklərinin həyata keçirilməsi; Bunun üçün ilik növbədə birgə müəssisələr ən yeni elmtutumlu sahələrdə (elektronika, robot texnikası və sairə) yaradılmalı, bu sahənin maddi-texniki bazası təmkilləşdirilməli, əhaliyə ticarət və məişət xidmətinin inkişafı üçün zəruri tədbirlər həyata keçirilməlidir;

3)Birgə müəssisələrin elmlə istehsalatı əlaqələndirən vasitələrdən biri olduğunu obyektivliyinin həmişə diqqət mərkəzində saxlanılması;

4)Respublikanın ixrac potensialını və idxalını əvəz edən istehsalat sahələrinin inkişaf etdirilməsi;

5)Qabaqcıl texnologiya və avadanlıqlar, “nou-nau”, istehsalat fəaliyyətini idarə etmək sahəsindəki təcrübə və sairə üzrə bircə sahibkarlığın inkişaf etdirilməsi;

Respublikanın xarici iqtisadi əməkdaşlığının regional səviyyəsindən çıxış etməklə birgə sahibkarlığın müxtəlif formaları, xüsusilə regional istehsalat, müəssisə yaxud komplekslərin yaradılmasında bir sıra çətinliklərə xüsusi fikir vermək məqsədəuyğun olardı.

Regional səviyyədə birgə müəssisələrin təşkili, hər şeydən əvvəl milli iqtisadi mənafelər, regional ümumilik və milli müstəqillik problemlərinin ziddiyyətli vəhdətinin dərk olunmasına əsaslanmalıdır. Eləcə də, real bazar prinsipləri və dövlət müdaxiləsinin optimal nisbətlərinə nail olunması, o cümlədən xarici kapitalın fəaliyyət rejiminin formalaşması müxtəlifliyi mütləq nəzərə alınmalıdır.

Regional iqtisadi əməkdaşlığa (xüsusilə inteqrasiya qruplaşması çərçivəsində) dövlət müdaxiləsinin mümkün sərhədlərinin müəyyənləşdirilməsində, zənnimizcə, müasir sənayenin mühüm strateji sferaları istisna olmaqla, yerdə qalan sahələrin sərbəst fəaliyyətinin təmin etmək məqsədə müvafiq olardı.

Bu fikri inkişaf etdirərək, belə bir qənaətə gəlmək olar ki, dövlətlər arası (inteqrasiya bloku çərçivəsində) tənzimlənmənin əsas forması kimi çoxmillətli kompaniyaların yaradılması və inkişafı baxımından regional səviyyədə investisiyaların stimullaşdırılması çıxış edə bilər.

Azərbaycan Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən birgə müəssisələrin sayı 1997-ci ildə 493, 1998-ci ildə 644, 1999-cu ildə 801, 2000-ci ildə 875, 2001-ci ildə isə 922 təsərrüfat subyekti təşkil etmişdir.

Beləliklə, Azərbaycan Respublikası xarici iqtisadi əlaqələrinin inkişaf istiqamətləri ümumiləşdirmə mövqeyindən yanaşdıqda aşağıdakı kimi səciyyələnir:



  • 90-cı illərin ortalarına kimi iqtisadiyyatımıza cəlb olunan xarici investisiya ölkəmizin investisiya tələbatının ödənilməsinin çox cüzi bir hissəsini təşkil edirdi ki, bunun da 70-80%-ni beynəlxalq kreditlər təşkil etmişdir.

  • 90-cı illərin ortalarından başlayaraq ölkə iqtisadiyyatına cəlb olunan xarici investisiyaların ümumi həcmi dəfələrlə artmışdır. Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb olunmasında birbaşa investisiyaların xüsusi çəkisi artmış, beynəlxalq kreditlərin xüsusi çəkisi isə azalmışdır. Birbaşa investisiyaların əksər hissəsi neft sektoruna yönəldilmişdir. Bununla belə son illər qeyri-neft sektoruna yönələn birbaşa xarici investisiyaların da xüsusi çəkisi dinamik şəkildə artmaqdadır;

  • Azad iqtisadi zonaların yaradılması nisbətən qısa bir müddətdə milli iqtisadiyyatımız üçün yüksək səmərə verə bilər. Ona görə də bu istiqamətdə xarici iqtisadi əlaqələrin inkişaf etdirilməsi məqsədyönlü hesab edilməlidir;

  • Azərbaycanın xarici iqtisadi əlaqələrinin digər mühüm istiqamətlərindən biri də ayrı-ayrı ölkələrlə, eləcə də regional və subregional səviyyədə xarici ticarət münasibətlərinin səmərəli təşkili və regional iqtisadi inteqrasiya qruplaşmalarının ilkin inkişaf mərhələlərində iştirak etməsindən ibarətdir;

  • Nəhayət, qarışıq müəssisələrin yaradılması ölkəmizdə dinamik çəkildə genişlənir və inkişaf edir. Bu hal ölkəmizin iqtisadi həyatında müsbət hal kimi qiymətləndirilməlidir.


NƏTİCƏ

Beləliklə, tədqiqatın nəticəsi göstərdi ki, dünya arenasında yeni qrup ölkələrin – BXİ ixracatçılarının meydana gəlməsi qloballaşma şəraitində xarici investisiyaların əhəmiyyətini artırmışdır.

Hələlik inkişaf etməkdə olan ölkələrin kompaniyaları ilə müqayisədə müəssisələrinin xarici şəbəkəsinin inkişaf miqyasına görə qərb TMK-ı xeyli irəlidədirlər. Belə ki, 199-cu ildə xarici aktivlərin göstəricisi üzrə söralanmış yüz ən iri TMK-a inkişaf etməkdə olan ölkələrdən yalnız iki kompaniya daxil olmuşdur.

Qloballaşma nəticəsində dünya iqtisadiyyatında əyalət və mərkəzin inkişaf səviyyələrindəki uyğunsuzluq artır. Belə bir uyğunsuzluğun artması isə gələcəkdə inkişaf etmiş ölkələrin maraq sferasına daxil olmayan autsayder-ölkələrin liderlərdən getdikcə daha çox geri qalacaqları haqqında fikir söyləməyə əsas verir.

TMK-ın inkişaf etməkdə olan ölkələrlə iş birliyi məhz bu ölkələr üçün çox faydalı ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsində TMK-la yerli müəssisələrin iş birliyi haqqında hüquqi-normativ baza funksiyasını yerinə yetirəcək bir neçə maddə olsa da bunun zəruri qanunvericilik bazası hələ formalaşdırılmamışdır.

Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrinin inkişaf istiqamətlərinə ümumiləşdirmə mövqeyindən yanaşdıqda aşağıdakı kimi səciyyələnir:



  • 90-cı illərin ortalarına kimi iqtisadiyyatımıza cəlb olunan xarici investisiya ölkəmizin investisiya tələbatının ödənilməsinin çox cuzi bir hissəsini təşkil edirdi ki, bunun da 70-80%-ni beynəlxalq kreditlər təşkil etmişdir;

  • 90-cı illərin ortalarında başlayaraq ölkə iqtisadiyyatına cəlb olunan xarici investisiyaların ümumi həcmi dəfələrlə artmışdır. Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb olunmasında birbaşa investisiyaların xüsusi çəkisi artmış, beynəlxalq kreditlərin xüsusi çəkisi isə azalmışdır. Birbaşa investisiyaların əksər hissəsi neft sektoruna yönəldilmişdir. Bununla belə, son illər qeyri-neft sektoruna yönələn birbaşa xarici investisiyaların da xüsusi çəkisi dinamik şəkildə artmaqdadır;

  • Azad iqtisadi zonaların yaradılması nisbətən qısa bir müddətdə milli iqtisadiyyatımız üçün yüksək səmərə verə bilər. Ona görə də bu istiqamətdə xarici iqtisadi əlaqələrin inkişaf etdirilməsi məqsədyönlü hesab edilməlidir;

  • Azərbaycanın xarici iqtisadi əlaqələrinin digər mühüm istiqamətlərindən biri də ayrı-ayrl ölkələrlə, eləcə də regional və subregional səviyyədə xarici ticarət münasibətlərinin səmərəli təşkil və regional iqtisadi inteqrasiya qruplaşmalarının ilkin inkişaf mərhələlərində iştirak etməsindən ibarətdir;

  • Nəhayət, qarışıq müəssisələrin yaradılması ölkəmizdə dinamik çəkildə genişlənir və inkişaf edir. Bu hal ölkəmizin iqtisadi həyatında müsbət hal kimi qiymətləndirilməlidir.

ƏDƏBİYYAT

1.Гаджиев Ш. «Азербайджан на пути к мировому сообщество» Киев-1998

2.Е.В.Краниковой «Теория переходной экономики: макроэкономика» Москва-1998

3.Организация Обьединенных Наций «ЕЭК в эпоху перемен» Нью-Йорк и Женева-1998

4.Е.Г.Ведута «Государственные экономические стратегии» Москва-1998

5.А.Холопов «Переходная экономика: реформа внешнеторговой политике» 1998

6.Ерокина Е.А. «Циклы развития национальной экономики»

7.A.Ş.Şəkərəliyev “Dünya iqtisadiyyatı və beynəlxalq iqtisadi münasibətlər» Bakı-1999

8.A.Ş.Şəkərəliyev «Bazar iqtisadiyyatına keçid: dövlətin iqtisadi siyasəti» Bakı-2002

9.Əfəndiyev O.F., Əliyev E.Ə. «Müasir beynəlxalq iqtisadi münasibətlərdə istifadə edilən 700 termin» Bakı-2004

10.Т.Кулиев «Регулируемая рыночная экономика» Баку-2000

11.Коаров В. «Инвестиционная пространство СНГ»

12.М.К.Бункина «Национальная Экономика» Москва-1997

13.К.А.Семенов «Международные Экономические Отношения» Москва-2003



14.www.imf.org
1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə