Mühazirə otağı/Cədvəl Məsləhət saatları Prerekvizitlər arab 301




Yüklə 60.37 Kb.
tarix20.04.2016
ölçüsü60.37 Kb.

Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

Ərəb ədəbiyyatı, ARAB 401, 3 kredit

Departament

Şərq dilləri və din araşdırmaları

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Payız 2013

Fənni tədris edən müəllim (lər)

Şərifov Kamil

E-mail:

Kamil_sharif@mail.ru

Telefon:

055-849-28-19

Mühazirə otağı/Cədvəl




Məsləhət saatları




Prerekvizitlər

ARAB 301

Tədris dili

Azərbaycan

Fənnin növü

(məcburi, seçmə)

Seçmə

Dərsliklər və əlavə ədəbiyyat

Mahmudov M. “Klassik ərəb ədəbiyyatı”, Bakı

Qasımova A. “Cahiliyyət ərəblərinin əqli-mənəvi durumu”, Bakı, “Elm”, 2007.

Фильштинский И. М. «История арабской литературы», М., 1985

Фильштинский И. М. «История арабской литературы», М., 1991

Kursun vebsaytı




Tədris metodları

Mühazirə

+

Qrup müzakirəsi

+

Praktiki tapşırıqlar

+

Praktiki məsələnin təhlili




Digər




Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı

20 noyabr

35

Praktiki məsələ







Fəallıq

25 dekabr

15

Tapşırıq və testlər

25 dekabr

10

Kurs işi (Layihə)







Prezentasiya/Qrup müzakirə







Final imtahanı

25 yanvar

40

Digər







Yekun




100

Kursun təsviri

Сahiliyyət, İslam, Əməvilər, Abbasilər dövrləri ədəbiyyatı və Ərəb-islam ədəbiyyatı ümumi şəkildə öyrənilir. Ən mühüm şair və ədiblərin həyat və yaradıcııqları öyrənilir.

Kursun məqsədləri

Ərəb ədəbiyyatının əsas prinsiplərini, incəliklərini, sirlərini anlamaq bacarığını inkişaf etdirmək.

Tədrisin (öyrənmənin) nəticələri

Kursun sonunda tələbələr ədəbi-bədii bilgilərlə yaxından tanış olmalıdırlar;

Ərəb ədəbiyyatının keçdiyi tariхi inkişaf mərhələlərini bilməli, onu dünya ədəbi prosesləri ilə müqayisə etməyi bacarmalıdırlar.

- Klassik və müasir ərəb ədəbi mühitinin əsas cəhətlərini öyrənməlidirlər;

- Ərəb ədəbiyyatı klassiklərinin həyat və yaradıcılığının əsas tərəfləri öyrənməlidirlər;



Qaydalar (Tədris siyasəti və davranış)

Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbə müəyyən üzürlü səbəblərdən (xəstəlik, ailə vəziyyəti və s.) dərslərdə iştirak edə bilmirsə, o zaman bu haqda fakültə dekanlığına məlumat təqdim etməlidir. Fənn üzrə ümumi dərs saatlarının 20 faizindən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.



Dərsə gecikmələr və ya digər dərs pozuntuları

Dərsə gecikən tələbə auditoriyaya buraxılmır. O, yalnız növbəti dərsdə iştirak edə bilər.



İmtahanlar

Tələbələrin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.

Aralıq və yekun imtahanının mövzuları tələbələrə imtahandan əvvəl verilir. Aralıq imtahanının sualları yeukn imtahanında təkrarlanmır.

Fənni bitirmək qaydası

Universitetin qaydalarına uyğun olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60 % və daha çox hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.



İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişinin pozulması, imtahanda istifadəsinə yol verilməyən əlavə vəsaitlərdən (kitab, konspekt-dəftər, mövzunun yazıldığı vərəq, telefon, diktafon, mikro-dinləyici qurğu və s.) istifadə edilməsi və köçürmə qadağandır. Bu qaydaya əməl etməyən tələbə imtahan zalından çıxarılır, onun imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymətlə imtahandan kənarlaşdırılır.



Tələbənin davranış qaydaları

Dərs zamanı dərs prosesini pozmaq və qeyri-etik hərəkətlər etmək, yersiz və icazəsiz müzakirələr aparmaq, mobil telefondan, dinləyici qurğu və radiodan istifadə etmək, həmin dərsə aid olmayan digər fəaliyyətlə (kitab oxumaq, yazmaq, şəkil çəkmək və s.) məşğul olmaq qadağandır.



Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılmış)

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar



09.2013

09.2013

Cahiliyyət ərəblərinin ictimai-siyasi və mənəvi durumu.

Cahiliyyat poeziyası və onun əsas janrları.



Qasımova A. “Cahiliyyət ərəblərinin əqli-mənəvi durumu”, Bakı, “Elm”, 2007.

Mahmudov M. “Klassik ərəb ədəbiyyatı”, Bakı





09.2013

09.2013

İmrul-Qeys, Tərəfə ibn əl-Abd əl-Bəkri və Zuheyr ibn Əbu Sulmə.

Cahiliyyət dövrünün digər görkəmli nümayəndələri.



Mahmudov M. “Klassik ərəb ədəbiyyatı”, Bakı



10.2013

10.2013

Məhəmməd peyğəmbər və İslam yarandığı dövrdə poeziya.

Quran, onun nazil olma dövrü, siyasi-ictimai və mədəni həyata təsiri. Üslubu, poeziyaya təsiri.



Mahmudov M. “Klassik ərəb ədəbiyyatı”, Bakı



10.2013

10.2013

Həssan ibn Sabit, Kəb ibn Malik və Kəb ibn Zuheyr.

Əməvilər dövründə siyasi şer.



Mahmudov M. “Klassik ərəb ədəbiyyatı”, Bakı



.2013

.2013

Nəqaid şeri və onun görkəmli nümayəndələri.

Əməvilər dövründə məhəbbət poeziyası.



Mahmudov M. “Klassik ərəb ədəbiyyatı”, Bakı



.2013

.2013

Ömər ibn Əbi Rabiə.

Əməvilər dövründə xütbə.



Mahmudov M. “Klassik ərəb ədəbiyyatı”, Bakı






Aralıq imtahan






.2013

.2013

Əməvilər dövründə yazı işləri və katiblik sənəti.

Abbasilər dövründə ictimai-siyasi və mədəni şərait.



Mahmudov M. “Klassik ərəb ədəbiyyatı”, Bakı



.2013

.2013

Yeniləşmə dövrü ədəbiyyatı.

Bəşşar ibn Burd.



Mahmudov M. “Klassik ərəb ədəbiyyatı”, Bakı



.2013

.2013

Əbu-Nüvas və xəmriyyə janrı

Əbul-Ətahiyə və zühdiyyə janrı



Mahmudov M. “Klassik ərəb ədəbiyyatı”, Bakı



.2013

.2013

Abbasilərin birinci dövründə nəsr. İbn əl-Müqəffa.

Ənənələrə qayıdış dövrü ədəbiyyatı.



Mahmudov M. “Klassik ərəb ədəbiyyatı”, Bakı



.2013

.2013

Əbu Təmmam.

Əbu Ubadə əl-Valid ibn Yəhya əl-Buhturi.



Mahmudov M. “Klassik ərəb ədəbiyyatı”, Bakı



.2013

.2013

Abdulla ibn əl-Mutəzz.

Cahiz.


Mahmudov M. “Klassik ərəb ədəbiyyatı”, Bakı



.2013

.2013

Mütənəbbinin həyat və yaradıcılığı.

Əbul-Əla əl- Məərri və onun yaradıcılığı.



Mahmudov M. “Klassik ərəb ədəbiyyatı”, Bakı



.2013

.2013

Abbasilərin üçüncü dövründə nəsr.

Məqamə janrı və Əl-Həriri.



Mahmudov M. “Klassik ərəb ədəbiyyatı”, Bakı







Final imtahan





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə