Mühazirələrin icmalı FƏNNƏ GİRİŞ




Yüklə 0.57 Mb.
səhifə6/10
tarix22.02.2016
ölçüsü0.57 Mb.
1   2   3   4   5   6   7   8   9   10

Mövzu:9 İnsan kapitalının formalaşmasına xidmət edən strategiya.

Müstəqil Azərbaycanın dinamik tərəqqi yolu seçərək iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması, ictimi həyatın bütün sahələri üzrə inamlı islahatların reallaşdırması praktik nəticələrini həm də elm-təhsil sisteminin moderinləşdirilməsində göstərir. Yeni inkişaf mərhələsinin tələblərinə cavab verən, sistemli şəkildə aparılan bu islahatlar, eyni zamanda, ölkədə müasir biliklərin, ‘‘nau-hau’’ texnalogiyalarının tətbiqi əsasında güclü insan kapitalının formalaşdırılması məqsədinə hesablanan siyasətin səmərəliliyini göstərir. Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ərəfəsində olan Azərbaycan məhz bu çevik, məqsədyönlü siyasətin nəticəsi kimi son illərdə elm və təhsilin, o cümlədən ali təhsil sisteminin həlli vacib problemlərini əsaslı sürətdə aradan qaldırmaq imkanı qazanmışdır.

İlham Əliyev respublikada milli intellektual potensialın gücləndirilməsi, elmin, təhsilin problemlərinin həlli istiqamətində kompleks tədbirlər həyata keçirmişdir. Dövlət başçısı cəmiyyətin bir çox həyati əhəmiyyətli sahələri kimi, təhsil və elmdə qazanılan uğurlar ölkənin gələcəyi naminə güclü insan kapitalının formalaşdırılması zəruriliyini növbəti dəfə vurğulamışdır.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, elmin, təhsilin müasir tələblər səviyyəsində inkişafı böyük məbləğdə investisiya tələb edir. Bu da təsadüfi deyildir ki, son illərdə respublikanın maliyyə imkanlarının artması ilə paralel şəkildə həmin sahələrə dövlət büdcəsindən ayrılan vəsaitlər də çoxalır. 2003-cü ildə 130 milyon manat təşkil edən təhsil xərcləri 2011-ci ildə 1,4 milyard manata, analoji olaraq 16,6 milyon manat təşkil edən elm xərcləri 108,6 milyon manata yüksəlmişdir. 2011-ci ildə büdcədən təhsilə ayrılan xərclər 10, elmə ayrılan xərclər ümumi büdcənin 0,9 faizini təşkil etmişdir. 2011-ci ilin elm xərclərində elmin maliyyələşməsinin yeni mexanizminin tətbiqi ilə əlaqədar elmi-tədqiqat layihələrinin Elmi İnkişafına Yardım Fondu vasitəsilə həyata keçirilməsi üçün əlavə 7 milyon manat vəsait ayrılmışdır. Paralel olaraq Azərbaycanda ali təhsilin müasirləşdirilməsi və problemlərin mərhələli həlli, inkişaf etmiş dövlətlərin bu sahədəki zəngin təcrübəsinin dərindən mənimsənilməsi, universitetlərdə tədris prosesinin maddi-texniki bazasının yaxşılaşdırılması kompyuter və informasiya texnologiyalarının geniş tədbiqi, yeni korpusların inşası kimi fundamental problemlərin həllinə diqqət artırılmışdır.

Müasir dövrdə cəmiyyətin inkişafı bilavasitə insanın fəaliyyəti, onun əməyinin məhsuldarlığı ilə əlaqəli olduğundan, insana qoyulan investisiya – insan kapitalı xüsusi əhəmiyyətə malikdir. İnsan kapitalı təhsil, elm, səhiyyə, mədəniyyət, incəsənət, informasiya xidmətinə əsaslanmaqla formalaşır.

Prezident İlham Əliyevin xüsusi fərman və sərəncamları əsasında son 8 ildə təkcə təhsil sahəsində 20-yədək inkişafyönümlü xüsusi proqramın icrası təmin edilmişdir. Strateji əhəmiyyətli bu sənədlər bütövlüklə təhsil infrastrukturunun yeniləşdirilməsindən tutmuş məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təminatına qədər olan mühüm məsələləri əhatə etmişdir. Təhsilin səviyyəsini müasir standartlara uyğunlaşdırmaq, ali və orta məktəblərdə tədrisin keyfiyyətinin monitorinqini həyata keçirmək, təhsil sahəsində mövcud problemləri vaxtaşırı təhlil edərək, müvafiq tədbirlərin görülməsinə nail olmaq məqsədi ilə dövlət başçısı hələ 30 may 2005-ci il tarixdə “ Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın yaradılması haqqında ” sərəncam imzalamışdır. Komissiya təhsilin strateji inkişaf istiqamətləri ilə bağlı təkliflər verir, fundamental islahatların həyata keçirilməsi mexanizimlərini irəli sürür. Eyni zamanda, fərmanda respublikanın təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsinə xidmət edən səmərəli fəaliyyət sisteminin qurulması ilə əlaqədar bir sıra tədbirlərin görülməsi də nəzərdə tutulmuşdur.

Sovet dövründən formalaşdırılan və müasir tələblərə cavab verməyən məktəblərin təmiri və bərpası, yenidənqurulması isə ilk növbədə təhsilin forma və məzmunca təkmilləşdirilməsi zərurətindən irəli gəlmişdir. Bu problemin həlli – məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının inşası, istifadəyə verilməsi regionlarının sosial-iqtisadi inkişafı ( 2004-2008-ci illər ) Dövlət Proqramında əksini tapmışdır. Eyni zamanda “ Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramı ( 2005-2009-cu illər ) ” bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Bölgələrin sosial-iqtisadi inkişafı sahəsində tədbirlərin davam etdirilməsini nəzərdə tutan “ Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə inkişafı Dövlət Proqramı ”nda da bir sıra sahələrlə yanaşı, təhsil infrastrukturunun müasirləşdirilməsi məsələsinə də xüsusi yer ayrılmışdır. Qısa müddətdə 2000-dək yeni məktəb binasının tikilməsi çağdaş təhsil sisteminin ən parlaq uğurlarından birinə çevrilmişdir.

“Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı ( 2007-2010-cu illər )” və “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı ( 2007-2012-ci illər )nda nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi məqsədilə dövlət başçısı 2010-cu il 15 sentyabr tarixdə “Məktəbəqədər təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin əsaslı təmirinin təmin edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə” sərəncam imzalanmışdır. Sərəncamla 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Təhsil Nazirliyinə məktəbəqədər təhsil müəssisələrinin əsaslı təmiri üçün 2 milyon manat, habelə peşə-ixtisas təhsil müəssisələrinin əsaslı təmiri üçün 2 milyon manat ( cəmi 4 milyon manat ) məbləğində vəsait ayrılmışdır.

Azərbaycan Respublikasının Prezidentinin 15 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “ 2008-2012-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”na əsasən, 2009-2012-ci illərdə 390 məktəb üçün yeni binanın inşası, 540 məktəb üçün əlavə korpusların tikintisi, 900 məktəbin əsaslı təmiri nəzərdə tutulmuşdur. Prespektiv üçün əsas hədəf çoxnövbəliliyin ləğvi və beşgünlük tədris həftəsinə keçilməklə bütün şagirdlər üçün əlverişli təlim şəraitinin yaradılmasıdır.

Təcrübə göstərir ki, insan inkişafı sahəsində əsas ağırlıq məhz elm-təhsil sisteminin üzərinə düşür. Bu sahələr əhalinin həyat səviyyəsinin yöksəldilməsinin, insan inkişafı indeksinin ən mühüm amillərindən biri olmaqla, hər bir ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsinə də hərtərəfli təsir göstərir. Elm, təhsil insanın istedadının intellektinin üzə çıxmasına kömək göstərən mühüm vasitə olaraq cəmiyyətin inkişafının özülünü təşkil edir. Dünya təcrübəsinə diqqət yetirdikdə, bu sahələrin nəinki sosial-iqtisadi, sosial-mədəni inkişafa nail olunmasında, həmçinin, cəmiyyətin gələcək inkişaf prespektivlərinin müəyyənləşdirilməsi və proqnozlaşdırılmasında mühüm əhəmiyyəti bir daha təsdiqlənir. Bu baxımdan Azərbaycan dövlətinin iqtisadi imkanları artdıqca, sivil dəyərləri, qabaqcıl ölkələrin elmi-texniki yeniliklərini, “nau-hau” texnologiyalarını dərindən mənimsəyən gənc, kreativ düşüncəli, vətənpərvər kadrların hazırlanması məsələsinə xüsusi diqqət yetirirlər. Bu xüsusda kadr hazırlığına, ali təhsil sisteminin təkmilləşdirilməsinə göstərilən qayğının artması da respublikada demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan mükəmməl, çevik və mütərəqqi dövlət idarəetmə sistemi formalaşdırmaq niyyətindən irəli gəlir. Başqa sözlə, gələcək dövlət idarəetməsində bu və digər formada iştirak edən peşəkar kadrlar, mütəxəsislər bu gün məhz universitet auditoriyalarında yetişir.

Prezident Ilham Əliyevin 31 yanvar 2008-ci il tarixli “ Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında ” sərəncamı da bu baxımdan əhəmiyyətə malikdir. Sərəncama əsasən bir sıra mühüm tədbirlər həyata keçirilmiş,Azərbaycan Respublikasının Təhsil Nazirliyi, tabeciliyində ali təhsil müəssisələri olan digər qurumlarla birlikdə ” 2009-2013-cü illlərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı ” hazırlanmış və həmin proqram təsdiqlənmişdir.

2010-cu ildə ali təhsil müəssisələrində çalışan müəllimlər tərəfindən 436 monoqrafiya, 338 dərslik, 620 dərs vəsaiti, 1421 adda proqram və metodik ədəbiyyat nəşr edilmişdir.

Dövlət başçısının 10 fevral 2010-cu il tarixli “ Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə “ fərmanında isə haqlı olaraq göstərilir ki, yeni dövrün reallıqları respublikada ali təhsil sahəsində islahatların istiqamətlərinin dünyada ali təhsilin inkişaf tendensiyalarına uyğun müəyyənləşdirilməsi zərurəti qarşıya qoyur. Fərmanda həmçinin göstərilmişdir ki, 2010-2011-ci tədris illərindən başlayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişinin formalaşdırılması ölkənin milli, mədəni, humanitar, tarixi dəyərləri, mövcud əmək bazarının xüsusiyyətləri, dövlətin perspektiv inkişaf amilləri nəzərə alınmaqla təmin olunmalıdır.

Müasir dünyanın yeni təhsil ənənələrinin mənimsənilməsi, habelə yüksək ixtisaslı kadr hazırlığı baxımından Azərbaycan Prezidentinin 19 oktyabr 2006-cı il tarixli “ Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasina dair Dövlət Proqramı haqqında “ sərəncamı da az əhəmiyyət daşımır. Sərəncam əsasında “ 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı “ hazırlanaraq Azərbaycan Prezidentinin 16 aprel 2007-ci il tarixli sərəncamı ilə təstiq olunmuşdur. Dövlət başçısının müvafiq sərəncamları ilə son illərdə Azərbaycan gənclərinin Amerika Birləşmiş Ştatları, Almaniya, Cənubi Koreya, Rusiya, Türkiyə və digər ölkələrdə təhsil almaları təmin edilmişdir. Proqram çərçivəsində indiyədək 800-dək azərbaycanlı gənc Türkiyə, Almaniya, ABŞ, Fransa, Böyük Britaniya v.s digər ölkələrin nüfuzlu universitetlərində təhsil almağa göndərilmişdir.

Azərbaycan Prezidentinin 2010-cu il 9 fevral tarixli “ Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında “ sərəncamı isə bu ənənənin elm sahəsində tətbiqinə əlverilişli imkan yaratmışdır. Sərəncam respublikada elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını, ölkənin elmi kadr potensialının artırılmasını, Azərbaycan elminin elm məkanına inteqrasiyasını sürətləndirmək məqsədi daşıyır.

Dövlət başçısı İlham Əliyevin hələ 10 aprel 2008-ci il tarixli “ Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında “ sərəncamında elmin qarşısında duran vəzifələr sərəncamda Azərbaycan Respublikasında elmi qurumların strukturunun müəyyənləşdirilməsi, tədqiqatların müasir standartlar səviyyəsində aparılması və maliyyələşdirilməsi, ölkənin elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi, bütövlüklə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunması məsələləri əksini tapmışdır.

Son illərdə dövlət büdcəsindən elmi tədqiqatların aparılmasına ayrılan vəsaitlərin dinamikasında artım müşahidə olunur. Belə ki, 2011-ci ildə elmi tədqiqatlara ayrılan vəsaitin 2007-ci ilə nisbətən 2,4 dəfə artması nəzərdə tutulmuşdur. 2010-cu ildən başlayaraq elmin maliyyələşməsinin yeni mexanizminin tətbiqi ilə əlaqədar elmi tədqiqat layihələrinin Elmin İnkişafı Fondu vasitəsi ilə həyata keçirilməsi üçün son iki ildə hər il dövlət büdcəsindən 6 milyon manatdan artıq vəsait ayrılmışdır. 2010-cu və2011-ci illərdə bu fond tərəfindən elan olunmuş müsabiqələrdə ali məktəb alimləri 22 qrant layihəsinin qalibləri olmuşlar.

“ Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” isə elm sahəsində həyata keçiriləcək islahatların konseptual əsaslarını özündə əks etdirir. Elmin inkişafını nəzərdə tutan Milli Strategiyanın əsas məqsədi ölkənin mövcud tələbləri nöqteyi-nəzərindən Azərbaycan elminin strukturunun müəyyənləşdirilməsi; Azərbaycan elminin dünya elmi, texnika və texnologiyasının prioritet istiqamətlərinə müvafiq şəkildə təşkili; respublikanın iqtisadi inkişafında elmin rolunun artması; yüksək ixtisaslı kadrların hazırlanmasının təmin edilməsi; mühüm sosial-iqtisadi və ictimai-siyasi vəzifələrin həlli məqsədilə Azərbaycan Respublikasında fundamental və tətbiqi tədqiqatların prioritetlərinin müəyyəmləşdirilməsi və sairdən ibarətdir.



Mövzu 10 : İKT sahəsi ─ sosial-iqtisadi inkişafın mühüm

sahəsidir.

1) Azərbaycanda İKT sahəsinin formalaşması tarixindən.

Qloballaşma prosesinin daha geniş vüsət aldığı müasir dövrdə zamanın tələb-lərinə cavab verən inkişafı şərtləndirən əsas cəhətlərindən biri informasiya-kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsi ilə bilavasitə bağlıdır. Elmtutumlu sahələrin inkişafı, infomasiya-kommunikasiya texnologiyalarının (İKT) istifadə dairəsinin genişləndirilməsi hər bir ölkənin sosial-iqtisadi tərəqqisinə böyük tövhələr verməklə yanaşı, bütövlükdə götürülmüş cəmiyyətin intellektual və elmi potensialının əsas göstəriciləri sırasında yer alır. Bu mənada təsadüfi deyil ki, sürətli tərəqqiyə can atan ölkələrdə İKT-nin tətbiqi davamlı olaraq genişlənir, tədricən ümumi inkişaf prosesində əsas prioritetə çevrilir.

İKT-nin inkişafı təkcə sosial-iqtisadi tərəqqinin sürətlənməsinə tövhələr verməklə yekunlaşmayaraq demokratikləşmə, insan hüquqlarının qorunması,vətəndaşların sosial müdafiəsi, sürətlə qloballaşan dünyaya inteqrasiya, müasir iqtisadiyyatın əsasını təşkil edən texnoloji yeniliklərin tətbiqi kimi digər mühüm sferaları da əhatə edir. Təhsildən səhiyyəyə, idarəetmədən biznesə, iqtisadiyyatdan ən müasir infrastruktura kimi geniş bir spektri əhətə edir. İKT-nin ən yeni nailiyyətlərinin ölkəmizdə tətbiqi və inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətləri sırasındadır. Zəngin enerji resurslarına,bir neçə onillik boyu bəs edəcək böyük karbohidrogen yataqlarına malik olan Azərbaycanın ən yeni tarixi informasiya-kommunikasiya texnologiyalarının inkişaf göstəriciləri ilə də əlamətdardır.Bu sahənin inkişaf dinamikası aydın göstərir ki,yaxın bir neçə il ərzində informasiya-kommunikasiya texnologiyalarının tətbiqindən ölkəmizin əldə etdiyi gəlirlərin

miqyası neftdən qazanılan mənfəətə bərabər olacaq,daha sonra ilkəsas gəlirli sferaya çevriləcək. Bu da öz növbəsində Azərbaycanda İKT sektorunun inkişaf dərəcəsinin kifayət qədər yüksək templərlə müşayiət olunduğunu aydın şəkildə nü-mayiş etdirir,ölkəmizdə bu istiqamətdə konkret hədəflərlə hesablanmış məqsədyönlü siyasət həyata keçirildiyini sübuta yetirir.

Ölkəmizdə elmtutumlu sahələrin yaradılması və mütəmadi inkişafına hər zaman xüsusi önəm verilib və böyük nailiyyətlərə imza atılıb.Hələ XX əsrdə ölkəmizdə Kibernetika İnstitutu, Kosmik Tədqiqatlar Mərkəzi,İnformasiya-Kommunikasiya Elmi Mərkəzi, “Neftqazavtomatika” və digər elmi tədqiqat müəssisələri meydana gəldi. Bundan başqa, Azərbaycana ilk böyük elektron hesablama maşını olan BESM-6 gətirildi,avtomatlaşdırılmış idarəetmə sistemləri – RASU - “Azərbaycan”,respublika kompyuter şəbəkəsi, bütün SSRİ-də tanınan və istifadə olunan avtomatlaşdırılmış neftçıxarma idarəetmə sistemləri və kompleksləri işlənib hazırlandı, “AZON”, “NORD” elm-istehsalat birlikləri,radiozavod,elektron hesablama maşınları zavodu, “ PEYK ”, “ULDUZ” kimi nəhəng istehsalat kompleksləri tikilib istifadəyə verildi. Görülən işlərdə diqqət çəkən əsas məqamlardan biri isə yaradılan yeni sahələrin el-mi təminatının formalaşdırılması idi. Ölkəmizdə kosmik sənayenin yaradılması,kosmik informasiyanın qəbulu və emalı işlərinə 1974-cü ildə Bakıda kosmik texniki vasitələrdən istifadə etməklə, təbii ehtiyatların tədqiqi üzrə Cənub-Şərq mərkəzinin yaradılması ilə başlanıldı.Həmin ildə Azərbaycan Elmlər Akademiyasının nəznində “Kosmik cihazqayırma məxsusi konstruktor bürosu” yaradıldı və kosmik tədqiqatla-rın aparılmasına başlanıldı.Bütün bunlar ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının möhkəm əsaslarının yaradılmasına gətirib çıxardı və sirr deyil ki, həmin dövrdə görülən işlər müstəqillik illə-rində ölkəmizdə İKT sektorunun yeni inkişaf baza rolunu oynadı.

1993-cü ilin avqustunda Azərbaycanla Amerika qitəsi arasında birbaşa rabitənin yaradılmasına imkan verən peyk-rabitə sisteminin açılışı oldu. Bu,artıq Azərbaycan rabitə sisteminin dünyaya açılmasında yeni mərhələnin başlanması demək idi. Lakin ilk dövrlərdə görülən işlər bununla məhdudlaşmayaraq daha geniş xarakter almağa başladı. Telekommunikasiya sahəsidə xarici investorların cəlb edilməsi sa-yəsində 1994-cü ildə “Bakcell”, bundan iki il sonra “Azercell” birgə müəssisələri yaradıldı, bununla mobil rabitənin ölkəmizdə inkişaf dövrü başlandı. Hazırda Azərbaycanı rabitə bazarında hər iki şirkət, həmçinin “NAR Mobile” aparıcı mövqe sahibləri kimi çıxış edirlər. 1995-ci il dekabrın 9-da Bakı şəhərində Azərbaycanda ilk beynəlxalq telefon stansiyasının, yenidən qurulmuş şəhərlərarası telefon stansiya-larının açılışı,ilk elektron ATS-lər qurulması,“ AzEvroTel ” və “ Ultel ” birgə müəssisələrinin lokal telekommunikasiya şəbəkəsi üzrə xidmət göstərməyə başlanması İKT sferasının inkişafına qayğının məntiqi nəticəsi kimi çıxış edirdi. Kompyuterlər-dən kommmunikasiya texnologiyalarından istifadənin genişlənməsi də 1993-cü ildən sonrakı dövrə təsadüf edirdi.

İnformasiya texnologiyaları sahəsinin ölkənin prioritetlərinə daxil edildiyi göstərən daha bir önəmli addım Heydər Əliyevin 2003-cü il fevralın 17-də müvafiq sərəncamı ilə təsdiq etdiyi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003 - 2012-ci il-lər)” oldu. Bu strategiya təsdiqləndiyi dövrdən etibarən növbəti 10 il ərzində informasiya-kommunikasiya texnologiyaları sahəsində görüləcək işlərin ümumi xət-tini müəyyənləşdirirdi. Digər tərəfdən bu istiqamətdə atılan addımlar ölkədə informasiya kommunikasiya texnologiyalarının dövlət orqanlarında istifadəsinin səmərəliliyinin artırılmasının, əhalinin bu orqanlarla əlaqələrində ünsiyyətinin asanlaşdırılmasının və bürokratik əngəllərin aradan qaldırılmasının, ölkədə yaradılan müxtəlif təyinatlı informasiya sistemlərinin qarşılıqlı uzlaşmasının əsasını qoydu.

2) İKT inkişafın yeni prioritet istiqamətidir.

Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra ölkə iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı, icti-mai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, yeni iş yerlərinin yaradılması, məşğulluq səviyyəsinin daha da yüksəldilməsi, Avratlantik məkana inteqrasiyasının sürətlənməsi fondunda yeni, zamanın tələblərinə cavab verən islahatlara start verdi. Bu islahatlar və həyata keçirilən siyasətin əsas hədəflərindən biri sürətlə inkişaf edən yüksək texnologiyaların ölkəmizdə tətbiqi sahəsinin daha da genişləndirilməsi idi.

2003-cü ilin dekabrın 10-da Cenevrənin Palekso sarayında İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində geniş və dərin məzmunlu nitq söyləyən Prezident İlham Əliyev bildirirdi ki, son on il müddətində kommunikasiya texnologiyası gündəlik həyatımızın tərkib hissəsinə çevrilib və həyatımızı internetsiz,e-mailsiz (elektron poçtsuz) və qlobal rabitənin imkanları olmadan təsəvvür etmək mümkün deyil.

“Qara qızılı insan qızılına çevirək” tezisini səsləndirməklə dövlətimizin başçısı ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsasının qoyulduğunu, informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət səviyyəsində məqsədyönlü işlərə başlandığını nümayiş etdirdi.

Bundan sonra 2004-cü ildə qəbul edilmiş “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ölkədə elektron sənəd dövriyyəsinin yaradılmasına və elektron imza tətbiq edilən yeni proseslərin,o cümlədən yeni iqtisa-di fəaliyyət sahələrinin inkişafına şərait yaratdı. “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə ” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli fərmanı ilə “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının müasir tə-ləblərə uyğun olaraq inkişafını təmin etmək məqsədilə Dövlət Proqramı” nın hazırlanması barədə verdiyi tapşırıq ölkə rəhbərliyinin müasir texnologiyaların ardıcıl inkişaf etdirilməsində növbəti addımı oldu. Bundan sonra dövlət başçısının 2004-cü il 21 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Reaspubliksında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiya ilə təminatı Proqramı (2005-2007-ci illər)” göstərilən illər ərzində təhsilin keyfiyyətinin yüksəldilməsində,gənclərin inkişafında və ümumiyyətlə, Azərbaycan tərəqqisində müasir texnologiyaların rolunu bir daha təsdiqlədi. Hazırlanmış bu dövlət proqramında Azərbaycanın mövcud potensialından səmərəli istifadə edilməsi və onun inkişaf etdirilməsi, rabitə və informasiya texnologiyaları sahəsinin təşkilati, hüquqi, texniki, kadr baxımından modernləşdirilməsi, İKT sənayesinin formalaşdırılması,bu sahəyə yeni investisiyaların cəlb edilməsi və sahibkarlığın genişləndirilməsi, azad bazar və sağlam rəqabət prinsiplərinin gözlənilməsi,sosial əhəmiyyətli lahiyələrin həyata keçirilməsi və nəticədə Azərbaycanda informasiya cəmiyyətinə keçidin təmin edilməsinə yönəlmiş müxtəlif tədbirlər nəzərdə tutulurdu.

2005-ci ildə qəbul edilmiş “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu isə ölkədə telekommunikasiya fəaliyyətinin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyənləşdirdi və telekommunikasiya resuslarının məqsədyönlü planlaşdırılmasına və ədalətli istifadə olunmasının tənzimlənməsinə şərait yaratdı.

Mühüm məqamlardan biri qabaqcıl texnologiyaların cəmiyyətdə tətbiqi və əhalinin İKT biliklərinin artırılmasıdır.Təkcə bir faktı qetd etmək lazımdır ki, Prezident İlham Əliyev dünyada gedən prosesləri əsas götürərək ölkəmizdə neft strategiyasının sələfi kimi İKT sahəsini prioritet sahə elan edib. Bu kontekstdə “ Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”-nın ( 2003-2012-ci illər) həyata keçirilməsini təmin etmək məqsədilə dövlət başçısı tərəfindən müxtəlif illəri əhatə edən “Elektron Azərbaycan” proqramları təsdiq olunub. İlk belə proqram 2005-2008-ci illəri əhatə edib və “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” (Elektron Azərbaycan) adlanıb.Bu proq-ram elektron hökumətin yaradılması istiqamətində mühüm əhəmiyyət daşıyaraq ölkəmizdə belə hökumətin yaradılmasında mühüm rol oynadı.

Dövlət proqramı çərçivəsində həyata keçirilmiş tədbirlər və sektorun inkişafı istiqamətində aparılan ardıcıl dövlət siyasəti nəticəsində 2005-2010-cu illərdə İKT və poçt sektoru üzrə gəlirlər mütamadi artdı və orta illik artım 25 faiz oldu. Bu müddət ərzində sahə üzrə investisiya qoyuluşunun həcmi 850 milyon manatı keçdi. Əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və çeşidinin genişləndirilməsi məqsədi ilə 2005-2010-cu illərdə respublikada elektron avto-mat telefon stansiyalarının (ATS) xüsusi çəkisi 55,5 faizdən 87,1 faizə,Bakı şəhər telefon şəbəkəsində isə 63,9 faizdən 90 faizə çatdırıldı. Sabit şəbəkə operatorları üzrə modernləşdirmə sahəsində görülmüş işlər nəticəsində qeyd olunan müddət ərzində ümumistifadəli sabit telefon şəbəkəsinin tutumu 45 faiz,əsas telefon aparatlarının sayı isə 38,1 faiz artdı. Respublikanın 24 şəhər və rayonunun telefon şəbəkələri yeni-dən qurularaq tam elektronlaşdırdı.MBD-nin iştirakçısı olan dövlətlər arasında ilk dəfə olaraq Azərbaycanda “Yeni Nəsil Şəbəkələri” (NGN)texnologiyalarının tətbiqinə başlanıldı.Bakı və Sumqayıt şəhərlərinin telefon şəbəkələri ilə yanaşı, bir neçə ra-yonda, o cümlədən Naxçıvan Muxtar Respublikasında NGN texnologiyaları tətbiq edilir. Ucqar ərazilərdə yerləşən və coğrafi cəhətdən fiziki xətlə telefonlaşdırılması mümkün olmayan yaşayış məntəqələrində telefon rabitəsi peyk avadanlıqlarının quraşdırılması vasitəsilə təmin edilib.

Bundan başqa, sözügedən müddətdə respublikanın 24 rayonunda simsiz rabitə xidməti (CDMA) texnologiyalı simsiz rabitəyə istifadəyə verilldi və bu şəbəkənin xidmətləri respublika əhalinin 63 faizdən çoxunun yaşadığı ərazini əhatə etdi.

Ölkədaxili telekommunikasiya infrastrukturunun keyfiyyətini yüksəltmək məqsədi ilə Azərbaycanın rayonlarını birləşdirən fiber-optik kabel magistralları tikilib istifadəyə verilildi və respublikanın rayon mərkəzlərinin artıq 90 faizi optik xetlə əlaqələndirildi.

Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Maliyyə xidmələrinin inkişafı” lahiyəsi çərçivəsində “Azərpoçt”DM-in mövcud infrastrukturunun yenidən qurulması və onun əməliyyatlarının avtomatlaşdırılması üzrə regionlarda ənənəvi poçt xidmətləri ilə yanaşı, yeni, xüsusilə də, poçt-maliyyə xidmətlərinin inkişaf etdirilməsi üzrə işlər görüldü.Azərbaycan Respublikası ərazisinin,xüsusilə də,ucqar əra-zisindəki əhalinin bütün təbəqələrinin istifdadə edə biləcəyi universal telekommunikasiya xidmətlərinin və universal poçt xidmətlərinin təşkili və göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirildi.

Əksər dövlət orqnlarının internet saytları yaradıldı və gov.az domenində yerləşdirildi. Dövlət orqanları arasında etibarlı və təhlükəsiz informasiya mübadiləsini təmin etmək məqsədilə vahid konfidensial multiservis şəbəkəsinin yaradılmasına və dövlət orqanlarının bu şəbəkəyə qoşulmasına başlandı. Dövlət orqanları tərəfindən informasiya xidməti ilə yanaşı,ilkin elektron xidmətlər də göstərilir. Elektron bəyannamələrin,elektron ərizələrin qəbulu,kommunal xəclər üzrə borcların öyrənilməsi və digər xidmətlər buna misaldır. Beynəlxalq əməkdaşlıq da inkişaf etdirildi, İKT üzrə beynəlxalq biznes forumları,sərgi və konfranslar təşkil edildi.Tanınmış İKT şirkətlərinin əksəriyyəti respublikada nümayəndəliyini açmışdılar və fəaliyyətlərini genişləndirdilər.

Həmçinin 2005-2008-ci illər üçün “Elektron Azərbaycan” dövlət proqramında nəzərdə tutulan tədbirlər informasiya cəmiyyətinə keçidi təmin etmək üçün ilkin mərhələdə görüləcək işləri əhatə etdi. Proqram üzrə görülmüş işlər sayəsində respublikanın rabitə və informasiya texnologiyaları bazarında azad rəqabət mühitinin yara-dılması,sahəyə investisiyaların cəlb edilməsi və özəl sektorun inkişaf etdirilməsi üzrə mühüm addımlar atıldı.Sahənin normativ hüquqi bazası inkişaf etdirildi, telekommunikasiya infrastrukturu müasirləşdirildi, ən yeni texnologiyaların tətbiqi genişləndirildi, əhaliyə, müəssisə və təşkilatlara göstərilən rabitə xidmətlərinin kəmiyyəti və keyfiyyəti yüksəldildi.Respublika əhalisinin İKT-dən istifadə səviyyəsinin artırılması,sahə üçün yüksək ixtisaslı kadrların hazırlanması və digər istiqamətlərdə müəyyən işlər görüldü.Bütün bunlar milli strategiyanın növbəti mərhələsinin icrası üçün əsaslı zəmin yaratdı.

1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə