MÜƏLLİF… ayətullah quçANİ TƏRCÜMƏ edəN… haci arzu axiRƏt aləMİNƏ SƏyahət rəhman və RƏHİm allahin adi iLƏ




Yüklə 1.33 Mb.
səhifə4/16
tarix23.04.2016
ölçüsü1.33 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   16

QƏFƏSDƏ SIXINTI

Hadi dedi… Mən gedirəm. Sən bir az istirahət etməlisən. Mən sənə tapşırılmış həmin ilahi əmanətəm. Quran qissələr və mənim əhvalatlarımla zəngindir. Əfsus ki, bu qədər Quran oxumaqla belə, yenə də mənə qarşı tanımamazlıq göstərirsiniz. Xudahafiz.

Elə ki, tək qaldım, öz halım və Hadinin bəyanları barədə dərin fikrə daldım. Gördüm ki, doğrudan da, maddi dünyada insanın halı, rəftarları bir yuxudur. Elə ki, ayılırıq, elə sanki yuxu aydın şəkildə yozulur. Zülqərneynin zülmətdəki kəlamı… “Hər kəs bu daşdan götürsə, işıqlığa çıxanda peşiman olacaq və hər kəs götürməsə, yenə də peşiman olacaqdır.” Buradakı kinayə insanın dünya və axirətdəki halına işarədir… hər kəs bir ölçüdə təəssüflənəcək. “Əfsus ki, Allahın dərgahında təqsir etdim.”3

Amma indiki peşimanlığın faydası yoxduræ artıq tövbə qapısı bağlanmışdır.

Bu fikir, qəm-qüssə və iztirabda ikən məni yuxu apardı. Çox keçməmiş biri xoş surətli, digəri isə bəd qiyafəli iki nəfərin birinin sağ, o birinin isə sol tərəfimdə oturduğunu hiss etdim.

Əzalarımı başdan-ayağadək ayrı-ayrı iyləyirdilər. Əllərindəki kağızda nə isə yazırdılar. Bir kiçik, bir böyük qutu gətirdilər. Onlara nəsə yığır və ağızlarını möhürləyirdilər. Qəlb, xəyal, göz, dil, qulaq kimi əzaları təkrar-təkrar qoxulayır və bir-birləri ilə pıçıldaşırdılar. İkinci, üçüncü dəfə qoxulayır, sonra nə isə yazır, qutulara yerləşdirirdilər.

Hərəkətsiz dayanmışdım ki, oyaq olduğumu hiss etməsinlər. Lakin mənim gəlir və çıxarlarımı təftişlərindəki ciddiyyətdən anladım ki, yaxşı və pis əməllərimi qeyd edirlər. Hiss etdim ki, həmin xoş surətli fərd mənim xeyirxahımdır. Bir-birləriylə pıçıltı və söhbətlərindən məlum olurdu ki, o, mənim tövbəmin, hansısa yaxşı əməlimin pis əməli sildiyini dəlil gətirib, bəzi pis əməllərimi qeyd etməyə qoymurdu. Axı ikisi də misi qızıla çevirir. Bu cəhətinə görə onu sevdim.

İşlərini qurtarıb yazdıqlarını lülə şəklində burub, boynumdan asdılar. Ağzı bağlı qutuları bir kisəyə yerləşdirib, başımın üzərində qoydular, Sonra bədənimin ölçüsündə yeddi ərintidən hazırlanmış qəfəs gətirib, məni onda yerləşdirdilər. Onun yivlərini, yaylarını sıxdılar, bərkitdilər. Yavaş-yavaş qəfəs daraldı. Elə bir həddə çatdı ki, məni sıxdı, nəfəsim kəsildi, səsimi çıxara bilmədim. Onlar, qəfəs bədənimin formasını alanadək yivləri sıxdılar. Qəfəs kiçik samavar təndirdi tək daraldı. Bütün sümüklərim qırılıb, xırdalaşdı. Bədənimdən qara neft tək yağ çıxırdı. Huşum başımdan çıxdı, heç nə dərk etmədim.



HADİNİN İZAHLARI

Bir müddət sonra ayıldım. Hadi başımı dizləri üstə almışdı. Dedim… Hadi, bağışla, ayağa durmağa halım yoxdur. Bu ədəbsizliyə görə üzr istəyirəm. Əzalarım qırılıb, rahat nəfəs ala bilmirəm.

Sözüm qırıq-qırıq, səsim zəif, göz yaşlarım cari idi. Elə bil, Hadinin ayrılığından gileyli idim ki, o olmayanda ilk sıxıntını gördüm.

Hadi təsəlli üçün dedi… Gördüyün çətinliklər bu aləmin ilk mənzilinin zərurətlərindəndir. Hamı buna mübtəla olur və təkcə sənə aid deyil. El ilə gələn bəla bayramdır. Hər nə oldu, keçdi.

Ümid var, bundan sonra sənin üçün belə çətinliklər qarşıya çıxmasın. Həm də ki, bu aləmin bütün çətinlikləri sizin özünüzdəndir. Yeddi ərintidən hazırlandığını güman etdiyin qəfəsin tərkibi insanın pis əxlaqındandır. Bu əxlaq öz qəzəb dişiylə ətrafdakıları əridib, maddi dünyada insan ruhunu bürüyüb. Bu dünyada da qəfəs şəklində zahir olub. İnsanın pis əxlaqının əsli üç şey olduğundan qəfəs min ərintidən də ola bilər…

Birincisi, tamah, özünü sevmək, özünü bəyənmək, paxıllıqdır ki, insanı behiştdən çıxardı.

İkincisi, şeytanı Allah dərgahından qovulmuşlardan etdi.

Üçüncüsü, Qabili Cəhənnəmə apardı.

Lakin bu üç rəzil xasiyyət min qol budaq atır. İnsan üçün az-çoxluğunun xeyli fərqi vardır.

Hadi şirin söhbət əsnasında əlini mənim əzalarıma çəkir, bununla da əzilmiş əzalar düzəlir, dərdlər şəfa tapırdı. Onun mehribançılığından vücuduma qüvvət, yeni bir həyat üfürülürdü.

Çöhrəm, əzalarım bulanıqlıq və küdurətdən paklanmışdı, şəffaflıq, işıq almışdı. Anladım ki, həmin sıxıntılar insanın paklanması üçündür. Bulanıqlıq, küdurət, şər bu sıxıntılar vasitəsi ilə çıxarılırmış. Qara neftə oxşarı yada salın. İmamların (ə) təbirincə, ana südü burundan gələr. Amma südün əsli heyz qanıdır və bu qan qara və murdarlar qismindəndir. Qara, çirkin görünməsi uyğun gəlir.

Hadi dedi… Kisəni aç, görüm nə var.

Ağzı bağlı qutuları gördüm. Bəzisinin üstündə “filan mənzilin ehtiyatı”, bəzisində “filan mənzilin xətər və çətinliyi” yazılmışdı.

Müəyyən mənzillərə aid qovluqlar yerində açılmalı və məqsədi bilinməli idi.

Soruşdum… Bu qutu nədir? Dedi… Çirkin və gözəl əməllərinin baş verdiyi ömür saatları, günləri, gecələridir. O vaxtlar ötdükdən sonra sədəf tək ağzı çırtladı və əməlləri mıncıq tək boynunda saxladı. İndi isə ağzı bağlı qutu surətində gəlib.

Dedim… Boynumdan asılan nədir?

Dedi… Əməl naməndir. İşin sonunda, hesab günü xərcin, gəlirin hesabı təsnif olunacaq. Bu dünyada hələ ki, gərəyin deyil.

“Biz hər insanın əməl naməsini boynundan asar və Qiyamət günü bu namə açıq şəkildə qarşısına qoyular.”1



CÜMƏ AXŞAMI AİLƏ İLƏ GÖRÜŞ

Hadi dedi… Sənin səfər ehtiyatını az görürəm. Bir neçə cümə burada dayanmalısan. Ola bilsin ki, qürur evindən (dünyadan) dostların bir şey göndərsinlər. Peyğəmbər (s.ə.v.v) buyurmuşdur… “Səfərdə ehtiyat nə qədər çox olarsa, bir o qədər yaxşıdır.” Mən sənin üçün dünya soltanından sənəd, icazə gətirmək üçün getməliyəm. Həftə arası bir xəbər olmasa, cümə axşamı ailənin yanına get, bəlkə, rəhmət, bağışlanmaq tələbinlə səni yada salsınlar.

Hadi getdi və mən gözləməyə başladım. Amma yerim yaxşı idi. Otaq əlvan, gözəl naxışlı xalçalarla döşənmişdi. Cümə axşamı yetişdi, amma bir xəbər olmadı. Hadinin sifarişinə əsasən quş tək mənzilimə getdim. Bir ağacın budağına qondum və bir yerə yığışmış arvadım, övladlarım, yaxın dostlarımın söhbətlərinə qulaq asmağa başladım. Mənim üçün xeyir istəyirdilər. Aş, plov süfrəsi açmışdılar. Rovzəxanları vardı, “Fatihə” oxuyurdular. Amma mən gördüm ki, onların işlərinin mənim halıma faydası yoxdur. Çünki onların əməlləri öz abırlarına, adlarına görə idi. Buna görə də doyurmaq üçün bir dənə də ac adam dəvət etməmişdilər. Çağrılmış adamların da məqsədi mənim üçün rəhmət diləmək, Hüseyn ibni Əliyə (ə) ağlamaq deyil, yalnız yemək və başqa şəxsi məqsədlər idi! Onlara olunan xidmətdə qüsur tapılsaydı ölünü də, dirini də söyərdilər. Əgər ailəm və qohumlarım ağlayırdılarsa, fəqət özləri üçün ağlıyırdılar ki, niyə qəyyumsuz, başsız qalıblar, bundan sonra onların yaşayış xərcini kim ödəyəcək. Dünya fikrinə elə qərq olublar ki, nə mənim ölməyimi, nə də öz axirətlərini yada salırlar. Guya bu kasa təkcə mənim başımda sınıb və onlar üçün olmayacaq. Guya, Allah (nəuzu billah) mənim ölümümlə onlara zülm edib ki, bu işlər meydana çıxıb.

Mən ümidsiz halda qəbiristana, öz mənzilimə qayıtdım.



1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə