Multimedia Mərkəzi Ali təhsil müəssisələrinin jurnalistika fakültələri üçün multimedia jurnaliSTİkasi fənninin




Yüklə 79.11 Kb.
tarix10.04.2016
ölçüsü79.11 Kb.

Multimedia Mərkəzi



Ali təhsil müəssisələrinin jurnalistika fakültələri üçün

MULTİMEDİA JURNALİSTİKASI
fənninin

PROQRAMI



Kursun təsviri

Audio, foto, video məhsulları və multimedia haqqında anlayış. Multimedia alətlərinin tanınması və istifadə qaydası. Multimedia üçün zəruri avadanlıqların öyrənilməsi. Peşəkar TV çəkilişi, fotoçəkiliş, səs yazısının qeydəalınma qaydaları. Multimedia jurnalistikasının prinsipləri. Multimedia vasitələrində etik qaydalar. Multimedia məhsullarının hazırlanması üçün gərəkli olan kompyuter proqramları ilə tanışlıq. Adobe Premier, Aftoreffect, Sound Bouth, Vegas, Audiocity, Photoshop, onlayn pulsuz video və audio montaj proqramlarından istifadə qaydaları və onların operativ tətbiqi.

İnternet TV və radio studiyalarının qurulması texnologiyası. İnternet media qurumları ilə ənənəvi media qurumları arasında oxşarlıq, oxşarlığın müsbət cəhətləri.

Multimedia portalının yaradılması. Multimedia portalında yayımın həyata keçirilməsi. Media qurumunun ictimaiyyətlə əlaqələr strategiyasının hazırlanması qaydaları. Media qurumunun davamlı inkişafının təmin edilməsi yolları. Multimedia qurumunun idarə olunması, rəqabətə davamlılıq. Multimedia qurumunun kommersiya strategiyası.

Kursda tələbələr audio-videoməhsulların hazırlanması və təqdim edilməsi texnologiyalarını mənimsəyirlər. Kurs audio, video və foto jurnalistikası sahəsində istifadə olunan avadanlıqlardan və proqramlardan peşəkar istifadə qaydalarının öyrədilməsinə istiqamətlənib.

Kurs tələbələrdə İnternet TV və radiosu sahəsində işləmək üçün bacarıq və vərdişlər formalaşdırır, bu sahədə biliklər verir. Tələbələr multimedia xəbərlərinə verilən tələbləri öyrənir və onlayn mühitdə video ilə xəbərləmənin imkanlarını mənimsəyirlər. Kursda, həmçinin peşəkar standartlara uyğun videoməhsulların onlayn mühit üçün istehsalı öyrənilir.


Məqsəd

  1. Tələbələri multimedia məhsullarının effektiv üsullarla istehsalı və təqdim edilməsinə hazırlamaq

  2. Tələbələrdə multimedia məhsullarının istehsalında, kontentin idarə olunma­sında, videoredaktə məsələlərində peşəkar bacarıq və vərdişlər formalaşdırmaq

  3. Multimedia xəbərlərinin hazırlanması və yayılması istiqamətində bacarıqlar formalaşdırmaq


Vəzifələr

  1. Audio-video sahəsində işlədilən əsas terminləri bilmək;

  2. Audio-videoyazının və onun redaktəsinin əsaslarını mənimsəmək;

  3. Mikrofonlardan və işıqlandırma qurğularından istifadə qaydalarını mənimsəmək;

  4. Müxtəlif avadanlıqlardan (kamera, videomaqnitofon, telefon və s.) istifadə edərək video yazmaq və redaktə etmək, qrafika ilə işləmək bacarıqlarını mənimsəmək;

  5. İnternet TV və radionun fəaliyyəti ilə bağlı təsəvvürə malik olmaq; bu sahədə əsas terminləri və əməliyyatları anlamaq;

  6. Video istehsalı prosesində estetik prinsipləri mənimsəmək.



Kurs üçün zəruri olan avadanlıqlar və proqramlar

  1. 4Gb yaddaşa malik fləş kart;

  2. Qulaqlıq;

  3. Rəqəmsal fotokamera və ya onu əvəz edən qurğu;

  4. Dizüstü kompyuter;

  5. Sosial şəbəkələrdə hesabların olması;

  6. Fərdi bloqa sahib olmaq;

  7. Diktofon;

  8. Mini-kamera.


Mövzular
Mövzu 1. Multimedia jurnalistika kursuna giriş. Audio və video avadanlıqlar haqqında məlumatlar və onlarla tanışlıq. Rəqəmsal videokameralar. Kasetlər və batareyalar. Əsas terminlər. İnternetdə video və audio ilə bağlı müxtəlif onlayn treninq materialları ilə tanışlıq
Mövzu 2. Sadə vebsaytın və bloqun yaradılması, tərtibatı, strukturu, tərkibi. Bloqları və sadə vebsaytları təhlil etmək. Saytda istifadəçinin rahatlığı. Multimedia materiallarının onlayn resurslarda yayılması. Multimedia materiallarının bloqa yüklənməsi. Kontentin idarə edilməsi sistemi ilə işləmək qaydaları
Mövzu 3. Video üçün audio. Musiqi faylları. Kadrarxası səs. Səsin gücü: yüksək səs və aşağı səs. Müsahibələr. Təbii səs. Mikrofonla iş. Simsiz və uzantılı (lüləli) mikrofonlardan istifadə. Audiofaylların onlayn resursa yüklənməsi
Mövzu 4. Ssenarilərin yazılması və kadrarxası səs. Müsahibə üçün yerin seçilməsi. Müsahibə öncəsi suallar. Xəbərin audiokliplə müşayiət olunması
Mövzu 5. Videomüsahibələri analiz etmək. Video servisində hesab açmaq və ondan istifadə qaydaları. Videonun sıxılması. Videonun veb resursa yüklənməsi. Veb kanalı. Sənədli üslubda videoçəkiliş. Təcili xəbər üçün videoklip

Mövzu 6. Videoredaktə proqramlari ilə tanışlıq və onlardan peşəkar istifadə. Videoredaktənin incəlikləri. iMovie, Movie Maker. Kliplərin qaydaya salınması. Başlıqlarla iş. Keçidlərin əlavə edilməsi. Fotolardan, videomateriallardan istifadə
Mövzu 7. Podkast və audio bloqçuluq. Podkast-audio bloqçuluq haqqında ümumi məlumat. Podkastın hazırlanma texnikası (səsin yazılması, montajı və s.) İnternetdə və bloqda yayımlanması. Podkastın növləri (podkast bloqçuluq, aktual xəbər, monoloq, dialoq, seriya). Milli podkast resursları. Podkastların dinlənilməsi və tənzimlənməsi
Mövzu 8. Veb üçün foto və qrafiklərin Photoshop vasitəsilə redaktəsi. Fotoşəkillərin optimallaşdırılması, kəsilməsi, dəyişdirilməsi. Fotoredaktə və etik normalar
Mövzu 9. Audioredaktə proqramları ilə tanışlıq və peşəkar istifadə. Dialoqun, müsahibələrin, təbii səsin redaktəsi. Keyfiyyətli səsin əldə edilməsi. Audacity proqramı vasitəsilə səsin yazılması və montajı. SoundCloud.com online səsyazma və audio paylaşma saytı. Audiofaylların yüklənməsi. Onlayn proqramla səsin yazılması və yayılması. Sound Forge proqramı ilə peşəkar rəqəmli audio istehsalı. Mobil telefonla səsyazma
Mövzu 10. Video ilə peşəkar çəkiliş üçün gərəkli olan əməliyyatlar: fokus, böyütmə, kiçiltmə, kompozisiya, işıqlandırma, ardıcıllıq və s. Hər hansı videolayihənin təklifini hazırlamaq
Mövzu 11. Mobil avadanlıqlar. Mobil telefonla, tabletlərlə video və foto çəkilişi. Mobil telefonla səsyazma. Mobil multimedia materiallarının üzərində iş
Mövzu 12. Tələbələrin video və audio layihələrlə işi
Mövzu 13. İnternet TV və radio qurumlarının iş prinsipi, onların strukturu. Effektiv idarəetmə metodları. Layihələrin hazırlanması

Tapşırıqlar və suallar


  1. İnformasiya cəmiyyətində jurnalistin yeri

  2. Hansı jurnalist onlayn jurnalistdir

  3. İnformasiya portallarına düzgün ad seçimi

  4. Hostinq nədir və necə əldə olunur

  5. Domen nədir və necə əldə olunur

  6. İnternetdə informasiya tapmaq, faktı dəqiqləşdirmək yolları

  7. Onlayn jurnalist və sosial şəbəkələr

  8. Twitter-in jurnalist üçün üstünlükləri, faydası, ondan düzgün istifadə,

həştəq

  1. Vətəndaş jurnalistikası nədir

  2. Vətəndaş jurnalistləri üçün onlayn imkanlar

  3. Vətəndaş jurnalistikası üçün video, audio və foto resursları

  4. Bloq nədir, bloq postu nədir

  5. Hansı bloq platformaları var

  6. Bloqçu kimdir

  7. Bloq və saytın fərqi

  8. Bloqu məşhurlaşdırma yolları

  9. İnternetdə açar sözlərin faydası

  10. Materialın yerləşdirilməsi və düzgün açar sözlərin seçimi

  11. İnformasiya mübadiləsi proqramları

  12. Onlayn jurnalist üçün zəruri avadanlıqlar. Onlayn jurnalistin iş yeri

  13. İnternet jurnalistikası üçün veb redaksiya

  14. İnternetdə reklamın özəllikləri

  15. Açar sözlərlə reklam nədir

  16. Reklam cəlb edə bilmək üçün tələb olunan şərtlər

  17. Azərbaycan İnternetinin tarixi

  18. Azərbaycanda yaranmış ilk informasiya portalları

  19. Onlayn jurnalistin peşə etikası

  20. İnternetdə istinad və ya link vermək nədir, niyə vacibdir

  21. Ən populyar axtarış sistemləri. İnternetdə şəkil axtarışı. Azərbaycan

dilində informasiya axtarışı necə aparılır. Azərbaycan domen adlarına uyğun axtarış. Transliterasiya

  1. Bloqlarda və portallarda şəkil yerləşdirmə standartları

  2. Vikipedia. Azərbaycan dilində Vikipediya
  3. Photoshop proqramı ilə tanışlıq, şəklin kəsilməsi, rəng seçimi və
    yaddaşa verilməsi

  4. Audiocity proqramı ilə tanışlıq

  5. Konkret bir şəxsin səsini yazmaq və yaddaşda saxlamaq

  6. Öz səsinizi yazın, yaddaşda saxlayın və redaktə edin

  7. Seçilmiş dərslərə müxtəlif mövzularda və vacib anlarda çəkilmiş iki şəkil
    gətirmək və onları izah etmək

  8. Ekoloji vəziyyəti əks etdirən və dərc olunmaq üçün nəzərdə tutulan şəkil
    çəkmək

  9. Səsli və görüntülü xəbər hazırlamaq

  10. Multimedia tanıtma alətləri

  11. Prezi.com-da hesab açın

  12. Kurs boyu istehsal edilən materiallar və bloqlar barədə prezi.com-da
    təqdimat hazırlamaq.

  13. Konkret mövzular üzrə səsli və görüntülü yazılar hazırlamaq


Əlavə dəstək:

Əlavə köməyə ehtiyacı olan, tapşırıqları yerinə yetirə bilməyən tələbə fərdi iş zamanı və ya elektron formada müəllimlə əlaqə saxlaya, problemi müzakirə edə bilər.



Biliyin qiymətləndirilməsi:

İmtahanın nəticəsi – 50%

Davamiyyət – 10%

Seminar (məşğələ) və studiya (laboratoriya) dərsləri – 20%

Kurs işi – 10%

Sərbəst iş – 10%

Sərbəst işə bloq, konkret mövzu üzrə foto, audio, video material hazırlamaq aiddir.

Fənnin tədrisinə ayrılan saatların mövzular üzrə bölgüsü


(Cəmi: saat; mühazirə (M): saat; seminar (S): saat; praktiki məşğələ (PM): saat)


Mövzu

Saatların

miqdarı


M

S

PM

Mövzu 1. Multimedia jurnalis­tika kursuna giriş. Audio və vi­deo avadanlıqlar haqqında mə­lu­mat­lar və tanışlıq. Rəqəmsal videoka­meralar. Kasetlər və batareyalar. Əsas terminlər. İn­ter­netdə video və audio ilə bağ­lı müxtəlif onlayn treninq mate­rialları ilə tanışlıq













Mövzu 2. Video ilə peşəkar çə­ki­­liş üçün gərəkli olan əməliy­yatlar: fokus, böyütmə, kiçilt­mə, kompozisiya, işıqlan­dırma, ardıcıl­lıq və s. Hər hansı videolayihənin təklifini hazırlamaq













Mövzu 3. Video üçün audio. Musiqi faylları. Kadrarxası səs. Səsin gücü: yüksək səs və aşağı səs. Müsahibələr. Təbii səs. Mi­kro­fonla iş. Simsiz və uzantılı (lüləli) mikrofonlardan istifadə. Audiofaylların onlayn resursa yüklənməsi













Mövzu 4. Ssenarilərin yazıl­ma­sı və kadr­arxası səs. Müsahibə üçün yerin seçilməsi. Müsahibəöncəsi suallar. Xəbərin audio­kliplə müşayiət olunması













Mövzu 5. Videomüsahibələri təhlil etmək. Video servisində he­sab açmaq və ondan istifadə qaydaları. Videonun sıxılması. Vide­o­nun veb resursa yüklən­məsi. Veb kanalı. Sənədli üslubda videoçəkiliş. Təcili xə­bər üçün videoklip













Mövzu 6. Videoredaktə proq­ramları ilə tanışlıq və peşəkar istifadə. Videoredaktənin incə­lik­ləri. iMovie, Movie Maker. Kliplərin qaydaya salınması. Baş­lıqlarla iş. Keçidlərin əlavə edilməsi. Fotolardan, videoma­te­rial­lardan istifadə













Mövzu 7. Podkast və audio bloqçuluq. Pod­kast və audio bloq­çuluq haqqında ümu­mi məlu­mat. Podkastın hazırlanma texni­kası (səsin yazılması, montajı və s.), İnternetdə və bloqda yayımlanması. Podkastın növ­ləri (podkast blogging, aktual xəbər, monoloq, dialoq, serial). Milli podkast resursları. Pod­kastların dinlənilməsi və tən­zim­lənməsi













Mövzu 8. Veb üçün foto və qrafiklərin Photo­shop vasitəsilə re­daktəsi. Fotoşəkil­lə­rin opti­mal­laşdırılması, kəsilməsi, də­yiş­dirilməsi. Fotoredaktə və etik normalar













Mövzu 9. Sadə veb saytın və bloqun yara­dılması, tərtibatı, strukturu, tərkibi. Bloqları və sadə veb saytları təhlil etmək. Saytda istifadəçinin rahatlığı. Multimedia material­la­rının onlayn re­surslarda yayılması. Multi­media materiallarının bloqa yük­lənməsi. Kontentin idarə edilməsi sistemi ilə işləmək qaydaları













Mövzu 10. Mobil avadanlıqlar. Mobil tele­fonla, iPad və digər planşetlərlə video və foto çə­kilişi. Mobil telefonla səsyazma. Mo­bil multimedia materi­alla­rının üzərində iş.













Mövzu 12. Tələbələrin video və audio layihələrlə işi













Mövzu 13. İnternet TV və radio qurumlarının iş prinsipi. Strukturu. Effektiv ida­rəetmə metodları. Layihə­lərin hazırlan­ması















İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:



Azərbaycan dilində


  1. Abbasov Ə.M., Əliquliyev R.M., Ağayev F.T. Web səhifələrin yaradılması. Bakı: Elm, 2002, 114 səh.

  2. Əliquliyev R.M., Valehov C.F., Mahmudov R.Ş. İnternet-jurnalistikanın formalaş­ma­sının bəzi aspektləri. Ekspress-informasiya. İnformasiya cəmiyyəti seriyası. Bakı: İnfor­masiya Texnologiyaları, 2008, 32 səh.

  3. Əliquliyev R.M., Mahmudov R.Ş. İnformasiya asılılığı problemləri və onlarla mübarizə yolları. Ekspress-informasiya. İnformasiya cəmiyyəti seriyası. Bakı: İnformasiya Texno­lo­giyaları, 2009, 62 səh.

  4. Əliquliyev R.M., İmamverdiyev Y.N., Abdullayeva F.C. Sosial şəbəkələr. Bakı: İnfor­masiya Texnologiyaları, 2010, 287 səh.

  5. Əliquliyev R.M., Mahmudov R.Ş. İnternetin tənzimlənməsi problemləri. Ekspress-informasiya. İnformasiya cəmiyyəti seriyası. Bakı: İnformasiya Texnologiyaları, 2010, 115 səh.

  6. Əliquliyev R.M., Mahmudov R.Ş. İnternet fenomeninə çoxaspektli baxış. Ekspress-informasiya. İnformasiya cəmiyyəti seriyası. Bakı: İnformasiya Texnologiyaları, 2010, 96 səh.

  7. Əliquliyev R.M., Mahmudov R.Ş. İnternet mühitində intellektual mülkiyyət hüquqlarının qorunması məsələləri. Ekspress-informasiya. İnformasiya cəmiyyəti seriyası. Bakı: İnformasiya Texnologiyaları, 2010, 60 səh.

  8. Əliquliyev R.M., Ələkbərov İ.Y. Vikipediya. Virtual ensiklopediya. Bakı: İnformasiya Texnologiyaları, 2010, 184 səh.

  9. Əliquliyev R.M., Mahmudov R.Ş. Əşyaların İnterneti. Ekspress-informasiya. İnfor­masiya cəmiyyəti seriyası. Bakı: İnformasiya Texnologiyaları, 2012, 48 səh.

  10. Əliquliyev R.M., Mahmudov R.Ş. İnternet medianın meydana gəlməsi və inkişafı: əsas istiqamətlər və xüsusiyyətlər. Bakı: İnformasiya Texnologiyaları, 2012, 52 səh.

  11. İnformasiya cəmiyyəti problemləri” elmi-praktiki jurnalı, № 1. Bakı: İnformasiya Texnologiyaları, 2010, 84 səh.

  12. İnformasiya cəmiyyəti problemləri” elmi-praktiki jurnalı, № 2. Bakı: İnformasiya Texnologiyaları, 2010, 112 səh.

  13. İnformasiya cəmiyyəti problemləri” elmi-praktiki jurnalı, № 1 (3). Bakı: İnforma­siya Texnologiyaları, 2011, 104 səh.

  14. Gündüz Osman. Mobil telefon və kompyuter. Bakı: “Oskar”, 2007

  15. Gündüz Osman. İnternet. Azərbaycan İnternet resursları. Bakı: “Oskar”, 2010

  16. Gündüz Osman. Jurnalistlər üçün informasiya texnologiyaları. Bakı: “Oskar”, 2009


Xarici dillərdə

  1. Briggs M. Entrepreneurial journalism: How to build what’s next for news. Washington, DC: CQ Press, 2011

  2. Christian B. The most human human: What talking with computers teaches us about what it means to be alive. New York: Doubleday, 2011

  3. Designing CSS Web Pages by Christopher Schmitt

  4. Eiseman L. Color: Messages and meanings. Cincinnati, OH: Hand Brooks Press, 2011

  5. Flash Journalism by Mindy McAdams, hard copy available in the CRC and at the Library

  6. Foust J. Online journalism: Principles and practices of news for the web. Scottsdale, AZ: Holcomb Hathway Publishers, 2011

  7. Friend C. & Singer J.B. Online journalism ethics. Traditions and transitions. New York: M.E. Sharpe, Inc., 2010

  8. Gillmor D. Mediactive. Creative Commons License, 2010

  9. Green S.C., Lodato M.J., Schwalbe C.B. & Silcock B. News now: Visual storytelling in the digital age. Allyn & Bacon, 2012

  10. HTML, Dreamweaver, ILife and other software how-to books from reputable experts such as Peachpit Press / New Riders or Thompson

  11. Journalism Next: A Practical Guide to Digital Reporting and Publishing [Paperback] Mark Briggs (Author)

  12. Luckie Mark S. The digital journalist’s handbook, 2010

  13. McFarland D.S. Dreamweaver CS5. The missing manual. Sebastopol, CA: O’Reilly Media, Inc. , 2010

  14. Nielsen & Pernice, K. Eyetracking web usability. Berkeley, CA: Nielson Norman Group, 2010

  15. “Online Journalism Review” – subscribe (free) to the email newsletter and visit the full sitefrequently

  16. Online Journalism: Principles and Practices of News for the Web, Second Edition, by James C.Foust, Holcomb Hathaway, 2009

The Elements of Online Journalism by Rey Rosales, Ph.D., iUniverse, 2006

  1. Pariser E. The filter bubble: What the internet is hiding from you. London, England: Penguin Press, 2011

  2. Paterson C., & Domingo D. Making online news. New York: Peter Lang Publishing, Inc., 2011

  3. Poynter – subscribe to email newsletters such as emedia tidbits and News U tutorials

  4. Rushkoff D. Program or be programmed: Ten commands for a digital age, 2010

  5. Shirky C. Cognitive surplus: How technology makes consumers into collaborators. London, England: Penguin Press, 2010

  6. The Elements of Internet Style by the editors of EEI Press, 2007

  7. Thornburg R. Producing online news: Digital skills, stronger stories. Washington, DC: CQ Press, 2010

  8. Tompkins A. Aim for the heart. Write, shoot, report, and produce for TV and multimedia. Chicago, Ill.: Bonus Books Transcending CSS by Andy Clark, 2011

  9. Turkle S. Alone together. Why we expect more from technology and less from each other. New York: Basic Books, Inc. , 2011

  10. Wenger D.H. & Potter D. Advancing the story. Broadcast journalism in the multimedia world. CQ Press: Washington, DC. , 2011

  11. Zittrain J. The future of the internet and how to stop it. Creative Commons License, 2008

  12. Калмыков А.А., Коханова Л.А. Интернет журналистика. M.: 2008



İnternet resursları

  1. Jurnalistika resursları: mnstate.edu/gunarat/ijr/journalism.html

  2. Journalism Net: journalismnet.com

  3. Journo List: the Internet for Journalists: johnmorrish.com/journolist

  4. Online Journalism Review: ojr.org

  5. Online Journalist: OnlineJournalist.org

  6. Knight Digital Media Center (online video/web tutorials): multimedia.journalism.berkeley.edu/tutorials

  7. Media College: mediacollege.com

  8. MediaStorm: mediastorm.org

  9. Interactive Narratives: interactivenarratives.org

  10. Washington Post – Camera Works: washingtonpost.com/wp-dyn/content/photo

  11. New York Times -- Lens Blog: lens.blogs.nytimes.com

  12. MultimediaShooter: www.multimediashooter.com

  13. Sosial media: sosialmedia.org

  14. Yeni media: yenimedia.az

  15. Səsin gəlsin: podkast.az

  16. Multimedia Mərkəzi: cit.az

  17. Multimedia Shooter: multimediashooter.com

  18. The Digital Journalist: digitaljournalist.org





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə