Mühazirə : Standart proqramlar Yeni dərsin planı: Fayl və qovluqlar üzərində əməliyyatlar




Yüklə 58.86 Kb.
tarix10.04.2016
ölçüsü58.86 Kb.


Mühazirə : Standart proqramlar
Yeni dərsin planı:

1.Fayl və qovluqlar üzərində əməliyyatlar (Windows Explorer)

2.Word pad və Bloknot

3.Paint rəsm redaktoru

4.Kalkulyator
1.Fayl və qovluqlar üzərində əməliyyatlar (Windows Explorer)

1.Fayl sistemi

Fayl – informasiyanın diskdə tutduğu yerdir. İki cür fayllar olur:

1.Sistem faylları – dəyişməyən fayllar, yalnız əlavələrin və əməliyyat sistemlərinin versiyaları digərlərilə əvəz olunduqda dəyişilirlər (.sys).

2.İnformasiya faylları – dəyişilməyə məruz qalan fayllar, məsələn:

mətn redaktorlarında yaradılan fayllar (.doc, .txt),

verilənlər bazasının faylları (.mdb),

elektron cədvəllərinin faylları (*.xls),

mediya-fayllar (səs faylları: wav, mp3, midi, au, video-fayllar: avi, mov),

qrafik fayllar (.jpg, .gif, .bmp, .tif, .png),

prezentasiyalar (.ppt, .pps), Windows Explorerb-fayllar (.htm, .html),

konfiqurasiya faylları (sistem reestr, DHCP, WINS, DNS və Active Directory verilənləri).

Göründüyü kimi hər bir fayl yarandığı proqramdan asılı olaraq xüsusi formata (genişləndiriciyə) malikdir.Hər bir fayl bir-birindən nöqtə ilə ayrılan iki hissəli ada malikdir.Xüsusi ad və genişləndirmə.Xüsusi ad 1-dən 255-ə qədər,genişləndirmə isə 1-dən 3-ə qədər simvollardan ibarət ola bilər.

Hər bir faylın öz unikal adı və ünvanı vardır. Ünvan faylın harada yerləşdiyini göstərir. Adətən eyni məqsədli faylları qovluqlarda quruplaşdırırlar. Bu istifadəçiyə bu və ya digər faylı tez axtarıb-tapmağa imkan verir. Demək olar ki, bütün əməliyyat sistemləri faylların axtarışı ilə məşğul olan xüsusi proqrama malikdir. Disketlər, bərk və kompakt disklər cığırlara və sektorlara bölünmüşdür. Ən birinci cığır və ya 0-cı cığır – yükləmə sektoru (Boot Record) sistem xarakterli olub, onda diskin formatı haqqında əməliyyat informasiya yerləşir. Ondan sonra fayılların yerləşmə cədvəli (FAT-cədvəli) yerləşir. Bu cədvəldə diskdəki faylların ünvanları yerləşir. Əgər diskdən hər hansı fayl istifadə üçün çağırılsa, bu zaman bu cədvəldən həmin faylın yerləşdiyi cığır və sektor müəyyən olunur. Bundan sonra maqnit başlıq həmin yerdən faylı oxuyur, prosessor isə onu operativ yaddaşa göndərir.

Fayl strukturu üzərində aparılan əməliyyatlar bunlardır.

1.Fayl strukturu ilə naviqasiyalar

2.Proqramın işə qoşulması və sənədlərin açılması

3.Qovluğun yaradılması

4.Faylların və qovluqların surətinin alınması

5. Faylların və qovluqların yerdəyişməsi

6. Faylların və qovluqların ləğv edilməsi

7. Faylların və qovluqların adının dəyişdirilməsi

8.Yarlıqların yaradılması

Fayl və qovluqlar üzərində əməliyyatları Windowsda bir neçə müxtəlif üsullarla aparmaq olar.Hərə özünə əlverişli üsulu seçir.

Qovluq (Folders) – Ekranda qovluq şəklində işarə ilə göstərilən, istifadəçinin qrafik interfeysində proqram və fayllar üçün konteynerdir. Qovluq diskdəki proqram və sənədləri qaydaya salmaq üçün istifadə olunur və ona fayllar və digər qovluqlar daxil edilir.

İşçi masada (Рабочий стол) yerləşən əsas qovluqlar aşağıdakılardır.

«Мой компьютер» qovluğu – kompüterin istənilən xarici yaddaş qurğusunda (ROM, floppi-diskovod, CD-dickovod, DVD-dickovod) yerləşən bütün proqram və qovluqlara baxmaq olar. Qovluğun üzərində mousun sağ düyməsini basdıqda açılan kontekst menyudakı siyahıdan [Свойство] seçilməklə kompüterin xüsusiyyətinə (hansı ƏS yüklənib, ƏYQ-nun (RAM) həcmi, prosessorun sürəti və s. haqqında məlumat) baxmaq olar.

«Мои документы» qovluğu – içərisində sənədlərin, şəkillərin və tez müraciət tələb olunan faylların saxlanması rahat olan qovluqdur. Ofis proqramları, WordPad və ya Paint kimi proqramlar, öz fayllarını avtomatik olaraq «Мои документы» qovluğunda saxlayırlar.

«Корзина» – Windows ƏS-də silinmiş faylların saxlandığı xüsusi qovluqdur. Səbətdən istifadə etməklə silinmiş faylları bərpa etmək və ya diskin içindəkiləri silməklə orada “boş yaddaş” yaratmaq mümkündür.

Son istifadə edilən faylarin siyahisina baxmaq və silmək üçün aşağıdakı əməliyyatları yerinə yetirmək lazımdır.

Пуск (Start) → Документы → Açılan siyahıda hər hansı adın üzərində kontekst menyu açılır → Удалить. Siyahının tamam silinməsi üçün: Əsas panelin üzərində kontekst menyu açılır → Свойства → Меню «Пуск» → Настроить → Очистить.

Informasiyanin kompüterdə axtarmaq üçün aşağıdakı əməliyyatları yerinə yetirmək lazımdır.

Пуск (Start) → Найти → Файлы и папки… → açılan «Резултаты поиска» pəncərəsində «Файлы и папки» bəndi seçilibsə, boş sahədə faylın/qovluğun tam adı və ya adın bir hissəsi (ad a hərfi ilə başlayırsa a*) daxil edilir → Найти. Faylları formatlarına (tiplərinə) görə də tapmaq mümkündür: *.doc, *.txt, *.xls, *.jpg, *.gif, *.bmp, *.ppt, *.html və s.

2.Windows Explorer ilə kompüterdə gəzişmək

Windows Explorer (Windows bələdçisi, Проводник) xidməti proqram olub, fayl dispetçerləri kateqoriyasına aiddir. WINDOWS EXPLORER kompüterin fayl strukturu üzrə naviqasiyası (naviqasiyanın məqsədi lazımi qovluğa və onun içindəkilərə müraciəti təmin etməkdir.Fayl strukturu ilə naviqasiya bələdcinin sol panelində aparılır.) və xidməti üçün, yəni fayl və qovluqlarla işləmək üçün nəzərdə tutulmuş xüsusi xidmətediсi proqramdır.

Fayl və qovluqlarla işlərin təşkili dedikdə onların yaradılması, faylların və qovluqların disketə, işçi masaya və başqa kataloqlara göndərilməsi, surətinin köçürülməsi, yerinin və adının dəyişdirilməsi, silinməsi, fayl və qovluq haqqında məlumatların ekrana çıxarılması və s. başa düşülür. Bu işlərin səmərəli təşkili birinci növbədə bu məqsədlə yaradılmış texnologiyadan asılıdır. Belə texnologiyalara nümunə kimi Windows Explorer proqramını göstərmək olar.

Windows Explorer proqramını yükləmək üçün:

1.Пуск (Start) → Программы (Programs) → Стандартные → Проводник (Windows Explorer).

2.Пуск (Start) → Kontekst menyu → Проводник (Windows Explorer).

3.Мой компьютер → Kontekst menyu → Проводник (Windows Explorer).

4.İstənilən qovluq açılır → Alətlər panelində «Папки» düyməsi basılır.

Windows Explorer proqramı yükləndikdə ekrana onun eyni adlı pəncərəsi çıxır. Bu pəncərə iki paneldən: sol (qovluqlar paneli) və sağ (qovluğun tərkibini göstərən panel) panellərdən ibarətdir. Sol paneldə qovluqların adları yerləşir. Həmin adların qarşısında bəzən “+”, bəzən isə “-“ işarəsi olur. “+” işarəsi bu qovluğun içərisində digər alt qovluqların olmasını, “-“ işarəsi isə bu qovluğun açıq olmasını göstərir.

Windows Explorer pəncərəsinin sol panelindəki qovluqlarından yalnız biri açıq ola bilər. Qovluğu açmaq üçün mausun sol düyməsini onun adının üzərində sıxmaq lazımdır. Pəncərənin sağ hissəsindəki panelində açıq olan qovluqdakı elementlərin - fayl və qovluqların siyahısı verilir.

3.Qovluqları görməyin müxtəlif yolları

Əksər Windows pəncərələrində olduğu kimi pəncərənin ümumi görünüşü menyu sətrinin Вид menyusu ilə tənzimlənir. Вид menyusu aşağıdakı əmrlərdən ibarətdir.

Панель инструментов-Bu əmr alətlər panelini pəncərədən götürür və ya əks etdirir.

Строка состояния- Bu əmr cari vəziyyət sətrini pəncərədən götürür və ya əks etdirir.

В виде Wеб-страница- Bu əmr qovluğun tərkibini Wеб-səhifə şəklində əks etdirir.

Крупные значки- Bu əmr qovluqların böyük ölçüdə görünüşünü təmin edir.

Мелкие значки- Bu əmr qovluqların və faylların nişanlarının kiçik ölçüdə görünüşünü təmin edir.

Список- Fayl və qovluqların adları adi əlifba siyahısı ilə göstərilir.Belə ki əvvəlcə qovluqlar,sonra isə fayllar əks olunur.

Таблица- Qovluq və faylların adı ilə yanaşı tipi,ölçüsü ,yaranma və dəyişiklik tarixi sağ hissədə əks olunur.

Упорядочить значки- - Bu əmr nişanların adına,tipinə,ölçüsünə ,yaranma tarixinə görə nizamlı görünüşünü təmin edir.

Свойства папки- İşçi stolun klassik , Wеб-səhifə şəklində görünüşünü tənzimləməyə ,sistem fayllarını görünməz etməyə ,faylların tipini və nişanını dəyişməyə imkan verir.

Выстроить значки-əmr nizamsız şəkildə yerləşən nişanları ardıcıl sıra şəklində düzür.Proqram disklə,qovluqlarla və fayllarla işi təmin edir.Belə ki ,qovluğu işçi stolun üzərində,bərk diskdə və şəbəkə diskində yaratmaq mümkündür.

4.Yeni qovluq yaratmaq,adını dəyişdirmək və silmək

Yeni qovluğu yaratmaq üçün ilk növbədə onun yerləşəcəyi diski və ya qovluğu açırıq.Sonra Fayl menyusunun Создать-bölməsinin əmrlər siyahısından Папкa və ya yaradılacaq faylın tipinə müvafiq əmri yerinə yetiririk və yaxud da İstənilən qovluğun içərisində, boş sahədə → Kontekst menyu → Создать → Папку əmrini seçirik. Sağ paneldə yeni yaradılmış qovluğa ad verir və klaviaturanın Enter düyməsini sıxırıq.Lazımsız qovluğu ləğv etmək üçün onu qeyd edib, klaviaturanın Delete düyməsini sıxmaq lazımdır.Bu zaman əgər qovluq bərk diskdə yerləşərsə ,qeyd olunmuş qovluğun Zibil qutusuna atılması haqqında,qovluq işçi diskdə yerləşirsə ,onun diskdən pozulması haqqında sorğu-dialoq pəncərəsi açılır.Sorğuya müsbət cavab verildikdə -Да düyməsi sıxıldıqda həmin əməliyyatlar həyata keçrilir.

Qovluğun adını dəyişmək üçün onu qeyd edib Файл –Переименовать və yxudda Kontekst menyu → Переименовать → yeni ad yazılarkən köhnə avtomatik silinir. Fayl və ya qovluğun yaradılması və onda edilmiş dəyişikliklərin tarixi ,tipi, ölçüsü atributları haqqında məlumat əldə etmək üçün Файл menyusunun Свойства əmrini yerinə yetirmək kifayətdir.Açılmış pəncərədə bu məlumatlar öz əksini tapacaqdır.

Qovluğu qeyd etdikdən sonra siçanın sağ düyməsini sıxıb,açılmış kontekst menyunun Отправить bölməsinin - Мои документы, Portfel, Disk 3.5(A) ,Ünvan və Microsoft Outlook əmrlərindən birini yerinə yetirməklə uyğun olaraq qovluğu Мои документы-qovluğuna , Portfel qovluğuna,.disketə və elektron poçt ilə uzaq məsafədə yerləşən istifadəçiyə göndərmək olar.

Qovluğun işçi stolda yarlığını yaratmaq istəyiriksə ,onu qeyd edib Kontekst menyudan - Отправить bölməsinin-Ярлык на рабочий стол əmrini yerinə yetirməliyik. Yarlığın işarəsinin dəyişdirilməsi üçün:Yarlığın üzərində kontekst menyu → Свойства → «Свойства:» pəncərəsində «Ярлык» hissəsi seçilir → «Сменить значок...» düyməsi basılır → «Смена значка» pəncərəsində istənilən düymə seçilir → OK→ OK (Digər fayllardan seçmək lazım gəldikdə → «Обзор»).

Qovluğun surətini digər qovluqda və ya diskdə saxlamaq üçün onu qeyd edib Правка menyusunun – Копировать əmrini yerinə yetirməli və yaxud da alətlər panelinin eyni adlı düyməsini sıxmaq lazımdır.Sonra surətin yerləşəcəyi diski və ya qovluğu tapıb Правка menyusunun-Вставить əmrini yerinə yetirməli və yaxud da alətlər panelinin eyni adlı düyməsini sıxmaq lazımdır.Eyni qayda ilə qovluğu bir qovluqdan digər qovluğa köçürmək olar.Fərq ondadır ki, Правка menyusunun – Копировать əmrinin yerinə Правка menyusunun-Вырезать əmrini və yaxud da alətlər panelinin eyni adlı düyməsini sıxmaq lazımdır.

Disk haqqında informasiya əldə etmək üçün əvvəlcə sol paneldə Мой компьютер qovluğunu açıb ,sağ paneldə kompüterin disklərindən tələb olunanı qeyd edir və siçanın sağ düyməsini sıxırlar.Açılmış menyu pəncərəsində Свойства əmrini yerinə yetirirlər.Ekrana açılan pəncərədə diaqram şəklində diskin ümumi tutumu və onun nə qədər informasiya ilə dolu olduğu əks olunur.

Diski formatlaşdırmaq tələb olunursa Мой компьютер qovluğunu açıb ,sağ paneldə kompüterin disklərindən tələb olunanı qeyd edir və Файл menyusunun –Format komandasını yerinə yetirib,açılmış pəncərədə formatlaşmanın növünü göstərmək lazımdır.

Kompüterin diskinin,qovluğunun və ya fayllarının şəbəkədə ümumi istifadəsini təmin etmək üçün onları qeyd edib,proqramın Мой компьютер qovluğunun- Файл menyusunun Доступ-əmrini yerinə yetirmək lazımdır.Açılmış pəncərədə Общий ресурс-variantı seçilir.Şəbəkə adı (Сетевое имя) və qeyd (Заметки) mətn sahələrində müvafiq olaraq ümumi istifadəçi üçün nəzərdə tutulan diskə ,qovluğa və ya fayla şəbəkə adı və əlavə izahedici şərh verilir.Sonra-Тип доступа –çərçivəsində Польный,Только для чтения,Определяется паролем sahələrinə variantlarından birini seçib,Пароли-çərçivəsində Для чтения və ya Для польного доступа sahələrinə müvafiq parolları daxil edib-OK. Bu zaman qovluğun və ya diskin nişanında əl işarəsi meydana gəlir.

Tələb olunduqda Servis menyusunun -Отключить сетевой диск əmrini yerinə yetirməklə şəbəkə diskindən imtina etmək olar.Servis menyusunun Axtarış əmri ilə diskdəki fayl və qovluqları ,şəbəkədə kompüterləri ,ünvan kitabı vasitəsi ilə ayrı-ayrı şəxsləri tapmaq olar.

2.Word pad və Bloknot

Word pad və Bloknot sadə mətn redaktoru olub,mətn tipli informasiyanın yaradılması və redaktə edilməsi üçün nəzərdə tutulmuşdur.

3.Paint rəsm redaktoru

Sadə rəsm redaktoru olub, rastr tipli şəkillərin çəkilməsi və redaktəsi üçün nəzərdə tutulmuşdur. Proqramın pəncərəsi aşağıdakı elementlərə malikdir: sərlövhə sətri, menyu sətri, alətlər paneli, rənglər paneli, rəsm sahəsi, vəziyyət sətri.

Alətlər qutusu aşağıdakı işləri görməyə imkan verir.

1-Düz xəttin çəkilməsi.Bu məqsədlə qutudakı düz xətt (Линия) alətini seçib,alətlər qutusundan aşağıdakı sahədə xəttin qalınlığını müəyyən edirik.Kursoru rəsm sahəsinə gətirərək ,sol düyməni sıxmaqla mışkanı hərəkət etdiririk.Nəticədə hərəkət istiqamətində düz xətt çəkiləcəkdir.

2-Əyri xəttin çəkilməsi. Bu məqsədlə qutudakı əyri xətt (Кривая) alətini seçib,alətlər qutusundan aşağıdakı sahədə xəttin qalınlığını müəyyən edirik.Kursoru rəsm sahəsinə gətirərək ,sol düyməni sıxmaqla mışkanı hərəkət etdiririk.Nəticədə hərəkət istiqamətində düz xətt çəkiləcəkdir.Kursoru düz xəttin istənilən nöqtəsinə qoyub,mışkanın sol düyməsini sıxmaqla kursoru hərəkət etdirdikcə hərəkət istiqamətində düz xətt qövsvari əyiləcək.

3-Düzbucaqlı(kvadrat),ellipsis(çevrə) və ovalkünclü düzbucaqlı(kvadrat) fiqurların çəkilməsi.Bu məqsədlə lazım olan alətləri(Прямоугольник, Эллипс, Скругленный прямоугольник) alətlər panelindən seçirik. Alətlər qutusundan aşağıdakı sahədə çəkiləcək fiqurun rəngli fonla olub- olmamasını müəyyən edirik.Sol düyməni sıxmaqla mışkanı hərəkət etdiririk.Nəticədə hərəkət istiqamətində müvafiq fiqur çəkiləcəkdir.

Nəzərə almaq lazımdır ki, kvadrat ,çevrə, ovalkünclü kvadrat çəkmək üçün yuxarıda qeyd edilən əməliyyatları Shift düyməsini sıxmaqla yerinə yetirmək lazımdır.

4- Çoxbucaqlının çəkilməsi.Lazım olan aləti(Многоугольник) seçirik. Alətlər qutusundan aşağıdakı sahədə çəkiləcək fiqurun rəngli fonla olub- olmamasını müəyyən edirik.Sol düyməni sıxmaqla mışkanı hərəkət etdiririk.Nəticədə hərəkət istiqamətində çoxbucaqlının tərəflərindən biri çəkiləcəkdir, digər tərəfi çəkmək üçün sol düymənin sıxılmasını bir an dayandırıb yenidən sıxmaqla kursoru hərəkət etdirmək lazımdır.Bu əməliyyatı bütün tərəflər çəkilənə qədər davam etdirmək lazımdır.

5- İxtiyari xəttin çəkilməsi .Aləti (Карандаш) seçib və mışkanın sol düyməsini sıxmaqla kursoru hərəkət etdirmək kifayətdir.

6- Şəklin rənglənməsi.Bu məqsədlə ilk növbədə istədiyimiz rəngi seçirik.Buna kursoru rənglər qutusunun müvafiq rənginin üzərinə qoyub və ya Выбор цветов alətini seçib, kursoru rəsmin bu və ya digər rənginin üzərinə qoyub mışkanın sol düyməsini bir dəfə sıxıb buraxmaqla nail olmaq olar.Bundan sonra aşağıdakı alətlərdən birini seçmək lazımdır.

Заливка – seçilmiş qapalı oblastı rəngləyir

Распылитель – kursorun durduğu mövqeyə rəng çiləyir

Кисть- aləti adi fırça funksiyasını daşıyır

7- Rəsmin müəyyən hissəsinin silinməsi.Bu funksiyanı pozan(Ластик) aləti yerinə yetirir.

8- Rəsmin müəyyən hissəsini qeyd etmək

Выделение – aləti düzbucaqlı sahəni

Выделение произвольной области – ixtiyari sahəni qeyd etməyə imkan verir

9- Масштаб aləti səhifənin ölçüsünü böyüdür

10- Надпись alətindən mətn yazmaq üçün istifadə olunur

Çəkilmiş şəkli yadda saxlamaq üçün:

Fayl (Файл) → Save (Сохранить) → [Save az] pəncərəsində faylın adı, tipi, saxlanacağı yer təyin edilir → Save (Сохранить).

4.Kalkulyator

Kalkulyator –adından məlum olduğu kimi elektron kalkulyatorun gördüyü funksiyaları yerinə yetirir və -10 303-dən 10 303 qədər ədədlər üzərində əməliyyatlar aparmağa qadirdir.O, iki rejimdə: Adi və Mühəndis iş rejimlərində işləyir.Bir rejimdən digər rejimə keçid proqramın Вид menyusunun müvafiq Обычный və ya Инженерный əmrlərini süçməklə təyin olunur.

Hesablamanın nəticəsi və kalkulyatorun yaddaşında olan ədəd bir rejimdən digər rejimə keçid zamanı saxlanılır.Ədədlər,əməl işarələri,funksiyalar,əsasən kursoru proqram pəncərəsindəki müvafiq düymələrin üzərinə qoyub,mışkanın sol düyməsini sıxmaqla və ya digər Windows əlavəsindən daxil olunur.Hesablamanın nəticəsi kalkulyatorun “=” və ya klaviaturanın “Enter” düyməsini sıxdıqdan sonra kalkulyatorun indikator panelində görünür.Nəticəni Правка menyusunun Копировать əmrini yerinə yetirib,operativ yaddaşın mübadilə buferində saxlamaqla ,digər Windows əlavəsində yaradılmış sənədlərə daxil etmək olar.Həmçinin, digər proqram vasitəsilə mübadilə buferində saxlanılan ədədi Правка menyusunun Вставить əmrini yerinə yetiməklə indikatorda almaq olar.

Kalkulyator bir registr yaddaşa malikdir və yaddaşında bir aralıq hesablamanın nəticəsini və ya ədədi saxlaya bilər.

Yaddaş ilə iş

• MC – yaddaşda saxlanılan ədəd silir;

• MR – yaddaşda saxlanılan ədədi göstərir;

• MS – göstərilən ədədi yaddaşa daxil edir;

• M+ – göstərilən ədədi yaddaşa daxil edilmiş ədədlə toplayır;

• Backspace – göstərilən ədədin son rəqəmini silir;

• CE – göstərilən ədədi silir;

• C – yeni ifadəni hesablamağa başlayır;

• Hex – ədədi 16-lıq say sistemində təsvir edir;

• Dec – ədədi 10-luq say sistemində təsvir edir;

• Oct – ədədi 8-lik say sistemində təsvir edir;

• Bin – ədədi 2-lik say sistemində təsvir edir.

Kalkulyator adi iş rejimində dörd hesabi əməl (vurma, toplama, çıxma, bölmə),kökalma,ədədin tərs qiymətini,faizini təyietmə və işarəsini dəyişmə(müsbət və ya mənfi) əməliyyatlarını yerinə yetirməyə qadirdir
Dərsin möhkəmləndirilməsi üçün suallar:
1.Fayl nədir?

2.Neçə cür fayl olur?

3.Dəyişməyən fayllar necə adlanır?

4.Dəyişilməyə məruz qalan fayllar hansılardır?

5.Qovluq nədir?

6.İşçi masada (Рабочий стол) yerləşən əsas qovluqlar hansılardır?

7.Son istifadə edilən faylarin siyahisina baxmaq və silmək üçün hansı əməliyyatları yerinə yetirmək lazımdır?

8.Informasiyanin kompüterdə axtarmaq üçün hansı əməliyyatları yerinə yetirmək lazımdır?

9.Windows Explorer proqramının əsas funksiyası nədir?

10.Windows Explorer proqramını yükləmək üçün hansı əməliyyatları yerinə yetirmək lazımdır?

11.WINDOWS EXPLORER proqramı yükləndikdə ekrana onun eyni adlı pəncərəsi çıxır. Bu pəncərə neçə paneldən ibarətdir?

12.Qovluqlar paneli hansıdır?

13.Qovluğun tərkibini göstərən panel necə adlanır?

14.Pəncərənin ümumi görünüşü menyu sətrinin hansı menyusu ilə tənzimlənir?

15.Вид menyusu hansı əmrlərdən ibarətdir?

16.Yeni qovluğu yaratmaq üçün hansı əməliyyatları yerinə yetirmək lazımdır?

17.Qovluğun adını dəyişmək üçün hansı menyu əmrindən istifadə edilir?

18.Qovluğun işçi stolda yarlığını yaratmaq mümkündürmü?

19.Yarlığın işarəsini necə dəyişdirilmək olar?

20.Disk haqqında informasiyanı hansı qovluq vasitəsilə əldə edə bilərik?

21.Diskin formatlaşdırılması hansı qayda əsasında aparılır?

22.Kompüterin diskinin,qovluğunun və ya fayllarının şəbəkədə ümumi istifadəsini necə təmin etmək olar?

Ədəbiyyat:

Fərman Məmmədov “Windows XP sistemi”



II hissə : Dərslik-2008, Səhifə323-səhifə351



Quliyeva Səlimə



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə