Mühazirə otağı/Cədvəl Məhsəti küçəsi 11, (Neftçilər korpusu), Otaq 314, Cümə günü 12: 00-13: 20: 13: 40-15: 00




Yüklə 86.77 Kb.
tarix18.04.2016
ölçüsü86.77 Kb.

Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

HIST 203 History of the World Civillizations-2

Departament

Tarix və Arxeologiya

Proqram

Bakalavr

Tədris semestri

Payız, 2012

Fənni tədris edən müəllim (lər)

Roza Arazova

E-mail:

rarazova@khazar.org

Telefon:

+994 12 498 6043

Mühazirə otağı/Cədvəl

Məhsəti küçəsi 11, (Neftçilər korpusu), Otaq 314 , Cümə günü 12:00-13:20: 13:40-15:00




Konsultasiya vaxtı

Şənbə günü, 9:00-11:50

Prerekvizitlər

Prerekvizit

Tədris dili

Azərbaycan dili

Fənnin növü

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Əsas ədəbiyyat


  1. M.Erivanski. Qədim Yunanıstan tarixi. Dərs vəsaiti. Bakı, 1963.

  2. Kamal İbrahimov. Qədim dünya tarixi. Dərs vəsaiti. Gəncə, 1992, s.183-702.

  3. Y.Həsənov. Qədim Roma tarixi. Dərslik. Bakı, 1975

  4. Telman Orucov. “Qədim Roma: qüdrətin qabarması və çiçəklənməsi”, Bakı 2008

  5. İlqar Hüseynov, Nigar Əfəndiyeva “Qədim Dünya mədəniyyəti”. Bakı 2009

  6. Tofiq Mustafazadə. Ümumi tarix, I kitab. Bakı, 2009, III, IV bölmələr

  7. Древние цивилизации. под. ред. Г.М. Бонгард-Левина. Москва, 1989, fəsil XVI-XVIII

  8. История древнего мира. под. ред. И.М.Дьяконова, В.Д.Нероновой, И.С.Свенцицкой, Москва, 1982. Кн. 1 Ранняя древность, лекции 15,16,17; кн.2. Расцвет древних обществ, лекция 8-19; лекция 22-24; кн.3. Упадок древних обществ, лекция 2-5, 11-13


Əlavə ədəbiyyat


  1. Homer. “İliada”, Bakı, 1978 və b. nəşrlər

  2. Homer. Odisseya, Bakı, Qərb-Şərq, 2009

  3. N.A.Kun. Qədim Yunanıstanın mifləri və əfsanələri, Bakı, 2008

  4. Əli Sultanlı. Antik ədəbiyyat tarixi. Bakı, 2008

  5. Qay Yuli Sezar (“Tarixi yaradanlar” seriyasından), Bakı 2001

  6. Makedoniyalı İskəndər (“Tarixi yaradanlar” seriyasından) Bakı 2001

  7. “Мифы и Легенды Древних Греков” Филипп Ардах, Belitha press 1997

Qeyd: Göstərilən ədəbiyyat və əlavə materialları Universitet kitabxanasında və Tarix departamentində əldə etmək olar.


Kursun vebsaytı

www.wikipedia.org

www.kayzen.az




- Mühazirələr

x

- Mövzu ətrafında interaktiv müzakirələr və yoxlama işləri

x

- Xəritələr, video və digər əyani vəsaitlərdən istifadə

x

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı

İmtahan noyabr ayının ortalarına qədər “Qədim Yunanıstan tarixi”nə aid keçirilmiş mövzuları əhatə edir.


40 bal

Yazı işi

elmi məruzələrin yazılışından və çıxış etməkdən ibarətdir. Yazı işin həcmi 5-8 səhifə, komputerdə yığılmış şəkildə olmalıdır. Təhvil vermə vaxtı tələbə ilə razılaşdırılır, mövzuların siyahısı əlavə olunur: bax səh.7, 8 ).


8 bal

Dərs fəallığı

diskussiyalar və yazılı yoxlama, prezentasiyalar, işlərdə iştirak etmək. Bütün nəticələr nəzərə alınır

12 bal










Final imtahanı

noyabr-dekabr aylarında “Qədim Roma tarixi”nə aid mövzuları əhatə edir


40 bal

Digər







Yekun




100 bal


Kursun təsviri

.

Kursun məqsədləri

Antik sivilizasiya qədim dünya tarixinin tərkib hisssidir. Qayda olaraq antik dünya dedikdə biz qədim Yunanıstan və Roma cəmiyyətlərini nəzərdə tuturuq.

Qədim Yunanıstan tarixi Balkan yarımadası və Egey bölgəsində quldarlıq cəmiyyətinin yaranması, çiçəklənməsi və süqutunun öyrənilməsinə əsas diqqət yetirir. Bu dövr e.ə. III-II min. əvvəllindən yəni Krit adasında ilk dövlətlərin yaranmasından başlayır. Dövrün tədrisi e.ə. II- I əsr. Şərqi Aralıq dənizi bölgəsində yerləşən yunan və ellin dövlətlərinin Roma imperiyası tərəfindən işğalı ilə sona çatır.Yunanlar iki min illik tarixi bir dövr ərzində nəinki iqtisadi cəhətdən güclü olan respublika quruluşlu polis cəmiyyəti yaratmışlar, onlar həmçinin Roma və eləcə də dünya mədəniyyətinə böyük təsir göstərmiş mədəni irsi miras qoymuşlar.

Qədim Roma tarixi qədim dünyanın quldarlıq cəmiyyətinin ən yüksək inkişaf nöqtəsi olan Romanın yaranması, çiçəklənməsi və süqutunu geniş şəkildə işıqlandırır.



Tədrisin (öyrənmənin) nəticələri

:


  • Antik sivilizasiyalar Qədim Yunanıstan və qədim Roma tarixi haqqında təsəvvür yaranır;

  • Qədim Yunanıstan və qədim Roma-ümumdünya tarixinin tərkib hissəsidir;

  • Qədim Yunan polislərin, qədim Roma dövlət quruluşunu, quldarlıq ictimai-iqtisadi formasiyasının inkişafını öyrənir;

  • Qədim Azərbaycan mədəniyyətinin antik sivilizasiyalar ilə ortaq izlər daşıdığını öyrənir;


İnkişaf etdiriləcək qabiliyyətlər:
- analitik düşüncə

- tənqidi təfəkkür

- fikrin müstəqil ifadə edilməsi

.


Qaydalar (Tədris siyasəti və davranış)


Davamiyyət
Bütün tələbələr dərslərdə iştirak etməyə borcludurlar. Üzrlü səbəbləri (xəstəlik, ailə vəziyyəti və s. ) olanlar

dəvamiyyətsizliyinin səbəbini dekanlığa bildirməlidir. 20% dən artıq dərs buraxan tələbələr imtahana

buraxılmır.

Gecikmələr
Tələbə dərsə 5 dəqiqədən gec gələrsə, o, dərsə buraxılmır. Ancaq o, sonrakı saatlara girə bilər.
Yoxlama işi
Müəllimə və dekanlığa qabaqcadan məlumat verilən səbəblərdən yoxlama işində iştirak etməyən tələbə

yoxlama işini növbəti həftədə yaza bilər.


İmtahanlar
Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur. Suallar dərs mövzuları əsasında hazırlanacaq. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.
İmtahan qaydalarının pozuntuları
Aralıq və yekun imtahanında tələbə tərəfindən imtahanın gedişini pozmaq və köçürmə qadağandır. H­əmin h­alda tələbənin imtahan işi ləğv olunur və tə­ləbə 0 (sıfır) qiym­əti ilə im­tahandan kənarlaşdırılır.

Fənni bitirmə qaydası:
Fənn ciddi olaraq Universitetin qiymətləndirmə siyasətinə riayət edir. Buna görə də bir qayda olaraq, fənni uğurla keçmək üçün ümumi qiymətin 60%- ni toplamalıdır. Qeyri- müvəffəq qiymət alan tələbə digər semestr və ya növbəti il fənni yenidən götürə bilər.
Tələbələrin davranış qaydaları.
Dərs zamanı dərs gedişini pozmaq, icazəsiz müzakirə, mobil telefonlardan istifadə və ya qeyri- etik hərəkətlər etmək qadağandır. Fənni uğurla bitirmək üçün tələbələr dərsdə fəal olmalı və digərlərini də iştiraka cəlb etməlidirlər

Antik sivilizasiya tarixi üzrə yazı işlərinin mövzuları
Qədim Yunanıstan

  1. Antikşünaslıqda Homer məsələsi

  2. Homer poemalarında qadın obrazları

  3. Olimpiya oyunları və onların qədim yunanların ictimai-siyasi və mədəni həyatında yeri

  4. Perikl: onun şəxsiyyəti və fəaliyyəti

  5. Qədim Yunanıstanda tibb elmi

  6. Qədim Yunanıstan teatrı və onun ictimai-siyasi mahiyyəti

  7. Aristofanın komediyalarında sülh və müharibə məsələləri

  8. Qədim Yunan traqediyalarında qadın mövzusu

  9. Qədim Yunanıstan cəmiyyətində qadının rolu

  10. Qədim yunan ədəbiyyatında vətənpərvərlik ideyaları

  11. Klassik dövr yunan demokratiyasının mahiyyəti

  12. Makedoniyalı İsgəndərin şərq yürüşü və onun nəticəsi

  13. Qədim Yunanıstanda natiqlik məharətinin inkişafı

  14. Qədim yunanların həyat tərzi (ev, geyim, yemək və s.)

  15. Kleopatra – qadın və hökmdar

  16. Homerin poemaları və “Kitabi-Dədə Qorqud”

  17. Qədim yunan tarixçiləri


Qədim Roma

  1. Roma ordusu

  2. Romada hüquq elmi və onun inkişaf mərhələləri

  3. Roma cəmiyyətində qadının rolu

  4. Roma cəmiyyətində təhsil

  5. Sezar: onun şəxsiyyəti və fəaliyyəti

  6. Siseronun əsərlərində vətəndaş və hökmdar ideyaları

  7. İmperator Avqust hökmranlığının xüsusiyyətləri

  8. Qladiator tamaşaları

  9. Qədim Romada xristianlığın meydana gəlməsi və onun təkamülü

  10. Qədim Roma memarlığı

  11. Qədim Roma tarixçiləri

  12. Qədim Roma filosofları (məs Seneka)

  13. Ovidi və onun yaradıcılığı

  14. Roma cəmiyyətində ailə münasibətləri

  15. Qədim Romada təhsil

  16. Qədim Roma bayramları


Yazı işinə aid qaydalar

  1. İş ayrıca vərəqlərdə yazılmalıdır.

  2. Vərəqin bir üzü yazılmalı, vərəqin kənarında sahələr qoyulmalıdır.

  3. İş aydın yazılmalı, fikirlərin abzaslara bölünməsi məntiqi olmalıdır, hər yeni fikirdə abzasdan istifadə edilməlidir. İşin girişi və nəticəsi olmalıdır.

  4. İş savadlı yazılmalı, lazım gəldikdə orfoqrafik lüğətdən istifadə edilməlidir.

  5. Sonda istifadə olunmuş mənbələrin və ədəbiyyatın siyahısı əlavə edilməlidir.

  6. İşin titul vərəqi olmalıdır: mövzunun adı, tələbənin adı, soyadı, fakultəsi, işin yerinə yetirildiyi department göstərilməlidir.



Tematik plan


Həftə

Mövzu

Saat

Qeyd

I

Giriş. Tələbələri tədris fənninin proqramı ilə tanış etmək.

“Antik dövr” anlayışı.

Qədim Yunanıstanın ümumdünya tarixində yeri. Qədim yunan tarixinin dövrləşdirilməsi. Mənbələr. Tarixi əsərlər. Fəlsəfi və ictimai-siyasi ədəbiyyat. Arxeoloji tədqiqatlar.

Qədim Yunanıstanın təbii şəraiti və əhalisi.



4




II

E.ə. III-II minillikdə Krit və Axey dövlətləri.

Yunanıstan e.ə. XI-IX əsrlərdə. Bu dövrün kənd təsərrüfatı, sənətkarlıq, ticarət. Nəsli quruluşun dağılması və dövlət ünsürlərinin yaranması.




4




III

Arxaik Yunanıstan b.e.ə. VIII-VI əsr. Yunan quldar polis-dövlətlərin yaranması və formalaşması.

Qədim Sparta oliqarxik polis nümunəsi kimi.

Qədim Attikada polisin formalaşması. Quldar demokratiyasının bərqərar olması.


4




IV

Yunan-İran müharibələri və onların Yunanıstanın ictimai-iqtisadi və mədəni-siyasi inkişafına təsiri.

B.e.ə. V-IV əsrlərdə Yunanıstanın iqtisadiyyatı.



4




V

Afina quldarlıq demokratiyası b.e.ə. V əsrdə.

Periklin ictimai və mədəniyyət siyasəti. Xarici siyasəti.

Peloponnes müharibəsi və onun nəticəsi.

Yunanıstan b.e.ə. IV əsrin birinci yarısında. Polis sisteminin böhranı. Heqemonluğ uğrunda mübarizə.




4




VI

B.e.ə. VIII-IV əsrlərdə Qədim Yunan mədəniyyəti.

Qədim yunan mədəniyyəti inkişafının əsas şərtləri. Yunan dini. Memarlıq. Incəsənət və heykəltəraşlıq. Yunan ədəbiyyatı. Yunan teatrı. Yunan fəlsəfəsi. Elmi biliklər.

Qədim Yunan mədəniyyətinin irsinin əhəmiyyəti.


4




VII

E.ə. V-IV əsrlərdə Makedoniyanın yüksəlişi və Yunanıstanda Makedoniya hegemonluğunun qurulması.

Makedoniyalı İsgəndərin şərq yürüşü. İsgəndərin yürüşünün tarixi əhəmiyyəti.

Ellin dövlətləri, Ellinizmin dövrü təsnifatı. Ellin dövrünün səciyyəvi əlamətləri. Ellinizm mədəniyyəti.


4







Aralıq imtahanı







VIII

Qədim Roma tarixi.

Giriş. Mənbələr. Apenin yarımadasının coğrafi mövqeyi və təbii şəraiti. Etnik tərkibi. Etrusk problemi.

İtaliyada erkən quldarlıq cəmiyyəti və dövlətin meydana gəlməsi. Roma “padşahlıq dövründə”.


4




IX

B.e.ə. V-III əsrlərdə Roma respublikasında sinfi və silki mübarizə. E.ə. V-III əsrlərdə Roma respublikasının xarici siyasəti. Erkən Roma mədəniyyəti.

4




X

Qərbi Aralıq dənizində ağalıq uğrunda Roma və Karfagenin mübarizəsi. Birinci Pun müharibəsi. İkinci Pun müharibəsi.

Romanın Şərqi Aralıq dənizində ekspansiyası və ellin dövlətlərin (Makedoniya, Yunanıstan) dağılması. III Pun müharibəsi. Romanın Aralıq dənizinin qüdrətli quldar dövlətinə çevrilməsi.

E.ə. II-I əsrlərdə Roma dövlətində ictimai-iqtisadi münasibətlər.


4




XI

E.ə. II əsrin sonu və I əsrin əvvəllərində Roma dövləti.

Romada siyasi mübarizənin kəskinləşməsi. Müttəfiqlər müharibəsi. Şərq əyalətlərindən Roma əleyhinə hərəkat. Sullanın diktaturası. Spartak üsyanı.



4




XII

Roma resublikası siyasi sisteminin böhranı və Roma respublikasının süqutu.

E.ə. 70-ci 60-ci illərdə siyasi qrupların mübarizəsi. I Triumvırat. II Triumvırat.

B.e.ə. III-I əsrlərdə Roma mədəniyyəti.


4




XIII

Erkən imperiya dövrü. Oktavian Avqustun prinsipatı.

Roma imperiyası Yuli-Klavdilər sülaləsi və Flavilər sülaləsi zamanı.



4




XIV

Roma imperiyası eramızın II əsrində (“Qızıl əsr”).

Antonilər sülaləsinin hakimiyyəti. Daxili və xarici siyasət.

I-II əsrlərdə Roma mədəniyyəti.

Roma imperiyası eramızın III əsrində. Quldarlıq cəmiyyəti və dövlətinin böhranı. Xristianlığın meydana gəlməsi və onun təkamülü.



4




XV

Roma imperiyası IV əsrdə. Dominat sistemi. Quldarlıq quruluşunun dağılması. Roma imperiyasının Qərbi və Şərqi imperiyalarına bölünməsi. Onların tarixi inkişafının müxtəlif yolları. Feodosinin ölümündən sonra Qərbi Roma imperiyasında vəziyyət. Xalqların böyük köçünün başlanması. Qərbi Roma imperiyasının dövlət müstəqilliyinin sonu.

4







Yekun imtahan








Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcək.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə