Mühazirə otağı/Cədvəl Məsləhət saatları Çərşənbə axşamı, saat 10. 00-12. 00




Yüklə 63.84 Kb.
tarix20.04.2016
ölçüsü63.84 Kb.

Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

Azərbaycan ədəbiyyatı tarixi 1 (Azərbaycan folkloru). AZLL 107, 3 kredit

Departament

Azərbaycan dili və ədəbiyyatı

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

2015, payız semestri

Fənni tədris edən müəllim (lər)

Dos. Elmira Məmmədova-Kekeç

E-mail:

mamedovaelmira4@gmail.com

Telefon:

(+99451) 8167674

Mühazirə otağı/Cədvəl




Məsləhət saatları

Çərşənbə axşamı, saat 10.00-12.00

Prerekvizitlər

yoxdur

Tədris dili

Azərbaycan dili

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Dərslik:

Azərbaycan ədəbiyyatı tarixi. (6 cilddə) I c., Bakı, Elm, 2004, 760 s.

Paşa Əfəndiyev. Azərbaycan şifahi xalq ədəbiyyatı (dərslik). Bakı, Maarif, 2012, 404s.

Əlavə ədəbiyyat:

Azad Nəbiyev. Azərbaycan folkloru (dərslik). Bakı, 1996. 430 s.

Vaqif Vəliyev. Azərbaycan folkloru (dərslik). Bakı, Maarif, 1985,414 s.

Vaqif Vəliyev. Azərbaycan qəhrəmanlıq dastanları (dərs vəsaiti). Bakı, BDU nəşriyyatı, 1980.



Qaynaqlar:

1. Atalar sözü. ( toplayanı və tərtib edəni Rzayev X.) Bakı, Təbib, 1992, 119 s.

2. Azərbaycan aşıqları və el şairləri. 1-ci və 2-ci cildlər, Bakı, Elm, 1983-1984.

3. Azərbaycan bayatıları. Bakı, Elm, 1984, 253 s.; “XXI-Yeni nəşrlər evi”, 2004, 304 s.

4. Azərbaycan dastanları. ( 5 cilddə), Bakı, 1965-1972; Bakı, “Lider”, 2005.

5. Azərbaycan ədəbiyyatı inciləri. Nağıllar (tərtib edəni N. Seyidov). Bakı, yazıçı, 1985, 506 s.

6. Azərbaycan mifoloji mətnləri. Bakı, 1988, 196 s.

7. Azərbaycan nağılları (5 cilddə) Bakı, “Şərq-Qərb”, 2005-ci il.

8. Azərbaycan xalq dastanları, əfsanə-əsatir və nağıl deyimləri (Toplayanı və tərtib edəni Mürsəl Həkimov). Bakı, Maarif, 1999, 250. s.

9. Əsatirlər, əfsanə və rəvayətlər. Bakı, “Şərq-Qərb”, 2005, 304 s.

10. El düzgüləri, elat söyləmələri (toplayıb tərtib edəni M. Qasımlı), B., Azərnəşr, 1993, 176 s.

11. Kitabi-Dədə Qorqud. Bakı, Yazıçı, 1988, 265 s.

12. Koroğlu (tərtib edəni M. H. Təhmasib). Bakı, Gənclik, 1975, 364 s.

13. Koroğlu (tərtib edəni V. Xuluflu). Bakı, Elm, 1999, 200 s.

14. Xalqın söz xəzinəsi. Bakı, 1985, 263 s.

İstifadə oluna biləcək digər mənbələr:

1. Cavad Heyət. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, 1990, 165 s.

2. Əli Saləddin. Azərbaycan şeri və folklor. Bakı, Elm, 1982, 161 s

3. Maarifə Hacıyeva. Folklor poetikası. Bakı, 2006, 240 s.

4. Mahmud Allahverdiyev. Azərbaycan xalq teatrı tarixi. Bakı, Maarif, 1978, 233 s.

5. Mahmud Allahmanlı. Şaman, ozan və aşıq. Bakı, 2002, 332 s.

6. Məhərrəm Cəfərli. Azərbaycan məhəbbət dastanlarının poetikası. Bakı, Elm, 2000, 264 s.

7. Məhərrəm Qasımlı. Ozan - Aşıq sənəti. Bakı, Uğur, 2007, 304 s.

8. Mürsəl Həkimov. Azərbaycan aşıq ədəbiyyatı (dərslik). Bakı, 1983,



9. Mürsəl Həkimov. Azərbaycan aşıq şer şəkilləri və qaynaqları. Bakı, Maarif, 1999, 376 s.


Kursun vebsaytı




Tədris metodları

Mühazirə

Mühazirə

Qrup müzakirəsi

Qrup müzakirəsi

Praktiki tapşırıqlar

Praktiki tapşırıqlar

Praktiki məsələnin təhlili

-

Digər

-

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı




30

Davamiyyət




10

Fəallıq




10

Tapşırıq və testlər




-

Kurs işi (Layihə)




10

Prezentasiya/Qrup müzakirə




-

Final imtahanı




40

Digər




-

Yekun




100

Kursun təsviri

Kursda şifahi xalq ədəbiyyatının tarixi, mövzusu, mili folklorşünaslığımızın təşəkkül və inkişaf mərhələləri, görkəmli folklorşünaslarımız haqqında məlumat veriləcək, Azərbaycan folklorunun zəngin və rəngarəng janrları, poetikası, ideya-bədii xüsusiyyətləri təhlil ediləcək, folklorla yazılı ədəbiyyatın qarşılıqlı təsiri məsələlərinə diqqət yetiriləcək.

Kursun məqsədləri

Kursun məqsədi tələbələrdə folklor, o cümlədən Azərbaycan folkloru barədə bitkin təsəvvür yaratmaq, onun janrları, ayrı-ayrı sahələri barədə ətrafı məlumat vermək, konkret bədii mətnlərin təhlili ilə ideya-bədii xüsusiyyətlərini incələmək, beləliklə gənc nəsildə ədəbiyyat tariximizə məhəbbət oyatmaq, onları folklor tədqiqatçılığına yönəltməkdir.

Tədrisin (öyrənmənin) nəticələri

Kursun sonunda tələbələr Azərbaycan folkloru, onun növ və janrları haqqında sistemli məlumat alacaq, folklor janrlarını ideya, məzmun və forma baxımından təhlil edə biləcək, Azərbaycan aşıq sənətini və onun görkəmli nümayəndələrinin yaradıcılığını öyrənəcək, gələcək fəaliyyətlərində yeni foklor nümunələri toplamağa həvəsli olacaqlar.







Qaydalar (Tədris siyasəti və davranış)

Fəallığa görə veriləcək bal tələbənin müzakirələrdə iştirakına, mətn təhlilində göstərdiyi fəallığa, semetsr boyu həftəlik dərs proqramına hazırlaşmalarına, yeni və əlavə ədəbiyyatlara göstərdiyi marağa görə veriləcəkdir. Davamiyyətə görə veriləcək bal zamanı tələbənin dərsdə ardıcıl iştirakı və dərsdə özünü qaydalara uyğun aparması nəzərə alınacaqdır. Üzürsüz buraxılan hər dərs üçün 1 (bir) bal çıxılacaq.
İmtahan haqqında:

1. İmtahana hazırlaşarkən dərslərdə götürülmüş qeydləri öyrənməklə yanaşı, dərsin iş planında göstərilmiş ədəbiyyatlara, o cümlədən başqa mənbələrə də müraciət etmək lazımdır.

2. İstifadə ediləcək ədəbiyyatın bir qismi tərəfimizdən təmin ediləcəkdir.

3. Aralıq və Final imtahanlarının hər ikisində suallar test və ya klassik ola bilər.



Cəzalandırma forması:

Dərsə gecikənlər və dərsi pozmağa təşəbbüs edənlər dərsə buraxılmırlar.




Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılmış)

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar






Şifahi xalq ədəbiyyatı haqqında ümumi məlumat. Folklor nədir? Azərbaycan folkloru və türk arealı.

Tarix və folklor. Mifologiya. Mifdən folklora keçid.



Azərb. ədəbiyyatı tarixi (6 cilddə). I c., B., 2004, s. 29-37






Folklorşünaslıqvə onun başqa elmlərlə əlaqəsi. Folklorşünaslıqdakı əsas nəzəriyylər. Azərbaycan folklorşünaslığının tarixi. Görkəmli folklorşünaslarımız haqqında.

Azərb. ədəbiyyatı tarixi (6 cilddə). I c., B., 2004, s. 686-707;






Azərbaycan şifahi xalq ədəbiyyatının növləri və janrları. Lirik növ-əmək nəğmələri, mərasim nəğmələri, xalq mahnıları, laylalar, oxşamalar, bayatılar və s.Epik növ – miflər, əfsanələr, rəvayətlər, lətifələr, atalar sözləri və məsəllər, nağıllar, dastanlar və b.

Azərb. ədəbiyyatı tarixi (6 cilddə). I c., B., 2004, s. 67-211; s. 241-310;






Azərbaycan folklorunda dramatik növ – xalq oyunları, meydan tamaşaları, məzhəkələr və b.Uşaq folkloru. Mətn üzərində iş.

Azərb. ədəbiyyatı tarixi (6 cilddə). I c., B., 2004, s. 273-328;






Azərbaycan aşıq sənətinin genezisi, təşəkkül mərhələləri. Qam-şaman kompleksi, ozan-qopuz ənənəsi. Aşıq yaradıcılığının qonşu xalqların mədəniyyətinə təsiri. Azərbaycan türkcəsində yazan gürcü və erməni aşıqları.

Azərb. ədəbiyyatı tarixi (6 cilddə). I c., B., 2004, s. 463-482;






Azərbaycanda aşıq mühitləri və onların görkəmli nümayəndələri (Abbas Tufarqanlı, Qurbani, Xəstə Qasım, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Valeh, Aşıq Hüseyn Şəmkirli, Aşıq Hüseyn Bozalqanlı, Molla Cümə, Aşıq Əmrah, Aşıq Kamandar və b.)

Azərb. ədəbiyyatı tarixi (6 cilddə). I c., B., 2004, s. 482-596;






Aşıq şerinin şəkilləri. Aşıq yaradıcılığının mövzu dairəsi, ideya-bədii xüsusiyyətləri. Mətn üzərində iş.

Mürsəl Həkimov. Azərbaycan aşıq şer şəkilləri və qaynaqları. Bakı, Maarif, 1999.

Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. B., 2012, s. 179-184








Aralıq imtahanı
Azərbaycan nağıllarının təsnifatı, ideya-məzmun xüsusiyyətləri və poetikası. Mətn üzərində iş.

Azərb. ədəbiyyatı tarixi (6 cilddə). I c., B., 2004, s.217-241;

Rüstəmzadə, İlkin Fariz oğlu. Azərbaycan nağıllarının sujet göstəricisi (nəzəri və təcrübi problemlər): Avtoref. ... filol. elmləri alimlik dərəcəsi almaq üçün : 10.01.09 / İ. F. Rüstəmzadə ; AMEA Folklor İn-tu. - Bakı : [s. n.], 2007. - 26 s.







Dastan yaradıcılığı. Qədim türk dastan və eposları. Azərbaycan dastanlarının növləri: qəhrəmanlıq və məhəbbət dastanları haqqında məlumat.

Azərb. ədəbiyyatı tarixi (6 cilddə). I c., B., 2004, s. 337-374, s. 596-628;






Dədə Qorqud dastanı, tədqiq tarixi, quruluşu, ideyası, poetikası. Mətn üzərində iş.

Azərb. ədəbiyyatı tarixi (6 cilddə). I c., B., 2004, s. 398-463;






“Koroğlu”dastanı, toplanması, tədqiq tarixi, strukturu, ideya-bədii xüsusiyyətləri.

Qaçaq dastanları.



Azərb. ədəbiyyatı tarixi (6 cilddə). I c., B., 2004,s. 628-675, 675-686;






Məhəbbət dastanları ( Əsli və Kərəm, Abbas və Gülgəz, Aşıq Qərib, Qurbani, Valeh və Zərnigar, Şah İsmayıl və b.)

Azərb. ədəbiyyatı tarixi (6 cilddə). I c., B., 2004, s. 602-627;






Dastan poetikasında buta, yol, yaxşı-yaman simvolikası, məkan və zaman anlayışları. Mətn üzərində iş.

Azərb. ədəbiyyatı tarixi (6 cilddə). I c., B., 2004, s. 599-602;






Sovet dövründə Azərbaycan şifahi xalq ədəbiyyatı. Son əsrdə folklorumuzdakı yaradıcılıq meylləri. Folkloru necə toplamalı?

Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. B., 2012, s. 310-397; Vəliyev V. Azərbaycan folkloru. B., 1985, s. 406-409






Folklorla yazılı ədəbiyyatın qarşılıqlı əlaqə və təsirləri ( Füzuli, Vaqif, S. Vurğun, C. Cabbarlı, Y. V. Çəmənzəminli yaradıcılığı əsasında). Mətn üzərində iş

Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. B., 2012,s.373-383;Hacıyeva M. Folklor poetikası. B., 2006, 240 s.







Final imtahanı





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə