MÜƏLLİF… ayətullah quçANİ TƏRCÜMƏ edəN… haci arzu axiRƏt aləMİNƏ SƏyahət rəhman və RƏHİm allahin adi iLƏ




Yüklə 1.33 Mb.
səhifə14/16
tarix23.04.2016
ölçüsü1.33 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   16

QIZIMLA SÖHBƏT

Soruşdum… Səfərin necə keçdi?

Dedi… Birinci mənzildə və həsəd ərazisində bir qədər təzyiq, çətinlik gördüm. Bu çətinliklər başqaları üçün ağır keçirdi. Bəzi yerlərdə anladım ki, mənim nicatım sizin tərəfinizdəndir. Buna görə də sizə xeyir-dua etdim. Hətta bacım bu aləmə gələndə və sizin səfəriniz yaxınlaşanda Allahdan sizin üçün şəfa istədim ki, anam, o biri bacılarım başsız qalmasınlar.

Soruşdum… Bu aləmə gəlmiş o biri bacından nə xəbər var?

Dedi… Burada bacımı gördüm. Cəlalı, əzəməti məndən yüksəkdir. Ondan halını, yolda başına gələnlərdən soruşdum. Həmin çətinlikləri, piyada gedişləri görməmişdi. Yalnız kobudluq ərazisində olmuş, onu da xoş keçirmişdi. Qalan yolu “teyyül-ərz” ilə, birbaşa gəlmişdi.

Dedim… Bunun səbəbi onun on yeddi yaşında, bizim kimi yükünü ağırlaşdırmadan, işini çətinləşdirmədən bu dünyaya köçməsi olub.

Dərin fikrə getdim. Mənim vücudumda, işlərimdə hansı nöqsan var idi ki, belə oldum. Gələcək əziyyətlərdən hazırda azadam. Dünyada qalanlarımla əlaqəm kəsilib. “Sur çalındığı vaxt artıq aralarında nə qohumluq olar, nə də bir-birlərindən hal-əhval tutarlar.” Övladlarım bu aləmə müsafir olublar. Rifah və rahatlıqdadırlar. Bəs mən nə üçün...

Kamil axtarışdan, qəlbimin künc-bucağını araşdırdıqdan sonra bu otun toxumunu tapdım. Bildim ki, haradan bitib və haraya qol atıb.



DƏVƏ OTARAN NƏ BİLİR DƏRD NƏDİR

Səfiyyə (huriyə) fikrə getmişdi ki, könlümün qəmini necə dağıtsın. Təəccübünü bildirdi ki, Darüs-sürur qəm, kədər yeri deyil!

Dedim… Özünə əziyyət vermə, kədəri dağıtmaq sənin işin deyil.
Aşiq könlü min bir dərdə səhnədir

Dəvə otaran bilərmi dərd nədir?!

***

Kədər yeri deyil Qüds barigahı,



Fəqət ərşə qalxır qüdsülər ahı.
Qəlbimin sirrini ona demədim. Çünki o anlamazdı. Heç faydası da yoxdu! Çünki yuxarı aləm əhli hər şeyi tərk etsə də, toxumu torpaqda gizlənmiş eşqi dərk etməz. Yalnız torpaqdan yaranmış Adəm eşqə talib və aşiqdir və kədər içində zarıyıb deyir…
İlahi, bir sinə buyur, yandıra

Bu sinədə könül ver, od qaldıra.

***

Donmuş könül bir torpaqdır, bir də su



Qəlb od olsun, sinəm tüstüylə dolu...
Səfiyyəyə dedim ki, mən o kənardakı bağlarda gəzib, xəlvətə çəkilmək, könlümün qəmini dağıtmaq istəyirəm.

Dedi… Haraya getsən, tənha deyilsən. Dağ-dərə, səhra, bağ, yamac zərrə-zərrə şairdir, həssasdır.

Dedim… Onlar mənim üfüqümdə deyillər.

Dedi… Əgər bir naməhrəmiksə, yaxşı olar ki, bizi mürəxxəs edəsən.

Dedim… Əgər Həzrət Zəhra (ə.s) olmasaydı, indi mürəxxəs idin.

Qalxıb, yola düşdüm. Hansı ağacın altına çatdımsa, budaqlarını əydi və səsləndi ki, “ey mömin, bizim meyvələrimizdən ye!” Onların səsi xoş olsa da, mənim qulağımda qarğa qarıltısından başqa bir şey deyildi. Onların cavabında dedim…

Könlüm elə tutulmuş, qalmamış həvəs bağa,

Qoxulanmağa gəlmiş çiçək həsrət damağa.


Ağac budağını yuxarı qaldırıb səsləndi… Meylin yoxdusa, niyə gəlmisən?

Başqa bir ağac səsləndi… Sözsüz ki, mələkdir, yoxsa yeyərdi.

Başqa biri əlavə etdi… Yəqin meyvə yeməyən bir heyvandır.

Başqa biri təəccübləndi… Bəlkə dəlidir. Axı bura dəli yeri deyil?! Bəlkə naz edir?

O biri dilləndi… Qıtlıqdan təzəcə çıxıb, bolluğa düşüb. Zövqdən, həyəcandan ağzı kilidlənib...

Dedim… Yenə o xeyməyə rəhmət!

Geri qayıtdım. Hadi xeymədə dayanıb məni gözləyirdi. Məni görüb yaxınlaşdı. Fikirləşdim ki, bəlkə, qəlbimin düyününü bu məhrəm aça.

YOX, HƏLƏ RAHAT DEYİLƏM

Bir-birimizə yetişdik, salamdan sonra soruşdu… Harada gəzirdin? Hazırlaş, şəhərə gedək. Alimlər, möminlər səni gözləyirlər.

Dedim… Şəhərə nə üçün gedirik?

Dedi… Ey vay, bəs buraya nə üçün gəlmisən?

Dedim… Bilmirəm məni buraya nə üçün gətiriblər.

Dedi… Nemətlərə küfr etmə. Səni o zülmətdən bu işıqlı dünyaya gətiriblər ki, Haqqın nemətlərindən bəhrələnib, həmişə şad olasan.

Dedim… Hansı nemət? Hanı o nemətin dadı? Hanı mənim məşuqlarımın qəlbinin sevinci? Məgər əvvəl gecədə sən Əbülfəzlin, Əli Əkbərin silahlı olduğunu görmədin? Yoxsa mənasını anlamadın? Məgər Əli Əsğərin boğazındakı qırmızı xətti görmədin, ya mənasını dərk etmədin? Əgər bir kəsin onlara müxtəsər məhəbbəti olarsa, qüssədən ölər. Onda qalmış yemək, içmək, şadlıq, huriyə, qəsrlər! Sən düşündüyün qədər də qarınqulu, özünü istəyən deyiləm.

Dedi… Bəs burada qəsrlərdə hurilərlə şadlanan alimlər, möminlər, Əhli-beyt dostu deyillər, yoxsa onlarda intiqam hissi yoxdu? Başqa mətləb budur ki, zalımlar hazırda ilahi cəzadadırlar.

Dedim… Hər kəs öz halını daha yaxşı bilir. Mən nə qədər ki, intiqam almamışam Darüs-sürur Beytül-həzən (qəmlər evi), nemətlər isə dərddir. Başqalarının şadlığını onların özlərindən soruşun. Onların ilahi intiqama giriftar olmaları bizim intiqamımızdan, şəksiz ki, daha ağırdır. Amma təsdiq edirsiniz ki, məzlumlar özləri qisas, intiqam almasalar, qəlbləri soyumaz.

Ona görə də vərəsələr üçün qisas haqqı verilib. Bununla belə, başqaları da zalımlara daha şiddətli əzab verə bilər. Qısası, Allah buyurmuşdur…

“Sevdiyiniz başqa bir nemət də–Allah dərgahından kömək və yaxın qələbə gözləyir.”1

İntiqam bizim məhbubumuzdur. Bu məhbuba çatanadək Darüs-sürurumuz yoxdur. Olsa da mən gəlmirəm.


Sevgilisiz şadlıq zindandır, zindan,

Şadlıqdır yarını tapanda insan.

***

Səninlə sevdada olmağım, inan,



Hər iki aləmdən gözəldir hər an.
Sözün canı budur ki, behişt həqiqəti, Darüs-sürur, bunların misli ruhun genişlənməsi, qəlbin muradına çatmaqdır. Qalanları isə artıqdır.

Hadi bir müddət başını aşağı salıb, sakit dayandı. Sonra soruşdu… Burada qalırsan?

Dedim… Yox!

Dedi… Bəs hara gedirsən?

Dedim… Bilmirəm, özümə yer tapa bilmirəm. Onu bilirəm ki, harada olsam, əzabdayam. Biyabana gedərəm, səfil olaram.
Eşqinin qəmindən çöllərə düşdüm,

Qanadsız quş oldum, əllərə düşdüm.

***

Dedin… səbirli ol, səbirlə keçin



Başıma toz tökdü bu səbir neçin?

Hadi bir çarə görməyib, şəhərə qayıtdı. Səfiyyəyə də dedim ki, meylin olsa qayıt vətəninə, mənim sənlik bir işim yoxdur, Həzrət Zəhraya (ə.s) çatanda mənim salamımı yetir və halımı ona bəyan et.

Səfiyyə də xeyməsini, çadırını götürüb getdi. Bir sakit guşə tapıb, zarıyıb ağlamağa, raz-niyaza başladım…

Axtardım, göz yaşlarında dayandım,

Düşdüm möhnət qucağına, Xudaya.

Dilbərin şövqündən, həm fərağından,

Düşdüm gönül ocağına, Xudaya.

***


Dərd özümdə, dərmanı dost əlində,

Vəsl özümdə, hicranı dost əlində.

Qəssab kimi soysa əgər dərimi,

Ayırmaram bu canı dost əlindən.

***

Özümə yaxınsan könlümdən uzaq,



Könlümdə sevdadan başqa dağım yox,

İki aləm gözəlinə and ola,

Məhəbbətdən savay umacağım yox.

***


Bizi nə sər, nə saman yaratdılar,

Pərişanam, pərişan yaratdılar.

Pərişanlar basdırıldı torpağa,

O torpaqdan bizə can yaratdılar.

***

Keçinərdik dərd bir olsa nə vardı,



Üzümüzə qəm az gülsə nə vardı!

Başım üstə həbib gələ, ya təbib,

İkisindən biri gəlsə nə vardı!

1   ...   8   9   10   11   12   13   14   15   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə