MÜƏLLİF… ayətullah quçANİ TƏRCÜMƏ edəN… haci arzu axiRƏt aləMİNƏ SƏyahət rəhman və RƏHİm allahin adi iLƏ




Yüklə 1.33 Mb.
səhifə11/16
tarix23.04.2016
ölçüsü1.33 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   16

DEMƏ QARŞIDA MÜSİBƏTLƏR VARMIŞ...

Mən Hadinin əlindən tutdum və həsrət içində mənzilə qayıtdıq. Amma nə qədər baxdıqsa, burada əvvəlki əzəməti, gözəlliyi görmədik. Bizim onlara bağlılığımız da qırıldı.

Dedim… Yaxşı, sabah yola çıxaq.

Hadi dedi… On günədək burada istirahət etməyimiz mümkündür.

Dedim… Mənim üçün on dəqiqə də çətindir. Ona yetişib, yanında olmasam, rahatlıq üzü görməyəcəyəm.

Dedi… Nə yaman tamahkarsan! Məgər bu aləmdə öz həddini aşmaq mümkündür! Bura cəhalət dünyası deyil ki, heyf deyib, nəyəsə meyl edəsən. Ədalət mizanı bir tükcə xəta etməz. Bəli, onlar fəzilətləri səbəbindən dostlara bəzən diqqət yetirirlər. Amma ölçüsüz həvəslərə yer yox! Onlar izzət zirvəsində, sənsə zillət torpağının aşağı nöqtəsində.

Qəlbimin odu, alovu səngimədisə də, susmaqdan başqa çarəm qalmadı. Çünki mənim halımın şərhi məntiqi ölçülərə sığmırdı. Hadininsə başqa bir məntiqi yoxdu. Səsimi uddum, Allah istəyən olacaq.

Hadi dedi… Gedək bir az bağlar arası gəzək, könlümüz açılsın.

Getdim, amma mənim üçün bir həzz olmadı. Hər nədən keçsən, dost sözü daha xoşdur. Dedim… O nə üçün öz tilavətində “Həl əta” surəsini seçmişdi?

Hadi dedi… Biz nə bilirik ki, bu mətləbdə nə hikmət var. Heç lazım da deyil ki, bilək. Bunu bilməyimiz lazımdır ki, etdikləri, dedikləri hikmət, savab, xeyir üçündür. Amma “onun hikməti budur, o deyil”, deməyimiz işə qarışmaq, ifarata varmaqdan əlavə, həm də xətərlidir. Çünki yalan olmaq ehtimalı var. Bəli, biz ağlımız kəsən qədər deyə bilərik ki, bu mübarək surə Əli (ə) və onun əhli-beytinin, ailəsinin fəziləti haqqındadır. Onlar da Əlini (ə) sevir və bu surə Əlinin (ə) fəzilətini bəyan etdiyindən bu surəni də dost tuturlar. Necə ki, sən dedin mən də dost tuturam. “Allah rizası üçün yeməyi yoxsula, yetimə, əsirə yedirərlər”, ayəsində onun üçün su istəniləndə və düşmənlər verməyəndə özünə və atasına olan müsibətə işarə olub. Hansı ki, suyun dəyəri yeməyin dəyərindən çox-çox az, həmin yetim, miskin, əsir o üç nəfərdən daha fəzilətli idi.

Bu vəziyyətdə onların işinin hikmətindən danışmasaq, daha yaxşıdır. Amanda olarıq.

Dedim… Əgər onun məqsədi axırıncı dediyidirsə, demək qanları hələ də qaynayır.

Dedi… Əlbəttə ki, qaynayır! Boğazının altındakı qırmızı xətt nəinki bir sübut, həm də böyük bir dəlildir. Onlar fərəcin (zühur) intizarını adi möminlərdən daha çox çəkirlər. Nə qədər ki, intiqam almayıblar, qanları qaynamaqdan dayanmayacaq. Necə ki, Bəni-israildən yetmiş min və ya yeddi yüz min nəfər qətlə yetirilməyincə, Həzrət Yəhyanın qanının dayanması mümkün olmadı.

Dedim… O dedi ki, bu xələt bu aləmə uyğundur və bu aləmin yaxşılıqları o aləmin kölgəsidir.

Dedi… Doğrudur, necə ki, maddi dünya da bu aləmin kölgəsidir. Yuxarıdakının aşağıda surəti vardır. Hüsn və kamalat vücud üçündür. Vücud hansı dərəcəyə enərsə, zəifləyərsə, kamalın vücudu və onun əsərləri də zəifləyər.

Hadi gördü ki, mən onun fikir-zikrindən bir şey anlamıram, bağ-bağatdakı gəzintimizin də bir faydası yoxdur. Bu səbəbdən mənzilə qayıtdıq. Hadi dedi… Bizim burada on gün möhlətimiz var ki, əməlli-başlı hazırlaşıb, qüvvə toplayaq.

Yolkəsənlər xeyli güclü, qarşıdakı fəlakətlər çox, sənin qüvvən isə azdır. Bu cümə də dünyəvi evinə getməlisən. Ola bilsin ki, “ölülərinizi xeyir işlərlə yad edin” sifarişinə görə səni xatırlasınlar və güc vasitələrin hazırlansın.

Dedi… Məgər sən demədinmi ki, Vadiyüs-səlam ərazisindəyik və hər şeydən amandayıq? İndi isə deyirsən Vadiyüs-səlamda da yolkəsən var. Bu nə sözdür? Sənin istəyin məni məəttəl etməkdir. Ey vəfalı dost, vəfasız olmusan.

Ağlamaq məni tutdu. Vadiyüs-səlam, yəni mənim bədbəxtliyimin başlanğıcı.

Dedi… Ey mənim əzizim, mənim vəfam uzaqgörənliyə xatirdir. Çünki qarşıda səni nə gözlədiyini bilmirsən. Yol çətindir. Vadiyüs-səlamın kənarı Bərəhut çölünə bitişir. Atəş və əzabla doludur. Sənin qaran bu neçə mənzildə amansızcasına səni büdrətmək niyyətindədir. Azca büdrəməklə Bərəhuta düşə bilərsən. Mən də o əraziyə daxil olmaram. Qorxuram ki, burada on gün gözləmək istəməyib xətər və əzabla dolu o ərazidə on ay məhbus olasan.

Dedim… Demək istəyirsən ki, Sirat körpüsü, Qiyamət günü görüşümüzə gəlib? Bu heç vaxt ola bilməz!

Dedi… Bəli, əvvəlcədən də dedim. Amma sən dilxorsan. Məgər demədim ki, yuxarıda olanın aşağıda surəti var? Bəli, bu neçə mənzil həmin Sirat körpüsünün aşağı dərəcəsi, kölgəsidir. Dediklərimdən savayı bir çarə yoxdur. Olacağın çarəsini olmamışdan görmək lazımdır.



AİLƏMLƏ GÖRÜŞ VƏ KƏDƏRLİ XƏBƏRLƏR

İstər-istəməz, cümə axşamı ailəmin mənzilinə getdim. Gördüm ki.... arvadım ərə gedib və yeni ərinin işlərini görməklə məşğuldur. Övladlarım isə dağılışıblar.

Bir müddət budaqda oturdum. Məyus olub qalxdım. Küçə divarının üstündə oturub, yoldan ötənlərə baxmağa başladım. Onlar dolanışıq, ticarət işlərindən danışırdılar. Ürəyim dərdlə doldu, düşündüm ki, diri insan öz aqibəti, qarşıdakı günləri barədə fikirləşsəydi, yaxşı olardı. Bütün vaxtını əyləncələrə, arvad-uşağın istəklərinə sərf etməzdi. Əcəb qəflət və cəhalətli dünyadır! Necə ağırdır ki, kişi həmişə ona tamah gözüylə baxmış arvada, uşaqlara möhtac olsun. Necə də vəfasızlıqdır ki, əlimin yerdən-göydən üzüldüyü bir vaxtda onlar məni yada salmırlar. Peyğəmbər (s.ə.v.v) bizi nə yaxşı xəbərdar edib, buyurdu… “Axır zamanda kişinin həlakı arvadının əliylədir. Əgər arvadı olmasa, qohumlarının, övladlarının əli ilə həlak olacaqdır.” Amma nə faydası?! Oyanmadıq, ayılmadıq, öz aqibətimizi düşünmədik.

Birdən gördüm ki, qarşıdakı evin üstə yeni adaxlanmış oğlan və qız nəvələrim oturub, meyvə yeyir, söhbət edirlər.

Biri dedi… Bu ağacları atam əkib, indi torpaq əsiridir. Biz isə onun meyvələrini yeyirik.

O biri dedi… Bədbəxt, indi o behiştdə bu üzümlərdən də yaxşısını yeyir. Allah rəhmət etsin. Uşaqlıqda bizimlə nə qədər zarafat edərdi!

Əvvəlki dedi… Doğrudan da bizi çox istəyirdi, arabir pul verir, bizi sevindirirdi. Allah onu sevindirsin!

O biri dedi… Biz nə vaxt kitab, kağız, qələm istəyirdiksə, babam bizə alırdı. Ata-anamız heç etina etmirdilər.

Yenə əvvəlki dedi… Əslində bizi alim (dini alim) edən o oldu. Çünki özü alim idi və alimlikdən də xoşu gəlirdi. Bu gün cümə axşamıdır. Hərəmiz onun üçün bir Quran surəsi oxuyaq. Mən “Həl-əta” surəsini, sən isə “Duxan” surəsini oxuyaq.

Onlar surələri oxuyub qurtaranadək orada dayandım. Allah bilir ki, nə qədər şad oldum. Onların bərəkəti üçün dua edib, geri qayıtdım.



1   ...   8   9   10   11   12   13   14   15   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə