Mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi




Yüklə 220.69 Kb.
səhifə1/2
tarix24.04.2016
ölçüsü220.69 Kb.
  1   2


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

X Ə Z Ə R U N İ V E R S İ T E T İ

HÜQUQ DEPARTAMENTİ

“Mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi”

mövzusunda

B U R A X I L I Ş İ Ş İ




Dekan: Cabir Xəlilov

Elmi rəhbər: Akif Əlizadə

Tələbə: Xətai Yusubov

BAKI - 2011

M Ü N D Ə R İ C A T

GİRİŞ..............................................................................................3


I FƏSİL Mülkiyyət hüququnun müdafiəsinin anlayışı.....5

II FƏSİL Mülki və əşya hüquqlarının mülki-hüquqi

müdafiə üsullarının sistemi.............................11


III FƏSİL Mülkiyyətçinin marağının müdafiəsi

haqqında dövlət hakimiyyəti və idarəetmə

orqanları qarşısında qoyulan tələblər.............37

NƏTİCƏ................................................................................43

Ədəbiyyat siyahısı................................................................45


G i r i ş
Mülkiyyət hüququnun müdafiəsi mülki, cinayət və digər hüquq elmlərinin ən mühüm problemlərindən biridir. Məlumdur ki, hüquqi dövlət quruluşu olan cəmiyyətlərdə mülkiyyət-iqtisadi münasibətləri həmişə hüquqi təminatla bağlıdır. Bu öz əksini respublikanın yeni qəbul edilmiş Konstitusiyalarında da tapmışdır. Mülkiyyət toxnulmazlığı, vətəndaşların şəxsi işlərinə özbaşına müdaxilənin yolverilməzliyi, mülki hüquqların maneəsiz həyata keçirilməsi, mülkiyyət hüququnun bütün formalarının bərabərliyi və s. prinsipləri təsbit etməklə Konstitusiya mülkiyyət hüququnun müdafiəsini dövlətimizin ən mühüm vəzifələrindən biri hesab edir.

Mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi dedikdə, bu hüquqların pozulmasının aradan qaldırılmasına, mülkiyyətçinin pozulmuş hüquqlarının bərpasına və onun hüquqlarının müdafiəsinə yönəldilmış, mülki qanunvericilikdə nəzərdə tutulan vasitələrin məcmusu başa düşülməlidir. Göstərilən vasitələr özünün hüquqi təbiətinə görə bir neçə qrupa bölünür.

Mülkiyyət hüququnun müdafiəsi vasitələri içərisində hər şeydən əvvəl əşya hüquqi iddiaları qeyd etmək lazımdır. O vasitələri ki, onlar konkret vəzifələrlə bağlı deyldir, vəzifələri ya mülkiyyətçinin əşya üzərində sahiblik, ondan istifadə və barəsində sərəncamını bərpa etmək, ya da bu səlahiyyətlərin mülkiyyətçi tərəfindən həyata keçirilməsində maneələri və ya şübhələri yox etməkdir. Müvafiq olaraq əşya-hüquqi iddialara başqasının qanunsuz sahib olduğu əmlakın mülkiyyətçi tərəfindən tələb edilməsi

( vindikasiya iddiası ), pozulmuş hüquqlar sahiblikdən məhrumedilmə ilə əlaqadar olmadıqda da öz hüquqlarının bərpa edilməsi (neqator iddia) və nəhayət, mülkiyyət hüququnun etiraf edilməsi haqqında iddialardır. Daha dəqiq desək, konkret subyektiv hüquq kimi mülkiyyət hüququ qeyd ediyimiz iddialarla müdafiə olunur.

Mülkiyyət hüququnun müdafiəsinin ikinci, mülki-hüquqi vasitələr qrupu öhdəlik-hüquq xarakterli vasitələrdir. Onlara, məsələn, mülkiyyətçiyə dəymiş zərərin ödənilməsi, əsassız olaraq əldə edilmiş əmlakın alınması iddiaları və s. aiddir. Bütün bunlar üçün xarakterik cəhət odur ki, onları təşkil edən tələblər mülkiyyət hüququndan deyil, digər hüquq institutlarından və bu institutlara uyğun olan subyektiv hüquqlardan irəli gəlir. Məsələn, mülkiyyətçi əmlakı icarəyə verdikdə öz hüquqlarını müqavilə hüququ normaları ilə müdafiə edir.

Mülkiyyət hüququnun müdafiəsinin mülki-hüquqi vasitələrinin üçüncü qrupunu onlar təşkil edir ki, onlar, nə əşya-hüquq, nə də öhdəlik-hüquq xarakterli vasitələr deyildir, mülki-hüququn müxtəlif institutlarından irəli gəlir. Məsələn, xəbərsiz itkin düşmüş şəxsin əmlakının mühafizəsi, qanunun tələblərinə müvafiq olmayan bağlanan əqdlərdə tərəflərin mənafelərinin müdafiəsi belələrindəndir.

Nəhayət, xüsusi, mülki-hüquqi vasətələrin dördüncü qrupuna qanunla müəyyən olunmuş qaydada mülkiyyət hüququna xitam verilməsi zamanı mülkiyyətçinin mənafelərinin müdafiəsinə yönələn vasitələr daxildir.

Azərbaycan Respublikası və ya Naxçıvan Muxtar Respublikası mülkiyyət hüququna xitam verən qanunvericilik aktları qəbul etdikdə həmin aktların qəbul olunması nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi məhkəmənin qərarı ilə Azərbaycan Respublikası tərəfindən tam həcmdə ödənilir.

Dövlət idarəetmə orqanları və ya yerli orqanlar tərəfindən qanuna uyğun gəlməyən aktın qəbul edilməsi nəticəsində mülkiyyətçinin və başqa şəxslərin onlara məxsus əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüquqları pozularsa, həmin akt mülkiyyətçinin və ya hüquqları pozulan şəxsin iddiasına əsasən, məhkəmə tərəfindən etibarsız sayıla bilər.

Dövlət orqanlarının mülkiyyətçidən əmlakın bilavasitə alınmasına yönəldilən qərarı ilə əlaqədar olaraq mülkiyyət hüququna xitam verilməsinə yalnız Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən olunmuş hallarda və qaydada yol verilir. Bu zaman mülkiyyətçiyə eyni dəyərə malik əmlak verilir və ya dəymiş zərərin əvəzi tam həcmdə ödənilir.

Mülkiyyətçi, mülkiyyət hüququna xitam verən qərarla razılaşmadıqda, məhkəmə mübahisəni həll edənədək həmin qərar icra edilə bilməz.
I F Ə S İ L

§1. Mülkiyyət hüququnun müdafiəsinin anlayışı.

Bütün ictimai quruluşların iqtisadi əsası kimi mövcud mülkiyyət münasibətlərinin qorunması istənilən hüquqi sistemin vacib vəzifəsidir. Belə qorunmanın hüquqi vasitələri hüquq sahələrinin əksəriyyətində nəzərdə tutlmuşdur. Belə vasitələr mülkiyyət münasibətlərinin müdafiəsi və məxsusluğun tənzimlənməsinin ümumi prinsiplərini müəyyənləşdirən dövlət hüququnda; özgə əmlakına hüquqazidd qəsd etməyə görə məsuliyyət müəyyən edən cinayət və inzibati hüquqda; işçilərin işverənə vurduğu əmək zərərinə görə maddi məsuliyyətini tənzimləmək kimi məsələləri həll edən əmək hüququnda; maddi nemətlərin mənsubiyyətinə aid xüsusi münasibətləri əhatə edən torpaq və ailə hüququnda və digər hüquq sahələrində, o cümlədən, əlbəttə mülki hüquqda nəzərdə tutulmuşdur. Sonuncu özünün mülki hüquqi üsullarını və ya mülkiyyət hüququnu müdafiə vasitələrini müəyyən edir.

Lakin mülkiyyət hüququnun qorunması işində mülki hüququn müxtəlif norma və institutları eyni rol oynamır. Onlardan bəziləri maddi nemətlərin bu və ya digər subyektlərə mənsubiyyətini müəyyənləşdirir, yaxud təsbit edir və bununla onları qoruyur, qanunun müdafiəsi altına alır (Məsələn, əvvəllər bizim qanunlara məlum olmayan əmlak təsərrüfatlarını, təsərrüfat cəmiyyətlərini və şirkətlərini mülkiyyətçi hesab etməklə). Digərləri mülkiyyətçilərə onlara mənsub olan hüquqi həyata keçirməyə şərait yaradır və bu mənada onların qorunması üçün əhəmiyyətlidir (məsələn, ayrı-ayrı mülkiyyət hüququ obyektlərinin və onlarla əqdlərin dövlət qeydiyyatlarının vacibliyi haqqında qaydalar). Üçüncülər, özgə əmlakı ilə qeyri –qanuni fəaliyyət göstərməklə mülkiyyətçiyə maddi zərər vurmaqla mülkiyyət hüququnu pozanlar üçün əlverişsiz nəticələr müəyyən edirlər və verilmiş hüququ qanunazidd qəstlərdən bilavasitə qoruyurlar.

Bununla əlaqədar olaraq, mülki hüquqda bu münasibətlərin normal və maneəsiz inkişafını təmin edən onun bütün normalarının köməyi ilə mülkiyyət münasibətlərinin qorunmasını və yalnız göstərilən hüququn pozulması halında tədbiq edilən daha dar və xüsusi anlayış kimi mülkiyyət hüququnun müdafiəsini bir-birindən fərqləndirirlər. Bu halda mülkiyyət münasibətlərinə qarşı hüquq pozuntusunun törədilməsi ilə əlaqədar tədbiq edilən mülki-hüquq üsulların toplusu nəzərdə tutulur.1 Bunlar mülki hüquqların müdafiəsi üsullarının müxtəlif növləridir.

Mülki hüquqlar xüsusən də bu hüquqların bir növü olan əşya hüquqları (o cümlədən mülkiyyət hüquqları) qanunla mühafizə edilir (qorunur). Dövlətin və hüququn ən vacib və mühüm vəzifələrindən biri mülkiyyət münasibətlərinin mühafizə etməkdən ibarətdir. Ona görə ki, hər bir cəmiyyətin iqtisadi bazisinin əsasını həmin cəmiyyətdə hakim olan mülkiyyət münasibətləri təşkil edir.

Normal və sivil iqtisadi dövriyyə mülkiyyət münasibətlərinin hüquqla hərtərəfli, geniş və etibarlı qaydada mühafizə edilməsini tələb edir və nəzərdə tutur. Bu münasibətlər hüququn bütün sahələri tərəfindən mühafizə edilir. Xüsusi ilə mülkiyyət münasibətlərinin hüquqi cəhətdən qorunmasıda konstitusiya (dövlət), inzibati, maliyyə, əmək və cinayət hüququ kimi hüquq sahələrinin rolu və əhəmiyyəti böyükdür. Şübhəsiz ki, bu sahədə aparıcı rol konstitusiya hüququna məxsusdur. Konstitusiyanı 29-cu maddəsi mülkiyyət hüququna həsr edilmişdir. Bu normada mülkiyyət hüququnun qanunla qorunması (mühafizə edilməsi) haqqında vacib və mühüm müddəa ifadə edilmişdir. Həmin müddəanın mülkiyyət münasibətlərinin hüququ tənzimlənməsində prinsipial əhəmiyyəti vardır. Hüququn sahələrindən biri olan cinayət hüququ mülkiyyət münasibətlərini cinayət əməllərindən (qəsdlərdən) qoruyur və mühafizə edir. CM-in 23-cü fəsli özündə mülkiyyət münasibətlərinə qəsd edən əməllərə görə cinayət məsuliyyəti müəyyənləşdirən (177-189 maddələr) birləşdirir1.



1.Bax: Azərbaycan Respublikası Cinayət Məcəlləsi kommentariyası / F.N. Səməndərovun red. ilə. Bakı. 2008; R.Quliyev, M.İmanov. Cinayət hüququ. Xüsusi hissə. Dərslik. Bakı. 2001.

İnzibati hüququn əsas mənbəyi olan İnzibati Xətalar Məcəlləsinin daşıdığı vəzifələrdən biri mülkiyyəti qorumaqdan ibarətdir. Həmin Məcəllənin 8-ci fəsli (69-75-ci maddələr) mülkiyyətə qəsd edən inzibati xətaların dairəsini müəyyən edir və bu xətalara görə inzibati məsuliyyət nəzərdə tutur.

Maliyyə hüquq vergini ödəməməyə görə müxtəlif sanksiyalar nəzərdə tutur. Hüququn sahələrindən biri olan ekoliji hüququ təbii ektiyyatların və ətraf mühitin mühafizəsi sahəsində qaydalar və normalar müəyyən edir. Belə təsəvvür yaranır ki, mülkiyyət münasibətlərinin hüquqla mühafizə edilməsi (qorunması) kompleks (qarışıq) və ya mürəkkəb xarakterli anlayışdır.

Mülkiyyət münasibətlərinin qorunmasında əmək hüququ da müəyyən rol oynayır. Əmək hüququ müəyyən edir ki, əmək vəzifələrini yerinə yetirərkən özünün hüquqazidd hərəkəti ilə müəssisə, idarə və təşkilatın

əmlakına (mülkiyyətinə) zərər vuran işçi maddi məsuliyyətə cəlb edilir1. Mülkiyyət münasibətlərinin mühafizə edilməsində maliyyə hüququ da iştirak edir. Maliyyə hüquq normaları dövlətin maliyyə fəaliyyəti sahəsində əmələ gələn münasibətləri tənzimləyir2. Belə ki, pul vəsaitlərinin yığılması, bölünməsi və ondan istifadə olunması sahəsində dövlətin fəaliyyəti bu normalarla tənzimlənir; Bu normalar dövlət büdcə vəsaiti ilə bağlı münasibətləri də tənzimləyir ki, həmin vəsait Azərbaycan dövlətinin mülkiyyətidir (MM-in 153-cü maddəsinin 3-cü bəndi); maliyyə hüquq normaları həm də vergi məsələlərini tənzimləyir ki, vergi dövlət mülkiyyət hüququnun əmələ gəlmə əsaslarından biridir.

Göstərilən münasibətlərin qorunmasında ən iri və fundamental sahələrindən biri olan mülki hüququn, şübhəsiz ki, özünə məxsus yeri vardır.



1. Bax: İ. İsmayılov, M.Rəsulov, A.Qasımov. Əmək hüquq. Dərslik. Bakı.1996 (fəsil 14)

2. Финансовое право. Учебник / Под ред. О.Н. Горбунова. М., 1996(гл2)
Mülki hüququn yarımsahəsi hesab edilən əşya hüququ əsas məqsəd və vəzifələrindən biri subyektlərin mülkiyyət hüquqlarını qorumaqdan ibarətdir. Mülkiyyət münasibətlərinin mülki hüququn müəyyən etdiyi qaydalar və normalar əsasında mühafizə edilməsi “mülkiyyət hüququn mülki-hüquqi qorunması” anlayışı ilə əhatə edilir1. Bu anlayış iki mənada işlədilir: geniş mənada; məhdud mənada2.

Geniş mənada mülkiyyət hüququnun mülki-hüquqi qorunması dedikdə, mülki hüquqda nəzərdə tutulan və cəmiyyətdəki iqtisadi münasibətlərin normal və maneəsiz inkişafını təmin edən bütün üsul və vasitələrin məcmusu başa düşülür3. Bu üsul və vasitələr mülki hüquq normalarına nəzərdə tutulmuşdur ki, həmin normaların vasitəsilə mülkiyyət hüququnun qorunması həyata keçirilir. Birinci qrup normalar mülkiyyət hüququnun əmələ gəlmə əsaslarının, ikinci qrup normalalr mülkiyyət hüququna xitam verilməsi üsullarını, üçüncü qrup normalar mülkiyyətçinin malik olduğu səlahiyyətin həcmini, dördüncü qrup normalar mülkiyyət hüquqnun həyata keçirilməsinin hədlərini və bu hüquqların məhdudlaşdırılmasını, beşinci qrup normalar mülkiyyət hüququnun obyektlərinin ayrı-ayrı növlərinin hüquqi rejiminin, altıncı qrup normalar əşya hüquqnu pozan subyektlər üçün mənfi (arzuolunmayan) nəticələri müəyyən edir.


1. “Mülkiyyət hüququnun mülki-hüquqi mühafizə edilməsi” anlayışı ilə “mülkiyyət hüququnun mülki-hüquqi qorunması” anlayışı eyni mənalı və sinonim anlayışlar olub, mahiyyət və məzmunca üst-üstə düşürlər.

2. RF-də yazılan dərsliklərin çoxunda mülkiyyət hüququnun mülki-hüquqi qorunması anlayışının bu cür iki mənada işlədilməsi dəbdədir ( Гражданское прова.Учебник Часть 1 / Под ред. З.И.Цыбуленко.М.,1998, с.334; Гражданское прова.Учебник Часть 1 / Под ред. Т.И.Илларионовой, Б.М. Гонгало, В.А.Плетневой. М., 1998, с.302; Гражданское прова.Учебник. Том1 / Под ред. Е.А.Суханова.М.,1998 с.611)

3 Bax: А.В.Венебиктов. Гражданское-правовая охрана социалистической собственности в СССР.М.,1954, с.58-78.
Bu normaların çoxu normal, pozulmamış mülkiyyət hüquq münasibətlərii qoruyur. Qeyri-normal mülkiyyət hüquq münasibətlərinin qorunması bu normaların hüquqi mühafizə sferası üçün səciyyəvi deyildir.

Məhdud mənada mülkiyyət hüququnun mülki-hüquqi qorunması dedikdə, mülki hüququn müəyyən etdiyi elə üsul və vasitələr başa düşülür ki, bu üsul və vasitlər yalnış mülkiyyət hüquqları pozulduğu hallarda tətbiq olunur və pozulmuş hüquqların bərpa edilməsini təmin edir. Bu üsul və vasitələr də mülki hüquq normalarında ifadə edilmişdir. Bu normaların təsir (hüquqi mühafizə) sferasını normal və pozulmamış mülkiyyət hüquq münasibərləri yox, qeyi-normal və pozulmuş mülkiyyət hüquqmünasibətləri müdafiə edilir. Söylədiklərimizdən belə qənaətə gələ bilərik ki, məhdud mənada mülkiyyət hüququnun mülki-hüquqi qorunması “mülkiyyət hüququnun mülki-hüquqi müdafiəsi anlayışı ilə əhatə edilir”.

Bu anlayış yalnız müliyyət hüquqları pozulduqda tətbiq edilir1. Onun təyinatı pozulmuş hüquqların bərpa edilməsini təmin etməkdən ibarətdir. Buna görə də mülkiyyət hüququnun mülki-hüquqi müdafisi dedikdə, mülkiyyət münasibətlərini pozan şəxsə mülkiyyətçinin mənafeyini bərpa etmək məqsədi ilə qanunda nəzərdə tutulan vasitələrin tətbiqi başa düşülür. Nə vaxt mülkiyyət hüquq münasibətləri pozulursa, o halda da mülki-hüquqi müdafiə üsulları (vasitələri) tətbiq edilir. Göstərilən üsullardan məhdud əşya hüquqları pozulduqdada istifadə olunur. Mülkiyyət və ya məhdud əşya hüquq münasibətləri pozulmadığı hallarda isə bu üsulların təsir göstərməsindən və tədbiq edilməsidən söhbət gedə bilməz.
1. “Mühafizə etmək və ya qorumaq” və “müdafiə etmək” kimi anlayışlar məzmunca üst üstə düşmür. Mühafizə etmək (qorumaq) dedikdə, mülki hüquq münasibəti iştirakçılarının hüquq və mənafelərinin pozulmasına yol verilməməsini nəzərdə tutan tədbirlər sistemi başa düşülür. Müdafiə etmək isə hüquq və mənafelər pozulduğu halda, onların bərpa ediləsi üçün tədbiq edilən tədbirlər sistemidir. Ona görə də O.S.Loffe “Hüquqların qorunması” və “hüquqların müdafiə edilməsi” kimi iki anlayış bir-birindən fərqləndiridi (О.С.Иоффе. Советское гражданское прова.1967,с.427-473).

Beləliklə, mülkiyyət hüququnun (və digər əşya hüquqnun) mülki-hüquqi müdafiə üsulları dedikdə, mülki hüquq normalaında ifadə olunan elə vasitələr başa düşülür ki, bu vasitələrin tətbiqi nəticəsində subyektin (mülkiyyətçinin) pozulmuş mülkiyyət hüququ bərpa edilir.

Beləliklə, mülkiyyət hüququnun (və digər əşya hüquqnun) mülki-hüquqi müdafiə üsulları dedikdə, mülki hüquq normalaında ifadə olunan elə vasitələr başa düşülür ki, bu vasitələrin tətbiqi nəticəsində subyektin (mülkiyyətçinin) pozulmuş mülkiyyət hüququ bərpa edilir.

Mülkiyyət hüququnun mülki-hüquqi müdafiəsi iki əsas funksiya yerinə yetirir:



  • qoruyucu funksiya

  • bərpaedici funksiya

Qoruyucu funksiya mahiyyət normal və pozulmuş vəziyyətdə mülkiyyət münasibətlərini mühafizə etməkdən ibarətdir; bu funksiyanın köməyi ilə mülki dövriyyədə əmlakın nərmal təsərrüfat istismarı, habelə mülkiyyət maneəsiz olaraq sərəncam verməsi və ondan istifadə olunması təmin edilir.

Bəpaedici funksiyanın mahiyyəti isə pozulmuş mülkiyyət münasibətlərini bərpa etməkdən ibarətdir; bu funksiyanın köməyi ilə mülkiyyətə edilən müxtəlif qəsdlərin zərəli əmlak nəticələri aradan qaldırılır, üçüncü şəxslərin hüquqazidd hərəkətləri ilə vurulmuş zərərin əvəzi ödənilir.

I I F Ə S İ L

§1. Mülki və əşya hüquqlarının mülki-hüquqi müdafiə üsullarının sistemi

Mülki hüquqların hüquqi müdafiə üsullarının sistemi və vu sistemə daxil olan ayrı-ayrı qrup üsulların dairəsini nəzərdən keçirmədən, mülkiyyət hüququnun və digər əşya hüquqlarının mülki-hüquqi müdafiə üsullarının məzmunununa aydınlıq gətirmək olmaz. Özü də bütün bu üsulların təyinatı və məqsədi eyni və vahid olub, hüquq pozuntusu törədən subyektə təsir göstərməklə pozulmuş hüquqları bərpa etməkdən ibarətdir. Göstərilən həmin üsullar hüquq ədəbiyyatınada, əsasən, dörd qrupa bölünür:



  • əşya-hüquqi müdafiə üsulu;

  • öhdəlik-hüquqi müdafiə üsulu;

  • nə əşya-hüquqi, nə də öhdəlik-hüquqi müdafiə üsullarına aid edilən mülki-hüquqi müdafiə üsulu;

  • xüsusi xarakterli mülki-hüquqi müdafiə üsulu.

Birinci qrup vasitələr əşya-hüquqi müdafiə üsulu adlanır. Bu üsulla mütləq hüquq münasibətləri müdafiə olunur. Yalnız mütləq xarakterli hüquq münasibətlərinin müdafiə edilməsi göstərilən üsulun əsas xüsusiyyətini təşkil edir. Mütləq hüquq münasibətlərində iştirak edən səlahiyyətli şəxsin (mülkiyyətçinin) hüquqları hər hansı üçüncü şəxsin (“hamının və hər kəsin”) törətdiyi pozuntudan qorunur. Bu münasibətlərdə səlahiyyətli şəxslə üçüncü şəxs arasında konkret hər hansı bir öhdəlik (öhdəlik hüquq münasibəti) yaranmır. Belə ki, mütləq hüquq münasibətlərində səlahiyyətli şəxsə qarşı qeyri-müəyyən dairəli borclu şəxslər durur ki, həmin şəxslər üçüncü şəxslər (“hamı və hər kəs”) adlanır. Üçüncü şəxslərdən hər hansı birinin hüquqazidd əməli nəticəsində səlahiyyətli şəxsin (mülkiyyətçinin) mülkiyyət hüququ bilavasitə pozula bilər. Məsələn, şəxs mülkiyyətçinin əşyasını oğurlaya və ya başqa yolla qanunsuz əldə edə bilər. Bu pozuntu isə mülkiyyətçinin öz səlahiyyətlərini həyata keçirməsini istisna edir və ya məhdudlaşdırır. Mülkiyyət hüququnun həyata keçirilməsini istisna edən və ya məhdudlaşdıran maneələri aradan qaldırmaq üçün müdafiə vasitələrinə zərurət yaranır. Bu halda istifadə olunan vasitə əşya-hüquqi müdafiə üsulu adlanır.

Söylədiklərimizdən belə nəticəyə gəlmək mümkün olur ki, mülkiyyətçinin mülkiyyət hüququ əşya-hüquqi müdafiə üsulu ilə hər hansı üçüncü şəxsin (konkret şəxsin yox) törətdiyi pozuntudan müdafiə edilir. Bu müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halların aradan qaldırmaqdan ibarətdir. Əşya-hüquqi üsulun əsas istiqaməti və yömümü mütləq subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.

Əşya-hüquqi müdafiə İddia vasitəsilə həyata keçirilir və gerçəkləşdirilir. Bu, mütləq iddia adlanır. Mütləq iddia elə bir tələb hüququdur ki, o, əşya hüququnu pozan hər hansı bir şəxsə (“hamiya və hər kəsə”) qarşı irəli sürülür.

Mütləq, yəni əşya-hüquqi iddialara daxildir:



  • özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək barədə iddia- vindikasiya iddiası

  • sahiblikdən məhrum edilməklə əlaqədar olmayan pozuntuların aradan qaldırılması barədə iddia- neqator iddiası

  • mülkiyyət hüququnun tanınması barədə iddia.

Göstərdiyimiz iddialar petitor iddia adlanır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür. Ona görə də ona həm də mülkiyyət iddiası deyilir. Petitor iddiasının əsas növü vindikasiya sayılır. Petitor iddiası sahiblik iddiasından (posessor iddiasından) fərqləndirmək lazımdır.

Əşya-hüquqi müdafiə üsulunun əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki onun obyekti kimi yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşyalar çıxış edə bilər. İstehlak olunan, cinsi(növ) əlamətləri ilə müəyyən edilən, hüquqi cəhətdən əvəz edilməsi mümkün olan və digər əşya növləri bu müdafiə üsulunun təsir sferasına daxil ola bilməz, yəni obyekti ola bilməz. Əşya-hüquqi üsulla yalnız naturada saxlanılan obyektə olan əşya hüququ müdafiə oluna bilər.

Mülkiyyət hüququnun pozulması xarakterindən və mümkün müdafiənin məzmunundan asılı olaraq mülki hüquqda mülkiyyətçinin marağını qorunmasını hüquqi təmin edən müxtəlif üsullar istifadə olunur. Mülkiyyət hüququnun bilavasitə pozulması (məsələn, əmlakın oğurlanması, yaxud digər qeyri-qanuni yolla alınması) zamanı onun hər cür qəsddən mütləq müdafiəsi qüvvəyə minir. Bu müdafiə mülkiyyət hüququnun özü kimi əşya-hüquq xarakteri daşıyır.

Mülkiyyət hüquq həm də dolayı yolla, başqa hüquqların daha çox öhdəlik hüquqlarının pozulması nəticəsi kimi pozula bilər. Məsələn mülkiyyətçinin özünə məxsus olan şeyi müqavilə ilə verdiyi şəxs (icarəçi, saxlayan, daşıyıcı və s.) onu mülkiyyətçiyə qaytarmaqdan imtina edir, yaxud zədələnmiş halda qaytarır.

Pozucu ilə mülkiyyətçi arasındakı müəyyən, xüsusi hüquqi münasibətlərin (göstərilmiş misalda – müqavilə) mövcudluğunu nəzərə almaqla öhdəlik-hüquq xarakterli müdafiə üsulları da tətbiq olunur. Lakin hər iki halda, necə olursa –olsun, mülkiyyət hüququ pozulduğundan mülkiyyətçinin müdafiənin iki növündən-əşya – hüquq, yaxud öhdəçilik – hüquq növlərindən hansına müraciyət etməsi məsələsi ortaya çıxa bilər.

İddianın rəqabəti adlanan bu məsələ həmişə öhdəlik-hüquq tələblərinin (üsullarının) xeyrinə həll olunmalıdır. Çünki onlar tərəflərin

münasibətini tənzimləyən mülkiyyət haqqında ümumi qanunvericiliyin qüvvəsini istisna edən xüsusi qanunvericiliyə əsaslanır.

1.Bax: Иоффе О.С. Советское гражданское право М., 1967, с. 472-473

Mülkiyyət hüququnun müdafiəsinin digər mülki-hüquqi üsulları da vardır. Bunların sırasına bu hüququn bir neçə konkret hallarda müdafiə üsulları (məsələn, xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldiyi halda onun əmlak hüquqlarının bərpası haqqında normalar (MM-in 19,20,22-ci maddələri), habelə eyni zamanda mülkiyyət hüququnun müdafiəsinə kömək edən mülki hüquqların müdafiəsi üsulları (məsələn, etibarsız əqdlərin iştirakçılarının əvvəlki vəziyyətinə qaytarılması (restitusiya) qaydaları) aiddir.

Mülkiyyət hüququnun müdafiəsinin mülki-hüquqi üsullarının xüsusi növü mülkiyyət münasibətlərinin stabilliyinə dövlət tərəfindən təminatın müəyyənləşdirilməsidir. Bu təminat mülkiyyətçilərə dövlətin onların əmlak sahələrinə əsassız müdaxiləsinin qarşısını almaq üçün əlavə xüsusi müdafiə verir.

Söhbət onların öz maraqlarını müdafiə üçün hakimiyyət səlahiyyətinə malik dövlət hakimiyyəti və idarəetmə orqanına qarşı birbaşa iddia qaldırmaq imkanlarından gedir. Ənənəvi müdafiə üsulları isə mülki hüquq münasibətlərinin bərabərhüquqlu iştirakçıları üçün nəzərdə tutulmuşdur. Onların yaranması ilə mülkiyyəti müdafiə üsullarının sistemi birtkin xarakter aldı.



§2. Mülkiyyət hüquq münasibətlərinin formaları.
Mülki hüquqda ənənəvi olaraq iki klassik iddia növündən istifadə edilir: vindikasiya iddiasından; neqator iddiasından.

Bu iddiaların tarixi mənşəyi və kökü qədim Roma hüququ ilə bağlıdır1. Roma hüququnda mülkiyyət hüququ, əsasən, ya vindikasiya iddiası ilə, ya da neqator iddia ilə müdafiə olunurdu2.

Vindikasiya iddiası:

Bu iddia mülkiyyət hüququnun müdafiəsi üsullarının geniş yayılmış növlərindən biri olub, Roma hüququnda da işlənmişdir. Onun adı latın vim-decere(güc tətbiq etmək haqqında xəbərdarlıq edirəm) sözlərindən götürülmüşdür. Bu mülkiyyətçinin şeyə sahibliyi itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən məcburi tələb etməkdən ibarətdir (RSFSR-də Mülkiyyət haqqında qanun, m.30, bənd 1; Mülki qanunvericiliyin Əsasları h. 1, m.54). Başqa sözlə desək bu şeyə sahib olmayan mülkiyətçinin ona sahib olan qeyri-müliyyətçiyə qarşı iddasıdır.

Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmək mülkiyyətçisidir. Burada borclu subyekt iddanın qaldırdığı anda şeyə malik olan qeyri qanuni sahibdir. Vindikasiya obyekti həmişə natura şəklində qalmış fərdi müəyyən edən şeydir. Əşya sahibliyi itirmiş mülkiyyətçi əşyanı tələb etmək üçün vindikasiya iddiasından istifadə edirdi. Bəzən də elə olurdu ki, əşya mülkiyyətçinin faktiki sahibliyində qalırdı. Lakin hər hansı bir şəxs qanunsuz olaraq mülkiyyətçiyə onun öz mülkiyyət hüququnu həyata

keçirməsinə mane olurdu və buna məhdudlaşdırırdı. Bu cür qanunsuz



1. Римское частное право. Учебник/ Под ред. И.Б. Новицкого, И.С.Перетерского. М,1999,с.197,200; И.Пухан, М.Поленак-Акимовская.

2. İ.B. Novitski. Roma hüququ. Dərslik / Rus dilindən M.P.Əsgərovanın tərcüməsi. Bakı. 1999, s.89; Д.В. Дождев. Римское частное право. Учебник М.1999.с.29.

hərəkətin qarşısını almaq, onu aradan qaldırmaq üçün neqator iddiası verilir.

Bəzi ölkələrdə, o cümlədən Respublikamızda mülkiyyət hüququnun müdafiəsinə dair qaydalar Roma hüququ ənənələrinə əsaslanır. Vindikasiya iddiasını bir çox xarici ölkələrin (Almaniyanın, Kanadanın Kvebek əyalətinin, İspaniyanın, RF-ın, İtaliyanın və s.) qanunvericiliyi də tanıyır. İngilis-amerikan ailəsində bu iddia nəzərdə tutulmur. Bu ailə yalnız sahiblik iddiasını tanıyır. İngilis-amerikan (ümumi) hüququnda məhkəmə əmrləri əşya müdafiəsinin ən geniş paradiqmasını (yunanca “paradeigma”- nümunə) təşkil edir1. Bu hüquq sisteminin tarixi inkişaf xüsusiyyətinə görə yalnız mülkiyyət hüququnun müdafiəsi üçün istifadə olunan iddialar ABŞ-da və s. yoxdur. Vindikasiya iddiası roman-german hüquq ailəsinə daxil olan Fransa mülki hüquna da məlum deyil. Fransa MM-i onun haqqında normalar nəzərdə tutmur. Lakin vindikasiya iddiası Fransa məhkəmə praktikası və hüquq doktrinası tanıyır.

Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgənin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür.

Vindikasiya iddiasının təyinatı və məqsədi mülkiyyətçinin əşya üzərində itirilmiş sahibliyini bərpa etməkdən ibarətdir; o, əşyanın mülkiyyətçiyə qaytarılmasına nail olmaq məqsədinə xidmət edir. Sahiblik çox vaxt əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətləri ilə bağlı olduğuna görə vindikasiya iddiası eyni zamanda həmin səlahiyyətləri də müdafiə edir. Deməli , vindikasiya iddiası ilə mülkiyyətçinin üçlük (sərəncam,sahiblik,istifadə) səlahiyyətinin hamısı, başqa sözlə desək, onun əşya üzərində mülkiyyət hüququ bütovlükdə müdafiə olunur.

1. У.Маммеи, Е.А.Суханов. Основные положения права собственности.М.1999, с. 260
Vindikasiyanın məzmununu şeyi eyni cinsli, eyni keyfiyyətli başqa şeylə əvəz etmə deyil, şeyə sahibliyin bərpası tələbi təşkil etdiyindən vindikasiya əlaməti yalnız cinsi əlaməti ilə müəyyən edilən, yaxud natura şəklində qalmamış şeylər (məsələn, mübahisəli tikili yeni sahibi tərəfindən sadecə təmir edilməyib əsaslı şəkildə yenidən inşa olunubsa) haqqında qaldırıla bilməz. Vindikasiya predmeti olmadıqda yalnız vurulmuş zərərin ödənilməsi haqqında öhdəlik-hüququ tələbi qaldırıla bilər (Mülki qanunvericiliyin əsasları; m.126; MM m.444)

Beləliklə Vindikasiya iddasına sahib olmayan mülkiyyətçinin əmlakın başqa şəxsin qanunsuz sahibliyindən naturada (fərdən müəyyən edilən şeylər) qaytarılması tələbi kimi müəyyən etmək olar.

Sadalanmış şərtlər olduqda mülkiyyətçi özünə məxsus şeyi onun bilavasitə pozucuda olduğunu müəyyənləşdirdikdə tələb etmək hüququna malikdir. Lakin iş mülkiyyətçinin əlindən çıxmış şeyin onu üçüncü şəxsdən almış digər sahibində tapması kimi daha əhəmiyyətli hallarda mürəkkəbləşir. Məsələn, ər-arvad arasındakı nigahın pozulduğu dövrdə keçmiş ər-arvadın razılığı olmadan onların birgə mülkiyyəti olan avtomobili komisyon mağazası vasitəsi ilə satmışdır. Arvadın avtomobili qaytarmaq haqqındakı tələbini, üstəlik həmin maşının təmiri üçün çəkmiş yeni sahibi rədd edir. Burada kimin-mülkiyyətçinin, yaxud alanın marağı üstün tutulmalıdır?

Qanun vindikasiya iddiasının təmin edilməsi şərtlərini müəyyənləşdiərkən mübahisəli əmlaka sahibliyin vicdanlı və ya vicdansız (hərçənd ki bu halların hər ikisi qanunsuzdur) xarakterini nəzərə alır. Vicdanlı əldə edən əmlakı onu özününkiləşdirmək hüququ olmayan şəxsdən aldığını bilmir və bilməli deyildir.(Mülki qanunvericiliyin Əsasları,m.54,bənd 1). Aydındır ki, onun hərəkəti özgəninkiləşdirənin hərəkətinin qanunsuz olduğunu bilən (məsələn,oğurlanmış malın alıcısı), yaxud bilməli olan (məsələn, şeyi onun həqiqi dəyəri ilə müqayisədə “əldən” çox ucuz alan) vicdansız sahibin hərəkətinə nisbətdə əxlaqi

baxımdan təmizdir. Buna görə də, vicdansız sahibdən (əldə edəndən) əmlak bütün, vicdanlı sahibdən isə müstəsna hallarda tələb oluna bilər.

Qanun vicdanlı əldə edəndən pulu və təqdim olunan qiymətli kağızları (Mülki qanunvericiliyin Əsasları, m.30, bənd 1,abz.2) eləcə də ona məhkəmə qərarlarının icrası qaydasında, yəni açıq hərracda satılmış əmlakı (h.2,m.152,MM) tələb etməyi birbaşa qadağan edir.

Əmlakın digər növlərini vindikasiya iddiası ilə vicdanlı əldə edəndən iki halda tələb etmək olar: əgər o, əmlakı əvızsiz alıbsa (bağışlama müqaviləsi üzrə, vərəsəlik qaydasında və i.a.) və onun geri alınması ona əmlak itgisi vurmayıb həmin əmlakın qanuni sahibinin (Mülkiyyətçinin) marağına xidmət edirsə; ikincisi, vicdanlı sahibin əmlakı əvəzli aldığı hallarda-əmlakın mülkiyyətçinin yiyəliyindən çıxması üsulundan asılı olaraq.

Əgər əmlak mülkiyyətçinin özündən ilkin olaraq onun iradəsi ilə çıxıbsa (məsələn, mülkiyyətçi onu kirayə vermişdir, sonra kirayəçi tərəfindən üçüncü şəxsə qanunsuz satılmışdır) həmin əmlakı tələb edə bilməz. Çünki o, kontragenti seçərkən diqqətsizlik edib səhvə yol verdiyindən öz hərəkətinə görə əlverişsiz nəticəyə məruz qalmalıdır. Belə ki, vicdanlı əldə edən mülkiyyətçidən fərqli olaraq subyektiv düzgün hərəkət edir. Buna görə də, xüsusi halda, keçmiş ər-arvaddan birinin avtomobili satması ilə bağlı yuxarıda göstəriliş mübahisənin məhkəmə baxışından alınmışdı ki, onların ümümi əmlakının(avtomaşının) digərinin razılığı ilə onlardan birinin idarəsi altında olmuş və beləliklə əvvəlcədən onun öz iradəsi ilə sahibliyindən çıxmışdır1.

Əmlakın mülkiyyətçinin sahibliyindən onun iradəsinin əleyhinə olaraq çıxdığı (itməsi,oğurlanması və s.) hallar başqa işdir. Belə hallarda həm


1. Bax: Бюллетень Верховного Суда РСФСР, 1980, N 11,с.9. Vindikasiya iddiasından imtina etmək, əmlakın qanunsuz özgələşdirilməsinə görə vurulmuş zərərin öhdəçilik normaları üzrə pul kompensasiyasını tələb etmək imkanını aradan qaldırmır.
mülkiyyətçinin, həm vicdanlı sahibin hərəkətləri subyektiv düzgündür, lakin axırıncının vəziyyəti obyektiv olaraq hüquqa zidd olması(çünki o, vicdanlı sahib olsa da, qanunsuz sahibdir) ilə səciyyələnir. Buna görə də, qanun belə hallarda əmlakı ondan tələb etməyə icazə verir.

Bütün şərh olunanlar özgə əmlakını vicdanlı əldə edən barədə vindikasiyanın məhdudlaşdırıldığını göstərir. Əvvəla belə məhduduiyyətlər yalnız vətəndaşların əmlakı barəsində qüvvədə idi və özgənin qanunsuz sahibliyində olan dövlət və ictimai (“sosialist”) əmlak tələb etdikdə tətbiq olunmurdu. Deyilənlərə əsasən sonuncuya qeyri-məhdud vindikasiya tətbiq olunurdu və bu zaman vicdanlı, yaxud vicdansız sahibliyə ərq qoyulmurdu. Bu isə onun xüsusi, yüksək dərəcədə hüquqi mühafizəsini təşkil edirdi. Vətəndaşların, təşkilatların və digər mülkiyyətçilərin mülkiyyət hüquqlarının bərabər şərtlə dövlət tərəfindən müdafiəsinin təminat qaydaları bu əsassız üstünlükləri aradan qaldırmışdır.

Əmlakın özgənin qanunsuz sahibliyindən tələb edilməsi zamanı həmin əmlakın gətiridiyi və ya gətirə biləcəyi gəlirin taleyi və faktiki sahibin

əmlakı saxlamaq, təmir etmək və yaxşılaşdırmaq üçün çəkdiyi xərclərin ödənilməsi ilə bağlı məsələlərin həlli zərurəti meydana çıxa bilər. Şeyin qanunsuz sahiblikdən qaytarılması zamanı aparılan belə hesablaşmalar sahibib vicdanlı, yaxud vicdansız olması nəzərə alınmaqla MM-in 155-ci maddəsinə əsasən həyata keçirilir.

Vicdansız sahib özgə əmlakına sahib olduğu müddətdə həmin əmlakdan əldə etdiyi və ya əldə etməli olduğu bütün gəlirləri mülkiyyətçiyə qaytarmağa, yaxud ödəməyə borcludur. Vicdanlı sahib üçün belə vəzifə onun öz sahibliyinin qanunsuz olduğunu bildiyi, yaxud bilməli olduğu (məsələn, Mülkiyyətçinin vindikasiya iddiası ilə əlaqədar olaraq məhkəməyə çağırış aldığı) anda yaranır. Əmlakın saxlanılmasına görə zəruri xərcləri mülkiyyətçi vicdanlı sahibə olduğu kimi, vicdansız sahibə də ödəməlidir.

Vindikasiya iddiasına əsasən tələb olunan əmlakın yaxşılaşdırılma-

sına gəlincə isə, onların şeydən ona xələl gətirməməklə ayrılmaq şərti ilə yalnız vicdanlı sahibə saxlamaq olar.

Əks halda, belə sahib mülkiyyətçidən çəkdiyi xərcləri tələb edə bilər.

Qanun vicdansız sahib üçün göstərilmək imkanları birbaşa nəzərdə tutmur.

Eyni zamanda, vicdansız sahibdən əmlakı yaxşılaşdırmaq şəkildə almış mülkiyyətçi və avtomatik olaraq onu qanuni əldə etmiş hesab edilə bilməz. Əgər o, vicdansız sahibə ayrılmış yaxşılaşdırmanı qaytarmazsa və ya şeydən ayrılmayan yaxşılaşdırmanın dəyərini ödəməzsə, onlar mahiyyətcə mülkiyyətçinin əsassız əldə etdiyi əmlaka çevrilir və bu halda dövlət mədaxilinə alına bilər (məsələn, Qazaxstan MM, h.3, m. 147-də nəzərdə tutulduğu kimi)

Mülkiyyət hüququnun müdafiə olunmasının mülki-hüquqi vasitələrindən biri kimi başqasının qanunsuz sahib olduğu əmlakın mülkiyyətçi tərəfindən tələb edilməsi-vindikasiya iddiasını göstərmək olar.

Böyük nəzəri və praktik əhəmiyyət kəsb edən vindikasiya qaydaları çox vaxt öyrənilən institutun hüdudlarından kənara çıxır.

Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.


  1. Hər şeydən əvvəl mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır. Əgər əmlak mülkiyyətçidədirsə, lakin ona sahiblik və üzərində sərəncam hüquqlarını başqaları mənimsəyir və ya bu hüquqların həyata keçirilməsinə mane olursa, onda mülkiyyət hüququnun müdafiəsinin digər üsulları, konkret misalda mülkiyyət hüquqlarının etiraf edilməsi və ya mülkiyyətçinin hüquqlarının sahiblikdən məhrum edilməklə əlaqədar olmayan pozuntulardan müdafiəsi tətbiq edilir.

  2. Vindikasiya iddiasının irəli sürülməsi üçün mühüm şərtlərdən biri də odur ki, mülkiyyətçinin sahibliyindən çıxmış əmlakdigər şəxsin faktiki sahibliyində natura halında qalmış olsun.

Əgər əmlak məhv edilmiş, başqa hala salınmış və ya istifadə edilmişdirsə, ona olan mülkiyyət hüququna xitam verilir. Bu halda mülkiyyətçi ona dəymiş zərərin ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Vindikasiya iddiası, bu iddianın mahiyyətinə uyğun olaraq yalniz fərdən müəyyən edilən əşyaya- yəni mülkiyyətçinin əlindən çıxan və onun qaytarılmasına yönələn əmlaka yönələ bilər.

Bu zaman yadda saxlamaq lazımdır ki, fərdən müəyyən edilən əşya ilə cismən müəyyən edilən əşya arasındakı fərqlər nisbidir və mülki dövriyyənin konkret şəraitindən asılı olur. Buna görə də vindikasiya iddiası həmin növ üçün ümumi xassələrə malik olan bütün əşyalara, məsələn, taxıl, tikinti materialı və s. Irəıi sürülə bilər.

Əgər əmlakı faktiki sahibliyində olanın cinsən müəyyən edilən əşyalarından (əmlakından) ayırmaq mümkün deyilsə, onda vindikasiya iddiası deyil, əmlakı əsassız əldə etməkdən və ya saxlamaqdan əmələ gələn öhdəliklərə görə iddia irəli sürülməlidir.


  1. Nəhayət, vindikasiya iddiası müqavilə öhdəliklərindən irəli gəlmir, o, mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi müdafiə edir.

Vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir. Bununla yanaşı olaraq, vindikasiya tələbi mülkiyyətçi olmasa da qanuna və müqaviləyə əsasən, əmlaka sahiblik edənə də məxsus ola bilər. Adətən əmlaka titul sahibliyi edən belə şəxslər kirayəçi, komisyonçu, podratçı və s. qismində çıxış edə bilərlər. Burada əmlakı başqasının qanunsuz sahibliyindən mülkiyyətçi deyil, əmlaka müvəqqəti sahib olan şəxs edir. Əmlakın mülkiyyətçi tərəfindən deyil, müvəqqəti sahib tərəfindən geri tələb edilməsi üçün şəxs qanuna və ya müqaviləyə əsasən, əmlakın müvəqqəti sahibi olmasını sübut etməlidir. Bu zaman həmin şəxs tərəfindən istər vindikasiya, istərsə də neqator iddia verildikdə bu cür iddia, həm onun, həm də mülkiyyətçinin mənafeyinə uyğun olur.

Vindikasiya iddiası zamanı cavabdeh qismində vindikasiya prosesində əmlaka qanunsuz sahib olması sübut olunmalı olan şəxs durur.

Hüquq ədəbiyyatında vindikasiya iddiasının predmeti haqqında müxtəlif fikirlər, mülahizələr mövcuddur. Bəzi hüquqşünaslar qeyd edirlər ki, vindikasiy iddiasının predmetini mabahisəli əmlak təşkil edir. Lakin bu fikirlə razilaşmaq olmaz. Belə ki, əmlak mülki hüququn obyekti hesab edildiyindən, mübahisəli əmlak da vindikasiya iddiasının ancaq obyektini təşkil edə bilər. Vindikasiya iddiasının predmeti isə qanunsuz sahiblikdən əmlakın qaytarılması tələbidir.

Əgər iddiaçı əmlakın dəyəri məbləğində ona pul konpensasiyası verilməsi tələbi irəli sürürsə, o, öz hüquqlarını müdafiənin dəymiş ziyana görə iddia üsulları ilə təmin edə bilər.

Mülkiyyətçi iddianın predmeti ilə yanaşı olaraq cavabdehə qarşı tələbləri ilə bağlı olan hüquqi faktların əsasını əmlakın sahiblikdən çıxması səbəbləri, əmlakın cavabdehə çatması şərtləri, mübahisəli əmlakın naturada olması, iddiaçı ilə cavabdeh arasında tələb olunan əmlaka dair öhdəlik xarakterli əlaqələrin olmaması təşkil edir. Göstərilən səbəblərin məcmusu ilə mübahisəli məsələyə iddia hüququ və onun vindikasiya iddiası tələb edilməsi imkanları təsdiq olunur.

Qeyd etmək lazımdır ki, vindikasiya iddiası irəli sürən təkcə əmlaka və sahiblik imkanından məhrum olmasınını deyil, eyni zamanda bu hüquqi imkanın konkret subyektiv hüquqa əsaslanmasını da sübut etməlidir.

Mülkiyyətçi tərəfindən əmlakın başqasınım qanunsuz sahibliyindən geri tələb edilməsində cavbdehin vicdanlı və ya vicdansız sahib olması məsələsinin müəyyən edilməsinin böyük nəzəri və təcrübi əhəmiyyəti vardır.

Azərbaycan Respublikasınln Mülki Məcəlləsinin 157.3-cü maddəsinə əsasən, əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzli əldə edildikdə və əldə edən bunu bilmədikdə və bilə bilmədikdə (vicdanlı sahib) mülkiyyətçi bi əmlak əldə edəndən ancaq o halda tələb edə bilər ki, əmlak mülkiyyətçini özü tərəfindən və ya mülkiyyətçini sahibliyə verdiyi şəxs tərəfindən itirilmiş və ya onların hər hansı birindən oğurlanmış və ya özlərinin iradəsindən asılı olmayaraq başqa yolla onların sahibliyindən çıxmış olsun. Əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzsiz əldə edildikdə mülkiyyətçi əmlakı bütün hallarda tələb edə bilər. Bundan fərqli olaraq mülkiyyətçinin vicdanlı sahibindən əmlakını geri tələbetmə məsələsi bir qədər mürəkkəbdir. Mülkiyyətçi əmlakı vicdanla əldə edən şəxsdən aşağıdakı 3 şərtlərdən biri mövcud olduqda tələb edə bilər:



  1. Əmlak mülkiyyətçi tərəfindən və ya onun razılığı ilə sahibliyinə verilmiş şəxs tərəfindən itirilmiş olduqda.

  2. Əmlak hər birindən oğurlanmış olduqda.

  3. Əmlak onların iradəsindən asılı olmayaraq sair yollarla onların sahibliyindən çıxmış olduqda.

Göstərilən bu üç şərtdən biri mövcud olarsa mülkiyyətçi öz əmlakını vicdanlı sahibindən geri tələb edə bilər. Əgər əmlak mülkiyyətçinin kobud diqqətsizliyi nəticəsində onun sahibliyindən çıxmışdırsa, barada əmlakın geri tələb edilməsi məsləsi bir qədər mürəkkəbləşir. Mülkiyyətçi öz əmlakını saxlamaq üçün başqasına vermişsə və həmin şəxs mülkiyyətçinin etibarında sui-istifadə edərək onu vicdanlı əldə edənə satırsa, bu halda vindikasiya iddiası vicdanlı əldə edənə qarşı qaldırıla bilməz. Bu hallarda qanun əmlakı vicdanlı əldə edənin hüquqlarını qoruyur və o mürəkkəb hüquqi tərkiblər əsasında əldə etdiyi əmlakın mülkiyyətçisi olur.

Mülkiyyətçini əlində əlində əmlakın onun iradəsilə çıxdığı halda əmlakı əvəzli surətdə vicdanlı əldə edən mülkiyyətçiyə dəyən ziyanın əvəzini ödəməli olur. Bu zaman mülkiyyətçdən fərqli olaraq əmlakı əldə edən əmlakı satan haqqında daha çox təsəvvürə malik olur. Buna əsasən, əmlak mülkiyyətçiyə qaytarılır, əmlakı əvəzli surətdə vicdanlı əldə edən ona dəymiş ziyanın satcı tərəfindən ödənilməsi tələbini irəli sürmək imkanı əldə edir.

Mülkiyyət formasından və növündən asılı olmayaraq əmlak vindikasiyasının ümumi şərtləri belədir. Lakin qanunvericilik əmlak vindikasiyasında bir müstəsna hala yol verir. Mülki Məcəllənin 157.3-cü maddəsinə əsasən, pul, habelə adsız qiymətli kağızlar vicdanlı əldə edəndən geri tələb oluna bilməz. Başqasının qanunsuz sahibliyində olan əmlak tələb olunarkən, çox vaxt həmin əmlakın gətirdiyi gəlirə görə tərəflər arasında mübahisələr yaranır. Qanun burada əmlakın vicdanlı və ya vicdansız yolla əldə olunmasını fərqləndirir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya bilməli olduğu vaxtdan və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Söhbət o gəlirdən gedə bilər ki, o qanunsuz sahiblikdə olan əmlakdan əmələ gəlsin. Bununla əlaqədar verilən iddialar mülkiyyətçi tərəfindən əsaslandırılmalıdır. Istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

Zəruri məsrəflər dedikdə, əmlakın qorunmasına, saxlanmasına, cari və əsaslı təmirinə sərf olunan məsrəflər başa düşülməlidir.

Gəlir və məsrəflərin hesablanması ilə yanaşı, qanunvericilik əmlakın yaxşılaşdırılması üçün edilən əlavələrin taleyini də həll edir.

Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda, vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərtilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

Neqator iddia:

Mülki qanunun ənənəvi olaraq nəzərdə tutduğu əşya hüquq iddiasının (peditor iddiasının, yəni mülkiyyət iddiasının) növlərindən biri neqator iddia adlanır. 1964-cü il MM-i neqator iddiaya ayrıca norma (147-ci maddə) həsr edilmişdir. Neqtor iddiasınında tarixi kökləri və mənşəyi qədim Roma hüququ ilə bağlıdır. O, mülkiyyətçinin mülkiyyət hüququnun həyata keçirilməsi qanunsuz olaraq məhdudlaşdırldığı hallarda verilirdi. Lakin əşya mülkiyyətçisinin faktiki sahibliyində qalırdı. Belə qanunsuz hərəkətlərin kəsişməsi məqsədilə mülkiyyətçi neqator iddia verə bilərdi.

Mülkiyyət hüququnun müdafiəsini bu forması da hələ Roma hüquqna məlum olmuşdur və onun adı (actionega-toria- hərfi tərcuməsi “inkar edən iddia”) bunu sübut edir. O mülkiyyət hüququnun həyata keçirilməsində maneələrin aradan qaldırılması: yəni mülkiyyətçinin əmlaka sahiblikdən məhrumetmə ilə bağlı olmayan pozuntulara xitam verilməsi haqqında tələbdir. (Mülki qanunvericiliyin Əsasları, m.54, bənd 2)

Belə növdən olan klassik nümunəsi qonşu tikili və torpaq sahələri sahiblərinin hüquqlarının həyata keçirilməsi üzrə mübahisələridir (onlardan biri öz hərəkətləri ilə, digərinin öz hüquqlarını həyata keçirməsinə mane olur.Məsələn, qonşunun pəncərəsinə işıq düşməsinin qarşısını alan və ya qonşunun öz sahəsinə sərbəst gediş-gəlişinə mane olan bina və tikili inşa edir. və s.)

Neqator iddia təkcə mülkiyyət hüququnun müdafiəsi üçün tətbiq edilmir. Ondan həm də məhdud əşya hüququnun, məsələn servitut hüququnun müdafiəsində istifadə olunur. Məhz bu səbəbdən Roma hüququnda neqator iddia “neqatoria servitutis” (servitut neqatoru) adlanırdı. Servitut neqatoru mülkiyyətçinin verdiyi elə bir iddia idi ki, bunun nəticəsində onun mülkiyyət hüququnun servitutla iddianın yüklənməsi mümkün olmurdu.
Neqator iddianın anlayışı MM-in 157-ci maddəsinin 4-cü bəndində verilmişdir. Neqator iddiasına görə, mülkiyyətçi sahiblikdən məhrum edilməklə bağlı olmayan pozuntulara son qoymağı pozuntu törədəndən məhkəmə vasitəsi ilə tələb edir. Bu iddia mülkiyyətçinin əşyaya sahiblik hüququnun itirlməsi ilə bağlı deyil. Neqator iddiası yalnız mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Özü də dərhal qeyd etməliyik ki, bu hallar əşyaya sahiblik saəlahiyyətinin yox, yalnız əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətinin həyata keçirilməsinə mane olur. Neqator iddia mülkiyyətçinin əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata kemirilməsinə mane olan halların aradan

qaldırılması barədə tələbdir1. Bu iddia o halda verilir ki, pozulmuş hüquqlar sahiblikən məhrum ediləm ilə əlaqədar və bağlı olmasın (MM-in 157-ci maddəsinin 4-cü bəndi)2.



1. Müəlliflərdən Prof. A.P.Sergeyev göstərir ki, neqator iddia əşyaya sahiblik səlahiyyətinin həyata keçirilməsinə mane olan halların aradan qaldırılması üçün də verilə bilər. Aydın bir həqiqətdir ki, bu fikir həqiqətən çox uzaqdır (Гражданское прова.Учебник Часть 1 / Под ред. A.П.Сергеева, Ю.К.Толстово. М.,1998,с.447)

Neqator iddianı yalnız əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərilə bağlı olması fikrini dəstəkləyən müəlliflər də var. ( Гражданское прова.Учебник Часть 1 / Под ред. З.И.Цыбуленко. М.,1998, с.341; Гражданское прова.Учебник Часть 1 / Под ред. Б.М.Гонгало, В.А.Плетневой. М., 1998, с. 310).

2. Neqator iddia nəzərdə tutan göstərilən bənddə “əşya götürmək və ya ondan məhrum etmək” kimi qeyri-münasib anlayış işlədilir. Bunun üçün qanunvericilik “sahiblikdən məhrum etmə” adlı hüquqi termin işlədilir. Neqator iddiaya leqal anlayış verən Almaniya qanunvericiliyində ə məhz bu termindən istifadə olunur: mülkiyyət hüququnun sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozulması halında və ya restitusiyadan imtina olunan halda mülkiyyətçi onun hüququnun həyata keçirilməsinə mane olan şəxsdən pozuntunun ləğv edilməsini tələb edə bilər. (Almaniya Mülki Qanunnaməsi 1004-cü paraqrafı).

Neqator iddiasının predmeti onun elementlərindən biridir. İddiaçının məhhəmədən baxılması və həll olunması xahiş etdiyi maddi-hüquqi tələb bu iddianın predmetini təşkil edir. Həmin tələb isə sahiblikdən məhrum edilməklə əlaqədar olmayan pozuntuların aradan qaldırılmasından ibarətdir.

Neqator iddiasının əsası dedikdə, iddiaçı tərfindən məhkəməyə verilən tələbin əsaslandığı başa düşülür. Bu hallar özündə iki əsas cəhəti əhatə edir: iddaçinın əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətini şərtləndirən hallar; üçüncü şəxsin bu səlahiyyətlərin həyata keçirilməsinə mane olan hərəkətlərini təsdiq edə hallar. İddiaçı bu iki halı əsaslandırmağa borcludur. Lakin iddaçı cavabdehin etdiyi hərkətin hüquqazidd olub-olmadığını sübut etməyə və əsaslandırmağa borclu deyil. Bu halın müəyyən edilməsi iddianın əsasına dazil deyil. Ehtimal olunur ki, cavabdeh öz hərəkətini hüquqauyğun olmasını sübut edənə kimi, onun hərkəti hüquqazidd sayılır.

Neqator iddasının məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrum etmə ilə bağlı olmayan digər salahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə pozulmuş hüquqları bərpa etməkdən ibarətdir. Bu iddianın məqsədi üç niyyətlə şərtlənir: birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq (məsələn, mülkiyyətçi evini özbaşına tutan şəxsin həmin evdən çıxarmaq məqsədi); ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara bilən hərkətlərin qarşısını qabaqcadan almaq məqsədi (məsələn, əşyadan istifadəyə mane ola biləcək tikintinin aparılmasını qadağan etməyə nail olmaq məqsədi); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək (məsələn, mülkiyyətçinin evini pəncərsini qarşısında tikilən hasarı sökmək və s.)

Neqator iddiaya iddia müddəti şamil edilmir(MM-in 384-cü maddəsi 4-cü bəndi). Cavabdeh öz hərəkətinin hüquqauyğun olmasını sübut etməlidir. Əgər sübut etməsə, neqator iddia təmin edilir.

Neqator iddianı təmin edən məhkəmə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir.

Neqator iddia bir qayda olaraq daşınmaz əşyalara mülkiyyət hüququnu müdafiə etmək üçün tətbiq edilir. Müasir şəraitdə torpağın dövriyyəyə cəlb edilməsi ilə bağlı olaraq bu iddia növündən istifadə daha geniş xarakter almaqdadır.

Belə iddia qaldırmaq hüququnun subyekti şeyi öz sahibliyində saxlamış mülkiyyətçi olur. Borclu subyekt şeyi öz sahibliyində saxlamış mülkiyyətçi olur. Borclu subyekt isə qanunsuz hərəkət edərək mülkiyyətçinin hüququnu (adətən, bu, sahiblik və sərəncam vermək səlahiyyətlərinə deyil, istifadə etmək səlahiyyətinə aiddir) pozan olur. Əgər mülkiyyətçinin səlahiyyətlərini həyata keçirməyə maneə qanunauyğun hərəkətlə (məsələn, müvafiq dövlət orqanlarının razılığı ilə mülkin yaxınlığında xəndək qazılması) yaradılarsa, neqator iddia qaldırıla bilməz, ya belə hərəkətlərin qanuniliyini mübahisə etmək (neqator iddia qaldırmaq yolu ilə yox), ya da onların nəticələrinə məruz qalmaq lazım gəlir.

Bu iddia üzrə tələbin obyekti uzanan və iddianın qaldırıldığı anda davam edən hüquq pozuntusunun (hüquqa zidd halın) aradan qaldırılmasıdır. Buna görə də, neqator iddia üzrə hüquq münasibətlərinə iddia müddəti təsir (onun təsirini tətbiq edildiyi vindikasiya iddiasından fərqli olaraq) etmir. Neqator tələbi hüquq pozuntusunun davam etdiyi müddətdə istənilən anda qaldırmaq mümkündür.

Mülkiyyət hüququnun etiraf edilməsi haqqında iddia. Mülki hüquqların müdafəsinin ümumi üsullarından biri onların müəyyən subyektə mənsub olmasını tanımaqdır. Mülkiyyət münasibətləri üçün bu iddia xüsusi əhəmiyyətə malikdir. Çünki mülkiyyət hüququnun özü hətta titul və faktiki sahiblər arasında mübahisə predmeti ola bilər. Bu tələbin təcrübədə daha çox rast gələn əsas növü əmlakın həbsdən azad edilməsi (əmlakın siyahıdan çıxarılması) haqqında iddialarıdır.

Əmlakın həbsi, yəni onun siyahıya alınması və ona aid sərəncam verməyə qadağan qoyulması qanunda birbaşa nəzərdə tutulmuş hallarda zərərin ödənilməsi haqqında məhkəmə qətnaməsinin və ya əmlakın müsadirə haqqında hökmün icrasını, məhkəmədə iddianın qaldırılması (belə hallarda o,adətən, məhkəmə icraçısı tərəfindən həyata keçirilir) zamanı vətəndaşların və hüquqi şəxslərin digər əmək hüquqlarını təmin edən, yaxud vərəsəliyin açılması zamanı vərəsələrin əmlak hüquqlarını qorumaq məqsədilə (bu halda o, notarius tərəfindən həyata keçirilir) tətbiq edilən tədbirdi.

Siyahıya bəzən yalnış olaraq, başqa şəxslərə sərvətlər (əmlak) daxil edilir. Əksər hallarda söhbət ər(arvadın) ümumi əmlakdakı payının və ya şəxsən ona məxsus şeylərin siyahıdan çıxarılması haqqında tələbindən gedir.

Belə iddianın hüquqi təbiətinə dair vahid fikir yoxdur. Bir sıra hallarda ona vindikasiyanın növü, digər hallarda istifadə ilə bağlı deyil, əmlaka aid sərəncam vermək səlahiyyətinə qarşı maneənin aradan qaldırılmasını nəzərdə tutan neqator iddia, üçüncü halda isə hüququn tanınması haqqında iddiaların bir növü olan mülkiyyət hüququnun tanınması haqqında xüsusi iddia kimi baxırlar (Mülki qanunvericiliyin Əsasları,m.6, bənd1).

Sonuncu nöqteyi-nəzər həqiqətə daha çox uyğun gəlir. Əmlakın əksər hallarda mülkiyyətçidə olmasına (onun faktiki alınma anına qədər) görə vindikasiya haqqında daşımaq lazım gəlmir. Göstərilən iddianı neqator iddia da saymaq olmaz. Çünki burada mülkiyyətçinin salahiyyətinin həyata keçirilməsi üçün sadəcə maneə yaradılmır, mahiyyətcə mülkiyyətçinin əmlak üzərində hər cür hüquqdan məhrum etməklə həmin əmlakın üzərindəki hər cür hüquqdan məhrum etməklə həmin əmlakın ondan hüquqi (bəzən faktiki) alınması baş verir. Onu mülkiyyət hüququnun müdafiəsinin öhdəlik üsuluna da aid etmək çətindir. Çünki belə iddia əşya xarakterini saxlayır, o, tələbinə əsasən mülkiyyətçinin əmlakının siyahıya alındığı istənilən tələbkara verilə bilər. Şərh olunanlar, əsasən bu iddia mülkiyyət hüququnun müdafiəsini müstəqil əşya hüquq üsulu sayıla bilər.

Bu iddianın verilmə və təmin edilmə şərtləri ali məhkəmə orqanlarının aktlarında nəzərdə tutulmuşdur1. Əmlakı həbsdən azad etmə haqqında iddiavermə hüququnun subyekti əmlakı sahvən siyahıya alınmış mülkiyyətçidir. Lakin bu, əmlakı siyahıya alınmış şəxsə aid deyildir.

Borclunun özü və ya məhkum (istintaq altında olan) belə iddia verə bilməz. Çünki bu halda o, özünün mülkiyyət hüququnu (bu mənada onu heç kim mübahisə etmir) sübut etməyib, müki və ya cinayət məsuliyyətinə cəlb olunmasının qanuniliyi və əsaslığını mübahisə edir. Söhbət əmlakın məcburi tədbirin tətbiq edildiyi borcluya (məhkum) məxsus olmayan başqa şəxslərdən gedir.

Borclu subyekt (iddia üzrə cavabdeh) həmişə bir deyil, ən azı iki şəxs olur: birincisi, əmlakın siyahıya alındığı borclu; ikincisi, maraqlarına uyğun olaraq əmlaka həbs qoyulmuş təşkilat və şəxslər (tələbkar,kreditorlar).

Əgər əmlak onun müsadirə olunacağı mülahizəsi ilə əlaqədar həbs edilmişdirsə, iddia üzrə cavabdeh məhkum (istintaq altında olan) və əmək mülkiyyətçidən dövlətin xeyrinə tutulduğuna görə dövlətin marağını təmsil edən müvafiq maliyyə orqanı olacaqdır.

Tələbin obyektini naturada mübahisəli əmlak təşkil edir. Bu zaman tələbin əsaslığının qanunda nəzərdə tutulmuş subutetmə vasitələri ilə təsdiqi zəruridir. Belə ki, siyahıda olan əmlakın cavabdehin başqa ailə üzvlərinin şəxsi vasitələri hesabına alınması haqqında onların müddəası şahid ifadələri ilə deyil, sənədlərlə təstiq edilməlidir. (m. 44, 46 MM).

Bax1: Толстой Ю.К. Социалистическая собственность и оперативное управление, Проблемы гражданское права. Л., 1987, с. 103

Qiymətli əmlakın ər-arvaddan birinə bağışlanmasına istinad isə notarial qaydada təstiq edilmiş sənədlər ilə təstiq edilməlidir.(m. 257 MM) və i.a.1

Əgər məhkəmənin hökmü və qətnaməsi ilə siyahıya daxil edilmiş (həmçinin ər-arvaddan digərinin payına düşən) bütün əmlakın cinayət yolu ilə əldə olunmuş vasitələrlə alınması müəyyən edilmişdirsə, onda cinayət nəticəsində vurulmuş zərəri üzrə ödəmə ər-arvaddan hər ikisinin, kolxoz həyəti və ya kəndli təsərrüfatı üzvlərinin payına yönəldilə bilər. Buna uyğun olaraq, belə əmlakın (onun bir hissəsinin) siyahıdan çıxarılması haqqında iddia rədd ediləməlidir (SSRİ Ali Məhkəməsi Plenumunun 31.03.1978 tarixli qərarı, 8-ci bənd)2.

Başqasının qanunsuz sahib olduğu əmlakı tələb etmək hüququ ilə yanaşı, pozulmuş hüquqlar sahiblikdən məhrum edilmə ilə əlaqədar olmadıqda da mülkiyyətçi özünün bütün pozulmuş hüquqlarının müdafiə edilməsini tələb edə bilər. Neqator iddia dedikdə, mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı müqavilədənkənar tələbi başa düşülür. Vindikasiya iddiası kimi, neqator iddia da mülkiyyət hüququnun



1. Ətraflı məlumat üçün bax : О некоторых вопросах примения законодательтства при рассмотрении судами дел об освобождения имущества от ореста (исключении из описи) (обзор субедной практики) Бюллетень Верховного Суда СССР. 1989, N 1, с.46.

2. Bax: SSRİ Ali məhkəməsinin Plenumunun 31.03.78 tarixli “Məhkəmələrin əmlakı həbsdən azadetmə (siayhıdan çıxarmaq) işlərinə baxması zamanı qanunvericiliyin tətbiq edilməsi haqqında Qərarı.” Бюллетень Верховного Суда СССР, 1988, N4: RSFSR Ali Məhkəmsinin Plenumunun 23.04.1981 tarixli plenumunun, SSRİ Ali Məhkəməsinin Plenumunun 31.03.1978 tarixli “Məhkəmələrin əmlakı həbsdən azadetmə (siyahıdan çıxarmaq) işlərinə baxılması zamanı qanunvericiliyi tətbiq etməsi haqqında” qərarının RSFSR məhkəmələrində yerinə yetirilməsi haqqında qərarı. Бюллетень Верховного Суда РСФСР, 1985, N7.

müdafiəsinin əşya-hüquqi vasitələrindəndir. Neqator iddia mübahisə doğuran əşyaya görə mülkiyyətçi və üçüncü şəxslər öhdəlik və sair münasibətlərdə olmadıqda və baş vermiş hüquq pozuntusu xitamına səbəb olmadıqda irəli sürülür.

Neqator iddia irəli sürmək hüququna mülkiyyətçi, habelə titul sahibi əmlaka sahib olduqda, lakin ondan istifadə və onun üzərində sərəncam imkanlarından məhrum olduqda malik olur.

Mülkiyyət hüququnun həyata keçirilməsinə özünün qanunazidd hərəkətləri ilə mane olan şəxs cavabdeh qismindədir.

Neqator iddianın predmeti sahiblikdən məhrum etmə ilə əlaqədar olmayan pozuntunun aradan qaldırılmasına yönələn iddiaçının tələbidir. Əksər hallarda üçüncü şəxs özünün qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi ilə mülkiyyətçiyə əmlakdan istifadə səlahiyyətlərini həyata keçirməyə maneə törədir. Məsələn, qonşu tərəfindən torpaq sahəsinin qanunsuz çəpərlənməsi aparılan tikintiyə mane ola bilər və ya bilavasitə tikinti anbarlarına yaxın ağacların əkilməsi və s. Elə hallar ola bilər ki, maneələr mülkiyyətçinin əmlaka sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə imkan verməsin. Məsələn, borclunun əmlakına həbs qoyularkən, ola bilsin ki, əmlakın içində üçüncü şəxsə məxsus əşya olsun və bu zaman o, bu əşya üzərində sərəncam səlahiyyətlərini yerinə yetirə bilməsin və s. Maliyyə, vergi orqanları tərəfindən əmlakına qoyulmuş məhdudiyyətlərin götürülməsi barədə müəssisələrin iddiası da neqator iddia hesab oluna bilər.

Neqator iddia mülkiyyət hüququnun həyata keçirilməsinə yönəldilən maneə təhlükəsinin olması imkanları olduqda da irəli sürülə bilər. Məsələn, neqator iddia mülkiyyətçi, onun əmlakdan istifadə səlahiyyətlərinə mane ola biləcək tikintinin inşasının layihələşdirilməsinə qarşı da qaldırıla bilər.

Neqator iddianın əsasını iddiaçının əmlakdan istifadə, barəsində sərəncam hüquqlarının əsasları və bu səlahiyyətlərinhəyata keçirilməsinə üçüncü şəxsin fəaliyyətinə ilə maneə yarandığını təsdiqləyən şərtlər təşkil edir.

Iddia hüquq pozuntusunun davam etdiyi və onun nəticələrinin aradan qaldırılmadığı müddətdə qaldırıla bilər. Mülkiyyət hüququnun həyata keçirilməsinə olan maneələr aradan qaldırıldıqdan sonra neqator müdafiə üçün əsaslar aradan qalxmış olur.

Demək, vindikasiya iddiasından fərqli olaraq neqator iddia üzrə hüquq münasibətləri iddia müddətinin təsirinə məruz qalmır. Burada, hüquq pozuntusunun baş vermə müddəti əhəmiyyət kəsb etmir, çünki iddia bu pozuntunun davam etdiyi vaxtda istənilən anda qaldırıla bilər.

Əgər üçüncü şəxs özünün hərəkətlərinin hüquqa uyğun olduğunu sübut edərsə, neqator iddianın təmini rədd edilir.

Vindikasiya və neqator iddialardan başqa mülkiyyət hüququnun müdafiəsi daha bir əşya-hüquqi vasitə ilə - mülkiyyət hüququnun etiraf edilməsi haqqında iddia ilə təmin oluna bilər. Qeyd olunmalıdır ki, bu başlıq altında olan iddialar daha çox məhkəmə praktikasında işlədilir və onların böyük əksəriyyəti ya öhdəlik-hüquqi xarakter daşıyır ya da tərəflərin nisbi hüquq münasibətlərindən əmələ gəlir. Belə münasibətlər müqavilə öhdəlikləri, vərəsəlik hüququ normaları və s. ilə tənzimlənir. Nisbi hüquqi tellərlə bağlı olmayan, üçüncü şəxslərə yönələn iddialara da rast gəlinir. Belə hallara misal olaraq tikinti sahibinin onun tikintiyə mülkiyyət hüququnun tanınmasını təsdiqləyən hüquq müəyyənedici sənədlərin verilməsi barədə yerli idarəetmə orqanlarına tələbini göstərmək olar.

Mülkiyyət hüququnun tanınması barədə iddia dedikdə, elə bir maddi-hüquqi tələb başa düşülür ki, bu tələb əsasında mübahisə obyekti olan əşyanın mülkiyyət hüquqi əsasında mülkiyyətçiyə məxsusluğu müəyyən və təsdiq edilir.

Ədəbiyyatda belə tələblərin hüquqi təbiəti müxtəlif cür qiymətləndirilir.

Bəzən müəlliflərin fikrinə görə, mülki qanunvericilik mülkiyyət hüququnun etiraf edilməsinə dair müstəqil iddia tanımır. Mülkiyyət hüququnun etiraf edilməsi tələbi, onların fikrincə, vindikasiya və neqator iddianın tərkibi kimi çıxış edir.

Digər müəəlliflər, tamamilə, haqlı olaraq deyilən iddiaya müstəqil əşya-hüquqi vasitə kimi baxırlar.

Həqiqətən də deyilən iddianı müstəqil iddia kimi qəbul etmədikdə mülkiyyətçilərin bir çox konkret halda tələbinin hüquqi təsnifini vermək mümkün olmaz. Məsələn, mülkiyyətçi maddi köməklik məqsədilə öz əşyasını müvəqqəti olaraq əvəzsiz lombarda qoymaq üçün başqasına verir. Tərəflər razılığa gəlirlər ki, ssuda borcları verildikdən sonra əşya mülkiyyətçiyə qaytarılacaqdır.

Belə müqavilə, hərçənd müqavilə tiplərinin hər hansı birinə uyğun gəlməsə də hər halda öhdəliklər yaradır. Hesab edək ki, əşyanı mülkiyyətçidən alan şəxs ssuda borclarının ödənilməsinə qədər vəfat edir. Mülkiyyətçi əşyaya olan hüquqlarını necə müdafiə edə bilər? Bu halda tələbin vindikasiya iddiası üzrə yönəldilməsi düz olmazdı, belə ki, lombardın əşyaya sahibliyini qanunsuz hesab etmək olmaz, belə ki, girov qoyan mülkiyyətçinin iradəsinə əsasən hərəkət etmişdir. Bu zaman neqator iddianın köməyinə də arxalanmaq olmaz, çünki mülkiyyətçi sahiblikdən məhruz olmuşdur. Belə olan təqdirdə mülkiyyətçi yalnız müstəqil tələblə, mülkiyyət hüququnun etiraf edilməsi iddiası ilə çıxış edə bilər.

Beləliklə, mülkiyyət hüququnun etiraf edilməsi dedikdə, mübahisəli əmlak üzərində iddiaçının mülkiyyət hüququ faktının üçüncü şəxslər qarşısında təsdiq edilməsi və tanınması ilə bağlı müqavilədənkənar tələbi başa düşülür.

Iddia mülkiyyətçi tərəfindən, onunla mübahisə doğurdan əşyaya görə öhdəlik və sair hüquq münasibətində olmayan, mülkiyyətçinin həmin əmlak üzərində hüquqlarını bölən, inkar edən və tanınmayan üçüncü şəxsə qarşı qaldırıla bilər. Deyilən iddianı qaldırmaq hüququna eyni zamanda əmlak üzərində titul sahibliyi, xüsusilə tam təsərrüfatçılıq aparan və operativ idarəçilik edən subyektlər də malikdir.

Cavabdeh kimi belə hallarda əşyaya öz hüquqlarını elan edən və ya etməməklə iddiaçının həmin əşyaya mülkiyyət hüququnu tanımayan üçüncü şəxslər çıxış edir.

Mülkiyyət hüququnun etiraf edilməsi haqqında iddianın predmeti cavabdehdən hər hansı bir öhdəliyin icrasını tələb etməyən, yalnız iddiaçının mülkiyyət hüququnun və başqa əşya hüqüqlarının tanınması faktının təsdiqi hesab olunur. Mülkiyyət hüququnun etiraf edilməsi hüquqda şübhələri dağıdır, hüquqda lazım olan inamı təmin edir, tərəflər arasında hüquq münasibətlərinə aydınlıq gətirir, əmlak üzərində sahiblik, ondan istifadə və barəsində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin əsaslarına xidmət edir. Iddianın əsasını iddiaçının əmlak üzərinə mülkiyyət və s. əşya hüquqlarının olmasını təsdiq edən halla təşkil edir.

Mülkiyyət hüququnun müdafiəsinin onun etiraf edilməsi yolu ilə təmin olunmasının əsas şərti iddiaçının əmlaka öz hüquqlarının təsdiq etməsidir. Bu onun əmlaka mülkiyyət hüququnu təsdiq edən hüquq təsdiqedici sənədlərdən, habelə mübahisəli əşyanın ona məxsus olmasını təsdiq edən digər vasitələrdən irəli gələ bilər.

Neqator iddiada olduğu kimi mülkiyyət hüququnun etiraf edilməsi haqqında iddia üzrə hüquq münasibətlərinə də iddia müddəti təsir etmir.

Belə ki, iddia müddətinin keçməsinin asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb istənilən vaxt baxılmaq üçün məhkəmə tərəfindən qəbul edilir.

Bütün yuxarıda göstərilənlərdən belə nəticəyə gəlmək lazımdır ki, mülkiyyətin və digər əşya hüquqlarının müdafiəsi üçün qanunvericilik tərəfindən lazımi və təsirli üsullar müəyyən edilmişdir. Bu üsullar ölkəmizdə mülkiyyətin Konstitutsiya ilə təsbit edilmiş formaların möhkəmlənməsinə və onun inkişaf etməsinə xidmət edir.

Mülkiyyət hüququnun tanınması barədə iddianın əsasını İddiaçının mülkiyyət hüququnun tanınması barədə məhkəməyə verdiyi tələbin əsaslandığı hallar təşkil edir. Bu hallar nəticəsində iddiaçının iddia vermək hüququ təsdiq olunur. Deməli iddiaçının mülkiyyət hüququnun tanınması barədə iddia vermək hüququ əmələ gəlməsini şərtləndirən və bu hüququn yaranmasına dəldlət edən faktlar nəzərdə tutulan iddianın əsasını təşkil edir.

İddianın verilməsi üçün lazım olan şərtlər olduqda, iddiaçı tələb irəli sürür. İddianın təmin olunması da müəyyən şərtlərlə bağlıdır. Ən vacib şərt ondan ibarətdir ki, iddiaçı mübahisə obyekti olan əşyaya öz hüququnu təstiq etməlidir. Bu, müxtəlif sübutetmə vasitələrindən istifadə olunmaqla həyata keçirilir. Bu vasitələrin təyinatı əşyanın mülkiyyətçiyə məxsusluğunu sübut etməkdən və təstiqləməkdən ibarətdir.

I I I F Ə S İ L

  1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə