MÜƏLLİF… ayətullah quçANİ TƏRCÜMƏ edəN… haci arzu axiRƏt aləMİNƏ SƏyahət rəhman və RƏHİm allahin adi iLƏ




Yüklə 1.33 Mb.
səhifə9/16
tarix23.04.2016
ölçüsü1.33 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

XƏSTƏ GÖRƏNDƏ

Mən Hadiyə dedim… Peyğəmbər (s.ə.v.v) buyurub ki, xəstə görəndə astadan şükr edin ki, o eşitməsin və qəlbi ağrımasın, yanmasın.

Hadi dedi… O dünyaya aid hökm idi. “La ilahə illəllah” əhli zahirən möhtərəm idi. Amma burada cəza günüdür.

Ucadan təşəkkür etmək lazımdır ki, ilahi əzaba mübtəla olanların qəm-qüssələri artsın, bütün örtülülər tədricən zahir olsun. Elə bil, qaranlıqdan işığa, korluqdan görməyə, yuxudan oyaqlığa gedirik. Dünya qaranlıq və kədər içindədir.

“Həqiqətən, şübhəsiz, axirət evi əbədi həyatdır.”1

Birdən bəlalar artdı, yer şiddətlə silkələndi, hava tutuldu, zülmət çökdü, göydən dolu tək daş yağmağa başladı. Yolun iki tərəfində böyük fırtına qopdu. Fırtınaya düşənlər qorxunc sifətdə, təlaş içində yandırıcı palçıqdan qurtulan kimi göydən ələnən daşlar başlarına dəyir və yenidən mıx tək torpağa sancılırdılar.

Mən bu dəhşətli mənzərənin seyrindən fövqəl-adə heyrətdə yıxıldım. Bədənim əsirdi.

Hadidən soruşdum… Bura haradır, bu bədbəxtlər kimdirlər ki, bu qədər ağır əzaba düçar olublar?

Daşlar göydən elə şiddətlə yağırdı ki, Hadi başım üzərində dayanmış, qorxudan rəngi qaçmış, qüvvəsi sarsılmışdı.

Cavab verdi… Bu həmin şəhvət yeridir. Burada əzab çəkənlər livat (bir-biri ilə cinsi əlaqədə olan kişilər) əhlidir. Tələs, bunların arasından tezliklə çıxaq. Əgər bir kəs bir dəstə adamın hərəkətinə razı olsa, onların arasına daxil olsa və oradan çıxmasa, həmin adamlardan hesab olunacaq.

Dedi… İnsan şəhvətindən bu hala düşmüş yolun ortasındakı palçıq elə yapışqandır ki, ata sürətlə getməyə macal verməz.

Dedi… Çarə yoxdur. Qalxanı başına tut ki, sənə daş dəyməsin. Atına da bir-iki qırmanc çək, bəlkə, ilahi yardımla bu bəladan xilas olduq.

“Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəsiniz?”2

Bu bəla ərazisindən çıxıb, qurtulmağa iki fərsəxdən çox qalmamışdı. Mən qüvvəmi toplayıb, ata bir neçə şallaq çəkdim, üzəngiylə arxasına vurdum. At quyruğunu tərpədib, toza döndü, küləkdən iti yerindən uçdu.

Həmişə şahbaz tək başım üstə olan Hadi arxada qaldı.

“Allahınızın sizi bağışlaması üçün, göy və yer qədər geniş behiştə nail olmaq üçün bir-birinizi ötün.”3

Başım qatışmışdı. Qəfildən məlun qara, sarı div tək özünü yetirdi. At onun qiyafəsindən hürküb, məni yerə vurdu. Bütün əzalarım əzildi. Atın qabaq ayaqları yoldan çıxıb, bataqlığa düşdü. Çox zəhmətlə ayaqlarını oradan çıxara bildi.

Hadi yetişib, mənim əzilmiş başımı, əl-ayağımı sarıdı və məni atın üstünə bağladı. Atın cilovundan tutub çəkməyə başladı. Bir qədər gedəndən sonra bu bəlalı ərazidən çıxdıq. Dedim… Hadi, sən məndən uzaqlaşan kimi bu qara yaxınlaşıb mənə bir ziyan vurur.

Dedi… O yaxınlaşan zaman mən uzaqlaşıram. Onun yaxınlaşmağı isə sənin özündəndir.


VAY OLSUN TƏNƏ VURANLARA!

Şəhvət ərazisinin başqa bir məntəqəsinə daxil olduq. Buradakılar qarınqulular və can bəsləyənlər idilər. Sağ tərəfdə ulaq, inək, qoyun surətli canlılar vardı. Onlar öz halal malları ilə qarınqululuq etdiklərindən əzabda deyildilər. Sol tərəfdə donuz, ayı sifətində olanlar isə öz qarınqululuqlarında qorxmamış, halal-harama, özününkü-özgəsininkinə baxmamışdılar. Onların qarınları olduqca böyük, o biri əzaları isə arıq və gödək idi. Bu iki dəstə fərqli əzaba düçar olmuşdular.

“Onlar heyvan kimidirlər, bəlkə, daha çox azğındırlar. Qafil olanlar da məhz onlardırlar.”1

Biyabanda müsafirlərin dayanacağına çatdıq. Burada heç nə tapılmırdı. Müsafirlər yol çantalarında olanlardan istifadə edirdilər. Atdan yıxılanda yerə dəyib, əzilmişdim. Hadi torbadan dərman çıxardıb, bədənimə sürtdü. Ağrılarım keçdi, gümrahlaşdım.

Hadidən bu dərman haqqında soruşdum. Dedi… Dünyada ilahi nemətlər müqabilində oxuduğun həmdin batini idi.

Çünki həmd oxumaq dünyada ölümdən başqa bütün dərdlərin dərmanıdır. Axirətdə isə həmdin batini, nemətləri həqiqi xeyirxah tərəfindən bilmək, buna yəqinliyin olmasıdır. O, bütün dərdlərin davasıdır.

“Bəndəm Mənə təşəkkür və sitayiş etdi və ona verilən nemətlərin Mənim tərəfimdən olduğunu anladı. Ey mələklər! Mən sizi şahid tuturam ki, onun üçün dünya nemətlərinə əlavə olaraq axirət nemətləri də artırılacaqdır. Dünya bəlalarının qarşısını aldığımız kimi axirət bəlalarını da ondan dəf edəcəyik.”2

Sübh hərəkət etdik. Hadi dedi… Axır ki, bu gün şəhvət ərazisindən çıxırıq. Bu günkü şəhvət dil ilə bağlıdır. Bu günkü dil bəlaları heç də cinsiyyət üzvlərinin bəlalarından kiçik deyil. Bu ərazi quraqlıqdır, atla su aparmalıyıq. Özün imkan daxilində piyada gəl. Qalxanı da götür, bu gün mühüm bir gündür.

Soruşdum… Bu qalxan haradandır?

Dedi… Sənin oruc tutub, ac qalmağındandır. Sən oruc tutmaqla cinsiyyət üzvlərini şəhvətdən qorumusan. Oruc Cəhənnəm oduna qalxan və şəhvətlərin qırıcısıdır.

Yola düşdük. Cəhalət yenə peyda oldu. Dedim… Məlun, məndən uzaq ol!

Dedi… Sən məndən uzaq ol!

Ondan bir neçə addım uzaqlaşıb, Hadi ilə yanaşı yoluma davam etdim. Cəhalət yolun solu ilə gəlirdi. Yolun hər iki tərəfi müxtəlif vəhşilərlə–sarı və göy rəngli it, canavar, tülkü, meymun surətli canlılarla və bir-birləri ilə didişən, bir-birlərini gəmirən əqrəb, arı, siçovul surətli canlılarla dolu idi. Onların bəzilərinin ağzından, qulaqlarından od püskürürdü. Bəzi nöqtələrdə ilğım görünür, bu canlılar ona tərəf cumurdular. Amma məyus olub geri qayıdırdılar. Bəziləri ölü əti yeyir, bəzilərinin düşdüyü quyulardan kibrit tüstüsü, od şölələri qalxırdı. Hadidən soruşdum ki, bu quyular kimin üçündür?

Dedi… Möminləri məsxərəyə qoyanlar, ağız əyənlər, qaş-qabaq tökənlər üçündür.

“Vay olsun tənə vurub, eyb tutanlara!”1

Ölü əti yeyən qeybət edənlər, qulağından alov çıxanlar qeybətə qulaq asanlar, it, pişik, canavar kimi didişənlər bir-birlərinə qara yaxanlar, çöhrəsi saralanlar isə ikiüzlülər, xəbərçilər, yalançılardır.

Buranın havası şiddətli isti, yandırıcı idi. Saatda bir dəfə Hadidən su istəyirdim. O gah bir az su verir, gah da verməyib deyirdi… Qarşıda susuz yolumuz çox, ehtiyat suyumuz azdır. Qənaət et!

Dedim… Nə üçün suyu az götürdün?

Dedi… Sənin tutumun və istedadın bu qədər idi.

Dedim… Axı nə üçün mənim tutumum kiçik olsun?

Dedi… Özün kiçik saxlamısan, təqva və pəhrizkarlıq suyunu az vermisən, onu qurutmusan. Ona görə də mütləq qurtuluş hasil olmadı.

“Həqiqətən möminlər nicat tapmışlar. O kəslər ki, boş və lüzumsuz işlərdən uzaq oldular!”2

Sən lüzumsuz işlərdən o qədər də çəkinməmişdin və namazda xaşe, diqqətli deyildin.

“Zərrə qədər xeyir iş görən onun xeyrini, zərrə qədər pis iş görən onun zərərini görəcəkdir.”3

Qarşıya nəzər sal, nə görürsən?

Baxdım, üfüqə yaxın alov şölələri ilə yanaşı qara tüstü göyə qalxırdı. Meyvə ağacları ilə dolu bağlar od tutub yanırdı. Hadiyə dedim… Bu nədir?

Dedi… Bu bağlar bir möminin təsbih (“sübhanəllah” zikri) və təhlil (la ilahə illəllah) zikrlərindən yaranmışdı. İndi o möminin dilindən yalan, böhtan, boş sözlər çıxıb, od surətinə düşüb onun savablarını, bağlarını yandırır. Əgər bu ağacların sahibinin imanı möhkəm olsaydı, həmin pis əməllərə diqqətli olar, belə bir od göndərməzdi. Özü buraya gəlib çatanda hər şeyi anlayar, təəssüflənər, amma faydası olmaz. Ona görə də Allah-Taala peyğəmbərlərin bizə xəbər verdiyi maddi dünyada gizli qalan son nəticəyə əhəmiyyət verib və kitabının başlanğıcında təqva, pəhrizkarlığı, qeybə, axirətə iman kimi təfsir edib…

“Bu heç bir şübhə olmayan və müttəqilərə doğru yol göstərən kitabdıræ o kəslərə ki, qeybə inanırlar.”4

Yanan bağlara gəlib çatanda artıq hər şey külə dönmüşdü. Bərk külək başlayıb, külü göyə sovurdu. Hadi bu ayəni oxudu…

“Allahı inkar edənlərin əməlləri fırtınalı gündə küləyin sovurub apardığı külə bənzəyir.”5



1   ...   5   6   7   8   9   10   11   12   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə