Mühazirələrin icmalı FƏNNƏ GİRİŞ




Yüklə 0.57 Mb.
səhifə1/10
tarix22.02.2016
ölçüsü0.57 Mb.
  1   2   3   4   5   6   7   8   9   10
Azərbaycanda sosial-iqtisadi siyasət” fənnindən

mühazirələrin icmalı

FƏNNƏ GİRİŞ

Dünya iqtisadiyyatının ən dinamik inkişaf edən ölkələrindən biri Azərbaycan Respublikasıdır.Azərbaycanın gələcək sosial-iqtisadi inkişaf prespektivləri bilavasitə ölkədə iqtisadi fəaliyyətin təşkili və idarə edilməsinin səmərəliliyinin yüksəldilməsi problemlərinin həll edilməsindən asılıdır.Bununla əlaqədar son vaxtlar Respublikada sosial-iqtisadi inkişafın təhlil edilməsini və ona mane olan amillərin üzə çıxarılmasının böyük əhəmiyyəti vardır.

Respulika prezidentimiz İlham Əliyev öz çıxışlarından birində bu fikirləri söyləmişdi:”Bizim siyasətimiz bundan ibarətdir ki, ölkəni moderinləşdirək,ən qabaqcıl texnologiya gətirək,bütün sahələrdə ən qabaqcıl təcrübədən istifadə edək.Ölkənin sosial-iqtisadi inkişafını sü

rətləndirək.Bizim təbii resurslarımız var və onlardan istifadənin yaxşılaşdırılması bizim uğurlu siyasətimizin nəticəsidir.Bundan ötrü bütün sahələrdə sosial-iqtisadi inkişafa yönəldilən uğurlu tədbirlər həyata keçirilməlidir.Dünyada baş verən maliyyə böhranı İEÖ əsaslı təsir göstərsə də Azərbaycana o qədər də təsir göstərə bilməmişdi.Bu Azərbaycanın sərbəst sosial-iqtisadi maliyyə-pul siyasətinin nəticəsidir.Son illər ölkəmiz uğurla inkişaf edir”.

2010-cu ildə ölkədə istehsal olunmuş ÜDM-in həcmi 5% artaraq 41,6 mlrd manata çatmışdı.İstehsal sahələrinin ÜDM-da xüsusi çəkisi əvvəlki ildəki 62,4%-dan 65,5%-dək artmış,xidmətin payı müvafiq olaraq 29,7%-dən 27,4%-dək azalmışdı.Məhsula və idxala xalis vergilər ÜDM-un 7,1%-i təşkil etmişdi.2010-cu ildə iqtisadi neft sektorunun 1,8% artımı fonunda,qeyri-neft sektorunda əlavə dəyərin 7,9%-lik artımı müşahidə olunmuşdur.Bu dövürdə sənayenin qeyri-neft sektorun əlavə dəyəri 5,9%, tikintidə 20,3%, $xidmətdə isə 7,2%artmışdı.2010-cu ildə sənayedə 21,9 mlrd AZN, yaxud ÜDM-un 52,6%-i qədər, kənd təsərüfatı və digər sahələrdə 2,2 mlrd , tikintidə 3,1 mlrd, nəqliyyatda 2.5 mlrd, informasiya və rabitədə 788 mln,avtomobilin satışında 2,7 mlrd,sosial və digər xidmət sahələrində isə 4,9 mlrd AZN-lik əlavə dəyər yaradılmışdır.ÜDM-in adambaşına düşən həcmi 3,7% artaraq 4653,1 AZN, 2010-cu ildə pərakəndə əmtəə dövriyyəsinin həcmi 9% artaraq 13,7 mlrd AZN olmuşdur.Dövriyyənin 14,7%-i hüquqi şəxslərin, 45,4% -i hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların, 39,9%-i yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin hesabına formalaşmışdır.Ötən ilin 11 ayı ərzində Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər 145 ölkənin tərəfdaşları vasitəsilə 25,1 mlrd manat idxal-ixrac əməliyyatları aparmışdır.Xarici ticarət dövriyyəsinin 19,4 mlrd $ Azərbaycandan ixrac olunmuş, 5,7 mlrd $ isə idxal olunmuş məhsullar təşkil etmişdir.Xarici ticarət əməliyyatlarının dövriyyəsi 13,7 mlrd $ müsbət xarici ticarət saldosu ilə tamamlanmışdır. Xarici ticarət əməliyyatlarının ¾ İtaliya,Fransa,İsrail,Rusiya,ABŞ,Ukrayna,Türkiyə,Çin, Xorvatiya,İndoneziya,Malaziya və Almaniya ilə aparılmışdır.

Ölkə iqtisadiyyatının başqa sahələri ilə yanaşı tikinti də inkişaf edir. 2010-cu ildə bütün maliyyə mənbələrində əsas kapitala 9,7 mlrd AZN əvvəlkindən 21,2% çox yönəldilmişdir,onun 6,4 mlrd AZN-i tikinti quraşdırma işlərində istifadə edilmişdir.Əsas kapitala yənələn vəsaitin ¾ hissəsi daxili mənbələr hesabına olmuşdur.Sərf olunmuş sərmayenin 48,6% məhsul istehsalı, 51,4%-i xidmət sahə obyektlərinə yönəlmişdir.



Mövzu: 1. Azərbaycanda sürətli və davamlı inkişaf siyasəti

1. Neft-qaz resursları sosial-iqtisadi inkişafın əsası kimi

Qloballaşma prosesinin daha sürətli xarakter aldığı yeni əsrdə dünnya dövlətləri qarşısında həlli getdikcə daha böyük aktuallıq kəsb edən məsələlərdən biri də etibarlı enerji təhlükəsizliyinin təmin olunmasıdır. Məhz bu səbəbdəndir ki, enerji siyasətinin konsepsiyasının hazırlanması və onun həyata keçirilmə strategiyasına verilən xüsusi diqqət son illərdə daim yüksələn xətt üzrə inkişaf etməkdədir. Bu məsələ enerji ehtiyatları ilə kifayət qıdır zəngin olan ölkələr üçün də olduqca aktual xarakter daşıyır və böyük əhəmiyyətə malikdir. Çünki dünyanın real mənzərəsi göstərir ki, enerji ehtiyatları ilə zəngin ölkələrin heç də hamısı bu resurslarini uğurla, inkişafa xidmət edən formada realizasiya edə bilmirlər. Halbuki enerji ehtiyatlarından, iqtisadiyyatın enerji sektorundan səmərəli şəkildə faydalanılacağı təqdirdə, ölkəni davamlı və sabit inkişaf yoluna çıxarmaq, onu qüdrətli bir dövlət halına gətirmək mümkündür. Bu konteksdə istər regonal, istərsə də qlobal miqyasda dövrün ən real nümunələrindən biri qismində müasir Azərbaycan çıxış edir.

Yanacaq-enerji komleksi ölkə iqtisadiyyatında həmişə vacib rol oynayıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu komleksin rolu daha da arıb və buna əsas səbəb ölkəmizin həm enerji resursları ilə zəngin olması, həm də müvafiq hasilat, istehsal vasitələrinin hələ SSRİ dönəmində respublikada təşəkkül tapması idi. Keçid dövründəmilli iqtisadiyyatda yaşanan böhran neft hasilatında ciddi azalmalara gətirib çıxardı. Neft sənayesi sahəsində özünü göstərən tənəzzül prosesi nəticəsində bu sahədə çalışanların sosial-iqtisadi vəziyyəti xeyli ağırlaşmış, hasilatın azalması fonunda isə ümumi iqtisadiyyatda böhran daha da dərinləşmişdi. Araşdırmalar göstərir ki, 1990-cı ildə respublikada 12 milyon 513 min ton neft hasil olunmuşdursa, 1992-1993-cü illərdəbu göstərici 9 milyon 563 min tona düşmüş, “qara qızıl” hasilatı 21.2, mavi qaz hasilatı isə 36% azalmışdı. Müvafiq olaraq neft məhsulları və avadanlıqlarının istehsalı sahəsində də tənəzzül dərinləşmiş, uzun illər ərzində formalaşdırırlmış hasilat və emal sənayesi qısa müddətdə yararsızhala salınmış, onların əmlakları dağıdılaraq talan edilmişdi.

Belə bir çətin və həlledici dövrdə xalqın istək və tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev müəllifi olduğu yeni neft strategiyasını ərsəyə gətirməklə Azərbaycanı nəinki hərtərəfli sürətli inkişaf yoluna çıxardı, eyni zamanda, onu reginun liderinə və beynəlxalq hüquq müstəvisində müstəqil mövqeyə malik nüfuzlu subyektə çevirdi. Siysət və iqtisadiyyatın bir-birini tamamladığını bəyan edən ulu öndər “Neft Azərbaycan xalqının milli sərvətidir” prinsipini əldə rəhbər tutaraq ölkənin yeni enerji konsepsiyasını da məhz bu əsasda formalaşdırdı. “Qara qızılın” hasilatı, emalı və nəqli milli iqtisadiyyatın qurulmasında da fundamental rol oynamağa başladı. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkənin üzləşdiyi sosial-iqtisadi və ictimai-siyasi böhranın aradan qaldırırlmasında neft-qaz hasilatının, emalının, dünya bazarlarına çıxarılmasının, ümumiyyətlə, enerji sektorunun oynaya biləcəyi rol da ümummilli lider tərəfindən kifayət qədər uzaq görənliklə və düzgün formada qiymətləndirildi. Sabit şəraitdə iqtisadi artıma və ölkə əhalisinin həyat səviyyəsinin yüksəlməsinə nail olunması məqsədilə Azərbaycanın enerji potensialından səmərəli formada istifadə edilməsi istiqamətində mühüm addımlar atan Heydər Əliyev bununla ölkəni yeni tərəqqi mərhələsinə çıxardı.



2.Sovetlər dövründə Azərbaycanın neft sənayesinin vəziyyəti

1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra ulu öndər dağılmış iqtisadiyyatın bərpası, ölkənin inkişaf yoluna çıxarılması üçün əsas təkanverici mexanizm rolunu oynayacaq yeganə sahənin neft təsərrüfatı və neft ehtiyatları olduğunu aydın görürdü. 1969-cu ildən başlayaraq Azərbaycan xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesi də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoymuşdur. Heydər Əliyevin təşəbbüsü və böyük səyi nəticəsində neft sənyesinin inkişafına təkan verən yeni infrastruktur formalaşdırıldı. Bu məqsədlə 1970-1980-ci illərdə ölkəyə 75 növdə 400-dən çox ağır yükqaldıran kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və digər gəmi növləri gətirildi. Xəzərdə ilk dəfə olaraq 2500 ton gücündə “Azərbaycan” kranı, “Xəzər” tipli özüqalxan qurğular quraşdırıldı, sonralar isə dənizin 200 m etr dərinliyindəki sahələrdə işləməyə imkan verən “Şelf”tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə 60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz yataqları kəşf edildi, neft ehtiyatları iki , qaz ehtiyatları isə üç dəfə artırıldı. 1975-ci ildə neft və qazın ümumi hasilatı şərti yanacaq kimi 27.1 milyon tona çatdırıldı. Ötən əsrin 80-ci illərində üzən qazma qurğularının sayı 11-ə çatdı və onlardan istifadə nəticəsində indi Azərbaycan neftinin əsas hissəsini təşkil edən dənizin 80-350 metr dərinlikdə yatan zəngin neft ehtiyatlarına malik olan yataqlar, o cümlədən “Azəri-Çıraq-Günəşli” və başqaları kəşf olundu. O dövürdə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq Azərbaycanda neft emalı üçün xüsusi proqram hazırlanaraq həyata keçirilməyə başlandı. Həmin proqrama əsasən, yeni texnika və texnologiyaya malik zavodlar yaradıldı, təzə qurğular inşa olundu, neft ayırma zavodlarının yenidən qurulması prosesinə start verildi.

Ulu öndərin rəhbərliyi altında “Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması” planı nəzərdə tutulan mərhələlərlə icra olunduqca, bu sahədə başlanan keyfiyyət dəyişiklikləri daha geniş miqyas almağa başlandı. Yenidən qurulan neft sənayesi Azərbaycanın müstəqillik dövründə enerji sektorunun inkişaf etdirilməsində əsas baza rolunu oynadı. Məsələn, 1976-cı ildə “ELOU-AVT-6”, 1980-ci ildə “Katalitik Riforminq”, 1986-cı ildə “Neftin kokslaşdırılması”, 1993-cü ildə “Katalitik krekinq” qurğularının inşası, hələ sovet hakimiyyəti illərində onun rəhbərliyi ilə respublikamızda görülən digər işlər, yaradılan möhkəm təməl bu gun müstəqil Azərbaycanda dünya standartlarına uyğun neft sənayesinin formalaşmasına imkan yaratdı. Sovet hakimiyyəti illərində Heydər Əliyevin neft sənayesinin inkişafına verdiyi ən böyük töhfələrdən biri Dərin Dəniz Özülləri Zavodunun məhz Azərbaycanda inşası oldu. Azərbaycanda neft hasilatının artması, daha dərin qatlarda “qar qızıl”ın çıxarılmasına imkan verən yeni texnologiyaların hazırlanması, yeni iş yerlərinin yaradılması və digər bu kimi mühüm parametrlər baxımından Heydər Əliyev Dərin Dəniz Özülləri Zavodunun Azərbaycanda tikilməsi üçün Moskvadan müvafiq icazənin alınmasına nail oldu. Zavodun inşasına o zaman 450 milyon ABŞ dolları ayrıldı və tikinti 1978-ci ildə başlandı, 11 il sonra Dərin Dəniz Özülləri Zavodu istismara verildi. Görülən bütün bu nəhəng işlər Azərbaycan müstəqillik qazandıqdan sonra onun iqtisadi inkişafında əvəzsiz rol oynadı.

3.Heydər Əliyevin enerji resursları siyasəti

Azərbaycanda ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra idarəçilikdə yol verilən nöqsanlar neft, enerji amilindən ölkənin inkişafı naminə istifadə olunmasına imkan vermədi. SSRİ-nin keçmiş respublikaları ilə Azərbaycan arasında iqtisadi əlaqələrin qırılması, respublika ərazisində qeyri-sabitliyin mövcud olması, maliyyə və texniki təchizatın sıfra enməsi neft və qaz sənayesini ağır böhran vəziyyətinə salmışdı. Bütün bu çətinliklər maliyyə, texniki və digər problemlər aşkar edilmiş “Azəri-Çıraq-Günəşli” kimi neft yataqlarının işlənməsinə imkan vermirdi.

Yalnız Heydər Əliyevin sayəsində bir sosial-iqtisadi formasiyadan digərinə keçid prosesində ölkənin inkişafa xidmət edən yeni enerji siyasəti işlənib hazırlandı. Bu siyasət Azərbaycanın ümumi tərəqqisində, o cümlədən iqtisadi inkişafında lokomotiv rolunu oynamaqla yanaşı, ölkənin milli maraqlarının müdafiəsini də özündə ehtiva edirdi. Yeni enerji siyasətinin reallaşması, dağılmış iqtisadiyyatı yenidən dirçəltmək və onu inkişaf relsinə salmaq üçün isə ilk növbədə, neft sənayesini böhrandan çıxarmaq lazım idi. Həmin dövrdə Azərbaycan üçün yalnız iki variant mövcud idi: ya bir neçə il bu sahədə heç bir iş görməyərək ölkənin maliyyə-iqtisadi vəziyyətinin əlverişli olmasını gözləmək, ya da xarici neft şirkətləri ilə işbirliyi qurmaq. Birinci yol uzun zaman tələb edirdi və xalqın üzləşdiyi məhrumiyyətlərin uzun müddətli olmasını şərtləndirirdi. Digər tərəfdən, bu yol neft sənayesinin inkişafdan qalması demək idi. Vəziyyəti real qiymətləndirən ulu öndər həm Azərbaycanı sürətli inkişaf yoluna çıxarmaq, ölkəyə investisiya axınını təmin etmək, enerji ehtiyatlarından vaxtında səmərəli istifadəyə nail olmaq üçün xarici şirkətlərlə milli maraqların təmin edilməsi ilə yeni əməkdaşlığın başlanmasına qərar verdi. Yeni neft strategiyasının həyata keçirilməsi fonunda Heydər Əliyevin sərəncamı ilə “Azəri-Çıraq-Günəşli” (dərin sulu hissəsi) yataqlarının işlənməsi üzrə xarici şirkətlərlə danışıqlara başlandı.

Azərbaycanın yeni tarixində ən böyük neft sazişi kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin imzalanması zamanı ölkənin milli mənafeləri, maraqları təmin edild. Əsrin müqaviləsindən danışarkən Heydər Əliyevin 1994-cü il fevralın 4-də “Azərbaycanda dəniz neft və qaz yataqlarının işlənməsinin sürətlənməsi haqqında” verdiyi sərəncam xüsusilə qeyd olunmalıdır. Çünki məhz həmin sənəd dünyanın aparıcı neft-qaz şirkətləri ilə həyata keçirilən danışıqların əsasını təşkil edirdi. Bu danışıqlar isə həmin dövr üçün xarakterik olan daxili və geosiyasi faktorlar üzündən elə də asan getmirdi. Hətta “Əsrin müqaviləsi”nin imzalanması üçün rəsmi Bakının o zaman bəzi Qərb dövlətləri ilə apardığı danışıqların uğurla nəticələnəcəyinə şübhə ilə yanaşanlar da az deyildi. Cəbhə bögısində atəşkəs rejiminin kövrək olduğu, dövlət idarəetmə mexanizmlərinin hələ tam oturuşmadığı, bəzi qonşu dövlətlərlə münasibətlərdə ciddi psixoloji-siyasi gərginliyin hökm sürdüyü, Xəzərin hüquqi statusu ilə bağlı mübahisələrin kəskinləşdiyi bir vaxtda “Əsrin müqaviləsi”nin imzalanması bir çoxlarına inandırıcı görünmürdü. Qərb şirkətlərinin Xəzərlə bağlı hansısa layihənin gerçəkləşməsində iştirakı təkcə iqtisadi deyil, həm də strateji-siyasi məsələ kimi nəzərdən keçirilirdi. Azərbaycana kənar təzyiqlərin getdikcə artması fonunda bu danışıqları davam etdirmək ölkə iqtidarından ciddi siyasi iradə, əəzmkarlıq tələb edirdi. Lakin prinsipial xarakterə malik ümummilli liderkənar maneələri mətinliklə dəf etdi və Qərbin aparıcı şirkətlərini bu müqavilənin perspektivinə inandıra bildi.

Azərbaycan üçün bu müqavilənin imzalanması, ilk növbədə, iqtisadi inkişafın əsasını qoymaq, iqtisadi müstəqilliyi bərpa etmək baxımından böyük əhəmiyyət kəsb edirdi. Digər tərəfdən, müqavilənin reallaşdırılması ilə Azərbaycan ölkəyə xarici investisiya axınını təmin etmiş, Xəzəri isə birinci olaraq beynəlxalq əməkdaşlıq mərkəzinə çevirmiş olacaqdı. Lakin sözügüdən müqavilənin Azərbaycana qazandıracağı dividendlər təkcə qeyd olunanlarla yekunlaşmırdı. “Əsrin müqaviləsi” Azərbaycana həm də yeni yexnologiyaların gəlməsi demək idi və bu olduqca vacib xarakter daşıyırdı. Çünki 1993-cü ildə nefttəsərrüfatı tamamilə dağılmış, avadanlıqlar köhnəlmiş, platformalar və astakadaların bir çoxunu dəniz yuyub aparmış, qalanların əksəriyyəti paslanmışdı. Hər şeyi yeniləmək lazım idi, o vaxtlar isə Azərbaycanın buna maddi imkanı çatmırdı. Digər tərəfdən, o da danılmaz reallıq idi ki, həmin dövrdə Azərbaycan xarici neft şirkətlərinin istifadə etdiyi texnologiyalara malik deyildi. Bununla yanaşı Azərbaycan onu da nəzərə alırdı ki, yeni neft quyularının qazılması zamanı Xəzərin ətraf mühitini qorumalı, dənizdə hərhansı ciddi ekoloji problemlərin yaranmasına yol verməməlidir. Bütün bunlar üçün həmin dövrdə Azərbaycana xarici şirkətlərin əlində olan kapital və texnologiyalar lazım idi. Həmin kapital və texnologiyaları isə Azərbaycana “Əsrin müqaviləsi” gətirəcəkdi.

Ulu öndər 1993-cü il iyun ayının 18-də ABŞ-ın aparıcı mətbu orqanlarından biri olan “Çikaqo Tribun” qəzetinə verdiyi müsahibədə bununla bağlı bildirirdi: “Başa düşürəm ki, Azərbaycana cəlb olunmuş neft şirkətlərinin öz maraqları var. Bu, tamamilə təbii məsələdir. Ancaq eyni zamanda, biz də ölkəmizin maraqlarını neft şirkətlərinin mənafelərindən yüksək tutmalıyıq”.

Belə durumda ümümmilli liderin səyi nəticəsində ölkə daxilində möhkəm təməllərə əsaslanan siyasi sabitliyin bərqərar olması, qanunçuluğun gücləndirilməsi, xarici sərmayələrə dövlət təminatının verilməsi, Azərbaycanın yeni neft strategiyasının hazırlanması və həyata keçirilməsi üçün də möhkəm zəmin yarandı. Xarici neft-qaz şirkətlərinin Azərbaycana baxışı dəyişməyə başladı ki, bu da onların ölkəmizdə profilləri üzrə sahələrə investisiya yatırımlarını əhəmiyyətli dərəcədə stimullaşdırır və “Əsrin müqaviləsi”nə yeni bir yol açılırdı.

Mövzu 2 . Neft strategiyasının hazırlanmasının əhəmiyyəti.

1.”Əsrin neft müqaviləsi”nin məzmunu.

Bu dövrdə xarici neft şirkətlərinin Azərbaycana gəlişini təmin etmək üçün həllini gözləyən daha bir vacib məsələ beynəlxalq səviyyədə danışıqlar aparmaq bacarığında olan, neft sahəsində ölkəmizlə əməkdaşlığın perspektivinə xarici şirkətləri inandıra bilən, eyni zamanda ölkənin mənafelərini daim ön planda tutmağı bacaran professional şəxslərin bu işə cəlb edilməsi ilə bağlı idi.

Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti cənab İlham Əliyev danışıqlar prosesində fəal iştirak etməklə yanaşı, yeni neft strategiyasının hazırlanmasının, uğurla həyata keçirilməsinin ən aparıcı iştirakçılarından oldu və beləliklə də xarici şirkətlərlə uzun sürən danışıqların müvəffəqiyyətlə yekunlaşmasında misilsiz xidmətlər göstərdi. Bəzi transmilli neft şirkətləri Azərbaycanın düşdüyü çətin durumdan istifadə edərək neft müqavilələrini özlərinin xeyrinə olan qaydada imzalamağa çalışır, ölkə üçün qəbuledilməz şərtlər irəli sürürdülər. Cənab İlham Əliyevin üzərinə bütün bu çətinliklərin öhdəsindən gəlmək, neft müqavilələrində Azərbaycanın milli mənafelərinin maksimum səviyyədə qorunmasına nail olmaq kimi tarixi missiya düşmüşdü.

Danışıqlarda İlham Əliyev öz diplomatik bacarığını yüksək səviyyədə nümayiş etdirdi, özünə, ümumilikdə Azərbaycana qarşı böyük inam və etimad formalaşdırmağa nail oldu. Həmçinin danışıqlar prosesinin bir o qədər də asan olmadığı üzə çıxdı.

Bu dövrdə çoxsaylı mübahisəli məsələlərin meydana çıxmasının səbəblərindən biri də bəzi kənar qüvvələrin hadisələrin gedişinə müdaxiləsi nəticəsində Xəzərin hüquqi statusunun öz həllini tapmadığı dövrə qədər Azərbaycanın xarici şirkətlərlə heç bir müqavilə imzalamasının mümkünsüzlüyünə dair məsələnin gündəmə gətirilməsi idi.

Bəzən böhran anları və müəyyən şərtlərin qəbuledilməzliyi ucbatından danışıqların dayandırılma məqamı qaçılmaz olurdu. Həmin anları cənab İlham Əliyev belə xatırlayır:” Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik”.

Azərbaycanın üzərinə götürdüyü bütün öhdəliklərə əməl edəcəyinə də transmili neft şirkətlərini inandıra bilən cənab İlham Əliyev müqavilənin reallaşması zamanı yarana biləcək hər hansı narazılığın həllinin məsuliyyətini ölkəmizin öz üzərinə götürdüyünü də bildirərək, bununla da həmin dövr üçün kifayət qədər riskli, ancaq cəsarətli sayılan, zərurətdən doğan bir addım atdı. Zaman isə bu riskin nə dərəcədə doğru olduğunu və ölkəmizin sonrakı inkişafında əvəzsiz əhəmiyyətə malik olduğunu əyani şəkildə sübuta yetirdi.

“Əsrin müqaviləsi”nin reallaşması istiqamətində növbəti mühüm addım 1994-cü il sentyabrın 14-də Heydər Əliyev tərəfindən verilən fərman oldu. Müqavilənin imzalanmasının hüquqi əsaslarını müəyyənləşdirən fərmanda xarici şirkətlərlə imzalanacaq saziş layihəsi müsbət qiymətləndirilir, Azərbaycanın belə bir layihəyə imza atmasının əhəmiyyəti önə çəkilirdi. Həmin saziş layihəsində isə yataqların işlənməsi üçün tələb olunan investisiyaların 80 faizinin ARDNŞ və müqaviləni imzalayacaq konsorsium şirkətləri tərəfindən qoyulacağı göstərilmişdi. Lahiyə sazişin qüvvəyə minməsindən sonra ilk neftin 18 ay ərzində çıxarılmasını nəzərdə tuturdu. İmzalanacaq müqavilədə əsas yataqlarda neft hasilatına 48 ay ərzindən gec olmamaq şərtilə başlanması da ümdə prinsiplərdən biri kimi öz əksini tapmışdı. Sənəddə, həmçinin, Azərbaycan neftinin dünya bazarına səmərəli yolla çıxarılmasını təmin edən neft kəmərinin tikintisinə 54 ay ərzində start verilməsi nəzərdə tutulmuşdu.Bundan başqa, neftlə birgə çıxan və ehtiyatları 55 milyard kubmetr həcmində dəyərləndirilən səmt qazının da Azərbaycana verilməsi müqavilədə dəqiq şəkildə göstərilmişdi. Sazişin əhatə etdiyi 90 milyard kubmetr həcmində ehtiyatlara malik qaz yataqlarının istismarı hüququ da məhz Azərbaycana verilmişdi.

Aparılan gərgin işlər sayəsində nəhayət 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işləməsi haqqında “məhsulun pay bölgüsü” tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandı, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapdı. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən böyük şirkəti (“Amoko”, BP, “MakDermott”, “Yunokal”, ARDNŞ, “LUKoyl”, “Statoyl”, “Ekson”, “Türkiyə Petrolları”, “Penzoyl”, “İtoçu”, “Remko”, “Delta”) iştirak etdi. Bununla da “Yeni neft strategiyası” və doktrinası uğurla həyata keçirilməyə başladı. “Əsrin müqaviləsi” Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi.

“Əsrin müqaviləsi”nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı. “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatların miqdarına, həm də qoyulan sərmayelərin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil oldu. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesini inkişafı üçün milyardlarla dollar həcmində sərmaye ölkəyə gəldi və gəlməkdədir.

Azərbaycan suveren dövlət olaraq “Əsrin müqaviləsi” kimi möhtəşəm bir layihəyə imza atmasını həzm edə bilməyən və ölkəmizin müstəqil mövqe sərgiləməsinə qarşı çıxan qüvvələr ilk əvvəllər bunun əleyhinə ciddi fəaliyyətə keçdilər. 1994-cü il sentyabrın 12-də Rusiya Xarici İşlər Nazirliyinin Bakıya ünvanladığı etiraz notasında açıq qeyd edilirdi ki, Xəzərə dair birtərəfli hərəkətlər qeyri-qanunidir və Rusiya Federasiyası tərəfindən tanınmayacaq. “Əsrin müqaviləsi”nin xalqın milli mənafelərinə uyğun tərzdə icrası uğurla reallaşdı, sözügedən saziş Azərbaycanın çiçəklənməsində əvəzsiz rol oynadı və oynamaqdadır.

“Əsrin müqaviləsi”ndən əldə edilən gəlirin 80 faizini 30 il ərzində Azərbaycan, 20 faizini isə iştirakçı şirkətlər alacaq. İmzalanan PSA(hasilatın pay bölgüsü) müqavilələrinin şərtlərinə uyğun olaraq artıq Azərbaycan neft gəlirlərinin 80 faizini əldə edir. Burada daha bir incə məqama da xüsusi diqqət yetirilməlidir. Belə ki, “Əsrin müqaviləsi”nin ən müsbət məqamlarından biri o olub ki, Azərbaycan müqavilə çərçivəsində yataqların işlənməsinə bir qəpik də pul qoymayıb. Artıq 17 il keçib və Azərbaycan bu müqavilənin həyata keçirilməsi üçün heç bir maliyyə xərci çəkmir, əksinə, qeyd olunduğu kimi, indi neft satışından böyük həcimdə gəlirlər əldə edir.

İlham Əliyev bütün danışıqlara rəhbərlik edib, xarici neft şirkətləri ilə gələcək fəaliyyət konsepsiyasını, coğrafi və siyasi tərafdaşlıq konsepsiyası hazırlayıb. Bu, həm də proseslərə yeni yanaşma tərzi ilə müşayiət olunurdu. Yəni əgər əvvəllər Azərbaycan xarici şirkətləri sadəcə ölkəyə dəvət edirdisə, sonradan daha tələbkar mövqedən çıxış etməyə başladı, tərəfdaşlığın iqtisadiyyatla yanaşı, siyasi coğrafiyasını da genişləndirdi. Bütün bunların həyata keçirilməsinə isə cənab İlham Əliyev olduqca böyük töhfə verdi.Onun sayəsində dünyanın 15-dən çox ən iri ölkəsi və 33 məşhur neft-qaz hasilatı şirkəti yataqların işləməsinə cəlb olundu.

2.Yeni neft strategiyasının sosial-iqtisadi nəticələri.

“Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə böyük miqyasda saziş imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın nümunəvi xarakter daşıdığı dünya səviyyəsində ən yüksək dairələrdən etiraf olundu.

“Yeni neft strategiyası” Azərbaycanın neft-qaz layihələrinə beynəlxalq neft korporasiyalarının, bütövlükdə xarici işgüzar dairələrin, iri investisiyaların cəlb edilməsi hesabına dünyanın enerji daşıyıcıları bazarına sürətlə çıxışını təmin etdi. Bu sazişlərin nəticəsi olaraq Azərbaycanın neft-qaz sənayesinə milyardlarla ABŞ dolları həcmində sərmaye qoyuldu, ölkə neftinin dünya bazarına sərbəst və sürətli çıxışını təmin etmək üçün ixrac boru kəmərləri sistemi yaradıldı. Sözügeden müqavilə respublikamızın dövlət müstəqilliyinin mühüm təminatına çevirməklə, azad iqtisadi mexanizmlərin tətbiqini və dünya iqtisadiyyatına dinamik inteqrasiyasını təmin etdi.

Azərbaycanın milli sərvəti olan neftdən gələn gəlirlərin gələcək nəsillər üçün toplanaraq artırılması, bu gəlirlərdən ölkəmizin cari sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə almaqla bugünkü nəsillər üçün istifadə edilməsi prosesi uğurla reallaşdı və reallaşmaqdadır. Ümummilli liderin müəllifi olduğu yeni neft strategiysının həyata keçirilməsinin nailiyyətlərindən biri kimi Qərbin qabaqcıl texnika-texnologiyasının Azərbaycana gətirilməsi təmin olundu. Xüsusilə tikintidə və yataqların işlənməsində, qazmada və istismarda tətbiq olunan yeni texnika, texnologiya və avadanlıqlar neft sənayesinə pozitiv təsir göstərdi.

Heydər Əliyev o dövrün böhranlı sosial-iqtisadi şəraitində növbəti dəfə böyük siyasi iradə, dəqiq iqtisadi hesablama və müdriklik nümayiş etdirərək müstəqil Azərbaycanın yeni neft strategiyasını irəli sürməklə ölkənin digər sahələrində sürətli inkişafın yanaşmasını təmin etdi. Ulu öndər böyük uzaqgörənliklə əvəzsiz təbii sərvətimiz olan neftin ölkənin iqtisadi inkişafındakı rolunu düzgün müəyyənləşdirdi:”Azərbaycan dövləti 1994-cü ildən özünün yeni neft strategiyasını həyata keçirməyə başlayır. Bu strategiyanın əsas mənası, mahiyyəti və prinsipləri ölkənin ölkənin təbii sərvətlərindən, o cümlədən neft və qaz yataqlarından Azərbaycan xalqının rifahı naminə daha səmərəli istifadə etməkdən ibarətdir”.

“Əsrin müqaviləsi” həm də Heydər Əliyevin daha bir xidmətinin parlaq şəkildə üzə çıxmasına səbəb oldu.Belə ki, vaxtilə-1970-ci illərdə Heydər Əliyev tərəfindən göstərilən təşəbbüslər nəticəsində yaradılmış infrastruktur kontraktın sürətlə icra olunmasına xidmət göstərdi. Əgər vaxtilə Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə dərin özüllər zavodu tikilməsəydi, müqavilənin icrası çox yubana bilərdi. Lakin Heydər Əliyevin xidmətləri sayəsində tarixdə ilk dəfə olaraq belə böyük, nəhəng investisiya qoyuluşunu tələb edən müqavilənin imzalanmasından ilkin neftin hasilatına qədər 3 ildən də az vaxt keçdi.

Azərbaycan 2006-cı ildə 32 milyon ton neft çıxarmışdırsa, 2009-cu ildə 50 milyon tondan artıq, 2010-cu ildə isə 51 milyon ton neft hasil etdi. Sözügedən müqavilə Azərbaycanın bugününü yaratdı, gələcəyimizi müəyyən etdi. Paytaxt Bakının, ölkənin regionlarının, bütünlükdə Azrbaycanın gözəlləşməsini, iri sosial layihələrin reallaşmasını təmin etdi, həm müasirlərimiz, həm də gələcək nəsillərimiz üçün Neft Fondu formalaşdı.

Əgər 1994-cü ildə Azərbaycanın valyuta ehtiyatları yox idisə, 2010-cu ilin yekunlarına əsasən həmin ehtiyatların miqdarı 30 milyard dolları keçir. Cari ilin ilk yarısı üçün bu məbləğ 38 milyard dollara çatıb. Ən pessimist hesablamalar göstərir ki, təkcə bu müqavilə çərçivəsində Neft Fonduna 200 milyard dollar daxil olacaq. Ancaq bu məbləğin daha böyük rəqəmlərlə ifadə olunacağı və hətta 400 milyard dollara çatacağı da istisna olunmur. Həmçinin Azərbaycan xarici şirkətlərin investisiyası və yerli kapital hesabına yeni-yeni boru kəmərləri, platformalar, yeraltı anbarlar, qazma qurğuları, “Səngəçal” kimi nəhəng neft terminalı qazanıb. Eləcə də məhz “Əsrin müqaviləsi” Azərbaycanda yeni-yeni yolların, xəstəxanaların, stadionların, mehmanxaların, digər sosial obyektlərin inşasına, insanların maddi rifah halının yüksəlməsinə təkan verib.

Azərbaycanın artıq Xəzərdə və digər bölgələrdə neft kəşfiyyatı aparması, yeni texnologiyalar tətbiq etməsi üçün daha xarici şirkətlərə ehtiyacı yoxdur. Bütün bunları etmək üçün Azərbaycanın lazımı imkanları və kapitalı, kadrları var. Ən əəsası isə, ölkəmiz hələ bundan sonra da dünya miqyasında neft ehtiyatlarına malik əsas dövlətlərdən biri kimi qalmaqda davam edecək. Təxmini hesablamalar göstərir ki, ən pis halda Azərbaycanın neft ehtiyatları bundan sonra 100 ilə bəs edəcək. Lakin yeni kəşfiyyat hesabına bu ehtiyatın sonrakı istifadə müddətinin 200 ilə çatacağı da istisna olunmur. Beləliklə, Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasının, iqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiyasının, ölkəmizin 90-cı illərin əvvəlində başlanmış siyasi, iqtisadi və sosial böhranlardan çıxaraq dirçəlməsinin və ən əsası, XXI əsrdə yüksək inkişaf etmiş, möhkəm, demokratik Azərbaycan dövlətinin yaranmasının rəmzinə çevrildi.

  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə