Mühazirə. Dos.Ş.Ə. Vəliyev Mövzu 1 Fənnin məqsədi və vəzifələri. Plan : Giriş




Yüklə 320.4 Kb.
səhifə1/5
tarix23.02.2016
ölçüsü320.4 Kb.
  1   2   3   4   5
Beynəlxalq nəqliyyat əməliyyatları

fənnindən


Mühazirə.

Dos .Ş.Ə.Vəliyev



Mövzu 1

Fənnin məqsədi və vəzifələri.

Plan :

  1. Giriş .

  2. Fənnin əhəmiyyəti .

  3. Məqsədi və qısa inkişaf tarixi.

  4. Beynəlxalq nəqliyyat əlaqələri haaqında anlayış.



Ədəbiyyat :


  1. Z.S.Məmmədov “XXI əsr iqtisadi inkişafın nəqliyyat fasktoru “ Bakı 2002.

  2. E.Ə.Əliyev “ Beynəlcxalq nəqlıiyyat daşımalarının konvension təsbiti “ Bakı 2



1.Giriş

XX əsrdə dünya iqtisadiyyatında baş vermiş inqilabi dəyişikliklərin ana xəttini dinamik inkişaf təşkil etmişdir . Ekspertlərin hesablamasına görə ötən yüzillikdə dünya üzrə ümumi daxili istehsal 19 dəfə, əhalinin sayı isı 4 dəfə artmışdır. Keçən yüzillikdə dinamik inkişaf edən sahələrdən biri nəüliyyat olmuşdur. Bu dövrdə cəsarətlə demək olar ki, nəqliyyat sektoru öz inkişaf surəti , miqyasına görə bütün əsrlərə bərabər yol keçmişdir. Nəqliyyat sektorunun mühüm infrastruktur kimi formalaşması başa çatmış , onun təkmilləşməsi istiqamətində inqilabi dəyişikliklər aparılmışdır. Bir cəhəti də qeyd etmək lazımdır ki, nəqliyyat sektorunun inkişafı bütövlükdə iqtisadiyyatın inkişafının güclü faktoruna çevrilmişdir. Əgər XXI əsr su nəqliyyatının genişlənməsi və dəniz yolarının yeni – yeni ərazilərə çəkilməsi ilə xarakterizə olunurdusa XX əsr nəqliyyatın yeni – yeni sahələrinin yaranması , bütövlükdə iqtisadiyyatın bu sektorun sürətli inkişafı ilə fərqlənir. Avtomobil daha çox maliyyə , texniki, əmək resursları cəlb edən bir sahəyə çevrilmişdir.

Dünyanın inkişaf etmiş ölkələrində nəqliyyat sektoruna müstəqilliyin qorunmasının mühüm faktoru kimi baxılır. Bir sözlə nəqliyyat qloballaşan dünyanın ən fəal, dinamik strukturundan birinə çevrilir.

Şərqlə qərbin qovşağında yerləşən, unikal coğrafi , geosiyasi şəraitə malik olan Azərbaycan dünya iqtisadiyyatının nəqliyyat sektorunda baş verən proseslərdən kənarda qalmamışdır. XIX əsrdə Bakı-Tbilisi, Şimal –Cənub dəmir yolunun çəkilməsi, neft sənayenin inkişafı ilə əlaqədar olaraq Xəzəedə gəmiçilik imkanları genişlənmişdir.



2. Fənnin əhəmiyyəti.

Bazar iqtisadiyyatı şəraitində dünya ölkələri arasında gedən inteqrasiya prosesinin inkişafında başqa iqtisadi amillərlə yanaşı , nəqliyyat faktoru mühüm əhəmiyyət kəsb edir.

Nəqliyyatın dünya ölkələrinə iqtisadi inkişafında “FƏQƏRƏ” sütunu rolunu oynayır . Lakin XX əsrin sonunda və XXI əsrin əvvəllərində dünya ölkələri arasında iqtisadi əlaqələrin daha geniş vüsət alması nəqliyyatın yeni qlobal problemlərinin aşkar olmasına təsir göstərmmişdir.

Bu bir həqiqətdir ki, nəqliyyat təkcə yük və sərnişin daşınması əməliyyatlarını yerinə yetirmir, eyni zamana təbii və əmək resurslarının istehsal dövrüyyəsinə cəlb olunmasında, məhsuldar qüvvələrin inkişafında , istehsal sahələrinin ərazi üzrə səmərəli səmərəli təşkilində, əhalinin məskunlaşmasında, şəhər və kəndlərin əmələ gəlməsində əsas faktor rolunu oynayır. Müasir şəraitdə bütün dünya ölkələrində 100 milyondan çox əhali nəqliyyatın müxtəlif sahələrində çalışır. Xüsusilə XX əsrin sonunda dünyanın siyasi xəritəsinə yeni qrup müstəqil dövlətlərin daxil olması və həmin dövlətlərin sərbəst şəkildə dünya iqtisadiyyatına qovuşması müasir şəraitdə ölkələr arası yük axınlarının intensivləşməsinə təsir göstərməklə nəqliyyatın iqtisadi səmərəliliyini artırmışdır. Ölkələrarası iqtisadi əlaqələrin səmərəliliyinin yüksəldilməsi və yük axınlarının tənzimlənməsinin təmin olunması hər bir nəqliyyat sahəsində beynəlxalq normalara uyğun təkmilləşdirilmə işlərinin aparılmasını tələb edir.



3.Fənnin məqsədi və qısa inkişaf tarixi.

Dövlətlərin yerləşdiyi məkandan asılı olmayaraq ,ölkələr çalışır ki, özünün istehsal etdikləri sənaye və kənd təaərrüfatı məhsullarını daha səmərəli yollarla dünya bazarına çıxarsınlar və yüksək səviyyədə gəlir əldə etsinlər.

Bu baxımdan nəqliyyatın müasir problemlərini dünya ölkələri ilə qarşılıqlı əməkdaşlıq fəaliyyəti olmadan həll etmək qeyri mümükündür. Bu proses dünyanın bütün ölkələri ərazisində fəaliyyət göstərən nəqliyyatın hər bir sahəsindən səmərəli istifadə olunmağı tələb edir.

XX əsrin sonunda bütün dünya ölkələri üzrə ümumi yük dövrüyyəsinin 62%-ni, dəniz nəqliyyatının 16%-i dəmir yolu, 14%-i boru kəməri, 8%-i avtomobil , 3%-i isə daxili su yolları təşkil etmişdir. Lakin XXI əsrdə elmi – texniki tərəqqinin sürətli inkişafına başqa sahələrdə olduğu kimi, nəqliyyatın müxtəlif sahələrinə şikayət etmiş, onun elmi texniki potensialının yüksəldilməsinə təsir göstərir. Ən başlıcası isə iqtisadi inteqrasiyanın geniş vüsət aldığı bir şəraitdə istər sürət , istərsə də yük götürmə baxımından müasir həyatın tələblərinə cavab verə bilən müasir texnologiyanın prinsiplərinə əsaslanan maşın və avadanlıqlarının istehsalının həyata keçirilməsi əsas şərtlərdən hesab edilir.



4.Beynəlxalq nəqliyyat əlaqələri haqqında anlayış.

A.R-nın dünya iqtisadiyyatına qovuşması və dünya ölkələri ilə gedən inteqrasiyaprosesində yerini müəyyən etmək üçün müasir baxımdan nəqliyyat sahələrinin təhlil olunması olduqca vacibdir. Avrasiya ölkələri mərkəzi mövqe tutan Azərbaycanın əlverişli nəqliyyat sisteminə malik olması dünya ölkələrinin marağına uyğun olan səmərəli iqtisadi əlaqələrin həyata keçirilməsinə əlverişli zəmin yaradır. Eyni zamanda tarixi “İpək yolu”-nun bərpası TASİS və TRASEKA proqramlarının həyata keçirilməsi üçün respublikanın nəqliyyat sistemi mühüm əıhəmiyyətə malikdir.

Hələ 1998-ci ilin sentyabr ayında Bakı şəhərində tarizi “İpək yolu”-na həsr olunmuş beynəlxalq əhəmiyyətli konfransda Respublikanın Prezidenti H.Əliyev qeyd etmişdir : Əminəmki tarix böyük “İpək yolu”-nun bərpası məsələlərinin müzakirəsi , konfransımızın nəticələri və yekunları milli və regional nəqliyyat sektorlarının , beynəlxalq iqtisadi əməkdaşlığın , inkişafın, Avrasiya məkanında sülhün tərəqqinin möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edəcəkdir.

Hazırda Azərbaycan 143 dünya ölkəsi ilə ticarət əlaqələri yaratmışdır. Bu sahədə də nəqliyyatın xüsusi rolu vardır.



Mövzu 2. Nəqliyyat xarici iqtisadi fəaliyyət sahəsində.

Plan:

  1. Nəqliyyat iqtisadi fəaliyyətin sahəsi kimi.

  2. Nəqliyyatın inkişaf tarixi.

  3. Beynəlxalq nəqliyyat sisteminin formalaşması

  4. Dünya nəqliyyatının sərnişin dövriyyəsinin strukturu, %-lə.



  1. Nəqliyyat iqtisadi fəaliyyətin sahəsi kimi.

Nəqliyyat bəşər cəmiyyətinin inkişaf tarixində mühüm rol oynayan faktorlardan biridir. Nəqliyyatın inkişafı cəmiyyətin inkişafı ilə əlaqəli olmuş, istehsal sahələrinin inkişafında və məhsuldar qüvvələrin formalaşmasında təsir edici amillərdən biri olmuş, daim təkmilləşmiş və formalaşmışdır. Nəqliyyatın inkişafında və onun sahələrinin formalaşmasında tarixən yer kürəsinin ayrı-ayrı regionlarının, dəniz və okeanların öyrənilməsi nəticəsində və həmin ərazilərə gediş-gəlişin təmin olunması zərurətindən irəli gələrək nəqliyyatın ayrı-ayrı sahələrinin inkişafına daim diqqət artırılırdı. əgər cəmiyyətin inkişafında maddi nemətlər istehsalı üçün məhsuldar qüvvələrin inkişafı zəruri sayılırdısa, istehsal olunmuş məhsulların daşınması üçün nəqliyyat sahələrinin inkişafı tələb olunurdu. Lakin qeyd etmək lazımdır ki, dünya nəqliyyatının formalaşmasında ayrı-ayrı dəniz və quru yollarının müəyyən olunmasında görkəmli səyyahların çox böyük xidmətləri olmuşdur. Xüsusilə dünya dəniz yollrının açılmasında Avropanın dəniz sahili ölkələrində dənizçiliyin inkişafı ilə əlaqədar olaraq, dənizçilikdə uzun illər qazandıqları təcrübələr əsasında dünyanın müxtəlif ölkələrinə səyahət etmiş və yeni dəniz yollarının açılmasında nailiyyətlər qazanmıdılar. Avropa səyyahlarının xidməti əvəzolunmazdır. Hələ orta əsrlərdə dünyanın Avropa ölkələri ərazisində yerləşən adalara dəniz yolu açmaq və həmin adalarda yerləşən təbii sərvətləri istehsal dövriyyəsinə cəlb etmək məqsədilə İrland səyyahlarının böyük xidmətləri olmuşdur.

lX əsrin əvvəllərində Normand səyyahı Erik Rijiy Şotlandiya, X əsrin sonunda isə İNgiltərəyə dəniz yolunun açılması üçün öz səyahətlərini başa çatdırırlar.

Artıq Xlll əsrdə Portuqaliya səyyahı, dənizçisi Henrix Atlantik okeanından gələrək Aralıq dənizinə daxil olur. Bu dövürdən başlayaraq materiklərin daxili dənizlərə yeni yolların açılması başlanır. Eyni zamanda Afrikanın şimal ərazilərinə dəvə karvanı vasitəsi ilə daxil olaraq buranın təbii sərvətləri haqqında avropalılara ilkin məlumatlar çatdırılır. XV əsrin əvvəlində dünya dəniz yolunun kəşfində böyük xidməti olan , xüsusi dənizçilik məktəbi keçmiş görkəmli şəxslərdən biri də Xristofer Kolumb olmuşdur. Onun əsas məqsədi Avropa ilə Asiya arsında Hindistanadək böyük dəniz yolunu müəyyənləşdirmək olmuşdur.

1942-ci ildə kiçik heyətdən ibarət dəstə ilə İspaniyanın Paloe limanından Hind okeanına yeni dəniz yolunu kəşf etmək məqsədi ilə səyahətə çıxır.

20 oktyabr 1492-ci ildə Kubanın sahillərinə gəlib çıxır. əslində isə Kolumb yeni torpaqlar kəşf edir. Dünya iqtisadiyyatına böyük töhvələr verən sonradan Amerika adalndırılan ərazilər idi. Dünya dəniz yollarının kəşfində böyük xidməti olan şəxslərdən biri Fermando Magellon olmuşdur. Lakin bu sadəcə olaraq intibah dövründə dünya iqtisadiyyatına təsir göstərə bilən yeni dəniz yollarının açılamsı dünya ərazisi haqqında tam məlumat verməklə ölkənin iqtisadiyyatına təsir göstərə bilən təbii resursların yerləşdiyi ərazilərin müəyyən olunmasında mühüm əhəmiyyət kəsb edir.

Dünya iqtisadiyyatının inkişafında və dünya ölkələri arasında əlaqələrin yaradılmasında quru yolların müəyyən olunması da mühüm əhəmiyyətə malik idi. Qədim zamanlarda başlamış sənayeləşmə dövrünə qədər yer kürəsinin quru ərazilərinə müxtəlif səyyahların getməsi ayrı-ayrı regionlara çıxış yollarının müəyyənləşdirilməsi haqqında məlumatlar toplanmaqla yanaşı mühüm xammal ehtiyyatlarının yerləşdiyi ərazilər haqqında tamtəsəvvür yaranırdı. Quru yollarının müəyyən olunması, dəniz yollarının müəyyən olunması qədər çox çətinliklərlə başa gəlirdi.

Yer kürəsinin quru ərazilərinin öyrənilməsində, ölkələrarası yolların müəyyən olunmasında böyük xidməti olan səyyahlardan biri də Marko-polo olmuşdur. O, Avropa ölkələrindən başlamış Mərkəzi, Şərqi və Cənubi Asiya ölkələrində olmuş, Çinlə-Orta Asiyanı birləşdirən Böyük İpək yolunun birləşməsinə gəlib çıxır. O səyahətinin ikinci dövründə Cənubi Asiya ölkələrinə və İran körfəzi sahillərinə gələrək bütün bu ərazilərdə olan yolların xəritəsini tərtib etmişdir.

Dünya ölkələrinin iqtisadi inkişafında tədqiq edilmiş hər bir ərazinin təbii iqtisadi şəraitinin müəyyən olunması və bu əsasda həmin resurslarının istehsal dövriyyəsinə cəlb olunması üçün məhsuldar qüvvələrin inkişafı dövrün tələblərinə cavab verəcək səviyyədə formalaşırdı.




  1. Nəqliyyatın inkişaf tarixi.

Dünya iqtisadiyyatının inkişafında XlX əsrin axırı XX əsrin əvvəllərində məhsuldar qüvvələrin təsiri daha intensive hal almağa başlamışdır. Xüsusiilə dünyanın iqtisadi cəhətdən inkişaf etmiş Avropa ölkələrində İngiltərə, Fransa, Almaniya, İtaliya və gigər ölkələrdə sənayeləşmənin sürətli inkişafı ölkələrarsı iqtisadi əlaqələrin yaranmasında mühüm rol oynayan nəqliyyatın əvvəlki primitiv formasından yeni sənaye dövrünün tələblərinə uyğun şəkildə inkişafını tələb edirdi.

XX əsrdə dünya iqtisadiyyatının inkişafında bir sıra social-iqtisadi amillərlə yanaşı nəqliyyat faktoru da mühüm rol oymamışdır. Dünya ölkələrinin təbii resurslarından istifadə etmək üçün əvvəlki primitive nəqliyyatdan fərqli olaraq ölkələrarsı iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayan dəmir yolu, dəniz nəqliyyatı, avtomobil nəqliyyatı, boru kəmər və hava nəqliyyatı inkişaf etdirilməsi iqtisadi inkişafa müsbət təsir göstərir. Dəniz nəqliyyatından daha səmərəli istifadə etmək məqsədilə və dəniz yollarının qısa məsafələrdən keçməsini təmin etmək üçün yeni xammalların çəkilməsi diqqət mərkəzinə yönəldilmişdir.

XX əsrin sonunda dünya ölkələrində qədim inteqrasiya prosesləri özlüyündə nəqliyyatın sahələr üzrə intensive inkişafını tələb edirdi. Bu dövür üçün kütləvi yüklərin uzaq məsafələrə daşınmasında dəmir yoluna daha çox üstünlük verilirdi. XlX əsrin sonunda XX əsrin əvvəllərində dünya ölkələri üçün dəniz nəqliyyatı ilə yüklərin daşınması daha səmərəli hesab olunurdu. Yəni dünya ölkələrində yük tutumu daha çox və intensiv hərəkətə malik olan tankerlərin istehsalının həyata keçirilməsi dəniz nəqliyyatı ilə yük daşınmanın xüsusi çəkisinin başqa nəqliyyat sahələrinə nisbətən artmasına zəmin yaratdı. 2000-ci ildə dünya ölkələri üzrə ümumi yük dövriyyəsinin 16%-i dəmir yolu, 62%- idəniz nəqliyyatı, 8%-i avtomobil nəqliyyatı, 11%-i boru kəmər, 3%-i daxili sular təşkil etmişdir.

Dünya nəqliyyatın inkişafı yalnız yük və sərnişin daşınmasına əməliyyatlarını yerinə yetirilir, eyni zamanda yük milyonlarla əhalinin işlə təmin olunmasında, quruda və suda olan zəngin təbii resursların istehsal dövriyyəsinə cəlb olunmasında, əhalinin məskunlaşmasında, şəhərlərin, qəsəbələrin, kəndlərin formalaşmasında mühüm sənaye və nəqliyyat qovşaqlarının, limanların inkişafında mühüm iqtisadi əhəmiyyət kəsb edir.

XXl əsrin əvvəllərində yuxarıda qeyd olunan sahələrin daha qlobal xarakter alması və nəqliyyatın dünya ölkələrinin iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alıb, müasir tələblər baxımından təhlil və tədqiq olunması olduqca vacibdir.

3. Beynəlxalq nəqliyyat sisteminin formalaşması.

Dünyanın nəqliyyat yolları və nəqliyyat vasitələri dünya nəqliyyat sistemini təşkil edir. O, əsasən XX əsrdə yaranmışdır. Bu sistemdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin və həmçinin regionların nəqliyyat sistemini xüsusilə qeyd etmək lazımdır.

Şimali Amerikanın regional nəqliyyat sistemi daha yüksək səviyyədə inkişaf etmişdir. Dünya nəqliyyat yollarının uzunluğunun 30%-i bu regionun payına düşür. Bu rəqəm avtomobil və boru kəməri nəqliyyatında daha yükdəkdir. Şimali Amerika bütün növ nəqliyyat yük daşınmalarında birinci yerdədir.Avropa Şimali Amerikadan yüklərin daşınması məsafəsinə görə geri qalır, ancaq onu yolların sıxlığına görə qabaqlayır.

Dünya nəqliyyat xəttlərinin 10%-i MDB ölkələrinin payına düşür. Ancaq MDB yük daşınmalarının həcminə görə dünyada birinci yeri tutur. Hər il bütün nəqliyyat növləri ilə 100 milyard tondan çox yük və 1 trilyon sərnişin daşınır. Bu daşınmalarda 650 min avtomobil, 40 min dəniz gəmiləri, 10 min təyyarə reysi, 200 min dəmir yolu lokomoyivləri iştirak edir və bu rəqəmlər ilbə-il artır.

Son dövrlərdə dünyanın nəqliyyat sistemində güclü keyfiyyət dəyişiklikləri baş verir. Beləki, elektirikləşmiş dəmir yolları çoxalmışdır. Bərk asvalt örtükləri avtomobil yolları artır. Boru kəmərlərinin diametri artmışdır.

Yük və sərnişin daşınmanın qurluşu müxtəlif nəqliyyat növləri üzrə dəyişir. Aşağıda yük dövriyyəsinin quruluşunun dəyişməsi verilmişdir:



Yük dövriyyəsinin dəyişməsi , %-lə



Nəqliyyat növləri

1950

1970

1980

1996

2000

0520

Dəmir yolu

Avtomobil

Daxili su nəqli.

Dəniz nəqli.

Neft boru kəməri

Qaz kəməri

Hava nəqliy.

Cəmi yük daşınmalar,trln

30,8

7,5

5,6

51,9

3,1

1,1

0,1
6,9

18,9

8,0

3,0

62,7

5,0

2,3

0,1
28,9

14,5

6,9

2,5

67,5

6,0

2,5

0,1
47,6

15,0

9,3

2,7

61,1

8,2

3,6

0,1
48,7

15,1

10,1

2,8

69,3

8,6

4,0

0,1
50,8

15,2

10,3

3,0

68,5

8,8

4,1

0,1
55,9

Dünya yük dövriyyəsində dəniz nəqliyyatı liderlik edir, getdikcə dəmiryolu nəqliyyatınin xüsusi çəkisi getdikcə azalır və boru kəməri nəqliyyatının payı isə getdikcə yüksəlir. Dəniz nəqliyyatının əsas yükləri əsasən maye və torpaq halında olan yüklərdir:

Neft-1000, neft məhsulları 300, dəmir filizi 340, daş kömür 370, dənlilər 250 ( mln ton il ərzində)

Dünya yük daşınmaların ın əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, son dövrlər yüklərin daşınmasında konteynerlərdən geniş istifadə edilir. Dünyada daşınan yüklərin 40%-ə qədəri bu vasitələrdən istifadə edilməklə həyata keçirilir. Dəniz nəqliyyatı ilə dəmir yolu nəqliyyatı arasında və konteyner daşıyan yük avtomobilləri arasında sıx əlaqəli yük daşınmaları həyata keçirilir.

XX əsrin ikinci yarısında xarici ticarətin, turizmin, elmin, mədəni, social və digər münasibətlərin genişlənməsi, əhalinin ölkələr arası hərəkətinə güclü təsir göstərmişdir.

Sərnişin daşınmalarında minik avtomobilləri liderlik edirlər. onun sərnişin daşınmasında xüsusi çəkisi hazırda 60%-dən yuxarıdır. Hava nəqliyyatı ilə sərnişin daşınmaları dəmiryolu daşınmalarına sürətlə yaxınlaşır və onu yaxın perspektivdə ötməlidir.


4.Dünya nəqliyyatınının sərnişin dövriyyəsinin strukturu, %-lə.


Nəqliyyat növləri

1950

1970

1980

1996

2000

2005

Dəmir yolu

25.6

15.2

11.8

10.2

10.3

10.1

Avtomobil

71.4

77.2

79.0

79.9

78.9

78.9

O cümlədən: fərdi

56.8

60.5

60.0

61.1

61.3

61.5

Daxili su yolu nəqliyyatı

0.6

0.5

0.4

0.4

0.4

0.4

Dəniz nəqliyyatı

0.8

0.3

0.3

0.3

0.3

0.3

Hava nəqliyyatı

1.2

6.7

8.5

9.2

10.1

10.3

Sərnişin daşınması,trln sərnişin - km

2.5

8.0

14.2

18.1

20.3

22.8

Dünya nəqliyyatının inkişafı beynəlxalq iqtisadi münasibətlərin inkişafına müsbət yəsir edən əsas amillərdəndir. Nəqliyyat eyni zamanda məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsində də çox böyük rol oynayır.


Mövzu 4. Beynəlxalq dəmiryol yük daşınmalarının təşkili.

Plan.


  1. Azərbaycan Respublikasının dəmiryol nəqliyyatının tarixi inkişaf prinsipləri.

  2. Respublikanın daxili iqtisadi rayonları üzrə dəmiryolu ilə təmin olunma səviyyəsi

  3. Beynəlxalq dəmiryol yük və sərnişin daşınmaların təmin olunma səviyyəsi.

  4. Beynəlxalq dəmiryol yük və sərnişin daşınmalara nəzarət və onların rəsmiləşdirilməsi prinsipləri.


1.Azərbaycan Respublikasının dəmiryol nəqliyyatının tarixi inkişaf prinsipləri.

Mal və nəqliyyat vasitələrinin daşınması əsasən aşağıdakı kimi təsnif edilir və onlara nəzarət etməklə sərhəddən keçirilərək rəsmiləşdirilməsi həyata keçirilir:



  1. dəniz gəmilərinə gömrük nəzarəti;

  2. çay gəmilərinə gömrük nəzarəti;

  3. dəmiryol nəqliyyatına gömrük nəzarəti;

  4. hava gəmilərinə gömrük nəzarəti;

  5. avtomobil nəqliyyatına gömrük nəzarət

Nəqliyyat sektoru dedikdə hər bir ölkə daxilində fəaliyyət göstərən nəqliyyat sahələrinin qarşılıqlı fəaliyyəti nəzərdə tutulur. Nəqliyyatın inkişaf etdirilməsi müasir şəraitdə dünya ölkələrinin qarşısında duran vacib problemlərdən hesab edilir. Əlverişli nəqliyyat sahələrinin inkişafı ölkələrin iqtisadiyyatına müsbət təsir etməklə yanaşı, yeraltı və yerüstü təbii resursların istehsal dövriyyəsinə cəlb olunmasına geniş imkanlar açır.

Azərbaycan Respubliklasının əlverişli nəqliyyat sisteminə malik olması və dünya iqtisadiyyatına inteqrasiya olunması üçün zəngin təbii resursların olması mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın nəqliyyat sekyoruna tarixən neft sənayesinin inkişafı ilə əlaqəli olaraq dəmir yolu başqa nəqliyyat sahələrinə nisbətən daha tez inkişaf etmişdir. Azərbaycanda ilk dəfə 20 yanvar 1883-cü ildə Sabunçu-Suraxanı neft mədənləri arasında uzunluğu 20 km olan dəmiryolu çəkilmişdir. Azərbaycan Rusiyanın ucqar regionlarından olmasına baxmayaraq burada olan fliz və qeyri-fliz təbii sərvətlərin Rusiyanın bazarlarına daşınması üçün rus imperiyasının daim diqqət mərkəzində olmuşdur. Rusiya üçün mühüm xammal bazası sayılan Azərbaycan neftini rusiya bazarına daşınması məqsədi olə Çar Rusiyası tərəfindən Tblisi-Ağstafa-Bakı dəmiryolunun tikintisi üçün sərancam verir. Həmin sərancam əsasında 1883-cü ildə Azərbaycan daxilində 500 km uzunluğunda Ağstafa-Bakı dəmiryolu istifadəyə verildi. Bu dəmiryolu vasitəsilə Azərbaycanda istehsal edilən neftin 90%-i Rusiyaya daşınırdı. 1900-cü illərdə Rusiyada istehsal və istifadə edolən neftin 95%-i Abşeron mədənlərinin payına düşürdü.

XX əsrin əvvəllərindən başlayaraq Bakı-Ağstafa dəmiryolu ətrafında yerləşmiş regionlarda istehsal olunan kənd təsərrüfatı məhsulları kütləvi halda Rusiya bazarlarına ixrac olunurdu. Bunun müqbilində Rusiyadan Azərbaycana hazır parça və digər istehlak malları gətirilirdi. Bakı-Ağstafa dəmiryolu ilə sutqa ərzində 50-60 ton tutumlu iki və dörd oxlu vaqonları olan 20 yük qatarı Rusiya bazaralrına göndərilirdi. 1901-ci ildə Azərbaycan daxilində uzunluğu 211 km olan Bakı-Dərbənd dəmiryolu tikintisi başa çatdırıldı.bu dəmiryolu Azərbaycanın neft rayonu ilə yanaşı Quba-Xaçmaz kimi tərəvəzçilik və meyvəçilik iqtisadi rayonlarından keçirdi. Bu dəmiryolu vasitəsi ilə Quba-Xaçmaz regionunda istehsal edilən kənd təsərrüfatı məhsullarının Rusiyanın daxili bazarına ixrac olunmasına əlverişli zəmin yaratmışdır. Eyni zamanda respublikanın qərb bölgələri ilə iqtisadi əlaqələri inkişaf etdirmək məqsədilə Ələt-Mincivan-Culfa dəmiryolunun tikintisi planlaşdırılır. 1925-ci ildə Ələt-Culfa yolunun Ələt-İmişli hissəsi, 1930-cu ilin mayında 283 km uzunluğunda Ələt-İmişli-Mincivan dəmiryolunun tikintisi başa çatdırıldı. 1936-cı ildə 39 km uzunluğunda Mincivan- Qafan dəmir yolu tikintisi istifadəyə verilir. Böyük Vətən Müharibəsi illərində Ələt-Mincivan-Culfa dəmir yolu istifadəyə verilir.(445 km). 1939-cu ildə Osmanlı-Astara dəmir yolunun (125 km) tikintisi 1941-ci lidə başa çatdırıldı. Həmin dəmir yolundan uzunluğu 35 km olan Salyan-Neftçala köməkçi dəmir yolu çəkilir. 1934-cü ildə çirakidzor- kükürd yataqlarının istifadəyə verilməsi liə əlaqədar olaraq Gəncə-Aşıqlı əlaqələndirici dəmir yolu 22 km uzunluğunda istifadəyə verilir. Mingəçevir SES-in inkişafı ilə bağlı Mingəçevir-Yevlax (19 km) əlaqələndirici dəmir yolu çəkilir. 1963-65-ci illərdə Yevlax-Bərdə-Ağdam dəmir yolu, 1978-ci ildə xankəndinə qədər uzadıldı (105 km). 1985-ci ildə Yevlax-Şəki-Balakənd dəmir yolu (162 km). Həmin ildə Bakı-Ağstafa magistral yolundan Sığırlı-Çölgöylər (Şamaxı rayonu) 15 km. 2000-ci ilin məlumatına görə respublika ərazisində ümumi dəmir yolunun uzunluğu 2100 km təşkil edir. Ümumi dəmir yolunun 68% magistral,32%-i köməkçi dəmir yolu təşkil edir. Respublikada fəaliyyət göstərən dəmir yolunun 54%-i elektirikləşdirilmiş yollar təşkil edir

  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə