Mühazirə otağı/Cədvəl Konsultasiya vaxtı 26 May 2016




Yüklə 62.67 Kb.
tarix24.04.2016
ölçüsü62.67 Kb.



Fənnin adı, GEOG103
Kreditlərin sayı 6

Ümumi Geomorfologiya

Departament

Coğrafiya və Ətraf Mühit Elmləri

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

2016 yaz

Fənni tədris edən müəllim (lər)

Rövşən Abbasov

E-mail:

Abbasov@hotmail.com

Telefon:

0503721834

0707160834





Mühazirə otağı/Cədvəl







Konsultasiya vaxtı

26 May 2016.

Prerekvizitlər




Tədris dili

Azərbaycan

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və

əlavə ədəbiyyat (mənbələr)

Müseyibov M.A., Budaqov B.A., Şirinov N.Ş. Ümumi geomorfologiya. Bakı, Maarif, 1986.

http://www.geomorph.org/main.html


Kursun vebsaytı




Tədris metodları

Mühazirə



Qrup müzakirəsi



Praktiki tapşırıqlar



Praktiki məsələnin təhlili




Digər



Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı

20 Aprel

30

Praktiki məsələ







Fəallıq




5

Tapşırıq və testlər







Kurs işi (Layihə)

15 May

10

Prezentasiya/Qrup müzakirə

15 Aprel

10

Final imtahanı




45

Digər
















Yekun




100

Kursun təsviri

Goemorfologiya elmini təsvir edərkən aşağıdakılar nəzərdə tutulur:

  • relyef haqqında ümumi məlumat;

  • endogen proseslər və onlarin relyef əmələgəlməsində rolu

  • maqmatizm, platforma və geosinklinallar haqqında yaranan problemlər

  • səhraların morfologiyası

  • dəniz sahillərinin morfologiyası

  • qütb ölkələrinin morfologiyası və s.

Kursun məqsədi

Kursun başlıca məqsədi tələbələrdə geomorfologiya elmi haqqında mütəxəssis səviyyəsində dərin biliklərə sahib olmasına nail olmaqdır. Bu məqsədlə relyef formaları və onun elementləri haqqında anlayış vermək, morfostruktur, relyefin planetar formaları, platforma və geosinklinallar haqqında, endogen və ekzogen proseslərin relyefəmələgəlməsində və inkişafında rolu, relyefin su-eroziya və su-akkumulyasiya formaları, onların qarşılıqlə əlaqəsi və qruplaşması, materik buzlaşması, səhraların, dənizlərin, qütb ölkələrinin morfologiyası sahələri haqqında biliklərin tələbələrə öyrədilməsi nəzərdə tutulur.

Tədrisin (öyrənmənin) nəticələri

Tədrisin (öyrənmənin) nəticələri (TN) olaraq tələbələrin Ümumi Geomorfologiya fənni haqqında ətraflı məlumatı olacaqdır. Tədris müddətində istifadə olunan materiallar və əyani vəsaitlər nəticəsində tələbələr bu elmi daha dərin və geniş mənimsəyəcəklər. Kursun sonunda tələbələr aşağıdakı biliklərə sahib olacaqlar:

1. Relyef anlayışı haqqında geniş biliklər qazanmaq və onu izah etməyi bacarmaq

2. Endogen proseslər və onların relyef əmələ gəlməsində yaranan əlaqələri dərindən mənimsəmək və təhlil etmək

3. Materikin böyük relyef formaları, materiklərin yamacı, ətəyi anlayışlarını mənimsəmək



4. Bir sıra geomorfoloji terminlərlə tanış olub, onlar haqqında ətraflı bilikləri formalaşdırmaq və s.

Qaydalar (Tədris siyasəti və davranış)

Tədrisin keyfiyyətini təmin etmək məqsədilə mümkün qədər illustrativ materiallara (xəritə, qrafik təsvir və diaqramlara) və praktik məsələlərə yer ayrılmışdır. Tədris prosesi zamanı autoriyada nizam-intizamın pozulması hallarına yol verən tələbənin aktivlik balı mənfi qiymətləndirilə və ya auditoriyadan xaric oluna bilər.


Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaş-dırılmış)


Fənnin mövzuları

Dərslik/

Tapşırıqlar

1

11.02

Geomorfologiyanın bir elm kimi təyini və onun tədqiqat obyekti

Mühazirə

2

11.02

Relyef haqqında ümumi məlumat. Relyef formaları və elementləri haqqında anlayış. Relyefin morfometriyası

Mühazirə

3

18.02

Süxurların xassələri və relyefin inkişafında onların əhəmiyyəti. Relyefin əmələ gəlməsində denudasiyanın rolu

Mühazirə

4

18.02

Relyef və iqlim

Mühazirə

5

25.02

Endogen proseslər və onların relyefəmələgəlmədə rolu. Morfostruktur. Qırışıq, faylı dağlar və onların relyefinin təsviri. Neotektonik hərəkətlərin relief əmələgəlmədə rolu

Mühazirə

6

25.02

Maqmatizm və onun relyef əmələgəlməsində rolu

Mühazirə

7

03.03

Effuziv maqmatizm, kraterlər, kalderlər, tüfeyli konuslar.

Mühazirə

8

03.03

Lava axınları və örtükləri. Çat boyu püskürmədən əmələ gələn səth formaları. Lava yaylaları

Mühazirə

9

10.03

Vulkanik sahələrin hidroqrafiyası. Vulkanik sahələrdə destruksiya formaları, postvulkanik hadisələr

Mühazirə

10

10.03

Palçıq vulkanlarının relyef formaları., vulkanların coğrafi yayılması. Zəlzələlərin relyef əmələgəlməsində rolu

Mühazirə

11

27.03

Relyefin planetar formaları

Mühazirə

12

27.03

Materiklərin böyük relyef formaları

Mühazirə

13

31.03

Platformaların böyük relyef formaları

Mühazirə

14

31.03

Geosinklinal sahələrin böyük relyef formaları

Mühazirə

15

07.04

Okean dibinin böyük relyef formaları

Mühazirə

16

07.04

Aşınma və onun relyef əmələgəlməsində rolu

Mühazirə

17

14.04

Yamaclar və yamac prosesləri

Mühazirə

18

14.04

Eroziya və akkumulyasiya qanunları

Mühazirə

19

21.04

Çay yataqlarının formalaşması və onların morfoloji xüsusiyyətləri

Mühazirə

20

21.04

Erozion relyef formaları, dərələr və tektonika. Yarğanlar və qobular, bedlend, kuest tipli relyef

Mühazirə

21

28.04

Yeraltı suların fəaliyyəti ilə əmələ gələn relyef formaları.

Məşğələ

22

28.04

Karst. Karstlaşan süxurlar. Morfologiyası, hidrologiyası və karst sahələrinin çayları

Mühazirə

23

05.05

Qlyasial və flüvioqlyasial relyef formaları

Mühazirə

24

05.05

Qar xətti və onun geomorfoloji əhəmiyyəti, buzlaqların tipləri. Morenlər. Müasir buzlaqların yayılma formaları

Mühazirə

25

12.05

Materik buzlaşması sahələrinin relyefi

Mühazirə

26

12.05

Dördüncü dövr buzlaşmasının səbəbləri

Mühazirə

27

19.05

Səhraların morfologiyası

Mühazirə

28

19.05

Səhra geomorfoloji landşaftı, səhra qabığı və səhra qaysağı. Abrazion sahillər, estuari və deltalar

Mühazirə

29

26.05

Dəniz sahillərinin morfologiyası

Mühazirə

30

26.05

Ekomorfoloji problemlər

Mühazirə







Final imtahan





Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcək.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə