Mühazirələrin icmalı FƏNNƏ GİRİŞ




Yüklə 0.57 Mb.
səhifə9/10
tarix22.02.2016
ölçüsü0.57 Mb.
1   2   3   4   5   6   7   8   9   10

Mövzu 16 :İctimai təşkilatların sosial-iqtisadi inkişafda rolu

Ölkə başçısı İlham Əliyev 2011-ci ildə qarşıda duran vəzifələrə də aydınlıq gətirərək bildirdi ki, biz bu ildə də iqtisadiyyatımızın inkişafını təmin etməliyik: “Əminəm ki, iqtisadiyyatımız daha da artacaqdır. Makroiqtisadi sabitlik qorunmalıdır və əminəm ki, infilyasiya birrəqəmli olacaqdır. Biz xüsusilə istehlak bazarına nəzarətimizi gücləndirməliyik. Bu sahədə böyük işlər görülüb və davam etdirilməlidir. Qiymətlərin süni şəkildə şişirdilməsinə yol verilməməliyik, azad rəqabəti təmin etməliyik, inhisarçılıq meyllərinin qarşısını almalıyıq. Lazımsız yoxlamalar aparılmamalıdır, xüsusilə, hüquq-mühafizə orqanları tərəfindən lazımsız yoxlamalara son qoyulmalıdır ki, ölkədə sahibkarlığı daha da sürətlə inkişaf etdirək, buna daha böyük təkan verək”.

Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə, əsasən də, keçid dövründə sosial-iqtisadi inkişafa mane olan hallara qarşı mübarizə metodları və üsulları genişləndirilmiş, cinayətkarlığa, o cümlədən korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına yönəldilmiş əməli tədbirlər gücləndirilmişdir. Ulu öndərin “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” 1994-cü il 9 avqust tarixli, “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması, və əsassız yoxlamaların qadağan edilməsi barədə” 1996-cı il 17 iyun tarixli, “Dövlət nəzarət sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” 1999-cu il 7 yanvar tarixi fərmanları, “Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” 1998-ci il 27 yanvar tarixli sərəncamı cinayərkarlığa, o cümlədən, korrupsiyaya qarşı mübarizəni dövlət siyasətinin mühüm istiqamətlərindən biri hesab etmiş, onun daha da məqsədyönlü aparılmasına şərait yaratmışdır. 28 noyabr 2000-ci il tarixli 422 saylı fərmanı ilə təsdiq olunmuş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında” əsasnamə ilə verilmiş səlahiyyətləri çərçivəsində torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti işinin komitənin müfəttişləri tərəfindən həyata keçirilməsi də torpaq sahələrinin mülkiyyətə və icarəyə ayrılması işlərində öz növbəsində şəffaflığı təmin etmiş, torpaq sahəsinin ayrılması zamanı korrupsiyaya gətirib çıxara bilən halların qarşısı alınmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı ( 2007-2011-ci illər) ” əsasında komitənin 2007-ci il 03 sentyabr tarixli 211 nömrəli əmri ilə təsdiq edilmiş “Tədbirlərin Planı”na müvafiq olaraq, 2011-ci ildə 30.12.2010-cu il tarixli 376 nömrəli əmrlə müəyyən edilmiş və həyata keçiriləcək tədbirlərin (müraciət, ərizə və şikayətlərlə əlaqədar effektiv araşdırmaların aparılması, elektron poçt vasitəsilə ərizə və şikayətlərin qəbulu işinin təşkili, məlumat əldə edilməsi qaydalarının və üsullarının, məlumat əldə edilməsi üzrə məsul olacaq struktur bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi, hesabatlarda dövlət qulluğuna qəbul və qulluqla bağlı digər məsələlərin əks etdirilməsi, ərizə və şikayətlərə baxılması, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərə dair hesabatların hazırlanması, hesabatların dərc edilməsi və ictimaiyyətə açıqlanması, şəxslərin birbaşa daxili nəzarət orqanlarına müraciət imkanlarının yaradılması, daxili nəzarət orqanları tərəfindən müraciətlərə operativ və qısa müddət ərzində baxılması, daxili nəzarət qurumlarının maddi və texniki resurslarla təmin edilməsi, internet saytlarında məlumatların mütəmadi yeniləşdirilməsi, göstərilən xidmətlərə görə ödənişlər barədə məlumatları əks etdirən lövhələrin yerləşdirilməsi, göstərilən xidmətlərə görə nağd ödəmələrin azaldılması, komitənin aparatında və struktur bölmələrində ödənişlərin plastik kartlar vasitəsilə həyata keçirilməsinin təmin edilməsi, “qaynar xətt”ə daxil olan məlumatlarla əlaqədar operativ tədbirlərin görülməsi, etik davranış məsələləri üzrə tədris və treninqlərin təşkil edilməsi, dövlət qulluqçularının ixtisasartırma üzrə treninqlərə cəlb edilməsi və rotasiya sisteminin tətbiq ediləcəyi sahələrin müəyyən edilməsi və rotasiya prinsipinin tətbiq edilməsi) icrasının daim nəzarətdə saxlanılması, korrupsiyaya gətirib çıxara biləcək halların əvvəlcədən müəyyən edilərək bu barədə ciddi qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin təmin edilməsi və bu işlər üzrə görülən tədbirlərə dair hesabatın müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasına göndərilməsinin təmin edilməsi barədə müvafiq olaraq komitədə yaradılmış komisiyaya, aidiyyatı rəhbər vəzifəli şəxslərə və komitənin tabeliyində olan icraçı struktur vahidlərinin rəhbərlərinə tapşırıqlar vermişdir.



Mövzu 17 : Sosial iqtisadi islahatların hüquqi əsasları

Dövlət quruculuğunun hüquqi bazası

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda cərəyan edən mürəkkəb və ziddiyətli ictimai-siyasi proseslərə qətiyyən biganə qalmayan ulu öndər Heydər Əliyev müstəqilliyin qazanılması,milli özünüdərkin təmin olunması prosesində yaxından iştirak etmişdir.Dövlət müstəqilliyini qazanmış Azərbaycanın sonrakı mərhələdə üzləşdiyi fəlakət və sarsıntılar,ağır sosial-iqtisadi böhran,xaos və anarxiya mühiti təsdiqlədi ki, dövlət müstəqilliyinin qorunub saxlanması onun qazanılmasından qat-qat çətindir.

1993-cü ilin 15 iyununda Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi qanunverici orqanın cəmiyyətdəki nüfuzunu qaldırmış,onun təşəkkülünə,ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə,habelə milli parlamentarizm ənənələrinin inkişafına böyük zəmin yaratmışdır.

Böyük siyasət ustadı mürəkkəb bir siyasi dövrdə parlament idarəçiliyinə yeni ruh və müasirlik gətirmiş,onun sivil,işlək orqana çevrilməsini təmin etmişdir.

Dövltin ən çətin günlərində Ali Sovetin Sədri kimi məsul vəzifəni şərəflə daşımış Heydər Əliyev bir-birindən mürəkkəb problemləri böyük siyasi məharətlə yoluna qoymuş,yüksək idarəçilik keyfiyyətləri sayəsində parlamentin xoşagəlməz siyasi çəkişmələr meydanına çevrilməsinin qarşısını almışdır.

Ulu öndər ilk gündən milli qanunvericiliyin yeni dövrün tələblərinə uyğunlaşdırılması,cəmiyyət həyatı üçün faydalı olan bir sıra yeni qanunların qəbulu prosesini də diqqət mərkəzində saxlamışdır.

Parlament “müdafiə haqqında “26 noyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununu qəbul etmişdir.Sonrakı əlavə və dəyişikliklərlə 5 bölmə və 18 maddədən ibarət qanunda göstərilirdi ki, Azərbaycan Respublikasının müdafiəsi dövlətin müstəqilliyinin,ərazi bütövlüyünün,suverenliyinin və əhalinin təcavüzdən qorunmasının təmin olunması məqsədilə dövlət tərəfindən həyata keçirilən siyasi,iqtisadi,hüquqi,hərbi və sosial tədbirlər sistemidir.

Qanunverici orqan ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi,hərbi sahənin inkişafına yönəlmiş,onun üçün hüquqi bazanı müəyyən edən qanunlar qəbul etmişdi.1994-cü il 4 yanvar tarixli “Sərhəd qoşunları haqqında”, 1994-cü il 8 fevral tarixli “Daxili qoşunların statusu haqqında”, 1994-cü il 23 sentyabr tarixli “Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin təsdiqi haqqında”,”Silahlı Qüvvələrin Daxili Xidmət Niamnaməsinin təsdiqi haqqında qanunları qeyd etmək olar.

1994-cü il iyulun 1-də Milli Məclis “Müəssisələr haqqında” qanun qəbul etdi.Bu qanun Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən müəssisələrin təşkilati-hüquqi formaları,onların yaradılması,idarə edilməsi və fəaliyyəti prinsiplərini müəyyən edir,müəssisələrin təsərrüfat müstəqilliyinə və hüquqi bərabərliyinə təminat verirdi.

Qanunverici orqan 1994-cü il sentyabrın 16-da “Auditor xidməti haqqında”qanun qebul etdi.Qanunda mülkiyyətçininəmlak hüquqlarını müdafiə edən müstəqil maliyyə nəzarəti sisteminin yaradılması,təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyətini yoxlama,ekspertiza,təhlil aparmaq və yazılı rəy vermək,habelə təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidmətinin tərkib hissəsi kimi müəyyən edilirdi.

Azərbaycan Respublikasının qanunverici orqanı maliyyə-hüquq münasibətlərinin subyektlərinin hüquq və vəzifələrini müəyyən edən “Valyuta tənzimi haqqında”21 oktyabr 1994-cü il tarixli Azərbaycan Respublikasının Qanununu qəbul etdi.Qanun Azərbaycan Respublikasında valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini,valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyətlərini və funksiyalarını ,hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq,bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquqlarını,vəzifələrini və valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir.

Azərbaycan Respublikasının ərazisində mülkiyyət formasından və təsərrüfat fəaliyyətinin növlərindən asılı olmayaraq bütün subyektlər üçün bərabər hüquqlar yaradılmasını nəzərdə tutan “İnvestisiya fəaliyyəti haqqında” qanun 13 yanvar 1995-ci il tarixdə qəbul edilmişdi. Qanunda Azərbaycan Respublikası ərazisində investisiya fəaliyyətinin ümumi sosial, iqtisadi və hüquqi şərtləri də müəyyənləşdirilirdi. 4 fəsil və 21 maddədən ibarət qanun investisiyanın Azərbaycan Respublikasına intensiv cəlb olunmasına, ondan ölkənin sosial-iqtisadi bazasının, habelə beynəlxalq iqtisadi əməkdaşlığın və inteqrasiyanın inkişafı üçün səmərəli istifadə edilməsinə və mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının bərabər müdafiəsinə təminat verir. Investisiyaların qorunması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi, habelə başqa dövlətlərlə bağladığı müqavilələrlə təmin edilir.

Azərbaycan Respublikasının iqtisadiyyatının struktur dəyişmələrinin mühüm istiqamətlərindən biri torpaq üzərində mülkiyyət münasibətlərinin yenidın müəyyənləşdirilməsi baxımından Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “Aqrar islahatların əsasları haqqında” və “Kolxoz və sovxozların islahatı haqqında” 18 fevral 1995-ci il tarixli qanunlar olmuşdur. Qanun kənddə torpaq və əmlak üzərində yeni mulkiyyət munasibətlərinin formalaşmasi muxtəlifnovlü təsərrüfatlarin yaradilmasinin hüquqi bazasini müəyyən edirdi. Torpaq islahatının əsas istiqaməti müəyyən edən qanun torpaqlarin dovlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xususi mulkiyyətə əvəssiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasini nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq satın almaq hüquqları vardır. Qanuna görə, müxtəlifnövlü təsərrüfatlar mülkiyyət münasibətlərindən və təsərrüfatçılıq formalarından asılı olaraq aşağıdakı kimi müəyyən edilir: torpaq və əmlak üzərində xüsusi mülkiyyətə əsaslanan kəndli(fermer), şəxsi yardımçı təsərrüfatlar; torpaq və əmlak üzərində xüsusi mülkiyyətə əsaslanan birgə təsərrüfatlar, kooperativlər, səhmdar cəmiyyətlər; torpaq və əmlak üzərində dövlət mülkiyyətinə əsaslanan dövlət kənd təsərrüfatları müəssisələri, səhmdar cəmiyyətlər və s. Mülkiyyətçilərin qərarı ilə bir təsərrüfat formasının digərinə çevrilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir.

Milli Məclis torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını müəyyən edən 1996-cı il iyulun 16-da “Torpaq islahatı haqqında” qanun qəbul etdi. Qanuna əsasən torpaq kənddə yaşayan vətəndaşların mülkiyyətinə pulsuz olaraq verilirdi. Respublikanın vahid torpaq fondu əsasında dövlət, bələdiyyə və xüsusi torpaq mülkiyyəti formaları müəyyən edildi. Torpaq mülkiyyətçisinin torpağa sahiblik, ondan istifadə və sərəncam hüququ təsbit edilirdi. Beləliklə, torpaq islahatının aparılmasını müəyyən edən qanun iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək,olkənin iqdisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarilə Azərbaycan xalqının maddi rifahını yüksəltmək məqsədini güdürdü.

Müstəqil Azərbaycan Respublikası iqtisadiyyatının liberallaşdırılması, sağlam rəqabət prinsipləri əsasında inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılmışdı. Iqtisadi münasibətlərdə inhisarçılığın qarşısının alınması və haqsız rəqabətə yol verilməməsini təmin edəcək “Haqsız rəqabət haqqında” 2 iyun 1995-ci il tarixli Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Hüquqi baza yaradan qanun haqsız rəqabətin qarşısının alınmasının və aradan qaldırılmasının təşkilati-hüquqi əsaslarını müəyyən edir, sahibkarlıq fəaliyyətinin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır, bazar subyektlərinin haqsız rəqabət metodlarından istifadəyə görə məsuliyyətini müəyyən edirdi. Qanun Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün bazar subyektlərinə şamil edilir.

1994-cü il sentyabrın 20-də imzalandıqdan sonra parlament tərəfindən də ratifikasiya sdilmiş “Əsrin müqaviləsi” isə xalqın və dövlətin maraqlarına tam cavab vermiş, Azərbaycan iqtisadi inkişafında yeni mərhələnin əsasını qoymuşdur.

Azərbaycan Respublikasının Milli Məclisi 1995-ci ildən etibarən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi, ölkəmizin Avratlantik məkana inteqrasiyası üçün hüquqi bazanın yaradılması kimi vəzifələri yerinə yetirmiş, qanun yaradıcılığı işində dünyanın qabaqcıl demokratik ölkələrinin təcrübəsindən bəhrələnmiş, qanunvericilik fəaliyyətində mühüm nailiyyətlər qazanmışdır. Statistik rəqəmlər göstərir ki, 1993-cü il oktyabrın 10-dan 2002-ci il dekabrın 30-dək Milli Məclisdə qəbul edilmiş1715 qanun və qərardan 975-i məhz ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında parlamentə təqdim olunmuşdur

Həyata keçirilən islahatların mühüm bir istiqamətini də məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, bu konteksdə insan və vətəndaş hüquq və azadlıqlarının maksimum dərəcədə müdafiəsi üçün çevik mexanizmlərin yaradılması, habelə qanunların aliliyinin təmin olunması məsələləri təşkil etmişdir.

Son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında ölkə həyatı üçün son dərəcə vacib əhəmiyyət kəsb edən çoxlu sayda qanun və qərarlar qəbul edilmiş, parlamentin ölkənin ictimai-siyasi həyatında rolu daha da yüksəlmişdir. 2008-ci ildə Azərbaycan Parlamentinin yaranmasının 90-cı ildönümü təntənəli şəkildə qeyd olunmuşdur. Bu əlamətdar tədbirdə dərin nitq söyləyən dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin hüquqi dövlət quruculuğu sahəsindəki fəaliyyətini yüksək qiymətləndirmişdir.

Azərbaycan Respublikasının Milli Məclisi milli qanunvericiliyin təkmilləşdirilməsi prosesində yaxından iştirak edir, hər bir addımda dövlətçilik maraqlarını, insan və vətəndaş hüquq və azadlıqlarının aliliyi prinsipini əsas tutur. Xüsusi vurğulamaq lazımdır ki, 18 mart 2009-cu il tarixli ümumxalq referendumu nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasına edilmiş əlavə və dəyişikliklərin bir qismi Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin daha da təkmilləşdirilməsinə xidmət etmişdir.

Azərbaycan Respublikasının Milli Məclisi bu gün də üzərinə düşən məsuliyyətli missiyanı uğurla yerinə yetirməyə, dövlətin və xalqın maraqlarının keşiyində layiqincə dayanmağa, habelə dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən mütərəqqi siyasi, iqtisadi və hüquqi islahatlara töhfəsini verməyə çalışır.

Mövzu 21: Milli iqtisadiyyatın inkişaf modeli

“Əsrin kontaktı”ndan ötən zaman kəsiyində onun Azərbaycana vermiş olduğu siyasi və iqtisadi dividentlər deyilənləri aksiomatik olaraq təsdiqləyir. Beynəlxalq rəqabət nəzəriyyəsinin banilərindən biri M.Porterin əsaslandırmalarına görə rəqabətə davamlılıq ölkənin malik olduğu aparıcı iqtisadi sahə çərçivəsində həyata keçirilməli, daha sonra milli iqtisadiyyatın digər sahələri üzrə onun diversifikasiyası aparılmalıdır.(М.Портер. Международная конкуренция. С.606. М. 1993).



«Milli iqtisadi inkişaf modeli”nin özünəməxsus prinsipləriç xüsusiyyətləri, meyarları və üstünlükləri vardır:

  1. Ümumplanetar səviyyədə mövcud olan böyük güc mərkəzlərinin dünyanın vahid prinsiplərlə yaşamaq, idarəçilikdə, xüsusilə maliyyə idarəçiliyində vahid ənənə və davranış normalarına əməl olunması, habelə qarşılıqlı asılılığın qəbul edilməsi kimi niyyətlərinə ehtiyatlı yanaşmaq zərurətinin yaranmasını qeyd etmək olar.Daha sonra milli maraqlara xələl gətirə bilən təhlükələrinə qarşı “açıq gözlə” baxmaq, siyasi, iqtisadi və sosial problemlərin müstəqil həlli proseslərindəki pərdəarxası maraqları və ya “qayğıları dərk edərək həmin problemlərin həllində sərbəstliyin “girov” qoyulması təhlükələrinə sayıqlığın göstərilməsi səlahiyyətlərinin mövcudluğu.

  2. Beynəlmiləllşmə mərhələsindən transmilliləşmə mərhələsinə keçidin əhatə dairəsinin genişlənmə prosesi vüsət aldıqca Azərbaycanın üzləşə biləcəyi qlobal maliyyə qeyri-sabitliyi təhlükəsinə qarşı iqtisadi müqavimətin gücləndirilməsi istiqamətində tədbirlərin öz vaxtında görülməsi çox ciddi əhəmiyyət kəsb etmişdir. Qeyd etmək lazımdır ki, beynəlxalq iqtisadiyyatın virtual iqtisadiyyatdan sistem asılılığının həlledici dərəcədə gücləndiyi bir şəraitdə bu gerçəkliyin təmin edilməsi böyük aktuallığa malik idi.

  3. İqtisadi həyatın qloballaşması prosesində dünya miqyaslı iqtisadi və siyasi cərəyanların mahiyyətini, məzmununu düzgün müəyyənləşdirərək, habelə milli və dünyəvi mənsubiyyətləri nəzərə alaraq Azərbaycanın perspektiv tale yolunun axarlı istiqamətlərinin müəyyən edilməsi;

  4. Azərbaycan əmtəə bazarının liberallaşdırılmasına mülayim münasibət göstərmiş, daha doğrusu onun əksinə olmamışdır. Lakin ölkənin sosial-iqtisadi taleyi üçün qeyri-adekvat bilinən maliyyə bazarının liberallaşdırılması məsələsinə şox ciddi yanaşmış, onu daim nəzarətdə saxlamışdır. Bu da təbii və çox düzgün yanaşma kimi qəbul edilməlidir.Ona görə ki, ölkənin maliyyə bazarının liberallaşdırılması onun stabil inkişafına nəzarətin təmin edilməsi baxımından olduqca təhlükəlidir. Bu baxımdan da Azərbaycan Beynəlxalq Bankının xarici subyektlər tərəfindən özəlləşdirilməsinin ölkə rəhbərliyi tərəfindən yubadılması hakimiyyətin məqsədəuyğun fəaliyyəti kimi qəbul etmək daha ədalətli olardı.

  5. Postsovet məkanındakı ölkələrin bəzilərindən tam fərqli olaraq Azərbaycan Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı (DB), Ümumdünya Ticarət Təşkilatı (ÜTT) və s. beynəlxalq qurumlarla əməkdaşlıq zamanı ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi daim ön planda dayanmışdır. Xüsusilə də ÜTT-nin üzvlüyünə daha ehtiyatlı yanaşılması bu istiqamətdə Azərbaycan rəhbərliyi tərəfindən qarşıya qoyulan ən prioritet vəzifələrdən biri olmuşdur. 1997-ci ildə ÜTT-nin üzvü olan Qırğızıstanın acı təcrübəsi Azərbaycan rəhbərliyinin bu yönümdəki ehtiyatlılığının tamamilə doğru olduğuna bir daha haqq qazandırmış və bundan sonra da ölkənin ÜTT-yə üzv olması məsələsi üzrə danışıqların davam etdirilməsinin məqsədəuyğunluğu ictimai fikirdə də təsdiqlənmişdir. Çünki Qırğızıstanın ÜTT-yə üzvlüyündən yeddi il sonra həmin ölkənin xarici borcunun artım tempi ÜDM-nin artım tempini 12% üstələməsi faktı kimi iqtisadi baxımdan təhlükəli görünən statistik göstərici müşahidə edilmişdir.

  6. Qloballaşmanın üstünlükləri və ya mənfiliklərinə münasibət, beləliklə də prosesin qarşısının alınması ayrılıqda bir ölkənin arzu və istəyindən asılı deyildir. Həm də iqtisadi həyatın qloballaşması qlobal bir proses olmaqla, həm də xüsusi bir kateqoriyadır. Lakin bu da bir həqiqətdir ki, qloballaşma istiqamətində səciyyəvi xüsusiyyətlərin intensiv olaraq mövcudluğu dünya ölkələrinin nəyə qadir olduğunu tam açıqlığı ilə ortaya qoyur. Beləliklə dünya ölkələri qloballaşmanın “obyekti” və “subyekti” kimi fərqləndirilərək seçilməyə doğru getməkdədirlər. Belə “bölünmə” prosesinin özü də ölkələrin ərazi bütövlüyü və ya əhalinin sayı ilə deyil “sərhədsizliyə” doğru irəliləməkdə olan iqtisadi məkanda baş verən siyasi və iqtisadi proseslərin axarının düzgün müəyyən edilməsindən, beynəlxalq münasibətlərlə milli münasibətlər arasında mənafe ümumiliyinin düzgün qurulmasından asılı olacaqdır. Müstəqil Azərbaycan Respublikasında ictimai-siyasi və sosial-iqtisadi gedişlərin uğurlu nəticələri onun güclülər içərisində güclü görünməsi ehtimalını daha da artıraraq , həm də beynəlxalq diqqət mərkəzində qloballaşmanın “subyekti” kimi özünü təsdiqləyəcəkdir. Bu da uğurlu iqtisadi inkişaf modelinin bir daha təsdiqlənməsi kimi qiymətləndirilməlidir.

  7. Azərbaycanın nail olduğu sosial-iqtisadi nəticələrin əsas “nüvəsi” və bəlkə də “ağır artilleriyası” “Əsrin kontraktı”dır. Ölkəmiz üçün həm tarixi, həm də siyasi və iqtisadi baxımdan misilsiz əhəmiyyət daşıyan bu sənədin imzalanması nəticəsində qazanılan uğurlar nəinki MDB məkanında və bəlkə də dünya miqyasında Azərbaycandan başqa heç bir ölkənin və millətin üzləşmədiyi ağır problemlərin müvəffəqiyyətlə həllinə imkan vermişdir. Hesablamalar göstərir ki, neft sektoru və onun hesabına yaranmaqda olan yeni istehsal sahələri və habelə infrastruktur dəyişmələri müəyyən müddətdən sonra regional özünüidarəetmə prinsipi üzrə respublikanın bölgələrində sosial və təsərrüfat həyatının ahəngdar gedişinə şərait yaradacaqdır. Bu da bir tərəfdən sonrakı nəsillərə beynəlxalq iqtisadi inkişafın müvafiq mərhələsində rəvan və işgüzar həyat tərzinin qurulmasına imkan verən Heydər Əliyev strategiyasının tövhəsi olmaqla, digər tərəfdən isə karbohidrogen ehtiyatlarının hətta tükənməyə başladığı zaman mərhələsində onların üzləşə biləcəyi pərdəarxası kalonizasiya siyasətinin asılılıq (möhtaclıq) kimi acı nəticələr verə biləcəyi təhlükələrindən uzaq olacaqlar.

  8. Azərbaycanda həyata keçirilən ictimai-siyasi və sosial-iqtisadi islahatların 1-ci mərhələsi cənab İlham Əliyevin prezidentliyə başladığı dövrdə keyfiyyətcə tam şəkildə başa çatmışdır. Artıq 2003-cü ildən başlayaraq Azərbaycan yeni bir inkişaf mərhələsinə qədəm qoymuşdur. Bütün bunlar radikal islahatların, o cümlədən uğurlu neft strategiyasının bəhrələridir ki, hazırda aparılan müxtəlif hesablamalara görə Azərbaycan çox qısa bir tarixi dövrdə 200 milyard dollara qədər vəsait əldə edəcəkdir. Ölkə prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi artıq Azərbaycanda keçid dövrü başa çatmışdır. Bu isə Azərbaycanın tam hüquqlu bazar iqtisadiyyatı ölkəsi statusunu alması deməkdir. Cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi bu həm də yeni iqtisadi doktrinanın əsas prinsiplərindən biri kimi qiymətləndirilməlidir. Müasir şəraitdə ölkənin gündəliyində duran əsas məsələlərdən biri yeni dövrün tələblərinə uyğun olaraq ölkə rəhbəri İlham Əliyev tərəfindən irəli sürülən iqtisadi inkişaf doktrinasına müvafiq tədbirlərin görülməsi, cəsarətli addımların atılmasından ibarətdir. Artıq adambaşına 6000 dollara qədər ümumi daxili məhsul istehsalı, ümumavropa inteqrasiyasına doğru istiqamətlənən bu inkişaf qarşıya qoyulan vəzifələrin vaxtında həyata keçirilməsi imkanlarının mövcudluğundan xəbər verir.

Azərbaycanda qlobal maliyyə və iqtisadi böhranla bağlı həm daxili, həm də beynəlxalq səviyyədə kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilməkdədir. Bu da özünü milli iqtisadiyyatın qlobal iqtisadiyyata, həm də ölkənin maraqlarını qane edən səviyyədə inteqrasiya olunmasında, ümumi daxili məhsulun üçdə iki hissəsinin ixrac olunmasında, xüsusilə də iqtisadi artımın 50 faizdən çoxunun ölkədən kənar tələb hesabına formalaşmasında daha aydın göstərir. Xarici ekspertlərin rəyləri bir daha təsdiqləyir ki, son dövrdə Azərbaycanın maliyyə və iqtisadiyyat strukturları beynəlxalq maliyyə bazarlarının ən fəal iştirakçılarından birinə çevrilməsinin nəticəsidir ki, beynəlxalq bazarlardan ölkəyə cəlb olunan vəsaitlərin kəmiyyəti də nəzərəçarpacaq dərəcədə artmışdır. Şübhəsiz ki, beynəlxalq bazara inteqrasiya olduqca zəruri idi və bir çox ölkələr bu kimi ümdə arzulara nail ola bilmirlər. Digər tərəfdən isə ümumdünya iqtisadiyyatı üçün ağır problemlər yaradan iqtisadi və maliyyə böhranının acı nəticələri dünya iqtisadiyyatına inteqrasiya olunmayan ölkələrdə özünü daha kəskin təzahür etdirməkdədir. Lakin inkaredilməz həqiqətdir ki, belə bir şəraitdə xarici mühitin mənfilikləri Azərbaycandan da yan keçə bilməzdi. Beləliklə də qlobal tələbin azalması və dünya iqtisadiyyatındakı qeyri-sabitlik nəticəsində neftin qiyməti kəskin surətdə azalaraq onun hər barelinin qiyməti 2008-ci ilə nisbətən 2009-cu ildə 1,5 dəfəyə qədər azaldı. Statistik rəqəmlərə görə müqayisə olunan dövrdə həmin göstərici 95 və 50 ABŞ dolları arasında tərəddüd etmişdir.
1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə