MÜƏLLİF… ayətullah quçANİ TƏRCÜMƏ edəN… haci arzu axiRƏt aləMİNƏ SƏyahət rəhman və RƏHİm allahin adi iLƏ




Yüklə 1.33 Mb.
səhifə8/16
tarix23.04.2016
ölçüsü1.33 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

NÖVBƏTİ CÜMƏ AXŞAMI NƏ GÖRDÜM?

Hadi davam etdi… Döyüş vasitələrin azdır. Ailəni görməyə get. Ola bilsin ki, sənin xatirinə bir xeyir iş gördülər və bu müsafirətdə müdafiə vasitələrin artdı.

Dedim… Mən onlardan məyus olmuşam, çünki onlar özlərindən başqa bir şeyi düşünə bilmirlər. Qısası, dirilər ölüləri tez unudurlar, onlardan qəlbləri soyuyur. Ötən həftə hələ məni unutmamışdılar. Əməllərinin niyyəti özləri üçün olsa da, mənim adıma işlər görürdülər. İndi adım da yadlarından çıxıb, onlara heç bir ümidim yoxdur.

Dedi… Hər nə olur-olsun, tez dur yola düş. Çünki Peyğəmbər (s.ə.v.v) buyurub… “Yaxşılıq və xeyir işlərlə ölülərinizi yada salın.”

Çox vaxt getməyinlə xatırlanarsan. Ümid var ki, Allah sənin getməyini, onların səni yada salmaları üçün səbəb salsın. Onlardan ümidini üzmüsənsə də, Allahdan ümidini üzməməlisən.

Yaxşı deyiblər… döyməsən qapı arxasından səs gəlməz axı. Bu atalar sözü ona işarə edir ki, hər kəs dözümlə, möhkəm dayanarsa, öz məqsədinə çatar. “Allahın rəhmətindən naümid olmayın. Allah bütün günahları bağışlayandır.”1

Ailəmlə görüşə getdim. Gördüm mənim vaxtımda olan vəziyyət əksinə olub. Nə evdən bayıra çıxırlar, nə də kimsə onları yada salır. Güzəranları pisləşib, uşaqlar pərişan olublar. Onların halına qəlbim ağrıdı və dua etdim ki, Xudaya, onlara və mənə rəhm et. Ailəm də asudə zamanlarını yada salıb, mənə rəhmət oxudular. Hadinin yanına qayıtdım.

HURİYYƏ İLƏ GÖRÜŞ

Qəsrin qabağında daş-qaşla bəzədilmiş, qızıl yüyən-yəhərli bir at dayanmışdı. Hadidən soruşdum ki, bu at kimindir?

Gülümsünüb, dedi… Ailən sənin üçün göndərib. Bu, göndərilən rəhmətdir ki, at surətinə düşüb. Bu mənzillərdə, xüsusilə piyada getməyin məşəqqətli olduğu birinci mənzildə atla, süvari getmək çox yaxşıdır. Sənin də öz ailən haqqındakı duan qəbul olundu. Bundan sonra onlar rifah və asayişdə yaşayacaqlar. Görürsənmi, sənin getməyin hamı üçün xeyirli oldu. İnsanlar qəflət dünyasında çox vaxt bir-birləri ilə əlaqə saxlamağın üstünlüklərindən xəbərsiz olurlar. Ona görə də Peyğəmbər (s.ə.v.v) bu mövzuda təkid edib, buyurmuşdur… “Üç gün keçə və bir-birlərinin halını soruşmasalar, onların arasında iman qardaşlığı telləri qırılar.”

Bir hücrəyə daxil olduq. Çöhrəsinin nuru hücrəni işıqlandırmış, göz oxşayan bir huriyyə taxt üstə oturmuşdu.

Hadi dedi… Bu sənə əqd olunmuşdur. Bu gecə Vadiyüs-səlamdan sənin üçün gəlmişdir.

Hadi hücrədən çıxdı. Mən huriyyəyə yaxınlaşdım. O, ehtiram göstərib, ayağa qalxdı, əlimi öpdü.

Yanaşı əyləşdik. Dedim… Öz əsl-nəcabətini söylə və mənə necə əqd olunduğunu bəyan et.

Dedi… Cavanlıq vaxtı bir mədrəsədə cümə axşamı bir qadınla mütə etməyin (müvəqqəti evlənməyin) yadına gəlirmi?

Dedim… Bəli.

Dedi… Mənim xilqətim sənin qüsl suyunun damlalarındandır. Mən o qətrədən yaranmışların, bəlkə də üçüncü nüsxəsiyəm.

Dedim… Mən sizin danışığınızdan, şirindilliliyinizdən ləzzət alsam da, istilahatınızla tanış deyiləm. Fikrinizi izah edin.

Naz-qəmzəylə başını aşağı salıb, gülümsündü. İnci dişlərinin nurundan qəsrlər işıqlandı.

Dedi… Mən o qüslün damlalarından yaranmışam. Qalanları əbədi behiştdədirlər və çoxdurlar. O qədər camallı, kamallıdılar ki, onlara baxmağa gözünüzdə tab yoxdur. Yalnız oraya çatanda mümkün olar. Vadiyüs-səlamda onların (huriyyələrin) əbədi behişt nurundan olan şüasından huriyyələr inikas olur ki, hazırda onların camalını görməyə dözümünüz yoxdur. Mən ki, hazırda sizin xidmətinizdəyəm, onların camalının əksi, vücudlarının kiçilmiş mərtəbəsiyəm.

Dedim… İndillahın (Allaha yaxın məqamın) bütün bu xüsusi mərtəbə və məhbubluğunun mütə əməlinin hansı cəhətinə görə olduğunu bilirsənmi?

Dedi… Bu əməlin əsaslı xeyirləri vardır. Daimi izdivacın hüququnu ödəməyə hər adamın gücü çatmır. Əgər belə bir hökm olmasaydı, çoxları zina edər, xeyli fəsadlar törənərdi. Necə ki, Həzrət Əli (ə) buyurdu… “Əgər Ömər mütə əqdini qadağan etməsəydi, həqiqi zalımlardan, bədbəxtlərdən savayı kimsə zina etməzdi.” Bundan əlavə, bu işdə imanın iki əsası qorunmuşdur… biri təvəlla-Allah dostuyla dostluq, digəri təbərra-Allah düşməniylə düşmənlik. Əli və onun övladlarının vilayəti, düşmənlərdən bəraət (bizarlıq, nifrət) olmadan, hətta səqəleyn ibadətinə malik olanlar, gecələr oyaq qalıb, gündüzlər oruc tutanlar da qurtuluş üzü görməyəcəkdir. Necə ki, bu məzmunda qüdsi hədislərdə Həzrət Haqq buyurmuşdur və sən məndən də yaxşı bilirsən.

Dedim… Siz hansı mədrəsədə təhsil almısınız ki, ağzınızdan bal tökülür?

Dedi… Siz dünyada olduğunuzdan söz və adları öyrənmək sizə aiddir. Biz isə axirət aləmində doğulduğumuzdan məktəb və mədrəsəmiz yoxdur. Bizim biliklərimiz anadangəlmədir. Bu barədə Xacə Hafiz demişdir…

Nə məktəb oxumuş, nə yazı yazmış,

Hər sözü, sualı öyər nigarım.

Eləcə qəmzəylə hikməti duymuş,

Bil, yüz müdərrisə dəyər nigarım.
Amma mənim kimilərinin müəllimi Vadiyüs-səlam ustadlarıdır. Onların müəllimi isə əbədi behişt müəllimləridir. İkincilərin müəllimi əla Firdovs əhalisi, Firdovs əhalisinin müəllimi isə Haqq-Taaladır ki, Ondan başqa Allah yoxdur.

BAXIN ZİNAKARLARIN HALINA!


Hadi gəldi və bildirdi ki, hərəkət etməliyik. Qalxıb, ata mindim. Əsanı əlimə alıb, qalxanı çiynimə saldım. Hadi icazə sənədini mənə verdi və hərəkətə başladıq. Şəhərin hüdudlarından çıxan kimi palçıq və bataqlığa düşdük. Yolun hər iki tərəfi heyvanlarla, meymunlarla doluydu. Amma hamısı insan idi-nə bədənlərində tük vardı, nə quyruqları vardı. Boyları hündür idi. Çöhrələri meymun çöhrəsiydi. Fərclərindən (cinsiyyət üzvlərindən) çirk və qan qaynayıb tökülürdü.

Hadidən soruşdum… Bura haradır və iyrənclikləri insan qəlbini bulandıran, nəfəsi kəsən bu heyvanlar nədir?

Dedi… Bura şəhvət diyarı, gördüklərin isə zinakarlardır. Yoldan çıxma, ilişərsən.

Məni dəhşət bürüdü. Atın cilovundan bərk-bərk yapışdım ki, yoldan çıxmasın. Yol düz və hamar olsa da, o qədər palçıqlı idi ki, arabir at dizinədək batırdı. Fikirləşdim ki, nə yaxşı, bu mənzildə mənə at verilib. Allah ailəmə rəhmət etsin ki, onu mənim üçün göndərdilər. And olsun Allaha, doğru buyurublar ki, hər kəs evlənsə, dininin yarısını hifz edib.

“Onlar (arvadlarınız) sizin, siz də onların libasısınız.”1

Gördüm ki, bu heyvanlardan bəzisi dardan asılıb. Onların cinsiyyət üzvləri dəmir mıxlarla dar ağacına çalınıb.

Bəzilərini bundan əlavə, sim şallaqlarla vururlar. Onlar it kimi səs çıxarırdılar və onlara deyilirdi…

“Allah buyurar… Orada zəlil, məyus vəziyyətdə durub qalın və Mənə heç bir şey deməyin!”2

“Kaş günahkarları Allahın hüzurunda başlarını aşağı dikib “Pərvərdigara, gördük, eşitdik. İndi bizi dünyaya qaytar ki, yaxşı işlər görək. Biz tam yəqinliklə inandıq”-deyəndə görəydin.”3

Elə bu zaman qaraların gəlib çatdıqlarını gördüm. Bəziləri hücum çəkdilər ki, yoldan çıxaq. Bəzi süvariləri qorxudur, bəzilərini məcbur edib deyirdilər ki, yolun kənarı qurudur, yoldan kənara çıxın. Mən görürdüm ki, süvari qaralar yolun kənarı ilə gedir, yol quru olduğundan atlarının ayaq izləri də görünmürdü. Palçığın çoxluğundan adam istəyirdi yolun kənarına keçə. Amma Hadinin sözlərinə qulaq asır və atların cilovunu möhkəm tuturduq ki, yoldan çıxmayaq. Qaraların əli ilə yoldan çıxmış bəzi müsafirlər boğazadək bataqlığa qərq olurdular. Çölə çıxmaq olduqca çətin idi və əzab-əziyyətlə çıxa bilənlərin bədəni qara palçığa bələnmiş olurdu.

Bircə dəqiqədən sonra palçıq onların bədənlərinin ətini hərarətdən suya döndərir, yerə tökürdü. Aydın olurdu ki, bu təkcə palçıq deyil, qır və qətran kimidir. Mən qorxudan atın cilovunu tutmağa ehtiyat edirdim və deyirdim… “Əlhəmdu lillah”. Müsafirlərin də ucadan “Əlhəmdu lillah” deyib, Allaha təşəkkür etdiklərini eşidirdim.

1   ...   4   5   6   7   8   9   10   11   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə