MÜƏLLİF… ayətullah quçANİ TƏRCÜMƏ edəN… haci arzu axiRƏt aləMİNƏ SƏyahət rəhman və RƏHİm allahin adi iLƏ




Yüklə 1.33 Mb.
səhifə5/16
tarix23.04.2016
ölçüsü1.33 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   16

ZİYARƏTLƏRİMİN MÜKAFATI

Ailədən gördüyüm vəfasızlığa görə az qaldım onlara qarğış edəm, amma... öz-özümə dedim ki, bir dərd onlara bəsdir, dərd dərd üstündən olmasın. Qəbrin çatından daxil oldum. Gördüm Hadi gəlib, alma dolu səbəti hücrənin ortasına qoyub. Soruşdum ki, bu haradandır?

Hadi dedi… Bir kəs buradan keçirdi, gəlib “Fatihə” oxudu. Allah rəhmət etsin, vaxtında gətirdi.

Gördüm Hadi özü hücrəni bəzəməklə məşğuldur, mis, qızıl və gümüş oturacaqlar düzəldir və tavandan günəş tək şəfəq saçan qəndil asır.

Dedim… Axı biz yol üstəyik, bu hücrəni nə üçün bu sayaq bəzəyirsən?

Dedi… Eşitmişəm ki, qəbirlərin ziyarətinə getdiyin İmam övladları və onların ataları, gecə namazında adını çəkdiyin, qəbirləri üstə “Fatihə” oxuduğun alimlər sənin axirətə gəlişindən xəbərdar olublar. Sənin haqqını ödəmək üçün görüşünə gələcəklər.

Dedim… Nə gözəl tovfiq və səadət! Ailə, qohumlarımdan üz vermiş qəm-qüssə unuduldu. Bundan min dəfələrlə xoş xəbər qazandım. Mən və bu qabiliyyət?! Mən və bu səadət?!

Dedim… Hadi, hücrə kiçikdir.

Dedi… Düzdür, kiçikdir, amma onların gəlişi ilə genişlənəcək.

Birdən onlar daxil oldular. Necə nurlu surətlər, nə cəlal və əzəmət! Hər kəs öz mərtəbəsində əyləşdi. Hamıdan irəli Əbülfəzl (ə) və Əli Əkbər (ə). Hər ikisi böyük bir taxtda oturdular. Lakin onlar döyüş paltarında idilər. Mən bir zərrə zəhmətsiz, inadsız, düşmənsiz aləmdə belə bir paltara təəccüb etdim.

Mən, Hadi və onlarla gələnlər ayaq üstə durub onların camal və cəlalında məhv olmuşduq. Nəzərimi cəlal sahiblərinə dikmişdim.

Əbülfəzl (ə.s) Hadidən soruşdu ki, atamdan keçid sənədi almısanmı? Ərz etdi, bəli. Bu ayəni buyurdu… “Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından kənara çıxa bilərsinizsə, çıxın. Siz yalnız (Allahın əta etdiyi) qüdrət və qüvvətlə çıxa bilərsiniz.”1

Sonra lütf edib mənə buyurdu… Vilayət sultanı atam, həmin sənəd isə sənin nicatındır. Müjdə olsun sənə, doğru yolu tutmaqda!

Mən şövq və təşəkkürdən torpağı öpdüm, ayağa qalxdım, belə bir görüşdən duyduğum sevincdən göz yaşlarım axdı. Yanımda durmuş Həbib ibni Məzahir pıçıltıyla dedi… Qarşıdakı yolun çətinliklərindən keçəcəyindən məyus olma. Çünki bu əzəmət sahibləri və onların məsum ataları səni unutmamışlar. Onların gəlişi atalarının işarəsi ilə olub. Onların şiələr və dostlara yardımı yalnız işin sonunda olacaq. İndiki görüş isə yalnız sənin arxayınlığın, şadlığın üçün idi. Zeynəb (ə.s) da sənə salam göndərdi. Buyurub ki, sənin qardaşımın ziyarətinə piyada getməyini, bu ziyarətin çətinliklərini, aclığını, susuzluğunu, yol boyu axıtdığın göz yaşlarını unutmarıq.

Dedim… Mənim və Allahın salamı, rəhməti və bərəkəti sənə və o Həzrətə olsun!

Soruşdum ki, burada ki döyüş yoxdur, bəs nə üçün ağalar döyüş paltarındadırlar?

Gördüm Həbibin rəngi dəyişdi, gözləri yaşla doldu və dedi… Kərbəlada bu iki nəfərin əzm və iradəsi elə bir həddə idi ki, təklikdə qoşun dəryasını tar-mar edib Cəhənnəmə vasil edə bilərdilər. İlahi təqdir, yazı səbəbindən mümkün olmadı ki, öz polad iradələrini göstərsinlər. O vaxt sinələrini qübar tutdu, sıxıldılar, indiyədək də belədirlər. Ona görə ricət dövrünü gözləyirlər ki, ürəklərinin qübarını dağıtsınlar. Döyüş paltarı kimi görünən həmin dərddir, amma sən onu hiss etmisən.

Birdən durub getdilər. Hadi ilə tək qaldıq. Hücrə əvvəlki tək kiçildi, daraldı. Hadiyə dedim ki, mən bir də ailə və övladlarımın yanına getmərəm. Çünki onların xeyirxahlığından əlimi üzmüşəm. Mənim adıma bir iş görsələr də, əməllərinin canı öz dünyaları üçündür. Mənə qəm artırmaqdan başqa bir nəticəsi yoxdur. Olanlarıma qənaət edər, çatdığım xətərlərdə bu əzəmətli şəxslərin mərhəmətini gözləyərəm, intizarı asan qəbul edərəm.

Hadi dedi… İndi sənin bir şeyə ehtiyacın qalmayıb. Yetkinliyin ilk üç ilinin məlumatlarına aid olan ilk üç mənzilin qorxusu yoxdur. Yetkinliyin başlanğıcı olan on beş yaşdan (zəif əql, güclü şəhvət, həvəslər səbəbindən vacib əmrlərə müxalifətdə, haramların tərkində) ağıl qüvvələrinin inkişaf və möhkəmlənmə zamanı olan on yeddi yaşadək cəza əhəmiyyətsizdir.

Həzrət Haqq əqli icad edərkən buyurdu… “Ey əql, sənə görə cəzalandırıram, sənə görə mükafat verirəm.”

Mükafat və cəza üçün ölçü əql oldu. Bu səbəbdən axirət dünyasının ilk üç mənzilində yetkinliyin başlanğıcındakı səhlənkarlıqlara görə elə bir xətər yoxdur. Əgər olsa da, tezliklə bitər. Demək, mənə elə bir ehtiyacın yoxdur. Mən əvvəlcədən dördüncü mənzilə gedib, orada səni gözləyəcəyəm. Sabah yükünü dalına alıb, üzü qibləyə olan əsas yolla hərəkət edərsən ki, mənə çatasan.

Dedim… Ey Hadi, sən özün bilirsən ki, sənin ayrılığın mənim üçün çətindir. Bu yol düz, geniş, xətərsiz olsa da, təklik və yoldan xəbərsizlik dərmansız bir dərddir.

Dedi… Bu üç mənzildə tək qalmağının çarəsi yoxdur. Axı dünyada da mən həmin üç ildə səninlə olmamışam, sonra səndə doğulmuşam, vücuda yetmişəm. Çünki mənim təbiətim illiyyindəndir ki, sənin inkişaf, hidayətinə sərf olunub. Bu qüsur da özündəndir.

“Məni yox, özünüzü danlayın.”1

Sonra uçub getdi və mən tək qaldım. Onun sözlərini fikirləşdim və gördüm ki, bütün dedikləri həqiqətdir. Yetkinliyin ilk üç ilində işlənən heyvani bir ağıldır. İnsani ağıl isə təklikdə bir şüa kimidir. Hikmət sahiblərinin təbirincə, demək olar ki, təkcə əql, ağlı qəbul etmək istedadı, əqlin toxumudur. Əlbəttə, Hadisiz olmuşam. Dediyim sözlərə, verdiyim vədələrə etinasız olmuşam, bivəfa olmuşam. Təkəbbür, eqoistlik məndə hakim olub. Xüsusilə, tələbəlikdə, elmin ilk mərhələsində bu barədə deyilib… Elm üç mərhələdir, əvvəli təkəbbür. Belə ki, nə Hadi olub, nə Əbül-vəfa, nə Əbu-turab. Tək olmuşam, tək də getməliyəm.

“Sən Allahın qanunlarında əsla dəyişiklik tapa bilməzsən!”1

Birini anladın, o biri də belədir. “Nə üçün”, “niyə” isə anlamazlıq dəlilidir.

ZƏHMLİ ƏBÜL-HÖVL

Qalxdım, torbamı dalıma atıb, yenidən yola düşdüm. Yol tər-təmiz, daşsız-kəsəksiz idi. Hava yaz havası tək, mən də qüvvəli və təravətli! Böyük şövqlə məhbubum gülüzlü, vəfalı Hadinin görüşünə tələsirdim. Günün yarısınadək sürətlə getdim. Hava yavaş-yavaş istiləşdi. Yorğunluq, susuzluq başladı. Yol da daraldı, tikanlı, kol-koslu oldu. Dağın ətəyi ilə yuxarı qalxırdım. Öz tənhalığımdan üşənirdim. Qəfildən arxaya çevrilib, kiminsə mənə tərəf gəldiyini gördüm. Əvvəlcə sevindim ki, əlhəmdulillah, tənha qalmadım.

Gəlib mənə çatanda gördüm ki, qara, uzun boylu, qalın dodaqlı, iri dişləri bayırda, enli burunlu, heybətli və üfunətli bir şəxsdir. Mənə salam verdi, amma “l” hərfini izhar etmədi. Eləcə də “sam əleykə”. “Sam əleykə” düşmənçilik bildirdiyindən mən şəkkə düşdüm. Eybəcər qiyafəsindən də ədavətli olduğu duyulurdu. O da ola bilərdi ki, “l” hərfinin tələffüzündə süstlük edib. Mən ehtiyat üçün “əleykə” deməklə kifayətləndim. Soruşdum… Məqsədiniz hara getməkdir?

Dedi… Səninləyəm.

Hansı ki, mənimlə olmasına razı deyildim. Ondan bərk qorxmuşdum. Soruşdum… Adın nədir?

Dedi… Səninlə bir doğulmuşam, adım cəhalətdir, ləqəbim pozğun, ayamam Əbül-hövl (qorxu, təlatüm atası)! İşim fitnə-fəsad törətməkdir.

Bu dəhşətli adların hər biri məni qorxutdu. Düşündüm ki, əcəb yoldaş tapdım, heyf deyildimi tənhalıq. Soruşdum… İki yol ayrıcına çatsaq, lazım olanını tanıyacaqsanmı?

Dedi… Bilmərəm.

Dedim… Mən susamışam, yaxınlıqda su varmı?

Dedi… Bilmərəm.

Dedim… Mənzilə çox qalıb, yoxsa az?

Dedi… Bilmərəm.

Dedim… Var olmaq bilməklə eynidir, nə üçün bilmirsən?

Dedi… Onu bilirəm ki, ömrünün əvvəlindən kölgə tək səninlə gəzmişəm və Allahın tovfiqi, köməyi olmasa, səndən ayrılası deyiləm.

Öz-özümə dedim… Deyəsən bu həmin şeytandır ki, vəsvəsələri, yoldan azdıran pıçıltıları ilə xətalar etmişdim. Xudaya, əcəb düşmənlə rastlaşdım, rəhm et!

Mən qabaqda gedirdim. O isə on addım aralı arxamca gəlirdi. Yol üzüyuxarı idi. Dağın başına çatdım, istirahət üçün oturdum. Cəhalət mənə çatıb dedi… Yorulmusan. İndi hər beş fərsəx (bir fərsəx altı kilometrdir) yolu sənin üçün bir fərsəx edərəm ki, mənzilə tez çatasan.

Dedim… Görünür, bu nadanlığınla yanaşı möcüzən də varmış.

Dedi… Gəl yolun ağlığına bax. Kaman tək qövs şəklindədir. Onun uzunluğu beş fərsəxdir. Bu qövsün vətəri (qövsün uc nöqtələrini birləşdirən parça) kamanın ipi yerindədir. Özün fikirləş ki, kamanın ipi onun özündən nə qədər qısadır. Həndəsəyə görə qövs çevrənin yarsından böyük olduqca vətər qısalır. Biz bu qövs şəklində olan yolun vətəri ilə kəsə getsək, baş yola qədər bir fərsəxdən artıq olmaz. Hansı ki, baş yol özü beş fərsəxdir. Ağıllı adam qısa yolu qoyub, uzunu seçməz.

Dedim… Baş yol gediş-gəlişin çoxluğuna görə baş yol olub. Bəs bu uzun yolu seçən adamlar dəlimi olublar? Aqillər deyiblər ki, yolu yolçular kimi ket.

Dedi… Necə də ağılsızsan! Axmaq şairi aqillərdən sayırsan və özünü ona tabe edirsən. Hansı ki, onun səhv etdiyini özün də görürsən. Sözsüz ki, o yolu seçmiş yolçuların malı, yükü, arvad-uşağı, nəqliyyatı və s. olub. Bu kəsə yolun, vətərin başlanğıcındakı çökəklik onlara mane olub. Amma mən və sən kimi yurdsuzlara bu faydalı yolu tərk etməyə nə mane ola bilər?

Mən axmaq onu xeyirxah bilib, dərə ilə enməyə başladım. Digər tərəfdən yuxarı qalxdıq. Dərə ilə bir az getməmişdik ki, daha dərin bir dərəyə, onun ardınca əvvəlkindən də dərininə düşdük. Hamısı tikanla, daş-kəsəklə, yırtıcılarla, sürünənlərlə dolu. Hava şiddətli isti, dil-dodaq qurumuş, yorğunluqdan ağız açılı, ayaqlar yaralı, ürək qorxudan lərzədə, bir yandan da düşmənin məsxərəsi! Cəhalət istehzayla mənə gülürdü.

1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə