MÜƏLLİF… ayətullah quçANİ TƏRCÜMƏ edəN… haci arzu axiRƏt aləMİNƏ SƏyahət rəhman və RƏHİm allahin adi iLƏ




Yüklə 1.33 Mb.
səhifə7/16
tarix23.04.2016
ölçüsü1.33 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   16

ALLAH TƏKƏBBÜRLÜLƏRİ ALÇALDIR

Qaralar bizə çatdılar və hər kəs öz qarası ilə yola düşdü. Bir-iki nəfər öz qarası ilə geridə qaldı, bir-ikisi qabağa düşdü. Bir sözlə, ayrıldıq. Mən də öz qaram ilə gedib bir dağın ətəyinə çatdım. Yol ağır, daş-kəsəkli idi. Dağ aşağı uzanan dərə isə dərin də olsa, hamar idi. Dərədə hava tutqun olduğundan, ürəyimdən keçdi ki, dağın yüksəkliyi ilə gedəm. Qara mənə çatıb, fikrimi təsdiq etdi. Dedi… Havanın tutqunluğundan savayı dərədə vəhşi heyvanlar, ilanlar da var. Dağın başından isə ətrafı seyr edə bilərsən.

Maddi dünyada, tələbəlik illərində yuxarıdan getmək, yanındakılardan üstün olmaq istərdik. İndi də dağ yuxarı getdik. Dağın zirvəsinə yol olmadığından çarəsiz qalıb, dağın arxasına üz tutuduq. Heç burada da rahat yol olmadı. İki-üç dəfə daşlar ayağımızın altından qaçdı və yıxıldıq. Bir neçə addım aşağı sürüşdük, az qaldıq ki, dərəyə düşək. Tikanlardan, daşlardan yapışıb özümüzü saxladıq. Əlimiz, ayağımız, kürəyimiz yaralandı. Burnum daşa dəyib sındı. Qarama dedim… Əcəb tamaşa, səyahət oldu! Kaş dərənin içi ilə gedərdik.

O mənə gülüb dedi… Dünyada təkəbbürlü olanı Allah alçaldar. Hər kəs üstünlük, ucalıq axtarsa, burnu torpağa sütülər.

“Öz cəzanı çək, çünki sən dünyada izzət, üstünlük tələbində idin!”3

Çətinliklə də olsa, bu tordan xilas oldum. Amma bədənim yaralandı, ürəyim dərdlə doldu. Bizdən qabaqda gedən biçarə sıldırımdan yıxılıb, dərəyə düşdü. Naləsi göyə ucaldı. Qarası arxasınca gülürdü. O, yerindəcə qaldı.

Çoxlu məşəqqət və çətinliklərdən sonra hamar yola çatdıq. Başqa bir müşkülüm olmadı. Yalnız yorğunluq, susuzluq, yaraların sızıltısı! Qaram dəfələrlə sübut gətirib, məni yoldan çıxartmaq istədi. Könlüm istəsə də, qulaq asmadım. Ona itaət etmədiyimi görüb, arxada qaldı.

QURAN ƏMRLƏRİ HƏR İKİ ALƏMƏ AİDDİR

Bu minvalla bir bağa çatdıq. Yolumuz bağdan keçirdi. Bir neçə nəfər hovuz kənarında oturmuşdu. Qarşılarında meyvələr var idi. Məni görüb ehtiram göstərdilər. İstədilər ki, oturub, meyvələrdən yeyəm. Dedilər… Biz dünyadan oruc halda köçmüşük. Bu bizə verilən iftardır. Sən özün iftar verdiyindən bu süfrədə sənin də haqqın var. Mən əyləşib, meyvələrdən yedim. Susuzluğum, ağrılarım ötüşdü. Soruşdular ki, bu yolda başına nələr gəldi? Dedim… Əlhəmdu lillah, çətinliklər ötüşdü, sizi görməklə aradan qalxdı. Amma neçə nəfər arxada qaldı. Onları qaraları saxladı. Mənim də qaram çox əlləşdi, qulaq asmadım. İndi arxada qalıb. Ümid edirəm ki, mənə çatmaz.

Dedilər… Sən düşündüyün kimi deyil. Onlar bizdən əl çəkməzlər. Məkr və yalanları ilə bizə əziyyət verərlər. Amma qarşıda ola bilsin ki, yolkəsənlər tək, bizimlə vuruşsunlar.

Dedim… Bəs biz silahsız, əliyalın onlarla necə vuruşacağıq? Əgər Darül-qürurda, maddi dünyada silah hazırlasaq, sonrakı mənzillərdə bizə çatdırılar.

“Düşmənləri qorxutmaq üçün bacardığınız qədər qüvvə, döyüş atları tədarük edin.”1

Dedim… Mən bu ayədən maddi dünya döyüşü üçün silah başa düşmüşəm.

Dedilər… Quran və onun ayələri bütün aləmlər, mənzillər, məqamlara göstərişdir. Onların cəmi, bütün mərtəbələrin məcmuəsidir. Bu kitab axırıncı asimani kitab, onu gətirən isə sonuncu peyğəmbər olduğundan bütün pərdə arxasında olanlar buyurulmuşdur. Necə deyərlər, “bundan o yana kənd yoxdur”.

Hamımız qalxıb, yolumuza davam etdik. Bol bəhrəli ağacların altından, şırıltılı çayların kənarından, ruh-reyhanlı nəsimdə şadlıqdan məmnun gedirdik. Elə bil Allahın cəmalı təcəlla etmişdi.



MƏHƏBBƏT ŞƏHƏRİNDƏ

Bir dayanacağa çatdıq. Hər birimiz qızıl, gümüş, bürünc kərpiclərdən tikilmiş ali qəsrlərin hücrələrində yerləşdik. Mənzillərdə hər şey öz qaydasında idi–onların təmizliyi, naxışları, genişliyi göz oxşayır, ağılı heyran edirdi. Xoş surətli, xoş libaslı, xidmət üçün ətrafda dövrə vuran xidmətçilər var idi.

“Onların dövrəsində həmişəcəvan oğlanlar olacaqdır. Onları gördükdə səpilmiş inci olduqlarını zənn edərsən. Hara baxsan nemət və böyük bir mülk görərsən.”1

Onların bizə xidmət etməsindən xəcalət çəkdim. Gözüm böyük bir güzgüyə sataşdı. Özümü onlardan çox-çox gözəl, cavan, dəyərli gördüm. Vüqar, yüksəklik hissi məni bürüdü, öz cəlalıma vuruldum.

Axşam düşdü. Ağacların budaqlarının başından asılmış min lampalı çıraqlar yandı. İşıq yarpaqlar arasında elə bərq vururdu ki, həddi-hüdudu yox idi. Bağlar, cah-cəlallı qəsrlər gündüzə nisbətən daha işıqlı idi. Təəccüb içində özümə dedim… Xudaya, bu qədər işığı yandıran necə mənbədir? Eşitdim kimsə ayə tilavət edir…

“Allah göylərin və yerin nurudur. Onun nuru, içində çıraq olan bir taxçaya bənzər. Taxçadakı o çıraq bir qəndilin içindədir, o qəndil isə sanki bir parlaq ulduzdur. O çıraq nə şərqə, nə də qərbə meyl edən mübarək bir zeytun ağacından yandırılır. Onun yağına od toxunmasa belə, az qalır ki, öz-özünə alışsın. O, nur üstündən nurdur.”2

Başa düşdüm ki, bu nur Mühəmməd ailəsi şəcərəsindəndir. Müsafirlərin dayanacağı olan bu şəhər məhəbbət şəhəri adlanırdı. Əhli-beyt (Peyğəmbər ailəsi) aşiqləri burada dayanardılar. Bu şəhərin sakinləri, müsafirlər cah-cəlallı qəsrlərdə bəşarət və sevinclə Haqqın zikr və həmdinə, Vəliyyi-mütləqə salam verməyə məşğul idilər. Onların səsi cazibəli və dilruba idi. Biz də əmniyyət və kamal halında sevinc duyurduq. Şəhər qapısının yuxarısında aydın xətlə yazılmışdı…

“Əli (ə) ilə dostluq elə bir savabdır ki, bu savab olarsa, heç bir günah zərər yetirməz.”



AZĞINLARIN ARXASINCA GETMƏSƏk

Baş yol aydın görünürdü. Yolun iki kənarında yaşıllıq, gül-çiçək, reyhanlar, çaylar vardı. Havanın ətirliliyi, fərəhliliyi vəsfə gəlmirdi. Şəhər ətrafından çıxanadək belə idi. Sanki şəhərin gözəllikləri bizi yola salırdılar.

Sonra yol çətinləşdi, kələ-kötürləşdi, dərənin ortasına endi. Dərə gah sağa, gah da sola burulurdu. Müsafirlərdən qarşıda gedən olmasaydı yolu azardıq. Çünki yol boyu sol tərəfə yollar ayrılırdı. Sol tərəfə burulan dolanbaclardan birində qaralar bizim yolumuza daxil oldular. Qara gözümə dəyəndə onunla görüşün qovğası az imiş kimi ayağım da daşa dəyib yaralandı. Ayağımın ağrısından çətinliklə yeriyirdim. Yoldakı müsafirlər qabağa düşüb uzaqlaşdılar və mən geridə qaldım. Qara yolun sol tərəfi ilə gedirdi. Gəlib, iki yol ayrıcına çatdıq. Burada sol tərəfə bir yol ayrılırdı. Hansı yolla getməli? Qara özünü mənə yetirdi və dedi… Niyə dayanmısan? (Sol tərəfə işarə etdi…) yol budur.

Özü o yolla bir neçə addım atdı və məni çağırdı. Mən qulaq asmayıb, o biri yolla getməyə başladım və oxudum… Qurtuluş və nicat azğınlara zidd olmaqdadır.

Qara nə qədər israr etdisə, onunla getmədim. Artıq bu sahədə təcrübəm vardı. Hər kəs imtahandan çıxmış adamı imtahana çəkərsə peşiman olar. Çox keçmədi ki, dərə qurtardı. Torpaq düzləşdi, çəmənzar oldu. Üçüncü mənzil bağlarının gəzintisi başlandı.

Vəslinin vədəsi yaxın gələcək,

Məhəbbət alovu şölələnəcək.

Verdiyi vədəyə görə Hadi burada məni gözləməli idi. Yerişimi sürətləndirdim. Cəhalət məndən məyus olub, geridə qaldı. Az sonra şəhər darvazasına çatdım. Ruhuma çevrilmiş Hadi ilə burada görüşdük. Salam verdim, görüşüb, qucaqlaşdıq. Vücuduma yeni həyat verildi. Mənim üçün hazırlanmış qəsrə daxil olduq. Burada bütün gözəlliklər toplanmışdı.

İstirahətdən, yeyib-içəndən sonra Hadi soruşdu… Bu üç mənzildə başına nələr gəldi?

Dedim… Əlhəmdu lillah, bütün xətərlər Cəhalət tərəfindən idi. Bunun da səbəbi özümdən idi ki, sənsiz olmuşdum (yetkinliyin ilk üç ilində). Mənimlə olsaydın bu çətinliklər törənməzdi. Xülasə, hər nə oldusa da salamatlıqla ötüşdü. Səni gördüm, dərdim sağaldı, qəmim dağıldı.

Dedi… Bura qədər səninlə olmadığım üçün o, yalan və hiylələrlə səni yoldan çıxarırdı, bundan sonra onun hiylələrini sənə göstərəcəyəm. O daha güclü vasitələrlə səni yoldan çıxarmaq istəyəcək. Bil ki, bundan sonra yoldan kənarda sonu fəlakətli, şiddətli əzablar olacaq. Çünki mənim vücudum vasitəsi ilə sənə hüccət tamamlanır (yəni bundan sonrakı səhvlər bilərəkdən olur).

Daha üzrlü səbəbin qalmır və bu mənzildə özünü müdafiə etmək üçün əsa və qalxandan başqa bir silahın olmayacaq.



1   2   3   4   5   6   7   8   9   10   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə