MÜNDƏRİcat giRİŞ FƏSİl dünya iQTİsadiyyatinda tmk




Yüklə 243.84 Kb.
səhifə3/4
tarix22.04.2016
ölçüsü243.84 Kb.
1   2   3   4

FƏSİL 2. TMK-IN DÜNYA İQTİSADİYYATINA TƏSİRİ

2.1. TMK-IN İQTİSADİ QLOBALLAŞMAYA TƏSİRİ

Təsərrüfat münasibətlərinin beynəlmiləlləşməsi iqtisadi fəaliyyətin dövlətlərarası tənzimlənmə mexanizminin yaradılması zəruruliyini meydana çıxartmışdır. Hal-hazırda beynəlxalq iqtisadi münasibətlərin elə bir sahısi ola bilməz ki, həmin sferada əlaqələrin tənzimlənməsi məqsədi ilə hansısa bir struktur qurum fəaliyyət göstərməsin.

Məsələn, maliyyə, valyuta və kredit üzrə münasibətlər kompleksi Beynəlxalq Valyuta Fondu və Dünya Bankı, Beynəlxalq Ticarət Əlaqələri – Ümumdünya Ticarət Təşkilatı və sairə təşkilatlar tərəfindən nizamlanır. Beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsi zəruriliyi beynəlmiləlləşmə prosesinin məntiqi nəticəsi kimi, həmçinin milli iqtisadiyyatların təhlükəsizliyinin təminatı ilə əlaqədardır.

Beynəlxalq iqtisadi təşkilatlarla əlaqələrin optimal səviyyəsinə nail olunması, respublikanın xarici iqtisadi fəaliyyət strategiyasının mühüm tərkib elementlərindən biri kimi səciyyələnməlidir. Göstərilən istiqamətin zəruriliyi hər şeydən əvvəl həmin qurumların dünya iqtisadiyyatının inkişafında əvəzedilməz rolu eləcə də Azərbaycanın xarici investisiyalara olan böyük ehtiyacı, beynəlxalq iqtisadi münasibətlər sferasında etibarlı tərəfdaş imici qazanması problemi və sairə amillərlə şərtlənir.

Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin təhlili göstərir ki, 90-cı illərin ortalarına kimi ölkənin xarici iqtisadi həyatında müsbətə doğru heç bir dəyişiklik baş verməmişdir. Bu baxımdan göstərilən sferanın inkişafını iki mərhələyə ayırmaq məqsədəuyğun olardı.

Apardığımız tədqiqatlar göstərir ki, əgər 1985-ci ildə bütün maliyyə mənbələri hesabına investisiya qoyuluşlarının ümummilli məhsulda çəkisi 40% təşkil edirdisə, 1992-ci ildə bu rəqəm 17%, 1994-cü ildə isə cəmi 4% təşkil etmişdi. Müqayisə üçün qeyd edək ki, inkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrdə göstərilən nisbətin səviyyəsi 20-40% arasındadır. Əgər respublikada istehlak və investisiya tələbatının dinamik olaraq artdığını, eləcə də struktur modernləşmənin qaçılmaz olduğunu nəzərə alsaq, onda Azərbaycan üçün real göstərici 40-50% hesab oluna bilər.

90-cı illərin ortalarında 4%-lik göstəricinin ölkə iqtisadiyyatı üçün nə demək olduğunu, zənnimcə, sübut etməyə heç bir zərurət yoxdur. Onu da qeyd etmək lazımdır ki, xarici iqtisadi fəaliyyət subyektləri tərəfindən 1994-cü ildə ölkəyə cəmi 158milyon dollar həcmində investisiya və kreditlər cəlb olunmuşdu.

Lakin, 1994-1995-ci illərdən başlayaraq iqtisadiyyata investisiya qoyuluşlarında köklü müsbət dəyişikliklər baş vermişdir. Bu müsbət meylin yaranması isə şübhəsiz ki, sabiq prezident Heydər Əliyevin həyata keçirdiyi sistemli xarici iqtisadi siyasətin məntiqi nəticəsi kimi qəbul edilməlidir. 1995-ci ildən başlayaraq bu günə kimi xarici investisiyaların ölkə iqtisadiyyatına axını dinamik şəkildə artmağında davam etməkdədir (cədvəl 1).

Cədvəl 1

Azərbaycan iqtisadiyyatına qoyulan investisiyalar (milyon dollarla)



İllər üzrə

1999

2000

2001

2002

2003

2004

2005

Cəmi

1714

1590

1429

1554

1732

1849

2044

o cümlədən

Daxili investisiyalar

480

456

311

395

490

387

459

Xarici investisiyalar

1234

1134

1118

1159

1242

1462

1585

Ondan

Neft sektoru

527

453

416

435

543

780

889

Digər sektorlar

164

135

175

152

183

288

196

Kredit və ssudalar

336

293

130

218

235

204

127

Digərlər

8

27

7

12

11

14

18

Cədvəldən göründüyü kimi, 1999-ci ildə Azərbaycan iqtisadiyyatına qoyulan ümumi investisiyaların həcmi 1714 milyon dollar təşkil etmişdirsə, 2005-ci ildə 330 milyon dollar artaraq 2044milyon dollar olmuşdur. Bu illər ərzində xarici investisiyanın payı isə 1234 milyon dollardan 351 milyon dollar artaraq 1585 milyon dollara çatmışdır.

İnvestisiya axını prosesində Azərbaycan iştirak edərək əlbəttə bir investisiya idxalatçısı kimi çıxış edir. Əvvəlcə qeyd etdiyimiz kimi, qəbul edilən xarici birbaşa investisiyaların böyük əksətiyyəti neft sektoruna yönəldilir.

Bununla bərabər bu gün ölkəmizdə qeyri-neft sektorlarına da xarici kapital qoyuluşları xeyli artmaqdadır. Qeyri-neft sektoruna kapital qoyuluşuna artan meyl özünü daha qabarıq şəkildə ərzaq, tütün məmulatları və tikinti məhsulları istehsalı sahəsində göstərir. Bundan başqa neft sektoruna və istehsalın digər sahələrinin tələbatını ödəmə istiqamətli xidmət sahələrinə xarici kapital axının güclənməsi müşahidə olunmaqdadır. “Artur Anderson”, “Prays Vaterhaus”, “KPMC” və difər bu kimi iri transmilli korporasiyaların nümayəndəlik və yaxud filiallarının Azərbaycanda fəaliyyət göstərməsi göstərilən istiqamətlərdə investisiyaların cəlb edilməsinin yüksələn xəttlə inkişaf etdiyini göstərir.

Ölkəmizin birbaşa xarici investisiya axını prosesində ixracatçı kimi çıxış etməsinə gəldikdə isə, qeyd etmık lazımdır ki, Azərbaycanın bu prosesdə iştirakı hələlik epizodik xarakter daşıyır. Belə ki, bu günə kimi fəaliyyəti respublikanın tədiyyə balansında öz əksini tapan yeganə istehsal müəssisəsi ölkəmizin Rusiya paytaxtında yerləşən şərabçılıq zavodudur. Bu müəssisə keçmiş SSRİ dövründən Moskva şəhərində fəaliyyət göstərirdi, lakin SSRİ parçalanandan bir neçə il sonra müəssisə fəaliyyətini dayandırmışdı. Cəmi bir neçə il bundan öncə öz fəaliyyətini yenidən bərpa etmiş bu müəssisədə bu gün yüzlərlə adam çalışır. 50-60 adda spirtli içki Azərbaycanın ticarət markaları ilə istehsal edilir. Təsərrüfat subyektinin satış həcmi gün-gündən artır, çünki istehsal edilən məhsullar yüksək keyfiyyətlidir, yüksək səviyyədə də reklam olunur.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın kapital ixracatçısına çevrilməsi milli-iqtisadi mənafelər baxımından çox sərfəli olsa da, yaxın gələcəkdə belə bir prosesin başlanılması hələ ki gözlənilmir. Bununla belə bir məsələ də faktdır ki, bu gün dünyanın bir çox region və ölkələrində azərbaycanlı mənşəli subyektləri fəaliyyət göstərirlər. Azərbaycanın milli dövlətçiliyinin güclənməsi və milli iqtisadiyyatının inkişafı ilə paralel olaraq həmin biznes subyektlərinin fəaliyyəti genişlənir, inkişaf edir. Ona görə də, bu istər Azərbaycana investisiya cəlb olunması, istərsə də ölkəmizin kapital ixracatçısına çevrilməsi prosesində onun potensial inkişaf imkanları kimi qiymətləndirilməlidir.

Dünya ölkələrinin təcrübəsi sübut edir ki, iqtisadiyyata xarici investisiyaların cəlb olunması bir sıra mühüm üstünlüklərə malikdir:

-Əvvəla, birbaşa xarici investisiya qoyuluşu ölkədə xalq istehlakı malları istehsalına və xidmətlərin genişlənməsinə, yeni texnologiyalara, idarəetmənin qabaqcıl üsullarına yiyələnməyə, real bazar münasibətlərinə uyğun infrastruktur yaradılmasına şərait yaradır;

-İkincisi, xarici ölkələrdən alınan borc və kreditlərdən fərqli olaraq xarici investisiya xarici borca əlavə ağırlıq gətirmir, əksinə, onun ödənilməsi üçün vəsait əldə etməyə imkan yaradır;

-Üçüncüsü, birbaşa xarici investisiya qoyuluşu istehsal və elmi-texniki kooperasiya hesabına milli iqtisadiyyatın dünya iqtisadiyyatı ilə daha səmərəli inteqrasiyasını təmin edir.

Aydındır ki, Azərbaycan Respublikası xarici investisiyaların cəlb olunmasında əsas məqsəd iqtisadiyyatın, həmçinin sahibkarların potensial imkanlarını reallaşdırmaq, işgüzarlıq fəaliyyətini artırmaq, ölkənin milli sərvətlərindən və ehtiyatlarından səmərəli istifadə etməkdən ibarət olmalıdır.

Beynəlxalq təşkilatların və dövlətlərin birbaşa köməkliklərdən istifadə edərək milli iqtisadiyyatın dinamik inkişafını və əhalinin yüksək həyat səviyyəsini təmin etmək, bazar münasibətlərinə əsaslanan səmərəli təsərrüfat sistemi yaratmaq və bir sıra digər problemlərin həlli üçün də bu yol ən münasib variant kimi hesab edilməlidir.

Aydındır ki, iri investorlar kapital ixracını həyata keçirməklə ilk növbədə öz iqtisadiyyatlarının və yaxud firmalarının iqtisadi inkişafını nəzərdə tuturlar.

Məsələn, xarici investisiyalar hesabına ABŞ ölkənin idxal etdiyi mis, qurğuşun və fosfatların hamısını, dəmir filizinin 75%-ni əldə edir. Yaponiya isə xarici investisiyalar hesabına boksitlərin 40%-i, nikelin 50%-i, mis filizinin isə 60%-i əldə edir. Digər tərəfdən xarici investisiya qoyuluşları inkişaf etmiş ölkələrə təminatlı bazar payının əldə edilməsi və xarici bazarların daxildən “zəbt” edilməsinə şərait yaradır. Bunula yanaşı müasir dövrdə kapital ixracının istiqamətlərində əhəmiyyətli dəyişikliklər baş vermaya başlamışdır. Belə ki, məcmu kapital ixracında xüsusi sahibkarlar (qeyri-dövlət strukturlarının) xarici investisiyaların ümumi həcminin 75%-i həyata keçirirlər. Məcmu kapital ixracatında birbaşa xüsusi investisiyaların beynəlxalq hərəkəti sistemində inkişaf etməkdə olan ölkələrin payı durmadan azalır. Bu bir tərəfdən inkişaf etməkdə olan ölkələrin ağır maliyyə vəziyyəti ilə əlaqədardırsa, digər tərəfdən, kapital ixracının coğrafiyasının dəyişməsi elmi-texniki tərəqqinin təsiri altında iqtisadiyyatda baş verən struktur yeniləşmələrlə (elm tutumlu və kapital tutumlu texnologiyaların tətbiqi, xammalın əhəmiyyətinin azalması, işçi qüvvəsinin ixtisas səviyyəsinə verilən tələblərin yüksəlməsi və sairə) bağlıdır.

Beləliklə, iqtisadi cəhətdən zəif ölkələr, o cümlədən Azərbaycan Respublikası iqtisadi inkişaf üçün son dərəcədə zəruri olan birbaşa investisiyaların cəlb eilməsi üçün əlverişli şərait yaratmalı, başqa sözlə “investisiya iqlimi”-ni investorlar üçün əlverişli etməlidirlər. Ancaq, elə məhz buradaca bir-birinə zidd iki problem ortaya çıxır: bir yandan kapital ixracının subyekti olan ölkələrin milli və ya dövlət mənafelərinin təhlükə altına düşmək problemi, o biri yandan isə kapital qoyuluşunun obyekti olan ölkələrdə milliləşdirmə, rekvizisiya və sairə bu tipli tədbirlərini həyata keçirdikdə xarici investisiyaların qorunması problemi.

Adını çəkdiyimiz birinci problemin həlli üçün kapital qoyuluşunun məhdudlaşdırıcı tədbirlərini işə salmaq lazımdır. Beynəlxalq aləmdə bu cür tədbirlərə əsasən aşağıdakılar aid edirlər:

1)Yerin təki və təbii ehtiyatların istismarı üçün xarici kapital qoyuluşuna xüsusi dövlət nəzarətinin müəyyən edilməsi;

2)İqtisadiyyatın daha mühüm sahələrinə xarici kapitalın qoyulmasına və 100%-li nəzarətin həyata keçirilməsinə icazə verməmək;

3)Xarici firmaların yaratdığı müəssisələrdə milli, dövlət və ya xüsusi kapitalın iştirakının məcburi payının müəyyən edilməsi;

4)Xarici müəssisələrin gəlirlərinin müəyyən hissəsindən kapital qoyulan ölkənin ehtiyacalarına yönəldilən tədbirlərin (vergilərin tətbiqi, gəlirlərin xaricə köçürülməsində məhdudiyyətlərin qoyulması və sairə) müəyyən edilməsi;

5)Kommersiya siyasətinin müəyyən edilməsi;

Zənnimcə, məhz qanunun özündə bu cür yasaqların sadalanması xarici investorları Azərbaycan iqtisadiyyatına kapital qoymaqdan çəkindirməzdi. Çünki, bu tədbirlər beynəlxalq aləmdə çoxdan qəbul edilmişdir.


2.2. TMK-IN MALİYYƏ STRATEGİYASI

Təsərrüfat həyatının beynəlmiləlləşməsi dövlətlər arasında təkcə əmtəə və iş qüvvəsinin yerləşdirilməsini deyil, eyni zamanda kapitalın da iştirakını tələb edir. Kapitalın beynəlxalq hərəkəti kepitalın hər şeydən əvvəl özünü artırması məqsədilə xaricdə yerləşdirilməsi və fəaliyyətidir. Əmtəə ixracını tamamlayaraq və onu ifadə edərək kapital ixracı beynəlxalq iqtisadi münasibətlər sisteminin və müasir dünya iqtisadiyyatının ayrılmaz, təyinedici və fərqləndirici xüsusiyyətinə çevrilmişdir.

Kapitalın beynəlxalq miqrasiyası dünya bazarının formalaşdığı dövrə təsadüf edir. Kapitalın ixracı XX əsrin əvvəllərində əmtəə ixracı inhisarını sarsıtmışdır. Belə ki, 80-ci illərdə birbaşa investisiyaların orta illik artımı 34% təşkil etmişdir ki, bu isə dünya ticarətinin artım sürətindən 5 dəfə çox idi. 90-cı illərdə birbaşa xarici investisiyaların həcmi aşağı düşsə də sonralar yenidən əhəmiyyətli dərəcədə artmış və beynəlxlaq əmtəə tədavülünün illik artımını keçmişdir. Kapitalın hərəkəti əmtəə hərəkətindən çox fərqlənir. Xarici ticarət bir qayda olaraq əmtəənin istehlak dəyəri ilə mübadiləsidir. Kapital ixracı isə, kapitalın bir ölkələrin milli tədavülündən çıxarılması və digər ölkənin istehsal prosesinə müxtəlif formada (əmtəə, pul) yerləşdirilməsi prosesini əhatə edir.

Müasir mərhələdə kapitalın beynəlxalq hərəkəti dünya iqtisadiyyatının fəaliyyətində və möhkəm beynəlxalq iqtisadi əlaqələrin yaradılmasında aparıcı rola malikdir. Əvvəllər kapitalın ixracı azsaylı sənayecə inkişaf etmiş ölkələrə xas idi. Dünya iqtisadiyyatının inkişafı bu prosesin sərhədlərini əhəmiyyətli dərəcədə genişləndirmişdir. Artıq kapitalın ixracı istənilən dinamik inkişaf edən iqtisadiyyatın funksiyası olmağa başlamışdır. İndi kapitalın ixracını həm İEÖ, həm də İEOÖ, xüsusilə yeni sənaye ölkələri həyata keçirir.

Kapitalın ixracının əsas səbəbi donor ölkədə, yəni sahib ölkədə kapitalın nisbi bolluğu, onun həddindən artıq yığımıdır. Gəlir və ya faiz almaq məqsədilə o sərhəd xaricinə çıxarılır. Lakin kapitalın ixracı həm də daxili investisiya qoyuluşu üçün kapitalın qıtlığı şəraitində də həyata keçirilə bilər. 90-cı illərdə gəlirli tətbiqə ehtiyacı olan iri ehtiyat yəni, kapital kütləsi yaranmışdır. Bu vəsait sığorta kompaniyaları, pensiya, trast, investisiya və digar fondlar tərəfindən yaradılmışdır. Təkcə ABŞ-da onların aktivləri 1995-ci ildə 8 trilyon dolları keçmişdir.

XX əsrin 2-ci yarısından başlayaraq kapitalın ixracı fasiləsiz olaraq artır. Kapitalın ixracının artım tempi həm əmtəə ixracının, həm də sənayecə inkişaf etmiş ölkələrin ÜDM-nın artım sürətini keçir.

Kapitalın beynəlxalq miqrasiyası kapitalın ölkələr arasında onun sahibinə müvafiq gəlir gətirən qarşılıqlı hərəkətdir. Bir çox ölkələr öz növbəsində həm kapitalın ixracatçısı, həm də idxalçısıdır. Kapitalın miqrasiyasının obyektiv əsası iqtisadiyyatın artan beynəlmiləlləşməsi və qloballaşmasıdır.

Kapitalın beynəlxalq miqrasiyasına 2 qrup amillər təsir edir:

1.İqtisadi xarakterli amillər, yəni:

-İstehsalın inkişafı və iqtisadi artım tempinin saxlanılması;

-Ölkədə dərin struktur irəliləyişləri (ETT nailiyyətləri);

-Beynəlxalq ixtisaslaşmanın və istehsalın kooperasiyalaşmasının dərinləşməsi;

-Dünya iqtisadiyyatının transmilliləşməsi;

-İstehsalın beynəlmiləlləşməsi və inteqrasiya prosesinin güclənməsi;

-Beynəlxalq iqtisadi münasibətlərin bütün növlərinin fəal inkişafı;

2.Siyasi xarakterli amillər, yəni:

-Kapitalın ixracının (idxalının) liberallaşdırılması;

-“Üçüncü dünya” ölkələrində sənayeləşmə siyasəti;

-İqtisadi islahatların həyata keçirilməsi (dövlət müəssisələrinin özəlləşdirilməsi, xüsusi sektorun himayə edilməsi və sairə);

-Məşğulluq səviyyəsinin saxlanılması siyasəti;

Kapitalın ixracını stimullaşdöran amillərə isə aşağıdakılar aiddir:

1.Kapitalın ixracının hərəkətverici qüvvəsi milli təsərrüfatların inkişaf edən qarşılıqlı əlaqəsi və bir-birini qarşılıqlı tamamlamasıdır. İstehsalın beynəlmiləlləşməsi kapitalın beynəlxalq hərəkətinə böyük təsir edir, sürətləndirmək imkanı verir. Xüsusilə birbaşa investisiya formasında kapitalın ixracı istehsalın beynəlmiləlləşməsi, başqa sözlə beynəlxalq məhsul istehsalı üçün aparıcı amildir.

2.Beynəlxalq istehsalın kooperativləşməsi, transmilli korporasiyaların “qız kompaniyalara” kapital qoyuluşları da bu amillərə daxildir. Belə ki, müxtəlif obyektlərdən hüquqi cəhətdən sərbəst müəssisələr bir beynəlxalq korporasiyada sahəvi texnoloji, detallı ixtisaslaşma çərçivəsində sıx əməkdaşlığa girirlər. Kapitalın ixracı isə bu əlaqələri təmin edir.

3.İqtisadi artım tempinin saxlanması, sənayenin qabaqcıl sahələrinin inkişafı, məşğulluq səviyyəsinin saxlanılması üçün kapitalın əhəmiyyətli həcminin cəlb edilməsinə yönəlmiş sənayecə inkişaf etmiş ölkələrin iqtisadi siyasəti.

4.İEOÖ-in iqtisadi davranışı, yəni xarici kapitalın cəlb olunması üçün iqtisadiyyatın liberallaşdırılması yolu ilə investisiya iqliminin yaradılması və bunun köməyi ilə iqtisadiyyatın inkişafına stimul vermək, onu “yoxsulluq vəziyyətindən” çıxarmaq.

5.Mühüm stimulluşdırıcılardan biri də beynəlxalq təşkilatların kapitalın transsərhəd axınını istiqamətləndirən və tənzimlənən fəaliyyətidir.

6.İkiqat vergi qoyulmasına qarşı beynəlxalq saziş də bu amillər sırasına daxildir. Bu ölkələr arasında ticarətin, elmi-texniki əməkdaşlığın və uyğun olaraq investisiyanın cəlb olunmasına imkan verir.

7.Xaricdə müəssisələrin, o cümlədən “qız cəmiyyətlərin”, filiallarının açılması, müqavilə əsasında birgə müəssisələrin təşkil edilməsi, təbii ehtiyatların birgə istisamarı, investisiyanı qəbul edən ölkədə müəssisələrin alınması və özəlləşdirilməsi də kapitalın ixracını stimullaşdıran amillər sırasına daxildir.

Müasir dövrdə dünya ölkələrində maliyyə oliqarxiyası iqtisadi sahədə öz hökmranlığını iştirak sistemi deyilən sistem vasitəsi ilə həyata keçirir. İri bir maliyyəçi yaxud maliyyəçilər qrupu səhmlərin nəzarət paketi vasitəsi ilə, habelə başqa yollarla əsas səhmdar cəmiyyət olan “ana cəmiyyət”i öz əlində saxlayır.

Bu “ana cəmiyyət” başqa səhmdar cəmiyyətin səhmlərini alır və səhmlərin nəzarət paketinə sahib olaraq, özündən asılı olan filiallar yaradır. Bu filiallar öz növbəsində “qız cəmiyyətlərə”, assosasiya cəmiyyətlərinə və şöbələrinə bölünür.

Şöbə xaricdə qeydiyyatdan keçsə də, onun özünün şəxsi balansı olur, bütünlüklə (100%) “ana cəmiyyətə” tabedir və buna görə də o hüquqi şəxs sayılmır.

“Qız cəmiyyət” xüsusi balanslı müstəqil müəssisəsdir (hüquqi şəxsdir), ancaq “ana cəmiyyət” onun üzərində nəzarəti həyata keçirir. Çünki o, “qız cəmiyyət”in səhmlərinin əsas hissəsinə sahib olur.

Assosasiya cəmiyyəti bəzən qarışıq cəmiyyət də adlanır. “Qız cəmiyyət”dən onunla fərqlənir ki, o “ana cəmiyyət”in nəzarəti altında deyil, təsiri altındadır. Belə cəmiyyət səhmlərin əhəmiyyətli hissəsinin (əsas hissəsinin yox) sahibidir.

Xarici filiallara bəzən elə müəssisələr aid edilir ki, hansındakı “ana cəmiyyət”də həmin müəssisənin heç bir səhmi olmur. Belə müəssisə üzərində “ana cəmiyyət”in idarəedici nəzarəti onlar arasında imzalanmış müqavilədən irəli gəlir. Məsələn: bu müəssisələrin idarə olunması, partnyorun malik olduğu müəssisə ilə birgə istehsal, xammalın birgə hasilatı və sairə üzrə müqavilələr. Bu halda “ana cəmiyyət”in fəaliyyəti əmlaka sahib olmaq deyil, ona nəzarət etmək məqsədi daşıyır. “Ana cəmiyyət” və filial arasında belə münasibət mülkiyyətin qeyri-səhmdar forması adlanır.

Birbaşa investisiyalar beynəlxalq korporasiyaların dünya bazarında ağalığının əsasını təşkil edir. O, ya xarici müəssisələrə tam sahib olmağa, ya da səhm kapitalının elə hissəsinin əldə edilməsinə imkan yaradır ki, investorun faktiki nəzarəti təmin olunsun. Bu elə investorlardır ki, xarici investor müəssisənin səhm kapitalının azı 25%-ni əlində saxlayır. ABŞ, Almaniya, Yaponiyanın statistika mərkəzləri o investisiyaları birbaşa investisiya hesab edirlər ki, hansı ki, səhm kapitalının onda bir və ya daha artıq hissəsini təşkil edir və müəssisəyə nəzarət imkanı verir.

Xarici investisiyaların ölkələr və sənaye sahələr üzrə bölüşdürülməsi müasir büynəlxalq iqtisadiyyatın strukturunu, dünya təsərrüfatının ayrı-ayrı sahələri arasında münasibətləri müəyyən edir. Birbaşa investisiya sahəsində aparıcı rolu İEÖ oynayır. Həmin ölkələr birbaşa investisiyanın illik axınının 80% hissəsini əlində saxlayaraq, kapitalın ən iri idxalçıları və ixracatçıları sayılırlar. 1990-cı ildə birbaşa investisiya axını rekord səviyyəyə 200 milyard dollar, elə həmin ilin ortalarında isə 350 milyard dolları keçmişdir.

Birbaşa investisiyalar həm investisiyaları yatıran, həm də onu qəbul edən ölkələrə təsir göstərir.

İnvestisiyanı qoyan ölkə ona görə qazanır ki, investorlar üçün mənfəət həmin ölkədə işçi və ya digər kateqoriyalı şəxslərin itirilməsindən daha böyükdür. Lakin bu ölkə həm də uduzur ona görə ki, birbaşa xarici investisiya qoyuluşları iş yerlərinin ixracı da deməkdir.

Daha əlverişsiz vəziyyətə həm də vergi ödəyiciləri düçar olurlar. Çünki, transmilli korporasiyaların gəlirlərinə vergi qoymaq çətin olur və hökumət vergilərin daxil olmayan hissəsini digər vergi ödəyicilərinin üzərinə qoymağa, ayda sosial proqrama şəkilən xərcləri azaltmağa məcbur olur.

Əgər investorlar investisiya qoyulan ölkənin səlahiyyətli vətəndaşları kimi hüququ yoxdursa, onda investisiya qoyan ölkə itirir və buna görə də axınını dayandırmalıdır. İnvestisiyanı qoyan ölkənin investisiya axınını məhdudlaşdırmaq üçün başqa səbəbləri də ola bilər. Məsələn, əlverişli vergi qoyulması zəruriliyi, birbaşa investisiyaları ötürən mümkün əlavə effektlərin öz xeyrinə çəkmək zəruriliyi və sairə.

İnvestisiya qəbul edən ölkə investisiya axınından tam mənada qazanc əldə edir. İri xarici kapitalın cəlb olunması ölkədə işsizliyi aşağı salır. Əvvəllər idxal olunan məhsullar istehsalının təşkil edilməsi, həmin məhsulların idxalda payının azalmasına gətirib çıxarır.

Kompaniyaların dünya bazarına rəqabət qabiliyyətli məhsul buraxması və onun əsasən ixraca istiqamətlənməsi ölkənin xarici ticarət mövqeyini möhkəmləndirməyə imkan verir. Xarici firmaların üstünlüyü təkcə kəmiyyət göstərciləri ilə birmir. Keyfiyyət göstəriciləri də mühüm əhəmiyyət kəsb edir. “Gəlmələrin” fəaliyyəti yerli firmaların rəhbərliyinin texnoloji proseslərdə düzəlişlər etməyə, işçilərin peşə hazırlığına daha çox vəsait ayırmağa, əmtəənin keyfiyyətinə, dizaynına, istehlak xassəsinə daha çox diqqət yetirməyə vadar edir. Hər şeydən əvvəl xarici investisiya yeni texnologiyanın tətbiqi, yeni növ məhsulların istehsalı, yeni menecment atilinin yaradılması və xarici biznes təcrübəsinin bütün nailiyyətlərindən istifadə etmək durur.

Ümumiyyətlə, investisiyanı qəbul edən ölkənin xarici investisiyanın axınını məhdudlaşdırmaq imkanları investisiyanı qoyan ılkədən azdır. Çünki, əlavə texnika və kadr əldə etmək imkanı birbaşa xarici investisiyaların axınını stimullaşdırmaq təşəbbüsü yaradır, nəinki ağır vergi qoyaraq həmin investisiyanı qaçırtmaq.

70-ci illərin ortalarında “üçüncü dünya” dövlətləri böyük cəhdlə birbaşa xarici investisiyaların cəlb olunmasına çalışırdılar. Onlar hətta bir-birilə vergi güzəştlərində rəqabət belə aparırdılar.



1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə