Mühazirələrin icmalı FƏNNƏ GİRİŞ




Yüklə 0.57 Mb.
səhifə3/10
tarix22.02.2016
ölçüsü0.57 Mb.
1   2   3   4   5   6   7   8   9   10

Mövzu 4 : İslahatlar və Sosial iqtisadi inkişaf istiqamətləri

Dövlət suverenliyinin bərpasından sonra Azərbaycan Respublikasında demokratik dövlət quruculuğunun həyata keçirilməsi və azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılması obyektiv zərurətə çevrildi. Azərbaycanda bu iqtisadiyyatına keçid dövrünü iki əsas mərhələyə ayırmaq olar: 1991-1994-cü illəri əhatə edən tənəzzül və 1995-ci ildən başlayaraq bərpa və dinamik inkişaf dövrləri.

Birinci dövr üçün olduqca mürəkkəb siyasi və sosial-iqtisadi vəziyyət səciyyəvi idi. Belə ki, 90-cı illərin əvvəlində Sovet İttifaqının süqutu, müəssisələr arasında mövcud əlaqələrin pozulması, o dövrdəki siyasi rəhbərliyin səriştəsizliyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi, Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınması ölkənin sosial-iqtisadi həyatında xaosa gətirib çıxarmışdı.

Bu mərhələnin iqtisadi mənzərəsi həmin illərin makroqtisadi göstəricilərində daha aydın nəzərə çarpır. 1991-1994-cü illər ərzində ölkə iqtisadiyyatında ÜDM hər il orta hesabla 16,5% azalmışdı. Tənəzzül meyli sənayedə xüsusilə kəskin xarakter almış, 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1991-ci ildə 10%, 1992-ci ildə 37%, 1993-cü ildə 50%-ə qədər azalmışdı. Ölkə istehsal potensialını demək olar ki, 2/3-ni itirmişdi. İstehsal sahələrinin sıradan çıxması nəticəsində işsizlik səviyyəsi artmışdır.

1992-ci ildə inflyasiya səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artaraq 1012,3% təşkil etmiş, 1994-cü ildə isə özünün ən yüksək həddinə, hiperinflyasiya mərhələsinə - 1763,5%-ə çatmışdı.

Büdcə kəsirinin ümumi daxili məhsula nisbəti 1991-ci ildəki 0,1%-dən 1994-cü ildə 13%-ə qədər artmışdı və büdcə kəsiri bütövlükdə Milli Bank tərəfindən maliyyələşdirilirdi. 1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42% azalmış, 1994-cü ilədək ölkə iqtisadiyyatına bir manat da olsun belə xarici sərmayə qoyulmamışdı. 1994-cÜ ildə Milli Bankın uçot dərəcəsi 250%-ə çatmışdı. Əslində ölkə iqtisadiyyatı idarə olunmaz vəziyyətə düşmüşdü.

Qeyd olunan proseslər əhalinin güzəranının ağırlaşmasına səbəb olmuşdu. 1991-1995-ci illərdə əhalinin pul gəlirləri real ifadədə 3,3 dəfə, adambaşına pul gəlirləri orta hesabla 3,6 dəfə aşağı düşmüşdü. 1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin əmək haqqı isə 5,7 dəfə azalmışdı.

Yalnız Ümummilli Liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı.

1994-cü ilin sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti ilə "Əsrin müqaviləsi"nin imzalanması və icrasına başlanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu.

Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu.

Ümummilli Liderimiz Heydər Əliyevin 1999-cu ildə imzaladığı Fərmanla ıifl't yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət neft fondu yaradıldı. Hazırda beynəlxalq təşkilatlar tərəfindən Fondun fəaliyyəti və bu sahədə şəffaflığın təmin edilməsi yüksək qiymətləndirilir. Azərbaycan Ehtiyatların Hasilatı ilə məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünü tətbiq edən və namizəd statusuna malik 32 ölkədən tamhüquqlu üzv statusunu almış ilk ölkədir.

Neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomativ rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlandı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında 1995-ci ildən başlayaraq aqrar sektorun bazar prinsipləri əsasında yenidən qurulması, sovxoz və kolxozların ləğv olunması, onlara məxsus torpağın, mal-qaranın və əmlakın kəndlilərə paylanması kimi tədbirlər nəticəsində kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş verdi, keyfiyyətcə fərqli münasibətlər formalaşdı.

Aqrar sektorda səmərəli təsərrüfatçılığın, sahibkarlığın inkişafının təmini məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borcları silindi, onlara müddətli vergi tətillərinin verilməsinə başlandı. Bununla yanaşı, kənd təsərrüfatı məhsulu istehsalçıları torpaq vergisindən başqa bütün digər vergi ödəmələrindən azad edildilər.

Heydər Əliyevin memarı olduğu və uğurla həyata keçirdiyi torpaq islahat: Azərbaycan kəndlisinin çoxəsrlik arzusunu reallaşdırdı, onların torpağın həciqi sahibinə çevirdi. Bütün qeyd olunan tədbirlərin həyata keçirilməsi nəticəsində aqrar bölmədə özəl sektorun xüsusi çəkisi bu gün demək olar ki, 100%-ə çatmışdır.

Bununla yanaşı, dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradıldı və müvafiq dövlət proqramları təsdiq olundu.

Özəlləşdirmənin başlıca məqsədlərini, dövlət proqramlarında təsbit olunduğu kimi, təsərrüfat subyektləri üçün xüsusi mülkiyyət və sərbəst rəqabət prinsipləri əsasında öz-özünü tənzimləyən bazar iqtisadiyyatı mühitinin yaradılması, iqtisadiyyatın strukturunun bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən qurulması, iqtisadiyyata investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi, əhalinin həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşılaşdırılması təşkil etmişdir.

Keçid mərhələsində həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də infrastrukturun inkişaf etdirilməsi olmuşdur. Azərbaycanın nəqliyyat sisteminin gücləndirilməsi və ölkənin tranzit imkanlarından səmərəli istifadə edilməsi üçün Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsinə başlanıldı.

Eyni zamanda, ölkədə sahibkarlığın inkişafı üçün zəruri tədbirlər görüldü.

Sosial sahədə mövcud problemlərin kompleks şəkildə həlli məqsədilə əhaliyə göstərilən xidmətlərin, xüsusilə təhsil və səhiyyə xidmətlərinin həcminİn, keyfiyyətinin və ünvanlılığının artırılması istiqamətində köklü islahatlara başlandı.

Qeyd olunanlarla bərabər, Azərbaycanın dünya iqtisadi sistemində layiqli yer tutması, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb olunması məqsədilə investisiyaların qorunması üçün qanunvericilik bazası formalaşdırılmış, 40-a yaxın ölkə ilə ikitərəfli sazişlər imzalanmış, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq münasibətləri qurulmuşdur.

Beləliklə, Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində müstəqilliyin ilk illərində baş vermiş tənəzzülün qarşısı uğurla alındı və 1995-ci ildən Azərbaycanda keçid dövrünün yeni mərhələsi - bərpa və dinamik inkişaf dövrü başlandı.

1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 %, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatlan 85 dəfə, sənaye məhsulunun həcmi

1%, kənd təsərrüfatı istehsalının həcmi 53,9%, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq real əmək haqqı 5,1 dəfə artdı, inflyasiya səviyyəsi 2-3%-ə qədər endirildi, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarmı keçdi.

Əldə olunmuş nailiyyətlər sonrakı illərdə Ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və özünü inkişaf qabiliyyətinə malik olan sosial yönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin olunmasıdır. Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və bir sıra sahəvi inkişaf proqramları təsdiq edilmiş və uğurla icra olunur.

Bu baxımdan böyük potensiala malik aqrar sahənin dayanıqlı inkişafı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması, rəqabət qabiliyyətinin artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və ixracının genişləndirilməsi məqsədilə ölkəmizdə kompleks dövlət dəstəyi tədbirləri həyata keçirilir. Hazırda kənd təsərrüfatı məhsullarının istehsalı üçün sərf olunan yanacaq və motor yağlarının və mineral gübrələrin 50 faiz güzəştlə satılması, toxum və tinglərə görə subsidiyaların ödənilməsi kənd təsərrüfatının inkişafına müsbət təsir etmişdir. Bununla yanaşı, kənd təsərrüfatı məhsulları istehsalçılarının güzəştli şərtlərlə texnika və texnoloji avadanlıqlarla təmin edilməsi, damazlıq heyvandarlığın inkişaf etdirilməsi üçün lizinq xidmətləri göstərilmiş, 2014-cü ilə qədər kənd təsərrüfatı mülkiyyətçiləri torpaq vergisi istisna olmaqla digər vergiləri ödəməkdən azad edilmişlər. Bu kimi digər səmərəli tədbirlərin həyata keçirilməsi nəticəsində ilk dəfə olaraq 2009-cu ildə rekord miqdarda taxıl istehsal olunmuş və əsas ərzaq malları ilə əhalinin tələbatı yerli istehsal hesabına təmin edilmişdir ki, bu da ərzaq təhlükəsizliyində ciddi nailiyyətdədir.

Ölkənin regionlarında mövcud olan iqtisadi potensialdan tam və səmərəli istifadə olunmasını, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasını və iqtisadiyyatın tarazlı inkişafmı təmin etmək məqsədilə uğurla icra olunan dövlət proqramları ölkə başçısının regionlarının inkişafına göstərdiyi diqqətin bariz nümunəsi olmaqla, regionların inkişafına, o cümlədən infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, sosial mədəni obyektlərin yaradılmasına, yeni iş yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə səbəb olmuşdur.

Ölkəmizin informasiya kommunikasiya texnologiyaları sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı" ("Elektron Azərbaycan") icra olunmuş, ölkəmizin ümumdünya elektron informasiya məkanına inteqrasiyası təmin edilmişdir. Ölkə rəhbərliyi tərəfindən informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı prioritet sahələrdən biri kimi müəyyən edilmişdir. Bu baxımdan, müasir standartlara cavab verən informasiya-kommunikasiya infrastrukturunun yaradılması, vahid milli elektron informasiya məkanının formalaşdırılması, informasiya-kommunikasiya xidmətlərinin genişləndirilməsi istiqamətində önəmli işlər görülmüşdür. 2012-ci ildə milli telekommunikasiya peykinin orbitə çıxarılması nəzərdə tutulur.

Transmilli nəqliyyat proqramları və layihələri çərçivəsində, o cümlədən TRASEKA və Şimal-Cənub beynəlxalq dəhlizlərinin Azərbaycan seqmentində avtomobil magistrallarının tikintisi və yenidən qurulması, regionlarda, xüsusən dağ rayonlarında yol şəbəkəsinin bərpası və təkmilləşdirilməsi işləri həyata keçirilmişdir. Azərbaycanda hasil edilmiş karbohidrogenin dünya bazarlarına nəql edilməsi üçün illik layihə gücü 50 mln. ton olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas Neft İxrac Kəməri, eləcə də Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz Boru Kəməri istismara verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı çevik və ardıcıl siyasət Azərbaycan Xəzər regionunda əsas multimodal nəqliyyat qovşağına və beynəlxalq aləmdə əhəmiyyət kəsb edən neft və qaz tranziti ölkəsinə çevirmişdir.

Azərbaycan, Gürcüstan və Türkiyə dövlətləri arasında imzalanmış "Bakı-Tbilisi-Qars yeni dəmiryol xətti haqqında" Sazişə müvafiq olaraq Türkiyə və Gürcüstanın ərazilərində dəmir yolu xətlərinin inşası və yenidən qurulması işlərinin aparılması nəticəsində Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılması və Qara dəniz və Xəzəryanı ölkələrinin Avropanın dəmir yolu şəbəkəsinə qoşulması mümkün olacaqdır.

Elektrik enerjisi istehsalının generasiya gücləri artırılmış, bu məqsədlə müasir tipli yeni elektrik stansiyaları tikilib istifadəyə verilmiş, həmçinin alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsinin genişləndirilməsi üçün qanunvericilik bazası təkmilləşdirilmiş və zəruri institusional tədbirlər həyata keçirilmişdir. Ümumilikdə, ölkənin elektroenergetika sisteminin ümumi generasiya gücü 6 min meqavatı üstələmiş, ölkənin elektrik enerjisinə olan tələbatı tam ödənilmiş və Azərbaycan enerji idxalçısından onun ixracatçısına çevrilmişdir. Bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyinin fəal iştirakçısıdır.

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, elektrik enerjisi, qaz, su, kanalizasiya və digər kommunal təsərrüfatı sektorların idarəetmə strukturunun bazar iqtisadiyyatı şəraitinə uyğunlaşdırılması, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, maliyyə intizamının gücləndirilməsi və investisiyaların cəlb olunması istiqamətində bir sıra əsaslı tədbirlər həyata keçirilmişdir. Eyni zamanda, əhalinin su ilə fasiləsiz təmin edilməsi üçün Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi uğurla həyata keçirildi.

Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yarat-maqla daxili və xarici investisiyaları cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq, bu mərhələdə həyata, keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindəndir.

Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlıq təbəqəsi formalaşmış, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artmışdır. Vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması məqsədilə fərdi sahibkarlara tətbiq edilən gəlir vergisi 35 faizdən 20 faizə, müəssisələrin mənfəət vergisi 22 faizdən 20 faizə, fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxan həddi 35 faizdən 30 faizə endirilmiş, sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə etmək məqsədləri üçün hüquqi şəxslərin vergi tutulan əməliyyatlarının illik həcmi 90 min manatdan 150 min manatadək artırılmış, ƏDV və aksizlər üzrə elektron vergi hesab fakturalarının tətbiqinə başlanılmışdır.

Dövlət başçısının müvafiq sərəncamlarına əsasən, sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılması “bir pəncərə” prinsipinə uyğun təşkil edilmişdir. Özəl sektorun inkişafının sürətləndirilməsi, bu sahəyə maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədi ilə dövlət vəsaitləri hesabına sahibkarların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsinin daha effektiv mexanizmi formalaşdırılmışdır. Təsadüfi deyildir ki, 2009-cu ildə sahibkarlara 130 milyon manat güzəşti kreditlər verilmiş güzəştli kreditlərdən yararlanan iş adamlarının sayı 2100-ü örtmüşdür.

Sahibkarlığın inkişafında əhəmiyyətli dövlət dəstəyi mexanizmi olan xüsusi iqtisadi zonaların yaradılmasının qanunvericilik bazası formalaşdırılmışdır.

Bütün bunlar bir daha göstərir ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və xalqımızı daha parlaq gələcəyə aparan hərtərəfli inkişaf yolunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilməsi, yaradılmış münbit iqtisadi şərait davamlı və sürətli iqtisadi inkişafı təmin etmişdir. Belə ki, 2004-2009-ci illər ərzində ümumi daxili məhsulun həcmi 2,8 dəfə artaraq, onun adambaşına düşən həcmi 2009-cu ildə 4874,1 ABŞ dollarına çatmışdır.

Eyni zamanda, ölkənin iqtisadi təhlükəsizliyini təmin edə biləcək valyuta ehtiyatları formalaşdırılmışdır. Azərbaycanın valyuta ehtiyatları 20 mil-yard ABŞ dollarım ötmüşdür ki, bu da ölkənin xarici dövlət borcunu 6 dəfə üstələyir və 40 aylıq qeyri-neft idxalının maliyyələşdirilməsinə kifayət edir. Formalaşdırılmış və beynəlxalq standartlara cavab verən qanunvericilik bazası sürətli iqtisadi inkişafı dəstəkləmiş, konkret proqramlar vasitəsilə əsas sosial-iqtisadi inkişaf məqsədlərinə nail olunmuşdur. Ümumilikdə, müxtəlif sahələr üzrə 100-dən çox konsepsiya, dövlət proqramı və digər irimiqyaslı sənədlər qəbul edilmişdir.

Yaradılmış əlverişli biznes mühiti nəticəsində iqtisadiyyata qoyulmuş investisiyaların həcmi 70 milyard dolları ötmüşdür ki, bunun da yarısı xarici investisayaların payına düşür.

Xalqımızın sosial rifahının daha da yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas məqsədidir. Bu siyasətin nəticəsidir ki, 2004-2009-cu illərdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün büdcə vəsaitlərinin həcmi 4,8 dəfə, ölkə üzrə orta aylıq əmək haqqı 3 dəfə, əhalinin gəlirləri 3,4 dəfə, onun adambaşına düşən həcmi isə 3,2 dəfə, minimum pensiyanın məbləği 3,8 dəfə, minimum əmək haqqı 6,3 dəfə artırılmışdır. Göstərilmiş məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində yoxsulluq səviyyəsi son 5 ildə 4,1 dəfə azalaraq 44,7 faizdən 11 faizədək enmişdir. Son 6 ildə 840 min yeni iş yeri yaradılmışdır.

Son dövrlərdə dünyada gedən qlobal proseslər ölkəmizin dayanıqlığını və onun regional güc mərkəzi kimi formalaşdığını bir daha sübut etdi. Qlobal maliyyə-iqtisadi böhran nəticəsində bir çox ölkələrdə ressesiyaya baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi 2009-cu ildə də davam etmişdir. Belə ki, 2009-cu ildə ÜDM-nin real artımı 9,3%, (i cümlədən neft-qaz sektorunda 14,3% təşkil etmişdir. Bu dövrdə kənd təsərrüfatında 3,5%, rabitədə 13,1%, ticarətdə 9,9%, nəqliyyatda 9,3%-lik artıma nail olunmuşdur.

2009-cu ildə əhalinin banklardakı əmanətləri 23%, iqtisadiyyata banklar və kredit təşkilatlan tərəfindən kredit qoyuluşunun həcmi isə 17% artmışdır.

2009-cu ildə əvvəlki illə müqayisədə 12,5% çox pullu xidmətlər göstərilmiş, çox istehlak malları satılmışdır. Əhalinin hər nəfərinə düşən nominal gəlirlər 2008-ci ilə nisbətən 6,7%, ölkə iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 8,6% artmışdır.

Azərbaycanın uğurları nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. Təsadüfi deyil ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan "Doing Business 2009" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmiş, "Doing Business 2010" hesabatında da ölkəmiz öz mövqelərini qoruyub saxlamışdır.

2009-2010-cu illər üçün hazırlanmış "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlmişdir.

Bütövlükdə, Azərbaycan iqtisadiyyatının gələcək inkişafı ilə bağlı beynəlxalq təşkilatların proqnozları nikbindir. Təsadüfi deyildir ki, bu günlərdə nüfuzlu "Standard and Poors" beynəlxalq reytinq agentliyi ölkə iqtisadiyyatının hazırkı durumunu "Stabildən" "Pozitivə" yüksəltmişdir.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik, düşünülmüş, uzaqgörən, zamanın sınağından uğurla çıxmış siyasəti nəticəsində ölkəmiz həm forma, həm də məzmun etibarilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Dövlətimizin başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Azərbaycan iqtisadiyyatının çox böyük təkan verilmişdir və o bu gün də davam etdirilir. Bütün bunlar, əlbəttə ki, növbəti illərdə iqtisadiyyatımızın daha da şaxələndirilməsinə gətirib çıxacaqdır”.

Təbii ki, sosial-iqtisadi inkişafın yeni dövrü qarşıya yeni vəzifələr qoyur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman və sərəncamlarında, təsdiq etdiyi dövlət proqramlarında, çıxışlarında növbəti illər üçün ölkənin inkişafının strateji istiqamətləri müəyyənləşdirilmişdir:


  • Makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadi inkişafın dayanıqlılığının təmin edilməsi əsas məqsədlərdəndir.

  • Ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi üçün sistemli tədbirlər davam etdiriləcəkdir.

  • Eyni zamanda, iqtisadi artımın keyfiyyətinin prioritetliyinin təmin edilməsi nəzərdə tutulur. Bu məqsədlə iqtisadiyyatın diversifikasiyasi genişləndirilməklə neft sektorundan asılılıq minimuma endiriləcək. innovativ iqtisadiyyata keçid təmin ediləcək, aqrar sektorun inkişafında intensiv üsullara üstünlük veriləcək və iqtisadiyyatın klasterlər iqtisadi zonaların, sənaye şəhərciklərinin, biznes inkubatorların yaradılması, məsləhət. informasiya təminatının, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və işgüzar əlaqələrin inkişaf etdirilməsi yolu ilə sahibkarlığın və regionların inkişafı sürətləndiriləcəkdir.

Mövzu 5: Neft strategiyasının əsas sektorları

Ulu öndər Heydər Əliyevin banisi olduğu Azərbaycanın neft strategiyasından danişanda o zaman ölkədə,neft-qaz sənayesində gedən prosesləri xatirlamamaq olmur.1980cı illərin sonunda artıq qəbul edilirdi ki,müasir Qərb texnologiyalarını,avadanlıqlarını və böyük həcmdə tələb olunan maliyyə resurslarini cəlb etmədən,tətbiq etmədən Xəzər dənizinin dərin sularında yerləşən neft-qaz ehtiyatlarinin kəşfiyyatını,işlənməsini təmin etmək mümkün olmayacaq.Hətta o da qəbul edilirdi ki,bu işlərin uğurla aparilması üçün mütləq taninmiş xarici şirkətlər də cəlb edilməlidir.

1990-1993-cü illərdə çoxsayli xarici şirkətlərlə,maliyyə-kredit institutları ilə görüşlər keçirilirdi,danışıqlar aparılırdı,tenderlər keçirilirdi,hətda bu tenderlərin qalibləri elan edilirdi,protokollar,meomrandumlar,başqa sənədlər imzalanırdı.

Ancaq...Ancaq nəticə yox idi!

Nəticə deyəndə söhbət nədən gedir-imzalanmiş və hüquqi qüvvəyə minmiş anlaşma,saziş;bunun davamı olaraq qoyulmuş sərmayelər,başlanmış işlər-bunlar yox idi.

Bunlar ola da bilməzdi,çünki o zaman hakimiyyətdə olanlarin arasında beynəlxalq siyasətin və konkret olaraq milli təbii ehtiyatların kəşfiyyatı, işlənməsində xarici şirkətlərin cəlb ediləməsinin qanunvericilik,hüquqi,idarəetmə və s. əsaslarını,incəliklərini mükəmməl bilən,böyük təcrübəsi olan,beynəlxalq dairələrdə nüfuzu olan,biliyinə,təcrübəsinə,nüfuzuna millətin hörməti və ehtiramına,inam və dəstəyinə arxalanıb,müsbət və mənfi məqamları,risklərinəzərə alıb uzunvədəli neft-qaz strategiyasını,bu strategiya ilə bərabər və buna əsaslanan iqtisadiyyatın başqa sahələrinin inkişaf strategiyasının işlənməsini vəhəyata keçirilməsini təmin edə bilən,bu prosesi idarə edə bilən,bunlarla bağlı bütün məsuliyyəti öz üzərinə götürə bilən siyasi lider yox idi.

1993-cü ilin iyun ayı idi...Faktiki olaraq Azərbaycanda vətəndaş müharibəsi başlayıb,Azərbaycan dövlət olaraq parçalanma ərəfəsində,Ernənistanın Azərbaycana qarşı təcavüzü genişlənərək davam edir,bir sözlə,ölkə ictimi-siyasi,iqtisadi,maliyyə böhraninda.

Bu gərgin şəraitdə xalqın təkidi ilə Azərbaycanda hakimiyyətə Ümummilli Liderimiz Heydər Əliyev gəlir.

Çoxları və birinci növbədə xarici neft şirkətləri bunları dəstəkləyən dövlət və hökumətlər,beynəlxalq maliyyə qurumları gözləyirdilər ki,bu böhrandan çıxış olaraq xəzinəsində bir quruş parası olmayan və təcili maliyyə yardima ehtiyacı olan dövlətin yeni rəhbərliyi Azəri-Çəraq-Günəşli neft yataqlarına dair kontraktın imzalanmasini məcburiyyət qarşısında tezləşdirək və...

Ancaq hadisələr başqa istiqamətdə inkişaf etdi...Xarici neft şirkətləri ilə danışıqlar faktiki olraq dayandırıldı.

O zaman,o şəraitdə bu qərarı verən şəxs nə qədər səbirli,dözümlü olmalı idi,hansı iradənin sahibi olmalı idi-bunları bu gün də təsəvvür etmək adi insan üçün çox çətindir.Eyni zamanda,bu qərarın şəxsin nə qədər müdrik, uzaqgörən olduğunu sonrakı hadisələr göstərdi.

Azərbaycanın xarici şirkətləri ilə Azəri-Çıraq-Günəşli yatağinin dərin sularında yerləşən hissəsinə dair sazişlə bağlı danışıqlara hazır olduğu 10 ay ərzincdə Azərbaycan uzunvədəli,ancaq bir saziş ilə,ancaq neft və qaz ehtiyatların kəşfiyyatı və işlənməsi məhdudlaşmayan,çoxşaxəli,onlarla,illərlə əhatə edən neft-qaz strategiyası üzərində gərgin işlər aparılmış.

İllər keçdikcə,Ulu öndəin neft-qaz strategiyasının uğurlarını gördükcə, yaşadıqca bu stratetegiyanın hüquqi, qanunvericilik, iqtisadi nəticələri,regional siyasətə,regionda,Avrasiya məkanında güclər balansına,geosiyasi tarazlığa təsirlər açıqlandıqca başa düşürsən ki, Heydər Əliyevin neft-qaz strategiyasını izah etmək,şərh etmək,təhlil etmək bir adamın işi deyil.

Ancaq, bu strategiyanın böyüklüyü,zənginliyi ayrı-ayrı misallarda da göründüyündən, cəhd edib bəzi məqamlara toxunmaq olar.

Azəri-Çıraq-Günəşli lahiyəsini izah edən sazişə dair danışıqlar zamanı xarici şirkətlər ən böyük risklər kimi bəzi məsələləri ortaya qoymuşdular və bəyan etmişdilər ki,saziş imzalansa da bu risklər,onları qane edən şəkildə həll edilməyincə şirkətlərin sərmaye qoyub yataqların dəyərləndirilmısini, işlənməsini təmin edib, neft hasil etmək öhdəlikləri olmamalıdır.

Bu risklərdən də ən önəmlisi kimi Xəzər dənizinin statusunun qeyri-müəyyənliyi göstərilirdi.

Vəziyyət o yerə gəlmişdi ki, 1994-cü ilin iyun ayından aparılan danışıqlar faktiki olaraq dayanmışdı və nəticə olaraq ARDNŞ-nın birinci vitse-prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ-ın yüksək səviyyəli rəsmiləri ilə görüşüb beynəlxalq hüquq normalarına,müvafiq sazişlərə və təcrubəyə əsaslanaraq bu tələbin əsassız olduğunu isbat edə bildi və xarici şirkətlər tələblərini geri götürməli oldular.

Ancaq ümumilikdə götürəndə, əlbəttə problem vardı və gələcəkdə bu, kəşfiyyat və işlənmə işlərinin ləngiməsinə gətirib çıxara bilərdi.

Çıxış yolu?

Azərbaycan tərəfinin təkidi ilə sazişdə mütləq bir şərt öz əksini tapdı:saziş qüvvəyə minəndən 30 ay ərzində xarici şirkətlər bu yataqlardan neft hasilatına başlamasalar Azərbaycan tərəfi bu sazişə birtərəfli xitam verə bilər və xarici şirkətlər tərəfindən vəsaitləri ödəmək öhdəliyi olmayacaq.Daha önəmli və strateji əhəmiyyətli gedişat ondan ibarətdir ki,sazişin adında və dəfələrlə mətnində yazılmışdır:”...Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən...Azəri-Çıraq yataqları və Günəşli yatağının...”

20 sentyabr 1994cü ildə bu sazişin təntənəli imzalanma mərasimində sazişi imzalayan şirkətlərin səlahiyyətli nümayəndələri ilə bərabər həm də bunların təmsil etdiyi ölkələrinə ( ABŞ, Böyük Britaniya, Rusiya, Norveç, Türkiyə ) yüksək rütbəli hökumət rəsmiləri var idi.

Şirkətlərin rəhbərləri “Əsrin müqaviləsi” kimi tanınmış sazişi imzalayandan sonra, saziş imzalanmaq üçün təqdim edildi hökumət rəsmilərinə ( şahidlər qismində! ).

Müvafiq proseduralardan sonra bu saziş Milli Məclisdə ratifikasiya edilib hüquqi qüvvəyə mindi ( faktiki olaraq beynəlxalq saziş statusunda ) və beləliklə,saziş əhatə etdiyi dəniz ərazisinin, bu yataqların Azərbaycana məxsus olması yeni tarixdə rəsmi, beynəlxalq sənədlə tanındı və bizim üçün həyatı önəm daşıyan beynəlxalq hüquqi presedent yarandı. Bununla, həm də Xəzər dənizinin delimitaiyasının sivil, beynəlxalq normalara, sazişlərə və təcrübəyə müvafiq şəkildə həll olunmasının təməli qoyuldu.

Bu prosesin davamı olaraq məlum olduğu kimi, Rusiya, Qazaxıstan, Azərbaycan arasında Xəzər dənizinin delimitasiyasına dair iki və üçtərəfli sazişlər imzalandı və əminəm ki, başqa ölkələrində bu sazişlərə qatılmasını görəcəyik.

Bir ticari sazişdən başlayaraq Azərbaycanın həyatı maraqları üçün önəmli olan məsələnin beynəlxalq səviyyədə həllinə nail olmaq- bu Heydər Əliyevin neft-qaz strategiyasının ancaq bir hissəsi,bir nümunəsidir. Və bu konkret misalda Azərbaycənın həyatı maraqları deyəndə mən ancaq neft-qaz ehtiyatlarına mülkiyyət hüquqlarını, maraqlarını nəzərdə tutmuram.Söhbət həm də regional və geosiyasi maraqlardan gedir.

Bu önəmli məqamı da hər zaman yadda saxlamalıyıq ki, neft-qaz strategiyası işlənilən zaman “Əsrin müqaviləsi”nə dair danışıqların geydiyi və həyata keçirilməsinin birinci mərhələlərində ölkədə həm də ictimai-siyasi sabitliyi təmin etmək, dövlətin,ölkənin böyüklüyünü, suverenliyini qoruyub saxlamaq, daxili, regional, beynəlxalq siyasətin prioritetlərin müəyyənləşdirmək və tətbiq etmək, bütün sahələri əhatə edəni slahatlar proqramlarını hazırlamaq və həyata keçirmək..., bir sözlə, müstəqil, qüdrətli, zəngin Azərbaycanın əsaslı bünövrəsini qurmaq çətin və şərəfli missiya da Heydər Əliyevin üzərinə düşmüşdür.

Bununla bərabər Heydər Əliyevin neft-qaz strategiyasının bir hissəsi olan “Əsrin müqaviləsi”nin Azərbaycan tarixində, iqtisadi inkişafında danılmaz yeri var.Bu haqda ölkəmizin prezidenti cənab İlham Əliyev çox gözəl deyib:

“Əsrin kontraktı”nın Azərbaycan tarixində xüsusi yeri vardır və Azərbaycanın müstəqil ölkə kimi yaşamasında bu rol əvəzolunmazdır. O vaxt bizim nə ilmkanlarımız var idi, nə də vəsaitimiz. Ölkədə sənaye sahəsində hələ ki, tənəzzüül yaşanırdı, iqtisadiyyat demək olar ki, çökmüşdü. Müstəqil ölkə üçün yaşamaq çox çətin idi. Müstəqilliyimiz demək olar ki, şübhə altında idi. Məhz o çətin illərdə Azərbaycana investisiyalar gətirmək, Azərbaycanı dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim etmək, xarici investorlar üçün münbit şərait yaratmaq, eyni zamanda, Azərbaycanın dövlət maraqlarını tam şəkildə qorumaq böyük siyasi təcrübə, bilik və məharət tələb edirdi. O vaxt Azərbaycanın xarici şirkətlərlə əməkdaşlığı, eyni zamanda, bölgədə birmənalı qarşılanmırdı. “Əsrin kontraktı”nın imzalanması, eyni zamanda, böyük siyasi cəsarət tələb edirdi. Ancaq Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə biz ona nail ola bilmişik.”

Yeri gəlmişkən, Prezident İlham Əliyev bir neçə il bundan əvvəl çıxışlarından birində deyəndə ki, Azərbaycan hasil etdiyi neft və qazı dünya bazarlarına artıq yeddi boru kəməri vasitəsilə ixrac edə bilər, tədbirdə iştirak edənlərin bəziləri təəccüblə bir-birinə baxdı, bəziləri bunu tərcümə səhvi kimi anladı, bəzilərinin də ürəkləri qürurla doldu bir neçə il bundan öncə dünya bazarlarına heç bir boru kəməri olmayan Aərbaycan bu gün istədiyi istiqamətdə, istədiyi istehlakçıya, məqbul bildiyi şərtlərlə neftini, qazını ixrac edə bilər.Şərtlər deyəndə söhbət ancaq ticari şərtlərldən getmir bunlara həm də dövlət arasında münasibətlər, regional və benəlxalq iqtisadi siyasi əməkdaşlıq çərçivəsində baxılmalıdır.

Əlbəttə ki, bu imkanlar Heydər Əliyevin neft – qaz strategiyasının və bu strategiyanı məharətlə təkmilləşdirməklə həyata keçirən Prezident İlham Əliyevin siyasətinin nəticəsidir.

“Əsrin kontraktı”imzalanmamışdan öncə, xarici sərmayeçilər ən böyük risklər və qeyri – müəyyənliklər sırasında həm də açıq dənizlərə ixrac boru kəmərlərinin olmasını götürür.

Nəzərə alsaq ki, “Əsrin kontraktı” çərçivəsində yaradılmış Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ( ABƏŞ ) 1995 -ci ilin əvvəlindən fəaliyyətinə başladı və kontraktın şərtlərinə uyğun olaraq 1997 -ci ilin ikinci yarsında artıq neft hasilatına başlamalı idi və təbii ki, bu neft dünya bazarlarına ixrac edilməli idi.

Çoxları inanmırdı ki, cəmi 30 ay içində, hətta hasil edilən neftin boru kəməri vasitəsi ilə sahilə nəql edilməsi təmin edilsə belə, bu nefti ən yaxın məsafədə olan Qara dəniz limanlarına çatdıra bilən boru kəmərlərini tikmək mümkün olar.

Artıq alternativ variantlar təhlil edilirdi – misal üçün neftin emal edilməsi və dəmir yolu vasitəsi ilə nəql edilməsinə qədər.

İqtisadiyyatın siyasi ölçüsünü, siyasətin iqtisadi ölçüsünü dərindən bilən və bunlardan məharətlə istifadə edə bilən Ulu Öndərimizin qərarı ilə Rusiya ilə danışıqlara başlanır.

Məqsəd – Rusiyanın Volqa boyu, Uralda, Qərbi Sibirdəki neft yataqlarını Qara dənizdəki ixrac limanı Novorossiysklə birləşdirən boru kəmərlərindın, bu neftlərin bir hissəsini bir zaman Bakı emal zavodlarına çatdıran boru kəmərini əks istiqamətdə ( Bakı – Novorossiysk ) istifadəsini təmin edən sazişlərin razılaşdırılması idi.

Danışıqlar çox çətin şəraitdə keçsə də - çətinliklər də birinci növbədə Rusiya tərəfinin bu sazişlərlə Azərbaycan neftinin ixracını birdəfəlik ancaq öz kəmərlər sisteminə bağlamaq və ticari şərtlərin sazişlərin qüvvədə olduğu müddət ərzində dəyişmək hüququna malik olmaq istəyəndə və bunlarında Azərbaycan nümayəndələri tərəfindən heç bir variantda və şəkildə qəbul etməməsindən yaranırdı- Heydər Əliyevin şəxsi müdaxiləsi nəticəsində ədalətli bir dövlətlərarası saziş imzalandı və bu gərgin prosesin sonunda 1997-ci ilin sonunda Bakı-Novorossiysk boru kəməri istismara buraxıldı.

Bununla da, həm ARDNŞ-in hasil etdiyi neftin ixracı üçün, həm də ABƏŞ-in istehsal etdiyi neftin ixracı üçün yol açıldı!

Sözsüz ki, bunlarla bərabər Rusiya ilə də siyasi, ticari münasibətlərdə də yeni imkanlar açıldı. Başqa bir önəmli məqamı da qeyd etməliyik- Azəri- Çıraq-Günəşli kontrakt sahəsində hasil edilən neftin Rusiya ərazisindən dövlətlərarası saziş ( müvafiq dövlətdaxili proseduraları keçib qüvvəyə minəndən sonra bu saziş beynəlxalq saziş statusuna malik olmuşdur!) çərçivəsində nəql və ixrac edilməsi faktı həm də Azərbaycanın Xəzər dənizinin delimitasiyasına dair beynəlxalq hüquq normalarına, beynəlxalq sazişlərə və təcrübəyə əsaslanan mövqeyinə de-fakto bir dəstək verirdi-adları çəkilən yataqlarda hasil edilən neft dövlətlərarası sazışlə tənzimlənən münasibətlər çərçivəsində iki dövlətin ərazisindən keçən boru kəməri vasitəsiylə ixrac edilirsə deməli, bu yataqlar artıq mübahisə predmeti deyil!

Bakı- Novirissiysk boru kəmərində bərpa işləri hələ başlamamışdır, ancaq Ulu Öndər tərəfindən ARDNŞ və ABƏŞ rəhbərliyinə artıq göstəriş verilmişdir-Bakı-Xaşuri (Gürcüstan ) neft məhsulları boru kəmərinin vəziyyətini öyrənmək ( boru kəməri Sovetlər vaxtında inşa edilmişdir, ancaq tamamlanmamış və istifadəyə verilməmişdir ) və bundan istifadə edərək ( lazım olan əlavələr ilə ) Xəzər dənizini Qara dənizlə birləşdirən boru kəmərinin inşasına hazırlaşmaq.

Bu qərar bəzilərini təəccübləndirdi, bəzilərinin ( xarici şirkətlər, maliyyə qurumları və s.) narazılığına səbəb oldu, bunları da başa düşmək olardı- təcrübədən məlum idi ki, gərək Bakı- Novorossiysk kəməri istismara buraxılmalı idi, sonradan bunun keçiriliciyinin artırılması imkanları öyrənilməli və təhlil edilməli idi, hasilat artdıqca addım-addım keçiricilik də artırılmalı idi, buna da həm zaman, həm əlavə vəsait tələb olunacaq... Və s.

Ancaq bu layihə hələ heç istismara da buraxılmayıb, bunun imkanları tam öyrənilməyib – bu zaman ən yüksək səviyyədə tələb olunur ki, istismarda belə olmamış boru kəmərindən istifadə edərək Qörbə boru kəməri çəkilsin, yəni nasos stansiyaları Qara dəniz sahilində 100 – 150 min tonluq tankerləri qəbul edə bilən terminal və liman inşa edilsin və Bakı-Novorossiysk xəttinin keçiriciliyindən artıq olan hasil ediləcək neft həcmləri bu kəmərlə ixrac edilsin.

Sonrakı hadisəllər, bu qərarın həm siyasi, həm iqtisadi cəhətdən nə qədər uzaqgörən və səmərəli olduğunu açıq-aydın göstərdi.

Bir sözlə, müvafiq dövlətlərarası, dövlət və şirkətlərarası sazişlər imzalandı, lahiyənin parametrləri, maliyyə mənbələri müəyyən edildi və 1997-ci ilin aprel ayında Bakı-Tbilisi-Supsa boru kəməri ( 850 km yaxın uzunluğu olan ) nasos stansiyalarınla, Supsada inşa edilmiş terminal və limanla təntənəli şəraitdə istismara buraxıldı.

Bu hadisədən cəmi yeddi ay keçməmiş 1999-cu ilin noyabr ayında İstanbulda Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinə dair dövlətlərarası saziş imzalandı.Bundan biril keçməmiş Cənubi Qafqaz Qaz Boru kəməri lahiyəsinə ( Azərbaycan qazını Azərbaycan, Gürcüstan ərazisi ilə Türkiyəyə və gələcəkdə başqa ölkələrə çatdıra bilən ) dair Azərbaycan və Gürcüstan arasında dövlətlərarası saziş imzalandı və qısa müddətdən sonra eyni koridorda yerləşən bu layihələrin inşasına başlandı.

Sadaladığım boru kəmərlərinə dair danışıqların aparılması, müvafiq sazişlərin imzalanması, qüvvəyə minmə zaman və tarixlərini təhlil edəndə görğnğr ki, bunların hamısı əvvəlcədən ölçülüb-biçilmiş, hesablanmış, uzunvədəli bir strateji planın hissələri idi.

Bu strateji plan və ümumiyyətlə Heydər Əliyevin neft-qaz strategiyası o qədər məharətlə və bütün məqamları, o cümlədən, mümkün ola bilən təzyiqləri, siyasi oyunları, təxribatları nəzərə alan, əsaslandırılmlış şəkildə hazırlanıb və həyata keçirildi ki, bu planların, bu strategiyanın qarşısını heç kim ala bilmədi.

Heydər Əliyevin neft-qaz strategiyasının mərhələləri, gedişatları haqqında, hər bir azərbaycanlının və xalqımızın gündəlik həyatına, ülkəmizin ictimai-siyasi, iqtisadi, iqtisadi inkişafına təsir haqqında son illər ərzində saysız-hesabsız yazılar yazılıb, sözlər söylənib. Bu məqalədə sadəcə, Azərbaycanın inkişafının əsasını təşkil edən Heydər Əliyevin neft srategiyasının nə qədər çətinliklər, zəhmətlər hesabına hazırlanıb həyata keçirilməsinə dair ümumi məqamlar əksini tapıb.

Ancaq zaman keçdikçə onilliklər üçün planlaşdırılmış strategiyanın ildən-ilə artan və genişlənən, yeni-yeni sahələri əhatə edən nəticələrini gördükcə, yaşadıqca anlayırsan ki, təhlillər, tədqiqatlar davam etməlidir.Buna həm tarixi nöqteyi-nəzərdən ehtiyac var, yeni nəsillərin tərbiyəsi, təhsili nöqteyi-nəzəindən ehtiyac var, həm ictimai-siyasi, iqtisadi inkişafımızın daha səmərəli şəkildə təmin edilməsi nöqteyi-nəzərindən ehtiyac var.

Heydər Əliyevin neft strategiyasının uğurlarını Prezident İlham Əliyev daha məzmunlu və dolğun şəkildə ifadə edib: “Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış və bu gün uğurla davam etdirilən Azərbaycanın neft strategiyası nəinki ölkəmizi təmamilə yeniləşdirib, eyni zamanda, bölgədə bizim imkanlarımızı gücləndirib və bizim müttəfiqlərimizin sayının artırılmasında önəmli rol oynayıb. Enerji təhlükəsizliyi, enerji diplomatiyası, bütün bunlar yəgin ki, növbəti illərdə də dünya göndəliyində duran vacib məsələlərdən biri olacaqdır”.


1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə