Mükəmməl təbabətə doğru




Yüklə 24.91 Kb.
tarix27.02.2016
ölçüsü24.91 Kb.

Mükəmməl təbabətə doğru“ azərbaycanlı gənc təbiblərin



Almaniya Forumu

09.04-10.04.2011, Mannheim, Almaniya

Forumun əsas missiyası Almaniyada və digər Avropa ölkələrində çalışan həkimlərimiz, tibbi-bioloji elmlər sahəsində tədqiqat aparan gənc alimlərimiz və təhsil alan tibb tələbələrinin mütəmadi görüşməsi və Azərbaycandan dəvət edilmiş həmkarları, səhiyyə və elm təşkilatçıları ilə əməkdaşlıq perspektivlərini müzakirə etmələri üçün imkanın yaradılmasıdır. Bu Forum Alman Akademik Mübadilə Xidməti (DAAD - Deutscher Akademischer Austausch Dienst), Azərbaycan Höküməti, Azərbaycan Həkimlər və Təbib Tələbələr İctimai Birliyi, ASAİF – Xaricdə Təhsil Alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu tərəfindən təşkil edilir və Heidelberg Universitetinin Manhheim Tibb Fakültəsində keçiriləcəkdir.

Forum Almaniya və digər xarici ölkələrdə çalışan həkim, tibb tələbələri və bioloqları ölkəmizin səhiyyə sistemində və tibb elmində baş verən yeniliklərlə tanış edəcək və onların öz gələcək karyeralarını geri dönərək ölkəmizdə davam etdirmə qərarlarına dəstək verəcəkdir. Azərbaycanlı mütəxəssislər ölkəmizin tibb xidməti, tibb təhsili və tibb elmi sahələrində olan ehtiyaclar haqqında məlumat ala biləcəklər. Bu isə onların, xüsusilə də tibb tələbələrinin gələcək ixtisas seçimində düzgün qərar vermələrinə kömək edəcəkdir. Bununla yanaşı, iştirakçılardan Azərbaycan klinikaları və tibbi elm və təhsil ocaqları ilə uyğun alman institutları arasında əlaqələrin qurulmasında köməklik göstərmələri də gözlənilir.

Forumda iştirak Azərbaycandan olanlar üçün Almaniyada peşə, elm və təhsil sahəsində arzu etdikləri əməkdaşlığı qurmağa kömək edəcək informasiya və əlaqələr verəcəkdir. Beləki, onlar Foruma dəvət edilmiş alman mütəxəssisləri ilə görüşə biləcək və alman klinikaları və fondları haqqında məlumatlar ala biləcəklər.

Foruma seçilən iştirakçıların əksəriyyətinin yol, qalma və yemək xərcləri təşkilatçılar tərəfindən ödəniləcəkdir. Öz xərcini ödəyə biləcək iştirakçılar da müraciət edə bilərlər. İştirakçı sayı məhduddur.

Forumda iştitrak etmək arzusunda olanlar aşağıda əlavə edilmış ərizə formasını doldurmalı və öz CV-ləri ilə birgə 25.03.2011-ci il tarixinə kimi azermds@ifmsa.org ünvanına göndərməlidirlər.



ƏRİZƏÇİ HAQQINDA MƏLUMAT:





1. Ad, Soyad:
Təvəllüd:


Şəkil


2. İşlədiyiniz və ya təhsil aldığınız mühəsisə haqqında məlumat:
Universitet, fakültə:

və ya


İşlədiyiniz yer:


3. Əlaqələr

Telefon:

E-mail:



4. Viza
Əgər gəbul olunsanız Almaniyaya daxil olmaq üçün vizaya ehtiyaciniz varmı?

  bəli  xeyir


Əgər bəli , aşağıdaki məlumatları təqdim edin:
Doğum tarixi:  Pasport No.:  Pasportu verən organ: 

Doğum yeri:  Etibarlıdır: 


Bu məlumatlar sizə dəvət məktubunu göndərmək üçün tələb edilir.




MOTİVASİYA VƏ MARAĞINIZ:


5. Bir neçə cümlə ilə Forumda iştirak məqsədinizi yazın (Ən çoxu 200 söz):


6. Forum və sonrakı dövrdə Forumun missiyasına necə töhfə verə bilərsiniz? (Ən çoxu 200 söz):


7. İngilis dilini hansı səviyyədə bilirsiniz:

Alman dilini hansı səviyyədə bilirsiniz:

Digər dillər:


8. Hansı Milli və ya Beynəlxalq təşkilatın üzvüsünüz?




9. Forumda daha hansı məsələlərin müzakirəsini arzu edərdiniz?




ƏLAVƏ MƏLUMATLAR:


10. Yol və qalma xərci ödənməzsə Forumda iştirak edə bilərsinizmi?

 Bəli  Xeyir




11. Hər hansı pəhriz ehtiyacınız varmı?




12. Təxmini gəliş cədvəlinizi təqdim edin:

(təyyarə, qatar, avtobus)




13. Əlavə qeydləriniz:




Tarix: İmza:

(Ad və soyad)

Doldurulmuş ərizə forması və əlavə olunmuş tərcümeyi hal 25.03.2011 tarixinə kimi azermds@ifmsa.org ünvanına göndərilməlidir.




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə