MÜƏLLİF… ayətullah quçANİ TƏRCÜMƏ edəN… haci arzu axiRƏt aləMİNƏ SƏyahət rəhman və RƏHİm allahin adi iLƏ




Yüklə 1.33 Mb.
səhifə16/16
tarix23.04.2016
ölçüsü1.33 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   16

MƏLAİKƏLƏRLƏ SÖHBƏT

Bizi köhnə libaslarda, baş-ayaq yalın, toz-torpağa bulaşmış, zəlil (xüsusilə bütün bu od-alov gorundan çıxmış Məni) görüb, bizə qarşı yuxarıdan baxmaları zirvəyə çatdı və əvvəl xilqətimizdəki kimi həqarətlə baxdılar.

Məlaikələrin gəlişi ilə adamlardakı inqilab alovu səngidi. Mən ixtilafın götürülməsi, məlaikələrə fəzilətimizin sübutu üçün onlara etina etmədən minbərə qalxıb, xütbəyə başladım. Onlar təəccüb etdilər ki, mən onların yanında nə danışa bilərəm. Məclisə etina etməyib, əyləşdilər və mən başladım.

Xütbənin bir yerində söhbət məlaikələrdən getdiyindən onlar dizi üstə dayandılar.

Ey İmam dostları, ümmət yol göstərənləri, bizim Peyğəmbərin Əhli-beyti zəif olmadıqları halda zülm gördülər və cahil tərbiyə edən dünyada zalım cahillər onların qapılarını bağladılar. Peyğəmbər qızının qapısına od vuruldu. Onu qapıyla divar arasında qoyub, sümüklərini əzdilər. Onun “kimdir mənə yardımçı” çağırşına cavab verən olmadı. Eləcə də, Hüseyn ibni Əlinin çağırışı cavabsız qaldı. İndi ki, sədası bizə çatıb, biz “ləbbeyk” deyənlər əlimizdən gələni əsirgəməməliyik.

Həzrət Haqdan olan bu istəyimizdə dünya və axirət nəzərimizdə deyil. Dünyada o qədər intizar çəkdik ki, gözlərimiz kor oldu, zühur günü həsrətini özümüzlə gora apardıq.

İndi də başqa bir məqsədimiz yoxdur. Darbaxışlılar dedilər ki, məqsədimizdə çox israr etməyək. Məbada, iş çətinliyə düşə. Elə düşündülər ki, bu xahiş kərim Rəbbimizdən yox, əskik məxluqlar dərgahındandır. Onlar bilsin ki, pakların əməllərini napakların əməlləri ilə ölçmək, tutuşdurmaq, müqayisə etmək olmaz. Allah hamıdan mehribandır. Nalə çəkənlərin ahu-zarı Onu yormaz.

Eləcə də o adamlar ki, dedilər zalımların əzabının tamaşasına getməyək, bu əməldən tam təsəlli yoxdur, doğru deyil. Çünki bu əməl Allaha itaətsizlik olar. Getmək lazımdır, özü də tam qüvvə, döyüş hazırlığı ilə. Əgər döyüşə icazə verilərsə, döyüşək. Məqsədim orada qalmaq, istəyimizdən əl çəkməmək, muradımıza çatmaqdır. Min illər çəksə də! Sizlərdən hər kəsdə belə dəmir iradə, ali himmət, sabit əzm varsa, bizə qoşulsun.

On iki min kişi irəli çıxdı ki, biz hazırıq və iş məqsədə çatmayınca geri dönmərik.

Mən də minbərdən düşdüm. Min nəfər silahlanmış və ata süvar olmuşdu. Bayrağı başçının əlinə verib, tapşırdım ki, hər enişdə, hər yoxuşda “ləbbeyk” və “sədeyk” desinlər. Fikirləşin ki, o iki qərib İmamı eşidirsiniz, qoy, qanınız cuşa gəlsin.

Məlaikələrin başçısına dedim ki, məlaikələrdən yüz nəfərini bu dəstəyə qoşsun. Onun razılaşmaqdan başqa çarəsi yoxdu. Narahatlığından bilinirdi ki, bizim işimizə etirazı var. İşimizi Allah razılığına zidd, bəlkə də divanəlik sayırdı.

Beləcə, altı dəstə bir-birlərinin ardınca yüz məlaikənin müşayiəti ilə yola düşdü. Altı minlik yeddinci dəstə qalan məlaikələrlə gəlirdi. Özüm də ələm götürdüm, qılıncları siyirib hərəkətə başladıq. Hər eniş və yoxuşda “ləbbeyk” səsindən yer-göy titrəyirdi.

Mən məlaikələrin başçısı ilə çiyin-çiyinə yanaşı gedirdim. Arabir görürdüm ki, başçı sakit və qaraqabaq, başı aşağı, fikirlidir. Elə bil, nəsə demək istəyir, sonra sözünü udurdu. Mən onun sirrini hiss edirdim. Amma yenə də soruşdum… Nə üçün qəmgin, narahatsınız?

Dedi… Mən sizin bu vəhşicəsinə hərəkətinizdən qəzəbliyəm. Çünki bu vaxtadək bu əmin-amanlıq aləmində belə bir hadisə baş verməyib. Qorxuram Allahın qəzəb odu sizə nazil ola, biz də sizin aranızda sizin odunuza yanaq.

Dedim… Siz nə üçün bizim odumuza yanmalısınız?

Dedi… Çünki, sizi bu pis işdən saxlamadıq.

Dedim… Əgər bizim işimiz pisdirsə, nə üçün qarşısını almırsınız?

Dedi… Çünki sizi Bərəhuta aparmaq tapşırığı almışıq.

Dedim… Biz də sizinlə gedirik, bəs nəyimiz pis olur?

Dedi… Qoşun çəkməyiniz, fitnə yaratmağınız.

Dedim… Məgər Allahdan əmr olub ki, bizi başqa surətdə aparasınız?

Dedi… Yox, yalnız buyrub ki, onları aparın.

Dedim… Aparmaq bütün növ aparmağa şamildir. Piyada, süvari, silahlı, əliboş... hansı keyfiyyətdə olursa olsun. Bütün bunlar sizin vəzifənizdir. Ona görə də pis olmayacaq. Çünki Allah pis işi əmr etməz. Əgər siz bizə Allahın əmr etdiyini qadağan etsəydiniz, Onun qəzəbinə düçar olardınız. Ona görə də yaxşıya dəvət, pisdən çəkindirmək o kəsə vacibdir ki, yaxşı və pisi tanımış olsun, onları fərqləndirə bilsin. Sən ki, yaxşını pisdən ayıra bilmirsən, bizə bir işi qadağan, bir işə əmr necə edə bilərsən?

Gördüm ki, əvvəlki böyüklüyündən, uca mərtəbəsindən bir qədər aşağı endi. Təvazö ilə dedi… Əlhəmdu lillah ki, dilimə qadağan gəlməyib.

Dedim… Mənim qeyrətim məni məcbur edir ki, sizi bundan da aşağı endirim. Sənin “bu hadisə indiyədək olmayıb”, deməyin eynən qiyas, oxşatmadır. Belə çıxır ki, gələcək həmişə keçmiş kimi olmalıdır. Əgər bir şey keçmişdə olmayıbsa, gələcəkdə də olmamalıdır? Hansı ki, ilk qiyas edən şeytan olub. O deyib ki, hər nə oddandırsa, od kimi nurludur. Sən özün bilirsən ki, onun qiyası batil idi. Məhz, bu zalımlığına görə ilahi dərgahdan qovuldu. Sənin bu batil qiyasın müqabilində Haqq-Taala açıq-aydın buyurub… “O hər gün bir məqamdadır.”

Mələk daha artıq təvazö və kiçikliklə dedi… Qorxum budur ki, Peyğəmbər aydınca Əlinin cavabında buyurub ki, hələ xəbis təmizdən ayrılmayıb və təqdir, zühur yaxşıların pislərdən üstünlüyündən, ayrılığından sonradır. Necə ki, Nuhun qəziyyəsində oldu. Siz çalışırsınız ki, təxirə salınmış təqdiri tezləşdirəsiniz. Başqa sözlə, o şey ki, müqəddər olub, sabah zühur olsun, siz istəyirsiniz ki, bu gün olsun. Bu özü həqiqətdə Allahlıq iddiasıdır.

Dedim… Bu aləmlərdə müqəddər olma səbəblərlədir, yoxsa səbəblərsiz?

Dedi… Səbəblər silsiləsi ilə təqdir olunur. Çünki onların bir-birlərindən ayrılması qeyri-mümkündür, mahaldır.

Dedim… Bəs bizim rəftarlarımız, dualarımız, israrlarımız, ciddiliyimiz də ilahi səbəblərdən ola bilər. Çünki nəfsani meyllər, adətən, ixtiyardan kənardadır.
Allah bağışlamaq istərsə əgər,

Bəndəni yalvarış halına çəkər.


Hər necə olsa duada israr, Allahdan istəmə bəzi müqəddəratların səbəblərindəndir ki, uzağı yaxın, yaxını zühura çatdırır. Maneəni aradan götürür və vücuda şərait yaradır. Əlavə, duada israr etmək müstəhəbbatdan, bəyənilmiş işlərdəndir. Əgər mətləbə təsir etməsə də ən azı savaba səbəb olar.

Həmin mələk öz çəkinməsindən bir qədər əl götürüb, sakitcəsinə, istər-istəməz yola yoldaş oldu.

Dedi… Amma rəhmani fikirlər, ilhamat bəndələrə mələklər vasitəsi ilə verilir. Bunsuz iş mahaldır və biz bu hadisədən xəbərsizik.

Dedim… “Bəqərə” surəsinin son ayələri Cəbrəilin vasitəçiliyi olmadan gəlib. De görüm, sizdən ucası var, ya yox?

Dedi… Bəli, çox. O qədərdir ki, onların dərəcələri bizə məlum deyil.

Dedim… Bizə olan bu ilhamat, ola bilsin ki, sizdən uca vəsilə ilə gəlib. Bundan əlavə, biz Peyğəmbər Əhli-beytinin dostlarıyıq və dostluqda zəruridir ki, aşiq öz məşuquna yardım etsin. Lap dua ilə də olsa.

Yaxşı, bizə nə iradınız var? Deyirsiniz ki, nə üçün onu dost tuturuq, nə üçün dostluq zəruriyyətlərinə əməl edirik?

O cavab verməkdən çəkinəndə dedim… Sizin ucadan uçmağınızın səbəbi həmin təkliyinizdir. Əgər biz də əvvəlki tək təcrid olmuş (mücərrəd) qalsaydıq, torpağa bağlanmasaydıq, sizin kimi olardıq. Bəlkə Allahlıq iddiasında da olardıq. Təsdiq edin ki, hər mücərrəd, maddidən bilikli, üstün deyildir.


Hər papağın əyib, ciddi oturan,

Qeysərlik bacarmaz, papaqbaz olar.

***

Açılmaz min nöqtə gördüm burada,



Uzunsaç, dərviş yox, saçaqbaz olar.
“Ləbbeyk” deyə-deyə Cəbəlür-rəhman adlı dağ ətəyinə çatdıq–dağ Ərəfat dağı idi. Deyirlər, bu dağ “Sur”un kiçilmiş dərəcəsidir və Allah-Taala bu barədə buyurub…

“Möminlərlə münafiqlərin arasında içəri tərəfində mərhəmət və bayır tərəfində əzab olan bir sədd çəkiləcəkdir.”1

Bizdən qabaq dağa çatanlar xeymələrini qurub, gözləmə yerində oturmuşdular. “Ləbbeyk” fəryadları qovuşub havaya qalxdı və dağı lərzəyə gətirdi.

Bizim xeyməmizi qurdular.



MƏLAİKƏLƏR SADƏ OLURMUŞ

Əvvəlki dəstə başçıları mələklərlə bir yerdə on iki nəfərdi. Mələklərin başçısı və mənimlə birlikdə on dörd nəfər xeyməyə daxil olduq. Soruşduq ki, nə üçün dağın ətəyində dayandınız, yuxarıya qalxmadınız?

Dedilər… Şəxslər gəlib, bildirdilər ki, dağa qalxmaq olmaz. Sizdən başqa kimsə bu dağın ərazisinə keçə bilməz.

“Hündürlüklərdə şəxslər vardır ki, hər kəsi əlamət və simasından tanıyarlar.”2

Mələklərin rəisi dedi… Siz dəlillərlə bizi qane etdiniz, çünki biz dəlil-sübut əhli deyilik. Amma duyulmuşdur ki, sizin bu işinizdə Allahın razılığı yoxdur. Ola bilsin ki, sizin tovfiqiniz (ilahi yardımdan faydalanmağınız) əzab və işgəncə ilə yanaşı olsun, biz də sizin aranızda əziyyət çəkək.

O bu sözləri rəngi qaçmış, bədəni titrər halda dediyindən məclisdəkilər də qorxuya düşdülər. Mən qorxdum ki, bu sirr buradan bayıra çıxsa, qoşun dağılar. Ona görə də üzümü rislərə tutub dedim ki, bu məclisimiz qapalıdır, məbada söhbətlər bayıra çıxa.

Üzümü mələklərin başçısına tutub, dedim… Siz necə də sadəlövhsünüz, təxəyyüllərə inanırsınız. Qalxın, ordugahın ətrafında gəzişək. Həm adamların halından xəbər tutaq, həm də bu yerlərin mövqeyini öyrənək.

Mən bu təklifi ona görə irəli sürdüm ki, başçı iztirabdan çıxsın. Adını “kəşf” qoyduğu gümanlarından azad olsun. Qədəm-qədəm bir xeyməyə yaxınlaşdıq ki, bir şəxs silahını hazırlaya-hazırlaya zümzümə edir…

İntizar çəkənin canı ağzında,

And verirəm sənə, yetiş fəryada.

Biz qarışqa, sən də gəl Süleyman ol.

Biz bir quru cisim, yetiş sən can ol.


Mən bu qeyrətli zümzümələrdən ləzzət aldım, iftixar nəzəriylə mələyə baxdım.

Gəzə-gəzə ordugahdan yüz addım aralı bir təpəyə gəlib çatdıq. Təpənin üstündən gördük ki, məşriq üfüqləri başdan-başa qara buludlarla örtülüb. O buludlardan müxtəlif növlü, müxtəlif hərəkətli bir od oxlar tökülürdü ki, deyərdin, üfüq bir parça alovdur. Buludlardan gələn qorxunc gurultular qulaqlarımıza çatırdı.

Məlaikənin nəzərləri o qorxunc səhnəyə sataşdı və dedi…

“La hovla və la qüvvətə illa billah.”

Dedim… Orada nə olub?

Dedi… Ora Bərəhut səmasıdır. Nizə, qılınc, xəncər, əmud surətində ələnən alov oxlar Ali-Mühəmməd düşmənlərinin başına tökülür. Həqiqətdə isə bunlar möminlərin göndərdiyi lənətlərdir. Əsil ilahi intiqam isə yerdədir. İşıq saçan qızarmış dəmir kürəyə bənzər yerdə! Ora alovdan sürünənlər, yırtıcılarla doludur, çaylarından ərinmiş mis axır.

Biz görürdük ki, həmin ağır oxlar onların birinə dəyib, o birinə keçirdi. Yerə dəyəndə yenidən göyə qalxır və yenə də neçəsini parçalayırdı. Bu oxlar qaçmaq istəyənləri təqib edir, ona sancılırdı. Elə bil, hədəfini tanıyırdı, şüurlu idi.

“Bu dünya həyatı oyun-oyuncaqdan başqa bir şey deyil.”1

O adamlar ixtiyarsız olaraq, suda sədəfotu oynayan kimi qalxır, düşür, aramlıq tapmırdılar. Fəryadları qulağımıza it səsi kimi yetişirdi. Bu mənzərə hamının sevincinə səbəb olmuşdu. Göstəriş verdim ki, mənim xeymələrimi təpənin üstündə qursunlar. Başqaları da öz xeymələrini buraya köçürdülər. Biz ardıcıl lənətlər yağdırdıqca göydən yağan alovlu oxların sayı artır, az qala göyün üzü tutulurdu.

Qoşun lənət və nifrinə olan şövqdən elə lənət yağdırırdı ki, axırda ağızları qurudu. Düşmənlərin bədəni kabab oldu, deşilib ələyə döndü.

Bu atəşi görərək iman əhli geri çəkilmirdi. Çünki məzlumun ürəyinin rahatlığı zalimin ölümü, varlıq dünyasından çıxmasıdır. Amma axirət aləmində ölüb yox olmaq yoxdur. Çünki orada həyat zatıdır, insanın bədəni yanıb, deşik-deşik olsa da yenidən bərpa olunur.

“Ayələrimizi inkar edənləri oda atacağıq, onların dəriləri yanıb, bişdikcə əzabı həmişə dadsınlar deyə, o dəriləri başqası ilə əvəz edəcəyik.”1



XEYMƏDƏ MƏŞVƏRƏT

Yeddi dəstənin başçıları və yeddi məlaikə mənim otağımda toplandılar. Götür-qoy etdik ki, nə edək ki, kamil intiqam hasil olsun, qəlbimiz sakitləşsin. Qarşıdakı mənəvi müharibədə kamil nəticəyə çataq.

Xüsusilə, İmam Zaman (ə)-ın qəlbi qəm-kədərlə doludur. O şəmin pərvanəsi olan şiələr də hüzndən kənar deyillər.

“Bizim şiələr torpaq və gilimizin artığından yaranmışlar, vilayət suyu ilə qarışmışlar. Şadlığımıza şad, qəmginliyimizə qəmgindirlər.” (İmam Sadiq, (ə))

Bəziləri dedilər ki, yaxşı, Bərəhuta daxil olub onları tikə-tikə doğrayaq, lap elə ölməsələr də qəlbimiz soyusun.

Mələklər dedilər… Onların əzabı siz verəcəyinizdən daha ağırdır. İkincisi, sizin Bərəhuta daxil olmağınıza icazə verilməyib.

Bir başqası dedi… Biz Bərhuta daxil olsaq, onların əzabı yüngülləşər. Çünki Cəhənnəm odu mömindən qorxandır.

Mən dedim… Bizim qanımızın coşub qaynamasının səbəbi İmam Zaman (ə)-ın kədəridir. Şiənin qəlbi ona bağlı olduğundan nə qədər ki, onun qəlbi soyumayıb, bizimki də soyumayacaq.

Fikirləşib, onu intizardan qurtarmaq lazımdır. Bunun duadan başqa yolu yoxdur. Biz tam ciddiyyətlə biçarələrə çarə qılandan istəyək ki, dərdimizə çarə etsin. Hamı bu fikri bəyəndi. Yalnız məlaikələr susdu.

Bu vaxt qoşundan bir dəstə adam gəldi və dedilər ki, şəmşirsiz, nizəsiz bizim qəlbimiz soyuyan deyil. Dedim ki, hamıya elan edin ki, sıraya düzülsünlər, Beytül-məmura tərəf gedəcək və Allahdan zühurun təcilini istəyəcəyik.

Hamı düzüldü. Əllərimizi Allah dərgahına qaldırıb “Fərəc” duasına başladıq. Başqa çarəmiz də yoxdu. Sıradan çıxıb bir neçə nəfərlə lövhə olan yerə getdik ki, ali söhbətlərdən eşidək. Bir də gördük ki, Peyğəmbər, (s.ə.v.v), Əli (ə), Əhli-beyt də sıraya durub, əllərini “Fərəc” duasına qaldırıblar. Arxalarında bütün peyğəmbərlər, mürsəllər, göy əhli, mələklər dua üçün durublar.

Dedim… Şəksiz, bu hadisədən dünyaya təsir olacaqdır. Çünki nəzər salıb, Həzrətin özünü, yaxınları ilə bir dağ başında dua halında gördüm.



ZÜHURA ÜMİDİMİZ VAR


Bütün şəhərlərdə, İslam ölkələrində, məscidlərdə, yığıncaqlarda duaya məşğul idilər. Səhradakı canlılar belə toplanıb, öz dillərində zühurun tezliyinə dua edirdilər.

Bu mənzərəni görəndən sonra zühurun olacağına tamamilə əmin oldum. Sıralar arasına qayıdıb, inqilabi bir əhval gördüm-bəziləri ağlar halda qurumuş dodaqlarla dua halında, bəziləri özündən getmiş. Dedim… Qalxın, ayıq olun ki, zühura ümidimiz var.

Az sonra dünyaya təvəssül edib, Kəbə evindən Həzrət İmam Zaman (ə)-ın səsini eşitdik…

“Eşidin, ey əhli-aləm, Mən intizarı çəkilən İmamam! Agah olun ki, cəddim Hüseyn susuz şəhid edilmişdir.”

Ordugaha qayıdıb Peyğəmbərin (s.ə.v.v) kəlamını uca səslə təkrar etdim… “Hər kəs oğlumun arxasında düşməndən intiqam almaq istəyirsə, əlindəki qılıncla geri qayıdıb, qəbrindən bayıra çıxsın!”
Dinlə o gizlin səsi, gör nə müjdəli səsdi,

Fəraq gecəsi ötdü, vüsal küləyi əsdi.

Torpaq oğluna söylə, ey torpaqdan qaralmış,

Cahan canı zühurda, zülmün bağrı yarılmış!




MÜNDƏRİCAT



1“Qaf” surəsi, ayə 22.

2“Hud” surəsi, ayə 114.

1“Həcc” surəsi, ayə 2.

2“Həşr” surəsi, ayə 22, 23.

1“Hücürat” surəsi, ayə 14.

2“Bəqərə” surəsi, ayə 2.

3“Bəqərə” surəsi ayə 254.

1“Ali-imran” surəsi, ayə 18.

2“Bəqərə” surəsi, ayə 57.

3“Zümər” surəsi, ayə 56.

1“İsra” surəsi, ayə 13.

1“Ər-Rəhman” surəsi, ayə 33.

1“İrahim” surəsi, ayə 22.

1“Əzhab”, surəsi, ayə 62.

1“Bəqərə” surəsi, ayə 173.

2“Zəlzələ” surəsi, ayə 8.

1“Əbəsə” surəsi, ayə 37.

2“Yunus” surəsi, ayə 10.

1“Saffat” surəsi, ayə 61.

2“Vaqiə” surəsi, ayə 64.

3“Düxan” surəsi, ayə 45.

1“Ənfal” surəsi, ayə 60.

1“Dəhr” surəsi, ayə 19, 20.

2“Nur” surəsi, ayə 35.

1“Zümər” surəsi, ayə 53.

1“Bəqərə” surəsi, ayə 187.

2“Möminun” surəsi, ayə 108.

3“Səcdə” surəsi, ayə 12.

1“Ənkəbut” surəsi, ayə 64.

2“Nisa” surəsi, ayə 97.

3“Hədid” surəsi, ayə 21.

1“Əraf” surəsi, ayə 179.

2Hədisi-qüdsi.

1“Huməzə” surəsi, ayə 1.

2“Möminun” surəsi, ayə 1, 2, 3.

3“Zilzal” surəsi, ayə 7, 8.

4“Bəqərə” surəsi, ayə 2.

5“İbrahim” surəsi, 18.

2“Əraf” surəsi, ayə 43.

3“Hicr” surəsi, ayə 46.

4“Əraf” surəsi, ayə 43.

1“Vaqiə” surəsi, ayə 15, 26.

2“Qiyamət” surəsi, ayə 14.

1“Səff” surəsi, ayə 13.

1“Nisa” surəsi, ayə 10.

1“Hud” surəsi, ayə 48.

2“İnsan” surəsi, ayə 5.

1“Ərrəhman” surəsi, ayə 72-74.

2“Nisa” surəsi, ayə 34.

1“Əsr” surəsi, ayə 2.

2“Əhzab” surəsi, ayə 72.

3“Duxan” surəsi, ayə 4.

4“Nur” surəsi, 35.

5“Vaqiə” surəsi, ayə 63-64.

1“Vaqiə” surəsi, ayə 16.

1“Səf” surəsi, ayə 13.

1“Nəml” surəsi, ayə 62.

1“Fəth” surəsi, ayə 25.

1“Hədid” surəsi, ayə 13.

2“Əraf” surəsi, ayə 44.

17”Ənkəbut” surəsi, ayə 64.

1“Nisa” surəsi, ayə 56.
1   ...   8   9   10   11   12   13   14   15   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə