Mühazirə otağı/Cədvəl Məhsəti küç., 11 (Neftçilər kampusu), Çərşənbə günü 12: 00-13: 20, Dərs otağı 405N




Yüklə 82.1 Kb.
tarix26.02.2016
ölçüsü82.1 Kb.

SYLLABUS

Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

Mikrobiologiya, BİO434

3 kredit


Departament

Bioloji elmlər

Proqram

Bakalavr

Tədris semestri

Yaz, 2013/2014-cü tədris ili

Fənni tədris edən müəllim

Biologiya üzrə magistr Rüstəm Əsgərov

E-mail:

rustamaskerov85@yahoo.com

Telefon:

(+994 12) 4211093

Mühazirə otağı/Cədvəl

Məhsəti küç., 11 (Neftçilər kampusu),

Çərşənbə günü 12:00-13:20, Dərs otağı 405N,



Məşğələ/praktika

Məhsəti küç., 11 (Neftçilər kampusu),

Cümə axşamı günü 13:40-15:00, Dərs otağı 301NA



Konsultasiya vaxtı

Məhsəti küç., 11 (Neftçilər kampusu),

Cümə axşamı günü 17:00-18:00, Bioloji elmlər departamenti



Prerekvizitlər

BİO101 Ümumi biologiya; BİO203 Sitologiya, histologiya və embriologiya.

Tədris dili

Azərbaycan

Fənnin növü

Seçim

Dərsliklər və əlavə ədəbiyyat

Əsas dərslik:

Qarayev Z.Ö., Qurbanov A.İ. Tibbi mikrobiologiya və immunologiya. Bakı, “Təbib” nəşriyyatı, 2012,860 səh.

Əlavə vəsaitlər:

1. Zeynalova S.Q., Əhmədov İ.B., Bayramov A.Q. Tibbi mikrobiologiya və immunologiyadan təcrübə məşğələlərinə rəhbərlik. Bakı, «Təbib» nəşriyyatı, 2007, 357 s.

2. Воробьев А.А. и др. Микробиология. Москва “Медицина”, 1994, 288 с.

3. Qasımova H.S., Əhmədova F.R. Mikrobiologiya. Bakı, 2011.

4. Gerard J. Tortora, Berdell R. Funke, Christine L. Case Microbiology: An Introduction. Pearson 11 Ed., USA, 975 pages

Web (internet) mənbələr

http://www.austincc.edu/rohde/noteref.htm

http://quizlet.com/5399008/microbiology-study-guide-flash-cards/

http://www.funnelbrain.com/sid-213-microbiology.html

http://www.microbelibrary.org/about/51

Tədris metodları

Mühazirə

x

Qrup müzakirəsi

x

Praktiki tapşırıqlar

x

Mikrobioloji preparatların diaqnostikası

x

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı




25

Final imtahanı




40

Davamiyyət




5

Quizlər




15

Sərbəst işlər




15

Yekun




100

Kursun təsviri

Bu kurs biologiyanın əsas bölmələrindən olan mikrobiologiyanın öyrənilməsinə həsr olunmuşdur. Mikrobiologiyanın ümumi hissəsi mikroorqanizmlərin morfologiyası, təsnifatı, fiziologiyası, genetikasi, ekologiyası bolmələrini əhatə edir. Kurs zamanı mikroskopik ibtidailər, göbələklər və virusların morfologiyası, təsnifatı tədris olunacaqdır. Antibiotiklər, infeksiya və immunitet haqqında məlumatlar veriləcəkdir.

Kursun məqsədləri

Ümumi məqsəd:

Tələbələrə mikroorqanizmlərin morfologiyası, ultrastrukturu, ətraf mühitdə rolu, genetikası, fiziologiyası haqqındakı bilikləri mənimsətmək.



Xüsusi məqsədlər:

Tələbələri akademik olaraq dəstəkləmək, onların öz potensiallarını realizə etməyə yardımçı olmaq.

Tələbələrin kursda iştirakını həvəsləndirmək və qarşılıqlı hörmət və anlayış mühitini təmin etmək.

Mikrobiologiya ilə digər bioloji fənlərin əlaqələndirilməsi.



Tədrisin (öyrənmənin) nəticələri

Kursun sonunda tələbələr nəyi bilməlidirlər:

1. Mikroorqanizmlərin morfologiyası və diaqnostikası.

2. Bakteriyaların ultrastrukturu və rənglənmə üsulları.

3. Virus, göbələk və ibtidailərin morfologiyası və təsnifatı.

4. Mikroorqanizmlərin fiziologiyası, ekologiyası, genetikası.


Qaydalar (Tədris siyasəti və davranış)

Dərsin təşkili

Fənnə aid ümumi xarakterli məlumatlar mühazirə zamanı tələbələrə çatdırılacaqdır. Təcrübi məşğələ zamanı tələbələrin əvvəlki mövzunu mənimsəmələri qiymətləndiriləcək, yeni mövzu mikrobioloji prepartların əyani nümayişi ilə daha dərindən izah ediləcəkdir. Aralıq və final imtahanları öncəsi tələbələrin mənimsəmə səviyyələri yoxlanılacaqdır. Kursun sonunda sərbəst işlərin verilməsi vacibdir.


Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən dərslərin buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakültə dekanlığına təqdim etməlidirlər. 20%-dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.



Dərsə gecikmələr və ya digər dərs pozuntuları

Dərsə 5 dəqiqədən artıq gecikən tələbə dərsə buraxılmır. Buna baxmayaraq, tələbə ikinci dərs saatına buraxıla bilər.



Yoxlama işi

Müəllimə və dekanlığa qabaqcadan məlumat verilən səbəblərdən yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.



İmtahanlar

Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.

Aralıq və yekun imtahanı mövzuları tələbələrə imtahandan öncə verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.

İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişini pozmaq və köçürmələr qadağandır. Bu qaydaya riayət etməyən tələbələrin imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymət ilə imtahandan kənarlaşdırılır.



Fənni bitirmək qaydası

Universitənin qaydalarına müvafiq olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60% və yuxarı hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.



Tələbələrin davranış qaydaları

Dərs zamanı dərs prosesini və etik qaydaları pozmaq, həmçinin tələbələr arasında icazəsiz müzakirələr və mobil telefonlardan istifadə qadağandır.



Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılmış)

Fənnin mövzuları

Tapşırıqlar

1

12.02.2014

Mühazirə 1. Mikrobiologiyanın məqsəd və vəzifələri. Mikrobiologiyanın inkişaf mərhələləri.

Səh. 16-28.

Səh. 5-17.



13.02.2014

Məşğələ 1. Mirkobioloji laboratoriya, iş rejimi, müayinə üsulları. Immersion obyektivlə işləmə qaydası.




2

19.02.2014

Mühazirə 2. Mikroorqanizmlərin müasir təsnifatının prinsipləri.

Səh. 28-35.

Səh. 17-20, 27-28



20.02.2014

Məşğələ 2. Mikroskopik üsul, yaxmaların hazırlanması. Bakteriyaların morfologiyası və təsnifatı.




3

26.02.2014

Mühazirə 3. Bakteriyaların, spiroxetlərin rikketsiyaların və aktinomisetlərin morfologiyası və ultrastrukturu.

Səh. 35-52.

Səh. 28-34, 35-42



27.02.2014

Məşğələ 3. Bakteriyaların ultrastrukturu. Qram və Neyser üsulları.




4

05.03.2014

Mühazirə 4. Göbələklərin və ibtidailərin morfologiyası və ultrastrukturu.

Səh. 53-58, 84-88.

34-40


06.03.2014

Məşğələ 4. Bakteriyalarin ultrastrukturu. Sil-Nilsen üsul, Ojesko, Burri, Gins-Burri üsulları.




5

12.03.2014

Mühazirə 5. Virusların morfologiyası və ultrastrukturu. Bakteriofaqlar.

Səh. 84-93, 97-102.

40-44, 48-53



13.03.2014

Məşğələ 5. Spiroxet, rikketsiya, xlamidiya, mikroplazma və aktinomisetlərin morfologiyası və təsnifatı. Gimza üsulu ilə boyama.




6

19.03.2014

Mühazirə 6. Mikroorqanizmlərin fiziologiyası, metabolizmi, qidalanma və çoxalma xüsusiyyətləri.

Səh. 60-79.

44-48, 53-59,84-88



19.03.2014

Məşğələ 6. Göbələklərin, ibtidailərin və virusların morfologiyası və təsnifatı.




7

27.03.2014

Mühazirə 7. Mikroorqanizmlərin genetikası.

Səh. 102-125.

112-118, 103-108



27.03.2014

Məşğələ 7. Transformasiya, konyugasiya, transduksiya.










Aralıq imtahanı

8

09.04.2014

Mühazirə 8. Fiziki, kimyəvi və bioloji amillərin mikroorqanizmlərə təsiri.

Səh. 151-160.

60-62, 65-79



10.04.2014

Məşğələ 8. Mikroorqanizmlərin fiziologiyası (metabolizmi, çoxalması).




9

16.04.2014

Mühazirə 9. Antimikrob kimyəvi terapevtik preparatlar.

Səh. 196-219.

151-160


17.04.2014

Məşğələ 9. Fiziki və kimyəvi amillərin mikroblara təsiri. Sterilizasiya və dezinfeksiya.




10

23.04.2014

Mühazirə 10. Mikroorqanizmlərin ekologiyası.

Səh. 125-135.

62-65, 79-84



24.04.2014

Məşğələ 10. Qidalanma. Qidalı mühitlər. Mikroorqanizmlərin kultivasiya prinsipləri.




11

30.04.2014

Mühazirə 11. Əraf mühitdə mikroorqanizmlərin rolu.

Səh. 148-151.

74-79, 83-86



01.05.2014

Məşğələ 11. Bakteriolojı üsul. Aerob və anaerobların təmiz kulturasının alınması.




12

07.05.2014

Mühazirə 12. İnfeksiya.

Səh. 160-196.

86-90, 94-98



08.05.2014

Məşğələ 12. Virusların kultivasiyasi. Bakteriofaqlar, alınması və tətbiqi.




13

14.05.2014

Mühazirə 13. İmmunitet.

Səh. 219-290

99-102


15.05.2014

Məşğələ 13. Antibiotiklər, alınması və təsnifatı. Antibiotiklərə həssaslığın təyini.




14

21.05.2014

Mühazirə 14. Xəstəlik törədən bakteriyalar və viruslar.

Səh. 128-135

22.05.2014

Məşğələ 14. Mikroorqanizmlərin ekologiyası (torpağın, suyun, havanın mikrobiologiyası).




15

29.05.2014

Mühazirə 15. Xəstəlik törədən göbələklər və ibtidailər.




29.05.2014

Məşğələ 15. İmmun diaqnostika. Seroloji reaksiyalar.










Final imtahanı

Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcək.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə