Mühazirələrin icmalı FƏNNƏ GİRİŞ




Yüklə 0.57 Mb.
səhifə7/10
tarix22.02.2016
ölçüsü0.57 Mb.
1   2   3   4   5   6   7   8   9   10

3) Ölkəmizdə İKT sektorunun inkişaf tempi.

Azərbaycan Respublikasının Prezidentinin 11 avqust 2010-cu il tarixli sərancamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı” (“Elektron Azər-baycan”) adlanır.

Bu proqram əvvəlki dövlət proqramının nəticələrinin qiymətləndirilməsi, dövlət orqanlarının, biznes sektorunun və cəmiyyətin müasir rabitə və informasiya texnologiyalarına olan tələbatının təhlil edilməsi, dünya təcrübəsinin öyrənilməsi, beynəlxalq təşkilatların,o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqı(BTİ) və Ümumdünya Poçt İttifaqının (ÜPİ) tövsiyyələri, həmçinin respublikanın sosial - iqtisadi inkişaf səviyyəsi nəzərə alınmaqla tərtib edilib. Dövlət proqramı sahələrarası xarakter daşıyır, cəmiyyətin inkişafına xidmət edəcək tədbirləri və nazirlik, komitə və digər təşkilatların təqdim etdiyi layihələri özündə cəmləşdirir.

Azərbaycanın davamlı və dayanıqlı inkişafı siyasətinin prioritet istiqamətlərindən biri olan informasiya - kommunikasiya texnologiyaları sosial - iqtisadi sistemin bütün sahələrinə və insanların gündəlik fəaliyyətinə sürətlə nüfuz edərək, ictimai-iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrilib. Respublikada İKT sektorunun inkişaf tempi bu sahədə ümumdünya göstəricilərini təxminən üç dəfə qabaqlayır. Dünya İqtisadi Forumu tərəfindən 2008-2009-cu illər üçün hazırlanmış “İnformasi-ya texnogiyalarının qlobal inkişafı haqqıda hesabat”da Azərbaycan 134 ölkə sırasında 60-cı yeri tutmaqla, bir çox nüfuzlu ölkələri qabaqlayıb və MDB-nin iştirakçısı olan dövlətlər arasında lider olub.Forum Azərbaycan hökumətini informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün dövlət hazırlığı reytinqində yüksək qiymətləndirib. Bu parametr üzrə Azərbaycan dünyanın ilk 30 ölkəsi siyahısında yer alıb.Hesabatda Azərbaycanda informasiya-kommunikasiya sahəsinə dair qanunvericilik və dövlət idarəsi amilləri də yüksək qiymətləndirilib.

Telekommunikasiya və poçt infrastrukturunun yeni texnologiyalar əsasında modernləşdirilməsinin tam başa çatdırılması, keyfiyyətli və qənaətbəxş telekommunikaya xidmətlərinin təqdim olunması, peyk rabitəsi texnologiyalarından istifadə “E-hökumət” həllərinin tətbiqinin genişləndirilməsi və bütövlükdə cəmiyyətdə İKT-dən istifadənin səviyyəsinin artırılması mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, informasiya cəmiyyətinin tələblərindən irəli gələn dövlət informasiya sistemlərinin inkişafına,informasiya təhlükəsizliyinin təmin edilməsinə, e-imza və elektron sənəd dövriyyəsinin tətbiqinə, elektron və poçt-maliyyə xitmətlərinin təşkilinə, yerli istehsalın və onun ixrac potensialının gücləndirilməsinə,ayrı-ayrı sahələr üzrə İKT-nin tətbiqinin gücləndirilməsinə, internetdən istifadə səviyyəsinin artırılmasına və İKT üzrə kadr hazırlığına diqqət yetirilməsi vacibdir.

Bu kontekstdə “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”ın məqsədi milli strategiyadan irəli gələn və zifələrin yerinə yetirilməsi, respublikanın informasiya cəmiy-yətinə keçidinin təmin edilməsi, İKT-nin inkişafını və geniş tətbiqini təmin etmək yolu ilə informasiya və biliklərə əsaslanan,rəqabətə davamlı iqtisadiyyatın qurulması və inkişaf etdirilməsi üçün zəminin formalşdırılması,dövlət idarəetmə mexanizmləri-nin səmərəliliyinin artırılması və qərarların qəbulu prosesində vətəndaşların və sosial institutların iştirakı imkanlarının genişləndirilməsi, cəmiyyətin informasiya məhsulu və xidmətlərinə olan tələbatının dolğun ödənilməsidir.

Dövlət proqramında qoyulmuş məqsədlərə çatmaq üçün aşağıdakı məsələlərin həlli nəzərdə tutulur : respublikada müasir informasiya və kommunikasiya infrastrukturunun inkişaf etdirilməsi,fiziki və hüquqi şəxslərin dövlət orqanlarının fəaliyyəti haqqında məlumatlara ; dövlət idarəçiliyinin bütün səviyyələrində İKT həllərinin tətbiqi,dövlət informasiya sistemləri və resurslarının formalaşdırılması və inkişaf etdirilməsi; dövlət orqanlarının göstərdiyi xidmətlərin operativliyinin və keyfiyyətinin, habelə dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılması üçün “E-hökumət” həllərinin geniş tətbiqi, “ bir pəncərə ” prinsipi əsasında elektron xidmətlərin təşkili ; müasir inkişaf tələblərinə uyğun olaraq, sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi ; sahə üzrə standartlaşdırma və sertifikatlaşdırılmanın beynəlxalq təcrübəyə uyğun həyata keçirilməsi ; müasir İKT ixtisasları üzrə mütəxəssis hazırlığının keyfiyyətinin artırılması ; İKT xidmət və məhsullarının istehsalının inkişaf etdirilməsi və ixrac potensialının artırılması ; yeni texnika və texnologiyaların tətbiqi, sahə üzrə xidmətlərin, o cümlədən poçt və telekommunikasiya (o cümlədən peyk rabitəsi) xidmətlərinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi ; poçt şəbəkəsi vasitəsilə poçt-maliyyə xidmətlərinin həyata keçirilməsinin inkişaf etdirilməsi ; “ rəqəmsal geriliyin ” azaldılması üçün tədbirlərin həyata keçirilməsi ; informasiya cəmiyyətinin qurulması istiqamətində vahid elmi-texniki və innovasiya siyasətinin həyata keçirilməsi ; informasiya cəmiyyətinin qurulması üzrə görülən işlərə ictimai nəzarətin təmin edilməsi. Dövlət proqramı milli telekommunikasiya və poçt infrastrukturunun və xidmətlərinin inkişafı,dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlərin inkişaf etdirilməsi, informasiya cəmiyyətinə keçid üçün şəraitin yaradılması, rəqabət qabiliyyətli və ixracyönümlü İKT potensialının gücləndirilməsi kimi dörd əsas istiqamət üzrə həyata keçirilir.

Ölkəmizdə İKT sahəsində ugurla həyata keçirilən dövlət siyasəti və xüsusən də, bu sahəyə Prezident İlham Əliyevin diqqət göstərməsi dünyanın aparıcı İKT şirkətlərinin Azərbaycana daha böyük marağına səbəb olmaqdadır.Bu şirkətlərin rəhbərlərinin ölkəmizə səfərləri və Davos iqtisadi formlarında və digərləri kimi dünya miq-yaslı şirkətlərin prezidentlərini Azərbaycan dövlət başçısı ilə görüşləri bir daha göstərir ki, Azərbaycanın İKT sektoru potensial investorların ( “ Mikrosoft”, “ Cisco”, “ İntel” ) diqqət mərkəzindədir və bu sahədə geniş əməkdaşlıq imkanları mövcud-dur.“ Mikrosoft ” şirkətinin prezidenti Bill Qeytsin hələ 2006-cı ildə Bakıda keçiril-miş “ Bakutel-2006 “ XII beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinə göndərdiyi məktubda bu məqam xüsusi olaraq vurğulanır. Sürətli iqtisadi inkişaf hökumətimizin iqtisadi artımla bağlı qəbul etdiyi strateji qərarların düzgün olduğunu göstərir. Prezident İlham Əliyevin bu sahədə dəstəyi bir çox beynəlxalq biznes dairələrini Azərbaycana gələcək investisiyalar üçün böyük potensiala malik olan ölkə kimi baxmağa təşviq edir. Onlar Azərbaycan hökumətinin iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı ilə bağlı gördüyü işlərdən heyrətlənir və müasir texnologiyalar, elmi və texniki tərəqqi, təhsil və insan ehtiyatları sahəsinə investisiya qoymaq qərarını alqışlayırlar.Azərbaycan özünün təhsilli və bacarıqlı işçi qüvvəsi ilə elm,texnologiya,mühəndislik və digər sahələrdə böyük potensiala malik olduğunu açıq şəkildə göstərir ”.



Mövzu 11 : Təhsil sisteminin inkişaf istiqamətləri.

Keçid dövrünü geridə qoyaraq inkişafının keyfiyyətcə yeni mərhələsinə adlamış müstəqil Azərbaycan mühüm makroiqtisadi göstəricilərə nail olmaqla yanaşı, elm və təhsil sahəsində də bir sıra uğurlu nəticələr əldə etmişdir. Neft gəlirlərini güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəltməyi mühüm vəzifə kimi qarşıya qoyan Azərbaycan Prezidenti İlham Əliyev ölkə elminin və təhsilinin inkişafı məqsədilə yeni sərəncamlar, fərmanlar imzalamışdır.

Qloballaşma əsrində respublikada milli tərəqqinin yeganə yolu elm və təhsilin, müasir biliklərin, intellektual əməyin inkişafından, habelə kompyuter və informasiya texnologiyalarının bütün idarəetmə səviyyələrində geniş tətbiqindən keçir. Bu reallığı nəzərə alan Prezident İlham Əliyev elm və təhsilə qayğını, bu sahədə özünü göstərən bir sıra problemlərin həllini hökumət qarşısında ciddi vəzifələrdən biri kimi müəyyənləşdirmişdir.

Azərbaycan Prezidentinin bu sahəyə xüsusi diqqətlə yanaşması həm də respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması ilə şərtlənir. Belə mühüm mərhələdə mövcud uğurların qorunub saxlanılması üçün idarəçilikdə yüksək elmi-intellektual səviyyənin təmin edilməsi son dərəcə vacibdir. Müqayisə üçün bildirək ki, əgər 2003-cü ildə təhsilə 243 milyon manat ayrılmışdırsa, 2011-ci ildə bu rəqəm 1338,2 milyon manat təşkil edib. Bu isə 2010-cu il büdcəsində nəzərdə tutulan vəsaitdən 50,2 milyon manat ( 3,9% ) çoxdur. Eyni zamanda, elmin inkişafına yönəldilən xərclər 2003-cü ildə əgər 16,6 milyon manat təşkil edirdisə 2010-cu ilin dövlət büdcəsində bu məqsədlə 98,2 milyon manat, 2011-ci ilin dövlət büdcəsindən isə 108,6 milyon manat vəsait ayrılmışdır. Bu isə 2010-cu ildəkindən 5,6 % ( 5,8 milyon manat ) çoxdur.

Qısa müddətdə onlarca inkişafyönümlü proqramın icrasına başlanılmış, strateji əhəmiyyətli sənədlər bütövlükdə təhsil infrastrukturunun yeniləşdirilməsindən tutmuş məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təminatına qədər olan mühüm məsələləri əhatə etmişdir. Sovet dövründən formalaşdırılan və müasir tələblərə cavab verməyən məktəblərin təmiri və bərpası, yenidən qurulması isə ilk növbədə, təhsilin forma və məzmunca təkmilləşdirilməsi zərurətindən irəli gəlmişdir. Bu problemin həlli- məktəblərdə əsaslı təmir-inşaat işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi hələ 11 fevral 2004-cü il tarixdə imzalanmış Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ( 2004-2008-ci illər) Dövlət Proqramında, habelə “ Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə inkişafı Dövlət Proqramı”nda əksini tapmışdır. Eyni zamanda, “ Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramı ( 2005-2009-cu illər )” bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Bütün bunların nəticəsi kimi ölkədə 2 mindən çox orta ümumtəhsil məktəbinin inşa olunması da son illərin ən mühüm uğurlarından biri kimi diqqəti çəkir.

Bir faktı da qeyd edək ki, respublikada 2008-2012-ci illəri əhatə edən məktəb tikintisi proqramı üzrə 600 yeni məktəbin inşası nəzərdə tutulmuşdur. Bu müddətdə, eyni zamanda, 1500 məktəbin əsaslı təmiri və yenidən qurulması işi də həyata keçiriləcək. 500-ə yaxın məktəb üçün isə əlavə korpus və sinif otaqlarının inşası reallaşdırılacaq. Bu işlərin həyata keçirilməsi nəticəsində Azərbaycanda məktəb infrastrukturunun yeniləşdirilməsi prosesi başa çatacaq.

Müasir dövrdə təhsilin səviyyəsi həm də hər bir ölkədə kompyuter və informasiya texnologiyalarının sürətli inkişaf dinamikası ilə şərtlənir. Bu baxımdan 2004-cü il 21 avqust tarixli “ Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının ( 2005-2007-ci illər) təsdiq edilməsi haqqında” fərman ötən müddətdə gənclərin müasir biliklərə və informasiya texnologiyalarını dərindən mənimsəməsinə elmi-texniki zəmin yaratmışdır.

2008-ci il iyunun 10-da təsdiq edilmiş “ 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” isə müasir informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi yolu ilə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təminatı məqsədinə xidmət edir.

Ümumtəhsil məktəbləri üçün müasir tələblər səviyyəsində yeni dərsliklərin hazırlanması və şagirdlərə pulsuz paylanılması məsələləri də dövlətin sosialyönümlü proqramları sırasında mühüm yer tutur.“Ümumtəhsil məktəblərinin dərsliklə təminatı Proqramı ( 2006-2015-ci illər)” bu mənada xüsusi aktuallıq kəsb edir. 2003-2010-cu illərdə Azərbaycan və rus dillərində ümumilikdə 30 milyondan çox dərslik çap edilərək məktəblilərin istifadəsinə verilmişdir. 2005-ci ildən etibarən ümumtəhsil məktəblərinin bütün şagirdləri dərsliklərlə pulsuz təmin olunurlar və Azərbaycan bu sahədə MDB məkanında yeganə ölkədir.

Müasir təlim texnologiyaları və üsulları üzrə kompeks tədbirlər ( innovativ təhsil proqramlarını) həyata keçirən, keyfiyyət göstəriciləri ilə fərqlənən ümumtəhsil məktəbləri üçün 2007-2008-ci tədris ilindən başlayaraq hər tədris ilində bir dəfə olmaqla müsabiqə əsasında 50 ən yaxşı ümumtəhsil məktəbinin hər birinə innovativ təhsil üsullarının inkişaf edirilməsi üçün 10 min manat və 100 ən yaxşı müəllimin hər birinə 5 min manat məbləğində birdəfəlik mükafat təsis olunmuşdur.

Ölkə başçısı “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı ( 2007-2010-cu illər )” və Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı ( 2007-2012-ci illər )nda nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi məqsədilə 2010-cu il 15 sentyabr tarixində “ Məktəbəqədər təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin əsaslı təmirinin təmin edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə” sərəncam imzalanmışdır. Sərəncamla 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Təhsil Nazirliyinə məktəbəqədər təhsil müəssisələrinin əsaslı təmiri üçün 2 milyon manat, habelə peşə-ixtisas təhsili müəssisələrinin əsaslı təmiri üçün də 2 milyon manat ( cəmi 4 milyon manat) məbləğində vəsait ayrılmışdır.

Prezident İlham Əliyevin 20 aprel 2011-ci il tarixli “ Dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə” sərəncamı da ölkənin təhsil və səhiyyə işçiləri tərəfindən rəğbətlə qarşılanmışdır. Bu konsepsiya hazırlanaraq qəbul edildikdən sonra təhsil və səhiyyə işçilərinin məvaciblərində müəyyən artımların olacağı gözlənilir.

Ölkə başçısı təhsili strateji əhəmiyyətli sahə hesab etdiyindən onun problemlərinin həlli üçün davamlı və sistemli tədbirlər həyata keçirir. Ölkə Prezidentinin 2011-ci il 11 iyul tarixli “ 2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında” sərəncamı da sosial-iqtisadi inkişafın hazırkı mərhələsində təhsilin mövcud problemlərinin kompleks həlli məqsədinə xidmət edir. Sərəncamın preambula hissəsində vurğulandığı kimi, “ ... İnkişafın innovasiya mərhələsinə keçilməsi, rəqabətədavamlı milli iqtisadiyyatın formalaşması və inkişaf dinamikasının sürətləndirilməsi başlıca olaraq insan kapitalı ilə bağlı bir çox məsələlərin öz həllini tapmasını, o cümlədən təhsilin dünya standartlarına cavab verməsini tələb edir. Respublikamızın mövcud potensialı müasir və innovativ təhsil sisteminin təkmilləşdirilməsi üçün geniş imkanlar açmaqla onun iqtisadi inkişafın mühüm amilinə çevrilməsini təmin etməlidir”.

Ölkədə informasiya cəmiyyətinin qurulmasını və biliklərə əsaslanan iqtisadiyyata keçidin yeni təhsil modelinə tələbatı nəzərə alaraq “ 2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması ilə bağlı xüsusi Dövlət Komissiyası yaradılmışdır. Komissiya “ 2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın layihəsini 3 ay müddətində hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

2011-2012-ci tədris ilində ölkəmizin ümumtəhsil məktəblərinin birinci sinfinə 124 min 274 şagirdin qəbul olunacağı proqnozlaşdırılır. Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin birinci sinfinə 33 min 464 şagirdin qəbulu gözlənilir. Ötən tədris ilində bu rəqəm 32 min 812 nəfər təşkil edib.

Bundan başqa, hazırda 2011-2012-ci illər üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbuluna başlanılıb. Cari ildə iqtisadiyyatın müxtəlif istiqamətləri əsasında ümumilikdə 99 peşə üzrə 16 min 570 nəfərin peşə-ixtisas təhsili müəssisələrinə qəbulu planlaşdırılıb. Onlardan 41 min 190 nəfərin dövlət vəsaiti hesabına, 2 min 380 nəfərin isə ödənişli əsaslarla təhsil alacağı nəzərdə tutulub.

Bu il Təhsil Nazirliyi sistemindəki ümumtəhsil müəssisələrində olan vakant yerlərə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, üçmərhələli müsabiqə yolu ilə həyata keçirilir. 2 min 177 vakant yerə 10 min nəfər iddiaçı elektron ərizə verib. 8 min 700 iddiaçının ərizəsi təsdiq edilib və onlar müsabiqənin ikinci mərhələsinə buraxılıblar.

Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində Azərbaycan xalqının intelektual gələcəyini təmin etməyin yeganə yolu məhz təhsilin müasir tələblər səviyyəsinə çatdırılmasıdır. Bir tərəfdən respublikamızın iqtisadi inkişaf tempi, digər tərəfdən isə yüksək təhsil, bilik almaqla yaxşı mütəxəssis kimi yetişməyin vacibliyi fikrinin ictimai şüurda daha möhkəm əsasda intişar tapması milli təhsil sisteminin gələcəyi ilə bağlı kifayət qədər ürəkaçan mənzərə yaradır. Bütün bunlar deməyə əsas verir ki, yaxın illərdə Azərbaycanda təhsil sahəsində özünü göstərən problemlər əsaslı surətdə aradan qalxacaq, milli təhsilimizin keyfiyyəti daha da yüksələcəkdir.



Mövzu:12 Azərbaycan iqtisadiyyatının inkişaf meyilləri

Bir çox təbii sərvətlərlə və müxtəlif istehsal sahələrinin fəaliyyəti üçün müəyyən imkanlarla zəngin olan Azərbaycan iqtisadiyyatının ümumi səviyyəsi özünün üstünlüklərinə nisbətən xeyli aşağı, onun sahə qruluşu isə olduqca birtərəfli olmuşdur. Əsas səbəb də o idi ki, Azərbaycan uzun müddət imperiyaların tərkibinə qatıldığından onun iqtisadiyyatı əasasən hakim dövlətlərin maraqlarına uyğun sahələrin inkişafı ilə məhdudlaşmışdır. Sovetlərin işğalından əvvəl Azərbaycan iqtisadiyyatının əsas sahəsi olan neft sənayesi uzun müddət respublikanın ümumi sənaye məhsulunun 80 faizdən çoxunu təşkil edirdi. Azərbaycan iqtisadiyyatının o zamanki və sonrakı birtərəfli inkişafı onun ictimai və sosial-iqtisadi həyatının taleyüklü sahələrində böyük məhdudiyyətlər yaradır.

1920-1970-ci illər Azərbaycanın iqtisadiyyatına bütövlükdə 14 milyard rubl (ildə orta hesabla 280 milyon rubl) sərmaye qoyulmuşdursa 15 ildə (1971-1985-ci illər) bütövlükdə 36 milyard rubl (hər il orta hesabla 2.4. milyard rubl), yəni ildə 10 dəfəyə yaxın çox vəsait sərf olunmuşdur. Həmin illər Azərbaycan iqtisadiyyatı kompleks inkişaf etmişdir. İqtisadiyyatın aparıcı sahəsi olan sənayenin inkişafı xüsusilə böyük sürətlə artmışdır. Belə ki, 1971-ci və 80-ci illərin birinci yarısında respublikada orta hesabla 14 iri sənaye müəssisəsi (1920-1970-ci illərdə isə 5) tikilib istifadəyə verilmişdir. Ümumiyyətlə, sovet dövründə respublikada 530-a qədər tikilən sənaye müəssisəsinin 200-dən çoxu 70-80-cı illərin sonuna düşür. İqtisadiyyatın ikinci əsas sahəsi olan kənd təsərrüfatı da özünün güclü inkişsfı ilə səciyyələnirdi.

Keçən əsrin 70-80-cı illərində iqtisadiyyatın hərtərəfli inkişafının əsas səbəbi Azərbaycan tarixində ilk dəfə olaraq yerli sərvət və imkanlar hesabına regionların inkişafında böyük dönüşün yaradılmasından ibarət idi. Maraqlıdır ki, vaxtilə son dərəcə geri qalmış regionlar artıq 1985-ci ildə respublikanın ümumi sənaye məhsullarının 2/5 hissəsini verirdi. Onlar bir sıra mühüm sənaye sahələri üzrə respublikanın mühüm istehsal mərkəzlərinə çevrilmişdilər.

Sovet İttifaqının çökməsi və bunun nəticəsində respublikanın əldə etdiyi müstəqilliyin ilk il yarımlıq dövründə bu nəaliyyətlərin bir çox önəmli tərəfləri ciddi tənəzzülə məruz qalmışdı. Müstəqillik hər bir xalqın taleyində əvəzolunmaz tarixi hdisədir. Lakin azadlığı əldə etmək azdır, onu qoruyub saxlamaq da lazımdır. Müstəqilliyin bu əsas təməl zəmninə əml edilməməsinin nəticələrini Azərbaycanın timsalında aydın görmək olar.

Heydər Əliyev respublikanın dağılmış iqtisadiyyatının mühüm istiqamətlərinin bərpası ilə yanaşı, neft sənayesinin böyük imkanlarını və bu mühüm sahənin müstəqil Azərbaycan üçün vacibliyini nəzərə alaraq neft strategiyasını həyata keçirməyə başladı. Eyni zamanda, ölkədə genişmiqyaslı iqtisadi islahatlara start verildi, liberallaşma və mərhələlər üzrə özəlləşmə proqramların gerçəkləşdirilməsi, maliyyə-pul, kredit və vergi sistemlərinin yenidən qurulması, Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi və s. tədbirlər respublikanın sürətli dirçəlişini təmin etdi. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara verilməsi Azərbaycanın artıq stabilləşən maliyyə imkanlarını daha da artırdı və zəruri inkişaf proqramlarının həyata keçirilməsini faktdan da görmək olar ki,əgər 2000-ci ildə son dərəcə zəif olan respublika büdcəsi xərclərin cəmi 11,6 faizi iqtisadiyyatın inkişafına sərf edilmişdisə, 2010-cu ildə dəfələrlə artan ölkə büdcəsi xərclərinin 41,6 faizi bu məqsəd üçün istifadə edilmişdir.

Yeni şəraitdə ölkədə həyata keçirilən əhəmiyyətli layihələr içərisində regionların sosial-iqtisadi inkişafını əhatə edən proqromları xüsusi qeyd etmək lazımdır. Məlumdur ki, ulu öndər daim Azərbaycanın ahəngdar inkişafı üçün regionların mütəmadi iqtisadi yüksəlişini diqqət mərkəzində saxlayırdı. Hazırda regionların genişmiqyaslı və hərtərəfli inkişafı ölkə rəhbəri İlham Əliyevin fəaliyyəti ilə bağlıdır.

Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin ardıcıl həyata keçirilməsi bütün bölgələrdə məhsuldar qüvvələrin inkişafına böyük təkan verdi. I Dövlət proqramının yerinə yetirilməsi sayəsində regionlara keçmişdən miras qalmış müxtəlif köhnə infrastruktur sistemlərini müasirləşdirmək və onların əhatə dairəsini geniləndirmək üçün əlverişli biznes mühiti yaradıldı. Ölkədə elektrikləşdirmə və qazlaşdırma şəbəkələri xeyli genişləndirildi, müasirləşdirildi, yol-nəqliyyat sektoru, sosial infrastruktur sisteminin əsas sahələri yenidən quruldu. Dövlət Proqramında regionların sosial-iqtisadi inkişaf istiqamətləri daha da genişləndi. Təkcə onu qeyd etmək kifayətdir ki, bu proqramın əhatə dairəsi regionlarda 1000-dən artıq tədbirin həyata keçirilməsini nəzərdə tutur. Ümumiyyətləikinci proqramın əsas məqsədi regionlarda istehsal təyinatlı müxtəlif sənaye sahələrinin inkişafını təmin etməkdir. Məlum olduğu kimi, Azərbaycan iqtisadiyyatı 2010-cu ildə 5 faiz artmışdır. Bu cəhətdən sənayenin inkişafı xüsusilə təqdirəlayiqdir. Faktlar göstərir ki, son 4 ildə (2005-2009-cu illər) ölkədə 173 yeni sənaye müəssisəsi yaradılıb. Təkcə 2010-cu dən çox müəssisənin açılmasında və təməlqoyma mərasimlərində iştirak etmişdir.

Ulu öndər həmişə Azərbaycan iqtisadiyyatında mühüm yer tutan yanacaq sənayesinin inkişafını milli maraqlara uyğunlaşdırmağa, onu respublikanın hərtərəfli inkişafına yönəltməyə çalışırdı. Ümumilli lider bu arzusunu ancaq müstəqillikdən sonra tam şəkildə reallaşdırmağa nail oldu. Onun bu istiqamətdə yaratdığı mükəmməl strayegiyada bir tərəfdən yanacaq sənayesinin güclü inkişafı, digər tərəfdən isə sahibkarlıq fəaliyyətini genişləndirmək əsasında qeyri-neft sektorunun ölkə iqtisadiyyatının çox zəruri tərkib hissəsi kimi fərmalaşması nəzərdə tutulurdu.

Bu inkişaf xətti hazırda Prezident İlham Əliyev uğurla davam etdirilir. Bunun ən bariz nümunəsini iş adamları üçün əlverişli biznes mühitinin yaradılmasında və onların səmərəli fəaliyyəti üçün hər il maliyyə dəstəyinin verilməsində görmək layihəsinin maliyyələşdirilməsinə 115 milyon manat güzəştli kredit vermişdir. Bu gün əsasən qeyri-neft sektorunda təmsil olunan özəl sektor Azərbaycan iqtisadiyyatında əhəmiyyətli yer tutur və onun mühüm sahələri əsasən regionlarda inkişaf edir. İqtisadiyyatın güclü inkişafını təşviq edən investisiyaların artımı qeyri-neft sektorunun daha da şaxələnməsini təmin edir. Əsas kapitala yönəlmiş sərmayələrin 2010-cu ildə 75 faizdən çoxunu daxili investisiyalar təşkil etmişdir ki, yaradılmasına və infrastruktur sisteminin təkmilləşdirilməsinə imkan verir. Belə ki, 2010-cu ildə investisiyaların 70 faizi məhz qeyri-neft sektorunun müxtəlif infrasruktur sahələrinin inkişafına sərf edilmişdir. Nəticədə qeyri-neft sənaye sektorunun 2010-cu ildə artım sürəti 6,6 faizə bərabər olmuşdur. Bu da ÜDM-in həmin ildəki artım sürətindən (5 faiz) və sənayenin ümumi artımından (2,6 faiz) xeyli yüksəkdir.

Yanacaq sənayesinin yüksək inkişafı nəticəsində Azərbaycanın sürətlə artan maliyyə ehtiyatları ilk növbədə iqtisadiyyatın hərtərəfli inkişafına təkan verir. Müqayisə üçün xatırlamaq lazımdır ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın maliyyə imkanları son dərəcə məhdud olduğu halda, onun 2011-ci ilin ancaq icmal büdcəsinin və valyuta ehtiyatlarının ümumi həcmi bütün istiqlal dövründə ölkə iqtisadiyyatının inkişafına sərf edilən vəsaitdən çoxdur. İndi Azərbaycan nəinki öz iqtisadiyyatını inkişaf etdirir, həmçinin investor kimi dünyanın bir sıra başqa ölkələrində də layihələr reallaşdırır.

İnkişafın bu yönümündə mühüm əlamətlərindən biri də regionlarda sənaye müəssisələrinin tikilməsidir. Bu sırada son zamanlar Gədəbəydə qızıl istehsalı üzrə müəssisəni, Naxçıvanda avtomobil, Şamaxıda elektrotexnika, Qəbələdə piano və lift, Xaçmazda, Lənkaranda konserv zavodlarını və onlarca başqalarını sadalamaq olar.

Regionların sosial-iqtisadi inkişafı üzrə müəyyən edilmiş sistemli tədbirlər onların tarazlı inkişafında lazımi nizamlamanı müntəzəm olaraq yaxşılaşdırır və bölgələrdə həyata keçirən tədbirlərini tezliklə bu sahədə böyük dönüşün yaranmasını təmin edəcəyinə əsas yaradır.

Regionların sosial-iqtisadi yüksəlişinə xüsusi əhəmiyyət verilməsi Azərbaycanın daha qüdrətli, həmahəng və çoxşaxəli inkişafına olan böyük məqsədlərdən irəli gəlir. O da məlumdur ki, Azərbaycanın iqtisadi qüdrətinin indikindən də artıqmöhkəmlənməsi hələ uzun müddət yanacaq sənayesinin inkişafı ilə bərabər, sahibkarlığın genişlənməsi hesabına əsasən qeyri-neft sektorunun güclü artımına söykənməlidir. Zəngin karbohidrogen yataqları ilə yanaşı, müxtəlif təbii sərvətlərlə bol olan regionlarda da Azərbaycanın gələcəjdə ümumi inkişafını təmin etməlidir. Bu, öncə ölkənin bütün sərvətlərindən, yerli əmək ehtiyatlarından və başqa imkanlarından səmərəli istifadə olunması əsasında əhalinin məqsədəuyğun məskunlaşması, onun rifahının və mədəni-intellektual həyat səviyyəsinin dövrün tələblərinə uyğun inkişaf etdirilməsi vəzifəsindən irəli gəlir.



Dövlət və özəl səhmdar cəmiyyətləri, böyük imkanlı iş adamları səylərini birləşdirərək regionlarda müasir texnologiyalar əsasında daha miqyaslı dönüş yaratmağa qadir olan əhəmiyyətli istehsal sahələrinin inkişafını xeyli sürətləndirməlidir. Bölgələrdə Azərbaycan iqtisadiyyatı üçün zəruri olan yüngül (xüsusən toxuculuq,ayaqqabı,tikiş istehsalı) və yeyinti (ilk növbədə konserv, çay, şərab, zeytun yağı istehsalı) sənaye sahələri inkişaf etdirilə bilər. Çox əlamətdardır ki, son zamanlar ölkədə müxtəlif avtomobil yığma zavodları (Gəncədə, Naxçıvanda, Şamaxıda və s.) yaradılmışdır. Bu müəssisələr ölkənin tələbatının ödənilməsində, yerli əmək ehtiyatlarının səmərəli istifadə edilməsində böyük əhəmiyyət kəsb edir. Amma gələcəkdə onların əsas hissələrinin istehsalı da regionda təşkil edilməlidir.
1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə