MÜNDƏRİcat giRİŞ FƏSİl dünya iQTİsadiyyatinda tmk




Yüklə 243.84 Kb.
səhifə2/4
tarix22.04.2016
ölçüsü243.84 Kb.
1   2   3   4

TMK-LAR DÜNYA İQTİSADİYYATINDA YENİ

GÜC KİMİ

Beynəlxalq Valyuta Fondunun müəyyənləşdirilməsinə əsasən isə, qloballaşma “həm əmtəə və xidmətlərin, həm də kapitalın artan dərəcədə intensiv inteqrasiyasıdır”.

Daha geniş təyinata uyğun olaraq, qloballaşma milli iqtisadiyyatlar nəticəsində meydana çıxmış, kapitalın maneəsiz yerdəyişməsinə, tarif məhdudiyyətlərinin azalmasına, əmtəələrin və kapitalın hərəkətlərinin liberallaşmasına, kommunikasion yaxınlaşmaya, planetar elmi inqilaba, millətlərarası sosial hərəkatlara, yeni nəqliyyat növlərinə,telekommunikasion texnologiyaların həyata keçirilməsinə, beynəlmiləl təhsilə əsaslanan “soyuq müharibə” qurtardıqdan sonra onun dominantı olan vahid ümumdünya sistemidir.

Bu təyinatda əhəmiyyətli diqqət korporasiyalar, cəmiyyət və dövlət səviyyəsində istehsal, menecment, kommunikasiya prosesində yeni texnologiyaların (daha çox informasiya müraciətində) tətbiqinə əhəmiyyətli diqqət verilir.

Hazırki şəraitdə kommunikasiya, nəqliyyat və informasiyalaşdırma sistemləri qloballaşma prosesinin müasir texnologiyaları hesab edilir. Onlar ümumplanet müqayisəli xarakterə malik olurlar. İnformasiyalaşma qloballaşmanın ən əsas və ən hərəkətverici qüvvəsi hesab olunur.

Özünü transmilli korporasiyalarla ifadə edən istehsalın və kapitalın transmilliləşməsi prosesləri dünya iqtisadiyyatının müasir qloballaşmasının əsası və hərəkətverici qüvvəsi hesab edilir.

Qloballaşma dövlətlərin qarşılıqlı iqtisadi asılılığına gətirib çıxarır, nəticədə milli iqtisadi dövlət müstəqilliyinin tədricən dağılması və milli iqtisadi təşkilatların-qlobal korporasiyaların-transmilli idarəetmə strukturlarının meydana çıxması baş verir.

Təşəkkül tapan dünya qaydası daha çox özünü iqtisadi qayda kimi büruzə verir. Qlobal iqtisadiyyat tədricən hər yerdə hakim qüvvəyə çevrilir. Əgər əvvəllər dünya iqtisadiyyatı müstəqil dövlətlərin fəaliyyət göstərdiyi ərazi idisə, indi dünya iqtisadiyyatı milli dövlətlərin ərazisində fəaliyyət göstərən müstəqil subyektə çevrilir.

Bu zaman dünyanınvahid iqtisadi mexanizmi yaranır. Hakimiyyətin və idarəetmənin adət olunmuş üsullarının dəyişməsi baş verir: onlar hərbi-siyasi sferadan siyasi-iqtisadi sferaya keçirlər. İqtisadiyyat özünü həm siyasət və həm də ideologiya kimi göstərir. Nəticədə, geosiyasi imperativlər öz yerini geoiqtisadi siyasi imperativlər öz yerini geoiqtisadi imperativlərə verir.

Dünya təsərrüfatında bir neçə yüz kompaniyanın-nəhəngin hökmranlığı ona gətirib çıxarır ki, dünya istehsalının vı satışının əsas proporsiyaları bu kompaniyaların iqtisadi siyasətinin təsiri altındadırlar.

Bu cür təriflərin mühüm vasitəsi dünya təsərrüfatının əsas sahələrinin inkişafını faktiki olaraq müəyyən edən bir neçə firmalar-nəhənglər tərəfindən kapital qoyuluşları siyasətinin razılaşdırılması çıxış edir.

Müasir transmilli korporasiyaların xüsusiyyəti ondan ibarətdir ki, onlar tərəfindən bəzi mənada “ikili standart” tövsiyyə olunur: bir tərəfdən transmilli korporasiyalar dünya iqtisadi məkanının gələcək liberallaşmasında və demokratikləşməsində maraqlıdırlar, digər tərəfdən isə qlobal miqyasda fəaliyyət göstərən azad bazar qanunları transmilli korporasiyaların daxilində işləmir, hansı ki, buradaplanlı təsərrüfat həyata keçirilir, bazar tərəfindən deyil, korporasiyaların strategiyasının müəyyən etdiyi daxili qiymətlər təyin edilir. Bu ziddiyətin hərəkətverici qüvvəsi bir tərəfdən liberallaşma və beynəlmiləlləşmə, digər tərəfdən isə, iqtisadi nüfuz dairəsinin yenidən bölüşdürmək və dünyada yeni iqtisadi qayda müəyyən etmək niyyəti olan qloballaşma prosesi üçün də xarakterikdir.

Transmilli korporasiyaların fəaliyyəti onların əmələ gəldiyi dövlətlərin maraqları ilə sıx əlaqədardır. Bir qayda olaraq, transmilli korporasiyaların əmələ gəldiyi ölkələrin məqsədləri parlaq şəkildə ifadə olunmuş milli-eqoistik çalarlara malikdir, məhz: öz vətəndaşlarının yüksək həyat səviyyəsinin təmin edilməsi və öz dövlətlərinin gücünün və nüfuzunun artırılması bunlara misal ola bilər. Bu cür vəziyyət bu ölkələr tərəfindən istisna olaraq öz maraqları daxilində istiqamətləndirilən birtərəfli qloballaşmanın inkişafına kömək edir. Lakin, qloballaşmanın öz inkişafının daha da yüksək səviyyəsinə hər yeni keçidi ilə dövlətlərin qarçılıqlı asılılığı son hesabda bir sıra plkələrin onların imperiya ambisiyalarına cavab verən yeni iqtisadi qayda yaratmaq ümidləri heçə enməlidir.

Hər bir ayrıca dövlət tərəfindən öz məqsədlərinə nail olması gedişatında onunla qalan dünya arasında məhdud yanacaq, xammal, əmək ehtiyatlarına görə mübarizə ilə əlaqədar ziddiyətlər meydana çıxır. Zaman satış bazarına görə qlobal rəqabət xüsusi olaraq mühüm əhəmiyyət kəsb edir. Beləliklə, qlobal iqtisadiyyat dövlətlərarası iqtisadi konfliktlərin hılli sahısinə çevrilir, bundan belə nətivəyə gəlmək olar ki, dövlətlərin və onların ərazisində yerləşən transmilli korporasiyaların əsaslı maraqları obyektiv olaraq üst-üstə düşür, belə ki, transmilli korporasiyalar onların yerləşdikləri dövlətlərə başqa ölkələrin resurslarına daxil olmağa imkan verir. Bundan başqa, öz istehsallarını xaricdə yerləşdirən transmilli korporasiyalar öz dövlətlərinin proteksionist sədlərinin yarandığı hallarda onlarıdəf etməkdən azad edirlər.

Transmilli korporasiyalar öz mülkiyyətlərinin anklavlarını filiallar və qız müəssisələri şəklində başqa ölkələrin ırazilərində yaratmaqla öz dövlətlərinin mövqeyini möhkəmləndirirlər. Xaricdə mülkiyyətin belə sistemi dövlətin beynəlxalq real nüfuzunu təmin edir. Lakin transmilli korporasiyaların iqtisadi qüdrətinin artımı korporasiyaların dünya arenaında qlobal siyasi təsirinin artmadığını və müvafiq olaraq dövlətlərin hökumətlərinin zəifləməsinin səbəb olması labüddür. Transmilli korporasiyaların təsir dairəsinin artması ilə güclənən transmilliləşmə prosesi ilk növbədə kapitalın iki və daha artıq ölkə arasında hərəkəti olduğundan, burada ən əsas məna kəsb edən termin investisiyadır. İnvestisiya-iqtisadiyyatın müxtəlif sahələrinin müəssisələrinə və təşkilatlarına kapital qoyuluşudur. İnvestisiyalar müddətinə görə üç cür olur: uzunmüddətli, qısamüddətli və ortamüddətli. Qoyuluş istiqamətinə görə isə, fiziki, fiktiv, insan kapitalı və texnoloji kapital kimi növlərə ayrılır. İnvestisiyalar həm yerli investorlar, həm də xarici investorlar tərəfindən həyata keçirilir. Bunlar da rezidentlər və qeyri-rezidentlərdir. Kapitalın beynəlxalq hərəkəti zamanı rəsmi və şəxsi invsetisiyalar baş verir. Rəsmi dedikdə, dövlət xətti ilə həyata keçirilən investisiyalar başa düşülür. Şəxsi investisiyal isə mikro iqtisadiyyat səviyyəsində həyata keçirilən investisiyadır.

Xarici investisiyalar iki yerə ayrılırlar: portfel investisiyaları və birbaşa investisiyalar. Portfel investisiyaları deyərkən, qiymətli kağızlara qoyulan kapital qoyuluşu başa düşülür. Lakin, bu tip investisiya yatırdığı obyekti real idarə etmək imkanı verməyən investisiyadır.

Birbaşa xarici investsiyalar isə, bir ölkənin firmasının digər bir ölkənin firmasına müəyyən səviyyədə həmin firmanın fəaliyyətini nəzarət altında saxlamağa ya da, müxtəlif rəsirlər göstərməyə imkanlar yaradır. Birbaşa xarici investisiyalardan söhbət gedərkən, burada iki tərəfin olduğunu nəzərə almaq lazımdır. Tərəflərdən birincisi investisiyanı həyata keçirən ölkədir ki, bu donor ölkə adlanır. İnvestisiyanı qəbul edən ölkə isə resipient ölkə adlanır.

Xarici kapitalı olan müəassisənin bu formaıarda fəaliyyəti mövcuddur:

-filial bu elə müəssisədir ki, qeyri-rezident olan investora təmamilə məxsus olsun.

-qız kompaniya-burada isə qeyri-rezident 50%-dən çox kapitalı özündə cəmləşdirir.

-assosasiya edilmiş kompaniya-burada isə investorun sahib olduğu pay 100%-dən 50% arasında tərəddüd edir.

Birbaşa xarici investisiya anlayışından beynəlxalq kompaniya anlayışı meydana çıxır. Beynəlxalq korporasiyalar müxtəlif ölkələrə birbaşa xarici investisiyalar yatıran iri kompaniyalardır. Beynılxalq korporasiyalar iki əsas növə ayrılırlar: Transmilli korporasiya və Çoxmilli korporasiya.

Ana şirkətlər bir ölkəyə məxsus olan, investisiya yatırımı isə müxtəlif ölkələrdə həyata keçirilən korporasiya transmilli korporasiya adlanır.

Ana şirkətlər kapitalı bir neçə ölkəyə məxsus olan və müxtəlif ölkələrdə birbaşa xarici investisiyalar həyata keçirən korporasiya Çoxmilli korporasiya (ÇMK) adlanır.

Transmilli korporasiyaların eləcə da Çoxmilli korporasiyaların fəaliyyətini dərl etməkdə yardımçı olan ən vacib göstərici transmilliləşmə indeksidir. Transmilliləşmə indeksi belə hesablanır: xarici aktivlərin ümumi aktivlərə olan faiz nisbəti, xarici satışlar ilə ümumi satışın faiz nisbəti və xarici ölkələrdə işləyənlərin sayının ümumi işçilərin sayına olan faiz nisbətlərinin ədədi ortasıdır. Bu göstərici transmilliləşmənin əsas qüvvəsi olan transmilli korporasiyaların xarici filiallarının transmilli korporasiyalar üçün nə dərəcədə əhmiyyətli olduğunu göstərir. Aydın məsələdir ki, transmilliləşmə indeksi daha yuxarı olan firma transmilliləşmə prosesinə daha geniş şəkildə cəlb olunub.

Transmilliləşmə prosesi daima inkişaf edən və dəyişən bir prosesdir. Elə bu dəyişmələrin fonunda da, transmilliləşmə prosesi tez-tez müxtəlif cür formalar alır. Buna görədir ki, transmilliləşmə nəzəriyyələri kifayət qədər uzun bir inkişaf yolu keçmələrinə baxmayaraq, bu mürəkkəb prosesi müxtəlif aspektlərdən, bütün tərəflərdən izah edə bilən və tamamlanmış bir nəzəriyyə hələ də mövcud deyildir.

Lakin, biz tamamlanmaya məhkum edilmiş bu nəzəriyyələrə diqqət yetirsək, hər bir nəzəriyyənin prosesə müəyyən qism amillərə əsaslanan yanaşma tərzləri olduğunu görə bilərik. Həmin bu amillərə əsaslanaraq onlar transmilliləşmə prosesini, dövlətlərin transmilliləşmə şəraitindəki davranış tərzlərini və formalarını öz fəaliyyətlərinin transmilliləşməsinə doğru can atmalarını izah etməyə çaləşərlar. Sözügedən bu nəzəriyyələrin tədqiqatına başlamazdan əvvəl, yada salaq ki, hər bir iqtisadi fəaliyyətin məqsədi xərclərin minimumlaşdırılması və gəlirlərin maksimumlaşdırılmasıdır. Kompaniyaların da öz fəaliyyətlərini genişləndirməyə sövq edən motiv elə öz gəlirlərini sabitləşdirmək və uzunmüddətli etməkdən ibarətdir. Sabitlik və uzunmüddətlilik firma üçün iki əlavə meyar da müəyyən edir ki, bunlar da, iqtisadi səmərəlilik və rentabellilikdir. İqtisadi səmərəlilik özünü daha çox gəlirin müxtəlif formalarında büruzə verir. Rentabellilik dedikdə isə kapitalın və sairənin rentabelliliyi nəzərdə tutulur.

Lakin bəzən isə firmalar öz gəlirlərinin bilə-bilə azaldılmasına yol verirlər. Bu o halda baş verir ki, gəlirlərinin azaldılması son nəticədə bazar mühitində baş verən müxtəlif dəyişikliklər şəraitində gəlirlərini daha da, sabit edə bilmək üçün atılmış bir addım olsun.

Transmilliləşmə prosesinin izahına çalışan çoxsaylı nəzəriyyələri anlamaqdan ötəri, bir neçə ölkədə fəaliyyət göstərən transmilli korporasiyanın təmiz mənfəətini müəyyən edən amilləri və bu mənfəətin hesablanmasını nəzərdən keçirək. Aydın məsələdir ki, burada birbaşa xarici investisiyalardan da söhbət gedəcəkdir və transmilli korporasiyanın fəaliyyət göstərdiyi ölkələr iki qrupa ayrılacaqdır. Bir ölkə birbaşa xarici investisiyaları ixrac edən, digəri isə bu investisiyaları qəbul edən ölkə olacaqdır. Birbaşa xarici investisiyaları ixrac edən ölkəni donor ölkə adlandıracağıq. Birbaşa xarici investisiyanı qəbul edən ölkələri isə resipient ölkə adlandıracağıq. Bu halda firmanın ümumi mənfəətini M hərfi ilə işarə edirik. Donor ölkədə və resipient ölkələrdəki satışdan gələn gəliri isə, uyğun olaraq Gd və Gr işarə edək. Bizə məlumdur ki, mənfəəti hesablayarkən ümumi gəlirdən bütün çəkilmiş xərcləri çıxırıq, gəlin xərcləri də uyğun olaraq Xd və Xr kimi işarə edək və resipient ölkələrin sayı ixtiyari bir n ədədi olsun. Bu zaman belə bir düstur əldə edərik:


M=Gd+G1r+G2r+...+Gnr-Xd-X1r-X2r-Xnr

Bu düsturu bir az sadələşdirək, tutaq ki, burada n-sayda deyil yalnız, bir dənə resipient ölkə mövcuddur. Onda yuxarıda verdiyimiz düstur bu cür bir şəkil alacaqdır:




M=Gd+Gr-Xd-Xr

İndi isə X-ə (yəni xərclərə) diqqət yetirək. Xərclər haradan yarana bilər. Xərclərin bir hissəsini əsas fondlara çəkilən xərclər təşkil edə bilər. Onu Xəf –kimi işarə edək. Nəqliyyata çəkilən xərclər də mövcud olur, onu Xnəq –kimi işarə edək. Elmi tədqiqat işləri daha səmərəli məhsul istehsal etməyə yardımçı olur. Bu baxımdan transmilli korporasiyalar elmi xərclərə də, xüsusi diqqət yetirirlər. Bunu da, Xelm –kimi işarə edək. Biz qeyd etmişdik ki, iqtisadi hakimiyyətin beş elementi var ki, bunlardan biri də hökumət orqanları ilə əlaqədir. Firmaların buna da çəkdikləri xərci və başqa bu kimi xərcləri (vegi və s.) nəzərə alsaq dövlət xərcləri adı altında Xdvlt-i ayırmış olarıq. Bundan başqa, idarəetməyə, reklama, marketinqə (əmtəənin irəliləməsi üçün) promousen kompaniyaların həyata keçirilməsinə ayrılan Xmen; Xrek; Xmar; Xpr kimi adlandıra bilmərik. Transaksion xərclər də, mövcuddur. Onu da, Xtr kimi işarə edək. Burada başqa xərclər də mövcuddur ki, bu xərclərin formalaşmasında bir neçə amillər iştirak edir. Bu xərcləri də, Xb ilə işarə edək. Beləliklə, xərclərin ümumi düsturu belə olacaqdır:




X=Xəf+Xnəq+Xelm+Xdvlt+Xmen+Xrek+Xmar+Xpr+Xtr+Xb

1.3. TMK-IN FƏALİYYƏTİNİN XÜSUSİYYƏTLƏRİ

Transmilli korporasiyaların gələcək inkişaf perspektivləri haqqında danışmazdan əvvəl onu qeyd edək ki, dünya iqtisadiyyatında baş verən çoxsaylı proseslərdən hər hansısa birinin proqnozunu vermək çox çətin və riskli bir işdir. Buna əmin olmaq üçün əvvəllər verilmiş proqnozları və onların özlərini nə dərəcədə doğrultduqlarını yada salıb nəzərdən keçirmək kifayət edər. Misal üçün, Argentina ilə bağlı bir proqnozu nəzərdən keçirək. Belə ki, XX əsrin əvvəllərində ÜDM-un adambaşına düşən həcminə görə dünyada onuncu yerdə duran Argentinanın iqtisadçılar böyük ümidli gələcəyini proqnozlaşdırırdılar. Alimlər Argentinanın yüksək inkişaf templərini nəzərə alıb Cənubi Amerikanın ABŞ olacağını əminliklə vurğulayırdılar.

Lakin dünya iqtisadiyyatında baş verən sonrakı proseslər bütün bu fikirləri, bütün bu mülahizələri, proqnozları alt-üst etdi. Hazırda isə Argentina ÜDM-un adambaşına düşən payına görə dünyada 60-cı yeri tutur.

Başqa bir praktiki hala müraciət edək. Birinci dünya müharibəsinə qədər Filippin Asiyanın ən perspektivli, ən inkişaf edən və ən qabaqcıl ölkəsi hesab edilirdi. XX əsrin ikinci yarısının ilk on ilində Filippin Cənubi Koreya və Tayvani geridə qoyurdu. Hazırda isə Filippin Cənubi Koreyadan dörd dəfə, Tayvandan isə altı dəfə geri qalmaqdadır. XX əsrin əvvəllərində heç kəs Filippin iqtisadiyyatının durumunun bu cür dəyişməsini güman etmirdi.

Həmçinin heç kəs ikinci dünya müharibəsindən sonra sözün bütün mənalarında çökmüş, süquta uğramış Almaniya və Yaponiyanın bu qədər tez bir zamanda ayağa qalxıb inkişaf edəcəyinə inanmazdı. XX əsrin sonunda dünyanın üç əsas iqtisadi güc mərkəzlərindən birinin Almaniya, digərinin isə Yaponiya olacağını o zaman heç kəs ağlına belə gətirə bilməzdi.

Bütün bu deyilənlər hansısa məntiqə əsaslanaraq gələcəkdə baş verəcəkləri qabaqcadan deməyin, proqnoz verməyin nə dərəcədə çətin bir iş olmasına dəlalət edir. Lakin yalnız proqnozlar verməklə, bu proqnozları reallıqla müqayisə etməklə və yenidən dərinləşdirməklə, düzəlişlər etməklə zəngin dünya iqtisadiyyatının vacib proseslərinin daha da ətraflı şəkildə dərk olunmasına yaxınlaşa bilirik. Həmçinin proqnoz düz olmasa belə, hadisələrin inkişafının mümkün olacaq bir variantını göstərir və onun təsirləri mənfi olacaqsa, qarşısının alınması üçün tövsiyyələr verir. Bu da proqnozun çox gözəl bir xüsusiyyətidir.

İstehsalprosesinin transmilliləşməsi də ciddi və vacib dəyişikliklər ilə müşayiət olunacaq. Dövlət və transmilli kapital arasında olan yenə mübarizə davam edəcəkdir. Əhali isə yaşadığı regiondan asılı olmayacaq bir istehlakçı kimi transmilli korporasiyalara və onların istehsal etdikləri əmtəələrə üstünlük verəcəkdir. Buna səbəb isə transmilli korporasiyaların daha aəağı qiymətlə keyfiyyətli əmtəə təqdim etməsi olacaqdır.

Həmçinin dövlətlərin iqtisadi siyasəti yerli istehsalçıları qorumağa, onların inkişafına yardımçı olan bir proteksionist siyasət olacaqdır. Həm dövlətlər, həm də transmilli korporasiyalar öz mənafeyinə uyğun milli hökumətlərdən də üstün olan tənzimləmə orqanlarının yaradıımasında maraqlı olacaqlar. Həmin bu tənzimləmə orqanları yəqin ki, sonradan dünya hökuməti olmağa çalışacaqdır.

Milli dövlətlərin fövqəldövlət tənzimləməsinin mövcudluğuna meylli olmalarının ən əsas səbəbi dövlətləri bəzən onların maraqlarına zidd olan transmilli kapitalın tənzimlənməzinə, nəzarət altında saxlanılmasına və onun sərbəst hərəkət etməsinə təsir göstərilməsinə səy göstərilməsi hesab edilir.

Milli hökumətlər transmilli korporasiyaların qarşısında maneələr törətdiklərindən, transmilli kapitalın sərbəst hərəkətinə öz maraqlarına uyğun təsir edəcəklərindən transmilli korporasiyalar fövqəldövlət tənzimlənilməsi orqanlarına meylli olacaqdırlar. Onlara sərf edən ÜTT, BVF və bu kimi qurumların daha çox mövcud olmasıdır.

İki güclü rəqib olan transmilli korporasiya və dövlət arasındakı mübarizə kompromis qərarlar seriyası ilə də müşayiət olunacaqdır. Lakin son nəticəyə gəldikdə bu mübarizə liberal və fövqəlmilli orqanların iqtisadi idarəetməsinin təşkil olunması ilə bitir.

Bildiyimiz kimi, transmilli korporasiyaların fəaliyyətinin əsasında istehsal prosesinin təşkili zamanı ölkələr arasındakı bütün fərqlərin istifadəsi durur. Transmilli korporasiyalar da istehsal prosesinin bir hissəsini o ölkə və regionlara keçirmək istəyirlər ki, həmin ölkələrdə və regionlarda bu proseslərin həyata keçirilməsi üçün lokal üstünlüklər mövcud olsun. Məsələn, vergi güzəştlərinin mövcud olduğu ərazilərdə transmilli korporasiyalar maliyyə və idarəetmə bölmələrini yerləşdirməkdə maraqlı olurlar. Geniş həcmli daxili bazarlara malik ölkələrdə isə ticarət, satış və marketinq fəaliyyəti ilə məşğul olan bölmələr yaradılır. İşçi qüvvəsinin ucuz başa gəldiyi ölkələrdə isə istehsal müəssisələrinin qurulması daha məqsədəuyöun hesab edilir.

Lakin dünya iqtisadiyyatının qloballaşması dünya ölkələri arasında olan bu fərqliliklərə təsir edəcək və bu ölkələr arasındakı fərqlər müntəzəm şəkildə aradan qaldırılacaqdır. Hər bir ölkədə eyni şərait mövcud olduğu halda isə transmilli korporasiyalar demək olar ki, fəaliyyət göstərdikləri ölkələrin fərqinə varmayacaqdırlar. Lakin dünya iqtisadiyyatının qloballaşmasının nəticələrindən asılı olan fərqlərlə yanaşı, ölkələr arasında elə fərqlər mövcuddur ki, bu fərqlərə qloballaşmanın nəticələrinin təsiri qısa bir zaman ərzində baş vermir. Bu fərqlər ölkələr arasındakı iqlim fərqləridir. Məhz təbiətin verdiyi iqlim dəyişikliyə uğramayıb olduğu kimi qalacaqdır. Məsələn, faydalı qazıntıların çıxarılması və ilkin emalı elə ərazilərdə yerləşdiriləcəkdir ki, bu ərazilər həmin təbii resursların yerləşdiyi əraziyə daha yaxın olsun. Yığıma əsaslanan istehsal isə firmalara yaxın və nəqliyyat xərclərinin minimum olduğu yerlərdə yerləşdiriləcəkdir.

Yeni informasiya texnologiyalarının meydana gəlməsi isə transmilli korporasiyaların strategiyasını və eləcə də təşkil olunmasını köklü şəkildə dəyişdirəcəkdir. Transmilli korporasiyaların istehsal bölmələri getdikcə genişlənəcək və ucuz həm də ixtisaslaşmış işçi qüvvəsinin olduğu ölkələrə hərəkət edəcəkdir.

Həmçinin transmilli korporasiyaların digər hissələrində də köklü olaraq dəyişikliklər baş verəcəkdir. Bunlardan biri də elmi tədqiqat, təcrübə konstruktor işlərində baş verəcəkdir. Belə ki, transmilli korporasiyaların elmi tədqiqatlar ilə bağlı olan bölmələri müxtəlif ölkələrdə yerləşəcəklər. Bunun əsasında isə internetin yaratdığı bəzi asanlıqlar durur. Bu asanlıqlara ilk növbədə alimlərin tədqiqatlarının və işlərinin onları həyata keçirə biləcək sahibkarlara tez və asan çata bilməsi üçün internetin yaratdığı əlverişli şərait ola bilir.

Transmilli korporasiyaların strateji marketinqlərini həyata keçirən orqanlar yenə də, transmilli korporasiyaların mənzil qərargahlarında yerləşəcəklər. Lakin əmtəələrin irəlilədilməsini həyata keçirən qurumlar isə birbaşa internetlə bağlı olacaqdır.

Əmtəələrin, xidmətlərinin, təmir işlərinin, ehtiyat hissələrinin internet vasitəsilə çatdırılması prinsipial olaraq başqa bir təşkil olunma tələb edəcəkdir. O, eləcə də, idarəetmənin üslubunda da dəyişikliklər tələb edəcəkdir. Əgər, indi bir çox iri transmilli korporasiyalarda çatdırılma köməkçi xarakter daşıyırsa elektron kommersiyada bu bir iri korporasiyanın digərindən həqiqətən fərqləndiyi yeganə sfera olacaqdır. Çatdırılmanın sürəti və keyfiyyəti transmilli korporasiyaların rəqabət qabiliyyətliliklərini müəyyən edən başlıca faktor olacaqdır.

Elektron kommersiyada satıcı heç bir bilgiyə sahib olmur. Alıcının da öz növbəsində satıcıdan xəbəri olmur. Əgər ayrı-ayrı proqramın xarakterli məhsul, xidmət informasiyadırsa, o zaman çatdırılma ilə bağlı heç bir problem olmur. Əmtəə ani olaraq şəbəkə ilə ötürülür və orada da son hesab aparılır.

Lakin fiziki xarakterli əmtəələri alıcıya mütləq çatdırmaq lazımdır. Burada isə çatdırılmanı daha tez, sürətli və daha keyfiyyətli həyata keçirmək uğrunda rəqabət mübarizəsi davam edəcəkdir.

Gələcək dövrdə transmilli korporasiyalar əmtəəni müxtəlif bazarlara çatdıra biləcəklər. Lakin bununla yanaşı transmilli korporasiyalar həmin bazarda fiziki olaraq mövcud olmayacaqlar. Elektron ticarətin inkişafı ilə bağlı olan bir praktiki hala nəzər salaq: hazırki şəraitdə ABŞ-da elektron poçtların vasitəsilə minik avtomobillərinin satışı inkişaf etməyə başlamışdır. Bu satışın həyata keçirilməsi ilə daha çox “carsdirect.com” firması məşğul olur. Bu firma 1999-cu ildə Los-Ancles şəhərində yaradılmışdır.

ABŞ-a məxsus olan “carsdirect.com” firması 1999-cu ilin iyulunda 20 ən iri ABŞ avtomobil dilerlərindən biri olmuşdur. Bu şirkətin tanınmasına və şöhrət tapmasına səbəb heç də onun ucuz qiymətlərlə işləməsi olmamışdır. Səbəb isə vardır: bu da “carsdirect.com”-da unikal çatdırılma sisteminin qurulmasıdır. Bütün ölkə üzrə fəaliyyət göstərən 1100 diler ilə çoxsaylı müqavilələr imzalanmışdır. Bu kontraktlarda satılmış avtomobillərin zəmanətli çatdırılması və yerindəcə keyfiyyətinin yoxlanılması nəzərdə tutulur.

Ümumiyyətlə, elektron kommersiyada bəşər tarixində ilk dəfə olaraq satış və alış ayrılmağa və ciddi şəkildə fərqləndirilməyə başlanılır. Satış qəbul ediləndən və ödəniləndən sonra baş verən prosesdir. Alış isə alınmış əmtəə alıcıya çatdıqdan və alıcı bundan razı qaldıqdan sonra başa çatır. Elektron ticarətdə həm də istehsal və satış da fərqləndirlir. Bizim istehsal adlandırdığımız elekton ticarətdə daha çox təchizat kimi başa düşülür. Bildiyimiz kimi, ənənəvi ticarət strukturlarında ticarət prosesi bu deviz altinda baş verir: “İstehsal etdiyimizi satırıq”. Gələcəkdə isə elektron ticarət “çatdıra bildiyimizi satırıq” devizi ilə inkişaf edəcəkdir.

Yeni informasiya texnologiyaları məhsulun həyat tsiklinin azalması şəraitində əsas rol oynayırlar. Əgər tarixə bir qədər nəzər salsaq görərik ki, əmtəənin həyat tskili on illiklərlə hesablanırdısa, 80-ci illərdə artıq bir neçə ilə qədər azalmışdır. XX əsrin 90-cı illərində isə bir çox əmtəələr üzrə həyat tsikli bir neçə aya gəlib çatdı. Bu daha çox yeni məhsulların tez-tez bir-birini əvəz etdiyi elektornika sahəsində daha çox nəzərə çarpmaqla olacaqdır.

Yaxın gələcəkdə elektron kommersiya adalnan kommersiya sahəsində çoxsaylə dəyişikliklərin baş verməsi gözlənilir.


1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə