MÜƏLLİF… ayətullah quçANİ TƏRCÜMƏ edəN… haci arzu axiRƏt aləMİNƏ SƏyahət rəhman və RƏHİm allahin adi iLƏ




Yüklə 1.33 Mb.
səhifə3/16
tarix23.04.2016
ölçüsü1.33 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   16

PEYĞƏMBƏRİN KİMDİR?

Bu sualda qəlbimin döyüntüsü daha da azaldı, dilim daha da açıldı, səsim daha da ucaldı. Cavab verdim… Mənim Peyğəmbərim Allahın insanlara göndərdiyi elçidir. O, Həzrət Mühəmməd ibni Əbdüllah, peyğəmbərlərin sonuncusu və ağasıdır.

Bu zaman onların narahatlığı və qəzəbi tamamilə yox oldu.

Çöhrələri işıqlandı. Mənim də qorxu və dəhşətim yox oldu.

Sonra kitab, qiblə, İmam və Allah Rəsulunun xəlifəsindən sual verdilər. Mən cavab verdim…

Kitabım mehriban Allah tərəfindən alim və böyük Peyğəmbərə nazil olmuş Qurani Kərimdir. Qibləm Məscidül-həramdır. Allah-Taala buyurub… “Harada olsan, ibadət zamanı üzünü Məscidül-hərama tut.” Həzrət İbrahim buyurdu… “Üzümü O Allaha tərəf tuturam ki, yer və göy Onun əmri ilə hərəkətdədir, dinim var, şirkdən uzağam.”

İmamlarım Peyğəmbərin on iki haqq canişinidir ki, birincisi Həzrət Əliyyibni Əbi Talib, sonuncusu Həzrət Bəqiyyətullahdır. Hər biri vacibə alim, günah və xətadan pakdırlar.

Onlar dünyada əməllərimizə şahid, axirətdə şəfaətçi, Allahın bağışlamasına vasitədirlər...

O böyük şəxslərin adlarını, əslini-kökünü adbaad saydım. Dedilər… Təfsil lazım deyil, hər kəlmənin cavabı bir kəlmədir. Dedim… Sizin üçün bundan da müfəssəl lazımdır, çünki bizim haqqımızda əvvəldən bədgüman olmusunuz. Həkimin buyurduğuna etiraz caiz omasa da bizim yaranışımıza etiraz etmisiniz. Etirazınızı anlayandan sizdən küskün olmuşam. Hətta əhd etmişəm ki, əgər macalım olsa, sizdən bunun səbəbini soruşam, heyf ki, bu vəziyyətdə macalım yoxdur.

Susdum və nə sual verəcəklərini gözlədim. Bir sual vermədilər, yalnız soruşdular…



BU CAVABLARI HARADAN ÖYRƏNDİN?

Soruşdular… bu cavabları haradan deyirsən və haradan öyrənmisən?

Mən dərin fikrə getdim. Görən qəflət, cəhalət, xəta dünyasında tərtib etdiyimiz dəlil-sübutlarda maddə, surət, şəraitlə bağlı səhvlər olmayıb ki? Haradan məlumdur ki, xəyalım azmayıb, dəlillər məntiqi ölçülərə uyğundur, bu ölçülər özü həqiqidir? Bu ölçüləri yaradan Ərəstu özü xəta etməyib ki? Mümkündür ki, yalnız o biri aləmdə səhvlərimizdən xəbərdar olaq.

Tutaq ki, bu dəlillər həqiqidir. Axı bu dəlillərə yalnız və yalnız korluq, nadanlıq evi olan bu dünyada ehtiyac duyulur. Bu dəlillər əl ağacı, əsa kimidir. Əsaya kor və ya qaranlığa düşmüş insan möhtacdır. Amma düşdüyüm aləm həqiqətdir. Bu aləm o qədər işıqlı, gözlər o qədər itidir ki, əsaya yer yoxdur. Bəs bu şəxslər məndən nə istəyirdilər? Xudaya, mən bu dünyanın təzə doğulmuşuyam, bura əhlinin dilini öyrənməmişəm. And verirəm Əliyyibni Əbu Talibin haqqına, kömək et!

Mən bu fikir və yalvarışda idim ki, qəfildən onların nərəsi ildırım tək guruldadı… Söylə, dediklərini haradan dedin!

Onlara nəzər saldım. O qədər qəzəbli surətləri vardı ki, gözlər görməsin! Gözlər çevrilmiş, alov dili tək qırmızı, çöhrələr qara, tutqun, ağızlar dəvə ağzı tək açılmış, dişlər yekə və sarı, gürzlər vurmağa hazır, mən isə qorxu və iztirabın şiddətindən bihuş!

Bu halda elə bil ilham aldım və gözlərim qorxudan qapalı, zəif səslə cavab verdim… Bu bir mətləbdir ki, Allah məni buna hidayət, sövq edib.

Dedilər… Yat, toy otağında bir bəy yuxusu ilə yat!

Getdilər. Mən də ya yuxuya getdim, ya da bihuş oldum. Amma hiss edirdim ki, həmin iztirablardan qurtulmuşam.

QƏBİRDƏ İLK YUXUDAN SONRA

Az sonra ayılıb gözümü açanda özümü xalılarla döşənmiş bir otaqda gördüm. Xoş üzlü, xoş saçlı, xoş ətirli bir cavan başımı dizi üstünə alıb, oyanmağımı gözləyirdi. Mən ədəb və təvazö üçün qalxıb, salam verdim. O da gülümsünüb qalxdı, salamımı aldı. Görüş və mehribanlıqdan sonra dedi… Əyləş, mən nə peyğəmbər, nə İmam, nə də mələyəm, sənin dostun və rəfiqinəm.

Dedim… Adın nədir? Əslini-nəslini mənə de. Nə yaxşı ki, mənə rəfiq olmusan, kaş daim səninlə olaydım.

Dedi… Adım Hadidir, yəni yol göstərən. Bir ləqəbim Əbül-vəfa, o biri Əbuturabdır. Axırıncı sualın cavabını sənin dilinə gətirən mən idim. Sən cavab verib, qurtuldun. Əgər cavab verə bilməsəydin, əmudla elə vuracaqdılar ki, vücudundan od şölələnəcəkdi.

Dedim… Həzrət-Alinin mərhəmətindən məmnunam ki, sizin azad etdiyiniz kəsəm. Amma onların sonuncu sualı nəzərimə faydasız və bəhanə göründü. Axı İslami əqidələri düzgün cavab verdim və gerçək işləri izhar edən şəxsə “nə üçün, niyə” nə lazım? Əgər biri o birinin ovcuna od qoyursa, o da “əlim yandı” deyirsə “nə üçün əlinin yandığını izhar edirsən”, deyə soruşmaq olmaz. Əgər biri cahillikdən soruşursa, cavabı budur ki, məgər korsanmı, görmürsənmi od ovcumdadır? Onların sonuncu sualı bu qəbildən idi.

O dedi… Yox, belə deyil. Təkcə sözün həqiqətlə uyğunluğu insanın halına faydalı deyil. İnsaf və qəlbi əqidə lazımdır ki, əməlin yerinə yetməsi üçün şövqə gələsən. Necə ki, buyurulmuşdur…

“Biz iman gətirdik, deməyin... Biz İslamı qəbul etdik, deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır.”1

Məgər əvvəlinci gündə “Mən sizin Pərvərdigarınız deyiləmmi”-sualının cavabında hamı “bəli” demədimi? Həqiqətin eynini, Həzrət-Haqqın rübubiyyət və mənəviyyatını təsdiq etmədilərmi?

Dedim… Bəli, elədir.

Dedi… Maddi dünyada insanlar vəzifələrlə imtahan olunurlar. Əvvəl gündə bu iqrar sırf dillə olub. Bəziləri bu vəzifələrdən boyun qaçırıb, imtahandan xalis, saf çıxmırlar. İndi də bu dünyanın ilk mənzilində həm möminlər, həm də münafiqlər suallara doğru və həqiqətə uyğun cavab verirlər. Həmin sual axırıncı imtahandır. Qəlbi əqidə olarsa, cavab verirlər və qurtuluş əldə olunar. Əgər qəlbi iman olmazsa, cavab verərlər ki, biz camaatdan təqlidlə bu əqidəyə yetişdik. Qəlbi rabitə, bağlılıq olmazsa, fayda verməz.

Məsumların (ə) xəbərlərində də bu barədə buyurulduğunu özün bilirsən.

Dedim… İndi yadıma düşdü ki, bu barədə xəbərlərdə varid olmuşdur. Lakin dəhşət və vəhşət sual zamanı bu mətləbi yadımdan çıxardı və sən yadıma saldın. Allah məni sənsiz qoymasın. İndi məni haradan tanıdığını de, axı mənim səninlə tanışlığım yox idi. İndi görürəm ki, sənə olan ifrat eşqdən səndən uzaqlığı özümə həlakət görürəm.

Dedi… Mən əvvəldən səninlə olmuşam, mehr-məhəbbət bəsləmişəm. Lakin sən məni hiss etmirdin. Çünki maddi dünyada sənin gözlərin bu qədər görmürdü.

Mən sənin Əliyyibni Əbu Talib və Peyğəmbər Əhli-beytinə olan məhəbbət və əlaqənin nəticəsiyəm. Onların səndəki hidayətinin təzahürüyəm (qabiliyyətincə). Bu səbəbdən adım Hadidir. Əlbəttə, sənin üçün. O isə bütün pərhizkarların, təqvalıların Hadisidir.

“Bu kitabda heç bir şəkk yoxdur və o, bütün təqvalıların rəhbəridir.”2

Mən sənin həmin qırılmaz ipə (“Ürvətül-vüsqa”ya) can atmağın, sığınmağınam.

“Hər kəs tağutu inkar edib, Allaha iman gətirsə, bir ipdən yapışmışdır ki, qırılası deyildir.”3

Sən özünü həvəslərlə məndən uzaqlaşdırmasan, mən də səndən ayrılası deyiləm. Ləqəblərimin Əbül-vəfa, Əbuturab olmasının səbəbi verdiyin vədələrə vəfa göstərməyindir. Sənin təvazön möminlərə məxsusdur.

Qısası, mən sənin qəlb beşiyində Əlidən doğulmuşam.

Mənim qüvvə və istedadım, yararlı olub-olmamağım, varlığım və ya yoxluğum səndən asılı, sənin əlində, sənin ixtiyarında olub.

Günah zamanı səndən qaçmış, tövbədən sonra yaxınlaşmışam.

Ona görə dedim ki, bu dünya müsafirətində özündən təqsir, qüsur olmasa, səndən ayrılmayacağam.

“Allah Öz bəndələrinə zülm etməz.”1

“Bəndələrdir ki, özlərinə zülm edirlər.”2



1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə