Mühafizə vasitələrinin istifadə edilməsi və sınağı




Yüklə 83.88 Kb.
tarix10.04.2016
ölçüsü83.88 Kb.
Mühafizə vasitələrinin istifadə edilməsi və sınağı” kursunun

TESTLƏRİ



  1. Əsas mühafizə vasitələri hansılardır?

  1. Onlar elektrik qurğusunun işçi gərginliyinə hesablanırlar

  2. Onlarla gərginlik altında olan, cərəyan daşıyan hissələrə toxunmaq olar

  3. Onlar işçi gərginliyə uzun müddət davam gətirirlər

  4. 1,2,3 – də göstərilənlər

  5. 1,2 – də göstərilənlər

  1. Köməkçi mühafizə vasitələri hansılardır?

  1. Onlar sınaqdan keçmirlər

  2. Onlar əsas mühafizə vasitələrini tamamlayırlar

  3. Onlarla gərginlik altında olan hissələrə qısa müddətə toxunmaq olar

  4. Əsas mühafizə vasitələrindən istifadə edərkən, onlarsız keçinmək olar

  5. 1000V-a qədər gərginlikdə, cərəyan daşıyan hissələrə toxunmaq olar.

  1. 1000V-dan yuxarı gərginlikdə əsas mühafizə vasitələri hansılardar?

  1. Gərginlik göstəriciləri

  2. Ştanqlar

  3. Ölçü kəlbətinləri

  4. Dielektrik əlcəklər

  5. 1,2,3 – də göstərilənlər

  1. 1000V-dan yuxarı gərginlikdə köməkçi mühafizə vasitələri hansılardır?

  1. Dielektrik əlcəklər

  2. Montyor alətləri

  3. Əriyən qoruyucuları qoyub-çıxaran kəlbətinlər

  4. Gərginlik göstəriciləri

  5. Ştanqlar

  1. Mühafizə kəmərləri necə sınaqdan keçirilir?

  1. İldə 1 dəfə, 250 kq yüklə

  2. 6 ayda 1 dəfə, 225 kq yüklə

  3. İldə 1 dəfə, 175 kq yüklə

  4. 6 ayda 1 dəfə, 200 kq yüklə

  5. İldə 1 dəfə, 225 kq yüklə .

  1. Montyor caynaqları necə sınaqdan keçirilməlidir?

  1. İldə 1 dəfə, 135 kq yüklə

  2. İldə 1 dəfə, 225 kq yüklə

  3. 6 ayda 1 dəfə, 135 kq yüklə

  4. 6 ayda 1 dəfə, 225 kq yüklə

  5. 6 ayda 1 dəfə, 175 kq yüklə

  1. Aşağıdakılardan hansılar «xüsusi işlərə» aiddir?

  1. 5 metrdən yüksəklikdə görülən işlər

  2. Yüksək gərginliklə sınaq işləri

  3. Təzyiq altındakı avadanlığa xidmət işləri

  4. Gərginlik altında görülən işlər

  5. 1,2,3,4-də göstərilənlər

  1. Xüsusi işlərə «buraxma» icazə hansı sənədlərdə qeyd olunur?

  1. yoxlanması jurnalında, komissiyanın rəyində

  2. Biliyi yoxlananın vəsiqəsində

  3. Müəssisə üzrə verilən əmrdə

  4. 1,2-də göstərilənlər

  5. 1,3-də göstərilənlər

  1. Gərginlik altında olan avadanlıqlara buraxıla bilən məsafə nə qədərdir?

  1. 6-10 -35 kV-1 metr; 110 kV- 1 metr

  2. 6-10 -35 kV-0,6 metr; 110 kV- 1 metr

  3. 6-10 kV-0,6 metr; 35 kV-1 metr 110 kV- 2,5 metr

  4. 6-10 kV -0,6 metr; 35-110 kV- 1 metr

  5. 6-kV -0,6 metr; 10-35 kV- 1 metr; 110 kV- 1,5 metr.

  1. Briqada üzvülərinin qrupu neçə olmalıdır?

  1. II qrup

  2. Gərginlik altında işləyərkən III qrup

  3. Potensial altında işləyərkən IV qrup

  4. 1,2,3-də göstərilənlər

  5. 1,2-də göstərilənlə

  1. Briqadanın tərkibində I qrup neçə nəfər ola bilər?

  1. Hər bir I qrupa, bir nəfər III qr. olmalıdır

  2. I qrup işçilərin sayı 3 nəfəri kecməməlidir

  3. 5 nəfəri kecməməlidir

  4. 1,2-də göstərilənlər

  5. 2,3-də göstərilənlər

  1. Briqada üzvülərini kim təlimatlandırmalıdır?

  1. İşə buraxan

  2. İş icraçısı

  3. İş rəhbəri əlavə edə bilər

  4. 1,2,3-də göstərilənlər

  5. 1,2-də göstərilənlər

  1. Gərginliyin olmamasını kim yoxlaya bilər?

  1. Y/st-da: 1000 V-dan yuxarı qurgularda IV qr, 1000 V-dan aşagı III qr.

  2. Hx-də 1000 V-dan yuxarı qurgularda IV və III qr, 1000 V-dan aşagı III qr.

  3. Y/st-da 1000 V-dan yuxarı qurgularda IV və III qr,1000 V-dan aşagı III qr

  4. Hx-də 1000 V-dan yuxarı qurgularda IVqr. 1000 V-dan aşagı III qr

  5. 1,2-də göstərilənlər

  1. Ezamiyyə edilən heyyətin mütəxəsislərinə əsasən hansı hüquqlar verilir?

  1. İş rəhbəri

  2. İş icraçısı

  3. Briqada üzvüləri

  4. 1,2,3-də göstərilənlər

  5. 1,2-də göstərilənlər

  1. Ezamiyyəyə gələn işçilərlə hansı təlimatlar keçirilir?

  1. Giriş təlimatı

  2. İlkin təlimat

  3. Keçirilmir

  4. Növbəti və ya növbədənkənar təlimat

  5. 1,2-də göstərilənlər

  1. Hansı hallarda naryad yenidən yazılmalıdır?

  1. İşin rəhbəri dəyişərsə

  2. İş iraçısı dəyişərsə

  3. Briqadanın tərkibi 50%-dən çox dəyişərsə

  4. İşin yerinə yetirilmə şəraiti dəyişərsə və ya iş yeri genişləndirilərsə

  5. 1,2,3,4-də göstərilənlər

  1. İnsan həyatı üçün qorxulu gərginlik neçə voltdur?

  1. Quru yerlərdə 42 volt, nəmli yerlərdə 36 volt

  2. Quru yerlərdə 36 volt , nəmli yerlərdə 24 volt

  3. Quru yerlərdə 42 volt , nəmli yerlərdə 12 volt

  4. Quru yerlərdə 36 volt , nəmli yerlərdə 24 volt

  5. İş şəraitindən asılı olmayaraq 12 voltdan yuxarı

  1. Akkumulyator qurğularına xidmət edən heyət nələrlə təzhiz edilmədidir?

  1. Xüsusi paltarla

  2. Gərginliyə nəzarət etmək üçün voltmetrlə

  3. Elektrik sıxlığını ölçmək üçün aerometrlə

  4. Termometrlə

  5. 1,2,3,4-də göstərilənlər

  1. Operativ heyətə blokirovkanı işdən çıxarmağa icazə verilirmi?

  1. Verilmir

  2. Yuxarı operativ heyətin icazəsi ilə verilir

  3. Direktor təyin edir

  4. Sadə sxemlərdə icazə verilir

  5. Əməliyyatdə 3 nəfər iştirak edirsə, icazə verilir

  1. Elektrolit necə hazırlınır?

  1. Turşunu suya tökməklə

  2. Suyu turşuya tökməklə

  3. Turşu nazik şirnaqla suya tökülür və fasiləsiz şüşə çubuqla qarışdırılır.

  4. Su nazik şirnaqla turşuya tökülür və fasiləsiz şüşə çubuqla qarışdırılır.

  5. Fərqi yoxdur

  1. Sınaq sxemlərində istifadə olunan mis məftilin minimal en kəsiyi nə qədər olmalıdır?

1) 4 mm2

2) 10 mm2

3) 6 mm2

4) 8 mm2

5) 12 mm2


  1. APQ-də maşın və mexanizmlər hansı sürətlə hərəkət etməlidirlər ?

1) 15 km/saat

2)10 km/saat

3)20 km/saat

4)Baş mühəndis təyin edir



5)İş rəhbəri təyin edir

  1. Elektrik qaynaqçısının qrupu neçə olmalıdır?

  1. Baş mühəndis təyin edir

  2. IV qrup

  3. III qrup

  4. II qrup

  5. Tələb olunmur

  1. Hansı hallarda dielektrik əlcəklərdən isfifadə etmək qadagandır?

  1. Əgər sınaqdan keçməyibsə

  2. Sınaqdan keçmək barədə üstündə ştamp yoxdursa

  3. Əgər əlcəkdə deşik varsa, cırılıbsa

  4. 1,2,3-də göstərilənlər

  5. 1,2 -də göstərilənlər

  1. Müddəti keçmiş mühafizə vasitələrindən istifadə etmək olarmı?

  1. Olmaz

  2. Baş mühəndisin icazəsi ilə, olar

  3. İş rəhbərinin icazəsi ilə, olar

  4. Qəza hallarında, olar

  5. Xarici görkəmi normal isə olar

  1. İşlərin təhlükəsiz icra olunması üçün təşkilati tədbirlər hansılardır?

  1. Hava şəraitinin müəyyən edilməsi

  2. Alətlərin sazlığının yoxlanması

  3. İş yerinin hazırlanması və işə buraxma

  4. Mühafizə vasitələrinin yoxlanması

  5. Təlimatın verilməsi.

  1. Aşağıdakılardan hansı təşkilati tədbirlərə aiddir?

  1. Gərginliyin açılması

  2. Torpaqlanmanın qoyulması

  3. Kommutasiya aparatlar ilə gərginliyin çıxarılması

  4. İşin qurtarmasının rəsmiləşdirilməsi

  5. Gərginliyin olub olmamasının yoxlanılması.




  1. Əməyin mühəfizəsi və TTQ üzrə təlimatlar hansılardır?

  1. Giriş, ilkin (iş yerində), təkrar, növbədən kənar,cari

  2. Giriş, ilkin, təkrar, növbəli, cari

  3. Giriş, ilkin, təkrar, növbədən kənar, əlavə

  4. Gündəlik, ilkin, təkrar, növbədən kənar, əlavə

  5. Giriş, ilkin, gündəlik, növbəli, cari

  1. İlkin, təkrar və növbədənkanar təlimatları kimlər aparır?

  1. Kadrlar şöbəsinin rəisi

  2. Həmkarlar İttifaqı Komitəsinin sədri

  3. Baş mühəndis tərəfindən təyin edilmiş şəxs

  4. İnzibati-texniki rəhbər işçi (sex rəisi, sahə rəisi, laboratoriya rəhbəri, onların müavinləri)

  5. Əməyin mühafizəsi və TT mühəndisi

  1. Hansı aşağıda adı çəkilən mühafizə vasitələri 1000V-a qədər qurğularda əsas mühafizə vasitələrinə aiddir?

  1. Dielektrik əlcək, dielektrik botu, dielektrik kəlbətin, ştanqa

  2. Dielektrik xalça, dielektrik botu, dielektrik kəlbətin, ştanqa

  3. Dielektrik əlcək, dielektrik kəlbətin, montyor alətləri

  4. Dielektrik əlcək, dielektrik xalça, dielektrik botu, dielektrik kəlbətin

  5. Dielektrik botu, dielektrik xalça, dielektrik kəlbətin

  1. Montyor alətləri neçə müddətdən bir və hansı gərginlikdə sınaqdan keçməlidirlər?

  1. 6 ayda bir dəfə, 3 kV gərginlikdə

  2. İldə bir dəfə, 2,0 kV gərginlikdə

  3. 6 ayda bir dəfə, 6 kV gərginlikdə

  4. İldə bir dəfə, 3 kV gərginlikdə

  5. 2 ildə bir dəfə, 2,5 kV gərginlikdə

  1. Hansı aşağıda adı çəkilən mühafizə vasitələri 1000V-a qədər qurğularda əsas,1000V-da artıq qurğularda isə – köməkçi mühafizə vasitələri sayılır?

  1. Dielektrik xalça

  2. Ştanqa

  3. Dielektrik botu

  4. Dielektrik əlcək

  5. Dielektrik kəlbətin

  1. Zərər çəkmiş adama süni nəfəsvermə zamanı dəqiqədə neçə üfürmək lazımdır?

  1. 10 dəfə

  2. 12 dəfə

  3. 15 dəfə

  4. 17 dəfə

  5. 20 dəfə

  1. Ürəyin xaricdən massaj edilməsi zamanı döş qəfəsini dəqiqədə neçə dəfə sıxmaq lazımdır?

  1. 50-55 dəfə

  2. 60-70 dəfə

  3. 75-80 dəfə

  4. 85-90 dəfə

  5. 95-100

  1. İşçinin ayağında pəncədən yuxarı topuqdan, kəsik yaradan möhkəm qanaxma zamanı ilk yardım necə göstərilir?

  1. Yaradan yuxarı burmac bağlayıb, həkimə çatdırılmalı

  2. Dizdən yuxarı burmac bağlayıb, həkimə çatdırılmalı

  3. Yaraya möhkəm sarqı bağlayıb, həkimə çatdırılmalı

  4. Təcili həkimə çatdırılmalı

  5. Bud hissədə damarı barmaqla sıxıb, həkimə çatdırılmalı

  1. Əks-qəza məşqlərindən «qeyri-kafi» qiymət alanlara qarşı hansı cəza tədbirləri görülür?

  1. Aşağı vəzifəyə keçirilir

  2. Vəzifədən çıxarılır

  3. Onlarla fərdi məşqlər keçirilir

  4. Onların bilikləri növbədənkənar yoxlanır

  5. Onlarla növbədən kənar təlimat keçirilir

  1. Bilikləri yoxlanmadan işə buraxılan şəxslərin siyahısı necə rəsmiləşdirilir?

  1. Həmin siyahı obyektin rəhbəri tərəfindən təsdiq edilir

  2. Həmin siyahı obyektin baş mühəndisi tərəfindən təsdiq edilir

  3. Həmin siyahı obyektin rəhbərliyi tərəfindən təsdiq edilir

  4. Həmin siyahı obyektin Həmkarlar İttifaqı Komitəsi ilə razılaşdırmaq şərtilə obyektin rəhbəri tərəfindən təsdiq edilir

  5. Həmin siyahı obyektin Həmkarlar İttifaqı Komitəsi ilə razılaşdırmaq şərtilə baş mühəndisi tərəfindən təsdiq edilir.

  1. Naşatır spirtinin təyinatı və qəbuletmə üsulları necədir?

  1. Huşunu itirdikdə 2-3 damcı ilə pambığı yaş etməklə burnuna iylətmək

  2. Gözləri 2%-li məhlulla yumaq

  3. Qanaxmanın qarşısını almaq üçün yara yzərinə 2-3 damcı isladılmış tənzifi bağlamaq

  4. Yoluxmanın qarşısını almaq üçün yaranın yuyulması məhlülunun hazırlanmasında istifadə etmək

  5. Donmuş (şaxta vuran) yerlərə sürtmək.

  1. İçməli soda məhlulundan necə istifadə edilir?

  1. Əsəb sistemini sakitləşdirmək üçün bir xörək qaşığı içmək

  2. Elektrik qövsü yanığı zamanı gözləri yumaq

  3. Kiçik, açıq yarada yoluxmanın qarşısını almaq

  4. Turşu yanığı zamanı ağız və gözü yumaq

  5. Qələvi yanığı zamanı ağız və gözü yumaq

  1. Bor turşusundan məhlulundan harada və necə istifadə edilir?

  1. Dəridə I dərəcəli yanğının üstünə çəkilməsi üçün

  2. Dəridə donmuş yerlərə çəkilməsi üçün

  3. Elektrik qövsü zamanı gözün yuyulması üçün

  4. Turşu yanığı zamanı ağızın içinin və gözün yuyulması üçün

  5. Ürəkkeçmə vaxtı 2-3 damcı nəmlədilmiş pambıqla iyləmək üçün

  1. Elektrik cərəyanı vuran şəxs üçün bütün hallarda həkimi çağırmaq lazımdırmı?

  1. Lazımdır, əgər zərərçekən 15 dəqiqə ərzində özünə gəlməzsə

  2. Həmişə lazımdır

  3. Tələb olunmur, o halda ki, zərərçəkən bihuş olmayıb

  4. Lazımdır, əgər göstərilən ilk yardımın nəticəsi yoxdursa

  5. İxtisas qrupu V olan rəhbər-texniki işçinin qərarına görə.

  1. Briqadaya işə buraxıldıqdan sonra ona kim nəzarət edir?

  1. İş icraçısı

  2. İş rəhbəri

  3. Əməliyyatçı heyət

  4. Nəzarət edilmir

  5. İşə buraxan




  1. Qanaxmanı saxlamaq üçün hansı maksimal vaxta burqac (jqut) bağlanılır?

  1. Həkimin gəldiyi vaxta kimi

  2. Qanaxmanın dayandığı vaxta kimi

  3. 3-4 saat ərzində

  4. 1,5 saat ərzində

  5. 0,5-1 saat ərzində

  1. Gərginlik altına düşənə necə yardım etməli?

  1. Yaş torpaqda bastırmaqla

  2. Sünü nəfəs verməklə və ürəyin massaji ilə

  3. Üzünə soyuq su səpməklə

  4. Havaya çıxarmaqla

  5. Su içirtməklə

  1. İş vaxtı istehsalat zədələnmələrinin və bədbəxt hadisələrin qarşısının alınması üçün əsas tədbirlər hansılardır?

  1. İşin təhlükəsiz görülməsi üçün təşkilatı və texniki tədbirlər

  2. İş yerlərində profilaktik yoxlamalar

  3. Təhlükəsizlik texnikası gününün keçirilməsi

  4. Əks qəza məşqlərinin keçirilməsi

  5. Daimi nazarətin olması

  1. Yüksəklikdə işləyən işçilər tibbi müayinədən hansı müddətdə keçməlidir?

  1. 3 aydan bir

  2. 6 aydan bir

  3. 9 aydan bir

  4. 12 aydan bir

  5. 24 aydan bir

  1. Təmir işləri apararkən havanın temperaturu neçə °C-dən yuxarı olanda səyyar hava duş qurğusu nəzərdə tutullmalıdır?

  1. 25 °C-dən

  2. 15 °C-dən

  3. 33 °C-dən

  4. 10 °C-dən

  5. 30 °C-dən

  1. İlkin təlimat kim tərəfindən keçirilir?

  1. Baş mühəndis tərəfindən

  2. ƏM və TT üzrə mühəndis tərəfindən

  3. Müvafiq struktur bölməsinin rəhbəri tərəfindən

  4. Usta tərəfindən

  5. Növbətçi tərəfindən.

  1. Akkumulyator qurğusunun ventilyasiya sistemi necə olmalıdır?

  1. Havanın sorulması yuxarı hissədən olmalıdır

  2. Havanın sorulması aşağı hissədən olmalıdır

  3. Havanın sorulması yuxarı və aşağı hissədən olmalıdır

  4. Havanın sorulması orta hissədən olmalıdır

  5. Havanın sorulması tələb olunmur

  1. Növbəti təlimatlar kimin tərəfindən keçirilməlidir?

  1. Struktur bölmənin rəhbərliyi tərəfindən və onun təyinatı ilə müvafiq səlahiyyətlərə malik olan mühəndis-texniki işçi tərəfindən

  2. Struktur bölmənin rəhbəri tərəfindən

  3. ƏM və TT mühəndisi tərəfindən

  4. Usta tərəfindən

  5. Baş mühəndis tərəfindən.

  1. TT-sı günü müəssisə və təşkilatlarda nə vaxt keçirilir?

  1. Hər ayın əvvəli

  2. Ayın axırıncı günü

  3. Hər ayın 2-ci həftəsinin II günü

  4. Hər ayın ortası

  5. Hər ayın birinci həftəsi

  1. ƏM və TT-sı üzrə təlimatlara neçə ildə 1 dəfə baxılmalıdır?

  1. İldə bir dəfə

  2. 2 ildə bir dəfə

  3. 3 ildə bir dəfə

  4. 4 ildə bir dəfə

  5. 5 ildə bir dəfə

  1. «Vəzifə təlimatlarını» kim təsdiq edir və onlara neçə müddətdən bir yenidən baxılmalıdır?

  1. Direktor tərəfindən təsdiq edilir, 2 ildə bir dəfə yenidən baxılır

  2. Baş mühəndis təsdiq edir, 2 ildən bir yenidən baxılır

  3. Direktor təsdiq edir, 3 ildən bir yenidən baxılır

  4. Baş mühəndis təsdiq edir, 2 ildən bir yenidən baxılır

  5. «Vəzifə təlimatlarına» yenidən baxılmır.

  1. Əməyin Mühafizəsinə dair nomenklatur tədbirlər kim tərtib edir?

  1. Şəbəkə rayonunun rəisi

  2. Baş mühəndis

  3. Y/st-nın rəisi

  4. Baş mühəndisin müavini

  5. ƏM və TT-üzrə mühəndis

  1. Açıq çəkilmiş torpaqlayıcı naqillər hansı rənglə rənglənməlidir?

  1. Sarı



  2. Qırmızı

  3. Qara

  4. Rənglənmirlər.

  1. Elektrik qurğularının hansı hissələri torpaqlanmalı yaxud sıfırlanmalıdır?

  1. Eektrik qurğularının bütün hissələri;

  2. Acaq dayaqlar torpaqlanmalıdır;

  3. Torpaqlanmamalıdır;

  4. Elektrik qurğularının normal rejimdə gərginlik altında olan bütün metallik hissələri;

  5. Elektrik qurğularının izolyasiyası zədələndikdə gərginlik altına düşə bilən bütün metall hissələri.

  1. Turşulu butulkalar harada saxlanmalıdır?

  1. Döşəmədə (zəmbildə)

  2. Taxta ləmələrdə

  3. Dəmir ləmədə

  4. Parçaya bükülmüş vəziyyətdə

  5. Taxta qırıntıları olan qabın içində.

  1. Akkumulyator otağındakı ventilyasiya sistemi işə başlamazdan neçə saat əvvəl işə qoşulur?

  1. 2,0 saat

  2. 1,5 saat

  3. 1,0 saat

  4. 0,5 saat

  5. 0,15 saat.

  1. Akkumulyator otağında işlər nəyin əsasında aparılır?

  1. Sərəncam əsasında

  2. Naryad əsasında

  3. Rəhbərliyin tapşırığı əsasında

  4. Göstəriş əsasında

  5. Tərtib olunmuş qüsur aktı əsasında;

  1. Yüksəklikdə elektrik cərəyanından zədələnən şəxsin xilasedici tərəfindən görülən tətbirlərin hansı əsas sayılır?

  1. mümkün qədər tezliklə zədələnən şəxsi yüksəklikdən yerə endirmək

  2. mümkün qədər tezliklə zədələnən şəxsi yüksəklikdə ilk yardımı göstərmək

  3. üç xilasedicidən az olmamaq şərtilə ilk yardımın göstərilməsini təmin etmək

  4. mümkün qədər tezliklə zədələnən şəxsin yüksəklikdən yerə yıxılmaması üçün onu kəndir ilə bir əşyaya bağlamaq

  5. xəsarət alanın yerə düşən zaman zədələnməməsi üçün yer səthindən 1 metr hündürlukdə kətan yaxud bərk parçadan yelkən çəkmək

  1. Elektrik cərəyandan zədələnmə zamanı ilk yardım əməliyyatlarının aparılması qadağandır?

  1. onun gözünü açıb baxmaq;

  2. onun doş qəfəsinə qulaq qoyub ürəyin vurmasını saymaq;

  3. onun cərəyandan qabaqcadan azad olunmamış toxunmaq;

  4. təcili yardım gəlməsinə qədər ona dərman vermək;

  5. ona süni nəfəsvermə əməliyyatını aparmaq.

  1. İşlərin təhlükəsiz icra olunmasına aid olmayan təşkilatı tədbirləri göstərin:

  1. iş yerinin hazırlanmasına və işə buraxma icazəsinin verilməsi;

  2. digər iş yerinə keçirmək;

  3. işin icra yerlərində lövhələrin (plakatların) asılması ;

  4. işlənilən alətlərin sazlığının yoxlanması;

  5. 6 – bal küləyin sürətindən az olması.

  1. İşə buraxan şəxs hansı işlərin icrasına cavabdeh deyil?

  1. təhlükəsizlik tədbirlərinin düzgün və kifayət olmasına, onların naryadda göstərilən tədbirlər, işin və iş yerinin xarakterinə uyğun olmasına;

  2. işçi personalın vaxtında tibbi müayinədən keçməsinə;

  3. təlimatlandırmanın tam və keyfiyyətli olmasına;

  4. lazımı mühafizə vasitələri, alət və ləvazimatın müvcud və saz vəziyyətəd olmasına;

  5. işin texnoloji xüsusiyyətlərinin göstərilməsinə.

  1. Gərginliyin 1000 V-dan yüksək olan elektrik qurğularında işlərin aparılması üçün işə buraxan şəxsin elektrik təhlükəsizliyi üzrə hansı qrupu olmalıdır?

  1. I

  2. II

  3. III

  4. IV

  5. VI

  1. Gərginliyin 1000 V-a qədər elektrik qurğularında işlərin aparılması üçün işə buraxan şəxsin elektrik təhlükəsizliyi üzrə hansı qrupu olmalıdır?

  1. I

  2. II

  3. III

  4. IV

  5. V

  1. Elektrik qurğularında nəzarətçi aşağıdakılara cavabdeh deyil:

  1. iş yerində torpaqlanma, çəpərlənmə, təhlükəsizlik üzrə lövhə və nişanların, intiqalı bağlayıcı tərtibatının olmasına və saxlanmasına;

  2. briqada üzvlərinin elektrik cərəyanından zədələnmə təhlükəsizliyinə;

  3. briqada üzvlərinin tam və düzgün təlimatlandırılmasına ;

  4. hazırlanmış iş yerinin naryadı uyğun olmasına;

  5. işin texnoloji xassəsilə əlaqədar təhlükəsizliyə.

  1. Naryadı verən şəxs daha hansı vəzifəli şəxsləri əvəz edə bilər?

  1. baş mühəndis

  2. işlər rəhbərini

  3. iş icraçısını

  4. işə buraxanı

  5. operativ təmir briqadasının üzvünü

  1. Qaydalar hansı hallarda naryadın 3 nüsxədə yazılmasını tələb etmir:

1. naryadı faksla göndərildikdə;

2. naryadı internetlə göndərildikdə;

3.naryadı telefon vasitəsilə göndərildikdə;

4.naryadı radio vasitəsilə göndərildikdə;



5.iş icraçısının işə buraxan şəxsin vəzifəsini də eyni zamanda gördükdə;

  1. Bir iş rəhbərinə verilən naryadların sayını kim müəyyən edir?

  1. baş mühəndisi

  2. müəssisənin baş mühəndisin müavini

  3. direktorun müavini

  4. naryadı verən şəxs

  5. müəssisənin rəhbəri

  1. Naryadın hansı müddətə verilməsinə icazə verilir?

  1. işlərin başlanmasından 5 gündən artıq olmayan müddətə;

  2. işlərin başlanmasından 10 gündən artıq olmayan müddətə;

  3. işlərin başlanmasından 15 gündən artıq olmayan müddətə;

  4. işlərin başlanmasından 18 gündən artıq olmayan müddətə;

  5. işlərin başlanmasından 20 gündən artıq olmayan müddətə.

  1. Naryadın hansı müddətə uzadılmasına icazə verilir?

  1. uzadılma günündən 5 təqvim gününə;

  2. uzadılma günündən 10 təqvim gününə;

  3. uzadılma günündən 15 təqvim gününə;

  4. uzadılma günündən 18 təqvim gününə;

  5. uzadılma günündən 20 təqvim gününə.

  1. Tam işlərin qurtarılmasından sonra naryadın saxlanılma müddətini göstərin:

  1. 25 gün

  2. 30 gün

  3. 35 gün

  4. 45 gün

  5. 2 ay

  1. Elektrik təhlükəsizliyə görə I-ci qrupu olan şəxslərdən ibarət briqadanın ümumi tərkibi sayca neçə üzvdən çox ola bilməz ?

  1. 1 nəfərdən

  2. 2 nəfərdən

  3. 3 nəfərdən

  4. 4 nəfərdən

  5. məhdud olunmur

  1. Briqadaya elektrik təhlükəsizliyə görə III-cü qrupa olan hər bir üzvünə düşən I-ci qrupu olan üzvlərinin neçəsinin daxil edilməsinə icazə verilir?

  1. 1 nəfərdən

  2. 2 nəfərdən

  3. 3 nəfərdən

  4. 4 nəfərdən

  5. məhdud olunmur

  1. Növbətçinin təmir briqadasının tərkibinə daxil edilməsinə kim icazə verir?

  1. iş icraçısı

  2. sex rəisi

  3. baş mühəndis

  4. naryad verən şəxs

  5. ondan yüksək vəzifəli növbətçi

  1. Qaydalar təmir briqadasının tərkibinə növbətçi heyətin daxil edilməsin yol verir yoxsa yox?

  1. Verir;

  2. Vermir;

  3. baş mühəndisi razılığı ilə verilir;

  4. enerjisistemin dispetçerinin razılığı ilə verilir;

  5. baş mühəndisin sərəncamı və enerjisistemin dispetçerinin xəbərdar etməklə verilir.

  1. Briqada tərkibinin dəyişməsi hüququna malik olan şəxsi göstərin?

  1. baş mühəndis

  2. iş icraçısı

  3. işə buraxan şəxs

  4. briqada üzvləri

  5. naryad verən şəxs

  1. Qaydalarda iş yerini hazırlamaq və heyəti işə buraxmaq üçün icazə telefonla, radio vasitəsilə, qasidlə verilən bilərmi?

  1. Bilər;

  2. Bilməz;

  3. o vaxt verilə bilər ki, iş rəhbərinin icazəsi olmur;

  4. ancaq icazə enerjisistemin dispetçeri terəfindən verilsə;

  5. işə baş mühəndis rəhbərlik edirsə.

  1. Qoşduqda iş yerinə gərginlik verilməsi ehtimalı olan ayırıcıların, aralayıcıların və yük açarlarının intiqalında hansı yazılı lövhələr asılmalıdır?

  1. «Dayan! Gərginlik”»

  2. «Qoşma! Adamlar işləyir»”

  3. «Açmayın! Adamlar işləyir»”

  4. «Keçid qadağandır”»

  5. «Keçid buradadır”»

  1. Kamera, şkaf və panellərin iş yerilə həmsərhəd olan çəpərlərində hansı lövhə asılır:

  1. «Dayan! Gərginlik”»

  2. «Qoşma! Adamlar işləyir»”

  3. «Qalxma! Öldürər”»

  4. «Keçid qadağandır”»

  5. «Açmayın! Adamlar işləyir»”

  1. APQ-də iş yerində onunla həmsərhəd olan gərginlik altında sahələrə keçə biləcək konstruksiyalarda hansı lövhə asılmalıdır?

  1. «Qalxma! Öldürər”»

  2. «Burada işləməli”»

  3. «Dayan! Gərginlik»”

  4. «Keçid qadağandır”»

  5. «Qoşma! Adamlar işləyir»”

  1. Üstünə qalxmağa icazə verilən konstruksiya ilə həmsərhəd olan konstruksiyaların aşağı hissələrində hansı lövhə asılmalıdır?

  1. «Dayan! Gərginlik”»

  2. «Qalxma! Öldürər”»

  3. «Burada işləməli”»

  4. «Qoşma! Adamlar işləyir»”

  5. «Açmayın! Adamlar işləyir»”

  1. Ölçü ştanqla işləyən işçilərin sayı neçə nəfərdən az olmamalıdır?

  1. 2-dən

  2. 3-dən

  3. 4-dən

  4. 5-dən

  5. 6-dən

  1. Ölçü ştanqla işləyən işçilər elektrik təhlükəsizliyə görə hansı qrupa malik olmalıdırlar?

  1. işçilərin hamısı III-cü qrupa malik olmalıdırar

  2. bir nəfər III-cü, digəri II-ci

  3. bir nəfər IV-cü, digəri II-ci

  4. bir nəfər V-ci, digəri IV-cü

  5. bir nəfər IV-cü, digəri III-cü

  1. Aşağıdakı lövhələrdən hansıları qadağan edicidir?

1. «Dayan! Gərginlik»

2. «Qalxma! Öldürər»

3. «Qoşma! Adamlar işləyir»

4. «Keçid yoxdur»

5. «Keçid buradadır»


  1. Aşağıdakı lövhələrdən hansıları xəbərdaredicidir?

1. «Dayan! Gərginlik»

2. «Qoşma! Xətdə işlər aparılır»

3. «Torpaqlanıb»

4. «Keçid yoxdur»

5. «Açma! Adamlar işləyir»


  1. Əgər transformatorun yanğınsöndürmə qurğusu işə hazır deyilsə onu hansı hallarda istismara buraxmaq olar?

1. İcazə verilir əgər KYD üzvlərindən növbətçi təyin edilibsə.

2. Əgər transformatorun işə qoşulmasına yuxarı rəhbərlikdən göstəriş gəlibsə.

3. Müəssisənin rəhbəri məsuliyyəti şəxsən üzərinə götürürsə.

4. Qətiyyən buraxmaq olmaz.



5. Bəzi hallarda buraxmaq olar, belə ki, yanğınsöndürmə qurğusunun işdə olmaması transformatorun iş rejiminə təsir göstərmir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə