MÜƏLLİF… ayətullah quçANİ TƏRCÜMƏ edəN… haci arzu axiRƏt aləMİNƏ SƏyahət rəhman və RƏHİm allahin adi iLƏ




Yüklə 1.33 Mb.
səhifə10/16
tarix23.04.2016
ölçüsü1.33 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

VADİYÜS-SƏLAM


Yanıb külə dönmüş bağlardan sonra meyvələr, çiçəklər, reyhanlar, axar çaylar, nəğməkar bülbüllərlə zəngin yaşıl və xürrəm bağlar göründü. Düşündüm ki, həmin yanan bağlar da belə idi. Əgər sahibinin xəbəri olsaydı, qüssədən bağrı çatlardı.

Hadi dedi… Bura Vadiyüs-səlam–əmniyyət və salamatlıq diyarının başlanğıcıdır. Əsa və qalxanı atın yəhərindən as və onu çəmənliyə burax. Qoy hərəkət vaxtınadək otlasın.

Sonra gedib bir qəsrə çatdıq. Qəsrin darvazasından xaricdə bir parça büllurdan hovuz vardı. Suyun səfası və hovuzun lətafətindən sanki su qabsız, hovuz isə susuz idi. Hovuzun kənarında gözəl miz və oturacaqlar, yastıqlar və ipək dəsmallar vardı. Soyunub hovuza girdik. Bir qədər üzdük, zahir və batinimizi küdurətdən, bulanıqlıqdan təmizlədik. Hətta zahirimizdəki tüklər də yox oldu. Yalnız başımızın tükü, gözlərimizin kiprikləri, qaşlarımız qaldı. Bəşəri gözəlliklərə bir pərdə əlavə olundu. Daxilimizdəki çirkinliklər də paklandı.

“Onların ürəklərindəki kin-küdurəti çəkib, çıxardarıq.”2

Soruşdum… Bu bulağın adı nədir?

Hadi dedi… “Sad. Vəl-Quranil-həkim”dir.

Bədənlərimizi təmizləyəndən sonra oradakı fəxri libasları geyindik. Mənim libaslarım yaşıl ipəkdən, Hadininki isə ağ idi. Özümü güzgüdə o qədər qiymətli, cəlallı, kamallı gördüm ki, özümə aşiq oldum. Bütün bu gözəlliyə baxmayaraq, Hadiyə nəzər salanda onun gözəlliyi, dəyərinə vurulub, qibtə etdim.

Hadi qapını döydü. Xoş üzlü bir cavan qapını açıb, daxil olmaq üçün icazə vərəqini istədi. Verdim, imzasını öpüb, təbəssümlə dedi…

“Asayiş və əmniyyətlə behiştə daxil olun!”3

Biz daxil olduğumuz halda bu ayəni oxuduq…

“Onlar deyərlər… Həmd olsun bizi buraya gətirən, hidayət edən Allaha. Allah bizi doğru yola yönəltməsəydi, özümüz doğru yolu tapa bilməzdik. Peyğəmbərlər haqla gəlmişdilər.”4

BÜLLUR OTAQDA

Qabaqda Hadi, arxasınca mən başdan-başa büllurdan olan otağa girdik. Qızıl taxtlar qoyulmuş, onların üstünə qırmızı məxmərdən döşəklər salınmışdı. Döşəklərin üstündən zərif mütəkkələr düzülmüşdü. Divar və tavandan şəklimiz əks olunurdu. Öz kamal və camalımızı görməkdən zövq alırdıq. Otağın ortasında üstü növbənöv yeməklər, şərbətlərlə dolu miz qoyulmuşdu. Xidmət üçün qızlar və oğlanlar cərgəyə düzülmüşdülər. Biz taxtların üstündə əyləşdik…

“Onlar qızıl-gümüş, ləl-cəvahiratla bəzədilmiş taxtlar üstündə oturacaqlar. O taxtlara söykənib, qarşı-qarşıya əyləşəcəklər. Dövrələrində həmişəcavan xidmətçi oğlanlar dolanacaqdır. Əllərində Cənnət bulağından dolu piyalələr, qədəhlər–o şərabdan başları ağrımaz və keflənməzlər–bəyənib seçdikləri meyvələrlə, istədikləri hər cür quş əti ilə onların dövrəsində hərlənəcəklər. İri gözlü qəşəng hurilər də vardır. O hurilər sanki sədəf içində gizlənmiş incidirlər. Onlar (bu nemətlərə) etdikləri yaxşı əməllər müqabilində nail olacaqlar. Onlar Cənnətdə nə boş söz, nə də günaha bais olan bir şey eşidəcəklər. Eşitdikləri söz salam və yenə də salam olacaqdır.”1

Yeyib-içdikdən sonra taxtlarda uzanıb, bir az istirahət etdik. Bir saat ötməmiş insanın huşunu başından alan musiqi səsi ucaldı. Birdən naz-qəmzəli Hicaz ləhnində “Həl-əta” surəsinin tilavəti başladı. Bu dilruba səsə ehtiram əlaməti olaraq, başqa səslər kəsildi. Mən özümü yatmış göstərirdim ki, Hadi bir söz deməsin, Qurana qulaq asa bilək. Tilavət sona çatdı. Mən qalxıb, oturdum. Hadi də qalxdı. Ondan şəhərin adını soruşdum. Dedi… Darüs-sürurun kəndlərindən biridir.

Dedim… Fəda olum o məmləkətə ki, onun kəndi belədir. Görən paytaxtı necə olacaq? Bəs o mübarək surəni oxuyan kim idi? Qəlbimi yerindən oynatdı. Bu surəni dünyada olanda çox sevirdim. Xüsusilə, bu ruhani dünyada könüloxşayan səslə bizə yeni həyat verən, xəyalımızı təzələyən həmin qareni (Quran oxuyanı) tanımalı, görməliyəm.

Hadi dedi… Bilmirəm, amma bu məmləkətin böyüyü müsafirlər həddi aşanda buraya gəlir. Biz də imza üçün icazə kağızını ona çatdırmalıyıq. Ola bilsin ki, o səsin sahibi də onunla gəlsin. Bəlkə orada onu gördük.

Dedim… Hadi, ola bilərmi ki, o imza etməsin? Əgər o imtina etsə, necə olacaq?

Dedi… Ağıla görə bu mümkündür. Bu halda aydındır ki, işimiz çətin olacaq. Amma çətin ki, imzalamaya. Hər halda bu sualı öz batininə ver.

“Hər kəs özünü daha yaxşı görür, tanıyır.”2

Hadinin sözündən bədənim əsdi. Özümü araşdırdım. Gördüm ki, qorxu və ümid arasında tərəddüddəyəm. La hovlə və la qüvvətə illa billah.

Dedim… Hadi, doğrudur ki, bura Darüs-sürurdur (şadlıq sarayı), amma sən onu qəm evinə döndərdin. Qalx gedək. Mənim iztirabım anbaan artır. Ağıllı adam bir işin xətərindən qorxanda qüvvəsincə tez hərəkət etməlidir.

ƏBÜL-FƏZLİN (Ə) HÜZURUNDA

Qalxıb yola düşdük. Bir əzəmətli qəsrin qarşısına çatdıq. Yolun iki tərəfindən xoş surətli, həmyaş cavanlar qılıncı çiyinlərinə qoyub cərgə ilə durmuşdular. Hadi onların başçısından icazə istədi ki, aralarından keçib, gedək. Sənədə imza qoyulub-qoyulmayacağı sarıdan çox narahat idik. Biz qəsrin qapısına çatanda bir neçə silahlı süvari bayıra çıxırdı. Qəsrdən heybətli “tələsin, tələsin!” sədaları ucalırdı. Süvarilər tələsik getdilər. Səsdən hamının bədəni titrəyirdi. Qəsrdən çölə çıxan şəxsdən soruşduq ki, nə olub?

Dedi… Şəhvət məntəqəsində məhbus olunmalı pis əxlaqlı bir alim səhvən “Vadiyüs-səlama” daxil olub. Əbülfəzl (ə) qəzəblənib, süvari göndərdi ki, onu geri qaytarsınlar.

Biz qorxa-qorxa, iztirabla qəsrə daxil olduq. Gördük ki, Həzrətin çöhrəsi tutulub, qəzəbdən boyun damarları qalxıb, gözləri qan dolu kasaya dönüb.

Buyurdu… Belə bir vücudla azad halda pak əraziyə girdikləri üçün onların əzabı iki qat olmalıdır. Kimsə onlara mane olmayıbmı? Onlarla qardaşımın qətlinə fərman vermiş Kufə qazısı arasında nə fərq vardır?!

Həzrətin heybətindən nəfəslər içəri çəkilmiş, adamlar ruhsuz mücəssəmə kimi dayanmışdılar. Biz də bir guşədə kizlənmiş, güvə kimi əsirdik. Nəhayət, süvarilər qayıtdılar və ərz etdilər ki, həmin alim veyl quyusuna salındı, müvəkkillər cəzalandırıldı.

Yavaş-yavaş Həzrət təskinlik tapdı. Hadi ilə qabağa gəlib, təzim etdik, salam verdik. Hadi icazə vərəqini təqdim etdi. O, Əli (ə)-ın imzasını öpüb, vərəqi qəbul etdi.

Mən sevincdən baş-ayaq vuran halda özümü onun mübarək qədəmlərinə yıxdım. Yeri öpüb, gözümdən şadlıq yaşları axıtdım.

Byurudu… Necə keçindiniz?

Ərz etdim… Əlhəmdu lillah, ümidimiz bütün hallarda sizədir və sizə olacaq. Siz daha dəyərli yol və böyük vəsiləsiniz.

Yenidən qədəmlərinə yıxılıb, öpdüm və qalxdım.

Buyurdu… Bütün bərzəx (ölüm və Qiyamət arası fasilə) aləmlərində sizə şəfaət (bağışlatmaq) göstərişi verilməmişdir. İşin sonuna, Cəhənnəm səfərinə qədər öz ehtiyatınızla getməlisiniz. Bununla belə, bizim batini köməklərimiz sizinlədir. Lakin mənim comərdliyim tələb edir ki, dəfələrlə sizin kimi qardaşımın ziyarətinə susuz gedənləri, ona əza saxlayanları saxlayıb, qoruyaq.

Bu zaman gördüm ki, az yaşlı bir cavan Həzrət Əbülfəzlin yanında əyləşib və günəş tək nur saçır. Bu nurlu çöhrəyə baxmağa taqətimiz çatmırdı. Çöhrəsindən cəlal, əzəmət yağırdı. Həzrət onunla təvazö ilə danışırdı. Hiss olunurdu ki, bu cavan, Həzrətin nəzərində mühüm və dəyərlidir. Hadidən onun haqqında soruşdum. Dedi… Bilmirəm. Amma deyəsən, “Həl-əta”nı oxuyan xoş sədalı cavan odur.

Bizdən qabaqda dayanan adamdan soruşdum. Dedi… Deyəsən, Əli Əsğərdir (Hüseyn (ə)-ın kiçik şəhid oğlu). Bu sözün sübutu onun nurlu boğazındakı üzük kimi görünən qırmızı xətdir. Bu xətt onun boğazına başqa bir zinətdir!

Dedim… İntiqam üçün ricətimiz (yenidən dünyaya qayıtmağımız) çox yaxşı olardı.

Əbülfəzl (ə) gizli söhbətimizdən xəbərdar olub, buyurdu… İnşallah, tezliklə olacaq.

“Sizi sevdiyiniz başqa bir nemət də–Allah dərgahından kömək və yaxın qələbə gözləyir.”1

Əmin oldum ki, o cavan Əliyyibni Hüseyndir. Onun cəmal və cəlalına vuruldum. Məni o qədər cəzb etdi ki, gözlərimi ondan çəkə bilmədim. Hansı ki, böyüklərə baxmağın ədəbə zidd olduğunu bilirdim. Nə edim ki, cəlalı qovur, cəmalı çağırır. Bu iki ziddiyyət arasında bədənim elə əsirdi ki, özümü saxlaya bilmirdim. O cavan mənim halımı bilirmiş kimi mənə baxdı. Bir xələt göndərdi. Çiynimə saldılar. O əziz kəsin mərhəmət və diqqətini mənim ona olan eşq-əlaqəmin nəticəsi kimi gördüm. Torpağı öpdüm. Qəlbim iztirabdan təskinlik tapdı ki, ikitərəfli məhəbbətə nail oldum.

Hadi dedi… Gəl ya mənzilimizə gedib istirahət edək, ya da bu bağları seyr edək. İcazən imzalanıb, xələtini də almısan!

Düşündüm ki, bu biçarə əqlin fövqündə dayaynan işlərdən xəbərsizdi. Bilmir ki, mən bu məclis və onun əhlinə o qədər bağlıyam ki, ayrıla bilmirəm.

Dedim… Hadi, mənim bu məclisdə danışmağa dilim yoxdur. Öyrən gör, Həzrət bu xələti mənə nə üçün verdi. Mən özümü nəinki bu əzəmətli məhəbbətə, heç onun baxışına belə layiq bilmirəm!

Hadi mənim tərəfimdən vəkil kimi bu sualı izhar etdi.

Buyurdular… O, minbərdə “ey örtünüb, bürünmüş Peyğəmbər, qalx, (camaatı ilahi əzabdan) qorxut!” ayəsinin nazil olma səbəbini deyəndən sonra ayəni mənə tətbiq etdi. Bir halda ki, atam Kərbəla meydanında tənha qalıb “mənə yardım edən bir köməkçi varmı?” deyə ucadan çağırırdı. Mənsə xeymədə ağlayırdım. Bu oxşatmadan qəlbim şad oldu. Bəlkə, Peyğəmbərin də xoşu gəldi. Buna görə ona xələt verdim. Bu, ona layiq deyil, amma bu aləmə uyğundur. Çünki bu aləmdə gözəl olan o aləm həqiqətinin kiçildilmişi, gül şaxəsinin kölgəsidir. Ona görə də bərzəx–keçid, bağlayıcı adlanır. Həqiqi vətənə, mütləq həqiqətə çatanda həqiqi xələtini alacaqdır. Axirət aləmində səadət əhli üçün görünməmiş, eşidilməmiş, düşünülməmiş nemətlər vardır.

Onlar qəfildən qaxıb atlarına süvar oldular. Atlar qanadlanıb şəhərdən çıxdılar və uca məqamlarına yola düşdülər.



1   ...   6   7   8   9   10   11   12   13   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə