MÜƏLLİf anketi Soyadı, adı və atasının adı İlyasov Ramin Adgözəl




Yüklə 351.15 Kb.
səhifə1/7
tarix09.03.2016
ölçüsü351.15 Kb.
  1   2   3   4   5   6   7
MÜƏLLİF ANKETİ

Soyadı, adı və atasının adı



İlyasov Ramin Adgözəl

Təhsili

Azərbaycan Dövlət İqtisad Universiteti

Elmi dərəcə

Magistr

Elmi maraq dairəsi

İqtisadiyyat, vergiqoyma.

İş yeri

Azərbaycan Respublikası Vergilər Nazirliyi

Vəzifəsi

Bəyənnamələrin yoxlanması və uçotunun təşkili üzrə dövlət vergi müfəttişi

Əlaqə telefonu

(050)4430721

Faks

-

E-mail

ramin7@inbox.ru

Məqalənin adı

Elektron hökumət – idarəetmənin yeni səviyyəsi

Məqalənin elmi istiqaməti

Elektron hökümətə inteqrasiya


ELEKTRON HÖKUMƏT – İDARƏETMƏNİN YENİ SƏVİYYƏSİ.
İlyasov Ramin Adgözəl oğlu

Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşı, Dövlət vergi müfəttişi

Azərbaycan Dövlət İqtisad Universitetinin magistrantı

ramin7@inbox.ru
1.Elektron hökumətin qurulma mexanizmi.

21-ci əsrin başlanğıcı təkcə il baxımdan yeni eranın başlanğıcı deyil, bu həm də yeni idarəetmə növünün “Elektron hökumət” (Electronic Government) erasının başlanğıcıdır. “E-Government” sözünün birbaşa hərfi tərcüməsi düz deyil və bu birləşmənin əsl mənasını açmır. Bu dövləti və strukturlarının informasiya - kommunikasiya vasitələri ilə vətəndaş və biznes strukturlarının qarşılıqlı yardımı ilə idarə olunmasıdır.

“Elektron hökumət” konsepsiyasında bütün idarəetmə orqanları vətəndaşlara xidmət edən vahid orqan kimi fəaliyyət göstərir. Hökumətin fəaliyyəti çox açıq və aşkar olmalıdır.Əsas diqqət göstərilən xidmətlərin sürəti və keyfiyyətə göstərilir.Bütün bunlar həm vətəndaşa yüksək xidmət həm də hökümətin idarəetməsini yüksədilməsinə xidmət edir.

Elektron hökumət (e-hökumət) – informasiya cəmiyyətinə xas olan dövlət idarəciliyidir. O, informasiya-telekommunikasiya texnologiyalarının (İKT) imkanlarına və vətəndas cəmiyyətlərinin dəyərlərinə əsaslanır. Vətəndaşların tələbatlarına, iqtisadi effektivliyə, vətəndaş nəzarəti üçün açıq olmasına və təşəbbüsə yönəlik olması ilə xarakterizə olunur. Müxtəlif ölkələrdə və ilk novbədə ABŞ-da və Boyuk Britaniyada e-hökumətə ümumilikdə dövlətin fəaliyyətinin effektivliyinin artırılmasına yönəlmiş bir konsepsiya kimi baxılır. Başqa sözlə desək e-hökumətin mahiyyəti onda ibarətdir ki, müxtəlif pilləli dövlət strukturları müasir informasiya texnologiyalarından istifadə edərək istehlakçılara bilavasitə informasiya və xidmət təklif edir. E-hökumətin təklif etdiyi xidmətlərin istehlakçıları vətəndaşlar, qeyri-dövlət təskilatları və ya dovlət strukturları ola bilərlər.

Elektron hökumət təkcə dövlətlə vətəndaşlar və ya biznes arası əlaqə ilə bitmir. O, həmçinin dövlət daxili əlaqələrlə də əhatə olunub: sistem daxili idarə olunmanın əhatə edir: icra, qanunvericilik, məhkəmə sistemdaxili informasiya mübadiləsini.

Elektron hökumətin funksional əhatə dairəsini əsas 3 hissəyə ayırmaq olar: idarəedici dövlət orqanı ilə hökümət ( hökümətin fəaliyyəti üçün həmin idarəedici orqanlar üçün imkanların yaradılması), vətəndaşlar ilə hökümət (hökümət xidmətlərinin əhali üçün təqdim edilməsi) və biznes ilə hökümət ( hüquqi subyektlər üçün hökümət xidmətləri). Bunlara uyğun aşağıdakı abreviatura qəbul olunub: G2G (government to governmet); G2C (government to citizen); G2B (government to business) .

Müxtəlif müəllif bu barədə öz fikirlərini bildirmişlər. Məsələn, Don Sandora görə qarşılıqlı əlaqə aşağıdakı cədvəl 1-dəki kimi qurulub.



 

Vətəndaş (C)

Hökümət (G)

Biznes (B)

3-cü sektor* (N)

Elm (S)

Vətəndaş (C)

C2C

C2G

C2B

C2N

C2S

Hökümət (G)

G2C

G2G

G2B

G2N

G2S

Biznes (B)

B2C

B2G

B2B

B2N

B2S

3-cü sektor* (N)

N2C

N2G

N2B

N2N

N2S

Elm (S)

S2C

S2G

S2B

S2N

S2S

* Qeyri-kommersiya təşkilatı

Cədvəl 1

Elektron hökumətin müxtəli subyektlərlə qarşılıqlı əlaqə forması

Elektron hökumət informasiya – kommunikasiya vasitələrindən istifadə etməklə dövlətin idarə olunmasıdır və bu 3 formada təzahür olunur:



Ümumilikdə e-idarəetmənin 4 sahəsini ayırmaq olar:

  1. Elektron xidmətlər ( e-services). Göstərilən termin altında dövlətin elektron məlumat, program, strategiya və xidmətlər nəzərdə tutulur. Onlar həftədə 7 gün, sutkada 24 saat işləkdirlər. Bura həmçinin xidmətlərin elektron təqdimi, elektron administrasiya və “bir pəncərə” daxildir.

  2. Elektron menecment (e-management). Buna daxili informasiya sistemini idarə edən, departamentlər arası elektron sənəd mübadiləsini həyata keçirən dövlət hakimiyyət sistemləri daxildir. Elektron idarəetmə köhnə idarəetmə üsulundan imtina etməklə vətəndaşlar üçün daha təkmil və bitərəf sistem yaradılmasını tələb edir.

  3. Elektron demokratiya ( e-democracy). Elektron hökumətin bu növünü təmin etmək və saxlamaq daha çətindir. Elektron demokratiya özündə elektron vasitələrdən istifadə etməklə dövlət siyasətini daha təkmil idarə etməyə və dövlət işlərində elektron vasitələrin köməyi ilə iştirak etməyə imkan verir ( Məsələn, elektron elektron səsvermə və s.)

  4. Elektron kommersiya (e-commerce). Elektron kommersiya vətəndaşlara öz vəsaitləri ilə dövlətdən mal və xidmət almağa təklif edir. Məsələn vətəndaşlara vergi borcunu , mənzilinin kommunal xərclərini ödəyə, nəqliyyat vasitələrinin qeydiyyat məsələri ilə bağlı əməliyyat aparmağa imkan verir. Dövlət də öz növbəsində vətəndaşlardan özünə lazım olan xidmətləri ala və tender müqavilələrini bağlaya bilər.

Dövlətin elektron sistemlə idarə olunması üçün şərtlər nəzərə alınmalıdır: “internetləşmənin” müəyyən səviyyəsi (30%-dən dövlət əhalisi və bütün idarəetmə orqanları), lazımlı informasiya-texnologiya vasitələri və formalarının yaradılması (elektron sənəd, elektron imza və s.), maliyyə təminatı, mövcud hökumətə uyğun kadr hazırlığı, cəmiyyətin inkişaf ənənəsi və forması, xarici təcrübələrin dövlətə tətbiq mexanizmi.

Elektron hökumət vətəndaşlar üçün daha rahat, effektli və istifadəli etmək məqsədi ilə informasiya-kommunikasiya texnologiyalarından istifadə edir. Bu göstəricilərə görə elektron hökümətə daxildir:



  • İnternet vasitəsilə tam informasiyaya sahiblik (qanunlar, hormativ - hüquqi aktlar, lazımlı sənədlər, iqtisadi-elmi biliklər və s.)

  • Elektron kanallardan istifadə etməklə vətəndaşların dövlət işlərində iştirakını iştirakı və məmurlarla qarşılıqlı əlaqə ( elektron şəkildə sənədin alınması)

  • Əməliyyatlarının aşkar aparılması vasitəsilə hökumətin hesabatlarının aşkar aparılması. Bu korrupsiya riskini azaldır.

  • Vaxt və maddi itki olmadan kiçik biznes sahibləri dövlət orqanları ilə əlaqə qurur (Vergilər Nazirliyinə bəyənnamələrin elektron şəkildə göndərilməsi, Kommersiya hüquqi şəxslərin qeydiyyatı və s.) (Cədvəl 2).

Ölkə

Xidmət növü

Adi üsul ilə

E-xidmətlərin tətdiqi ilə

Azərbaycan

Kommersiya hüquqi şəxslərin qeydiyyatı

11 - 30 gün

4 gün

Braziliya

Şənədlərin təqdim edilməsi

Bir neçə gün

20-30 dəq.

Hindistan

Torpaq sahəsinin qeydiyyatı

7 - 15 gün

5 dəq.

Yamayka

Gömrük

2 - 3 gün

3 - 4 saat

Filippin

Gömrük

8 gün

4 - 48 saat

Cədvəl 2

Elektron xidmətlərin tətbiqi ilə vaxta qənaət

Elektron hökumətə keçid üçün resurslara qənaət və işçilərin ixtisarına yönələn qanunvericilik reformasiyası əsas stimul olmamalıdır. Halbuki bunlar vacib reforma amillərdən sayılsada vacib olan xeyiri hökumətin sistemin təkmilləşdirilməsinə və investisiya qoyduğu əsas sahələrdən istifadə etməklə fizikki və hüquqi şəxlər qazanmalıdır. Bütün xeyirdən istifadə etmək üçün hökumət əlaqəyə girəcəyi subyektlər üçün sərfəli şərait yaratmalıdır. Əgər bunlar nəzərə alınmasa elektron hökumətə keçid prosesi dağıla bilər.

Dövlət orqanları və cəmiyyət üçün elektron hökumətə inteqrasiyanın əhəmiyyəti:

1.Elektron hökümət iş qabiliyyətini artırır.

İKT kütləvi informasiya emalı və dövlət orqanları fəaliyyəti ilə bağlı məsələlərin həll effektini artırır. Gələcəkdə effektlilik hökumətdaxili və xarici informasiyanın yayılması hesabına daha da artmalıdır

2. Elektron hökumət xidmətlərin keyfiyyətini artırır.

İstehlakçıya yönümlülük əsas məsələrdən biridir. Xidmət sahəsində təkmilləşdirmə istehlakçının tələbləri üzərində qurulur və online rejimdə olan xidmətlər digər xidmətlərdən fərqlənmir. İnternet bu işdə hökumətə kömək göstərməklə fasiləsiz on-line xidmətləri təqdim edir.

3. Elektron hökumət konkret nəticələrə çatmağa kömək edir.

İnternet bütün maraqlı şəxslərə informasiya, ideya yaymağa və ya konkret siyasi nəticələri almağa kömək göstərir. Məsələn online informasiya təhsil və təlim proqramlarının öyrənilməsi; səhiyyə sektorunda xəstələrin qəbul rejiminin asanlaşdırılması və s.

4. Elektron hökumət hakimiyyət və vətəndaşlar arasında etibarın təmin edilməsinə kömək edə bilər. Bu cür etibarın təmini hökumətin əsas hədəflərindən biridir. İKT buna vətəndaşları siyasi, iqtisadi proseslərdə işlərdə iştirakını təmin etməklə yardımçı ola bilər.

Elektron hökumətin uğurlu inkişafı üçün 10 əsas prinsip göstərmək olar:

1. Liderliklik və öhdəlik. İşə cavabdeh liderlər dəyişiklikləri daima nəzərə almaqla uğurlu nəticələrin əldə edilməsi üçün daima çalışmalıdırlar.

2. İnteqrasiya. Elektron hökumət yeni fürsət açan mexanizm olsa da əsas hədəf deyil. Elektron hökumət siyasətə, hökümətin xidmət sektoruna və hökumətin idarəetməsində vətəndaşların iştirakını təmin edən sahələrə inteqrasiya olunmalıdır.

3. Hökumətdaxili əlaqə. Elektron hökumət o zaman effektli olur ki, vətəndaşların marağı üçün müxtəlif strukturlar eyni qrupda birləşirlər.

4. Maliyyələşdirmə. Bəzən İKT-yə sərf olunmuş xərclər investisiya kimi nəzərə alınmalıdır.Maliyyələşdirmənin baza proqramı innovasiyaları və demonstrasiyalı proyektləri stimullaşdırmalıdır.

5. İmtiyaz. Öz siyasətində dövlət xidmətlərindən on-line rejimdə təqdim edilməsini təkmilləşdirməlidir. Çünki on-line rejimdə təqdim olunan xidmətlərdən off-line rejimdə istifadəçiləri istifadə edə bilmir.

6. Seçim. Vətəndaşlar görəcəyi fəaliyyətləri həyata keçirtmək üçün hansı xidmətlərdən istifadə edəcəkərini sərbəst seçməlidirlər.

7. Vətəndaşların cəlbetmə aktivliyi. Elektron hökumətin təqdim etdiyi xidmət yüksək keyfiyyətə malik olmalıdır və vətəndaşları siyasətin formalaşmasında iştirakını təmin etməlidir ki, vətəndaşların bura qoşulmağa və iştiraka marağı olsun.

8. Məxfilik. Elektron hökumət fiziki və hüquqi şəxlərin kommersiya sirrini qorumaq üçün onlar tərəfindən təqdim edilən məlumatların qorunmasını və yayılmamasına təminat verməlidir.

9. Şəffaflıq, aşkar fəaliyyət. Vətəndaşlarının etibarının qazanılması üçün vacib amildir.

10. Monitorinq və qiymətləndirmə. Vacib məsələlərin həlli zamanı xərcin, gəlirin, islehlakın həcminin nəzərə alınması əhəmiyyətli rol oynayır.

Ümumən isə Elektron dövlətin digər üstünlüklərini aşağıdakı cədvəl 3-dən görə bilərik.



Xarakteristika

Sənayə erası dövləti

Elektron dövlət

İdarəetmə

Bürokratik


Vətəndaşlara şəffaf xidmət



Xidmət forması

Kağız işi

Elektron forma

Vaxt

Böyük vaxt itkisi

Birbaşa cavablandırma

İdarəetmə

Birbaşa və imtiyazlı

Dolayısıyla və imtiyazsız

Vəsaitlərin köçürülmə vasitləri

Maliyyə əməliyyatları əl ilə

Vəsaitlərin elektron hesablanması

Hesabatın qurulması

Böyük vaxt itkisi və əmək sərfi

Qısa vaxt itkisi və rahat

Rabitə sistemi

İnfromasiya texnkiasının zəifliyi

İnteqrasiya olunmuş şəbəkə

Cədvəl 3

Dövlət formaları arasında fərq

Ölkəmizdə “Elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza yaradılmışdır.

Azərbaycan Respublikasıının ərazində yaşayan bütün vətəndaşlara, hüquqi şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə e-xidmətlərin göstərilməsi məqsədilə www.e-gov.az Elektron Hökümət Portalı yaradılıb və 2012 ilin aprel ayından istifadəyə verilmişdirş Yaradılan yeni imkanların əsas məqsədi dövlət qulluqçuları və vətəndaşlar arsında olan “məsafəni” maksimumazaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflığı təmin etməkdən ibatətdir. Bu məqsədə nail olamq üçün dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğu vacib amillərdəndir. Beynəlxalq təcrübəyə əsaslanaraq, vətəndaşların dövlət orqanları ilə təmaslarının daha rahat və münasib şəkildə təşkili üçün dövlət orqanalarının göstərdiyi elektron xidmətlərin vahid istifadəçi dövlət qurumları tərəfindən təqdim olunan e-xidmətlərdən yararlana bilər.

2013-cü ilin may ayında planşet və smartfon istifadəçiləri üçün nəzərdə tutulmuş “Elektron hökumət” portalının mobil versiyası təqdim edilib. Burada (www.e-gov.az/mini )  istifadəçilər elektron xidmətlərdən sadə formada yararlanmaqla yanaşı, portalda yerləşdirilən xidmətlər haqqında ən yeni məlumatları daha rahat əldə edə bilərlər. Yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları ilə vətəndaşlar arasında olan “məsafəni” maksimum azalt­maq, münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır.


2. Elektron hökumət üzrə qanunvericiliyin analizi və təkliflər.

Hər bir ölkənin elektron hökumətinin uğurlu inkişafı üçün ilk əvvəl bu inkişafa istiqamət verən qanunvericilik bazasının yaradılmasıdır. Qanunvericilik qurularkən ilk növbədə mövcud şərait və bu şəraitin inkişafı üçün vaxt amilini nəzərə almaq lazımdır ki, qurulan planlar vaxtında yerinə yetirilsin. E-hökumətin qurulmasına xidmət edən əsas qanunvericilik sənədləri xronoloji ardıcıllıqla bu istiqamətdə gedir:


  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə